Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır .....                     Səidə keçmişindən danışıb GÖZ YAŞI TÖKDÜ: .....                     Müstəntiq məhkəmədə dindiriləcək .....                     7 körpənin öldüyü yanğın işi .....                     Əgər internet kəsilərsə: .....                     Müəllimləri işə düzəltmək adı ilə 160 min manatlıq dələduzluq .....                     Neftçilərə MƏCBURİ təlim tələbi: HƏYATLARI RİSK ALTINDADIR... .....                     Astanadan verilən ultimatum və erməni fermerlər təşvişdə... .....                     Cənubi Qafqaz Boru Kəməri vasitəsilə nəql edilən qazın həcmi artıb .....                     Ermənistanda şok məhkəmə davası: .....                     Ermənistan ABŞ ilə TRIPP üzrə çərçivə sazişi imzalayıb .....                     Macarıstan Ukrayna ilə bağlı vetonu geri götürüb .....                     Goranboy sakinləri YOLSUZLUQDAN GİLEYLƏNİR... .....                     İlhamə Quliyevanın bacısı qızının cinayət işi məhkəməyə göndərildi .....                     Qarabağdan köçmüş ermənilər Azərbaycan ərazisində qalmış evləri ilə bağlı .....                     “Ermənilərin Azərbaycana qayıtması məsələsi bağlanıb” .....                     Rusiya Azərbaycana qarşı hərəkətə keçir .....                     Amerikanın iştahı kəsiləndə, “Tramp marşrutu”nu dayandıracaq .....                     “Azkredit”in rəhərlərindən biri vəzifəsini tərk edib .....                     Xaçmaz və Beyləqanın kəndlərinin elektrik təsərrüfatının yenilənməsinə başlanılır .....                     "Azərbaycan 90-cı illərin ölkəsi deyil” .....                     "İrəvan yaxşı hesab edərsə, Aİ-yə qoşulsun" .....                     Kreml mediası Paşinyana müharibə elan etdi: .....                     "Mən 10 günlük müalicəyə 2 min manat necə xərc çəkə bilərəm?" .....                     Paşinyanın Başkənd “bazarlığı”: Sülhə əngəl olacaq .....                     “İşini bilən insanları pensiyaya göndərirlər, Əliqismət Lalayev 80 yaşına kimi də...” .....                     Dayısı oğlu ilə birgə keçmiş arvadını oğurlayan şəxsin işində... .....                     Doktorantura və dissertanturaya qəbul imtahanının tarixləri müəyyənləşib .....                     “Ermənistanın qarantı Azərbaycandır” .....                     "Turan Tovuz"un Avropa şoku: Keçmiş AFFA rəhbərliyi cavab verməlidir .....                     Bacısını öldürən şəxs: “Onun çəkdirdiyi fotoşəkli sosial şəbəkədə başqa şəxsə göndərdiyini aşkarladım” .....                     Kremlin absurd niyyəti: Ermənistan üçün “Ukrayna ssenarisi” .....                     ABŞ Ermənistanı talayacaq .....                     ABŞ şirkətləri Azərbaycana 8 milyard dollar sərmayə yatıracaq .....                     Məhkəmə vəzifəli şəxsin keçmiş köməkçisi ilə bağlı qərar çıxardı .....                     “Ekolizinq” 2025-ci ildə kiçilib, gəlirləri azalıb .....                     Rusiyada 15 il həbs cəzası verilən tələbə... Rafael Məmmədov kimdir, suçu nə? .....                     Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb .....                     Bacısının qayınatasını öldürmək istəyən gənc: .....                     “Tikinti yubadılır, kirayə pullarımız da verilmir” .....                 

“Həmsədrlərin bu qərardan nəticə çıxaracağını demək çətindir” - Azay Quliyev
Tarix: 18-06-2015, 12:01 | Çap et
“Həmsədrlərin bu qərardan nəticə çıxaracağını demək çətindir”
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin müsahibəsi:
- Azay müəllim, iyunun 12-də Bakı şəhərində ilk Avropa Oyunlarının möhtəşəm açılış mərasimi keçirildi. Bununla bağlı təəssüratlarınızı bilmək istərdik...

- Açılış mərasimi o qədər möhtəşəm və mükəmməl oldu ki, təəssüratları bir neçə cümlə ilə ifadə etmək çox çətindir. Hamı kimi mən də əmin idim ki, Mehriban xanım Əliyevanın rəhbəri olduğu təşkilat komitəsi cənab Prezidentin yaxından dəstəyi ilə bu tədbiri ən yüksək şəkildə təşkil edəcəkdir. Ancaq etiraf edim ki, onun bu qədər maraqlı, rəngarəng, yüksək zövq və innovasiyalarla zəngin, həm Avropanın, həm də milli mədəniyyətimizi və tariximizi çox ustalıqla və peşəkar formada təqdim edilməsi çox yaxşı bir sürpriz oldu.

Ona görə də dünyanın hər yerində Azərbaycanın bu təqdimatı təqdir edildi və alqışlandı.

Hətta Azərbaycanı sevməyən və ölkəmizə qarşı xoş niyyətdə olmayanlar belə açılış mərasimi haqqında xoş sözlər deməyə məcbur oldular. Xarici ekspertlər İlk Avropa Oyunlarının açılış mərasimini London və Soçi olimpiyaları ilə müqayisə edərkən açıq şəkildə “Bakı 2015” –in daha mükəmməl və daha innovativ olduğunu etiraf etdilər.

Hörmətli Mehriban xanımın sözləri ilə desək Azərbaycan xalqı tarix yazmağı bacardı. Artıq olimpiya hərəkatına və idman leksikonuna yeni bir anlayış- “Azərbaycan standartı” anlayışı daxil edildi. Yəqin bundan sonra keçiriləcək bu kimi mötəbər tədbirlərin təşkilatçıları üçün Azərbaycanın rekordunu və əldə etdiyi yüksək nəticələri təkrarlamaq və ya ondan önə keçmək o qədər də asan olmayacaq.

Fürsətdən istifadə edib Azərbaycan xalqına belə bir özgüvən və qürur hissi yaşatdığına, dövlətimizin qüdrətini və ölkəmizin yüksək təşkilatçılıq potensialını dünyaya nümayiş etdirdiyinə görə bir vətəndaş olaraq hörmətli Prezidentimiz cənab İlham Əliyevə və Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirir və belə tarixi nailiyyətə görə təbrik edirəm.

- Sizcə, birinci Avropa Oyunları Azərbaycana nə verəcək? Ölkəmizə hansı dividentlər gətirəcək?

- Bu hadisə artıq ölkəmizə dividentlər gətirməkdədir. Məhz bu tədbirin nəticəsidir ki, bütün dünya Azərbaycanı yaxından tanımağa və onunla maraqlanmağa başlayıb. Hamı gördü ki, Azərbaycan gənc dövlət olmasına baxmayaraq bu cür məsuliyyətli beynəlxalq tədbirlərə ev sahibliyi etmək gücündədir. Avropalılar ölkəmizin stabil inkişafının və ictimai-siyasi sabitliyinin şahidi oldular. Bizim qədim mədəniyyətimiz, dadlı mətbəximiz, qonaqpərvərliyimiz, millətindən və dinindən asılı olmayaraq hər kəsin dostluq və sülh şəraitində yaşaması, o cümlədən sivil və dünyəviliyimiz ölkəmizi xaricilərə daha da sevdirdi və yaxınlaşdırdı. Bütün bunlar, əlbəttə, bizə Azərbaycanı şərqin və qərbin ən yaxşı nümunələrini özündə əks etdirən və Avropanın bir parçası olan müasir bir ölkə kimi təqdim etməyə imkan verdi.

Əminəm ki, hazırda Bakıda olan qonaqlar və ya televiziya vasitəsilə oyunları xaricdən seyd edənlərin böyük əksəriyyəti Azərbaycanla bundan sonra da maraqlanacaq və buraya gəlmək istəyəcəklər. Biz həm də unutmamalıyıq ki, ermənilər və onların havadarları ölkəmiz və xalqımız haqqında uzun müddət mənfi rəy yaratmağa çalışıblar və indi də bu çirkin işlərindən əl çəkmirlər.

Bizim dünyanın müdafiə etdiyi Ermənistan kimi düşmənimiz və Dağlıq Qarabağ kimi problemimiz var. Ona görə də indiyə kimi əleyhimizə olan təbliğatın tam əksinə olaraq xalqımızın haqq etdiyi müsbət təqdimatı baxımından da bu tədbirin əvəz olunmaz əhəmiyyətini də dediklərimə əlavə etmək istərdim. Təsadüfi deyik ki, təşkilat komitəsi açılış mərasimində I Avropa Oyunlarının məşəlini stadiona gətirməyi iki dəfə paralimpiya oyunları çempionu, Qarabağ müharibəsi əlili İlham Zəkiyevə həvalə etdi, Qarabağ şikəstəsi və sarı gəlin xalq mahnısını səsləndirdi və bununla dünyaya incə və eyni zamanda açıq şəkildə “Qarabağ” mesajı vermiş oldu.

Bunun isə xalqımızın birliyi və torpaqlarımızın işğalı ilə heç zaman barışmayacağımızı dünyaya bir daha anlatmaq baxımından çox mühüm əhəmiyyəti vardır. Digər tərəfdən bu tədbirin Azərbaycana gələcək investisiyaların həcminin daha da artmasına, iqtisadiyyatın və xüsusilə turizmin inkişafına müsbət təsir edəcəyi də şəksizdir. İdman və olimpiya hərəkatı baxımından isə əldə etdiyimiz qazanclar daha çoxdur.

Artıq Azərbaycan dünya idman tarixinə 1-ci Avropa Oyunlarının vətəni kimi daxil edildi. Bu oyunların standartlarını müəyyənləşdirdi. Avropa və dünya idmanının inkişafına çox böyük töhfə vermiş olduq. Və nəhayət yaradılan idman infrastukturu və əldə olunan təcrübə hələ uzun müddət ölkəmizə fayda gətirməkdə davam edəcəkdir.

- Ölkəmizə qarşı təzyiqlər də az olmadı. Qeyd etdiyiniz kimi Azərbaycan bu tədbirə ev sahibliyi etməklə dünya, o cümlədən Avropa dəyərlərini dəstəkələmiş oldu. Belə olan halda, Avropadakı müəyyən dairələrin Azərbaycana qarşı apardıqları kampaniyanın arxasında hansı amillər dayanır?

- Əlbəttə bizim bu qədər zəhmətimiz, etdiyimiz jest və xoş niyyət qarşılığında ölkəmizə qarşı edilən haqsızlığı və aparılan qarayaxma kampaniyasını sakit izləmək və buna üzülməmək mümkün deyil.

Biz bu barədə dəfələrlə danışmış və öz etirazımızı bildirmişik. Biz bu gün faktik olaraq Avropadan və ABŞ-dan idarə olunan bir sıra maraqlı dairələrin total hücumuna və mənəvi terroruna məruz qalırıq. Hətta mən deyərdim ki, nə Soçi olimpiadasında Rusiyaya, nə də Pekin olimpiadasında Çinə qarşı belə məkrli və çirkin kampaniyalar aparılmamışdır.

Ölkəmiz əleyhinə aparılan kampaniyanın təşkilatçıları və iştirakçıları artıq “insan haqları və söz azadlığı” kimi ümumi prinsiplərin arxasında gizlənə və əsl məqsədlərini ört-basdır edə bilmirlər.

Çünki hadisələri analiz edəndə görürsən ki, baş verənləri sadəcə tənqid kimi qəbul etmək mümkün deyil. Əslində biz heç vaxt sağlam tənqidin əleyhinə də olmamışıq. Bir mövzu haqqında bir və ya bir neçə dəfə yazılan yazıları da anlamaq olar. Amma biz nəyi müşahidə edirik? Kütləvi hücumun və əsassız ittihamlarla aşağılamaq cəhdlərinin.

Məsələn, təkcə bu ilin aprel ayında Azərbaycanla bağlı əsasən Avropa və ABŞ-da 1279 məqalə çap edilibdir. Bunların da böyük əksəriyyətinin sifarişli olduğu qərəzli məzmunundan və eyni mövzunu dönə-dönə təkrar etmələrindən bəlli olur. Və yaxud təkcə son iki həftədə 1-ci Avropa Oyunları ilə bağlı Almaniyada 29, Böyük Britaniyada 26 və ABŞ-da 19 məqalə çap olunmasını götürərk. Əgər eyni mövzuda və eyni stildə bir ölkə haqqında gündə 2 və ya 3 məqalə yazılırsa, onların necə deyərlər süjet xətti demək olar ki, fərqlənmisrə onda buna nə ad verəsən? Bu qərəzlilik və kampaniyaçılıq deyilsə, bəs nədir?

Onların qeyri-səmimi və məkrli olduğunu sübut edən başqa bir detala- Avropa Oyunlarının açılş mərasiminin Avropanın aparıcı KİV-lərinın yanaşmasına diqqətinizi çəkmək istərdim. Biz burada nəyin şahidi olduq: Azərbaycana qarşı qisqanclıq və onun uğurlarını həzm etməmək hissi bir çox Avropa mediyasında o qədər güclü oldu ki, onlar açılış mərasimini ümumiyyətlə və ya tələb olunan səviyyədə işiqlandırmağı da lazım bilmədilər. Sual olunur: Avropaya bir başa aidiyyatı olan və ilk dəfə keçirilən belə bir möhtəşəm idman tədbirini niyə işiqlandlrmaqdan imtina edirsən? Niyə millyonlarla avropalını sevdiyi idman oyunlarına baxmaqdan məhrum edirsən?

Çünki, onlar əgər bunu etsəydilər, o zaman ölkəmizi müsbət fonda təqdim etməyə məcbur olacaqdılar və bu da görünür indiyə kimi onların həyata keçirdikləri qarayaxma kampaniyasının konsepsiyasına uyğun olmayacaqdı. Məsələn, bir faktı deyim. BBC Oyunların açılışı mərasimi ilə bağlı reportaja tənqidlə başladı. Sonra onlar Azərbaycandakı müxbirləri ilə bağlantı qurdular.

Müxbir ilk Avropa Oyunlarının açılışı haqda müsbət fikirlər bildirdi və dərhal onun sözünü yarımçıq kəsərək efirdən ayırdılar. Bax, budur onların səmimiyyəti və insan haqları və söz azadlığı uğrunda apardığı “mübarizələrinin” əsl mahiyyəti.

Bu fakt açıq şəkildə bir daha onu göstərir ki, Azərbaycan nə edirsə etsin, bu kimi dairələr onun gördüyü pozitiv işləri qiymətləndirmək istəməyəcəklər. Digər bir məsələyə diqqət yetirək. ABŞ konqresmeni, Helsinki komissiyasının sədri Kristofer Smit deyir ki, В«Azərbaycanın açılış mərasimində göstərdiyi nəticələr və onun möhtəşəmliyi heç kimin gözünü qamaşdırmamalıdır. Və heç kim heç bir halda Azərbaycanı tənqid etməkdən çəkinməməlidirВ».

Əslində, o, bu tədbirin möhtəşəmliyini etiraf edir və bundan narahatlığını gizlətmir. Elə Almaniya Bundestaqında Azərbaycan haqqında qəbul edilən qətnamənin iyunun 12-də baş tutması da bu qəbildən olan planın tərkib hissəsi idi. Bilirsiniz ki, belə faktları çox sadalaya bilərik. Bir daha təəssüflə qeyd edirəm ki, Avropanın aparıcı KİV-ləri, bəzi siyasətçilər bu məsələdə doğurdan da siyasi maraqlar baxımından yanaşdılar, qısqanclıqlarını açıq şəkildə nümayiş etdirdilər. O ki, qaldı bütün bunların əsl səbəbinə, bu da çox sadədir:

Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı müstəqil daxili və xarici siyasət, milli maraqlarımızın daima qorunması, Dağlıq Qarabağ münaqişəsində güzəştə gedilməməsi, hər hansı bir bloka və kiminsə çətiri altına girməməyimiz və əlbəttə iqtisadi baxımdan heç kimdən asılı olmamığımız bütün bu anti-Azərbaycan kampaniyasının şərtləndirən əsas amillərdir. Bu kampaniyanın təşkilatçıları, o cümlədən keçmiş səfir Arif Məmmədov kimi adamları “piştaxta”dan çıxarıb həssas məqamda siyasi səhnəyə gətriməklə ondan hakimiyyət əleyhinə istifadə etməyə ümid edənlər bilməlidirlər ki, onalrın bu cəhdlərinın Azərbaycanda heç bir perspektivi yoxdur.

- Azərbaycanın qeyri-hökumət təşkilatlarının mütləq əksəriyyəti ölkəmizə qarşı aparılan qərəzli kampaniyalara eiraz edirlər. Bəs bu prosesin daha effektli olması üçün xarici ölkələrdə fəaliyyət göstərən QHT-lərlə hansı səviyyədə əməkdaşlıq edilir?

- Bu sahədə müəyyən tədbirlər həyata keçirilir. Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası bir çox layihələrə dəstək verib. Bu layihələr haqqında ictimaiyyət məlumatlanıdırılıb. Amma müəyyən səbəblərdən bəzi layihələr ictimiləşdirilmir. Əlbəttə ki, Avropada sağlam düşüncəli, ədaləti müdafiə edən ictimai, siyasi xadimlər çoxdur. Hamı Riçard Kozlariç, Kristofer Smit və Ulrike Lunaçek kimi düşünmür.

Onların arasında Azərbaycanın geostrateji əhəmiyyətini yaxşı dərk edən, buna yüksək səviyyədə qiymət verən siyasətçilər də var. Müxtəlif vaxtlarda xaricdə Azərbaycana dəstək kampaniyaları da keçirilib. Amma müəyyən dairələr isə yalnız neqativ məqamları gündəmdə saxlamağa maraqlıdırlar. Təəssüf doğuran hallardan biri də budur ki, ölkəmizə qarşı aparılan qərəzli kampaniyaya yerli mediada da dəstək verənlər var. Azərbaycanı yalnız bir rəngdə- qara rəngdə görmək istəyi bunların hamısını birləşdirən və səfərbər edən əsas şərtdir.

- Azay müəllim, bugünlərdə Avropa İnsan Haqları Məhkəməsi В«Çıraqovların işiВ» haqqında qərar qəbul etdi. Bu qərarın əhəmiyyəti nədən ibarətdir?


- Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Çıraqovların Ermənistana qarşı iddiası üzrə tarixi bir qərar qəbul etdi. 10 il idi ki, bu şikayətlə bağlı məsələyə baxılırdı. Və nəyahət ki, gözlədiyimiz qərarı ala bildik. Qərarın həm hüquqi, həm də siyasi baxımdan çox böyük əhəmiyyəti var. İlk növbədə onu qeyd etmək lazımdlr ki, bu qərarla Avropa İnsan Haqları Məhkəməsi Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını təsdiq etmiş oldu. Ermənistan bundan sonra işğalçı mahiyyətini inkar edə bilməyəcək.

İkinci AHİM qondarma DQR varlığını haqlı olaraq öz qərarl ilə rədd edərək Azərbaycanın işğal altında olan ərazilərə tək məsuliyyət daşıyan ölkənin Ermənistan olduğunu rəsmiləşdirdi. Üçüncü, bu qərar gələcək məhkəmə çəkişmələri üçün yaxşı bir presedent rolunu oynayacaq.


Bundan sonra eyni mahiyyət üzrə edilən şikayətlərə buna oxşar və adekvat qərar çıxarılacaq. Dördüncü, Dağlıq Qarabağ münaqişəsinin siyasi həllində Azərbaycanın haqlı mövqeyini daha da möhkəmləndirəcəkdir.

Bundan başqa Çıraqovlar ailəsinin şikayətinin təmin etməyin və probleminin aradan qaldırmağın tək yolunun Ermənistanın işğal faktına son qoymasından asılı olduğunu məhkəmə dolayısı ilə təsdiq etmiş oldu.

Nəhayət, şikayətçilərə dəymiş ziyana görə Ermənistanın ödəyəcəyi maddi və mənəvi kompensasiyanın əhəmiyyətini qeyd etmək lazımdır. Çünki, bu işğala və insanlıq əleyhinə törətdiyi ağır cinayələrə görə Ermənistanın və onun rəhbərlərinin gələcəkdə ödəyəcəyi çox ağır bədəlin başlanğıcı olacaqdır. Şübhəsiz ki, bu Azərbaycanın böyük uğurudur və bu qərar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin gələcək həllinə öz töhfəsini verəcəkdir. Mən bilirəm ki, 10 ildən artıq davam edən bu proses cənab Prezidentin şəxsi nəzarətində olub və fürsətdən istifadə edib hörmətli Prezidentimizə və bu işdə zəhməti keçən hər kəsə dərin minnətdarlığımı bildirirəm.

- Necə hesab edirsiniz, Minsk qrupunun həmsədrləri öz fəaliyyətlərində bu sənədə istinad edəcəklərmi?

- Həmsədrlərin bu qərardan nəticə çıxaracağını demək çətindir. Onlar hələki sadəcə gəlib getməkdən başqa bir işlə məşğul olmurlar. Onların nəticə çıxarmalı olduğu ən böyük sənəd BMT Təhlükəsizlik Şurasının qətnamələridir. Ancaq, şübhəsiz ki, Avropa İnsan Haqları Məhkəməsinin bu qərarını da onlar nəzərə almadırlar.

Əminəm ki, Azərbaycan bu qərardan gələcəkdə geniş şəkildə istifadə edəcək, ayrı ayrı beynəlxalq sənədlərdə bu qərara istnad olunacaq. Bu, həmçinin, danışıqlar prosesində hüquqi çərçivənin daha aydın şəkildə formalaşması üçün əsas istinad nöqtələrindən biri olacaqdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır - Ali Məhkəmə
Bu gün, 12:15
Səidə keçmişindən danışıb GÖZ YAŞI TÖKDÜ: - “O qızı çox incitdilər”
Bu gün, 12:10
Müstəntiq məhkəmədə dindiriləcək - “Arzum 9999”un İŞİ
Bu gün, 12:09
7 körpənin öldüyü yanğın işi – Hökm təxirə salınır?
Bu gün, 12:08
Əgər internet kəsilərsə: - İlk 72 saatda dünyada bunlar baş verər…
Bu gün, 12:06
Müəllimləri işə düzəltmək adı ilə 160 min manatlıq dələduzluq – MƏHKƏMƏ İŞİ
Bu gün, 12:04
Neftçilərə MƏCBURİ təlim tələbi: HƏYATLARI RİSK ALTINDADIR... - BU NƏDİ BELƏ?
Bu gün, 12:01
Astanadan verilən ultimatum və erməni fermerlər təşvişdə... - “Milyonlar itiririk”
Bu gün, 11:50
Cənubi Qafqaz Boru Kəməri vasitəsilə nəql edilən qazın həcmi artıb - DETALLAR
Bu gün, 11:47
Ermənistanda şok məhkəmə davası: - Tsarukyan Paşinyandan "casus" ittihamına görə milyonlar tələb edir
Bu gün, 11:45
Ermənistan ABŞ ilə TRIPP üzrə çərçivə sazişi imzalayıb - Mirzoyan
Bu gün, 11:36
Macarıstan Ukrayna ilə bağlı vetonu geri götürüb - KİV
Bu gün, 11:33
Goranboy sakinləri YOLSUZLUQDAN GİLEYLƏNİR... - FOTO
Bu gün, 11:33
İlhamə Quliyevanın bacısı qızının cinayət işi məhkəməyə göndərildi - TƏFƏRRÜAT
Bu gün, 11:17
Qarabağdan köçmüş ermənilər Azərbaycan ərazisində qalmış evləri ilə bağlı AİHM-nə 600 ərizə göndərdi..
Bu gün, 11:13
“Ermənilərin Azərbaycana qayıtması məsələsi bağlanıb” - Paşinyandan NET MÖVQE
Bu gün, 11:10
Rusiya Azərbaycana qarşı hərəkətə keçir – Moskva nəyə hazırlaşır?
Bu gün, 11:00
Amerikanın iştahı kəsiləndə, “Tramp marşrutu”nu dayandıracaq - Zaxarova deyir ki...
Bu gün, 10:59
“Azkredit”in rəhərlərindən biri vəzifəsini tərk edib - BUNDAN SONRA...
Bu gün, 10:56
Xaçmaz və Beyləqanın kəndlərinin elektrik təsərrüfatının yenilənməsinə başlanılır – 5,5 milyon manat ayrıldı
Bu gün, 10:52
"Azərbaycan 90-cı illərin ölkəsi deyil” - Vahid Əhmədov
Bu gün, 10:50
"İrəvan yaxşı hesab edərsə, Aİ-yə qoşulsun" - Overçuk
Bu gün, 10:46
Kreml mediası Paşinyana müharibə elan etdi: - “Erməni Zelenski Qarabağı itirdi, növbə Ermənistanındır!”
Bu gün, 10:43
"Mən 10 günlük müalicəyə 2 min manat necə xərc çəkə bilərəm?" - GİLEY
Bu gün, 10:26
Paşinyanın Başkənd “bazarlığı”: Sülhə əngəl olacaq - ÇÜNKİ...
Bu gün, 10:17
“İşini bilən insanları pensiyaya göndərirlər, Əliqismət Lalayev 80 yaşına kimi də...” - Xalq artistindən ETİRAZ
Bu gün, 10:09
Dayısı oğlu ilə birgə keçmiş arvadını oğurlayan şəxsin işində... - şikayət geri götürüldü
Bu gün, 10:07
Doktorantura və dissertanturaya qəbul imtahanının tarixləri müəyyənləşib - DİQQƏT
Bu gün, 10:06
“Ermənistanın qarantı Azərbaycandır” - Erməni ictimai fəal
Bu gün, 10:05
"Turan Tovuz"un Avropa şoku: Keçmiş AFFA rəhbərliyi cavab verməlidir - Ekspert deyir ki...
Bu gün, 09:59
Bacısını öldürən şəxs: “Onun çəkdirdiyi fotoşəkli sosial şəbəkədə başqa şəxsə göndərdiyini aşkarladım” - TƏFƏRRÜAT
Bu gün, 09:57
Kremlin absurd niyyəti: Ermənistan üçün “Ukrayna ssenarisi” - NƏ BAŞ VERİR?
Bu gün, 09:55
ABŞ Ermənistanı talayacaq - Zaxarova BELƏ DEYİR...
Bu gün, 09:52
ABŞ şirkətləri Azərbaycana 8 milyard dollar sərmayə yatıracaq - “Reuters”
Bu gün, 09:49
Məhkəmə vəzifəli şəxsin keçmiş köməkçisi ilə bağlı qərar çıxardı
Bu gün, 09:48
“Ekolizinq” 2025-ci ildə kiçilib, gəlirləri azalıb
Bu gün, 09:47
Rusiyada 15 il həbs cəzası verilən tələbə... Rafael Məmmədov kimdir, suçu nə? - DETALLAR
Bu gün, 09:41
Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Bu gün, 09:32
Bacısının qayınatasını öldürmək istəyən gənc: - “Ona bacımın ailəsinin niyə dağıldığını soruşdum, mənı aqressiv cavab verdi...”
Bu gün, 09:31
“Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş
Bu gün, 09:29
Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ
Bu gün, 09:19
“SOCAR-AQŞ”nin sabiq baş direktoru ilə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 09:17
Bu il neçə kişi qadının soyadını qəbul edib? - AÇIQLAMA
Bu gün, 09:15
Müştərisi bankı məhkəməyə verməyə hazırlaşır... - ƏGƏR...
Bu gün, 08:04
Azərbaycanda neftçini süründürən SOCAR əcnəbiyə ƏN ÇOX MAAŞI VERİR - BU DA FAKT...
Bu gün, 07:50
Şuşa yoluna pul verərik, amma... - SUALLAR VAR...
Bu gün, 07:35
Bələdiyyə sədri İTTİHAM OLUNUR - ŞOK İDDİA
Bu gün, 07:14
AzəriQaz-da QANUNSUZ İŞ TƏLƏBİ - DAHA BİR ETİRAZ...
Bu gün, 06:53
Aİ ilə Rusiya arasında danışıqlar üçün imkan yaranır - "Reuters"
Bu gün, 06:35
“Heç biz də əmin ola bilmərik ki, evimizdə kamera var, ya yoxdur” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru