"AAAF Park" yaşayış kompleksinin tikintisini həyata keçirən "AAAF-İNŞAAT" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlət büdcəsinə rekord həddə vergi borcu üzə çıxıb.
32gun.az-ın əldə etdiyi ğməlumata görə, hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, ev 199 olan və cəmi 20 AZN nizamnamə kapitalı ilə qeydiyyatdan keçən şirkətin hazırda tam olaraq 5 643 393,56 AZN məbləğində vergi borcu yaranıb.
Qanuni təmsilçisi Rasim Raqib oğlu Orucov olan bu böyük tikinti şirkətinin dövlət qarşısında milyonlarla manatlıq borc bataqlığına yuvarlanması ciddi diqqət çəkir.
Qeyd edək ki, "AAAF Park" yaşayış kompleksinin tikintisini həyata keçirən "AAAF İnşaat" MMC şirkəti tanınmış iş adamı və keçmiş ağır atlet Tofiq Heydərova məxsusdur. Şirkətin adı və abreviaturası, onun vaxtilə vitse-prezidenti olduğu Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş hərflərindən götürülmüşdü.










