İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi .....                     Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında .....                     Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı .....                     Moskvanın seçim tələbinə İrəvandan cavab: .....                     Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib .....                     Azərbaycanda daha bir aqropark yaradılıb .....                     Qurultayda qarşıdurma gözlənilir .....                     Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? .....                     Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq .....                     Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib .....                     `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub .....                     Tap.az-da saxta torpaq elanları ilə dələduzluq .....                     Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır .....                     Metronun "Həzi Aslanov" stansiyasındakı təmir .....                     Dünyanın ən gözəl şəhərləri açıqlandı .....                     Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? .....                     Sasanilər dövründə Azərbaycan .....                     Nizami küçəsində qalmaqal .....                     Rus ordusu Voloxovkanı işğal etdi .....                     Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir .....                     “Bank Avrasiya”nın səhmdarları toplanır .....                     Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır? .....                     “Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” .....                     TƏBİB-in sistemi yenidən çökdü .....                     Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı .....                     Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb .....                     NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” .....                     Paşinyan erməniləri Qarabağı unutmağa .....                     Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək .....                     “İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB .....                     “Qurban bazarı”nda son vəziyyət: .....                     Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” .....                     112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb .....                     Az yağış yağacağı ehtimalı var .....                     AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir? .....                     SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır .....                     “Vəziyyət belə davam etsə, evləri də su basacaq” .....                     Ermənistanda gərginlik artır: .....                     Müğənni Nura Suri və bələdiyyə sədri arasında .....                     Kannı silkələyən azərbaycanlı aktyor .....                 

Astarada sitrus meyvələrinin kartofdan ucuz olmasından şikayətlənirlər
Tarix: 6-01-2014, 13:42 | Çap et
Astarada sitrus meyvələrinin kartofdan ucuz olmasından
Astarada bir çox ailələrin qazancı sitrus və subtropik meyvələrindən gəlir. Lakin ötən il məhsul bol olsa da, qazanc çox olmadı. Məhsul yığımının qaynar vaxtında qiymət çox aşağı düşdü. Alıcıların az olması nəticəsində feyxoa və naringi məhsulların müəyyən hissəsi zay oldu. Limon isə indi də ağaclardadır. Yerli bazarlarda limonun 10 ədədi 1 manata satılır. Bu qiymət də çoxlarına sərf etmir. Qış aylarında limon ağaclarını poletilenlə örtürlər. Lakin bir çox fermerlər limonun ucuz satılmasını əsas gətirərək ağacları örtməyiblər. Bu o deməkdir ki, limon ağacları sıradan çıxacaq.

PENSƏR KƏNDİ

Sitrusçuların problemləri ilə yaxından tanış olmaq üçün rayon mərkəzindən 20-25 kilometr aralıda yerləşən Pensər kəndindəyik. Kənd özünün sitrus meyvələri ilə tanınır. Elə bir həyətyanı təsərrüfat yoxdur ki, orda naringi, limon, portağal və digər meyvə ağacları olmasın. Bu meyvələrin hesabına kənddə tikilmiş yeni evlər də çoxdur. Azərbaycanın müxtəlif yerlərindən buraya meyvə alanlar gəlir. Meyvə yüklənmiş maşınlar da diqqəti cəlb edir. Naringi satanlar hasara üstündə meyvəsi olan budaq bağlayıb. Demək olar ki, əksər evlərin hasarlarında belə meyvə budaqları gördük. Bir kənd sakini bizə bildirdi ki, ilin bu vaxtlarında şaxta olduğundan sitrus meyvələri dərilib satılardı. İndi isə meyvə ağaclarda qalıb. Meyvə dərilsə yarısı çürüyəcək.

“YANANDA DÖVLƏT KÖMƏK ETMİR”

Pensər kənd sakini, sahibkar Mirzəmməd Ağayev həyətyanı sahəsində naringi və portağal yetişdirir. Limon ağaclarını isə ləğv edib:

“Bu portağal ağaclarını görürsünüz, bunlar 80-cı illərdə əkilib. 3 cərgə limon ağacları idi, təxminən 40 ağac idi. Kökünə qədər yandı. Bərpa edə bilmədik. Onun əziyyəti çoxdur, soyuqdan qorumaq olmur. Görürsən külək əsir, üstündən poletileni götürüb aparır. Poletilen də baha. Məhsulun özü də ucuz olur. İqtisadi cəhətdən sərf eləmir. Portağal da yanıb. Təzə əkmişəm. O tərəfdə naringidir. Onların da çoxu yanıb. Yananda da dövlət kömək eləmir. Möhkəm qar oldu, şaxta oldu. Dedilər sığorta edilməli idi. Maşını sığorta edirsən, onun pulunu ala bilmirsən. Hansı sığorta pulunu ala bilirsən? Dövlət də kömək eləmir”.

“CAMAATIN MƏHSULU ƏLLƏRDƏ QALDI”

Mirzəmməd Ağayev deyir ki, sitrus ağaclarını yetişdirməyin əziyyəti çoxdur. Əkilən ağaclar 7-8 ildən sonra meyvə verir. Bu illər ərzində ağacı körpə kimi bəsləməlisən. Şaxtadan, quraqlıqdan qorumalısan. O deyir ki, bir naringi ağacını meyvə gətirənə qədər bəsləmək 200-300 manata yaxın xərc istəyir. Buna görə də yeni bağların salınmasına maraq azdır. Köhnə 80-cı illərdə əkilmiş ağaclara üstnlük verilir. Qocalmış ağaclar da ildən ilə məhsuldarlıqdan düşür:

“Bu il məhsul bol oldu. Qiymət çox ucuz idi, 30 qəpik, 35 qəpik, 20 qəpik. Bu tərəfdən də yol bağlandı. Miqrantlarla bağlı yolları bağladılar. Camaatın məhsulu hamısı əllərdə qaldı, sata bilmədilər. Vəziyyət pis oldu. Kartof yüz faiz artıb, 60 qəpiyə idi, indi olub 1 manat 20 qəpiyə. Görürsən naringi artmır. Bizim zona az torpaqlı yerdir. Kəndimiz az torpaqlıdır. Sərf eləyərdi. Dövlət səviyyəsində bir kömək olsaydı. Qəbul məntəqələri olaydı. Emal müəssisələri var. Elə ucuz götürürlər ki, heç cürə sərf eləmir. İldə 3-4 dəfə bunu dərmanlamaq lazımdır. Dərman da yoxdur, İrandan gətirəndə də tutub alırlar əlindən”.

“MANEƏLƏR OLMASA...”

Mirzəmməd Ağayev deyir ki, yetişdirdiyi sitrus meyvələrin çoxunu yaxınlarına, dostlarına pay verib. Ucuz qiymətə satmağa əli gəlməyib. O deyir ki, məhsul azaldıqca qiyməti də qalxır. İndi naringinin bir kiloqramı 45-50 qəpiyə satılır. Onun sözlərinə görə, naringinin az bir hissəsini yerli şəraitdə gələn ilin mart ayına kimi saxlamaq olur. Meyvənin saxlanması üçün də xüsusi yer olmalıdır. Onun bildirdiyinə görə kəndin 6 mindən yuxarı əhalisi var. Onların da əsas iş yerləri sitrus bağlarıdır:

“Şərait yaratsalar xeyirli sahədir. Maneələr olmasa, tutaq ki, emal eləsələr, yaxşı qiymətə alsalar yaxşı olar. Zəhmət tələb edən bir sahədir. Dövlət dəstəyi lazımdır”.

Kənd sakini Yədulla Mirzəyev müəllimdir. Onun da meyvə bağları var. Bağa özü və ailə üzvləri xidmət edirlər. Sitrus və suptropik meyvə ağaclarından başqa satmaq üçün də tinglər yetişdirir. Həyətində çoxlu dekortaiv ağaclar gördük. Onun dediyinə görə, indiki şəraitdə sitrusçuluq o qədər də xeyirli deyil:

“Sovet dövründə sitrusçular pis yaşamırdı. O vaxtları SSRİ məkanında idilər, gedib sata bilirdilər. İndi əslində bizim imkanlarımız məhdudlaşıb”.

“ZƏHMƏTİNƏ DƏYMİR”

O da dərmanların olmamasından şikayət etdi. Lazımi gübrələrin tapılmadığını bildirdi. Onun deməsinə görə, fosfor və kalium gübrəsi yoxdur. Bunlar məhsuldarlığın azalmasına təsir edir. Məhsul azalırsa gəlir də azalır. Nəticədə sitrusçuluqdan uzaqlaşan adamların sayı çoxalır, işsizlik meydana gəlir:

“Zəhmətinə dəymir. Gübrə verilməlidir, dərmanlanmalıdır. Satanda görürsən heç nədir. Heç nəyə nail ola bilmirik. Hər 5-10 ildən bir havalarla bağlı sitrus tamamilə yanır. 1990-cı ildən bu yana sitrus ağacları10 dəfə kökünə qədər yanıb. Təzədən məcbur oluruq ki, bərpa edək. 5-10 il bərpa edirk. Təzədən yenə təbii fəlakət olur. Dövlət tərəfindən heç bir kömək yoxdur”.

Yədulla Mirzəyevin fikrincə çayçılıq necə məhv olubsa, sitrusçuluğu da bu aqibət gözləyir.

Aqronom Yusif Əliyev deyir ki, cənub rayonlarında dövlətin çayçılıq və sitrusçuluğa dəstək verməsi yaxşı olardı. Onun sözlərinə görə, sovet dövründə təkcə Astara rayonunda 7-8 min tondan çox yaşıl çay yarpağı istehsal olunardı. İndi isə sahələrdən çətinliklə 400-450 ton yaşıl çay yarpağı yığılır. İndi növbə sitrusçuluğundur. Aqronomun fikrincə bütün bu sahələrlə bağlı hökumətin aydın proqramı olmalıdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi - BUNDAN SONRA...
Bu gün, 17:16
Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 17:09
Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı - FOTO
Bu gün, 16:59
Moskvanın seçim tələbinə İrəvandan cavab: - Günbəgün Avropa İttifaqına yaxınlaşırıq
Bu gün, 16:53
Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib - AÇIQLAMA
Bu gün, 16:49
Azərbaycanda daha bir aqropark yaradılıb
Bu gün, 16:47
Qurultayda qarşıdurma gözlənilir - İttifaq katibindən XƏBƏRDARLIQ
Bu gün, 16:43
Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC...
Bu gün, 16:35
Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq
Bu gün, 16:27
Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib - SİYAHI
Bu gün, 16:22
`Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Bu gün, 16:11
Tap.az-da saxta torpaq elanları ilə dələduzluq - TƏFƏRRÜAT
Bu gün, 16:05
Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır - Eldar Əzizov
Bu gün, 15:59
Metronun "Həzi Aslanov" stansiyasındakı təmir BU TARİXDƏ bitəcək
Bu gün, 15:47
Dünyanın ən gözəl şəhərləri açıqlandı - Cənubi Qafqazdan hansı var?
Bu gün, 15:43
Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? - AKTUAL
Bu gün, 15:41
Sasanilər dövründə Azərbaycan
Bu gün, 15:33
Nizami küçəsində qalmaqal - Yaşayış binasının həyətində qanunsuz kulinariya sexi açılıb
Bu gün, 15:10
Rus ordusu Voloxovkanı işğal etdi
Bu gün, 15:08
Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir - “Eurasianet”
Bu gün, 15:03
“Bank Avrasiya”nın səhmdarları toplanır
Bu gün, 15:00
Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır?
Bu gün, 14:59
“Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” - Samirə Yusifqızından QALMAQALLI MÜSAHİBƏ
Bu gün, 14:57
TƏBİB-in sistemi yenidən çökdü - Növbələr yarandı
Bu gün, 14:54
Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı - KİV
Bu gün, 14:51
Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb – İcra nümayəndəsinin oğludur
Bu gün, 14:46
NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” - NƏDƏN SİYAHIDA YOXDUR.?!
Bu gün, 14:30
Paşinyan erməniləri Qarabağı unutmağa ÇAĞIRDI
Bu gün, 13:17
Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək - RƏSMİ
Bu gün, 13:13
“İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB – ZƏRƏRİ 2 DƏFƏ ARTIB
Bu gün, 13:06
“Qurban bazarı”nda son vəziyyət: - Ən ucuz və ən bahalı heyvanlar
Bu gün, 13:02
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ
Bu gün, 12:59
112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb - SİYAHI
Bu gün, 12:53
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:51
AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir? - CƏDVƏL
Bu gün, 12:49
SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:47
“Vəziyyət belə davam etsə, evləri də su basacaq” – Niyə tədbir görülmür?
Bu gün, 12:32
Ermənistanda gərginlik artır: - Paşinyanın aqibəti necə olacaq?
Bu gün, 12:27
Müğənni Nura Suri və bələdiyyə sədri arasında QALMAQAL
Bu gün, 12:23
Kannı silkələyən azərbaycanlı aktyor - Şahmar Ələkbərovun nəvəsi Hollivudun diqqət mərkəzində
Bu gün, 12:20
Baş Prokuror “Aqrar Kredit”in qanunsuzluğunu nəzarətə götürdü - TƏFƏRRÜAT
Bu gün, 12:16
Güney Qafqazın taleyi HƏLL OLUNUR... - GƏLİŞMƏ
Bu gün, 12:04
2025-ci il "Xəmsə Sığorta və Təkrarsığorta Brokeri üçün uğursuz olub - ŞİRKƏT GERİLƏYİR
Bu gün, 12:00
Rahidəni PƏRT ETDİLƏR - “Oğlanın qulağına dedi ki, bu, nə günə qalıb”
Bu gün, 11:57
Rusiya Pekinin təsiri altına düşür... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:49
İqtisadiyyat Nazirliyi TƏSDİQLƏDİ: "Bakı-Tiflis-Bakı sərnişin qatarları bərpa olunur" - 26 maydan etibarən...
Bu gün, 11:42
"Bizi niyə xərcə salırlar?" - NAXÇIVANDA NARAZILIQ
Bu gün, 11:31
BOKT həm rəhbərini dəyişdi, həm nizamnamə kapitalını artırdı - BUNDAN SONRA...
Bu gün, 11:25
Cənubi Qafqazın geosiyasi paradoksu və: nəzarət edilən xaosun memarları - İNCƏLƏMƏ
Bu gün, 11:15
Qardaşı arvadını və onun oğlunu qətlə yetirən ömürlük məhkum qərardan narazıdır
Bu gün, 11:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru