Bu, Putin üçün çox böyük biabırçılıqdır .....                     "Brent" markalı neftin qiyməti fevraldan bəri ilk dəfə 71 dollardan aşağı düşüb .....                     Anar Əliyevin ABSURD "qənaəti" .....                     AHİK, "Kurort" QSC, ETİHİ və Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi niyə var? .....                     Müəllimlərin kütləvi etirazı... .....                     Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir .....                     Nazirin axtardığı günahkar: Məktəbdə, yoxsa evdə? .....                     Tofiq Heydərovun "AAAF İnşaat" şirkətinin 5.6 milyondan çox borcu var! .....                     Azərbaycanın qələbəsini gizlədən sözçüyə yüksək vəzifə verildi .....                     İspaniya NATO-da ABŞ üçün yaxşı müttəfiq deyil .....                     Dövlətin dəstəyi... KİMLƏRİN OYUNCAĞIDIR? .....                     Dollarla bağlı kritik proqnoz verildi: manat üçün real ssenari açıqlandı .....                     Tehran küçələri... savaşdan sonra... .....                     Tenderi keçirən də, udan da eyni adamdırsa... .....                     Rusiya benzin dilənməyə başlayıb .....                     "Niyə əlavə 20 manat ödəməliyəm ki..." .....                     Nazilə Səfərli qollarını çırmalayıb... .....                     Pirşağıda AÇIQ XƏSTƏLİK MƏNBƏYİ .....                     Paşinyanın kadr dəyişikliyinin pərdəarxası: .....                     İqbal Ağazadənin "Telegram" hesabı oğurlanıb .....                     Yanacaq qıtlığı: Rusiya bu ölkədən benzin alır .....                     "Avroviziya"dan kuryerliyə .....                     Peşə Agentliyinin sabiq direktoru şirkət rəhbəri oldu .....                     Ermənistanın Türkiyə ilə sərhəd planı: .....                     “TikTok”da 92 manatlıq jeton başına bəla oldu - 3 il 6 ay həbs .....                     “Utanıram, xəcalət çəkirəm deyim ki, mən bu filmdə çəkilmişəm” .....                     Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü .....                     SEPAH-ın generalı avtoqəzda ölüb, yoxsa…? .....                     İcra Hakimiyyətindən Hacıbala Abutalıbovla bağlı xəbərə reaksiya: .....                     Bahadırsa, necə gedirlər: "Otellərdə boş yer olmur" .....                     Putinin yeni “rəqibi” peyda oldu: saatlar əleyhinə işləyir .....                     Erməni və türk iş adamları Vanda görüşdülər .....                     “YouTube”da ən çox hansı TV kanalları izlənilir? .....                     “Q-STP” MMC-yə yeni Baş direktor təyin olunub .....                     Keçmiş Bakı meri haqda ilginc iddialar... .....                     Maskın sərvəti 174 ölkənin ÜDM-indən çoxdur .....                     “Aktiv Enerji”də milyonluq yeyinti .....                     Hüquqi separatizm: Muxtar status, yoxsa FETÖ-vari "paralel yapı"? .....                     İranla danışıqlar yaxşı gedir .....                     Simonyan Peskovla 12 il əvvəl yaşadığı hadisəni xatırladı: "Gecə Çin küçələrində... " .....                 

Dövlətin dəstəyi... KİMLƏRİN OYUNCAĞIDIR? - İLGİNC FAKTLAR
Tarix: Bu gün, 06:32 | Çap et

Əgər dövlət büdcəsindən ayrılmış vəsait hesabına icra edilən layihənin nəticəsi ortada deyilsə və ya gözlənilən səviyyədə deyilsə, bu zaman həmin layihənin hesabatının qəbul edilməsi hansı prinsiplərə söykənib?

Son zamanlar redaksiyamıza bir neçə QHT nümayəndəsi müraciət edərək "Göyərçin" Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülarə Vəlixanlının onlarla bağlanılmış müqavilələr üzrə öhdəliklərini yerinə yetirmədiyini bildirirlər. Müraciət müəlliflərinin sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə müraciətlər edilməsinə, sosial şəbəkələrdə problemlərin işıqlandırılmasına baxmayaraq, nə maliyyə sənədləri təqdim olunur, nə də ödənilmiş vəsaitlər geri qaytarılır.

Şikayətçilərin iddiasına görə, müxtəlif xidmətlərin göstərilməsi və maliyyə sənədlərinin hazırlanması adı ilə QHT-lərə sərfəli təkliflər verilib, nəticədə onlardan xeyli məbləğdə vəsait toplanıb. Lakin sonradan bildirilib ki, bank hesabındakı vəsait vergi borclarına görə avtomatik silindiyindən həmin pulların geri qaytarılması hazırda mümkün deyil.

Bu, ilk baxışdan iki tərəf arasında yaranmış mülki mübahisə kimi görünə bilər. Lakin məsələ bununla bitmir.

Məlumata görə, bu QHT-lər hüquq-mühafizə orqanlarına müraciətin nəticəsiz qalacağı qənaətindədir... Onlar iddia edirlər ki, Gülarə Vəlixanlının arxasında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi dayanır. Bu səbəbdən hüquqi addım atacaqları halda gələcəkdə Agentlikdən qrant ala bilməyəcəklərindən ehtiyat edirlər.

Məhz bu iddialardan sonra "Yenixeberorg" olaraq sözügedən təşkilatın dövlət hesabına maliyyələşdirilən layihələrini araşdırmağa qərar verdik.

Araşdırma zamanı məlum oldu ki, 2023-cü ildə "Göyərçin" Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin həyata keçirdiyi "Təhsilin əlçatanlığını təmin edən "Rahat Təhsil" (Easy Education) mobil tətbiqi və saytının təkmilləşdirilməsi" layihəsi QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilib və bu məqsədlə təşkilata 8000 manat dövlət vəsaiti ayrılıb.

Layihənin faktiki nəticəsini öyrənmək üçün təqdim edilən internet saytı və mobil tətbiq nəzərdən keçirdik. Oxucuları da həmin platformaya baxmağa dəvət edirik: https://easyedu.az/

İlk baxışdan yaranan təəssürat ondan ibarətdir ki, layihə tam işlək və funksional təhsil platforması deyil. Sayt və tətbiq daha çox ilkin maket və ya yarımçıq məhsul görüntüsü yaradır. Əgər doğrudan da vəziyyət belədirsə, ortaya çox ciddi suallar çıxır.

QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu layihənin yekun hesabatını hansı meyarlar əsasında qəbul edib? Layihənin icrası yerində monitorinq olunubmu? Hazırlanan məhsulun funksionallığı və ictimai faydası necə qiymətləndirilib?

Yoxsa təqdim olunan sənədlər formal qaydada qəbul edilərək layihə uğurlu hesab olunub?

İndi bizi daha ciddi sual düşündürür. Əgər dövlət büdcəsindən ayrılmış vəsait hesabına icra edilən layihənin nəticəsi ortada deyilsə və ya gözlənilən səviyyədə deyilsə, bu zaman həmin layihənin hesabatının qəbul edilməsi hansı prinsiplərə söykənib?

Ən maraqlı məqam isə bundan sonra başlayır.

Normal məntiqə görə, əvvəlki layihənin nəticələri qiymətləndirilməli, onun uğurlu və ya uğursuz olması növbəti maliyyələşdirmə qərarlarına təsir göstərməli idi. Lakin görünən odur ki, belə olmayıb.

Belə ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2026-cı ildə də "Göyərçin" Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin "Gələcəyin mühəndisləri" adlı layihəsini qalib elan edib və yenidən 8000 manat dövlət vəsaiti ayırıb.

Belə olan halda istər-istəməz sual yaranır: əvvəlki layihənin real nəticələri Agentlik üçün ümumiyyətlə əhəmiyyət daşıyırmı? Yoxsa QHT nümayəndələrinin dediyi kimi, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi onlara “like” qoyan və yalnız onlarla foto çəkdirənlərə qrant ayırır?

Əgər layihələrin icra keyfiyyəti, ictimai faydası və davamlılığı qiymətləndirilmirsə, onda qrant müsabiqələrinin əsas məqsədi nədir?

Müraciət edən şəxslər iddia edirlər ki, Gülarə Vəlixanlının QHT-lərə Dövlət Dəstəyi Agentliyi rəhbərliyi ilə yaxın münasibətləri var və bu münasibətlər onun ardıcıl şəkildə qrant qazanmasına şərait yaradır. Bununla da belə şübhələrin yaranmasının özü Agentliyin fəaliyyətində daha yüksək şəffaflıq və hesabatlılıq tələb edir.

Dövlət vəsaiti şəxsi münasibətlərə görə deyil, real nəticələrə görə ayrılmalıdır.

Əgər hər-hansı təşkilat bir layihəni lazımi səviyyədə başa çatdırmayıbsa, onun növbəti layihəsinin hansı əsaslarla maliyyələşdirildiyi ictimaiyyətə aydın izah edilməlidir.

Şəffaflıq yalnız tədbirlərdə çəkilən şəkillərlə, sosial şəbəkələrdə paylaşılan fotolarla və təqdimatlarla ölçülmür. Şəffaflıq dövlət büdcəsindən ayrılan vəsaitin son nəticəsinin cəmiyyət üçün görünməsi deməkdir.

Bu gün vətəndaş cəmiyyətində belə bir fikir formalaşır ki, bəzən layihənin keyfiyyətindən çox, müəyyən çevrələrə yaxın olmaq daha vacib hesab edilir. Əgər bu təsəvvür yanlışdırsa, QHT-lərə Dövlət Dəstəyi Agentliyi bunu konkret faktlar və açıq hesabatlarla təkzib etməlidir.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi bu məsələlərə münasibət bildirməli, həm adıçəkilən layihələrin qəbul edilməsinin hüquqi və maliyyə əsaslarını, həm də monitorinq mexanizmlərini ictimaiyyətə açıqlamalıdır. Eyni zamanda, redaksiyamıza daxil olmuş müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı şikayətlərin araşdırılması üçün aidiyyəti dövlət qurumlarının da məsələyə hüquqi qiymət verməsi ictimai maraq baxımından əhəmiyyətlidir.

Yenixeberorg.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu, Putin üçün çox böyük biabırçılıqdır - Dikinson
Bu gün, 07:17
"Brent" markalı neftin qiyməti fevraldan bəri ilk dəfə 71 dollardan aşağı düşüb
Bu gün, 07:16
Anar Əliyevin ABSURD "qənaəti" - Şöbə müdirinin müavininə də stol və paltar dolabı alır
Bu gün, 07:14
AHİK, "Kurort" QSC, ETİHİ və Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi niyə var? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:11
Müəllimlərin kütləvi etirazı... - Araz Paşayev isə...
Bu gün, 07:04
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - GƏLİŞMƏ
Bu gün, 06:46
Nazirin axtardığı günahkar: Məktəbdə, yoxsa evdə? - Görünəni odur ki...
Bu gün, 06:44
Tofiq Heydərovun "AAAF İnşaat" şirkətinin 5.6 milyondan çox borcu var! - TƏFƏRRÜAT
Bu gün, 06:41
Azərbaycanın qələbəsini gizlədən sözçüyə yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 06:37
İspaniya NATO-da ABŞ üçün yaxşı müttəfiq deyil - Tramp belə deyir...
Bu gün, 06:35
Dövlətin dəstəyi... KİMLƏRİN OYUNCAĞIDIR? - İLGİNC FAKTLAR
Bu gün, 06:32
Dollarla bağlı kritik proqnoz verildi: manat üçün real ssenari açıqlandı - AKTUAL
Bu gün, 06:26
Tehran küçələri... savaşdan sonra... - artıq hicab patrullarına...
Bu gün, 02:59
Tenderi keçirən də, udan da eyni adamdırsa... - HANSI MƏMUR CƏZALANIB?
Bu gün, 02:46
Rusiya benzin dilənməyə başlayıb - "Reuters"
Bu gün, 02:34
"Niyə əlavə 20 manat ödəməliyəm ki..." - ETİRAZ VAR!
Bu gün, 02:29
Nazilə Səfərli qollarını çırmalayıb... - maləsəf xınayaxdı üçün yox....
Bu gün, 02:19
Pirşağıda AÇIQ XƏSTƏLİK MƏNBƏYİ - Başçının xəbəri olsa da...
Bu gün, 02:15
Paşinyanın kadr dəyişikliyinin pərdəarxası: - hər şey Türkiyə ilə...
Dünən, 22:21
İqbal Ağazadənin "Telegram" hesabı oğurlanıb - Polis araşdırma aparır
Dünən, 22:14
Yanacaq qıtlığı: Rusiya bu ölkədən benzin alır
Dünən, 18:12
"Avroviziya"dan kuryerliyə - Fərid Məmmədovun sonrakı həyatı
Dünən, 17:46
Peşə Agentliyinin sabiq direktoru şirkət rəhbəri oldu - BUNDAN SONRA...
Dünən, 17:45
Ermənistanın Türkiyə ilə sərhəd planı: - Görün ilk kimlər keçəcək
Dünən, 17:43
“TikTok”da 92 manatlıq jeton başına bəla oldu - 3 il 6 ay həbs - 3 il 6 ay həbs
Dünən, 17:41
“Utanıram, xəcalət çəkirəm deyim ki, mən bu filmdə çəkilmişəm” - aktrisadan ETİRAF
Dünən, 17:38
Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü – MƏHKƏMƏ
Dünən, 17:36
SEPAH-ın generalı avtoqəzda ölüb, yoxsa…?
Dünən, 17:34
İcra Hakimiyyətindən Hacıbala Abutalıbovla bağlı xəbərə reaksiya: - Bu şayiəni kim yayıb?
Dünən, 17:30
Bahadırsa, necə gedirlər: "Otellərdə boş yer olmur" - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:28
Putinin yeni “rəqibi” peyda oldu: saatlar əleyhinə işləyir – Dəhşətli ssenari
Dünən, 17:25
Erməni və türk iş adamları Vanda görüşdülər
Dünən, 17:23
“YouTube”da ən çox hansı TV kanalları izlənilir? - SİYAHI
Dünən, 17:22
“Q-STP” MMC-yə yeni Baş direktor təyin olunub - BUNDAN SONRA...
Dünən, 17:20
Keçmiş Bakı meri haqda ilginc iddialar... - SƏN DEMƏ...
Dünən, 17:17
Maskın sərvəti 174 ölkənin ÜDM-indən çoxdur - SİYAHI
Dünən, 17:14
“Aktiv Enerji”də milyonluq yeyinti - Həbs edilənlər var
Dünən, 17:09
Hüquqi separatizm: Muxtar status, yoxsa FETÖ-vari "paralel yapı"? - İLGİNC
Dünən, 17:02
İranla danışıqlar yaxşı gedir - Tramp
Dünən, 16:58
Simonyan Peskovla 12 il əvvəl yaşadığı hadisəni xatırladı: "Gecə Çin küçələrində... "
Dünən, 15:45
Azərbaycanda vəzifəli şəxs İSTEFA VERDİ
Dünən, 15:44
“Əri bıçaqla onun başının üstündə dayanmışdı” – Şahid DANIŞIR
Dünən, 15:41
Rusiya mediası Bakıya yolüstündə olan Lyayeni desant adlandırdı - “Nezavisimaya qazeta”
Dünən, 15:33
Səhiyyə Nazirliyi günvurma təhlükəsi ilə bağlı əhaliyə müraciət edib
Dünən, 15:31
Azərbaycan təhsilində “heyvagülü” siyasəti - MALƏSƏF...
Dünən, 15:09
Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü – MƏHKƏMƏ
Dünən, 15:05
Şəhla müəllim hadisədən sonra ilk dəfə - Məhkəməyə gəldi
Dünən, 14:57
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır - DİQQƏT
Dünən, 14:50
Ermənistan XİN Qaluzinin Rusiyanın TRIPP-də iştirakı ilə bağlı fikirlərinə münasibət bildirib - “Newsarmenia”
Dünən, 14:43
Azərbaycanda bu gündən qüvvəyə minən dəyişikliklər - Kimləri nə gözləyir?
Dünən, 14:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru