Azərbaycan və Aİ yeni nə razılığa gəliblər? .....                     "Qadınlar muğamı daha incə ifa edir, kişilər isə..." .....                     Yaxın Şərqdə KRİTİK ANLAŞMA .....                     “Sponsor olmasa futbolda vəziyyət ağır olacaq, .....                     Bakıda qadın evə sərxoş vəziyyətdə gələn ərinə qapını açmadığına görə döyüldü .....                     Çin Azərbaycanda avtomobil inqilabı hazırlayır? .....                     Misir SOCAR-ı öz bazarında iştirakını genişləndirməyə dəvət edib .....                     Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib .....                     “Tamaşaçını şitliyə siz alışdırmısınız” .....                     Azərbaycanda investsiya şirkətinin rəhbərliyinə təyinat olub .....                     Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edilib .....                     Aldadıldığını deyən sahibkar... İFŞA OLUNDU! .....                     Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır .....                     Səidə keçmişindən danışıb GÖZ YAŞI TÖKDÜ: .....                     Müstəntiq məhkəmədə dindiriləcək .....                     7 körpənin öldüyü yanğın işi .....                     Əgər internet kəsilərsə: .....                     Müəllimləri işə düzəltmək adı ilə 160 min manatlıq dələduzluq .....                     Neftçilərə MƏCBURİ təlim tələbi: HƏYATLARI RİSK ALTINDADIR... .....                     Astanadan verilən ultimatum və erməni fermerlər təşvişdə... .....                     Cənubi Qafqaz Boru Kəməri vasitəsilə nəql edilən qazın həcmi artıb .....                     Ermənistanda şok məhkəmə davası: .....                     Ermənistan ABŞ ilə TRIPP üzrə çərçivə sazişi imzalayıb .....                     Macarıstan Ukrayna ilə bağlı vetonu geri götürüb .....                     Goranboy sakinləri YOLSUZLUQDAN GİLEYLƏNİR... .....                     İlhamə Quliyevanın bacısı qızının cinayət işi məhkəməyə göndərildi .....                     Qarabağdan köçmüş ermənilər Azərbaycan ərazisində qalmış evləri ilə bağlı .....                     “Ermənilərin Azərbaycana qayıtması məsələsi bağlanıb” .....                     Rusiya Azərbaycana qarşı hərəkətə keçir .....                     Amerikanın iştahı kəsiləndə, “Tramp marşrutu”nu dayandıracaq .....                     “Azkredit”in rəhərlərindən biri vəzifəsini tərk edib .....                     Xaçmaz və Beyləqanın kəndlərinin elektrik təsərrüfatının yenilənməsinə başlanılır .....                     "Azərbaycan 90-cı illərin ölkəsi deyil” .....                     "İrəvan yaxşı hesab edərsə, Aİ-yə qoşulsun" .....                     Kreml mediası Paşinyana müharibə elan etdi: .....                     "Mən 10 günlük müalicəyə 2 min manat necə xərc çəkə bilərəm?" .....                     Paşinyanın Başkənd “bazarlığı”: Sülhə əngəl olacaq .....                     “İşini bilən insanları pensiyaya göndərirlər, Əliqismət Lalayev 80 yaşına kimi də...” .....                     Dayısı oğlu ilə birgə keçmiş arvadını oğurlayan şəxsin işində... .....                     Doktorantura və dissertanturaya qəbul imtahanının tarixləri müəyyənləşib .....                 

“Biz düz eləmədik, gərək hakimiyyətə gəlməyəydik” - İsgəndər Həmidov
Tarix: 17-07-2015, 08:57 | Çap et
“Biz düz eləmədik, gərək hakimiyyətə gəlməyəydik”
Azərbaycanın keçmiş daxili işlər naziri, Milli Demokrat Partiyasının (Bozqurdlar) lideri İsgəndər Həmidov Modern.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik.

- Sizi hərəkat illlərindən hamı kifayət qədər çılğın bir adam kimi tanıyıb. Hətta nazir olduğunuz zamanda adam da döymüsünüz. İsgəndər bəy, uşaqlıqda da belə olmsunuz?

- Bilirsiniz ki, mən Kəlbəcərdə anadan olmuşam və Tərtərdə orta məktəbi oxumuşam. Oranı da 1965-ci ildə bitirmişəm. Kiməsə sataşıb dalaşmamışam. Dərs oxuyan olmuşam. O vaxt uşaqlarda belə bir şey var idi ki, yaxşı oxuyana sataşırdılar. Kimsə sataşanda davadan da geri qalmamışam. Amma hələ bir nəfərin qəlbinə dəyib dava salmamışam. Amma mənlə dava eləyiblər. Döyülmüşəm də, döymüşəm də. Amma bir şeyi deyim ki, heç nədən qorxmamışam. Elə olub ki, bir adam məni 4 dəfə döyüb, 5-ci dəfə isə qabağımdan qaçıb. Döyüldükcə üstlərinə getmişəm, çünki çox prinsipial idim. İndi hətta yadıma düşəndə özüm də utanıram. Uşaqlıq dostlarım, yoldaşlarım qabağıma çıxanda bəzən xəcalət çəkirəm. Çünki elələri var ki, onlara şillə vurmuşam. Etiraf edirəm ki, düz iş görməmişəm.

- Bu gün necə, sizdə qorxu hissi varmı?

- Həmişə arzu edirəm ki, Allah elə edərdi ki, məndə qorxu hissi olaydı. Hətta özümü məcbur edirəm ki, ən azından nəvələrimi, ailəmi göz önünə gətirərək, bəzi hallarda qorxum. Amma görürəm ki, o hiss mənə yaxın gəlmir. Qorxaqlıq da, cəsarət də insanın içindən gəlir, içində yaşayır. Adam var ki, o görünməz xətti keçə bilmir və qorxaqlığın əsiri olur. Adam da var ki, onu keçir və cəsarətin əsirinə çevrilir. Amma çox cəsarətli və ya qorxaq olmaq da bir şey deyil. Qorxusuz insan iki cür olur: bir sərxoşlar, bir də dəlilər. Normal insanda qorxu hissi olmalıdır. Yəqin normal olmadığıma görə məndə qorxu hissi yoxdur.

- Elə bil ki, nədənsə sarsılmısınız?

- Uzun illər mübarizə yolu keçmişəm, ancaq sarsılmamışam. Lakin bu gün elə şeylər olur ki, həm sarsılırsan, həm də çəkinirsən. Amma qorxaqlıq mənə yaxı durmur. Bəlkə də bir az qorxaqlığım olsaydı, indi qabağa getmişdim.
Mənim 30 il göz yaşım olmayıb. Deyirdim “kaş ağlaya biləydim”. Amma qardaşım rəhmətə gedəndə ağladım. Gördüm ki, normal hisslərim mənə geri qayıdır. Lakin indi sarsılıram. Girirəm evə, divar adamın üstünə gəlir.

- AXC-nin yarandəğı dönəmdə ölkədə yaranmış siyasi situasiya İsgəndər Həmidovun hafizəsində necə qalıb?

- Azərbaycan Xalq Cəbhəsi nə İsgəndərin adıyla, nə də bir başqasının adıyla bağlıdır. AXC zərurətdən, xalqın içindən doğan bir hərəkat idi. Ən şərəfli, ən ülvi təşkilat idi. Təbii ki, bizim də səhvlərimiz var idi. Biz hakimiyyətə birinci gəlməməli idik. AXC hakimiyyətdə təsir qüvvəsi kimi qalmalı idi. Kimi prezident seçəcəkdilər, kimi seçməyəcəkdilər özləri bilərdilər.

- Deyirsiniz AXC gəlməməli idi. Amma sizin də iştirak etdiyiniz dəstə AzTV-nin tutulmasında, Ayaz Mütəllibovun devrilməsində iştirak etdi.

- Həmin dəstələrə rəhbərliyi elə İsgəndər Həmidov eləyirdi. Heç kəs çıxış eləmədi, mən çıxış eləyib, xalqın təşkilatlanmasını təşkil eləmişəm. Amma mən siyasi təşkilatın üzvü idim. Siyasi təşkilat qərar çıxarandan sonra icra olunmalıdır. O siyasi təşkilat ki qərar çıxarır və onun icrası olmur, həmin qurum iflasa uğrayır. Həmçinin də hakimiyyət qərar çıxarırsa, qərar icra olunmalıdır. AXC kimi bir təşkilatın da qərarı var idi. Konstitusiya pozulmuşdu, bərpa etmək lazım idi. Bu, bir epizoddur. İkinci epizod isə hakimiyyətə gəlməkdi. Yenə də deyirəm biz düz eləmədik. Biz hakimiyyətə gəlməməli idik. Üçüncü epizodda səhv o oldu ki, kim bərkdən danışdısa, yaxşı danışdısa, işi bilib bilməməyindən asılı olmayaraq vəzifələrə təyin olundu. Bu düzgün olmayan kadr islahatlarını biz aparırdıq. Bu gün bizim yerləşdirdiyimiz kadrlar hamısı püxtələşib. Onların çoxu ində vəzifədədir və hamısı da bizə qarşıdır. Amma o vaxt püxtələşməmişdilər.

- Bildirdiniz ki, 1992-ci ildə AXC-nin hakimiyyətə gəlməsi yanlış idi. Amma Ayaz Mütəllibovun da hakimiyyətdən getməsi qaçılmaz idi, yəni zənnimcə, bu hadisəni sırf AXC ilə bağlamaq düzgün deyil. Belə bir sual: Siz gəlməsəydiniz, iqtidara kim sahib olacaqdı?

- Ayaz Mütəllibovun ikinci dəfə hakimiyyətə gəlməyi qeyri-konstitusion idi. Çünki o vaxtkı Konstitusiya ilə prezidentin istefa ərizəsi qəbul olunurdu. O da səhhətində yaranan problemlə əlaqədar istefaya getmişdi. Amma qayıtmaq proseduru yox idi. Biz ayağa qalxdıq, Konstitusiyanı bərpa elədik. Ondan qabaq isə AXC-nin hakimiyyət davası yox idi. Sonrakı proseslərə gəldikdə, AXC Məclisinin qərarına baxıb oxusanız görərsiniz ki, bu təşkilatdan iki nəfər prezidentliyə namizədin irəli sürülməsinin əleyhinə olub: biri Tofiq Qasımov, biri də mən.
Özü də arqumentimiz bu oldu ki, AXC hakimiyyətdən üstündür və buna görə iqtidara gəlməməlidir. Əksinə, hakimiyyətə nəzarət eləməlidir. İsa Qəmbərin Milli Məclisin sədri olmağı gözəl idi, ancaq seçki ilə prezident bizdən seçilməli deyildi.

- Bəs siz kimin hakimiyyətə gəlməsini istəyirdiniz?

- Xalq kimi bəyənirdi, kimi dəstəkləyirdi o da seçildi. Biz kimik ki, xalqın seçiminə nəsə deyək. Ümumiyyətlə, biz prezident seçkilərində iştirak etməyin əleyhinə idik. Hələ 1990-cı ildə prezident institutu yaradılanda biz dedik ki gəlin camaatın başını seçkilərə qatmayaq, çünki müharibə gedir. Parlamentdə bəyan etdik ki, Ayaz Mütəllibovu təsdiq edək o da prezident olsun. Dedilər “yox seçkilərə gedirik”.

- AXC formalaşandan bir müddət sonra bu təşkilatda iki qanad yarandı: liberal və millətçi. Siz liberallara necə münasibət bəsləyirdiniz?

- Onlar AXC-nin tərkibində 1990-cı ilin qanlı yanvar hadisələri ərəfəsində Milli Elmlər Akademiyasının akt zalında bəyanət vermişdi. Nemət Pənahov AXC-ni qətiyyətli addım atmamaqda ittiham edirdi. Orda az qala parçalanma yaranmışdı. Lakin Əbülfəz bəyin böyüklüyü, şəxsi hörməti parçalanmanın qarşısını qismən almışdı. AXC-də parçalanmalar biz hakimiyyətə gələndən sonra gücləndi.

- AXC hökumətində daxili işlər naziri kimi sizin çox böyük səhvlərə yol verdiyiniz bildirilir. Məsələn, belə ittihamlar var ki, İsgəndər Həmidovun dustaqları azadlığa buraxması çox səhv addım idi...

- Həmin vaxt Təhlükəsizlik Şurası var idi. Şurada qərar qəbul olundu ki, bu, dustaqları döyüş bölgələrinə göndərmək lazımdır. Dustaqlar buraxılmayıb, onlar türmədən azad olunublar. Elə qərar Ermənistanda da var idi. Həmin dustaqları Yevlaxda hərbi hissəyə təhvil vermişik. Onlara geyim, silah veriblər. Sonra döyüşən həmin dustaqlara maaş da kəsildi. Bunu İsgəndər Həmidov təkbaşına edə bilməzdi.

- Həqiqətən də həmin dustaqların könüllü şəkildə döyüşəcəyinə inanırdınız?

- Gedin Şəhidlər Xiyabanına. Orada prezidentdən icazəsiz heç kəs dəfn oluna bilməzdi. Azad olunan məhbuslardan heç biri cinayətkar deyildi. Onların çoxu müharibədə şəhid oldular. Onlar ikiqat qüvvə ilə döyüşürdülər. Çünki heç birinin ölümdən qorxusu yox idi.

- Hərbi əməliyyatlardan söz düşmüşkən, həmin dövrdə Silahlı Qüvvələr daxilində böyük qruplaşmalar vardı. Məsələn, Sürət Hüseynovun dəstəsi, İsgəndər Həmidovun dəstəsi, Rəhim Qazıyevin dəstəsi...

- Birincisi İsgəndər Həmidovun orduda dəstəsi olmayıb. İsgəndər Həmidov daxili işlər naziri olub. Bu nazirliyin vəzifəsi döyüşməkdən ibarət deyildi. Düzdür, Daxili İşlər Nazirliyinin əməkdaşları döyüşürdü. Çünki biz buna məcbur idik, bu, zərurətdən yaranmışdı. Təzə yaranmış ordu idi. Könüllülərdən ibarət idi. Biz Şaumyan rayonunu ermənilərdən təmizlədik, Ağdərəni Azərbaycanın tərkibinə qatdıq. Bu gün Rəhimi də söyə bilərik, Surəti də söyə bilərik. Amma faktiki bu iki dəstə torpağı qoruyub saxlayırdı.

- Bu iddia da var ki, nazir olarkən tapşırığınız əsasında baş prokurorun birinci müavini Mətləb Mütəllimli maşının baqajına qoyularaq qəbulunuza gətirilib. Belə bir şey olmuşdumu?

- Elə bir şey olmayıb. Mətləb Mütəllimli baş prokurorun birinci müavini idi. O vaxt sanksiya vermək, adam tutmaq prokurorluğun işi idi. Yaxşı, sual olunur, elə bir şey etmişdimsə, məni niyə tuta bilməyiblər? Əgər o sanksiya verib məni tuta bilməyibsə, qorxaqdır.
Hərdən yalançı qəhrəmanlar çıxır və deyir: “İsgəndərə cavab qaytardım belə dedim, elə dağıtdım”. Bizim qarşılaşmağımız olub. Hər hansı sanksiya barədə İxtiyar Şirinovla da, Mətləb Mütəllimli ildə də mübahisəm olub. Mən robot deyiləm ki, onların hər dediyini qəbul edəm, nə də onlar robot deyildi ki, mən nə desəm, qəbul edəydilər. Mən deyirdim ki, faktı ortalığa qoysunlar və cinayətkarlar cəzasını çəksinlər

- İsgəndər bəy, Zərdüşt Əlizadəni niyə döymüsünüz?

- Mən yalan danışa bilmərəm. Zərdüşt Əlizadə ilə mənim insidentim olub. O birinci dəfə məhkəmədə üzümə durdu, amma sonra barışdıq. Siz dediyiniz məsələ isə Zərdüşt Əlizadə deyən kimi olmayıb.

- Elə isə siz nəql edin, biz də eşidək.

- Deməli, onun baş redaktoru olduğu “İstiqlal” qəzetində bir şəkil vermişdilər. Şəkildə qadın yubkasını qaldırır. Altına isə belə bir ifadə yazılmışdı: “Bir kərə qalxan yubka, bir daha enməz”.
Mən də onu başa salmağa çalışdım ki, axı niyə belə edirsən? Hamımızın anamız var, bacımız var. Dedi. “yox, elə Azərbaycan qadını belədir”.

- Bu söhbətdə ancaq ikiniz idiniz?

- Zərdüşt yalandan deyir ki, guya, mən öz adamlarımla onun üstünə getmişəm. Bu isə ağ yalandır. Həmin vaxtlar mənim əlim gipsdə idi. Qolum qırılmışdı. Mən ona irad bildirəndə sonra Zərdüşt Əlizadə əlini yaxama atdı və başını verdi qabağa. Mən də gipsli əlimlə vurdum başına. Başı yarıldı. Gördüm ki, yerdədir.

- Deyəsən qadın məsələsinə görə bir nəfərə də qəzet yedirmisiniz.

- 1991-ci ildə Türkiyənin bir millət vəkili Bakıya gəlmişdi. Çoxumuz da hörmətlə qarşıladıq. Sonra bu gedib müsahibə vermişdi və demişdi ki, ən ucuz fahişə Azərbaycan fahişəsidir. Mən də Türkiyəyə gedəndə o məni qarşıladı. Mən də həmin müsahibə verdiyi qəzeti ağzına soxdum və dedim ki, al ye. Elə də şəklimi çəkmişdilər.
Mənim üçün Azərbaycan qızının, qadınının namusu hər şeydən üstündür. Əgər kimsə bu gün də Azərbaycan qadınından mənfi söz desə, vuraram. Azərbaycan millətindən, torpağından, Azərbaycan türkündən nəsə pis söz desə vuraram.

- Bir vaxtlar Rəhim Qazıyevi tərifləyirdiniz. İndi də onun haqqında eyni fikirdəsiniz?

- Mənim üçün iki Rəhim Qazıyev var. Bir 1992-ci ilə qədərki, milli azadlıq hərəkatının liderlərindən biri. Ayaz Mütəllibov onu müdafiə naziri qoyandan sonra isə Rəhim Qazıyev dəyişdi. Mən Rəhim Qazıyev haqqında heç vaxt pis danışmamışam. Amma sonrakı addımları mənim üçün məqbul deyil. Mənim dədəmə söysün, başımı kəssin, amma torpağa, millətə edilən səhvi bağışlamaq olmaz. Çünki torpaq gələcək nəsillərindir. O sonra ordunun hakimiyyətə gəlməsini tələb edirdi. Biz ona başa sala bilmədik ki, dünya xuntanı qəbul eləmir.

- Bəs indi əlaqəniz var?

- Mənim ona yenə də hörmətim var. Görüşəndə söhbət eləyirəm. Amma tez-tez zəngləşmirik, görüşmürük. Bir dəfə Qurban Məmmədov böyüklük elədi. Dedi uşağım İngiltərəyə gedir, istəyirəm sən də iştirak edəsən. Rəhim Qazıyev də orda idi. Oturduq, görüşdük söhbət elədik. Amma səhəri gün getdi başqa söz danışdı.


- Parlamentdəki çıxışlarınızdan birində “nə eləmişəm, əcəb eləmişəm” deyirsiniz. Konkret hansı hadisəyə görə belə deyirdiniz

- Orda SSRİ-nin saxlanılması haqqında referendum keçirilməsi barədə qərar qəbul edilirdi. Kommunist deputatlardan biri foyeyə çıxıb siqarət çəkirdi. Mandatı da iclas zalında qalmışdı. Mən getdim onun yerinə, referendumun əleyhinə səs verdim. Ondan sonra o da çıxdı hay-küy saldı, çıxış elədi ki, bəs mən xuliqanlıq eləyirəm. Mənim həbsim üçün sanksiya tələbləri səsləndi. Mən də onda qayıtdım ki, yaxşı eləmişəm, əcəb eləmişəm, cəza çəkməyə da hazıram.

- AXC hakimiyyətinin ən böyük problemlərindən biri də Kəlbəcərin işğalı və Surət Hüseynov idi. Bunun səbəblərini nədə axtarırsınız?

- Kəlbəcərin işğalından əvvəl Ağdərəni, sonra 17 kənd və 2 qəsəbə aldıq. Qaldı ki, Kəlbəcərin işğalına. Mən də olsam, Kəlbəcəri saxlaya bilməzdim. O mövqeyinə görə işğal olunmalı idi. Çünki Dağlıq Qarabağın Ermənistana çıxışı Kəlbəcər vasitəsi ilə olacaqdı. Kəlbəcərin işğalı mənim üçün çox böyük zərbə oldu. Özümü çox qınadım.
Surət Hüseynova gəlincə, mən onu çox zərərsizləşdirmişəm. İki dəfə Surət Hüseynovu zərərsizləşdirmişəm. Getmişəm Gəncəyə. Əbülfəz bəy məni yollamışdı. Surət Hüseynov da hərbi hissəni, silahları təhvil vermişdi.

- Yəni siz əlinizdən gələni etmisiniz?

- Bəli. Mən deyilən qərarı yerinə yetirmişəm. Mən Surət Hüseynovla görüşə girəndə cibimdə qumbara var idi. Nəsə etsəydi, artıq-əksik danışsaydı, qumbaranı orada partladacaqdım. Pənah Hüseyn də mənimlə həmin görüşdə idi, çünki o məni tək qoymaq istəmirdi. Lakin mübahisə düşmədi deyə, mən qumbaranın olmasını onlara bildirmədim. Sonradan Pənah Hüseyn bunu biləndə, çox qorxdu. Mən həmin görüşdə təslim olub əl qaldırsaydım, İsgəndər Həmidov olmazdım.

- Kəlbəcərin işğal edilməsindən sonra siz istefaya getdiniz. Belə düşünmək olarmı ki, bu istefanıızın başqa səbəbləri də çox idi?

- İstefama qədər çox amillər var idi. Amma Kəlbəcərin getməsi ən sonuncu amil idi. Elə şeylər var ki, onlar mənimlə qəbrə gedəcək və bunu heç kimə deməyəcəyəm.

- İsgəndər bəy, sonradan həbs olundunuz. Türmə xatirələriniz haqqında da bir az danışa bilərsinizmi?

- Mənim türmə həyatım çox fərqli keçib. Orda elə də çox dava olmurdu. Amma dava çıxanda da qabağımdan yemirdim. Mən durub kiminsə ayağının altını, qapısını süpürməli dyildim ki.
Mən onu bacarmazdım. Mənim üçün ölüm ondan şərəfli olardı. Mənim necə yatmağımı, necə hörmətim olduğun bizim siyasətçilərdən soruşsanız, onlar deyəcəklər. Orda mənə deyirdilər: “Sən türmədə yatandan sonra bizim siyasətçilər haqqında fikrimiz dəyişdi. Siyasətçilər içində də kişi olanlar var”.
Mən o 9 il ərzidnə içəridə əlimə süpürgə alıb kabinet süpürmədim.

- Belə başa düşdüm ki, orda avtoritet statusunda olmusunuz.

- Yox, mən elə İsgəndər statusunda olmuşam. Hətta mən yatan türmədə 5 “qanuni oğru” yatırdı. Təsəvvür elə ki, oğru cinayət aləminin ən yüksəyi deməkdir. Orada onlar mənə “bəy” deyirdilər. Hamı deyirdi ki, “bəysiz heç kəs hərəkət eləməsin”. Sonra bir dəstə oğru gəlib bunlarla görüşdülər. Onlar üçün maraqlı idi, mənlə də görüşdülər. Mənə dedilər ki, “sən bizim aramızda ən yüksək adam olardın”. Mən də dedim ki, “sizin aranızda olmaq istəmirəm. Mən elə İsgəndər olaraq qalıram”. Orda mənə çox böyük hörmət bəsləyirdilər. Türmənin öz qanunu var. Başa düşməyəni başa salmalısan. Dilini, bir də qarnını saxlasan, hörmətin olacaq. Elə vaxt olub ki, mənim orda 3 gün çayım olmayıb. Mənə görüş vermirdilər. 3 ayda yanıma cəmi bir dəfə sovqat buraxırdılar. Suyu qaynadıb eləcə içmişəm, amma çay üçün heç kəsə ağız açmamışam.

- Mütaliəyə marağınız necədir? Nələri oxuyursunuz?

- Mən mütaliə edən adamam. Qabaqlar bədii ədəbiyyatı çox oxuyurdum. İndi isə daha çox tarixi ədəbiyyatı, araşdırmaları oxuyuram. Əsasən də, türk tarixi ilə bağlı araşdırmaları. İngilislərin, fransızların türk tarixi haqqında yazdıqları daha dəqiq olur. Özümün də araşdırmalarım. əlyazmalarım var. Sonra o qədər adam kitab buraxdı, yazıb-pozdu ki, çoxları namizədlik müdafiə elədi, namizədliyə də nifrət elədim, yazı yazmaqdan da diksindim.
Məsələn, hazırda yapon alimləri, norveç alimləri ilə yazışıram.

- İki oğlunuz var. Övladlarınız nə işlə məşğuldurlar?

- Hələ iki nəvəm də var. Övladlarımın ikisi də mən məhbəsdə olarkən BDU-nun Tarix fakültəsini bitirib. Hazırda isə heç bir yerdə işləmirlər. Biri müdafiəyə hazırlaşır. Birinin adı Məciddi, atamın adını qoymuşam, birinə də rəhmətə gedən qardaşın Nofəlin adını qoymuşam. Biri evlidir. İki uşağı var.

- Övladlarınızın İsgəndər Həmidovun yolunu getməsini arzulayırsınızmı?

- Çox ağır sualdı. İstəyərdim millətə, vətənə bağlı olsunlar. Amma mənim keçdiyim ağır yolu onlar keçməsinlər. Ona görə də heç onları siyasətə yaxın qoymadım. Siyasət başdan-ayağa çirkabdır. Ona görə də istəməzdim.

- Eşitdik xanımınız ağır xəstədir...

- Övladlarımın anası ağır xəstədir, xərçəngdir. Hazırda Türkiyədə müalicə olunur.

- Bayaq dediniz ki, sizdə qorxu hissi yoxdur. Ölümdən də qorxursunuzmu?

- Ölüm də Allahın verdiyi paydır. Olumu necə qarşılayırsansa, gülə-gülə ölümü də elə qarşılamalısan. Allahın verdiyi paydan narazı olmaq olmaz.

- İsgəndər bəy, dinə meyillisiniz. Oruc tutmusunuz?

-Yox, oruc tuta bilmədim. Çünki Türkiyəyə çox getdim-gəldim. Hamı elə bilir ki, İsgəndər Həmidov yeyib-içəndir. Amma mən ömrümdə nə içki içmişəm, nə şərab içmişəm, nə qumar oynamışam. Həmişə də namaz qılmışam. İndi də qılıram. Amma bunu sinəmə reklam eləyib gəzməmişəm. Bu Allahın ibadətidir. Borcumu yerinə yetirmişəm. Həm də bu, mənim mənəvi təmizliyimdir. Mən reklamdan uzağam. Məsələn, çoxlaeı mənim Qarabağda yaralanmağımı bilmir. Sinəmə yazıb gəzməli idim ki, mən əməliyyatda yaralanmışam?.

- Hansı nahiyyənizdən yaralanmışdınız?

- Arxadan kürəyimdən. Mina partlamışdı, kürəyimə qəlpə girmişdi. Bu hadisə 1992-ci ildə Ağdərədə gedən döyüşlərdə olmuşdu.

- Lideri olduğunuz Milli Demokrat Partiyasının qurultayı niyə keçirilmədi?

- Hələ saxlayırıq. Hazırda müxalifət düşərgəsi bilirsiniz nə yerdədir. Mən o parçalanmaya başqa parçalanma gətirmək istəmirəm. Hələ ki dözürük.

- Payızda parlament seçkiləri keçiriləcək, Deputatlığa namizədliyiniz vermək haqda düşünürsünüzmü?

- Bəli. Namizədliyimi də Kəlbəcər seçki dairəsindən vermək istəyirəm. Bu addımımla işğal altında olan Kəlbəcər məcburi köçkünlərini böyük sükutdan ayıltmaq istəyirəm. Buna görə də namizədliyimi irəli sürəcəyəm. Kəlbəcər seçki dairəsindən alınmasa, çalışcam ki, işğal altında olan digər bir rayondan deputatlığa namizəd olum.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan və Aİ yeni nə razılığa gəliblər? – Bakıdan reaksiyalar
Bu gün, 13:12
"Qadınlar muğamı daha incə ifa edir, kişilər isə..." - Xalq artisti
Bu gün, 13:09
Yaxın Şərqdə KRİTİK ANLAŞMA – “İndi bütün iplər İranın əlindədir...”
Bu gün, 13:04
“Sponsor olmasa futbolda vəziyyət ağır olacaq, elə çətin xasiyyətli futbolçularla yola getmişəm ki...”
Bu gün, 13:02
Bakıda qadın evə sərxoş vəziyyətdə gələn ərinə qapını açmadığına görə döyüldü
Bu gün, 13:00
Çin Azərbaycanda avtomobil inqilabı hazırlayır? – Böyük imkanlar var, amma…
Bu gün, 12:53
Misir SOCAR-ı öz bazarında iştirakını genişləndirməyə dəvət edib
Bu gün, 12:50
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib
Bu gün, 12:44
“Tamaşaçını şitliyə siz alışdırmısınız” – Azər Axşamın elə KADRLARINI yaydı ki...
Bu gün, 12:43
Azərbaycanda investsiya şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:40
Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edilib - FOTO
Bu gün, 12:32
Aldadıldığını deyən sahibkar... İFŞA OLUNDU! - SƏN DEMƏ...
Bu gün, 12:30
Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır - Ali Məhkəmə
Bu gün, 12:15
Səidə keçmişindən danışıb GÖZ YAŞI TÖKDÜ: - “O qızı çox incitdilər”
Bu gün, 12:10
Müstəntiq məhkəmədə dindiriləcək - “Arzum 9999”un İŞİ
Bu gün, 12:09
7 körpənin öldüyü yanğın işi – Hökm təxirə salınır?
Bu gün, 12:08
Əgər internet kəsilərsə: - İlk 72 saatda dünyada bunlar baş verər…
Bu gün, 12:06
Müəllimləri işə düzəltmək adı ilə 160 min manatlıq dələduzluq – MƏHKƏMƏ İŞİ
Bu gün, 12:04
Neftçilərə MƏCBURİ təlim tələbi: HƏYATLARI RİSK ALTINDADIR... - BU NƏDİ BELƏ?
Bu gün, 12:01
Astanadan verilən ultimatum və erməni fermerlər təşvişdə... - “Milyonlar itiririk”
Bu gün, 11:50
Cənubi Qafqaz Boru Kəməri vasitəsilə nəql edilən qazın həcmi artıb - DETALLAR
Bu gün, 11:47
Ermənistanda şok məhkəmə davası: - Tsarukyan Paşinyandan "casus" ittihamına görə milyonlar tələb edir
Bu gün, 11:45
Ermənistan ABŞ ilə TRIPP üzrə çərçivə sazişi imzalayıb - Mirzoyan
Bu gün, 11:36
Macarıstan Ukrayna ilə bağlı vetonu geri götürüb - KİV
Bu gün, 11:33
Goranboy sakinləri YOLSUZLUQDAN GİLEYLƏNİR... - FOTO
Bu gün, 11:33
İlhamə Quliyevanın bacısı qızının cinayət işi məhkəməyə göndərildi - TƏFƏRRÜAT
Bu gün, 11:17
Qarabağdan köçmüş ermənilər Azərbaycan ərazisində qalmış evləri ilə bağlı AİHM-nə 600 ərizə göndərdi..
Bu gün, 11:13
“Ermənilərin Azərbaycana qayıtması məsələsi bağlanıb” - Paşinyandan NET MÖVQE
Bu gün, 11:10
Rusiya Azərbaycana qarşı hərəkətə keçir – Moskva nəyə hazırlaşır?
Bu gün, 11:00
Amerikanın iştahı kəsiləndə, “Tramp marşrutu”nu dayandıracaq - Zaxarova deyir ki...
Bu gün, 10:59
“Azkredit”in rəhərlərindən biri vəzifəsini tərk edib - BUNDAN SONRA...
Bu gün, 10:56
Xaçmaz və Beyləqanın kəndlərinin elektrik təsərrüfatının yenilənməsinə başlanılır – 5,5 milyon manat ayrıldı
Bu gün, 10:52
"Azərbaycan 90-cı illərin ölkəsi deyil” - Vahid Əhmədov
Bu gün, 10:50
"İrəvan yaxşı hesab edərsə, Aİ-yə qoşulsun" - Overçuk
Bu gün, 10:46
Kreml mediası Paşinyana müharibə elan etdi: - “Erməni Zelenski Qarabağı itirdi, növbə Ermənistanındır!”
Bu gün, 10:43
"Mən 10 günlük müalicəyə 2 min manat necə xərc çəkə bilərəm?" - GİLEY
Bu gün, 10:26
Paşinyanın Başkənd “bazarlığı”: Sülhə əngəl olacaq - ÇÜNKİ...
Bu gün, 10:17
“İşini bilən insanları pensiyaya göndərirlər, Əliqismət Lalayev 80 yaşına kimi də...” - Xalq artistindən ETİRAZ
Bu gün, 10:09
Dayısı oğlu ilə birgə keçmiş arvadını oğurlayan şəxsin işində... - şikayət geri götürüldü
Bu gün, 10:07
Doktorantura və dissertanturaya qəbul imtahanının tarixləri müəyyənləşib - DİQQƏT
Bu gün, 10:06
“Ermənistanın qarantı Azərbaycandır” - Erməni ictimai fəal
Bu gün, 10:05
"Turan Tovuz"un Avropa şoku: Keçmiş AFFA rəhbərliyi cavab verməlidir - Ekspert deyir ki...
Bu gün, 09:59
Bacısını öldürən şəxs: “Onun çəkdirdiyi fotoşəkli sosial şəbəkədə başqa şəxsə göndərdiyini aşkarladım” - TƏFƏRRÜAT
Bu gün, 09:57
Kremlin absurd niyyəti: Ermənistan üçün “Ukrayna ssenarisi” - NƏ BAŞ VERİR?
Bu gün, 09:55
ABŞ Ermənistanı talayacaq - Zaxarova BELƏ DEYİR...
Bu gün, 09:52
ABŞ şirkətləri Azərbaycana 8 milyard dollar sərmayə yatıracaq - “Reuters”
Bu gün, 09:49
Məhkəmə vəzifəli şəxsin keçmiş köməkçisi ilə bağlı qərar çıxardı
Bu gün, 09:48
“Ekolizinq” 2025-ci ildə kiçilib, gəlirləri azalıb
Bu gün, 09:47
Rusiyada 15 il həbs cəzası verilən tələbə... Rafael Məmmədov kimdir, suçu nə? - DETALLAR
Bu gün, 09:41
Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Bu gün, 09:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru