Yanacaq qıtlığı: Rusiya bu ölkədən benzin alır .....                     "Avroviziya"dan kuryerliyə .....                     Peşə Agentliyinin sabiq direktoru şirkət rəhbəri oldu .....                     Ermənistanın Türkiyə ilə sərhəd planı: .....                     “TikTok”da 92 manatlıq jeton başına bəla oldu - 3 il 6 ay həbs .....                     “Utanıram, xəcalət çəkirəm deyim ki, mən bu filmdə çəkilmişəm” .....                     Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü .....                     SEPAH-ın generalı avtoqəzda ölüb, yoxsa…? .....                     İcra Hakimiyyətindən Hacıbala Abutalıbovla bağlı xəbərə reaksiya: .....                     Bahadırsa, necə gedirlər: "Otellərdə boş yer olmur" .....                     Putinin yeni “rəqibi” peyda oldu: saatlar əleyhinə işləyir .....                     Erməni və türk iş adamları Vanda görüşdülər .....                     “YouTube”da ən çox hansı TV kanalları izlənilir? .....                     “Q-STP” MMC-yə yeni Baş direktor təyin olunub .....                     Keçmiş Bakı meri haqda ilginc iddialar... .....                     Maskın sərvəti 174 ölkənin ÜDM-indən çoxdur .....                     “Aktiv Enerji”də milyonluq yeyinti .....                     Hüquqi separatizm: Muxtar status, yoxsa FETÖ-vari "paralel yapı"? .....                     İranla danışıqlar yaxşı gedir .....                     Simonyan Peskovla 12 il əvvəl yaşadığı hadisəni xatırladı: "Gecə Çin küçələrində... " .....                     Azərbaycanda vəzifəli şəxs .....                     “Əri bıçaqla onun başının üstündə dayanmışdı” .....                     Rusiya mediası Bakıya yolüstündə olan Lyayeni desant adlandırdı .....                     Səhiyyə Nazirliyi günvurma təhlükəsi ilə bağlı əhaliyə müraciət edib .....                     Azərbaycan təhsilində “heyvagülü” siyasəti .....                     Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü .....                     Şəhla müəllim hadisədən sonra ilk dəfə .....                     AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır .....                     Ermənistan XİN Qaluzinin Rusiyanın TRIPP-də iştirakı ilə bağlı fikirlərinə münasibət bildirib .....                     Azərbaycanda bu gündən qüvvəyə minən dəyişikliklər .....                     “Yuska Şamxorski”nin həbsinin pərdəarxası .....                     Sabah 25 ilin qanlı sirri çözülə bilər .....                     Ermənilərdən yeni HEYRƏTAMİZ uydurma .....                     “Mərkəzi televiziyanın sədri atamla dost idi, amma mənə efir qadağası qoyulmuşdu” .....                     Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başlayıb .....                     Cənab nazir qərəzli şəkildə məni doğma teatrıma BƏRPA ETMİR! .....                     Nizami Tibb Mərkəzində qalmaqal: İşçi döyüldüyünü iddia etdi .....                     "İdrak" liseyində şagird müəllimi ona irad bildirdiyi üçün güllələyib .....                     "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və digərlərinə .....                     AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başlayıb .....                 

Hüquqi separatizm: Muxtar status, yoxsa FETÖ-vari "paralel yapı"? - İLGİNC
Tarix: Bu gün, 17:02 | Çap et

Türkiyə mediasında FETÖ haqqında yazılarda və ya televiziya proqramlarında gözümüzə və qulağımıza tez-tez bir ifadə dəyir - “paralel yapı”. Azərbaycan dilinə çevirəndə “paralel struktur” anlamına gələn bu ifadə FETÖ-çülük probleminin ən ümdə məsələsi kimi qiymətləndirilir. Həqiqətən də dövlət içində dövlət anlayışı mafiyalaşmanın ən başlıca əlamətidir və bütün dövlətlər bu təzahürlərə qarşı amansız mübarizə aparırlar və aparmalıdırlar.

Amma dərd burasındadır ki, Azərbaycanda paralel strukturların mövcudluğunu, necə deyərlər, mafiyalaşmanın təməl səbəbləri Konstitusiyamızla da təsbit olunub. Belə ki, Konstitusiyamızın 134-cü maddəsinə görə, “Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir və Azərbaycanın ayrılmaz tərkib hissəsidir”. Təsəvvür edirsinizmi? Rəsmən Konstitusiyada bəyan olunub ki, Azərbaycan da bir dövlətdir, Naxçıvan da. Üstəlik, Naxçıvan MR Azərbaycanın içərsinə yerləşdirilmiş paralel struktur kimi fəaliyyət göstərir.

Azərbaycanda paralel yapının, daha aydın ifadə ilə desək, dövlət içərisində dövlətin varlığı ilk növbədə Naxçıvanın idarə olunması üçün ciddi problemlər yaradır. Bu “paralel yapı” Azərbaycan dövlətinin fundamentinə hər zaman partlamağa hazır bomba yerləşdirməklə qalmır, hətta istənilən strukturların normal fəaliyyətini də əngəlləyir. Mən hətta bir çox dövlət orqanlarının fəaliyyətini bir kənara qoyuram, bu mafiyayabənzər sistem insan hüquqlarının fundamental dayaq nöqtələrindən sayılan vəkillik xidmətindən belə yan keçməyib. Vəkillik sistemində ortaya çıxan bu individual problemin işığında Naxçıvanın muxtar statusunun yaratdığı ümumi problemə baxışımı sizinlə də bölüşmək istəyirəm.

Bir ölkədə iki kollegiya: Naxçıvanın ayrıca Vəkillər Kollegiyasına ehtiyac varmı?

Azərbaycan Respublikasında vəkillik institutunun əsas təşkilati dayağı Azərbaycan Respublikası Vəkillər Kollegiyasıdır. Qanunvericiliyə görə ölkədə vəkillik fəaliyyəti məhz bu peşəkar, qeyri-dövlət, özünüidarə edən qurum vasitəsilə təşkil olunur. Ancaq hüquqi sistemdə maraqlı bir istisna da var: Naxçıvan Muxtar Respublikasında ayrıca Vəkillər Kollegiyası fəaliyyət göstərir.

“Matruşka” sistemi

İlk baxışda bu, Naxçıvanın muxtariyyət statusu ilə izah oluna bilər. Lakin məsələnin dərinliyinə varanda ortaya başqa suallar çıxır: əgər Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidirsə, Azərbaycan qanunları Naxçıvan ərazisində məcburidirsə, Naxçıvan Vəkillər Kollegiyası da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının tərkibinə daxildirsə, o zaman ayrıca “kollegiya” formasında ikinci quruma, “matruşka” sisteminə nə ehtiyac var?

Bu sual sadəcə təşkilati məsələ deyil. Bu, vahid hüquq siyasəti, vəkillik peşəsinin standartları, institusional paralellik və vətəndaşın hüquqi yardıma çıxışı məsələsidir.

Bəs Qanun bu barədə nə deyir?

Bir daha qeyd etmək istərdim ki, Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsinə görə, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir və Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Eyni maddədə açıq şəkildə göstərilir ki, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, Prezidentin fərmanları və Nazirlər Kabinetinin qərarları Naxçıvan Muxtar Respublikasının ərazisində məcburidir. Naxçıvanın qəbul etdiyi qanunlar isə Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olmamalıdır.

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda da Naxçıvanla bağlı xüsusi norma var. Qanuna görə, Naxçıvan Muxtar Respublikasının qanunu ilə Naxçıvanda Vəkillər Kollegiyası yaradıla bilər və bu kollegiya Azərbaycan Respublikası Vəkillər Kollegiyasının tərkibinə daxildir.

Deməli, hüquqi mənzərə belədir: Naxçıvanda ayrıca qurum var, amma bu qurum tam müstəqil, Azərbaycan Vəkillər Kollegiyasından ayrı paralel sistem deyil. O, qanunla Azərbaycan Respublikası Vəkillər Kollegiyasının tərkibində nəzərdə tutulub. Elə əsas sual da buradan doğur: tərkibindədirsə, niyə ayrıca kollegiya?

Bəs bu qurum necə və niyə yaranıb?

Naxçıvan MR Vəkillər Kollegiyasının yaradılması 2007-2008-ci illərin hüquqi prosesləri ilə bağlıdır. Milli Məclisin 10 aprel 2007-ci il tarixli iclasında bu məsələ müzakirə edilərkən əsas arqument kimi Naxçıvanın coğrafi uzaqlığı, Azərbaycan Vəkillər Kollegiyasının baş idarəsinin Bakıda yerləşməsi və Naxçıvanda vətəndaşların müdafiə hüququ ilə bağlı “texniki problemlər” göstərilmişdi. Həmin müzakirədə qeyd olunurdu ki, Naxçıvanda Vəkillər Kollegiyasının yaradılması vətəndaşların müdafiə hüququnun təminatına xidmət edəcək.

2008-ci il yanvarın 8-də “Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” Naxçıvan MR Qanunu qəbul edildi. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəsmi məlumatına görə, 9 aprel 2008-ci ildə Naxçıvanda faktiki fəaliyyət göstərən 8 vəkil tərəfindən Naxçıvan MR Vəkillər Kollegiyası təsis olundu. 2018-ci ildə Kollegiyanın 21 üzvünün olduğu bildirilirdi.

Yəni qurumun yaranma səbəbi ilk mərhələdə daha çox praktik idi: Bakı ilə Naxçıvan arasında məsafə, idarəetmə əlaqələrinin çətinliyi, yerli vətəndaşların vəkillik xidmətlərinə çıxışı.

Amma 2008-ci ilin idarəetmə reallığı ilə 2026-cı ilin hüquqi-rəqəmsal reallığı eyni deyil.

Əvvəllər ehtiyac vardı, bəs indi?

2008-ci ildə Naxçıvanda ayrıca kollegiyanın yaradılması müəyyən qədər başadüşülən görünə bilərdi. O dövrdə elektron xidmətlər indiki səviyyədə deyildi, vəkilliyə qəbul prosesi, sənəd dövriyyəsi, peşə hazırlığı və inzibati əlaqələr daha çox fiziki iştirak və yerli idarəetmə üzərindən qurulurdu.

Ancaq bu gün sual dəyişib: Naxçıvan vəkillərinin fəaliyyətini təmin etmək üçün mütləq ayrıca “Vəkillər Kollegiyası” adlı quruma ehtiyac varmı, yoxsa Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Naxçıvan regional idarəsi, nümayəndəliyi və ya vəkil bürosu bu funksiyanı yerinə yetirə bilməzdimi?

Bu sualın aktuallığını son rəqəmlər də göstərir. 2026-cı il mayın 7-də keçirilən vəkilliyə qəbul imtahanında 540 namizədin sənədləri qəbul olunub, Naxçıvan Muxtar Respublikası üzrə müraciət edənlər ümumi sayın cəmi 0,4 faizini təşkil edib. İmtahanda 315 nəfər uğur qazanıb, onlardan yalnız 1 nəfər Naxçıvan MR Vəkillər Kollegiyasına sənəd verən şəxs olub.

Bu rəqəm ciddi sual doğurur: üzvlük və qəbul miqyası bu qədər məhduddursa, ayrıca kollegiya aparatının, ayrıca orqanların, ayrıca qanunun saxlanılması idarəetmə baxımından nə dərəcədə səmərəlidir?

Bildirim ki, 2025-ci ilin sonunda Naxçıvan MR qanunvericiliyində bu sahədə yenidən dəyişikliklər edilib. “Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” Qanuna dəyişiklik zamanı Kollegiyanın orqanları kimi üzvlərin ümumi yığıncağı, Rəyasət Heyəti, Vəkillərin İntizam Komissiyası və Vəkillərin İxtisas Komissiyası göstərilib.

Burada diqqətçəkən məqam odur ki, bu struktur Azərbaycan Respublikası Vəkillər Kollegiyasının ümumi institusional modelinə çox bənzəyir. Əgər Naxçıvan Kollegiyası onsuz da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının tərkibindədirsə, o zaman ayrıca Rəyasət Heyəti, ayrıca İntizam Komissiyası, ayrıca İxtisas Komissiyası kimi qurumların mövcudluğu hüquqi baxımdan “tərkibdə olan qurum” anlayışını zəiflədir, “paralel qurum” təəssüratı yaradır. Bu isə vəkillik institutunun vahidliyi prinsipi baxımından mübahisəlidir. Çünki vəkillik sadəcə regional xidmət deyil. Vəkillik hüquq müdafiə institutudur. Onun nüfuzu, etik standartları, intizam mexanizmi, qəbul qaydaları və peşə hazırlığı ölkə üzrə vahid yanaşma tələb edir. Eyni dövlətin daxilində eyni peşə üçün iki ayrı institusional mərkəz yaratmaq hüquqi baxımdan izah olunsa da, idarəetmə baxımından həmişə əsaslandırılmış görünmür.

“Muxtariyyət” arqumenti nə qədər yetərlidir?

Naxçıvanın muxtariyyət statusu şübhəsizdir. Bu status Azərbaycan Konstitusiyası ilə tanınır. Naxçıvanın Ali Məclisi, Nazirlər Kabineti, məhkəmələri və yerli hüquqi institutları var. Lakin muxtariyyət hər sahədə ayrıca paralel qurum yaratmaq zərurəti demək deyil. Təsadüfi deyil ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasına axırıncı dəyişikliklər zamanı Naxçıvanda Insan Hüquqları üzrə Müvəkkil (Ombudsman) təsisatı ləğv edildi. Bundan əlavə, Naxçıvanın Müdafiə Nazirliyi də, Xarici İşlər Nazirliyi də yoxdur. Amma bu yoxluq onun muxtarlığına xələl gətirmir. Bənzər hal Vəkillər Kollegiyasına tətbiq olunanda niyə Naxçıvanın muxtariyyətinə kölgə düşsün ki? Vəkillər Kollegiyası Müdafiə Nazirliyindən daha vacib dövlət strukturudurmu? Özü də harda? – 14 illik Ombudsmanı rahatlıqla Doğum evinə direktor təyin edə bilən Naxçıvanda.

Konstitusiyanın 134-cü maddəsi Naxçıvanın muxtariyyətini tanımaqla yanaşı, onun Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu və Azərbaycan qanunlarının Naxçıvanda məcburi qüvvəyə malik olduğunu da təsbit edir.

Bu baxımdan Naxçıvanın vəkillik xidmətlərinə çıxışının təmin edilməsi vacibdir. Amma bunun forması mütləq ayrıca “Vəkillər Kollegiyası” olmaya bilər. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Naxçıvan Regional Vəkil Bürosu, Naxçıvan hüquqi yardım mərkəzi və ya regional idarəsi həmin funksiyanı daha sadə, daha vahid və daha şəffaf modeldə həyata keçirə bilər. Başqa sözlə, problem Naxçıvanda vəkillik institutunun olması deyil. Problem onun ayrıca kollegiya kimi saxlanılmasıdır.

Qanun özü də uyğunlaşdırma ehtiyacını göstərir.

Maraqlıdır ki, 2025-ci ilin dekabrında Naxçıvan Ali Məclisində bu sahə üzrə dəyişiklik layihəsi müzakirə edilərkən bildirilib ki, “Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” Qanunun “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğunlaşdırılması məqsədilə dəyişiklik hazırlanıb.

Bu cümlə özü çox şey deyir. Əgər ayrıca Naxçıvan qanununun vaxtaşırı Azərbaycan qanununa uyğunlaşdırılmasına ehtiyac yaranırsa, deməli, sistemdə normativ təkrarçılıq mövcuddur. Eyni sahə üzrə həm ümumrespublika qanunu, həm də Naxçıvan qanunu işləyir. Sonra ikinci qanun birinciyə uyğunlaşdırılır.

Sual yaranır: niyə ümumiyyətlə, ayrıca qanun və ayrıca kollegiya modeli saxlanılır?

Hüquqi sistemin sadələşdirilməsi baxımından daha məntiqli model belə ola bilər: Naxçıvanda vəkillik fəaliyyəti birbaşa Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vahid strukturu daxilində, regional təsisat formasında təşkil edilsin. Bu halda həm muxtar respublikanın əhalisinin hüquqi yardıma çıxışı qorunar, həm də institusional təkrarçılıq aradan qalxar.

Vətəndaş üçün nə dəyişər?

Əgər Naxçıvan MR Vəkillər Kollegiyası ayrıca qurum kimi ləğv olunub Azərbaycan Respublikası Vəkillər Kollegiyasının regional qurumuna çevrilsə, bu, vətəndaşın hüquqi yardıma çıxışını zəiflətməməlidir. Əksinə, düzgün aparılan islahat nəticəsində vətəndaş üçün sistem daha aydın ola bilər.

Bu gün adi vətəndaş üçün sual sadədir: mənə vəkil lazımdırsa, hansı kollegiyaya müraciət etməliyəm? Azərbaycan Respublikası Vəkillər Kollegiyasına, yoxsa Naxçıvan MR Vəkillər Kollegiyasına? Əgər Naxçıvan Kollegiyası Azərbaycan Kollegiyasının tərkibindədirsə, bu fərqləndirmə vətəndaşa nə verir?

Vətəndaş üçün əsas olan qurumun adı deyil. Əsas olan keyfiyyətli və əlçatan hüquqi yardımdır. Bu yardımı ayrıca kollegiya da verə bilər, regional nümayəndəlik də. Lakin regional nümayəndəlik modeli daha az bürokratik, daha vahid və daha sadə görünür.

Əks arqument: Naxçıvanın xüsusi coğrafi vəziyyəti

Ədalət naminə qeyd etmək lazımdır ki, ayrıca Naxçıvan Vəkillər Kollegiyasının saxlanılmasını müdafiə edən arqumentlər də var. Naxçıvan Azərbaycanın əsas ərazisindən coğrafi baxımdan ayrı yerləşir. Regionun öz məhkəmə sistemi, inzibati strukturları və hüquqi ehtiyacları var. Yerli vəkillərin peşə məsələlərini yerində həll edən qurumun olması praktik baxımdan faydalı görünə bilər.

Bu arqument tamamilə əsassız deyil. Xüsusilə 2008-ci il reallığında bu fikir daha güclü idi. Milli Məclisdə də həmin vaxt əsaslandırma məhz Naxçıvan vətəndaşlarının müdafiə hüququna çıxışının asanlaşdırılması ilə bağlı olmuşdu. Lakin bu arqument ayrıca kollegiya modelini yox, Naxçıvanda güclü regional vəkillik infrastrukturunun olmasını əsaslandırır. Yəni Naxçıvanda vəkillik xidməti olmalıdır, amma bunun ayrıca “kollegiya” statusunda olması mütləq deyil.

Əsas problem: ad, status və məntiq uyğunsuzluğu

Naxçıvan MR Vəkillər Kollegiyası ayrıca hüquqi ad və ayrıca qanunla fəaliyyət göstərir, öz orqanlarına malikdir, amma eyni zamanda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının tərkibinə daxildir. Bu model hüquqi baxımdan mümkün olsa da, konseptual baxımdan ziddiyyətli görünür.

“Tərkibinə daxildir” ifadəsi subordinasiya və vahid sistem deməkdir. “Ayrıca Vəkillər Kollegiyası” ifadəsi isə müstəqil peşə qurumu təsiri yaradır. Hər iki anlayış birlikdə işləyəndə hüquqi konstruksiya ağırlaşır.

Daha sadə və aydın model belə ola bilərdi:

Azərbaycan Respublikası Vəkillər Kollegiyası — Naxçıvan Muxtar Respublikası üzrə Regional Mərkəz. Bu model həm Naxçıvanın xüsusi coğrafi vəziyyətini nəzərə alar, həm də ölkə üzrə vahid vəkillik institutunu qoruyar.

P.S. Qeyd edim ki, bu yazıda sadlanan problemlər yalnız Naxçıvanın Vəkillər Kollegiyası ilə bağlı deyil. Digər strukturlar da bu və ya digər şəkildə eyni problemləri ehtiva edir.

Müəllif: Heydər OĞUZ - "DİA-AZ"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yanacaq qıtlığı: Rusiya bu ölkədən benzin alır
Bu gün, 18:12
"Avroviziya"dan kuryerliyə - Fərid Məmmədovun sonrakı həyatı
Bu gün, 17:46
Peşə Agentliyinin sabiq direktoru şirkət rəhbəri oldu - BUNDAN SONRA...
Bu gün, 17:45
Ermənistanın Türkiyə ilə sərhəd planı: - Görün ilk kimlər keçəcək
Bu gün, 17:43
“TikTok”da 92 manatlıq jeton başına bəla oldu - 3 il 6 ay həbs - 3 il 6 ay həbs
Bu gün, 17:41
“Utanıram, xəcalət çəkirəm deyim ki, mən bu filmdə çəkilmişəm” - aktrisadan ETİRAF
Bu gün, 17:38
Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü – MƏHKƏMƏ
Bu gün, 17:36
SEPAH-ın generalı avtoqəzda ölüb, yoxsa…?
Bu gün, 17:34
İcra Hakimiyyətindən Hacıbala Abutalıbovla bağlı xəbərə reaksiya: - Bu şayiəni kim yayıb?
Bu gün, 17:30
Bahadırsa, necə gedirlər: "Otellərdə boş yer olmur" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:28
Putinin yeni “rəqibi” peyda oldu: saatlar əleyhinə işləyir – Dəhşətli ssenari
Bu gün, 17:25
Erməni və türk iş adamları Vanda görüşdülər
Bu gün, 17:23
“YouTube”da ən çox hansı TV kanalları izlənilir? - SİYAHI
Bu gün, 17:22
“Q-STP” MMC-yə yeni Baş direktor təyin olunub - BUNDAN SONRA...
Bu gün, 17:20
Keçmiş Bakı meri haqda ilginc iddialar... - SƏN DEMƏ...
Bu gün, 17:17
Maskın sərvəti 174 ölkənin ÜDM-indən çoxdur - SİYAHI
Bu gün, 17:14
“Aktiv Enerji”də milyonluq yeyinti - Həbs edilənlər var
Bu gün, 17:09
Hüquqi separatizm: Muxtar status, yoxsa FETÖ-vari "paralel yapı"? - İLGİNC
Bu gün, 17:02
İranla danışıqlar yaxşı gedir - Tramp
Bu gün, 16:58
Simonyan Peskovla 12 il əvvəl yaşadığı hadisəni xatırladı: "Gecə Çin küçələrində... "
Bu gün, 15:45
Azərbaycanda vəzifəli şəxs İSTEFA VERDİ
Bu gün, 15:44
“Əri bıçaqla onun başının üstündə dayanmışdı” – Şahid DANIŞIR
Bu gün, 15:41
Rusiya mediası Bakıya yolüstündə olan Lyayeni desant adlandırdı - “Nezavisimaya qazeta”
Bu gün, 15:33
Səhiyyə Nazirliyi günvurma təhlükəsi ilə bağlı əhaliyə müraciət edib
Bu gün, 15:31
Azərbaycan təhsilində “heyvagülü” siyasəti - MALƏSƏF...
Bu gün, 15:09
Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü – MƏHKƏMƏ
Bu gün, 15:05
Şəhla müəllim hadisədən sonra ilk dəfə - Məhkəməyə gəldi
Bu gün, 14:57
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır - DİQQƏT
Bu gün, 14:50
Ermənistan XİN Qaluzinin Rusiyanın TRIPP-də iştirakı ilə bağlı fikirlərinə münasibət bildirib - “Newsarmenia”
Bu gün, 14:43
Azərbaycanda bu gündən qüvvəyə minən dəyişikliklər - Kimləri nə gözləyir?
Bu gün, 14:23
“Yuska Şamxorski”nin həbsinin pərdəarxası – yeni detallar
Bu gün, 14:17
Sabah 25 ilin qanlı sirri çözülə bilər – “Dəyirman Vahid”in işində məhkəməni kim gözlədir?
Bu gün, 14:10
Ermənilərdən yeni HEYRƏTAMİZ uydurma – Bakıdan ŞİLLƏ kimi CAVAB
Bu gün, 13:16
“Mərkəzi televiziyanın sədri atamla dost idi, amma mənə efir qadağası qoyulmuşdu”
Bu gün, 13:12
Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başlayıb
Bu gün, 13:09
Cənab nazir qərəzli şəkildə məni doğma teatrıma BƏRPA ETMİR! - Mehriban Xanlarova vəsiyyətini AÇIQLADI
Bu gün, 13:02
Nizami Tibb Mərkəzində qalmaqal: İşçi döyüldüyünü iddia etdi - VİDEO
Bu gün, 12:56
"İdrak" liseyində şagird müəllimi ona irad bildirdiyi üçün güllələyib - İTTİHAM
Bu gün, 12:53
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və digərlərinə CƏZA İSTƏNİLİB
Bu gün, 12:47
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başlayıb - DİQQƏT!
Bu gün, 12:43
Qəbələdə icra hakimiyyəti yeniyetmələri istismar edir - Fotolar
Bu gün, 12:38
BP BTC-nin operatorluğunu ötürür "SOCAR Midstream Operations" MMC-yə...
Bu gün, 12:33
ƏƏSMN şöbə müdirinə ağır ittihamlar: “İntihar həddinə çatdırıb” - TƏFƏRRÜAT
Bu gün, 12:28
Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub - ƏMR
Bu gün, 12:19
"Başı gedib, amma sənətdən getmir..." – Nadir Qafarzadə
Bu gün, 12:15
İrəvanda Rusiya vətəndaşını döydülər - TƏFƏRRÜAT
Bu gün, 12:14
Lukaşenko bir tərəfdən Kremlin təzyiqi alıtndadır, digər tərəfdən Kiyevdən xəbərdarlıq mesajları alır... - ONA GÖRƏ DƏ...
Bu gün, 12:11
Nazir Anar Seyidməmmədovu ehtiyata buraxdı - FOTO
Bu gün, 12:08
Ukrayna Krımdakı hərbi aerodroma zərbə endirib
Bu gün, 12:05
Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 12:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru