Səidə keçmişindən danışıb GÖZ YAŞI TÖKDÜ: .....                     Müstəntiq məhkəmədə dindiriləcək .....                     7 körpənin öldüyü yanğın işi .....                     Əgər internet kəsilərsə: .....                     Müəllimləri işə düzəltmək adı ilə 160 min manatlıq dələduzluq .....                     Neftçilərə MƏCBURİ təlim tələbi: HƏYATLARI RİSK ALTINDADIR... .....                     Astanadan verilən ultimatum və erməni fermerlər təşvişdə... .....                     Cənubi Qafqaz Boru Kəməri vasitəsilə nəql edilən qazın həcmi artıb .....                     Ermənistanda şok məhkəmə davası: .....                     Ermənistan ABŞ ilə TRIPP üzrə çərçivə sazişi imzalayıb .....                     Macarıstan Ukrayna ilə bağlı vetonu geri götürüb .....                     Goranboy sakinləri YOLSUZLUQDAN GİLEYLƏNİR... .....                     İlhamə Quliyevanın bacısı qızının cinayət işi məhkəməyə göndərildi .....                     Qarabağdan köçmüş ermənilər Azərbaycan ərazisində qalmış evləri ilə bağlı .....                     “Ermənilərin Azərbaycana qayıtması məsələsi bağlanıb” .....                     Rusiya Azərbaycana qarşı hərəkətə keçir .....                     Amerikanın iştahı kəsiləndə, “Tramp marşrutu”nu dayandıracaq .....                     “Azkredit”in rəhərlərindən biri vəzifəsini tərk edib .....                     Xaçmaz və Beyləqanın kəndlərinin elektrik təsərrüfatının yenilənməsinə başlanılır .....                     "Azərbaycan 90-cı illərin ölkəsi deyil” .....                     "İrəvan yaxşı hesab edərsə, Aİ-yə qoşulsun" .....                     Kreml mediası Paşinyana müharibə elan etdi: .....                     "Mən 10 günlük müalicəyə 2 min manat necə xərc çəkə bilərəm?" .....                     Paşinyanın Başkənd “bazarlığı”: Sülhə əngəl olacaq .....                     “İşini bilən insanları pensiyaya göndərirlər, Əliqismət Lalayev 80 yaşına kimi də...” .....                     Dayısı oğlu ilə birgə keçmiş arvadını oğurlayan şəxsin işində... .....                     Doktorantura və dissertanturaya qəbul imtahanının tarixləri müəyyənləşib .....                     “Ermənistanın qarantı Azərbaycandır” .....                     "Turan Tovuz"un Avropa şoku: Keçmiş AFFA rəhbərliyi cavab verməlidir .....                     Bacısını öldürən şəxs: “Onun çəkdirdiyi fotoşəkli sosial şəbəkədə başqa şəxsə göndərdiyini aşkarladım” .....                     Kremlin absurd niyyəti: Ermənistan üçün “Ukrayna ssenarisi” .....                     ABŞ Ermənistanı talayacaq .....                     ABŞ şirkətləri Azərbaycana 8 milyard dollar sərmayə yatıracaq .....                     Məhkəmə vəzifəli şəxsin keçmiş köməkçisi ilə bağlı qərar çıxardı .....                     “Ekolizinq” 2025-ci ildə kiçilib, gəlirləri azalıb .....                     Rusiyada 15 il həbs cəzası verilən tələbə... Rafael Məmmədov kimdir, suçu nə? .....                     Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb .....                     Bacısının qayınatasını öldürmək istəyən gənc: .....                     “Tikinti yubadılır, kirayə pullarımız da verilmir” .....                     Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI .....                 

“Cəmil Həsənli və İbrahimbəyov Qarabağın işğalına haqq qazandırır”
Tarix: 24-06-2015, 09:46 | Çap et
 “Cəmil Həsənli və İbrahimbəyov Qarabağın işğalına haqq qazandırır”
Kinorejissor, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun Amerika mediasına verdiyi son açıqlamaların Azərbaycan mətbuatında dərcindən sonra deyilənlərə ölkə ictimaiyyətinin çox böyük təpkisi oldu.

Qeyd edək ki, Milli Şuranın fəxri sədri ABŞ-da nəşr olunan “The New Times”a müsahibəsində “biz erməni xalqı ilə düşmən deyilik, baş verənlərə görə erməni xalqı günahkar deyil və mütləq barışacağıq” deyib ki, bu da erməni dəhşətlərini yaşamış bir ölkənin vətəndaşları tərəfindən birmənalı qarşılanmayıb.

Üstəlik, onun Krımın Rusiyaya məxsus olmasını deməsi də on illərdir oxşar təcavüzlə üz-üzə qalan, Qarabağ münaqişəsindən əziyyətlər çəkən Azərbaycanda haqlı etirazlara səbəb olub.
Lakin kosmopolit düşüncə sahibi olan kinorejissorun mövqeyinə təpkilər adamlara bir az da rahatlıq gətirir. Bir daha ortaya çıxdı ki, erməni və Dağlıq Qarabağ məsələsində Azərbaycan ictimaiyyəti güzəştli mövqe tutan şəxsi kimliyindən asılı olmayaraq dərhal “iqnor” edir və sərt reaksiyasını bildirir. İctimai rəy ermənilərin xeyrinə fikir söyləyən, erməniləri günahsız bilən, işğal altındakı Azərbaycan torpaqlarından didərgin düşmüş yüz minlərlə azərbaycanlını ermənilərlə eyniləşdirən hər hansı bir şəxsi kəskin şəkildə qınayır, məhkum edir. Necə ki, R.İbrahimbəyov məsələsində belə oldu.

Lakin üzərindən bir neçə sutka keçəndən sonra Milli Şuranın sədri Cəmil Həsənli qurumun fəxri sədrini müdafiəyə qalxdı. Ekspertlərin fikrincə, bununla o, elə ciddi səhvlərə yol verdi ki, bir günün içərisində siyasi çəkisinin demək olar ki, əhəmiyyətli hissəsini itirdi. C.Həsənli həmkarından daha da irəli gedərək R.İbrahimbəyovun ermənilərə bəraət qazandıran fikirlərinə ideoloji əsaslandırma verib.

Sitat: “Dəyərli dostlar! Milli Şuranın sədrindən qurtarmamış qarğa-quzğun dəstəsi indi də onun fəxri sədrinin üzərinə düşüb. Bu hay-küy Rüstəm İbrahimbəyov ”The New Times" qəzetinə məlum müsahibəsi ilə bağlıdır. Rüstəm bəyin əleyhinə aparılan süni təbliğat kampaniyası iki tezis üzərində qurulub. Bunun birincisi “Biz ermənilərlə düşmən deyilik, erməni xalqı baş verənlərə görə günahkar deyil”. İkincisi isə “Uşaqlıqda Tolstoyun ”Sevastopol hekayələri"ni oxuyan istənilən şəxs kimi mən də hesab edirəm ki, Krım Rusiya torpağıdır. Bu torpaqlar Xruşşov dövründə Ukraynaya keçib. SSRİ dağılanda Yelstin bu məsələni həll etmədi, hərçənd kifayət qədər sadə və münaqişəsiz şəkildə buna nail ola bilərdi. Sonra uzun müddət nədənsə heç kim bundan narahat olmadı" fikridir. Amma nədənsə ermənilərlə bağlı eyni fikri 12 gün əvvəl daha tutumlu formada Prezident Administrasiyasının rəsmisi Əli Həsənov APA-ya açıqlamasında səsləndirəndə bəzi dostlarımızın vətənpərvərlik qanı “cuşa” gəlmədi. Məsələn, Əli Həsənov bəyan etmişdi ki, “Azərbaycanda keçirilən yarışda Ermənistan idmançıları da iştirak edir. İlk Avropa Oyunlarının Azərbaycan və erməni xalqlarının yaxınlaşmasında pozitiv rol oynayacağına inanıram. Ə.Həsənov deyib ki, Ermənistandakı xalq bu ölkədəki separatçı düşüncəli insanların girovuna çevrilib”.

Beləliklə, C.Həsənli öz böyük patronunun fikirlərini ideolojiləşdirdi, onları haqlı çıxarmağa cəhdlər göstərdi və bildirdi ki, R.İbrahimbəyov əslində düz deyir.

Səslənən ittihamlar və “arqumentlər”lə bağlı müraciət etdiyimiz “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bunları söylədi: “Əli Həsənov iqtidar rəsmisidir, beynəlxalq tədbirə ev sahibliyi edən ölkənin adından danışır. Təbii ki, onun bu cür açıqlamalar verməsi və beynəlxalq ictimaiyyətə yönələn fikirlər söyləməsi protokol açıqlaması hesab olunur. Ermənilərin də iştirak etdiyi beynəlxalq tədbirdə onların ünvanına ”asacayıq", “kəsəcəyik” deyə bilməzdi. Digər tərəfdən, mən hər iki mətnə baxdım. Rəsmi şəxs olan Əli Həsənovun fikirlərində xalqların tədricən yaxınlaşmasından söhbət gedir, prezidentin köməkçisi erməni xalqını suçsuz çıxartmır, günahlarını boyunlarından “asır”. Lakin İbrahimbəyovla Cəmil Həsənlinin çabalarında və mətnlərində vəziyyət tamamilə başqadır. Onlar erməni xalqının heç bir günahının olmadığını ortaya qoyurlar ki, bu da fərqli bir münasibət yaradır. Digər tərəfdən, Cəmil Həsənlinin liderliyinə iddia etdiyi narazı elektorat Əli Həsənovun təmsil etdiyi hakimiyyətə müxalifdir. Hansılara ki, Cəmil Həsənli xuliqan jarqonu ilə “qarğa-quzğun” yazır. Onlar etiraz edir, həm İbrahimbəyova, həm də Həsənliyə. Bizə yazdığı söyüşlərə görə Həsənlini təqdir edən AXCP elektoratı da onun erməniləri haqlı çıxartdığı statusunun altında professora etiraz edirlər. Müxalifət düşərgəsi və müxalifət elektoratı Cəmil Həsənlinin, Əli Kərimlinin, Rüstəm İbrahimbəyovun timsalında özlərini “radikal və yeganə müxalifət” adlandıranların hər hansı açıqlamalarına dözümlə yanaşa bilər, hətta dəstəkləyənlər də olar. Lakin ermənilərə və Rusiyanın aqressiv siyasətinə münasibətdə ikiüzlülük, tərəfkeşlik bu elektorat tərəfindən bağışlanmır".

R.Arifoğlu onu da əlavə ki, burada özünü “demokrat” adlandıran şəxslərin Krımı itirmiş Ukraynanı xaincəsinə Rusiyanın ayağına verməsi cəhdi özünü göstərir: “Bu, o deməkdir ki, Cəmil Həsənli və Rüstəm İbrahimbəyov bir növ Dağlıq Qarabağın işğalına da haqq qazandırır. Ukrayna ictimaiyyəti çox böyük ehtimalla, Milli Şuranın bu xəyanətini biləcək və Azərbaycanın ”önəmli müxalifət təşkilatı" olduğunu iddia edən bir qurumun hər iki rəhbərinin Krımın işğalı məsələsində, dünya demokratiya paytaxtlarının mövqelərinin ziddinə olaraq, Rusiyanın xeyrinə danışmaları haqqında bilgi əldə edəcəklər. Bütün bunlar da onu göstərir ki, Milli Şura doğrudan da Moskvadan düzənlənir, Rüstəm İbrahimbəyov bunların “patronu”dur və Cəmil Həsənli ilə Əli Kərimli də onun dediklərinə uyğun hərəkət etməyə məhkumdur".

Yeri gəlmişkən, Ə.Həsənov Birinci Avropa Oyunları ilə bağlı mətbuat konfransında “Azərbaycanda keçirilən yarışda Ermənistan idmançıları da iştirak edir. İlk Avropa Oyunlarının Azərbaycan və erməni xalqlarının yaxınlaşmasında pozitiv rol oynayacağına inanıram” deyib. Lakin əlavə edib ki, Ermənistandakı xalq bu ölkədəki separatçı düşüncəli insanların girovuna çevrililib. Sitat: “25 ildir ki, 1 milyon insan qaçqın və köçkün vəziyyətində yaşayır, BMT-nin Ermənistan tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi ilə bağlı 4 qətnaməsi var və bu sənədlər yerinə yetirilmir”.

R.İbrahimbəyov isə müsahibəsində Azərbaycan xalqının yaşadığı dəhşətlərin birini belə xatırlamadan bərabərlik işarəsi qoyub.

Sözügedən məsələ ilə bağlı azvision.az-a açıqlama verən Xocalının deputatı Elman Məmmədov hesab edir ki, belə addımlar Rüstəm İbrahimbəyovun həyat tərzidir. Deputat bildirib ki, R. İbrahimbəyov və o qəbildən olan insanlar üçün dövlətin, xalqın, vətənin, torpağın, şəhidliyin əhəmiyyəti yoxdur: “Onlar ancaq özlərinə sərf edən və başa düşdükləri kimi həyat tərzi quran adamlardır. Ona görə də İbrahimbəyovdan millət qeyrəti, təəssübkeşlik gözləmək olmaz. Rüstəm İbrahimbəyovu yaxından tanıyan adamlar bilir ki, o heç vaxt erməni dostları ilə əlaqələrini kəsməyib”.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə bildirib ki, R. İbrahimbəyovun sərsəm açıqlamaları onda allergiya yaradır: “Bu adam guya özünü tolerant, dünya vətəndaşı hesab edir. Ancaq bunların hamısı boş və mənasız şeylərdir. Rüstəm İbrahimbəyov hansısa mərkəzlərin pul kisələrinə bağlı adamdır. Pul kisələrinin sahiblərinin ona qarşı ”səxavətli" olması üçün vaxtaşırı belə əndazəsiz açıqlama verir.

Hesab edirəm ki, Rüstəm İbrahimbəyov Azərbaycana bağlılığı olmayan adamdır. Milliliyi yoxdur. Ziyalının milliliyi olmalı, öz vətənini, millətini sevməlidir. Bu adamın sevdiyi isə puldur. Pulu kim verirsə, onun çaldığı havaya oynayır. O, pulu vətəndən də, xalqdan da çox sevir".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Səidə keçmişindən danışıb GÖZ YAŞI TÖKDÜ: - “O qızı çox incitdilər”
Bu gün, 12:10
Müstəntiq məhkəmədə dindiriləcək - “Arzum 9999”un İŞİ
Bu gün, 12:09
7 körpənin öldüyü yanğın işi – Hökm təxirə salınır?
Bu gün, 12:08
Əgər internet kəsilərsə: - İlk 72 saatda dünyada bunlar baş verər…
Bu gün, 12:06
Müəllimləri işə düzəltmək adı ilə 160 min manatlıq dələduzluq – MƏHKƏMƏ İŞİ
Bu gün, 12:04
Neftçilərə MƏCBURİ təlim tələbi: HƏYATLARI RİSK ALTINDADIR... - BU NƏDİ BELƏ?
Bu gün, 12:01
Astanadan verilən ultimatum və erməni fermerlər təşvişdə... - “Milyonlar itiririk”
Bu gün, 11:50
Cənubi Qafqaz Boru Kəməri vasitəsilə nəql edilən qazın həcmi artıb - DETALLAR
Bu gün, 11:47
Ermənistanda şok məhkəmə davası: - Tsarukyan Paşinyandan "casus" ittihamına görə milyonlar tələb edir
Bu gün, 11:45
Ermənistan ABŞ ilə TRIPP üzrə çərçivə sazişi imzalayıb - Mirzoyan
Bu gün, 11:36
Macarıstan Ukrayna ilə bağlı vetonu geri götürüb - KİV
Bu gün, 11:33
Goranboy sakinləri YOLSUZLUQDAN GİLEYLƏNİR... - FOTO
Bu gün, 11:33
İlhamə Quliyevanın bacısı qızının cinayət işi məhkəməyə göndərildi - TƏFƏRRÜAT
Bu gün, 11:17
Qarabağdan köçmüş ermənilər Azərbaycan ərazisində qalmış evləri ilə bağlı AİHM-nə 600 ərizə göndərdi..
Bu gün, 11:13
“Ermənilərin Azərbaycana qayıtması məsələsi bağlanıb” - Paşinyandan NET MÖVQE
Bu gün, 11:10
Rusiya Azərbaycana qarşı hərəkətə keçir – Moskva nəyə hazırlaşır?
Bu gün, 11:00
Amerikanın iştahı kəsiləndə, “Tramp marşrutu”nu dayandıracaq - Zaxarova deyir ki...
Bu gün, 10:59
“Azkredit”in rəhərlərindən biri vəzifəsini tərk edib - BUNDAN SONRA...
Bu gün, 10:56
Xaçmaz və Beyləqanın kəndlərinin elektrik təsərrüfatının yenilənməsinə başlanılır – 5,5 milyon manat ayrıldı
Bu gün, 10:52
"Azərbaycan 90-cı illərin ölkəsi deyil” - Vahid Əhmədov
Bu gün, 10:50
"İrəvan yaxşı hesab edərsə, Aİ-yə qoşulsun" - Overçuk
Bu gün, 10:46
Kreml mediası Paşinyana müharibə elan etdi: - “Erməni Zelenski Qarabağı itirdi, növbə Ermənistanındır!”
Bu gün, 10:43
"Mən 10 günlük müalicəyə 2 min manat necə xərc çəkə bilərəm?" - GİLEY
Bu gün, 10:26
Paşinyanın Başkənd “bazarlığı”: Sülhə əngəl olacaq - ÇÜNKİ...
Bu gün, 10:17
“İşini bilən insanları pensiyaya göndərirlər, Əliqismət Lalayev 80 yaşına kimi də...” - Xalq artistindən ETİRAZ
Bu gün, 10:09
Dayısı oğlu ilə birgə keçmiş arvadını oğurlayan şəxsin işində... - şikayət geri götürüldü
Bu gün, 10:07
Doktorantura və dissertanturaya qəbul imtahanının tarixləri müəyyənləşib - DİQQƏT
Bu gün, 10:06
“Ermənistanın qarantı Azərbaycandır” - Erməni ictimai fəal
Bu gün, 10:05
"Turan Tovuz"un Avropa şoku: Keçmiş AFFA rəhbərliyi cavab verməlidir - Ekspert deyir ki...
Bu gün, 09:59
Bacısını öldürən şəxs: “Onun çəkdirdiyi fotoşəkli sosial şəbəkədə başqa şəxsə göndərdiyini aşkarladım” - TƏFƏRRÜAT
Bu gün, 09:57
Kremlin absurd niyyəti: Ermənistan üçün “Ukrayna ssenarisi” - NƏ BAŞ VERİR?
Bu gün, 09:55
ABŞ Ermənistanı talayacaq - Zaxarova BELƏ DEYİR...
Bu gün, 09:52
ABŞ şirkətləri Azərbaycana 8 milyard dollar sərmayə yatıracaq - “Reuters”
Bu gün, 09:49
Məhkəmə vəzifəli şəxsin keçmiş köməkçisi ilə bağlı qərar çıxardı
Bu gün, 09:48
“Ekolizinq” 2025-ci ildə kiçilib, gəlirləri azalıb
Bu gün, 09:47
Rusiyada 15 il həbs cəzası verilən tələbə... Rafael Məmmədov kimdir, suçu nə? - DETALLAR
Bu gün, 09:41
Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Bu gün, 09:32
Bacısının qayınatasını öldürmək istəyən gənc: - “Ona bacımın ailəsinin niyə dağıldığını soruşdum, mənı aqressiv cavab verdi...”
Bu gün, 09:31
“Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş
Bu gün, 09:29
Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ
Bu gün, 09:19
“SOCAR-AQŞ”nin sabiq baş direktoru ilə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 09:17
Bu il neçə kişi qadının soyadını qəbul edib? - AÇIQLAMA
Bu gün, 09:15
Müştərisi bankı məhkəməyə verməyə hazırlaşır... - ƏGƏR...
Bu gün, 08:04
Azərbaycanda neftçini süründürən SOCAR əcnəbiyə ƏN ÇOX MAAŞI VERİR - BU DA FAKT...
Bu gün, 07:50
Şuşa yoluna pul verərik, amma... - SUALLAR VAR...
Bu gün, 07:35
Bələdiyyə sədri İTTİHAM OLUNUR - ŞOK İDDİA
Bu gün, 07:14
AzəriQaz-da QANUNSUZ İŞ TƏLƏBİ - DAHA BİR ETİRAZ...
Bu gün, 06:53
Aİ ilə Rusiya arasında danışıqlar üçün imkan yaranır - "Reuters"
Bu gün, 06:35
“Heç biz də əmin ola bilmərik ki, evimizdə kamera var, ya yoxdur” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:28
Yasab kəndində YAŞAM ŞƏRTLƏRİ ağırdır - GİLEY
Bu gün, 06:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru