SƏHİYYƏ SİSTEMİNDƏ ŞOK KORRUPSİYA
Tarix: 18-05-2012, 13:07 | Çap et
OQTAY ŞİRƏLİYEVİN HƏKİMLƏRİ PALATALARA AYRICA QİYMƏT QOYUBLAR
DİA.AZ: - Səhiyyə sistemindəki özbaşınalıqlarla bağlı məlumatlar dəfələrlə mətbuat səhifələrində işıqlandırılsa da, hələ də bu istiqamətdə hansısa samballı addımın atılmaması sözügedən sahədəki biabırçılıqların daha da geniş vüsət almasına nədən olmaqdadır. Elə bunun nəticəsidir ki, bu gün bütün ölkədə korrupsiya ilə mübarizə aparılsa da, hansısa ağ xalatlının burnu belə qanamayıb.
Halbuki dəfələrlə ölkə miqyasında keçirilən sorğuların nəticələrində və əsas olaraq gündəlik həyatımızda şahidi olduqlarımızda da diqqətə gələni odur ki, səhiyyə sistemi bu gün ən çox korrupsiyaya uğramış istiqamətlərdən biri və bəlkə də birincisidir. Doğrudur, bunu ayrı-ayrı dönəmlərdə müxtəlif dövlət rəsmiləri də etiraf ediblər. Məsələn, keçmiş səhiyyə naziri Əli İnsanov həbsə atılarkən onun ardından danışan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov bildirmişd ki, Azərbaycan səhiyyəsi rüşvət altında inildəyir.
Bəs nə baş verir? Nədən bu boyda korrupsiya ilə mübarizə şousu səhiyyə sistemini öz ağuşuna almır? Ola bilməz ki, Oqtay Şirəliyev nazir postuna yiyələndikdən sonra hər şey gözəlləşib və xəstəxanalar gül-çiçəyə qərq olub. Mümkün deyil ki, bu müddət ərzində Oqtay Şirəliyev dünənə qədər rüşvət alan həkimləri, tibb işçilərini yeni rüşvətsiz həyata alışdırsın.
Təbii ki, Oqtay Şirəliyev səhiyyə naziri olandan sonra tibb sahəsində çox şeylər dəyişdi. Amma daha çox pisə doğru. Artıq səhiyyəyə aid elə bir sahə mövcud deyil ki, inhisarlaşmasın, yəni hansısa məmurun nəzarəti altına keçməsin. Bu gün dərman bazarından tutmuş tibbi xidmət bazarına qədər hər şey məmurlar arasında paylaşdırılıb. Və bu da əslində korrupsiyanın daha da çiçəklənməsi ilə müşaiyət olunur.
Maraqlı orasıdır ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə səhiyyə sistemi ilə bağlı yetərincə şikayətlərin edilməsinə baxmayaraq, bu şikayətlər də məhz Oqtay Şirəliyevin hakimiyyət içindəki nüfuzu səbəbindən diqqət mərkəzinə düşə bilmir. Hətta bu yaxınlarda narkodispanserdə baş verən olay da bunu təsdiqlədi. Yəni Oqtay Şirəliyev bu gün hansısa həkiminin rüşvətə görə həbsdən saxlayacaq qədər qüdrətlidir.
Və bu qüdrət bu gün xəstəxanalarda biabırçı vəziyyətin daha da genişlənməsinə rəvac verir. DİA.AZ-a müraciət edən şikayətçilər ortaya yeni faktları qoyublar. Və bu faktlar mövcud mənzərənin hansı şiddətdə biabırçı olmasını sübutlayır.
Şikayətçilər bildirir ki, əvvəllər xəstəxanalarda ağır xəstələr üçün nəzərdə tutulan reanimasiya şöbələri indi həkimlərin və baş həkimlərin, şöbə müdirlərinin qazanc yerinə çevrilib. Bu barədə şikayətçilərin söylədikləri:
В«Dünənə qədər əgər ağır xəstələr reanimasiyada yatırdısa, indi palatalarda müalicə olunmalı olan xəstələr də bu şöbədə saxlanılır. Təbii ki, bunun müqabilində pul verilməlidir. Xəstə yaxınları da öz xəstələrinin xüsusi diqqət altında saxlanılması üçün baş həkimlərə və şöbə müdirlərinə pul ödəyirlərВ».
Ayrı-ayrı xəstəxanalarda reanimasiya şəraitinin qiymətinin müxtəlif olduğunu bildirən şikayətçilərin sözlərinə görə, bu rəqəm 500-1000 manat arasında dəyişir: В«Hər xəstəxananın öz qiyməti varВ».
Bu hesab-kitab nəticəsində real reanimasiyalıq xəstələr üçün xəstəxanalarda yerin tapılmadığını bildirən şikayətçilər söyləyirlər ki, bu günlərdə В«RespublikanskiВ» xəstəxana kimi tanınan tibb müəssiəsinin birinci korpusunda biabırçı bir olay da yaşanılıb: В«Belə ki, reanimasiyalıq xəstələrdən biri palata şəraitində saxlanıldığından və ona gərəkən tibbi diqqət ayrılmadığından əslində sağalması mümkün olan xəstələrdən biri dünyasını dəyişib. Onu yalnız son anda, yəni ölümünə dəqiqələr qala reanimasiya şöbəsinə yerləşdirdilər. Xəstə yaxınlarının rayonda olması bu şərait üçün həkimlərə əlverişli fürsət yaradıbВ».
Bir sözlə, bu gün Oqtay Şirəliyevin xəstəxanalarındakı durumun Əli İnsanovun dönəmi ilə müqayisə olunmayacaq qədər şiddətli formada pisləşdiyini söyləyən şikayətçilər bildirdilər ki, səhiyyə naziri В«reanimasiya biznesindənВ» hər xəstəxanadan orta hesabla bir ay ərzində 20-30 min manat pul yığır.
Bu da sizə daha bir korrupsiya faktı. Hər halda, bu məsələnin müvafiq dövlət qurumları tərəfindən cidiyə alınmasına və ciddi şəkildə araşdırılmasına ehtiyac var. Çünki söhbət insanlarımızın sağlamlığından gedir.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Sən demə, Türkiyədə müalicə aldığına da həsəd aparan var...”
Bu gün, 17:27 |
|
|
|
| • “Lənkəranski” barədə xoşagəlməz ifadələr işlədəni oğurlayan şəxs yenidən MƏHKƏMƏ QARŞISINDA
Bu gün, 17:23 |
|
|
|
| • “Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” - Keçmiş iş yoldaşından rektora sərt ittihamlar
Bu gün, 17:19 |
|
|
|
| • UEFA-da AFFA-nın əməkdaşına vəzifə verildi
Bu gün, 17:14 |
|
|
|
| • Uşağı döyən psixoloq haqlı çıxa bilər – Şok AÇIQLAMA
Bu gün, 17:12 |
|
|
|
| • Azərbaycanın lombard şirkəti “BQ” ASC ₼1.4 milyon mənfəət əldə edib
Bu gün, 17:06 |
|
|
|
| • “Aqrarkredit”in balansındakı əmlaklar hərraca çıxarılır - QİYMƏTLƏR
Bu gün, 17:05 |
|
|
|
| • Rektor yeni şöbə müdiri təyin etdi - ƏMR
Bu gün, 17:00 |
|
|
|
| • KTM-in mətbuat katibi vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 16:54 |
|
|
|
| • "Niyə mən borclanmalıyam?" - GİLEY
Bu gün, 16:43 |
|
|
|
| • "Etiraf et ki, anana vaxtında sevgini tam göstərə bilmədin"
Bu gün, 16:39 |
|
|
|
| • Nazir 7 ay əvvəl direktor təyin etmişdi, öz ərizəsi ilə işdən getdi - Yeni təyinat
Bu gün, 16:33 |
|
|
|
| • Vüsal İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ - FOTO
Bu gün, 16:28 |
|
|
|
| • Yaponiyaya qarşı təhdidlər sadə bir həqiqəti nümayiş etdirir: - ultimatum siyasəti öz effektivliyini tükəndirib
Bu gün, 16:25 |
|
|
|
| • Rövşən Nəcəfdən yeni təyinat: BU DƏFƏ... - Tamara Makinskaya...
Bu gün, 16:19 |
|
|
|
| • Rus ekspertdən sensasiyalı proqnoz: - “Qafqazda da Nepal faciəsi yaşana bilər”
Bu gün, 16:14 |
|
|
|
| • Eyni Bişkek, fərqli Azərbaycan: - 32 il əvvəl Bişkekdə Ermənistan nə istəyirdi?
Bu gün, 16:12 |
|
|
|
| • Şəkidə yaşanan qorxulu olay: əhali narahatdır – Proses başlaya bilər
Bu gün, 16:08 |
|
|
|
| • Qazaxıstanın ən böyük müxalif nəşrlərindən biri fəaliyyətini dayandırır - KİV
Bu gün, 16:06 |
|
|
|
| • İki məşhurun davası Faiq Ağayevin toyunda başlayıbmış – Nazpəri ilk dəfə AÇIQLADI
Bu gün, 15:56 |
|
|
|
| • Paşinyan tələsməlidir... - AKTUAL
Bu gün, 15:53 |
|
|
|
| • Putin Qırğızıstanda Cinpinlə görüşüb
Bu gün, 15:49 |
|
|
|
| • “GoldenPay”ə yeni rəhbər təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:45 |
|
|
|
| • Hibrid avtomobillər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI
Bu gün, 15:43 |
|
|
|
| • Afət Fərmanqızı Dəniz Əsədovanı məhkəməyə verdi - HƏBSİNİ İSTƏYİR...
Bu gün, 15:39 |
|
|
|
| • Əliyevlə Paşinyan Bişkekdəki görüşdə - Nələri müzakirə etdi?
Bu gün, 15:36 |
|
|
|
| • Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb
Bu gün, 15:33 |
|
|
|
| • Azərbaycana qarşı “üçlü hücum”: - Əli Kərimli, Qarabağ və “siyasi məhbus” gündəliyinin arxasında nə dayanır?
Bu gün, 14:35 |
|
|
|
| • Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma və təhlillər aparır - RƏSMİ
Bu gün, 14:31 |
|
|
|
| • "Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi yaradılıb
Bu gün, 14:29 |
|
|
|
| • "Özümü 50 yaşında kişi kimi hiss edirəm" - Xalq artisti
Bu gün, 13:17 |
|
|
|
| • “Cəlilabad Şərab-2” ASC-nin dövlətə olan 1 milyona çatır
Bu gün, 13:15 |
|
|
|
| • Ermənistan müdafiə naziri Hindistan marşalı ilə görüşdü
Bu gün, 13:11 |
|
|
|
| • “Atam məzar daşlarına şeir yazırdı, deyirdi ki, mən öləndən sonra da siz çörək tapacaqsız, amma..”
Bu gün, 12:59 |
|
|
|
| • BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
Bu gün, 12:54 |
|
|
|
| • Ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı şikayət geri götürüldü - TƏFƏRRÜAT
Bu gün, 12:50 |
|
|
|
| • Hindistan Özbəkistan üzərindən Mərkəzi Asiyada möhkəmlənmək istəyir... - İNCƏLƏMƏ
Bu gün, 12:42 |
|
|
|
| • Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:34 |
|
|
|
| • Bəzi yerlərdə arabir yağış yağacağ gözlənilir - belə deyirlər...
Bu gün, 12:26 |
|
|
|
| • Pezeşkianın müavini: - İranın vəziyyəti yaxşı deyil
Bu gün, 12:24 |
|
|
|
| • “Azərşəkər”in kapitalına 5.6 milyon manat əlavə edildi
Bu gün, 12:22 |
|
|
|
| • Aktrisaya HAQSIZLIQ: - “Niyə qəpik-quruşa çəkilməliyəm axı?”
Bu gün, 12:13 |
|
|
|
| • “AccessBank”da şirkət əmanətləri kəskin AZALIB
Bu gün, 12:11 |
|
|
|
| • "Qarabağ" Dani Boltla yolları ayırıb
Bu gün, 12:08 |
|
|
|
| • Kremldə böyük təşviş: - Putin 400 minlik yeni səfərbərliyə hazırlaşır
Bu gün, 12:02 |
|
|
|
| • “Qanunsuzdursa, niyə sənədsiz evlərə kommunal xidmət göstərib pulunu almısınız?!” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:57 |
|
|
|
| • Ermənistan susuz qala bilər: - Azərbaycanın tarixi gölü quruyur
Bu gün, 11:51 |
|
|
|
| • Klinikanın mühafizəçisi keçmiş kürəkənini döydü: - “Mənə və ailəmə nalayiq ifadələr işlətdi”
Bu gün, 11:48 |
|
|
|
| • “Leobank” GİLEY... - ”Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
Bu gün, 11:45 |
|
|
|
| • Sərxoş halda evə gələn qardaşını döydü: "Anamın üzərinə hücum çəkdi" - TƏFƏRRÜAT
Bu gün, 11:37 |
|
|
|
|