"Pul qazanmaq çox çətindir... .....                     "Nəvəm günahsızdır" .....                     Milli Onkologiya Mərkəzi tibbi avadanlıqlara 50,3 milyon manat xərcləməyə hazırlaşır .....                     Yazarlar borclarını ödəməyə başlayıblar: AYB-də "təmizləmə" olmayacaq? .....                     Bakılı qadın Rusiyada nazir postuna gətirildi .....                     Vaşinqtonda Azərbaycanla bağlı kritik qərar .....                     Ayda 22 milyon ziyan: .....                     Zaxarova erməniləri Paşinyanın əleyhinə səs verməyə çağırdı .....                     Ermənistanın KTMT-dən çıxması məsələsi müzakirə olunub? .....                     NİYƏ SƏFƏRBƏR OLA BİLMİRİK... AXI NİYƏ... .....                     “NAS Project BOKT” idarəetmə strukturunda bir sıra dəyişiklər baş verib .....                     Müharibə İrandan Azərbaycana gələn turistlərin sayına necə təsir edib? .....                     Bulvarda yığılan pullar kimə çatırdı? .....                     Məşhur prodüserin adı Hövsandakı adam oğurluğu qalmaqalında hallanır .....                     “Bakcell”in dəstəyi ilə “boolood” İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə .....                     "15 yaşımdan çəkdiyim zəhmət, fədakarlıqlar..." .....                     Paşinyan səhvini etraf etdi: .....                     Etibar Əliyevdən Baba Vəziroğluna: .....                     Bu il regionda ən zəif iqtisadi artım Azərbaycanda olacaq .....                     Direktor niyə məktəbə gəlmir? .....                     Neftçi MTK-nin benefisiar (real) sahibi kimdir? .....                     Leysan “Şuşa qalası”nın bir hissəsini uçurub: Bərpası üçün 240 min ayrıldı .....                     EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib .....                     Mehriban Abasquliyeva məhkəməyə qayıtmadı .....                     Paşinyan Ermənistandakı seçkilərdən sonra Putinlə görüşmək üçün .....                     "Hər dəfə belə kəsik olanda içində nəsə çatmır..." .....                     Hakim ona 1 saat vaxt verdi .....                     44 günlük savaşın gizli məğlubu bu ölkədir .....                     Karapetyanın adamları hakim partiya üzvlərinə hücum çəkdi .....                     Bakıda pubda qadını döyərək saçından yerlə sürüyən dostlara elektron qolbaq taxıldı .....                     Bu liseyin direktoru işdən çıxdı .....                     Zemfira ilə Afaq Gəncəli arasında QARŞIDURMA .....                     Hakim Elnur Nuriyev dələduzu azad etdi, təkrar cinayət törətdi .....                     Suğra Bağırzadə illərdir gizli saxladığı SİRR-i bölüşdü .....                     Telman Qasımov Rusiyada yaşayan azərbaycanlıları təhqir edib? .....                     Rusiyadan Ermənistanla bağlı şok hesabat: .....                     Haqqını tələb edən işçiyə verilən cavab eyni olur: Ərizəni yaz, çıx get... .....                     Paşinyan qondarma “qəhrəman”ların adını məktəblərdən çıxarır .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     `Post Cargo` POST OLUB GETDİ! .....                 

“Heydər Əliyev Moskvaya iradəsini diktə edə bilirdi” - Sabiq müsavatçı
Tarix: 28-01-2015, 08:42 | Çap et
“Heydər Əliyev Moskvaya iradəsini diktə edə bilirdi”
O, siyasət müxbirlərinin ən son ümid yeridir. İstənilən bir mövzuda biliyi və danışmaq qabiliyyəti olan bir insandır. Çox zaman hadisəyə münasibəti də açıqlamadan daha çox siyasi baxış manevrlərinə bənzəyir. Sözləri ustalıqla bişirib çıxarır. Amma istənilən oxucunu dolaşıq görünən isti hadisələrin pərdə arxasından agah etməkdə mahir bir insandır.

Hafta.az-ın “Polit-10” layihəsinin bugünkü qonağı politoloq Qabil Hüseynlidir.

O, bizi dərs dediyi Azərbaycan Texniki Universitetin həyətində söhbətə başlamamışdan əvvəl bir "xoruzquyruğu" çaya qonaq etdi. Yenə də qəhrəmanımı uşaqlığından bu günə gətirməyə çalışıram. Buradan geriyə baxmamaq üçün uşaqlığın şirinliyini, gəncliyin titrəkliyini yaşatdıra-yaşatdıra qocalığa gəlirik.

- Qabil müəllim, uşaqlığınızdan başlayaq. Necə keçirmisiniz uşaqlığınızı? Necə bir ailənin övladı olmusunuz?

- Mən 1953–cü ildə Tərtər rayonunun Seydimli kəndində anadan olmuşam. Uşaqlığım çox çətin keçib. Çünki erkən yaşlarımdan atamı itirmişəm. Atam rəhmətə gedəndə ikinci sinifdə oxuyurdum. Böyük bir külfət bir anamın ümidinə qaldı. Ona görə də çox erkən yaşlardan kolxozun işlərində işləməyə başladım. Pambıq yığırdım. Mal-qara “novatı”na gedib naxırçılıq edirdim. Qoyun-quzu otarırdım. Bu yolla ailəmizin kecimini, güzəranını təmin etməyə çalışmışam. Onu da deyim ki, orta məktəbdə oxuyarkən kəndin ən çox pambıq yığanı mən idim. Ona görə də rayon rəhbərləri tərəfindən həmişə mükafatlandırılmışam.

- Orta məktəb demişkən, bildiyimizə görə, sizin birinci sinfin elə ilk günündən orta məktəb həyatınız qeyri–adi hadisələrlə zəngin olub...

- Bəli, elədir. Birinci sinifə yanvar ayında getmişəm. Sentyabrda yeddi yaşım tamam olmamışdı. Yanvarda tamam oldu. O zaman da yeddi yaşı tamam olmayan uşaqları birinci sinifə qəbul etmirdilər. Birinci sinif müəllimim məni sinifə çox naümid qəbul etdi. Məni ən arxa sırada oturtdu. Gündə bir hərf verirdi. Mən də evdə o hərfləri yazıb gətirib müəllimə göstərməli idim. Bu tapşırıqları çox səylə yerinə yetirirdim. Müəlliməm də gördü ki, onun dediklərini yaxşı götürürəm. Ondan sonra öyrənmək üçün günə üç hərf verdi. Daha sonra bu rəqəm beşə qalxdı və mən beş hərfi də bir gün ərzində öyrənirdim. Yazılış qaydalarını həmçinin. Bir ay ərzində mən bütün əlifbanı öyrənib bitirdim. Müəllim sonradan məni proqrama uyğun sinifdəki uşaqlara qoşdu. Hecalaya-hecalaya oxumağa başladım. Ana dilini, hesab və nəğmə dərslərini sinif uşaqları ilə birgə oxumağa başladım.

- Uşaqlıq dostları və sinif yoldaşlarınızla indi də münasibət saxlayırsınızmı, görüşürsünüzmü? Onların arasında vəzifədə olanı, ictimai-siyasi fəaliyyətdə olanı varmı?

- Orta məktəb uşaqlarından yalnız bir nəfər Rusiyada işləyir. Həmin insan da işlədiyi müəssisədə önəmli vəzifə tutur. Çelyabinskidə traktor zavodunda baş mühəndisdir. Bu traktorlar SSRİ zamanında çox məşhur idi. “ÇTZ” deyirdilər, yəni “Çelyabinskiy Traktor Zavod”un qısaldılmış formasıdır. Yerdə qalan uşaqların bir qismi rəhmətə gedib. Rayonda sosial qayğılarla əlləşib-vuruşurlar. Müəyyən hissəsi isə Rusiyada xırda alverlə məşğul olurlar.

- Tələbəliyiniz necə keçib?

- Pedaqoji universitetdə təhsil almışam. Tələbəliyim maraqlı olub. Hər halda kəndə nisbətən çox yaxşı keçib. Böyük şəhər, onun gətirdiyi müəyyən üstünlükləri gördüm. Üstəlik yaxşı oxuduğuma görə, “Lenin” təqaüdü alırdım. Bu təqaüd müəllimin, asistentin maaşından da çox idi. Özümə paltar da ala bilirdim. Evə, anama da pul göndərirdim. Üstəlik bu pulla ümumi tələbə yataqxanasından tək qalmaq üçün kirayə evinə çıxdım. Amma aspiranturaya daxil olanda cəmi 70 manat alırdım. Bu isə mənim tələbatlarımı ödəmirdi. O zamanlar Axundov kitabxanasına tez-tez gedirdim. Ona görə də ora yaxın bir yerdən kirayə evdə qalmaq lazım gəlirdi. Amma o tərəflər "prestjli" yerlər olduğu üçün kirayə evlər də baha idi. Yazdığım məqalələri maşınkada çıxatdırmalı idim. Bu da əlavə pul tələb edirdi. Bir sözlə, xərclərim çox olurdu. Böyük şəhərin bu mənada yaş ötdükcə çətinlikləri də çox olurdu.

- Gənc Qabil Hüseynli Azərbaycanın əsarətdə yaşadığını nə zaman dərk etməyə başladı?

- Açığını deyim ki, bu orta məktəb vaxtına təsadüf edir. Altıncı sinifdə oxuyanda bir ədəbiyyat müəllimimiz vardı. Bizə şeir yazmaq öyrədərdi. O, ədəbiyyatçı olduğu qədər də tarixi çox yaxşı bilirdi. O, bizim böyük millət olduğumuzu, Arazın o tayında da ərazilərimizin, millətimizin yaşadığını danışırdı. İkiyə bölünmüş Azərbaycan haqqında söhbətlər edirdi. Yaşlı müəllim idi. Hətta bu danışdıqlarına görə onu çağırıb tənbeh də etmişdilər. Hətta hədələmişdilər də. Adı, soyadı Teymur Nəzərli idi. O, bizə “Qılınc və qələmi”, “Dumanlı Təbriz”i oxumağı məsləhət görmüşdü. Oxuyurduq. Mirzə İbrahimovun “Gələcək gün”ünü də oxumuşduq. Bundan başqa, böyük radiolarla “Alman dalğalarını”, “Amerikanın səsi”ni, “Azadlıq” radiosunu xışıltılı-xışıltılı dinləməyə səy göstərirdik. Bu əsərlər bizə müəyyən vətənpərvərlik duyğularının aşılanmasında böyük rol oynadı.

- Hərbi xidmətdə olduğunuz vaxt ruslar tərəfindən azərbaycanlılara qarşı ayrı-seçkilik olduğunu dediyinizə görə sizə cəza da tətbiq etdilər. Nə cəzası idi bu?

- İlk olaraq onu deyim ki, orta məktəbdə vətənpərvərlik duyğularının rüşeymləri içimdə cücərsə də, ən böyük vətənsevərlik hissləri hərbi xidmətdə olduğum zaman təcəssüm etməyə başladı. Mən orduda zabit idim. Altı ay oxuduqdan sonra zabit rütbəsi verdilər. Rusların azərbaycanlılara qarşı münasibətinə etiraz etdim. Baxdım ki, döşəmə silənlər bizimkilər. Tualeti “qara millət” dedikləri azərbaycanlılar silir. Bir dənə yaxşı işdə mənim həmvətənim yox idi. Ancaq ruslar və ukraynalılar idi. Bizim aramızdakı bu mübahisələr qalmaqallara, söyüşlərə aparıb çıxarırdı. O zaman da məni “milləti oyatmaqda” ittiham edib, cəzalandırdılar. Ən soyuq bölgəyə göndərdilər. Məni “qabaqcıl komandir” adı Kamçatkaya göndərmişdilər. Orada isə maaş əvvəlki yerimdən daha artıq idi. Amma Kamçatka mənim üçün çətin keçmədi. Maaşı qane edirdi. Orada Bakıda alacağım evin pulunu artıqlaması ilə yığdım. Elə əsgərliyə zabit kimi getməyimin də əsas səbəbi bu idi.

- Hobbiniz varmı?

- Bəli var. İdmanla məşğul oluram. Stolüstü tennislə məşğul olmuşam gənc yaşlarımda. Hətta bu sahədə idman ustasının normativlərini yerinə yetirirdim. İndi də səhər və axşamlar idmanla məşğul oluram. Qaçmaq və ya adi gəzinti mənim hobbimdir. Bir də gül əkməyi sevirəm. Baxın, pəncərənin qabağında gördüyünüz bu gülləri mən əkmişəm. Kafedranı, öz otağımızı əkdiyim, bəslədiyim güllərlə bəzəmişəm.

- Qabil bəy, neçə övladınız var? Nə işlə məşğul olurlar?

- İki övladım var, oğlum Toğrul Almaniyada, Köln musiqi akademiyasının son kursunda təhsil alır. Bir müddət əvvəl Toğrulun Almaniyanın Niderland Krallığı ilə həmsərhəd olan Kerkadi şəhərində konserti baş tutub. Konsert məşhur alman filosofu Martin Veberin adını daşıyan beynəlxalq fondun keçirdiyi müsabiqənin yekunlarına həsr olunmuşdu. Toğrul orada solo-konsert proqramı ilə çıxış edib. Onun ifası kraliçanın özü və tədbirdə iştirak edən dünyanın nüfuzlu siyasətçiləri tərəfindən böyük rəğbətlə qarşılanıb. Kraliça şəxsən Toğrul Hüseynlinin əlini sıxaraq, gözəl ifaya görə ona təşəkkür edib. Qızım isə musiqi üzrə müdafiə edib. Evlidir.

- 1988-ci il meydan hərəkatı başlayandan siz də xalq cəbhəsində idiniz. 20 Yanvar hadisələri zamanı da hadisələri yaxından izləmisiniz. Necə düşünürsünüz, bu hadisələrin qabağını almaq mümkün idimi?

- Kim nə deyir desin 20 Yanvar hadisələri olmalı idi. Bu qaçılmaz olmuşdu. Çünki bundan əvvəl Litvada milli hərəkat boğulmuşdu. Sovet ordusu orada da 8 nəfəri güllələmişdi. Daha sonra Gürcüstanda 9 aprel hadisələri oldu. Orada da bir neçə nəfər həlak oldu. Bu hərəkatlar bötövlükdə SSRİ-ni əhatə etmişdi. Amma Azərbaycandakı hərəkat daha “radikal” idi və bütöv bir millət vahid ideologiya ilə silahlanmışdı. Meydan hərəkatı xalqı özündə vahid şəkildə birləşdirə bildi. O zamankı hakimiyyət Moskvanın diktəsi ilə idarə olunurdu. Çox qorxaq bir siyasət sərgiləyirdi. Hətta 1991-ci ilin mart ayında SSRİ-nin saxlanması haqda saxta referendum da keçirildi. Halbuki xalq həmin səsvermədə iştirak etməmişdi. Xalq cəbhəsi isə müəyyən qədər radikal olsa da, xalqın ruhunu özündə əks etdirə bilirdi.

- Siz müəyyən müddət prezidentin müşaviri də işləmisiniz. Elə bir dövlət sirri varmı ki, artıq onun sirr müddəti bitib. Onu indi açmaq olar. Belə bir sirr varmı?

- Mənim işim elə bir iş idi ki, kənardan müşahidəçi qismində idim. Çünki hadisələrin içində deyildim. Həmin dövr dövlətçiliyin çox çətin mərhələsi idi. Ordu quruculuğu üçün maliyyə vəsaitləri yox idi. İpə-sapa yatmayan Sürət Hüseynov, Əlikram Hümbətovun silahlı dəstələri dövlət çevrilişinə cəhdlər etmişdilər. Rövşən Cavadovun OMON dəstəsinin etdikləri də çevrilişə cəhd idi. Məhz həmin dövrdə Heydər Əliyev bütün bunların qarşısını ala bildi. Rusiya və İranla əlaqələri yaxşılaşdırdı. MDB-yə üzv olmaqla, Rusiya ilə ölkəmiz arasında buzlar əriməyə başladı. Heydər Əliyev çox tez-tez Moskvaya gedib gəlirdi. Elçibəy isə cəmi bir dəfə Rusiyaya getdi. Ancaq istədiklərini tam əldə edə bilmədi. Amma Heydər Əliyev həm güney, həm də quzeydən gələn təhlükələri neytrallaşdıra bildi.

- Necə oldu ki, Sürət Hüseynovu ayağa qaldıran Moskva elə onu öz əlləri ilə də Azərbaycana təhvil verdi?

- Bu Heydər Əliyevin siyasi ustalığı sayəsində baş verdi. Moskvaya işini bilən adam lazım idi. Kreml gördü ki, Heydər Əliyev qısa bir zaman kəsiyində ölkəyə nəzarəti tam ələ ala bilib. Başladı onunla münasibətlər qurmağa. Burada həm də Heydər Əliyevin şəxsi tanışları, siyasi manevr qabiliyyəti də mühüm rol oynamışdı. Üstəlik həmin vaxt Moskvanın özündə də vəziyyət o qədər də yaxşı deyildi. Bir sözlə, Heydər Əliyev Moskvaya iradəsini diktə edə bilirdi.

- Qabil bəy, 1993-cü ilin ikinci yarısına qədər Azərbaycanla İranın əlaqələri çox pis şəkildə korlanmışdı. Amma cəmi altı ay sonra Horadiz əməliyyatı vaxtı İran erməniləri Füzulidən silib-süpürmək üçün öz ərazisindən ordumuza dəhliz verdi. Birdən-birə bu istiləşmənin səbəbi nə idi?

- Səbəb Heydər Əliyev idi. O, siyasət ustası idi. Onun siyasi ustalığı sahəsində bu buzlar əridi. Xalq cəbhəsi dövründə İrana qarşı reallığı mümkün olmayan iddialar irəli sürülmüşdü. Cəbhə heç Rusiya ilə münasibətlərə də bir o qədər qayğı göstərmirdi. O vaxtkı ölkə başçısı Heydər Əliyev İrana səfərə getdi. O zaman İranın prezidenti Rəfsəncani idi. Onunla görüşlər keçirdi. Ciddi razılaşmalar oldu. İran bizim ordunu silahlarla təchizatlandırmağa başladı. Ali dini lider Xəmneyi ilə söhbətlər oldu. Bu görüş daha səmimi alındı. O görüşlərdə mən də iştirak edirdim. Həmin görüşdə Heydər Əliyev Xamneyini Azərbaycan dilində danışmağa məcbur etdi. Amma rəsmi dil fars dili idi. Prezident dedi ki, biz Təbrizə, Xamneyə gedəcəkdik. Siz mənə söz vermişdiniz. Hər ikisinin gözləri yaşarmışdı. Xamneyinin gözündə yaşı gördüm. Bildik ki, nə də olsa içində bir az da olsa, azərbaycanlılıq hissləri qalıb. Biz İran səfərindən uğurlu və sərfəli nəticələrlə qayıtdıq. İran bizimlə yanaşı, qonşuluq siyasəti yürütməyə razılaşdı.

- Qabil bəy, 1997-98–ci illərdə müxalifət mitinqlərə on minlərlə insan toplaya bilirdi. Bu gün isə biz onu görmürük. Səbəb nədir?

- Müxalifət ən çox adamı 2003-cü ilin oktyabrında toplaya bilmişdi. Bu da 80-100 min civarında bir izdiham idi. Müxalifətin meydanlara toplaya bildiyi izdihamın ən pik nöqtəsi də bu olub. Bu hadisədən sonra müxalifət eniş dövrünə yuvarlanmağa başladı. Burada da onların şəxsi ambissiyalarının bir-birinin boğazından keçməməsi əsas rol oynadı.

- Bəy, bəs siz özünüz niyə Müsavat Partiyasından ayrıldınız?

- Mən ömrümün 12 ilini o partiyaya həsr etmişəm. Burada siyasi mübarizənin mənasız olduğunu gördüm. Mən aliməm. Özümü elm sahəsində gördüm. İndi texniki universitetdə dərs deyirəm. Gələcək üçün Azərbaycanın müdafiə sənayesi üzrə ixtisaslı kadrlar hazırlanmasında iştirak edirəm.

- Qarabağın erməni tapdağından azad edilməsinə inanırsınızmı?

- Əlbəttə inanıram. Prezident İlham Əliyevin apardığı uğurlu xarici və daxili siyasət nəticəsində biz tezliklə üçrəngli Azərbaycan Bayrağını Xankəndidən asacağıq. O gün uzaqda deyil.

- Sağ olun Qabil müəllim.

- Siz də sağ olun. İşlərinizdə uğurlar! Gəldiyiniz üçün təşəkkürlər!










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Pul qazanmaq çox çətindir... - Hər şey bahadır"
Dünən, 17:24
"Nəvəm günahsızdır" - Atasını öldürən şəxsin babası məhkəmədə ifadə verdi
Dünən, 17:20
Milli Onkologiya Mərkəzi tibbi avadanlıqlara 50,3 milyon manat xərcləməyə hazırlaşır
Dünən, 17:14
Yazarlar borclarını ödəməyə başlayıblar: AYB-də "təmizləmə" olmayacaq? - AKTUAL
Dünən, 17:13
Bakılı qadın Rusiyada nazir postuna gətirildi - DOSYE
Dünən, 17:11
Vaşinqtonda Azərbaycanla bağlı kritik qərar – ABŞ rəsmisinin bəyanatının şifrəsi…
Dünən, 17:09
Ayda 22 milyon ziyan: - Paşinyan Rusiyanın imtina etdiyi malları Azərbaycana göndərəcək?
Dünən, 17:05
Zaxarova erməniləri Paşinyanın əleyhinə səs verməyə çağırdı - AÇIQLAMA
Dünən, 16:59
Ermənistanın KTMT-dən çıxması məsələsi müzakirə olunub? - KİV
Dünən, 16:50
NİYƏ SƏFƏRBƏR OLA BİLMİRİK... AXI NİYƏ... - 1 bütöv gün çəkən prosedur...
Dünən, 16:49
“NAS Project BOKT” idarəetmə strukturunda bir sıra dəyişiklər baş verib
Dünən, 16:40
Müharibə İrandan Azərbaycana gələn turistlərin sayına necə təsir edib? - TƏFƏRRÜAT
Dünən, 16:35
Bulvarda yığılan pullar kimə çatırdı? - İlqar Mustafayevin CİNAYƏT İŞİ
Dünən, 16:28
Məşhur prodüserin adı Hövsandakı adam oğurluğu qalmaqalında hallanır - TƏFƏRRÜAT
Dünən, 16:24
“Bakcell”in dəstəyi ilə “boolood” İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə
Dünən, 16:23
"15 yaşımdan çəkdiyim zəhmət, fədakarlıqlar..."
Dünən, 16:20
Paşinyan səhvini etraf etdi: - “Mən "Qarabağ Ermənistandır, nöqtə" deyən insanam”
Dünən, 15:51
Etibar Əliyevdən Baba Vəziroğluna: - "70-i keçənlər çəkilməsə, fəlakət daha da genişlənəcək"
Dünən, 15:48
Bu il regionda ən zəif iqtisadi artım Azərbaycanda olacaq – AYİB
Dünən, 15:46
Direktor niyə məktəbə gəlmir? - Valideyn və müəllimlər narazıdır
Dünən, 15:43
Neftçi MTK-nin benefisiar (real) sahibi kimdir? - Aldadılmış neftçinin pulunu qaytarın!!!
Dünən, 15:35
Leysan “Şuşa qalası”nın bir hissəsini uçurub: Bərpası üçün 240 min ayrıldı - TƏFƏRRÜAT
Dünən, 15:29
EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib
Dünən, 15:26
Mehriban Abasquliyeva məhkəməyə qayıtmadı - “Xəstəxanaya çatdırıldı”
Dünən, 15:24
Paşinyan Ermənistandakı seçkilərdən sonra Putinlə görüşmək üçün Rusiyaya səfər etməyi planlaşdırır
Dünən, 15:17
"Hər dəfə belə kəsik olanda içində nəsə çatmır..." - AXI NİYƏ?
Dünən, 13:42
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
Dünən, 13:32
44 günlük savaşın gizli məğlubu bu ölkədir - Ermənistan sevgisinin sirri açılır...
Dünən, 13:30
Karapetyanın adamları hakim partiya üzvlərinə hücum çəkdi – İstintaq başlayıb...
Dünən, 13:28
Bakıda pubda qadını döyərək saçından yerlə sürüyən dostlara elektron qolbaq taxıldı
Dünən, 13:26
Bu liseyin direktoru işdən çıxdı - FOTO
Dünən, 13:21
Zemfira ilə Afaq Gəncəli arasında QARŞIDURMA - “Reytinq yığmaq üçün...”
Dünən, 13:18
Hakim Elnur Nuriyev dələduzu azad etdi, təkrar cinayət törətdi – İnam Kərimova MÜRACİƏT
Dünən, 13:16
Suğra Bağırzadə illərdir gizli saxladığı SİRR-i bölüşdü - çəkildiyi filmlərdə rejissorlarla şərt kəsib ki...
Dünən, 13:12
Telman Qasımov Rusiyada yaşayan azərbaycanlıları təhqir edib? - “Kəsilmiş çıxışıma baxsam, elə mən də söyərəm”
Dünən, 13:09
Rusiyadan Ermənistanla bağlı şok hesabat: - Bütün iplər qopur
Dünən, 13:07
Haqqını tələb edən işçiyə verilən cavab eyni olur: Ərizəni yaz, çıx get... - BU BİR "AZƏRİQAZ" reallığıdır...
Dünən, 13:02
Paşinyan qondarma “qəhrəman”ların adını məktəblərdən çıxarır - “ArmLur” saytı
Dünən, 12:55
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:52
`Post Cargo` POST OLUB GETDİ! - NARAZILIQ VAR...
Dünən, 12:44
"İstifadəçi niyə bu iki qurum arasında “ötürülməlidir”?" - ETİRAZ VAR...
Dünən, 12:38
Əli Əhmədovun oğlu baş həkim təyin edildi - ƏMR
Dünən, 12:28
Ətin qiyməti düşəcək, yoxsa qalxacaq? - Ekspert bütün riskləri açıqladı
Dünən, 12:27
Quru sərhədlərlə bağlı mühüm xəbər – Şəxsi maşınlar Türkiyəyə necə keçir?
Dünən, 12:22
Simvolik qisas və Çingiz xan prospekti - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 12:18
Ermənistan Rusiyanı istismar edir - Volodin belə deyir...
Dünən, 12:17
ÇOX OLMADI Kİ: “Məzun günü” tədbiri üçün 156 min manat... - DETALLAR...
Dünən, 12:12
ABŞ şirkətinin Azərbaycandakı törəməsi kapitalını 4.5 milyon dollar azaldıb
Dünən, 12:07
Azərbaycanda əmlakın qiymətləndirilməsi qaydası dəyişir - Narazılıq var
Dünən, 12:03
“Əsgər yanına gedirik, bəlkə benzininiz olar?” – Yeni DƏLƏDUZLUQ
Dünən, 11:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru