İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi .....                     Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər .....                     AQTA-nın işçisi Qarabağ Qazisini 20 min manat ZİYANA SALDI... .....                     Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi .....                     “Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ .....                     Səki var, amma keçmək mümkün deyil .....                     “Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” .....                     Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... .....                     Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? .....                     Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? .....                     Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub .....                     “Prime Cotton” mühüm təyinat olub .....                     Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir .....                     Hüquqşünas alimə cinayət işi açıldı .....                     Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir .....                     Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib .....                     ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi .....                     Həmid Herisçi kimə və nəyin minnətini vurur? .....                     "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək .....                     Azərbaycan neftinin qiyməti 100 dolları ötüb .....                     GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub .....                     Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? .....                     Lavrov və Rubio arasında görüş başlayıb .....                     Neftin qiyməti 96 dolları ötüb .....                     İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... .....                     Camaat qaz vurub qazan doldurur.... .....                     Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR .....                     O andan sonra heç nə əvvəlki kimi olmur... .....                     Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? .....                     Qarşılayın: Karen Vardaryan... .....                     Saleh Məmmədovun oğurladığı PULLAR .....                     Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub .....                     Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... .....                     ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində .....                     215 minlik borcu olan "Akyol İnternational" MMC kimindir? .....                     Kinematoqrafçılar İttifaqında yenə ara qarışıb: Təşkilat bağlana bilər .....                     Ana Təbiətin NANKOR ÖVLADI: "Hacı Mazan" .....                     Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı .....                     "Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq" .....                     ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır .....                 

QUBA İCRA HAKİMİYYƏTİ belə torba tikir... - "Başçının qəbuluna düşə bilmirəm ki, dərdimi deyim"
Tarix: 18-06-2019, 15:39 | Çap et
QUBA İCRA HAKİMİYYƏTİ belə torba tikir...
“Prezident gələcəkdi deyə, rayonda yolların təmiri, abadlıq işləri aparılırdı. Quba-Xaçmaz yolunun bir hissəsinin ətrafındakı abadlıq işlərini də mənə tapşırdılar. İşləri 4 ay ərzində başa çatdırdım, bu işlərə görə icra hakimiyyətinin mənə 64 min manat borcu yaranmışdı. Pulu istəyəndə şərləyib həbs etdilər, bu, azmış kimi, üstəlik, ayağıma 58 min manatdan çox cərimə də yazdılar”.

Ötən il oktyabrın 11-də prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Qubanın Zərdab kəndinə gedib. Orada Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun əsaslı təmirindən sonra müəssisənin fəaliyyəti ilə tanış olub. Bundan 2 ay sonra Quba Rayon Məhkəməsi həmin İnstitutun təsərrüfat müdiri İmran İlyasova hökm oxuyur. İmran İlyasov danışır ki, başına gələnlərin prezidentin həmin səfəri ilə birbaşa əlaqəsi var. Çünki rayon icra hakimiyyətinin rəhbərliyi məhz prezidentin gəlişinə görə ona bəzi abadlıq işləri aparmağı tapşırıb. O da tapşırığı yerinə yetirib. Ancaq işləri başa çatdırdıqdan sonra görülən işlərə görə icra hakimiyyətinin ona yaranan pul borcunu istəyəndə “gördüyün işlər qanunsuz olub” deyərək, tutub cinayət məsuliyyətinə cəlb ediblər.

“Briqada yığıb işə başladım”

Məhkəmə hökmüylə hazırda azadlığı məhdudlaşdırılmış İmran İlyasov başına gələnlərdən daha ətraflı danışır:

“Dediyim kimi, Meyvəçilik və Çayçılıq İnstitutunu bizim Zərdab kəndində yaradırdılar. Məni də oraya təsərrüfat işləri üzrə müdir təyin etmişdilər. Bir gün mənə bildirdilər ki, prezident instituta gələcək, binanın ətrafını abadlaşdır… Mən də tez bir zamanda institutun ətrafında abadlıq işləri apardım. 2018-ci ilin aprelində idarənin müdiri dedi ki, səni icra başçısı çağırır. Quba Rayon İcra Hakimiyyətinə getdim. Məni başçının müavinləri Nəsrulla Vəliyevlə Aydəmir Manafov qarşıladı. Bildirdilər ki, başçı institutun ərazisində gördüyüm abadlıq işlərini bəyənib. Ona görə də istəyir ki, Quba-Xaçmaz yolunun institutun binasınadək uzanan hissəsində yolkənarı abadlıq işlərini mən görüm. Fikirləşib qərar vermək üçün vaxt istədim. Bir həftədən sonra yenə icra hakimiyyətinə çağırdılar, təkidlə bildirdilər ki, o işin öhdəsindən elə sən gələrsən, get, işlərə başla, fəhlə qüvvəsi də veriləcək, texnika da… Mən işlərə başladım, ancaq fəhlə axtarmağı da, texnika tapmağı da özümə yüklədilər. 4 ay ərzində 20 fəhlənin və icarəyə götürdüyüm texnikaların köməyi ilə 14 kilometrlik yolun ətrafında budama və başqa abadlıq işləri apardım. Fəhlələri də, icarəyə götürdüyüm ağır texnikaların sahiblərini də arxayın etmişdim ki, bu işin arxasında dövlət qurumu dayanır, işlər bitəndə pulları da ödəniləcək. 4 ay ərzində bələdiyyənin də, icra hakimiyyətinin də, rayonun ekologiya şöbəsinin də rəhbərliyi gəlib-gedib işlərlə tanış olurdu. Şəxsən başçı özü neçə dəfə gəldi, işlərimizi təriflədi… Ekologiya şöbəsindən bir nəfər gəlmişdi, dedi, a kişi, sən nağayrırsan? Bunlar səni veriblər qabağa, özləri də axırda torbanı tikəcək… Mən düzü, o kişinin sözündən heç nə anlamadım. Dedi və çıxıb getdi, ondan sonra bir də qarşılaşmadıq. O kişinin sözü yalnız məni qandallayıb məhkəməyə aparanda yadıma düşdü…”

“Guya pulumu verəcəkdilər, həbs etdirdilər”

İmran İlyasov deyir, 4 aylıq işlər bitdikdən sonra o, icra hakimiyyətinə gedərək fəhlələrə və texnika sahiblərinə, zibillərin daşınmasına və sair xərclərə görə yığılmış 64 min manatın ona ödənilməsini xahiş edib. Ona bildirilib ki, növbəti gün özləri dəvət edib haqq-hesabı bağlayacaqlar:

“Növbəti gün səhər mənimlə yaxşı “haqq-hesab bağladılar”. Arxamca polislər gəldi, tutub, qandallayıb şöbəyə apardılar. Dedilər, qanunsuz ağac kəsmisən, yaşıllığı məhv eləmisən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi səninlə bağlı Baş Prokurorluğa müraciət edib. Bildirdim ki, 4 aydır orda iş gedirdi, orda ağac budadığımı, qurumuş ağacları kəsdiyimi hamı görürdü, bu işləri özbaşına etmirdim. Niyə Ekologiya və Təbii Sərvətlər Nazirliyi “dayan”, “dur” demirdi? Niyə işlər bitəndən sonra yadlarına düşdü?.. Mən onu özümçün eləmirdim ki… İcra hakimiyyətinin tapşırığını yerinə yetirmişəm”.

Ötən il sentyabrın 22-də Quba Rayon Məhkəməsi İmran İlyasovla bağlı 2 aylıq həbs-qətimkan tədbiri seçib. Apelyasiya şikayəti nəticəsində qərar ev dustaqlığı ilə əvəz edilib. Bundan 3 həftə sonra Prezident və Birinci vitse-prezident rayona gəlib, həmin yoldan keçərək Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda olublar. İnstitutun təsərrüfat müdiri İmran İlyasov isə artıq həmin vaxt işindən uzaqlaşdırılıb, barəsində istintaq aparılan ev dustağı olub.

“Guya nazirlik məsələdən 4 ay sonra xəbər tutub”

İmran İlyasov deyir, işlər ötən ilin fevralında başlasa da, Ekologiya və Təbii Sərvətlər Nazirliyi “gözləmədə” dayanaraq, onunla bağlı Baş Prokurorluğa 4 ay sonra – işlər yekynlaşanda müraciət edib:

“Dediyim kimi, hamı görürdü ki, orda nə iş gedir. Söhbət 14 kilometlik yolda görülən işlərdən gedir. Bir budağı qıranda qarğa-quzğun kimi adamın üstünə tökülüşürlər. 14 kilometr uzunluğunda yolboyu ağac budama, qurumuş ağacların kəsimi işləri aparılıb, nazirlik bunu “görməyib”, işlər bitəndən sonra prokurorluğa müraciət edib. O yolda eyni vaxtda həm də asfaltlama işləri aparılırdı. Həm yolun, həm də yol kənarının abadlaşdırılması üçün pul ayrılmışdı. Sadəcə, o pulu basıb yemək üçün məni qurban seçdilər. Məni işlətdilər, fəhlələrin, texnika sahiblərinin pullarını azadlığım məhdudlaşdırıldığı üçün ayağımda qandal ola-ola, evdə oturub əmlaklarımı satıb ödəmişəm ki, qapıma gəlməsinlər. Torpağım gedib, maşınım gedib… Adamlara 64 min manat pul ödəmişəm. Üstəlik, hələ 58 min 500 manat da cərimələnmişəm. Onu ödəməsəm, məni uzunmüddətli həbs gözləyir”.

Bu iş üzrə Quba Rayon Məhkəməsində bu ilin 27 fevralında qərar çıxarılıb. İmran İlyasov Cinayət Məcəlləsinin 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddəsiylə ittiham olunub. Ondan Baş Prokurorluğa şikayətçi Ekologiya və Təbii Sərvətlər Nazirliyi olub. Hökm sənədində qeyd olunub ki, İmran İlyasov fevral ayından Avtomobil Yolları Dövlət Agentliyinin Quba 5 saylı Yol-İstismar İdarəsinin balansındakı sahədə, Quba-Xaçmaz yolunun Alekseyevka kəndi ərazisində yol kənarı yaşıllıqları məhv edib. Bu işləri 4 ay müddətində davam etdirməklə təbiətə 58 min 480 manat məbləğində zərər vurub. İmran İlyasov məhkəmə ifadəsində bildirib ki, o, yolkənarı budama və ağackəsmə işlərini özünün topladığı fəhlə briqadası ilə, Quba Rayon İcra Hakimiyyəti başçısının müavinlərinin göstərişləri əsasında edib. Kəsdikləri ağacların bir hissəsini yoldan keçənlərə odun kimi sataraq fəhlələrə maaşlarının bir hissəsi kimi ödəyib, qalan hissəsini isə ərazi üzrə icra nümayəndəliyi və bələdiyyə yaxınlıqdakı uşaq bağçası, məktəb və kitabxanalara odun kimi istifadə üçün daşıyıblar. İyunun 19-da onu və fəhlələri polis şöbəsinə çağırıblar, ağac kəsiminin qanunsuz olduğunu bildiriblər.

“Rəydən kənara çıxıb, ağacları kütləvi kəsib”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Novruz Əliyev ifadəsində bildirib ki, qeyd olunan ərazidə ağacların budanma və kəsilməsi ilə bağlı qurumun müvafiq rəyi olub. Ancaq İmran İlyasov həmin rəyin mövcudluğundan istifadə edərək ərazidə kütləvi ağac kəsiminə yol verib. Nazirlik bundan xəbər tutan kimi dərhal sənədləşmə işləri apararaq hüquq-mühafizə orqanlarına müraciət edib.

Məhkəmə İmran İlyasova 2 il azadlığının məhdudlaşdırılması və 58 min 480 manat cərimə hökmü çıxarıb. İmran İlyasov hökmdən apelyasiya şikayəti versə də, təmin olunmayıb. O, 1 ildən çoxdur ki, icra hakimiyyətinə gedib-gəlir, ancaq başçının qəbuluna düşə bilmir:

“Başçının qəbuluna düşə bilmirəm ki, dərdimi deyim. Müavinləri də işdən çıxarılıb. Nəsrulla Vəliyevi birbaşa bu məsələyə görə işdən çıxarıblar, Aydəmir Manafovu da bir başqa məsələyə görə. Başçı məni qəbul eləmir, qurumun hüquqşünası deyir, başının bu işlərə aidiyyəti yoxdur, müavinləri o işi sənə özbaşına tapşırıblar. Halbuki, şəxsən başçı özü gəlib-gedirdi, budama, ağac kəsimi işlərinə baxırdı. Qurumun hüquqşünası dedi, get, apelyasiya şikayəti ver, narahat olma, təmin olunacaq. Getdim onu da elədim, təmin olunmadı. İndi mən neyləməliyəm? Məhkəmə icraçıları deyir, cəriməni ödəməsən, təzədən cinayət məsuliyyətinə cəlb olunacaqsan, bu dəfə uzunmüddətli həbs olunacaqsan. Müharibə əliliyəm, ailəm, övladlarım var. Mənə nə deyiblər, onu yerinə yetirmişəm”.

Quba Rayon İcra Hakimiyyətindən bildirilib ki, 1 il əvvəl məsələ hüquq-mühafizə orqanlarında araşdırıldığından və bu məsələyə məhkəmə hüquqi qiymət verdiyindən qurum münasibət bildirə bilməz. İmran İlyasov qərarlardan narazı idisə, vaxtında Ali Məhkəməyə kassasiya şikayəti verə bilərdi.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi - MƏHKƏMƏ
Bu gün, 11:35
Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər - Yasamalda yeni fırıldaq
Bu gün, 11:29
AQTA-nın işçisi Qarabağ Qazisini 20 min manat ZİYANA SALDI... - ETİRAZ!
Bu gün, 11:20
Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi - MƏHKƏMƏ
Bu gün, 11:13
“Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 11:12
Səki var, amma keçmək mümkün deyil – Aylardır problem niyə həll olunmur?
Bu gün, 11:10
“Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” - Tahir Kərimli
Bu gün, 11:06
Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... – Söhbət “MİNT SERVİCES” MMC-dən gedir
Bu gün, 10:53
Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? - DOSYE
Bu gün, 10:46
Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:41
Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub - DOSYE
Bu gün, 10:32
“Prime Cotton” mühüm təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:31
Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir - AKTUAL
Bu gün, 10:21
Hüquqşünas alimə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 10:18
Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir – SƏBƏB
Bu gün, 10:12
Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib
Bu gün, 10:10
ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi
Bu gün, 10:07
Həmid Herisçi kimə və nəyin minnətini vurur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52
"Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək -UEFA Konfrans Liqası
Bu gün, 09:46
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
Bu gün, 09:45
GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub - Tarixi nailiyyət
Bu gün, 09:10
Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? – REAKSİYA
Bu gün, 08:59
Lavrov və Rubio arasında görüş başlayıb
Bu gün, 08:57
Neftin qiyməti 96 dolları ötüb
Bu gün, 08:56
İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... - "Yüngül çəkili intellektuallar..."
Bu gün, 08:16
Camaat qaz vurub qazan doldurur.... - BİZ İSƏ...
Bu gün, 08:10
Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR - BUNDAN SONRA...
Bu gün, 08:04
O andan sonra heç nə əvvəlki kimi olmur... - Günel Musa yazır...
Bu gün, 07:47
Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? - Biz deyirik İŞ DALINCA... Onlar deyir AŞ DALINCA!
Bu gün, 07:43
Qarşılayın: Karen Vardaryan... - REPLİKA
Bu gün, 07:36
Saleh Məmmədovun oğurladığı PULLAR Almaniyada ÜZƏ ÇIXDI
Bu gün, 07:21
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub - FOTOLAR
Bu gün, 07:15
Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... – Vəkil açıqladı
Bu gün, 07:08
ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb
Bu gün, 07:05
215 minlik borcu olan "Akyol İnternational" MMC kimindir? - FOTO
Bu gün, 07:00
Kinematoqrafçılar İttifaqında yenə ara qarışıb: Təşkilat bağlana bilər - QALMAQAL
Bu gün, 06:58
Ana Təbiətin NANKOR ÖVLADI: "Hacı Mazan" İŞ BAŞINDA!
Bu gün, 06:56
Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı - FOTOFAKT
Bu gün, 06:49
"Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq"
Bu gün, 06:46
ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır - WSJ
Bu gün, 06:43
Dövlət qurumu yarım milyonluq tenderi «İdeal Motors»a verdi - TƏFƏRRÜAT
Bu gün, 06:41
İmişlidə suvarma suyu balıq hövzələrinə axır - BU NƏDİ BELƏ?
Bu gün, 06:39
“Sədərək” və “Binə” bağlana bilər – Gözlənilməz durum
Bu gün, 06:30
Binəqədinin sabiq bələdiyyə sədrləri məhşər ayağına çəkilə bilər... - İTTİHAM VAR...
Bu gün, 06:28
Fransada istilər minlərlə insanın ölümünə səbəb olub - KİV
Bu gün, 06:19
“Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır – FOTOLAR
Dünən, 18:17
"Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" - Adil Qeybulladan ETİRAZ
Dünən, 18:02
Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:53
Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı - BU QİYMƏTƏ...
Dünən, 17:51
“Payızda müharibə olacaq” - Karapetyan
Dünən, 17:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru