STP rəhbərliyi ilə bağlı yeni iddialar... - Belə deyirlər...
Tarix: 26-02-2019, 12:56 | Çap et
 İnşasına 2007-ci ildən başlanılan Sumqayıt Texnologiyalar Parkı Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən ən böyük layihə hesab oluna bilər. Hazırda özündə 17 zavodu birləşdirən böyük Texnopark 2009-cu il dekabr ayının 22-dən istismara verildi. Əlbəttə, ökədə qeyri-neft sektorunun inkişafı baxımından belə böyük layihələrin həyata keçirilməsi vacibdir. Ancaq təəssüf ki, ölkənin gələcəyi baxımdan böyük əhəmiyyət daşıyan bu layihələrin icrasına məsul olan şəxslər də qanunsuzluqlara, ədalətsizliyə və mənimsəmələrə yol verirlər. 2 il əvvəl “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin baş direktor vəzifəsinə Emin Yaşar oğlu Məmmədov təyin olunub. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumatlardan aydın olur ki, bu təyinat heç də uğurlu olmadı. Əksinə STP-dəki bərbad idarəetmə indiyə kimi davam etməkdədir. Qeyd edək ki, STP ilə yanaşı “Expressbank”a da rəhbərlik edən Emin Məmmədovdan çox saylı şikayətlər var. Şikayətlərdə birmənalı olaraq bildirilir ki, Emin Məmmədov STP-yə baş direktor vəzifəsinə təyin olunandan sonra işçilərlə əmək münasibətləri Azərbaycan qanunvericiliyi ilə deyil, baş direktorun qoyduğu şərtlərlə tənzimlənir. Bu isə STP rəhbərliyinə imkan verir ki, STP-də işləyib, təcrübə toplamış işçiləri heç bir təcrübəsi olmayanlarla əvəz etsin. Təbii ki, bu prosesdən STP rəhbərliyi merkantil maraqları üçün yararlanır. Ötən ilin sentyabr-oktyabr aylarından başlayaq STP-dən yüzlərlə işçi müxtəlif səbəblərdən işdən çıxarılıb. Bu barədə işdən çıxarılmış işçilər məlumat verib. Baş verənlərlə bağlı cumhuriyyet.az-ı məlumatlandıran mənbənin sözlərinə görə, “Sumqayıt Texnologiyalar Parkı”nın rəhbərliyi heç bir əsaslı səbəb olmadan təcrübəli işçilərlə vidalaşır, əvəzində isə STP-də məsul vəzifədə çalışanların yaxın adamları işə qəbul edilir. Bu günlərdə isə “STP-nin daha 5 təcrübəli əməkdaşı- Səfərov Anar, Ələsgərov Ələsgər, Süleymanov Elçin, Əliyev Vüqar və Talıbov Rafiq – işdən çıxarılıb. Belə ki, Avtoparkın müdiri işdən çıxarılandan sonra burda çalışan 5 nəfərin hamısı ilə bağlanmış müqavilələrə birtərəfli şəkildə xitam verilib. Və işçilərə heç bir kompensasiya verilməyib. İşdən çıxarılmış işçilərin dediyinə görə, bütün bu qanunsuzluqlar STP-nin baş direktoru Emin Məmmədovdan qaynaqlanır: “Emin Məmmədov STP-də faktiki olaraq idaretməni həyata keçirmir. Avtoparkın müdiri Pərviz müəllimi vəzifədən azad ediblər. Bu səbəbdən də bizi də də sıxışdırmağa başlayıblar. Anar Səfərov və Elçin Süleymanovun müqaviləsinə xitam veriblər. Dispetçer Vüqar Əliyevin müqaviləsi aprel ayında bitməsinə baxmayaraq, ona da işdən çıxarmaq barədə təzyiqlər edilir. Artıq Vüqar Əliyevin yanvar ayından başlayaraq işə buraxmırlar. Dəfələrlə Vüqar Əliyevə işdən azad olunması üçün hədə-qorxu gəliblər. Emin Məmmədovun kollektivi idarəetmə bacarığı yoxdur. Bu səbəbdən də bütün işləri STP-nin Təhlükəsizlik Departamentinin rəisi Rüfət Ağamaliyev idarə edir. Rüfət Ağamaliyev də STP-də elə bir şərait yaradıb ki, hansı işçi ona “işverənlik” etmir, onu müxtəlif bəhanələrlə işdən azad etdirir. Bu işdə Rüfət Ağamaliyevin köməyinə Kadrlar Şöbəsinin müdiri Leyla Babayeva gəlir. Leyla Babayeva işçilərə müxtəlif təzyiqlər edir və onlardan işdən azad olunması üçün ərizələr alır. Birmənalı olaraq qeyd edirik ki, STP-ni Emin Məmmədov yox, Rüfət Ağamaliyevlə Leyla Babayeva idarə edir.. Kimi istəyirlər işə qəbul edir, kimi istəyirlər işdən azad etdirirlər”. STP-də rəhbərliklə işçilər arasında münasibətlərin necə qurulduğunu göstərən səsyazılarından da hər şey aydın olur. Bildirək ki, cumhuriyyet.az təqdim olunmuş səsyazısında STP-nin Kadrlar Şöbəsinin rəhbəri Leyla Babayevanın işçilərə necə hədə-qorxu gəldiyi əksini tapıb: Daxil olmuş məlumatlarda STP rəhbərliyinin yol verdiyi maxinasiyalar və oğurluq faktları əksini tapıb. Növbəti yazılarımızda bu barədə geniş məlumat verməyə çalışacağıq…

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi - MƏHKƏMƏ
Bu gün, 11:13 |
|
|
|
| • “Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 11:12 |
|
|
|
| • Səki var, amma keçmək mümkün deyil – Aylardır problem niyə həll olunmur?
Bu gün, 11:10 |
|
|
|
| • “Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” - Tahir Kərimli
Bu gün, 11:06 |
|
|
|
| • Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... – Söhbət “MİNT SERVİCES” MMC-dən gedir
Bu gün, 10:53 |
|
|
|
| • Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? - DOSYE
Bu gün, 10:46 |
|
|
|
| • Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:41 |
|
|
|
| • Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub - DOSYE
Bu gün, 10:32 |
|
|
|
| • “Prime Cotton” mühüm təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:31 |
|
|
|
| • Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir - AKTUAL
Bu gün, 10:21 |
|
|
|
| • Hüquqşünas alimə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 10:18 |
|
|
|
| • Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir – SƏBƏB
Bu gün, 10:12 |
|
|
|
| • Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib
Bu gün, 10:10 |
|
|
|
| • ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi
Bu gün, 10:07 |
|
|
|
| • Həmid Herisçi kimə və nəyin minnətini vurur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52 |
|
|
|
| • "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək -UEFA Konfrans Liqası
Bu gün, 09:46 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
Bu gün, 09:45 |
|
|
|
| • GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub - Tarixi nailiyyət
Bu gün, 09:10 |
|
|
|
| • Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? – REAKSİYA
Bu gün, 08:59 |
|
|
|
| • Lavrov və Rubio arasında görüş başlayıb
Bu gün, 08:57 |
|
|
|
| • Neftin qiyməti 96 dolları ötüb
Bu gün, 08:56 |
|
|
|
| • İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... - "Yüngül çəkili intellektuallar..."
Bu gün, 08:16 |
|
|
|
| • Camaat qaz vurub qazan doldurur.... - BİZ İSƏ...
Bu gün, 08:10 |
|
|
|
| • Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR - BUNDAN SONRA...
Bu gün, 08:04 |
|
|
|
| • O andan sonra heç nə əvvəlki kimi olmur... - Günel Musa yazır...
Bu gün, 07:47 |
|
|
|
| • Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? - Biz deyirik İŞ DALINCA... Onlar deyir AŞ DALINCA!
Bu gün, 07:43 |
|
|
|
| • Qarşılayın: Karen Vardaryan... - REPLİKA
Bu gün, 07:36 |
|
|
|
| • Saleh Məmmədovun oğurladığı PULLAR Almaniyada ÜZƏ ÇIXDI
Bu gün, 07:21 |
|
|
|
| • Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub - FOTOLAR
Bu gün, 07:15 |
|
|
|
| • Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... – Vəkil açıqladı
Bu gün, 07:08 |
|
|
|
| • ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb
Bu gün, 07:05 |
|
|
|
| • 215 minlik borcu olan "Akyol İnternational" MMC kimindir? - FOTO
Bu gün, 07:00 |
|
|
|
| • Kinematoqrafçılar İttifaqında yenə ara qarışıb: Təşkilat bağlana bilər - QALMAQAL
Bu gün, 06:58 |
|
|
|
| • Ana Təbiətin NANKOR ÖVLADI: "Hacı Mazan" İŞ BAŞINDA!
Bu gün, 06:56 |
|
|
|
| • Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı - FOTOFAKT
Bu gün, 06:49 |
|
|
|
| • "Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq"
Bu gün, 06:46 |
|
|
|
| • ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır - WSJ
Bu gün, 06:43 |
|
|
|
| • Dövlət qurumu yarım milyonluq tenderi «İdeal Motors»a verdi - TƏFƏRRÜAT
Bu gün, 06:41 |
|
|
|
| • İmişlidə suvarma suyu balıq hövzələrinə axır - BU NƏDİ BELƏ?
Bu gün, 06:39 |
|
|
|
| • “Sədərək” və “Binə” bağlana bilər – Gözlənilməz durum
Bu gün, 06:30 |
|
|
|
| • Binəqədinin sabiq bələdiyyə sədrləri məhşər ayağına çəkilə bilər... - İTTİHAM VAR...
Bu gün, 06:28 |
|
|
|
| • Fransada istilər minlərlə insanın ölümünə səbəb olub - KİV
Bu gün, 06:19 |
|
|
|
| • “Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır – FOTOLAR
Dünən, 18:17 |
|
|
|
| • "Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" - Adil Qeybulladan ETİRAZ
Dünən, 18:02 |
|
|
|
| • Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:53 |
|
|
|
| • Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı - BU QİYMƏTƏ...
Dünən, 17:51 |
|
|
|
| • “Payızda müharibə olacaq” - Karapetyan
Dünən, 17:49 |
|
|
|
| • Azərbaycanlı model məhkəməni uddu
Dünən, 17:35 |
|
|
|
| • Bakıda makler ev yiyəsini görün necə aldatdı – İnanılmaz olay
Dünən, 17:31 |
|
|
|
| • "Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." - ETİRAZ VAR...
Dünən, 17:27 |
|
|
|
|