Maskın sərvəti 174 ölkənin ÜDM-indən çoxdur .....                     “Aktiv Enerji”də milyonluq yeyinti .....                     Hüquqi separatizm: Muxtar status, yoxsa FETÖ-vari "paralel yapı"? .....                     İranla danışıqlar yaxşı gedir .....                     Simonyan Peskovla 12 il əvvəl yaşadığı hadisəni xatırladı: "Gecə Çin küçələrində... " .....                     Azərbaycanda vəzifəli şəxs .....                     “Əri bıçaqla onun başının üstündə dayanmışdı” .....                     Rusiya mediası Bakıya yolüstündə olan Lyayeni desant adlandırdı .....                     Səhiyyə Nazirliyi günvurma təhlükəsi ilə bağlı əhaliyə müraciət edib .....                     Azərbaycan təhsilində “heyvagülü” siyasəti .....                     Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü .....                     Şəhla müəllim hadisədən sonra ilk dəfə .....                     AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır .....                     Ermənistan XİN Qaluzinin Rusiyanın TRIPP-də iştirakı ilə bağlı fikirlərinə münasibət bildirib .....                     Azərbaycanda bu gündən qüvvəyə minən dəyişikliklər .....                     “Yuska Şamxorski”nin həbsinin pərdəarxası .....                     Sabah 25 ilin qanlı sirri çözülə bilər .....                     Ermənilərdən yeni HEYRƏTAMİZ uydurma .....                     “Mərkəzi televiziyanın sədri atamla dost idi, amma mənə efir qadağası qoyulmuşdu” .....                     Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başlayıb .....                     Cənab nazir qərəzli şəkildə məni doğma teatrıma BƏRPA ETMİR! .....                     Nizami Tibb Mərkəzində qalmaqal: İşçi döyüldüyünü iddia etdi .....                     "İdrak" liseyində şagird müəllimi ona irad bildirdiyi üçün güllələyib .....                     "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və digərlərinə .....                     AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başlayıb .....                     Qəbələdə icra hakimiyyəti yeniyetmələri istismar edir .....                     BP BTC-nin operatorluğunu ötürür .....                     ƏƏSMN şöbə müdirinə ağır ittihamlar: “İntihar həddinə çatdırıb” .....                     Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub .....                     "Başı gedib, amma sənətdən getmir..." .....                     İrəvanda Rusiya vətəndaşını döydülər .....                     Lukaşenko bir tərəfdən Kremlin təzyiqi alıtndadır, digər tərəfdən Kiyevdən xəbərdarlıq mesajları alır... .....                     Nazir Anar Seyidməmmədovu ehtiyata buraxdı .....                     Ukrayna Krımdakı hərbi aerodroma zərbə endirib .....                     Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat .....                     Rəsulzadənin irsi və Heyətin memarlığı: .....                     Nazir oğlu ilə əlaqəli şirkət 2 universitetə 1 milyon manatlıq ofis icarəyə verib .....                     Elgiz Əkbərin ailəsinə ağır itki üz verib .....                     QDTİB AZAL ilə müqavilə imzalayıb .....                     16 ildir Qəbələni... BAŞ(ÇI)SIZ QOYUB... .....                 

Azərbaycan təhsilində “heyvagülü” siyasəti - MALƏSƏF...
Tarix: Bu gün, 15:09 | Çap et

"DİA-AZ" Moderator.az-a istinadən ADPU-nun dosenti İlham Əhmədovun məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:
Azərbaycan xalqının zəngin folklorunda bəzən bütöv bir sosial həqiqəti ifadə edən metaforalar görünür. Onlardan biri də bu ifadədir: “Siz nə çalırsınız çalın, mən heyvagülü oynayacağam.” Bu ifadənin mənası budur ki, kim nə deyirsə desin, mən yenə də öz bildiyimi edəcəyəm. Əslində bu, təkcə fərdi xarakterin xüsusiyyəti deyil, bu bəzən bütöv idarəetmə modeli olur...
Bu gün Azərbaycan təhsil sisteminə diqqətlə baxdıqda müəyyən sahələrdə məhz belə idarəçilik fəlsəfəsinin formalaşdığını görürürk. Bu məqalədə həmin yanaşmanı şərti olaraq “Təhsildə heyvagülü siyasəti” adlandırırıq. Bu anlayış təhsildəki idarəetmə davranışının analitik modelidir.
“Heyvagülü siyasəti” nədir?..
Bu təhsil siyasətinin əsas xüsusiyyətləri belədir:
• ekspert rəyinin nəzərə alınmaması;
• elmi araşdırmaların qərarverməyə təsir etməməsi;
• tənqidlərin sistemli şəkildə görməzlikdən gəlinməsi;
• statistik göstəricilərin formal və saxta xarakter daşıması;
• beynəlxalq təcrübənin əməldə yox, yalnız təqdimatlarda xatırlanması;
• problemlərin səbəblərinin deyil, nəticələrinin müzakirə olunması…
Başqa sözlə, qərar əvvəl qəbul edilir, sonra isə həmin qərarı əsaslandıracaq arqumentlər axtarılır. Halbuki müasir dövlət idarəçiliyində proses bunun tam əksidir. Əvvəl məlumat toplanır, sonra təhlil aparılır, daha sonra qərar qəbul edilir.
Təhsil menecmentində ən təhlükəli amil: səbəbsiz yerə özünəinamın həddindən artıq olması…
Müasir idarəetmə nəzəriyyəsində “Dunning-Kruger effekti” adlanan maraqlı psixoloji hadisə mövcuddur. Bu effekt göstərir ki, ən az bilən insanlar çox vaxt özlərini ən çox bilən hesab edirlər. Ən peşəkar insanlar isə daim öyrənməyə çalışırlar. Təhsil idarəçiliyində də bəzən oxşar vəziyyət müşahidə edilir.
İdarəçilərdən bəziləri hesab edirlər ki, onların qərarları müzakirə olunmamalıdır. Təklif vermək tənqid kimi qəbul edilir. Alternativ fikir isə sanki şəxsi hücum hesab olunur. Belə olduqda idarəetmə inkişaf etmir. Sadəcə təkrarlanır…
Reallıqda xeyli məqalələr yazılır, təkliflər verilir, amma “söz sahibi” öz payini götürmür…
Son on ildə Azərbaycan təhsili haqqında yüzlərlə analitik məqalə dərc olunmuşdur. Universitet professorları, təhsil ekspertləri, müəllimlər, işəgötürənlər, jurnalistlər, beynəlxalq təşkilatlar eyni problemləri dəfələrlə göstərmişlər. Məsələn, kurikulum problemləri, müəllim hazırlığındakı boşluqlar, qiymətləndirmə mexanizmlərinin zəifliyi, universitetlərin əmək bazarından uzaqlaşması, elmi fəaliyyətin formal xarakter daşıması, beynəlxalq akkreditasiyanın zəif inkişafı, rəqəmsallaşmanın konsepsiyasız həyata keçirilməsi. Lakin illər keçir, problemlər isə demək olar ki, dəyişmir. Bu, artıq təsadüf deyil. Bu, idarəetmə modelidir. Ölkə prezidenti deyir ki, ictimai nəzarəti gücləndirin, bizə təkliflər verin, amma məmurlar başqa cür düşünür və işləyirlər...
Məktəb məzunları niyə proqramın yalnız az bir hissəsini mənimsəyirlər?..
Müxtəlif qiymətləndirmələr göstərir ki, məktəbdə öyrədilən proqramın əhəmiyyətli hissəsi şagird tərəfindən tam mənimsənilmir. DİM-in hesabatı göstərir ki, məzunlar proqramı 40 % həcmində mənimsəyirlər. Bu hal yalnız şagirdin və ya müəllimin fərdi səyləri ilə izah oluna bilməz. Problem daha dərin sistem amilləri ilə bağlıdır…
Əgər məzun yalnız proqramın təxminən 40 faizini effektiv şəkildə mənimsəyirsə, bu, ilk növbədə proqramın həcminin real imkanlara uyğunluğu, öyrənmə metodikasının müasir idrak xüsusiyyətlərinə uyğunluğu, qiymətləndirmə sistemi öyrənməni təşviq edirmi, yoxsa yalnız nəticəni ölçür, müəllimlərin peşəkar inkişafı davamlı şəkildə dəstəklənirmi, məktəblərdə məlumatın əzbərlənməsi, yoxsa bacarıqların formalaşdırılması prioritetdir və s. kimi suallar yaradır. Əgər bu suallar illərlə cavabsız qalırsa, problem fərdlərdə deyil, sistemdədir...
Universitet diplomunun dəyərini kim müəyyən edir?..
Ali təhsilin keyfiyyəti diplomun kağız üzərində mövcudluğu ilə deyil, onun məzununa qazandırdığı kompetensiyalarla ölçülür. Müasir qlobal əmək bazarında universitet diplomunun nüfuzu dörd əsas amildən asılıdır: tədrisin keyfiyyəti, elmi tədqiqat potensialı, beynəlxalq əməkdaşlıq, məzunların rəqabət qabiliyyəti…
Əgər universitet məzunu əmək bazarında üstünlük qazanmırsa, işəgötürənlər həmin diplomu yüksək dəyər kimi qəbul etmirlərsə və beynəlxalq akademik mühitdə universitetin elmi nüfuzu zəifdirsə, formal diplom iqtisadi və sosial kapitala çevrilə bilmir. Bu vəziyyət yalnız ayrı-ayrı ali məktəblərin deyil, bütövlükdə ali təhsil siyasətinin nəticəsidir...
İdarəetmədə ən böyük təhlükə — geribildirimdən qorxmaq…
İnnovativ təhsil sistemlərinin hamısında bir ümumi xüsusiyyət vardır. Onlar tənqidi sevirlər. Çünki tənqid pulsuz konsaltinqdir. Ən uğurlu universitetlər hər il minlərlə rəy toplayırlar. Müəllimdən, tələbədən, məzundan, işəgötürəndən, valideyndən… Onlar bu rəyləri təhlükə hesab etmirlər. Bunu inkişaf resursu hesab edirlər. Əgər təhsil sistemi tənqidi qəbul etmirsə, o zaman səhvlər gizlədilir. Səhvlər gizlədildikdə isə inkişaf dayanır…
hsil idarəçiliyi XXI əsrdə necə olmalıdır?..
Rəqəmsal əsrdə təhsil idarəçiliyi inzibati göstərişlərə deyil, biliklərin kollektiv istehsalına əsaslanmalıdır. Müasir menecer yalnız qərar qəbul edən şəxs deyil, həm də öyrənən liderdir. O, ekspert rəylərini toplayır, məlumatları təhlil edir, fərqli baxışları müqayisə edir və qərarlarını sübutlara əsaslandırır. Belə yanaşma “öyrənən təşkilat” modelinin əsasını təşkil edir. Burada rəhbər hər şeyi bildiyini iddia etmir, əksinə, daha yaxşı qərarlar qəbul etmək üçün müxtəlif bilik mənbələrindən istifadə edir. Təhsil kimi mürəkkəb sistemdə bu xüsusiyyət zərurətdir…
Təhsildə “heyvagülü siyasəti”nin uzunmüddətli nəticələri…
Əgər qərarvermə prosesi qapalı qalarsa və elmi əsaslandırılmış təkliflər sistemli şəkildə nəzərə alınmazsa, bir neçə strateji risk formalaşır:
• insan kapitalının keyfiyyətinin zəifləməsi;
• innovasiya potensialının aşağı düşməsi;
• universitetlərin beynəlxalq rəqabət qabiliyyətinin azalması;
• işəgötürənlərlə ali təhsil arasında uyğunsuzluğun dərinləşməsi;
• gənclərin xaricdə təhsilə və əmək bazarına yönəlməsinin artması;
• dövlətin təhsilə yatırdığı investisiyaların səmərəliliyinin azalması…
Bu nəticələr yalnız təhsil sektorunu deyil, bütövlükdə insan kapitalı, iqtisadi inkişafı və milli rəqabət qabiliyyətini də zəiflədir.
“Heyvagülü siyasəti”ndən “Öyrənən təhsil idarəçiliyi” modelinə keçid…
Azərbaycan təhsilinin qarşısında duran əsas vəzifə yeni layihələr elan etməkdən daha çox, qərarvermə fəlsəfəsini dəyişməkdir. Bunun üçün aşağıdakı istiqamətlər prioritet olmalıdır:
1.Təhsil siyasətində sübuta əsaslanan qərarvermə mexanizmlərinin tətbiqi.
2.Müstəqil ekspert və akademik icmanın qərarların hazırlanmasına sistemli şəkildə cəlb olunması.
3.Təkliflərin və ictimai müzakirələrin nəticələrinin rəsmi şəkildə qiymətləndirilməsi.
4.Təhsil göstəricilərinin müntəzəm monitorinqi və açıq məlumat bazalarının yaradılması.
5.Pilot layihələrin nəticələri əsasında siyasətin korrektə edilməsi.
6.Uğursuz qərarların səbəblərinin etiraf edilməsi və institusional öyrənmə mexanizmlərinin formalaşdırılması.
Bu yanaşma idarəetməni şəxsi iradədən institusional rasionalizmə doğru yönəldir…
Azərbaycanın xalq hikmətində “Siz nə çalırsınız çalın, mən heyvagülü oynayacağam” ifadəsi inadkarlığın və dəyişməz davranışın obrazlı təsviridir. Lakin dövlət idarəçiliyində, xüsusilə, təhsil kimi gələcəyi müəyyən edən sahədə belə yanaşma inkişaf strategiyası ola bilməz. Təhsil sistemi yalnız büdcə və ya normativ sənədlərlə deyil, öyrənmə qabiliyyəti ilə güclənir. İdarəetmə də eyni prinsiplə işləyir: dinləməyən sistem öyrənmir, öyrənməyən sistem isə inkişaf etmir…
Azərbaycan təhsilinin gələcəyi “Heyvagülü siyasəti”ndən imtina edib dialoq, elmi sübutlar, peşəkar ekspertiza və institusional öyrənmə mədəniyyətinə keçidindən asılıdır. Əsl innovasiya yeni terminlər yaratmaqda deyil, idarəetmənin özünü öyrənən və öz səhvlərindən nəticə çıxaran sistemə çevirməkdədir. Məhz belə olduqda təhsil yalnız diplom verən institut deyil, ölkənin intellektual, iqtisadi və mədəni inkişafını təmin edən strateji gücə çevrilə bilər…”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Maskın sərvəti 174 ölkənin ÜDM-indən çoxdur - SİYAHI
Bu gün, 17:14
“Aktiv Enerji”də milyonluq yeyinti - Həbs edilənlər var
Bu gün, 17:09
Hüquqi separatizm: Muxtar status, yoxsa FETÖ-vari "paralel yapı"? - İLGİNC
Bu gün, 17:02
İranla danışıqlar yaxşı gedir - Tramp
Bu gün, 16:58
Simonyan Peskovla 12 il əvvəl yaşadığı hadisəni xatırladı: "Gecə Çin küçələrində... "
Bu gün, 15:45
Azərbaycanda vəzifəli şəxs İSTEFA VERDİ
Bu gün, 15:44
“Əri bıçaqla onun başının üstündə dayanmışdı” – Şahid DANIŞIR
Bu gün, 15:41
Rusiya mediası Bakıya yolüstündə olan Lyayeni desant adlandırdı - “Nezavisimaya qazeta”
Bu gün, 15:33
Səhiyyə Nazirliyi günvurma təhlükəsi ilə bağlı əhaliyə müraciət edib
Bu gün, 15:31
Azərbaycan təhsilində “heyvagülü” siyasəti - MALƏSƏF...
Bu gün, 15:09
Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü – MƏHKƏMƏ
Bu gün, 15:05
Şəhla müəllim hadisədən sonra ilk dəfə - Məhkəməyə gəldi
Bu gün, 14:57
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır - DİQQƏT
Bu gün, 14:50
Ermənistan XİN Qaluzinin Rusiyanın TRIPP-də iştirakı ilə bağlı fikirlərinə münasibət bildirib - “Newsarmenia”
Bu gün, 14:43
Azərbaycanda bu gündən qüvvəyə minən dəyişikliklər - Kimləri nə gözləyir?
Bu gün, 14:23
“Yuska Şamxorski”nin həbsinin pərdəarxası – yeni detallar
Bu gün, 14:17
Sabah 25 ilin qanlı sirri çözülə bilər – “Dəyirman Vahid”in işində məhkəməni kim gözlədir?
Bu gün, 14:10
Ermənilərdən yeni HEYRƏTAMİZ uydurma – Bakıdan ŞİLLƏ kimi CAVAB
Bu gün, 13:16
“Mərkəzi televiziyanın sədri atamla dost idi, amma mənə efir qadağası qoyulmuşdu”
Bu gün, 13:12
Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başlayıb
Bu gün, 13:09
Cənab nazir qərəzli şəkildə məni doğma teatrıma BƏRPA ETMİR! - Mehriban Xanlarova vəsiyyətini AÇIQLADI
Bu gün, 13:02
Nizami Tibb Mərkəzində qalmaqal: İşçi döyüldüyünü iddia etdi - VİDEO
Bu gün, 12:56
"İdrak" liseyində şagird müəllimi ona irad bildirdiyi üçün güllələyib - İTTİHAM
Bu gün, 12:53
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və digərlərinə CƏZA İSTƏNİLİB
Bu gün, 12:47
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başlayıb - DİQQƏT!
Bu gün, 12:43
Qəbələdə icra hakimiyyəti yeniyetmələri istismar edir - Fotolar
Bu gün, 12:38
BP BTC-nin operatorluğunu ötürür "SOCAR Midstream Operations" MMC-yə...
Bu gün, 12:33
ƏƏSMN şöbə müdirinə ağır ittihamlar: “İntihar həddinə çatdırıb” - TƏFƏRRÜAT
Bu gün, 12:28
Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub - ƏMR
Bu gün, 12:19
"Başı gedib, amma sənətdən getmir..." – Nadir Qafarzadə
Bu gün, 12:15
İrəvanda Rusiya vətəndaşını döydülər - TƏFƏRRÜAT
Bu gün, 12:14
Lukaşenko bir tərəfdən Kremlin təzyiqi alıtndadır, digər tərəfdən Kiyevdən xəbərdarlıq mesajları alır... - ONA GÖRƏ DƏ...
Bu gün, 12:11
Nazir Anar Seyidməmmədovu ehtiyata buraxdı - FOTO
Bu gün, 12:08
Ukrayna Krımdakı hərbi aerodroma zərbə endirib
Bu gün, 12:05
Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 12:02
Rəsulzadənin irsi və Heyətin memarlığı: - masonluq Azərbaycanda necə canlanır?
Bu gün, 11:59
Nazir oğlu ilə əlaqəli şirkət 2 universitetə 1 milyon manatlıq ofis icarəyə verib - AY MAŞALLAH...
Bu gün, 11:56
Elgiz Əkbərin ailəsinə ağır itki üz verib
Bu gün, 11:49
QDTİB AZAL ilə müqavilə imzalayıb
Bu gün, 11:46
16 ildir Qəbələni... BAŞ(ÇI)SIZ QOYUB... - NARAZILIQ VAR...
Bu gün, 11:39
Qalmaqallı sabiq məmur məhkəmə qarşısına çıxır - TƏFƏRRÜAT
Bu gün, 11:17
Paşinyanın partiyasında vəzifə bölgüsü başladı: Spiker “Türkiyənin adamı” olacaq? - “Hraparak”
Bu gün, 11:14
Hafiz Paşayevdən nazirə: -HƏRDƏN BAŞA DÜŞMÜRƏM NƏ DEYİRSİNİZ /VİDEO
Bu gün, 11:05
Bakıya gələcək amerikalı səfirlə bağlı İLGİNC detal - ŞƏRH
Bu gün, 11:01
Media niyə süni intellektə üz tutur? - AKTUAL
Bu gün, 10:59
"BakıKart"ın satış qiyməti ARTDI
Bu gün, 10:53
Naxçıvan təhsilində ŞIDIRĞI ALVER GEDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:47
Ukrayna Penzada hərbi müəssisəyə dron zərbəsi endirib, güclü yanğın baş verib - “UNIAN“
Bu gün, 10:40
Gəncə Dövlət Universitetində NƏ İŞLƏR ÇEVRİLİR?.. - İTTİHAM VAR...
Bu gün, 10:31
Abşeronda 38 yaşlı bacısı qızını öldürən şəxsin işi ALİ MƏHKƏMƏDƏ
Bu gün, 10:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru