YAP parlament seçkiləri ilə bağlı taktikasını açıqladı... - Hansı namizədlərə üstünlük veriləcək...
Tarix: 1-07-2015, 09:29 | Çap et
 Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun Trend-ə müsahibəsi
- Siyavuş müəllim, Yeni Azərbaycan Partiyasının qarşıdan gələn parlament seçkilərinə hazırlıq işləri hansı mərhələdədir?
- Parlament seçkilərinə hazırlıqla əlaqədar proseslər gedir. Partiyanın rayon və şəhər təşkilatlarına lazımi tapşırıq və tövsiyələr verilib. Mərkəzi seçki qərargahının və yerli seçki qərargahlarının fəaliyyət proqramı hazırlanıb və mərhələli şəkildə bu proqram həyata keçirilir. Hazırda rayon və şəhər seçki qərargahlarının yaradılması və texniki təchizatı, orada fəaliyyət göstərəcək şəxslərin seçilməsi və onlara təlimlərin keçirilməsi prosesi gedir. İyul ayı ərzində bu məsələlər öz həllini tapmalıdır. Bundan əlavə, hər bir dairənin ərazisində seçicilərin kateqoriyaları, əhalinin məşğuliyyəti, oradakı problemlər və digər məsələlərlə bağlı araşdırma aparılacaq. Avqust ayının 1-dək bu proseslər də həllini tapmalıdır.
Bütün seçki dairələrində namizəd irəli sürdüyümüz üçün Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq,hər bir dairə və məntəqəyə bir nəfər məşvərətçi səs hüquqlu üzv və bir nəfər müşahidəçi təyin etmək hüququna malikik.Bu baxımdan həmin şəxslərin də müəyyənləşməsi və seçilməsi prosesi gedir. Həmçinin namizədlərimiz üçün imza toplayacaq şəxslərin müəyyənləşdirilməsi prosesi gedir. Çalışırıq ki, hər bir dairə üçün təxminən 10 nəfər imza toplayan şəxs müəyyən edək ki, imzatoplama kampaniyası uğurla başa çatsın. Bundan sonra isə qalan proseslərə seçkiyə start verildikdən sonra başlanılacaq.
- YAP-ın parlamentdə təmsil olunan hazırkı tərkibində hansı dəyişikliklər gözlənilir?
- Hər bir dairə və namizədlər üzrə araşdırmalar aparılıb. Yəni fəaliyyətdə olan deputatların və gələcəkdə deputatlığa namizədliyi irəli sürüləcək şəxslərin fəaliyyəti ilə əlaqədar dairələrdə araşdırmalar aparılıb.
Bilirsiniz ki, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların böyük əksəriyyəti blok şəklində və ya ayrı-ayrılıqda seçkilərdə iştirak etməklə bağlı öz fikirlərini bildiriblər. Bu baxımdan biz indi həmin partiyalardan kimlərin hansı dairələrdən namizədliyini irəli sürəcəyini və bizdən onlara kimlərin alternativ ola biləcəyini öyrənəcəyik.
Yeni Azərbaycan Partiyası öz araşdırmalarını yekunlaşdırıb. Biz hər bir dairədən öz namizədlərimizi irəli sürəcəyik. Digər partiyaların hansı dairələrdən kimlərin namizədliyini irəli sürəcəyini gözləyirik. Ola bilər ki, bizdə hansısa operativ yerdəyişmələr olsun.
- Bu seçkilərdə gənc namizədlərə üstünlük veriləcəkmi?
- Gənclərlə bağlı konkret bir məsələ yoxdur. Yəni kimin yaşlı, kimin gənc olması məsələsi yoxdur. Təbii ki, Azərbaycanda kifayət qədər yaxşı təhsil almış, dövlətçiliyə sədaqətli, Azərbaycanı layiqincə təmsil edə biləcək yeni nəslin nümayəndələri yetişib. Əvvəl bələdiyyə seçkilərində gənclərin sayı dörd faiz təşkil edirdisə, son bələdiyyə seçkilərində artıq bu rəqəm 30 faizdən yuxarı oldu. Bunu əsas müəyyən edən seçicidir. Əgər seçici səs verəcəksə, layiq biləcəksə, deməli, o insanlar orada təmsil olunmalıdır.
- Müxalifət düşərgəsinin seçkilərə hazırlığını və onların bu seçkilərdəki şansını necə dəyərləndirirsiniz?
- Müxalifət partiyaları heç bir araşdırma aparmadan, dairələrin yerli xüsusiyyətlərini öyrənmədən namizəd müəyyənləşdirməyə çalışırlar. Müxalifətdə bu təhlil yoxdur, elə təxminən deyirlər ki, mən filan yerdən namizədliyimi verəcəyəm, amma dəfələrlə sübut olunub ki, müxalifət “liderləri” son 20 ildə hər dəfə öz dairələrini dəyişiblər. Yəni bu onun göstəricisidir ki, onlar konkret araşdırma aparmırlar. Bir dəfə bir dairədən namizədliklərini irəli sürürlər, buradan alınmadısa, başqa dairədən namizədliklərini verirlər, oradan bir başqa dairəyə gedirlər və bunun heç birinin fundamental əsası olmur və uduzurlar. Onlar nəzərdə tuturlar ki, filan rayonun ərazisində müəyyən problemlər var. Onlar elə düşünürlər ki, həmin yerdən öz namizədliklərini irəli sürsələr, insanlar bunlara səs verəcəklər.
Problem var və bu problemin həlli istiqamətində də işlər gedir. İnsanlar bunu başa düşür, dərk edir. İnsanlar problemin həll olunması üçün narazılığını bildirir, müxalifətə səs vermək üçün deyil. Amma müxalifət bu problemi əlində bayraq tutaraq, tez həmin dairədən namizədliyini irəli sürür və elə bilir ki, bu insanlar onlara səs verəcəklər. Bu cür halları çox görmüşük. Hesab edirəm ki, müxalifətin bu seçkilərdə də heç bir perspektivi olmayacaq.
Digər tərəfdən, müxalifətin heç bir sosial bazası yoxdur. İnsanlar artıq onlara etibar etmirlər. Bu, müxalifətin mitinq adı altında keçirdiyi son bir neçə aksiyadan aydın göründü.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycan və Aİ yeni nə razılığa gəliblər? – Bakıdan reaksiyalar
Bu gün, 13:12 |
|
|
|
| • "Qadınlar muğamı daha incə ifa edir, kişilər isə..." - Xalq artisti
Bu gün, 13:09 |
|
|
|
| • Yaxın Şərqdə KRİTİK ANLAŞMA – “İndi bütün iplər İranın əlindədir...”
Bu gün, 13:04 |
|
|
|
| • “Sponsor olmasa futbolda vəziyyət ağır olacaq, elə çətin xasiyyətli futbolçularla yola getmişəm ki...”
Bu gün, 13:02 |
|
|
|
| • Bakıda qadın evə sərxoş vəziyyətdə gələn ərinə qapını açmadığına görə döyüldü
Bu gün, 13:00 |
|
|
|
| • Çin Azərbaycanda avtomobil inqilabı hazırlayır? – Böyük imkanlar var, amma…
Bu gün, 12:53 |
|
|
|
| • Misir SOCAR-ı öz bazarında iştirakını genişləndirməyə dəvət edib
Bu gün, 12:50 |
|
|
|
| • Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib
Bu gün, 12:44 |
|
|
|
| • “Tamaşaçını şitliyə siz alışdırmısınız” – Azər Axşamın elə KADRLARINI yaydı ki...
Bu gün, 12:43 |
|
|
|
| • Azərbaycanda investsiya şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:40 |
|
|
|
| • Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edilib - FOTO
Bu gün, 12:32 |
|
|
|
| • Aldadıldığını deyən sahibkar... İFŞA OLUNDU! - SƏN DEMƏ...
Bu gün, 12:30 |
|
|
|
| • Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır - Ali Məhkəmə
Bu gün, 12:15 |
|
|
|
| • Səidə keçmişindən danışıb GÖZ YAŞI TÖKDÜ: - “O qızı çox incitdilər”
Bu gün, 12:10 |
|
|
|
| • Müstəntiq məhkəmədə dindiriləcək - “Arzum 9999”un İŞİ
Bu gün, 12:09 |
|
|
|
| • 7 körpənin öldüyü yanğın işi – Hökm təxirə salınır?
Bu gün, 12:08 |
|
|
|
| • Əgər internet kəsilərsə: - İlk 72 saatda dünyada bunlar baş verər…
Bu gün, 12:06 |
|
|
|
| • Müəllimləri işə düzəltmək adı ilə 160 min manatlıq dələduzluq – MƏHKƏMƏ İŞİ
Bu gün, 12:04 |
|
|
|
| • Neftçilərə MƏCBURİ təlim tələbi: HƏYATLARI RİSK ALTINDADIR... - BU NƏDİ BELƏ?
Bu gün, 12:01 |
|
|
|
| • Astanadan verilən ultimatum və erməni fermerlər təşvişdə... - “Milyonlar itiririk”
Bu gün, 11:50 |
|
|
|
| • Cənubi Qafqaz Boru Kəməri vasitəsilə nəql edilən qazın həcmi artıb - DETALLAR
Bu gün, 11:47 |
|
|
|
| • Ermənistanda şok məhkəmə davası: - Tsarukyan Paşinyandan "casus" ittihamına görə milyonlar tələb edir
Bu gün, 11:45 |
|
|
|
| • Ermənistan ABŞ ilə TRIPP üzrə çərçivə sazişi imzalayıb - Mirzoyan
Bu gün, 11:36 |
|
|
|
| • Macarıstan Ukrayna ilə bağlı vetonu geri götürüb - KİV
Bu gün, 11:33 |
|
|
|
| • Goranboy sakinləri YOLSUZLUQDAN GİLEYLƏNİR... - FOTO
Bu gün, 11:33 |
|
|
|
| • İlhamə Quliyevanın bacısı qızının cinayət işi məhkəməyə göndərildi - TƏFƏRRÜAT
Bu gün, 11:17 |
|
|
|
| • Qarabağdan köçmüş ermənilər Azərbaycan ərazisində qalmış evləri ilə bağlı AİHM-nə 600 ərizə göndərdi..
Bu gün, 11:13 |
|
|
|
| • “Ermənilərin Azərbaycana qayıtması məsələsi bağlanıb” - Paşinyandan NET MÖVQE
Bu gün, 11:10 |
|
|
|
| • Rusiya Azərbaycana qarşı hərəkətə keçir – Moskva nəyə hazırlaşır?
Bu gün, 11:00 |
|
|
|
| • Amerikanın iştahı kəsiləndə, “Tramp marşrutu”nu dayandıracaq - Zaxarova deyir ki...
Bu gün, 10:59 |
|
|
|
| • “Azkredit”in rəhərlərindən biri vəzifəsini tərk edib - BUNDAN SONRA...
Bu gün, 10:56 |
|
|
|
| • Xaçmaz və Beyləqanın kəndlərinin elektrik təsərrüfatının yenilənməsinə başlanılır – 5,5 milyon manat ayrıldı
Bu gün, 10:52 |
|
|
|
| • "Azərbaycan 90-cı illərin ölkəsi deyil” - Vahid Əhmədov
Bu gün, 10:50 |
|
|
|
| • "İrəvan yaxşı hesab edərsə, Aİ-yə qoşulsun" - Overçuk
Bu gün, 10:46 |
|
|
|
| • Kreml mediası Paşinyana müharibə elan etdi: - “Erməni Zelenski Qarabağı itirdi, növbə Ermənistanındır!”
Bu gün, 10:43 |
|
|
|
| • "Mən 10 günlük müalicəyə 2 min manat necə xərc çəkə bilərəm?" - GİLEY
Bu gün, 10:26 |
|
|
|
| • Paşinyanın Başkənd “bazarlığı”: Sülhə əngəl olacaq - ÇÜNKİ...
Bu gün, 10:17 |
|
|
|
| • “İşini bilən insanları pensiyaya göndərirlər, Əliqismət Lalayev 80 yaşına kimi də...” - Xalq artistindən ETİRAZ
Bu gün, 10:09 |
|
|
|
| • Dayısı oğlu ilə birgə keçmiş arvadını oğurlayan şəxsin işində... - şikayət geri götürüldü
Bu gün, 10:07 |
|
|
|
| • Doktorantura və dissertanturaya qəbul imtahanının tarixləri müəyyənləşib - DİQQƏT
Bu gün, 10:06 |
|
|
|
| • “Ermənistanın qarantı Azərbaycandır” - Erməni ictimai fəal
Bu gün, 10:05 |
|
|
|
| • "Turan Tovuz"un Avropa şoku: Keçmiş AFFA rəhbərliyi cavab verməlidir - Ekspert deyir ki...
Bu gün, 09:59 |
|
|
|
| • Bacısını öldürən şəxs: “Onun çəkdirdiyi fotoşəkli sosial şəbəkədə başqa şəxsə göndərdiyini aşkarladım” - TƏFƏRRÜAT
Bu gün, 09:57 |
|
|
|
| • Kremlin absurd niyyəti: Ermənistan üçün “Ukrayna ssenarisi” - NƏ BAŞ VERİR?
Bu gün, 09:55 |
|
|
|
| • ABŞ Ermənistanı talayacaq - Zaxarova BELƏ DEYİR...
Bu gün, 09:52 |
|
|
|
| • ABŞ şirkətləri Azərbaycana 8 milyard dollar sərmayə yatıracaq - “Reuters”
Bu gün, 09:49 |
|
|
|
| • Məhkəmə vəzifəli şəxsin keçmiş köməkçisi ilə bağlı qərar çıxardı
Bu gün, 09:48 |
|
|
|
| • “Ekolizinq” 2025-ci ildə kiçilib, gəlirləri azalıb
Bu gün, 09:47 |
|
|
|
| • Rusiyada 15 il həbs cəzası verilən tələbə... Rafael Məmmədov kimdir, suçu nə? - DETALLAR
Bu gün, 09:41 |
|
|
|
| • Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Bu gün, 09:32 |
|
|
|
|