"Yanan maşınlardan biri mənə məxsusdur" .....                     Qadın evə gətirdiyi müştərisini bıçaqladı: .....                     İmtahanda toplanan ballar ÖNƏMLİ DEYİL... .....                     BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisi vəzifəsinin icrasına başlayıb .....                     Hamı özünü korluğa və karlığa qoyub... .....                     Qardaşların mübahisəsi faciəyə çevrildi: Ata güllələndi, oğul ittihamları qəbul etmir .....                     GDU-da QANUNSUZLUQLAR SERİYASI... .....                     DƏRMAN MAFİYASI... İŞ BAŞINDA! .....                     Naxçıvana kart sistemi gəlir: AMMA ƏSLİNDƏ... .....                     Bu, Putin üçün çox böyük biabırçılıqdır .....                     "Brent" markalı neftin qiyməti fevraldan bəri ilk dəfə 71 dollardan aşağı düşüb .....                     Anar Əliyevin ABSURD "qənaəti" .....                     AHİK, "Kurort" QSC, ETİHİ və Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi niyə var? .....                     Müəllimlərin kütləvi etirazı... .....                     Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir .....                     Nazirin axtardığı günahkar: Məktəbdə, yoxsa evdə? .....                     Tofiq Heydərovun "AAAF İnşaat" şirkətinin 5.6 milyondan çox borcu var! .....                     Azərbaycanın qələbəsini gizlədən sözçüyə yüksək vəzifə verildi .....                     İspaniya NATO-da ABŞ üçün yaxşı müttəfiq deyil .....                     Dövlətin dəstəyi... KİMLƏRİN OYUNCAĞIDIR? .....                     Dollarla bağlı kritik proqnoz verildi: manat üçün real ssenari açıqlandı .....                     Tehran küçələri... savaşdan sonra... .....                     Tenderi keçirən də, udan da eyni adamdırsa... .....                     Rusiya benzin dilənməyə başlayıb .....                     "Niyə əlavə 20 manat ödəməliyəm ki..." .....                     Nazilə Səfərli qollarını çırmalayıb... .....                     Pirşağıda AÇIQ XƏSTƏLİK MƏNBƏYİ .....                     Paşinyanın kadr dəyişikliyinin pərdəarxası: .....                     İqbal Ağazadənin "Telegram" hesabı oğurlanıb .....                     Yanacaq qıtlığı: Rusiya bu ölkədən benzin alır .....                     "Avroviziya"dan kuryerliyə .....                     Peşə Agentliyinin sabiq direktoru şirkət rəhbəri oldu .....                     Ermənistanın Türkiyə ilə sərhəd planı: .....                     “TikTok”da 92 manatlıq jeton başına bəla oldu - 3 il 6 ay həbs .....                     “Utanıram, xəcalət çəkirəm deyim ki, mən bu filmdə çəkilmişəm” .....                     Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü .....                     SEPAH-ın generalı avtoqəzda ölüb, yoxsa…? .....                     İcra Hakimiyyətindən Hacıbala Abutalıbovla bağlı xəbərə reaksiya: .....                     Bahadırsa, necə gedirlər: "Otellərdə boş yer olmur" .....                     Putinin yeni “rəqibi” peyda oldu: saatlar əleyhinə işləyir .....                 

"Sahil S-İnşaat" işi niyə çözülmür - arxasındakı "sehirli əllər" üzə çıxır
Tarix: 10-06-2025, 11:00 | Çap et

Azərbaycanda nə səs-küylü "MTN işi", nə dəhşətli "Tərtər işi", nə digər qalmaqallı proseslərin yekunlaşması bu qədər acı bağırsaq kimi uzanmayıb. Hətta qanqster Hacı Məmmədovun cinayət işinin məhkəmə istintaqı da o dərəcədə uzun, zəhlətökən olmamışdı. Lakin nə hikmətdirsə, nə sirri-xudadırsa, Bakıda 165 ailənin başıbəlalı mənzil işi - "Sahil - S İnşaat" şirkətinin məsələsi düyünə düşüb, çözülmək bilmir.
Anxeber.com qısa arayış verərək xatırladır ki, Bakının Yeni Günəşli ərazisində "Sahil S - İnşaat" şirkəti bina tikməyə başlayıb.
"Sahil-S İnşaat” MTK 28 mart 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Alaverdiyevi Taley Şamil oğludur. Hazırda həbsdədir. Daha dəqiq desək, hansısa vasitələrlə müalicə müəsissəsindədir. O, dələduzluqda ittiham olunaraq məsuliyyətə cəlb edilib. Onunla birlikdə şəriki Pənah Kərimov da həbs edilmişdi. O Kərimov ki, ortaqlığa gələnə qədər binada dələduzluq faktı yox idi. Elə ki Kərimov Alaverdiyevə şərik oldu, 2021-ci ildən binada bir mənzil bir neçə adama saxta sənədlə satıldı.
Aparılan istintaq-əməliyyat tədbirləri ilə “Sahil-S İnşaat” MTK-nın sədri vəzifəsində işləmiş Taley Şamil oğlu Alaverdiyevin GG Company MMC-nin direktoru Pənah Sudeib oğlu Kərimov ilə qabaqcadan əlbir olaraq rəhbərlik etdiyi MTK tərəfindən inşa olunan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “A-B” massivində yerləşən yüksək mərtəbəli yaşayış binasında mənzil almaq üçün müraciət edən vətəndaşlara mənzillərin qanuni sahibləri olduğu halda saxta müqavilə və maliyyə arayışları tərtib edib vəzifə saxtakarlığına yol verərək çoxsaylı şəxslərin külli miqdarda pul vəsaitlərini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Anxeber.com bildirir ki, ötən ilin dekabrında
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Rzayev "Sahil - S İnşaat" şirkətinin rəhbərinin şəriki, dələduzluq ittihamı ilə həbs edilmiş Pənah Kərimovu ev dustaqlığına buraxıb. Halbuki iş hakim Əli Məmmədovun icraatında olanda P. Kərimovun ev dustaqlığına buraxılması barədə vəsatətləri təmin edilməmişdi. Lakin hakim E.Nuriyev onu törətdiyi ağır cinayətə baxmayaraq, evə buraxıb.

Anxeber.com-un əldə etdiyi məlumata görə, indi də Taley Alaverdiyevin ev dustaqlığına buraxılması üçün hərəkətlilik müşahidə olunur. Hazırda müalicə müəssisəsində olan, hansı pullarla orada qalan Alaverdiyevin ev dustaqlığına buraxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsindən ona mesajlar ötürülür. Dələduzluq maddəsi ilə tutulmuş, mənimsədiyi pullarla müalicə müəssəsində kef çəkən Alaverdiyevin evə buraxılması üçün şərt irəli sürülüb: sakinlərdən imza toplanması və məhkəmədən xahiş edilməsi kifayətdir ki, nəzərə alınsın. Beləcə hansısa "sirli əllər", gözəgörünməz qüvvələr bu prosesi zaman keçdikcə dələduzların xeyrinə həll etməyə çalışırlar. 
Halbuki Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsinin istintaqı dövründə zərər çəkən sakinlərin probleminin 90 faizi həllini tapmışdı.
Sakinlər bu gün də razı və minnətdardırlar ki, prokurorluq həm istintaqı obyektiv aparıb, həm saxta imza ilə satılan mənzillərlə bağlı problemin 90 faizini yoluna qoyub. Eyni zamanda, bu dəstək sayəsində binanın qaz, işıq və digər məsələləri həllini tapıb.
Ancaq elə ki işin istintaqı yekunlaşdı və materiallar prokurorluqdan Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildi, o vaxtdan zərər çəkənlərin çətin günləri başlandı. Çünki Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsi saxta imza ilə bir neçə nəfərə satılmış eyni mənzillər məsələsini ədalətli şəkildə nizamlamış, həllinə nail olmuşdu. Təxminən 40-dən çox belə mənzil var idi. Lakin iş məhkəməyə göndəriləndə 5-6 belə mənzilin problemi qalmışdı. Artıq üç il keçir və Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri 5-6 mənzilin işini həll etmir. Necə olur ki, prokurorluq qısa zamanda xeyli sayda zərər çəkənin probleminə son qoyub, amma 3 ildir məhkəmə bir işi həll etmir. Sakinlər bu məsələnin arxasında hansı maraqların dayandığını bilmirlər. Ancaq məlum olan budur ki, "Sahil S-İnşaat" mənzillərinə Çıxarış əldə etmək mümkün olmur.
Buna bir səbəb həm möhür-ştampın hələ də dələduz Taley Alaverdiyevin səlahiyyətində olmasındadırsa, digər əngəl məhkəmənin sözügedən mənzillərin məsələsini həll etməməsindədir. Əksinə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Tale Alaverdiyevin azadlığa çıxması üçün canfəşanlıq edir, çıxış yolu kimi imza toplanmasını göstərir. Hərçənd hakim həmin həllini tapmayan mənzillərin məsələsini ilk növbədə yoluna qoymalıdır. Çünki işin 3 ildir uzadılması Çıxarış (kupça) almağa imkan vermir.
Bəs kimdir bu güclər və dövlətin hökmlərinə qarşı gedənlər? Sakinlər ümidlidirlər ki, bu çağırışlar eşidiləcək. Onlar Prezident İlham Əliyev, Birinci Vitse-Prezident Mehriban Əliyeva, PA rəhbəri Samir Nuriyev, Ali Məhkəmə sədri İnam Kərimov, ədliyyə naziri Fərid Əhmədovdan kömək gözləyir, 165 ailənin səsinə səs veriləcəyinə ümid edir: "Bizi, yəni 165 ailəni aldatmış, cinayətə yol vermiş hər iki şəxs - Taley Alaverdiyev və Pənah Kərimov cəzalarını almalıdırlar. Bunun üçün dövlət orqanlarından kömək gözləyirik. Habelə Bakı Ağır Cinayətlər Məhkəməsi prosesi başa çatdırmalıdır ki, həm yerdə qalan mənzillər məsələsi həllini tapsın, həm sakinlərə Çıxarış verilsin. Hazırda bu iki problemin həllini gözləyirik, nəinki hakimin imza toplatdırıb şirkət sahibini də evə buraxmasını. Onsuz da Taley də, Pənah da saxlandığı vaxtdan istintaq təcridxanasının üzünü görməyiblər, dələduzluqla mənimsədikləri pullar hesabına müalicə müəssisəsinə köçürülüblər, həbs həyatını kurort kimi yaşayıblar. Artıq Pənah ürək əməliyyatı adı ilə evə çıxıb, heç əməliyyat da olmayıb, indi də Taley üçün ssenari hazırlanır. Ona görə də dövlətimizdən dəstək gözləyirik".

Anxeber.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Yanan maşınlardan biri mənə məxsusdur" - FOTO
Bu gün, 09:52
Qadın evə gətirdiyi müştərisini bıçaqladı: - “İçkili idim, tam olaraq nə baş verdiyini xatırlamıram”
Bu gün, 09:43
İmtahanda toplanan ballar ÖNƏMLİ DEYİL... - İTTİHAM VAR...
Bu gün, 09:37
BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisi vəzifəsinin icrasına başlayıb - DOSYE
Bu gün, 09:21
Hamı özünü korluğa və karlığa qoyub... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 09:11
Qardaşların mübahisəsi faciəyə çevrildi: Ata güllələndi, oğul ittihamları qəbul etmir - TƏFƏRRÜAT
Bu gün, 09:00
GDU-da QANUNSUZLUQLAR SERİYASI... - Qanundankənar prorektor və daha nələr...
Bu gün, 08:51
DƏRMAN MAFİYASI... İŞ BAŞINDA! - NƏ ETMƏLİ?
Bu gün, 08:34
Naxçıvana kart sistemi gəlir: AMMA ƏSLİNDƏ... - Sakinlər deyir ki...
Bu gün, 08:29
Bu, Putin üçün çox böyük biabırçılıqdır - Dikinson
Bu gün, 07:17
"Brent" markalı neftin qiyməti fevraldan bəri ilk dəfə 71 dollardan aşağı düşüb
Bu gün, 07:16
Anar Əliyevin ABSURD "qənaəti" - Şöbə müdirinin müavininə də stol və paltar dolabı alır
Bu gün, 07:14
AHİK, "Kurort" QSC, ETİHİ və Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi niyə var? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:11
Müəllimlərin kütləvi etirazı... - Araz Paşayev isə...
Bu gün, 07:04
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - GƏLİŞMƏ
Bu gün, 06:46
Nazirin axtardığı günahkar: Məktəbdə, yoxsa evdə? - Görünəni odur ki...
Bu gün, 06:44
Tofiq Heydərovun "AAAF İnşaat" şirkətinin 5.6 milyondan çox borcu var! - TƏFƏRRÜAT
Bu gün, 06:41
Azərbaycanın qələbəsini gizlədən sözçüyə yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 06:37
İspaniya NATO-da ABŞ üçün yaxşı müttəfiq deyil - Tramp belə deyir...
Bu gün, 06:35
Dövlətin dəstəyi... KİMLƏRİN OYUNCAĞIDIR? - İLGİNC FAKTLAR
Bu gün, 06:32
Dollarla bağlı kritik proqnoz verildi: manat üçün real ssenari açıqlandı - AKTUAL
Bu gün, 06:26
Tehran küçələri... savaşdan sonra... - artıq hicab patrullarına...
Bu gün, 02:59
Tenderi keçirən də, udan da eyni adamdırsa... - HANSI MƏMUR CƏZALANIB?
Bu gün, 02:46
Rusiya benzin dilənməyə başlayıb - "Reuters"
Bu gün, 02:34
"Niyə əlavə 20 manat ödəməliyəm ki..." - ETİRAZ VAR!
Bu gün, 02:29
Nazilə Səfərli qollarını çırmalayıb... - maləsəf xınayaxdı üçün yox....
Bu gün, 02:19
Pirşağıda AÇIQ XƏSTƏLİK MƏNBƏYİ - Başçının xəbəri olsa da...
Bu gün, 02:15
Paşinyanın kadr dəyişikliyinin pərdəarxası: - hər şey Türkiyə ilə...
Dünən, 22:21
İqbal Ağazadənin "Telegram" hesabı oğurlanıb - Polis araşdırma aparır
Dünən, 22:14
Yanacaq qıtlığı: Rusiya bu ölkədən benzin alır
Dünən, 18:12
"Avroviziya"dan kuryerliyə - Fərid Məmmədovun sonrakı həyatı
Dünən, 17:46
Peşə Agentliyinin sabiq direktoru şirkət rəhbəri oldu - BUNDAN SONRA...
Dünən, 17:45
Ermənistanın Türkiyə ilə sərhəd planı: - Görün ilk kimlər keçəcək
Dünən, 17:43
“TikTok”da 92 manatlıq jeton başına bəla oldu - 3 il 6 ay həbs - 3 il 6 ay həbs
Dünən, 17:41
“Utanıram, xəcalət çəkirəm deyim ki, mən bu filmdə çəkilmişəm” - aktrisadan ETİRAF
Dünən, 17:38
Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü – MƏHKƏMƏ
Dünən, 17:36
SEPAH-ın generalı avtoqəzda ölüb, yoxsa…?
Dünən, 17:34
İcra Hakimiyyətindən Hacıbala Abutalıbovla bağlı xəbərə reaksiya: - Bu şayiəni kim yayıb?
Dünən, 17:30
Bahadırsa, necə gedirlər: "Otellərdə boş yer olmur" - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:28
Putinin yeni “rəqibi” peyda oldu: saatlar əleyhinə işləyir – Dəhşətli ssenari
Dünən, 17:25
Erməni və türk iş adamları Vanda görüşdülər
Dünən, 17:23
“YouTube”da ən çox hansı TV kanalları izlənilir? - SİYAHI
Dünən, 17:22
“Q-STP” MMC-yə yeni Baş direktor təyin olunub - BUNDAN SONRA...
Dünən, 17:20
Keçmiş Bakı meri haqda ilginc iddialar... - SƏN DEMƏ...
Dünən, 17:17
Maskın sərvəti 174 ölkənin ÜDM-indən çoxdur - SİYAHI
Dünən, 17:14
“Aktiv Enerji”də milyonluq yeyinti - Həbs edilənlər var
Dünən, 17:09
Hüquqi separatizm: Muxtar status, yoxsa FETÖ-vari "paralel yapı"? - İLGİNC
Dünən, 17:02
İranla danışıqlar yaxşı gedir - Tramp
Dünən, 16:58
Simonyan Peskovla 12 il əvvəl yaşadığı hadisəni xatırladı: "Gecə Çin küçələrində... "
Dünən, 15:45
Azərbaycanda vəzifəli şəxs İSTEFA VERDİ
Dünən, 15:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru