MƏMURLARDAN В«JURNALİST PULUВ» YIĞIRLAR
Tarix: 20-10-2011, 10:53 | Çap et
PREZİDENTİN AYIRDIĞI 5 MİLYON MANATI KİM MƏNİMSƏYİB?
DİA.AZ: - Neçə müddətdir ki, qəzetimiz tərəfindən prezidentin jurnalistlərin yaşayış evləri ilə təmin olunması məqsədilə ayırdığı 5 milyon manat vəsaitin aqibəti ilə bağlı həyəcan təbili çalmasına baxmayaraq, hələ də rəsmi dillər bu barədə susur. Kimsə bu barədə danışmaq istəmir. Yalnız quru vədlər verilir. Üstündən bir ildən artıq müddətin keçib, amma nə jurnalistlər üçün tikiləcək binanın yeri müəyyən olunub, nə də bu məsələnin həll olunacağı ilə bağlı fikir qətiləşib.
Bildirək ki, Bibiheybət qəsəbəsi ərazisində Dövlət Neft Şirkətinə aid torpaqdan bu məqsədlə pul ayrılmışdı. Lakin sonradan məlum oldu ki, əslində ARDNŞ şefi Rövnəq Abdullayev heç də həmin ərazinin jurnalistlər üçün ayrılmasına razılıq verməyib, sadəcə olaraq bu prosesdə əsas maraqlı tərəf kimi çıxış edən Prezident administrasiyasının şöbə müdiri Əli Həsənov həmin ərazini ARDNŞ-dən qoparmaq marağını güdürmüş.
Bununla bağlı yayılan məlumatlarda vurğulanır ki, əslində həmin ərazi inşaat işləri üçün, xüsusən də bir binanın tikintisi üçün yararlı deyil. Bu barədə hətta ARDNŞ-də də məlumatlı olublar. Amma buna baxmayaraq, Əli Həsənovun təşəbbüslərinə kimsə mane olmayıb. Sonradan isə məlum olub ki, ərazi bina tikintisi üçün yararsızdır. Elə həmin əraziyə yaxın yerdə inşa olunan çoxlu sayda beşmərtəbəli binanın teleyi belə bu günə kimi qaranlıqdır. Çünki qurunt sularının yığışdığı yerin qurudulmasından sonra tikilən həmin binalar günü bu gün də məskunlaşmayıb. Buna səbəb kimi isə binaların 3-cü mərtəbəsinə qədər divarların nəm çəkməsidir. Və proqnozlaşdırılır ki, həmin binalar məskunlaşacağı təqdirdə onların çökmə ehtimalı çox yüksəkdir. Çünki boşluğun və gölün üzərində inşa olunması bu aqibəti qaçılmaz edir.
Jurnalistlər üçün gözqarası edilmiş ərazinin isə bir vaxtlar neft quyusunun yeri olduğu məlum olub. Amma Əli Həsənov buna rəğmən istismar müddəti başa çatmış neft quyusunun üzərində jurnalistlərə bina tikməyə həvəsli idi.
Təbii ki, bütün bunlar gələcəyə hesablanmış addımlardır. Amma hələlik həmin 5 milyon manatın taleyi qaranlıq olaraq qalır. Bu barədə əldə olunan xəbərlərdə vurğulanırdı ki, əslində jurnalistlər üçün nəzərdə tutulan evin inşası məqsədilə ayrılan 5 milyon manat Əli Həsənovun yaxın adamları tərəfindən xarici banklarda dövriyyəyə buraxılıb və bu hesabla bir ay ərzində külli miqdarda qazanc əldə olunur. Elə buna görə də, binanın inşası da yubanır.
Amma dünən redaksiyamıza bununla bağlı başqa bir məlumat daxil olub. Mötəbər mənbələrin В«DünyaВ» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) bildirdiyinə görə, əslində prezident pulun ayrılmasına göstəriş versə də, həmin pul ayrılmayıb. Sadəcə olaraq tam olaraq mənimsənilib və nəzərdə tutulub ki, həmin vəsait ayrı-ayrı məmurlardan və iş adamlarından yığılacaq. Bu barədə mənbənin söylədikləri:
В«Artıq bəzi oliqarx-məmurlara, iş adamlarına və eləcə də icra başçılarına В«jurnalist pulununВ» yığılması barədə göstəriş verilib. Qeyri-rəsmi olan göstərişə əsasən, hər kəsin üzərinə müəyyən öhdəlik qoyulub. Ümumi olaraq isə 5 milyon manat toplanılmalıdırВ».
Mənbəmiz onu da bildirir ki, artıq bəzi məmurlar bu göstərişi etirazla qarşılayıblar: В«Hətta onlardan biri prezidentə şikayət edəcəyini də bildirib. Qeyd edib ki, prezidentin ayırdığı pulu kim mənimsəyibsə, o da həmin pulu geri qaytarmalıdır. Niyə bu pul başqalarının hesabına toplanılırВ».
Bir sözlə, bu faktın özü belə təsdiqləyir ki, Azərbaycan hələ də cəngəllik qanunları ilə idarə olunur. Jurnalistlərə gəlincə isə, onların həvəslə gözləməsinə də artıq lüzum yoxdur. Belə görünür ki, hakimiyyət nə həmin binanı tikən deyil, nə də pulu ortaya qoyan. Sadəcə olaraq düz bir il əvvəl prezident bizimlə zarafat etmiş, könlümüzü almışdı. Yəni söz olsun deyə, belə demişdi. Vəssalam.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Xocalıda ANAMA əməkdaşı minaya düşdü - TƏFƏRRÜAT
Bu gün, 09:33 |
|
|
|
| • Azərbaycan nefti bahalaşdı
Bu gün, 09:32 |
|
|
|
| • "Bərbad bir xidmət səviyyəniz var..." - GİLEY
Bu gün, 09:29 |
|
|
|
| • "Bizim mətbuatda üzgörənlik, kimə isə yarınmaq baş alıb gedir!" - Xeyrəddin Qocadan İYNƏ KİMİ SÖZLƏR...
Bu gün, 09:12 |
|
|
|
| • Ermənilər Azərbaycandan 1400 hektar istəyir: Ağstafa sərhədində yeni tələb - FOTO
Bu gün, 09:00 |
|
|
|
| • Venesuela nefti ABŞ-yə 500 il kifayət edəcək - Tramp belə deyir...
Bu gün, 08:58 |
|
|
|
| • "Görəsən, nəyi və kimi gözləyirlər?" - ETİRAZ VAR!
Bu gün, 08:56 |
|
|
|
| • TRIPP layihəsindən əvvəl Azərbaycanın əsas tələbi prioritet olmalıdır - ÇÜNKİ...
Bu gün, 08:36 |
|
|
|
| • Arvadının başına ütü ilə vuran şəxs: “Gizlin şəkildə telefon işlədirdi, kiminləsə danışdığını gördüm” - TƏFƏRRÜAT
Bu gün, 08:31 |
|
|
|
| • Teymur Qurbanovun şirkətində nə baş verir? - FOTO
Bu gün, 08:29 |
|
|
|
| • Bakı Paşinyana o pulu versə... - Moskvaya getməyə bilər
Bu gün, 08:27 |
|
|
|
| • İranın İordaniyadakı ABŞ bazasına zərbələri nəticəsində hərbi təyyarələr zədələnib - CBS
Bu gün, 08:25 |
|
|
|
| • "Mirələm Calalovun maliyyə pozuntularından xəbəriniz varmı?" - MÜRACİƏT
Bu gün, 08:18 |
|
|
|
| • "Rahat olun, hamı bilir şirkətinizin keyfiyyətini..." - NARAZILIQ VAR...
Bu gün, 07:18 |
|
|
|
| • Varlılar üçün əhəmiyyətsiz dəyişiklik: Kasıblar isə ev alanda yüz ölçüb, bir biçəcək - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 07:10 |
|
|
|
| • Ukrayna təkbaşına mübarizə apara bilməz - Şmidt
Bu gün, 07:07 |
|
|
|
| • Azərbaycan iqtisadiyyatında BÖYÜMƏ DAYANDI... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:05 |
|
|
|
| • Burda müştərini ZƏHƏRLƏMƏK İSTƏYİRLƏR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:56 |
|
|
|
| • Benzin böhranı - İranı iqtisadi modelini dəyişdirməyə məcburdur
Bu gün, 06:33 |
|
|
|
| • “KANATI QIRILAN” AZƏRBAYCAN TURİZMİ... - “Şəki yaylası”ndakı faciə nəyin siqnalıdır?
Bu gün, 06:31 |
|
|
|
| • Zaur Mikayılovun mövqeləri ZƏİFLƏYİR - İDDİA
Bu gün, 06:27 |
|
|
|
| • Fuad Nağıyev bu sektoru TAM MƏHV EDİB - MALƏSƏF...
Bu gün, 06:22 |
|
|
|
| • “Yəqin, Rusiya özü keçmiş SSRİ məkanında təxribatlar hazırlayır və bunu başqalarının boynuna atmağa çalışır...” - Etibar Məmmədov
Bu gün, 06:14 |
|
|
|
| • Bayramov-Mirzoyan görüşündən sonra nəticələr görünəcək - İrəvan “hə” dedi...
Bu gün, 06:09 |
|
|
|
| • 4 kənd, yoxsa sülh müqaviləsi? - AKTUAL
Bu gün, 06:07 |
|
|
|
| • Rusiya artıq Azərbaycanı itirib - FAKT BUDUR!
Bu gün, 06:05 |
|
|
|
| • "RIF LIFTING AND TRANSPORTATION SERVICES" MMC də bağlandı - vergi borcu qalıb
Bu gün, 06:02 |
|
|
|
| • Rumıniya Prezidenti Ukraynaya dəstək qüvvələri komandanlığına 20 zabit göndərməyi təklif edib - "Agerpres"
Bu gün, 06:01 |
|
|
|
| • İran Zəngəzura Azərbaycanda çalışmış diplomatı konsul təyin etdi – Maraqlı gediş
Bu gün, 05:57 |
|
|
|
| • Toy olmayacaq - "Bir oyun idi, bitdi"
Dünən, 18:02 |
|
|
|
| • Çindəki böhran Azərbaycanı da "vurdu"? - AKTUAL
Dünən, 18:00 |
|
|
|
| • Rusiya bazarının itirilməsi Paşinyan hökuməti üçün arzuolunan deyil - ONA GÖRƏ DƏ...
Dünən, 17:57 |
|
|
|
| • Paşinyan: “Mənim Bakıda heykəlim qoyulmalıdır” - “Hraparak”
Dünən, 17:54 |
|
|
|
| • Bakı və İrəvan arasında müharibə “mesajı”? – Bu görüntü təəccüb doğurdu
Dünən, 17:50 |
|
|
|
| • Azərbaycanda bu iki şirkət birləşir - DETALLAR
Dünən, 17:47 |
|
|
|
| • Korrupsiyalaşmış “ağızların” qeyri-müəyyən müddətə təcridi – Unudurlar ki, istənilən muzdlu təlxək gec-tez israfçı materiala çevrilir
Dünən, 17:46 |
|
|
|
| • Azərbaycanda 140-a yaxın qiymətləndirici şirkət var - SİYAHI
Dünən, 17:44 |
|
|
|
| • Məşğulluq Agentliyi eyni şirkətdən bu dəfə 2,7 miyon manata anbar icarəyə götürdü - DETALLAR
Dünən, 17:38 |
|
|
|
| • Peskov Ukrayna məsələsi ilə bağlı ABŞ ilə yeni görüşlərin anonsunu verdi - TASS
Dünən, 17:32 |
|
|
|
| • Ermənistan hərbi büdcəsini artırır: - Yenə köhnə havalarına oynayacaqlar?
Dünən, 17:16 |
|
|
|
| • Kremllə İrəvan arasında QIRĞIN: - Paşinyana “qorxaq” dedi
Dünən, 17:11 |
|
|
|
| • Kişi qızına elçi göndərən şəxsi güllələdi: “Aralarında münasibət olub, övladımı şantaj edirdi” - TƏFƏRRÜAT
Dünən, 17:04 |
|
|
|
| • Peşə Təhsili Agentliyində mükafat qalmaqalı - Direktor və müavinlər arasında ayrıseçkilik
Dünən, 17:00 |
|
|
|
| • Armen Qriqoryanın yeni iş yeri məlum oldu - KİV
Dünən, 16:55 |
|
|
|
| • Mehmandan meyxananı "GÖZDƏN SALANLARA": - "Təki "TikTok"da "partlatsınlar", pul qazansınlar"
Dünən, 16:50 |
|
|
|
| • “FINCA Azərbaycan”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 16:48 |
|
|
|
| • Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər TƏYİN EDİLİB
Dünən, 16:43 |
|
|
|
| • DOST Agentliyinin binalarının təmirinə başlanılır – 2,8 mln. manat ayrıldı
Dünən, 16:41 |
|
|
|
| • Nəcəf Nəcəfovun məzarından barelyefi oğurlayan şəxs saxlanılıb - FOTOLAR
Dünən, 16:40 |
|
|
|
| • İmişlidə iti asıb öldürən HƏBS OLUNDU - TƏFƏRRÜAT
Dünən, 16:35 |
|
|
|
|