Günün fotosu... .....                     Faiq Ələkbərliyə xatirə döş nişanı verilib .....                     "Heç vaxt ola bilməz ki, vəzifəli şəxslərin balaları.." .....                     AFFA rəhbərliyi şarlatanlıqla məşğuldur... .....                     Müştəri məmnuniyyəti anlayışı SIFIR! .....                     Saleh Məmmədov hələ də həbs olunmayıbsa... .....                     Deputatın şirkəti vətəndaşı çətin duruma salıb .....                     Burda müştərini rəsmən QARƏT EDİRLƏR .....                     Ukrayna İran dronlarının çəmini tapdı .....                     Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək? .....                     AQTİ Qoşqar Təhməzlinin şirkətindən 4 milyonluq mal alacaq .....                     Turistlər Azərbaycana ən çox nə üçün gəlir? .....                     “Turan Bank”da iki departament direktoru təyin edilib .....                     UNEC-in “zoom” üçün ödədiyi məbləğ 71% artaraq 51 min manata çatıb .....                     “Türkiyə filmləri dublyaj olunmasın” təklifi: .....                     Azərbaycanda 4 nazir vəzifəsi boşdur .....                     “Benzini dərhal ucuzlaşdırın!” .....                     Tanınmış hakim təqaüdə göndərildi .....                     Azərbaycan yenə sözünü dedi .....                     100 min, 400 min, 2 mənzil... .....                     Ət idxalı artıb: Qiymətlər niyə düşmür? .....                     Biləcəridə qanunsuz tikinti, müqaviləsiz işçilər, yoxa çıxan nəzarət .....                     Putinin yaşı və ölkədəki böhran gözlənilməz ssenariləri istisna etmir .....                     Tiktoker "Beniz"in məhkəməsində .....                     “Həkim əməliyyatın ortasında dayandı ki, 1700 manat verməlisən” .....                     Paşinyana qarşı ŞOK PLAN .....                     Minlərlə insanın qatili, terrorçu Serj Sərkisyanı görəsən İsrail niyə ittiham etmir? .....                     Rusiyada benzin satışı avtomobillərin nömrə nişanına görə tənzimlənəcək .....                     Agentlik 100 min manatlıq şirkətə qadağa qoydu .....                     Ermənilərin Xankəndində tikdikləri... BU QURUM SÖKƏCƏK! .....                     Xamenei atasının dəfnində iştirak edəcək? .....                     İş tapmaq məqsədilə müraciət etmədiyi müəssisə qalmayıb... .....                     “Azərbaycanın Aİİ-yə üzvlüyünü əngəlləyən səbəblər .....                     “Ermənistanı hinduşka kimi böləcəklər...” .....                     Heydərov onu idarə rəisi təyin etdi .....                     Uitkoff və Kuşner bu gün Dohada İranla danışıqlar aparmayacaq .....                     NİYƏ BU AYNA... ƏYRİ GÖRÜR ÖZÜNÜ... .....                     Dollar və qızılın taleyi .....                     Ermənistan Konstitusiya Məhkəməsi seçki üzrə qərarını iyulun 4-dək açıqlayacaq .....                     Zaur Hacılı Mərkəzi Bankdan ayrılıb .....                 

MİRMAHMUD AĞADAN XOŞ SÖZLƏR
Tarix: 18-10-2011, 13:28 | Çap et
MİRMAHMUD AĞADAN XOŞ SÖZLƏR

KXCP-NİN BAYRAM TƏBRİKİ

Klassik Xalq Cəbhəsi Partiyasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci il dönümü münasibəti ilə Azərbaycan Xalqına müraciət edib. Müraciətin tam mətnini təqdim edirik:

“Əziz həmvətənlər!

18 oktyabr 2011-ci il Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci il dönümü bayramıdır. Müstəqilliyin bərpası Azərbaycan Milli Azadlıq Hərəkatının nəticəsi idi.

Hər bir Hərəkatın istiqamətləndirici təşkilatı olmadan Hərəkat uğur qazana bilməz. Quzey Azərbaycanda zamanın yönləndirici təşkilatı Azərbaycan Xalq Cəbhəsi idi. 20-ci əsrin 80-ci illərinin sonunda yaranan Azərbaycan Xalq Cəbhəsinin 2 illik fəaliyyəti 18 oktyabr 1991-ci ildə Quzey Azərbaycanın müstəqilliyinin bərpasının təşkilatçısı və təminatçısı oldu. Azərbaycanın müstəqilliyinin bərpası və qorunub saxlanılmasında xalqımız minlərlə şəhid verdi.

İlk gündən bütün zorakılıq hallarından imtina edən, ölkədəki bütün milli azlıqları və etnik qrupları bərabər hüquqlu əməkdaşlığa və qardaşlığa çağıran Azərbaycan Xalq Cəbhəsi Respublikada sarsılmaz müstəqillik uğrunda mübarizəyə başlamış, məhz onuin başçılıq etdiyi və istiqamətləndirdiyi Xalq Hərəkatı nəticəsində respublikada müxtəlif siyasi dünyagörüşlü partiyalar və birliklər yaranmış, insan haqları uğrunda əsl mübarizə başlanılmış, müxtəlif ideya yönlü qəzet, jurnal və bülletenlər nəşr olunmuşdu. AXC-nin bu demokratik və dinc mübarizəsi qarşısında xalqın inamını itirmiş, nüfuzdan düşmüş Kommunist partiyası və Sovet orqanları məğlub olmuş, xalq onların hakimiyyətindən kütləvi şəkildə imtina etməyə başlamış, özünün təmsil olunduğu AXC rəhbərliyini hakimiyyətə gətirmişdi.

Hakimiyyətdə olduğu bir il müddətində demokratik yolla seçilmiş prezident Əbülfəz Elçibəy başda olmaqla AXC rəhbərliyi ölkədə demokratiyanın bərqərar olması, Azərbaycanın tam müstəqil dövlətə çevrilməsi, xalqın rifahının yaxşılaşdırılması yolunda mühüm addımlar atmışdı. İlk olaraq bütün imkanlar ordu quruculuğuna səfərbər edilmiş, rus ordusu Azərbaycandan çıxarılmış, Sovet ordusuna məxsus Xəzər donanması Xəzəryanı dövlətlər arasında bərabər bölünmüş, sərhəd qoşunları yaradılmış, Azərbaycan gömrük sistemi və Ləl-Cəvahirat fondu yaradılmış, milli valyuta dövriyyəyə buraxılmış, ölkənin siyasi sistemini dəyişdirmək məqsədilə siyasi partiyalar və kütləvi informasiya vasitələri haqqında qanunlar qəbul edilmiş, “Milli Məclisə Seçkilər haqqında” qanun layihəsi hazırlanıb Milli Məclisə təqdim edilmiş, məhkəmələrin statusu, bazar iqtisadiyyatının formalaşması, özəlləşdirmə, banklar və bank fəaliyyəti, mülkiyyət, xarici investisiyaların qorunması, icarə, torpaq vergisi, aksizlər və Milli Dövlətin ən mühüm strateji sahələrindən biri olan təhsil haqqında qanunlar qəbul edilmiş, liberal iqtisadi islahatlara başlanılmış, bu məqsədlə Dövlət Əmlak Komitəsi, Torpaq komitəsi, Dövlət Antiinhisar siyasəti və Sahibkarlığa Yardım Komitəsi, İqtisadiyyat Nazirliyi və s. kimi yeni dövlət orqanları yaradılmış, ticarətin liberallaşdırılması, Dövlət ticarət müəssisələrinin kommersiyalaşdırılması, yarımçıq qalmış tikililərin icarəyə verilməsi, kiçik sahibkarlığa kömək və onun inkişaf etdirilməsi haqqında prezident fərmanları verilmiş, Özəlləşdirmə, sahibkarlığa yardım, fermer təsərrüfatlarının, emal sənaye sahələrinin inkişafı haqqında dövlət proqramları hazırlanmış, elm, təhsil və mədəniyyət sahəsində mühüm islahatlara başlanılmışdı.

“Təhsil haqqında” qanuna uyğun olaraq özəl müəssisələrin açılmasına icazə verilmiş, bir çox müstəqil təhsil ocaqları yaqradılmış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul ilk dəfə olaraq test üsulu ilə keçirilmiş, yüzlərlə gəncə xarici ölkələrdə dövlət hesabına nadir ixtisaslar üzrə təhsil almaq imkanı yaradılmış, müstəqil Azərbaycanın orta məktəbləri üçün Milli Dövlətin mənafeyinə uyğun yüzlərlə alim, müəllim və metodistin gərgin əməyi sayəsində qısa müddətdə yeni proqramlar və 90 adda yeni dərsliklər hazırlanıb latın qrafikalı Azərbaycan əlifbası ilə nəşr edilmiş, ölkənin maliyyə böhranı içərisində olduğuna baxmayaraq prezident Əbülfəz Elçibəyin göstərişi ilə 110 milyon manatlıq yardımla “Öyrətmən” adlı yeni nəşriyyat yaradılmış, dövlət idarələrində yeni Azərbaycan əlifbasından istifadəyə başlanılmışdı.

AXC-nin bir illik hakimiyyəti dövründə Milli Məclisdə xalqın xeyrinə 118 qanun, 160 qərar qəbul edilmiş, bununla Azərbaycanda müstəqil qanunvericiliyin əsası qoyulmuş, prezident Əbülfəz Elçibəy Milli Dövlət əhəmiyyətli bir çox fərman və sərəncamla yanaşı milli azlıqlar, azsaylı xalqlar və etnik qruplar haqqında da fərman vermiş, bu fərmandan sonra 30-a qədər milli mədəniyyət mərkəzi yaradılmış, onlar normal iş şəraiti ilə təmin edilmişdi.

AXC hakimiyyəti zamanı Azərbaycan beynəlxalq münasibətlər sistemində özünə layiqli yer tutmuş, BMT-də, ATƏM-də (indiki ATƏT-də), İslam Konfransı Təşkilatında, Regional İqtisadi Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq birliklərdə bərabərhüquqlu dövlət kimi, təmsil olunmağa başlamış, Bakıda BMT-nin nümayəndəliyi açılmış, Rusiya, Türkiyə, İran, Ukrayna və Gürcüstanla bərabərhüquqlu əməkdaşlığın əsası qoyulmuş, Moldova, Qazaxıstan və Türkmənistanla iqtisadi sazişlər imzalanmış, ABŞ, İngiltərə, Almaniya, Belçika, Pakistan, Misir və İsraillə sıx əlaqələr yaradılmış, Türkiyə, Rusiya və Gürcüstanla dostluq və əməkdaşlıq haqqında iki tərəfli müqavilələr bağlanmış, BP, AMOKO, Yunokl, Statoyl, Pennzoyl və digər böyük şirkətlərlə neft sənayesi sahəsində sazişlər hazırlanmış, neftin Aralıq dənizinə, oradan da Avropa ölkələri və ABŞ-a daşınması haqqında ilkin sənəd imzalanmış, Qərbdə Azərbaycanın demokratik imici formalaşmış, bir sözlə, Azərbaycanın inkişafı üçün böyük perspektivlər açılmışdı.

Elçibəy başda olmaqla AXC iqtidarının apardığı geri dönməz Milli Dövlət siyasətindən təşvişə düşən xarici və daxili düşmənlər birləşərək Azərbaycanda hərbi qiyam təşkil etmiş, ölkədə vətəndaş müharibəsi yaratmağa səy göstərmiş, öz xalqını bu ağır faciədən qurtaran Əbülfəz Elçibəy 1993-cü ilin iyun ayında Bakını tərk etdi.

Vaxtilə Azərbaycanın müstəqilliyi əleyhinə gedənlərin, bu müstəqilliyi xəyal sayanların və ya bu mübarizədən ehtiyat edib kənarda duranların əksəriyyəti tarixi saxtalaşdıraraq AXC-nin bütün bu uğurlarını bir şəxsin adına yazmaqla bu müstəqillikdən maksimum bəhrələnməkdə, bu müstəqillik uğrunda şəhid olanların ailələrinə və bu mübarizəni qələbə ilə nəticələndirənlərə keçmişdə olduğu kimi bu gün də düşmən münasibət bəsləməkdədirlər.
Çağdaş Azərbaycan ictimai-siyasi həyatına yön verən, yorulmadan bütün mənalı həyatını Azərbaycanın milli azadlığı və bütövlüyü uğrunda mübarizəyə həsr edən ümummilli lider Əbülfəz Elçibəyin davamçıları əmindir ki, Türk kimi yaşamaq, Türk olmanın mənəvi yükünü dərk etmək və bundan qürur duymaq, Elçibəy yolunu ləyaqətlə davam etdirmək hər bir şəxsin vəzifəsidir. Elçibəyin Bütöv Azərbaycan, Türkiyə-Azərbaycan Konfederativ birliyi və Ümumtürk Birliyi ideyaları gerçəkləşəcək. Rəsulzadə - Elçibəy yolunu seçən Elçibəysevərlər buna varlıqları qədər inanırlar.

Əziz həmvətənlər!

Dəyərli bacılar və qardaşlar!

Müstəqillik Bayramınızı təbrik edir, Milli demokratik dövlətçiliyimizin yenidən bərpası uğrunda mübarizədə Sizlərə uğurlar diləyirik!
Tanrı yardımçınız olsun!
Amin!”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Günün fotosu... - Rusiyadan...
Bu gün, 07:11
Faiq Ələkbərliyə xatirə döş nişanı verilib
Bu gün, 07:03
"Heç vaxt ola bilməz ki, vəzifəli şəxslərin balaları.." - REAKSİYA
Bu gün, 06:59
AFFA rəhbərliyi şarlatanlıqla məşğuldur... - ETİRAZ
Bu gün, 06:55
Müştəri məmnuniyyəti anlayışı SIFIR! - durduğun yerdə borclanırsan...
Bu gün, 06:48
Saleh Məmmədov hələ də həbs olunmayıbsa... - DEMƏLİ...
Bu gün, 06:37
Deputatın şirkəti vətəndaşı çətin duruma salıb - AXI NİYƏ?..
Bu gün, 06:31
Burda müştərini rəsmən QARƏT EDİRLƏR - "Bizdə qayda belədir..."
Bu gün, 06:25
Ukrayna İran dronlarının çəmini tapdı - 340 km-ə qədər sürət yığır...
Bu gün, 06:16
Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək?
Dünən, 18:07
AQTİ Qoşqar Təhməzlinin şirkətindən 4 milyonluq mal alacaq - ÖZ ƏLİ... ÖZ BAŞI...
Dünən, 17:47
Turistlər Azərbaycana ən çox nə üçün gəlir? – ŞOK SƏBƏBLƏR
Dünən, 17:44
“Turan Bank”da iki departament direktoru təyin edilib - ƏMR
Dünən, 17:39
UNEC-in “zoom” üçün ödədiyi məbləğ 71% artaraq 51 min manata çatıb
Dünən, 17:38
“Türkiyə filmləri dublyaj olunmasın” təklifi: - “Bəlkə, rusca danışaq?”
Dünən, 17:35
Azərbaycanda 4 nazir vəzifəsi boşdur - SİYAHIDA BAŞQA POSTLAR DA VAR
Dünən, 17:23
“Benzini dərhal ucuzlaşdırın!” – Trampın tələbi niyə iqtisadi reallığa uymur?
Dünən, 17:20
Tanınmış hakim təqaüdə göndərildi - BUNDAN SONRA...
Dünən, 17:18
Azərbaycan yenə sözünü dedi - İsrailin qərarı “Bir millət, iki dövlət”i bir daha təsdiqlədi
Dünən, 17:11
100 min, 400 min, 2 mənzil... - “QANPULU” DAVASI
Dünən, 16:48
Ət idxalı artıb: Qiymətlər niyə düşmür? - AKTUAL
Dünən, 16:38
Biləcəridə qanunsuz tikinti, müqaviləsiz işçilər, yoxa çıxan nəzarət - BU NƏDİ BELƏ?
Dünən, 16:34
Putinin yaşı və ölkədəki böhran gözlənilməz ssenariləri istisna etmir - Tofiq Zülfüqarov
Dünən, 16:31
Tiktoker "Beniz"in məhkəməsində QALMAQALLI İFADƏLƏR
Dünən, 16:29
“Həkim əməliyyatın ortasında dayandı ki, 1700 manat verməlisən” – Barmağı və dabanı amputasiya edilən şairin başına gələnlər
Dünən, 16:23
Paşinyana qarşı ŞOK PLAN - İLGİNC detallar BU YAZIDA
Dünən, 16:21
Minlərlə insanın qatili, terrorçu Serj Sərkisyanı görəsən İsrail niyə ittiham etmir?
Dünən, 16:18
Rusiyada benzin satışı avtomobillərin nömrə nişanına görə tənzimlənəcək - BU DA OLDU!
Dünən, 16:07
Agentlik 100 min manatlıq şirkətə qadağa qoydu – TENDERLƏRDƏ İŞTİRAK EDƏ BİLMƏYƏCƏK
Dünən, 16:06
Ermənilərin Xankəndində tikdikləri... BU QURUM SÖKƏCƏK! - DETALLAR
Dünən, 16:01
Xamenei atasının dəfnində iştirak edəcək?
Dünən, 15:58
İş tapmaq məqsədilə müraciət etmədiyi müəssisə qalmayıb... - GİLEY
Dünən, 15:46
“Azərbaycanın Aİİ-yə üzvlüyünü əngəlləyən səbəblər – Rusiyanın əbəs GÖZLƏNTİSİ
Dünən, 15:01
“Ermənistanı hinduşka kimi böləcəklər...” – erməni politoloqdan SOS
Dünən, 14:59
Heydərov onu idarə rəisi təyin etdi - ƏMR
Dünən, 14:57
Uitkoff və Kuşner bu gün Dohada İranla danışıqlar aparmayacaq - Qətər XİN
Dünən, 14:52
NİYƏ BU AYNA... ƏYRİ GÖRÜR ÖZÜNÜ... HƏQİQƏTƏN DƏ...
Dünən, 14:45
Dollar və qızılın taleyi HƏLL EDİLİR
Dünən, 13:10
Ermənistan Konstitusiya Məhkəməsi seçki üzrə qərarını iyulun 4-dək açıqlayacaq
Dünən, 13:00
Zaur Hacılı Mərkəzi Bankdan ayrılıb - BUNDAN SONRA...
Dünən, 12:59
Azərbaycanda 10 milyonluq şirkət – LƏĞV EDİLİR
Dünən, 12:56
Bakıda 5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı
Dünən, 12:47
“NEMETSKİ” SABİQLƏR: Keçmiş nazirlər “sadə azərbaycanlı” rolunda... - FOTO
Dünən, 12:37
Xalq artisti GÖZLƏMƏ MÖVQEYİNDƏ - "Sponsor tapılsa, bu arzum reallaşacaq"
Dünən, 12:32
“Mars Overseas Baku LTD” MMC-də özbaşınalıq - işçi narazıdır
Dünən, 12:16
Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən bloqerin işi ALİ MƏHKƏMƏDƏ
Dünən, 12:06
Saxta iş elanları: Qurbana çevrilməyin - DİQQƏT
Dünən, 12:02
Praqmatizm və “kağız müharibəsi” – Leyen Bakıya nə üçün gəlir?
Dünən, 11:59
Millət vəkilinin evindən qızıl alt paltarı tapıldı - Foto
Dünən, 11:58
Pensiya ala bilmədən ölən kişilərin sayı son 26 ildə necə dəyişib? - SİYAHI
Dünən, 11:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru