Ermənistanın KTMT-dən çıxması məsələsi müzakirə olunub? .....                     NİYƏ SƏFƏRBƏR OLA BİLMİRİK... AXI NİYƏ... .....                     “NAS Project BOKT” idarəetmə strukturunda bir sıra dəyişiklər baş verib .....                     Müharibə İrandan Azərbaycana gələn turistlərin sayına necə təsir edib? .....                     Bulvarda yığılan pullar kimə çatırdı? .....                     Məşhur prodüserin adı Hövsandakı adam oğurluğu qalmaqalında hallanır .....                     “Bakcell”in dəstəyi ilə “boolood” İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə .....                     "15 yaşımdan çəkdiyim zəhmət, fədakarlıqlar..." .....                     Paşinyan səhvini etraf etdi: .....                     Etibar Əliyevdən Baba Vəziroğluna: .....                     Bu il regionda ən zəif iqtisadi artım Azərbaycanda olacaq .....                     Direktor niyə məktəbə gəlmir? .....                     Neftçi MTK-nin benefisiar (real) sahibi kimdir? .....                     Leysan “Şuşa qalası”nın bir hissəsini uçurub: Bərpası üçün 240 min ayrıldı .....                     EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib .....                     Mehriban Abasquliyeva məhkəməyə qayıtmadı .....                     Paşinyan Ermənistandakı seçkilərdən sonra Putinlə görüşmək üçün .....                     "Hər dəfə belə kəsik olanda içində nəsə çatmır..." .....                     Hakim ona 1 saat vaxt verdi .....                     44 günlük savaşın gizli məğlubu bu ölkədir .....                     Karapetyanın adamları hakim partiya üzvlərinə hücum çəkdi .....                     Bakıda pubda qadını döyərək saçından yerlə sürüyən dostlara elektron qolbaq taxıldı .....                     Bu liseyin direktoru işdən çıxdı .....                     Zemfira ilə Afaq Gəncəli arasında QARŞIDURMA .....                     Hakim Elnur Nuriyev dələduzu azad etdi, təkrar cinayət törətdi .....                     Suğra Bağırzadə illərdir gizli saxladığı SİRR-i bölüşdü .....                     Telman Qasımov Rusiyada yaşayan azərbaycanlıları təhqir edib? .....                     Rusiyadan Ermənistanla bağlı şok hesabat: .....                     Haqqını tələb edən işçiyə verilən cavab eyni olur: Ərizəni yaz, çıx get... .....                     Paşinyan qondarma “qəhrəman”ların adını məktəblərdən çıxarır .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     `Post Cargo` POST OLUB GETDİ! .....                     "İstifadəçi niyə bu iki qurum arasında “ötürülməlidir”?" .....                     Əli Əhmədovun oğlu baş həkim təyin edildi .....                     Ətin qiyməti düşəcək, yoxsa qalxacaq? .....                     Quru sərhədlərlə bağlı mühüm xəbər .....                     Simvolik qisas və Çingiz xan prospekti .....                     Ermənistan Rusiyanı istismar edir .....                     ÇOX OLMADI Kİ: “Məzun günü” tədbiri üçün 156 min manat... .....                     ABŞ şirkətinin Azərbaycandakı törəməsi kapitalını 4.5 milyon dollar azaldıb .....                 

İlyas İsmayılovdan spikerə: “Konstitusiyanın tələbləri nəyin naminə pozulur?”
Tarix: 15-09-2014, 11:29 | Çap et
İlyas İsmayılovdan spikerə: “Konstitusiyanın tələbləri nəyin naminə pozulur?”
Yəqin xatırlayırsınız, Milli Məclisin deputatı, Ədalət Partiyasının sədri İlyas İsmayılov bir müddət əvvəl deputat mandatı daşıyan ali məktəb rektorları və icra strukturlarında çalışan digər şəxslərlə bağlı prezident İlham Əliyevə müraciət etmişdi.

İ.İsmayılovun həmin müraciətinə Prezident Administrasiyasından rəsmi cavab verilməsə də bildirilmişdi ki, bu məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) səlahiyyətindədir.

Bundan sonra İ.İsmayılov MSK-ya məktub göndərmiş və qeyd etmişdi ki, Konstitusiyanın müvafiq maddəsinə görə, icra və məhkəmə sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər deputat seçilə bilməzlər.

Lakin nədənsə deputatın bu müraciətinə MSK tərəfindən heç bir reaksiya verilmədi. Niyə?

Virtualaz.org saytının əməkdaşı bu və digər suallarla İlyas İsmayılovun özünə müraciət edib. Deputat deyib:

-Bəli, mən MSK sədri Məzahir Pənahova üç dəfə yazılı müraciət edərək Azərbaycan Respublikası Konstitusiyasının 85-ci və Seçki Məcəlləsinin 173-cü maddələrinə zidd olaraq universitet rektorlarının, açıq səhmdar cəmiyyətləri, dövlət şirkətləri rəhbərlərinin, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslərin məhz onun “səhvi” üzündən deputat mandatına yiyələnmələrini diqqətinə çatdırmış, həmin şəxslərin ya deputat mandatından məhrum edilmələri, ya da tutduqları vəzifədən qeyd-şərtsiz azad olunmaları üçün tədbir görməsini xahiş etmişdim. Amma MSK məktubumla bağlı nəinki tədbir görmədi, heç mənə cavab da vermədi.

Məhkəməyə müraciət etməli oldum. MSK məhkəməni də saymadı, onun iki iclasına gəlmədi. Üçüncü dəfə məhkəməyə bildirdi ki, guya mənim məktublarımı almayıblar. Məcbur olub məktublarımın MSK-ya göndərilməsinə dair Milli Məclisin ümumi şöbəsindən arayış aldım və məhkəməyə təqdim etdim. Bundan sonra MSK-nın katibi Arifə Muxtarova 30 may tarixində 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin hakimi Şərafət Məmmədovaya məktub göndərərək etiraf etdi ki, mənim 07 iyun, 18 oktyabr 2013-cü il və 30 yanvar 2014-cü il tarixli məktublarımı alıblar. Və guya məsələni hər dəfə mənimlə ətraflı müzakirə ediblər, MSK tərəfindən də guya müvafiq tədbir görülüb.

Əslində isə mənimlə heç kim söhbət etməyib. Mən sədrə “nə üçün mənim məktubuma cavab vermirsiniz” deyəndə bildirib ki, “sizin təkliflərinizi, Allah qoysa, 2015-ci ildə nəzərə alarıq”. Komissiyanın katibi Mikayıl Rəhimova zəng edəndə isə o dedi ki, “səhv etmişik, gərək mandatları verməzdən əvvəl onların işdən çıxmaları haqda sənəd alaydıq”.

Onu da qeyd edim ki, MSK katibinin məhkəməyə göndərdiyi həmin məktubda mənim qaldırdığım məsələnin mahiyyətini təhrif etməyə və gizlətməyə də çalışılıb. Daha dəqiq desəm, orada məktubum “qanunvericiliyin təfsiri ilə əlaqədar təklif xarakterli” adlandırılıb. Halbuki mən konkret göstərmişəm ki, qanunvericiliyə zidd olaraq deputat mandatı daşıyan şəxslərin bu mandatdan məhrum edilmələri və ya tutduqları vəzifədən qeyd-şərtsiz azad olunmaları üçün tədbir görülsün.

Doğrusu, adam bilmir ki, MSK-nın bu hərəkətlərinə, yalanlarına nə desin. Onu da başa düşə bilmirəm ki, MSK və onun sədri Məzahir Pənahovun sözün əsl mənasında hoqqalarına nə üçün “dözümlülük” göstərilir?! Qanunu pozan, öz səhvini bilib etiraf etməyi bacarmayan bu insanı nə üçün müdafiə edirlər? Halbuki vaxtilə müdriklərin dediyi kimi, düz yola gəlməyin birinci şərti səhvi etiraf etməkdir.

Hər bir dövlət qurumunun - indiki halda MSK-nın öz səhvlərinə münasibəti onun nə qədər ciddi olduğunu və xalq qarşısında öz vəzifələrini necə yerinə yetirdiyini göstərən ən mühüm meyarlardan biridir. Səhvi açıq etiraf etmək, onu diqqət və məsuliyyətlə müzakirəyə çıxarmaq, yuxarıda deyilənlərlə bahəm həm də vətəndaşları tərbiyə etmək və öyrətmək vasitəsidir...

-Səhv etmiriksə, siz sonradan bu məsələni bir daha gündəmə gətirdiniz və Milli Məclisdə təmsil olunan oliqarx-deputatların mandatına xitam verilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etdiniz.

-Elədir. Mən Konstitusiya Məhkəməsinə də müraciət etdim. Mənə cavab gəldi ki, “deputatın sorğusuna cavab verilmir, Milli Məclis belə bir sorğu göndərsə, cavab verərik”. Həmin cavaba uyğun olaraq 3 fevral 2014-cü il tarixdə Milli Məclisin sədri Oqtay Əsədova müraciət etdim ki, birincisi, qanunverici orqanın rəhbəri kimi, səlahiyyətlərindən istifadə edərək deputat statusu ilə bir araya sığmayan vəzifəni tutmaqda və fəaliyyəti həyata keçirməkdə davam edən şəxslərin deputat mandatından məhrum edilməsi barədə Mərkəzi Seçki Komissiyasına müraciət etsin. İkincisi, Konstitusiyanın 85 və 89-cu maddələrinin şərh olunması üçün Konstitusiya Məhkəməsinə sorğu verilməsi barədə məsələni Milli Məclisin müzakirəsinə çıxarsın. Çox təəssüf ki, bu şəxsdən də bir cavab yoxdur.

Konstitusiya Məhkəməsinin cavabını, formal baxımdan hardasa düz saymaq olar. Bununla yanaşı soruşuram: nə üçün Konstitusiya Məhkəməsi göstərilən şəxslərin tutduqları vəzifədən azad olunmadıqlarını bilə-bilə Konstitusiya və Seçki Məcəlləsinə zidd olaraq onların mandatını təsdiq etmişdi? Yaxud öz səhvini heç olmazsa sonradan düzəldə bilməzdimi?

- Bir ara boş qalmış deputat yerləri haqda da məsələ qaldırmışdınız. Onda həmin yerlərin sayı 3 idi. Mübariz Qurbanlının məlum təyinatından sonra 4 oldu. O müraciətinizə nə cavab verdilər?

-Qanuna görə, Seçki Məcəlləsinin 176.4-cü maddəsinə əsasən deputat mandatının boş qalmasından sonra bir ay ərzində vakant yerlərə seçkilər keçirilməlidir, amma neçə aylardır ki, bu, baş vermir. Bu, ciddi qanun pozuntusudur. Əslində vətəndaşların seçib-seçilmək, dövlətin idarə olunmasında iştirak etmək kimi siyasi hüquqlarının pozulmasıdır. Bu məsələyə bazar təfəkkürü prizmasından deyil, məhz belə yanaşılmalıdır. Ancaq heç kim bu barədə danışmır, məsələnin həlli üçün tədbir görülməyib və bu gün də görülmür. Zənnimcə, bu elə sualınıza cavabdır. Yəni spiker bu müraciətə, iradlara da məhəl qoymayıb.

-Sizcə, müraciətlərinizə bu cür yanaşma nə ilə bağlıdır? Sualı başqa cür də qoymaq olar: sizə elə gəlmirmi ki, bütün bu “soyuqluğun” kökündə spikerlə məlum mübahisəniz durur?

-Güman etmirəm. O bir epizod idi, oldu getdi. Görünür, sonradan həmin mübahisəyə görə özləri də peşman oldular. Ən azı parlamentin o iclasının rəsmi stenoqramını dəyişmələri belə düşünməyə əsas verir.

-Yeri gəlmişkən, o vaxt Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyevə məktub göndərərək həmin stenoqram məsələsinə görə onları saxtakarlıqda ittiham etmişdiniz. O məktubun taleyi necə oldu?

-O məktub da, çox təəssüf ki, bayaqdan haqqında danışdığımız məktubların taleyini yaşadı.

-Maraqlıdır, bütün bunlardan sonra nə etmək, hansı addımları atmaq fikrindəsiniz? Ən əsası: inanırsınızmı ki, cəhdləriniz hansısa nəticə verəcək?

-Bilirsiniz, söhbət heç də məndən və ya mənim hansısa müraciətlərimdən getmir. Məsələ ondadır ki, biz 17 yanvar, 2001-ci ildə Avropa Şurasına qəbul olunmuşuq. Avropa Şurası azadlığa, demokratiyaya, insan hüquqlarının təminatına və qanunun aliliyinə əsaslandığını iddia edən Avropa birliyidir. Avropa Şurasına daxil olan dövlət də Şuranın Nizamnaməsinin 3-cü maddəsinə əsasən qanunun aliliyinə hörmət etmək və insan hüquqlarını təmin etmək gücündə və əzmində olmalıdır. AŞ-nin üzvü olan ölkə bu məqsədin həyata keçirilməsi üçün onunla səmimi və fəal əməkdaşlıq etməlidir. Ölkəmiz Avropa Şurasına qəbul edilərkən Azərbaycan Respublikası prezidentinin, Milli Məclis sədrinin, baş nazirin, habelə parlamentdə təmsil olunan partiya sədrlərinin məktubları nəzərə alınıb və Azərbaycan üzərinə yuxarıda göstərilən prinsiplərə əməl edəcəyi barədə öhdəlik götürüb.

Məhz bunu nəzərə alaraq Azərbaycanın dövlət strukturları, o cümlədən yuxarıda haqqında danışdığımız qurumları - Konstitusiya Məhkəməsi, Milli Məclisi, MSK-sı, məhkəmələri Avropa Şurası qarşısında götürdüyümüz öhdəliklərə biganə münasibət bəsləməməlidir. Çünki son nəticədə bu, təkcə onların özlərinə yox, bütövlükdə Azərbaycanımızın adına xələl gətirir. Buna isə yol vermək olmaz. Axı dövlətin nüfuzu, ona inam həm də onun öz üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirmək qabiliyyətilə müəyyən olunur.

Bir məsələ məni həmişə olduğu kimi indi də çox düşündürür: əsas qanunumuz olan konstitusiyamızın və Seçki Məcəlləsinin imperativ tələbləri nəyin naminə pozulur? Nə üçün qanun pozuntuları aradan qaldırılmır? Məmur özbaşınalıqları və şəxsi maraqlar niyə ölkənin maraqlarından üstün tutulur?

Biz konstitusiyamızda hüquqi dövlət qurduğumuzu bütün dünyaya elan etmişik. Bu dövlətdə heç kim özünü qanundan üstün tutmamalıdır, qanun qarşısında hamı bərabər olmalıdır. Düşünürəm ki, göstərilən qanun pozuntularını müdafiə edərək yersiz və acı gülüş doğuran inadkarlıq göstərmək əvəzinə sağlam düşüncədən və ölkənin maraqlarından çıxış edərək bu tələbə əməl etsək işimiz yaxşı gedər, insanları dövlətin varlığı və gələcək inkişafı üçün mühüm şərt olan qanuna hörmət ruhunda tərbiyə etmək sahəsində uğurlar qazanarıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanın KTMT-dən çıxması məsələsi müzakirə olunub? - KİV
Bu gün, 16:50
NİYƏ SƏFƏRBƏR OLA BİLMİRİK... AXI NİYƏ... - 1 bütöv gün çəkən prosedur...
Bu gün, 16:49
“NAS Project BOKT” idarəetmə strukturunda bir sıra dəyişiklər baş verib
Bu gün, 16:40
Müharibə İrandan Azərbaycana gələn turistlərin sayına necə təsir edib? - TƏFƏRRÜAT
Bu gün, 16:35
Bulvarda yığılan pullar kimə çatırdı? - İlqar Mustafayevin CİNAYƏT İŞİ
Bu gün, 16:28
Məşhur prodüserin adı Hövsandakı adam oğurluğu qalmaqalında hallanır - TƏFƏRRÜAT
Bu gün, 16:24
“Bakcell”in dəstəyi ilə “boolood” İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə
Bu gün, 16:23
"15 yaşımdan çəkdiyim zəhmət, fədakarlıqlar..."
Bu gün, 16:20
Paşinyan səhvini etraf etdi: - “Mən "Qarabağ Ermənistandır, nöqtə" deyən insanam”
Bu gün, 15:51
Etibar Əliyevdən Baba Vəziroğluna: - "70-i keçənlər çəkilməsə, fəlakət daha da genişlənəcək"
Bu gün, 15:48
Bu il regionda ən zəif iqtisadi artım Azərbaycanda olacaq – AYİB
Bu gün, 15:46
Direktor niyə məktəbə gəlmir? - Valideyn və müəllimlər narazıdır
Bu gün, 15:43
Neftçi MTK-nin benefisiar (real) sahibi kimdir? - Aldadılmış neftçinin pulunu qaytarın!!!
Bu gün, 15:35
Leysan “Şuşa qalası”nın bir hissəsini uçurub: Bərpası üçün 240 min ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 15:29
EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib
Bu gün, 15:26
Mehriban Abasquliyeva məhkəməyə qayıtmadı - “Xəstəxanaya çatdırıldı”
Bu gün, 15:24
Paşinyan Ermənistandakı seçkilərdən sonra Putinlə görüşmək üçün Rusiyaya səfər etməyi planlaşdırır
Bu gün, 15:17
"Hər dəfə belə kəsik olanda içində nəsə çatmır..." - AXI NİYƏ?
Bu gün, 13:42
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
Bu gün, 13:32
44 günlük savaşın gizli məğlubu bu ölkədir - Ermənistan sevgisinin sirri açılır...
Bu gün, 13:30
Karapetyanın adamları hakim partiya üzvlərinə hücum çəkdi – İstintaq başlayıb...
Bu gün, 13:28
Bakıda pubda qadını döyərək saçından yerlə sürüyən dostlara elektron qolbaq taxıldı
Bu gün, 13:26
Bu liseyin direktoru işdən çıxdı - FOTO
Bu gün, 13:21
Zemfira ilə Afaq Gəncəli arasında QARŞIDURMA - “Reytinq yığmaq üçün...”
Bu gün, 13:18
Hakim Elnur Nuriyev dələduzu azad etdi, təkrar cinayət törətdi – İnam Kərimova MÜRACİƏT
Bu gün, 13:16
Suğra Bağırzadə illərdir gizli saxladığı SİRR-i bölüşdü - çəkildiyi filmlərdə rejissorlarla şərt kəsib ki...
Bu gün, 13:12
Telman Qasımov Rusiyada yaşayan azərbaycanlıları təhqir edib? - “Kəsilmiş çıxışıma baxsam, elə mən də söyərəm”
Bu gün, 13:09
Rusiyadan Ermənistanla bağlı şok hesabat: - Bütün iplər qopur
Bu gün, 13:07
Haqqını tələb edən işçiyə verilən cavab eyni olur: Ərizəni yaz, çıx get... - BU BİR "AZƏRİQAZ" reallığıdır...
Bu gün, 13:02
Paşinyan qondarma “qəhrəman”ların adını məktəblərdən çıxarır - “ArmLur” saytı
Bu gün, 12:55
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:52
`Post Cargo` POST OLUB GETDİ! - NARAZILIQ VAR...
Bu gün, 12:44
"İstifadəçi niyə bu iki qurum arasında “ötürülməlidir”?" - ETİRAZ VAR...
Bu gün, 12:38
Əli Əhmədovun oğlu baş həkim təyin edildi - ƏMR
Bu gün, 12:28
Ətin qiyməti düşəcək, yoxsa qalxacaq? - Ekspert bütün riskləri açıqladı
Bu gün, 12:27
Quru sərhədlərlə bağlı mühüm xəbər – Şəxsi maşınlar Türkiyəyə necə keçir?
Bu gün, 12:22
Simvolik qisas və Çingiz xan prospekti - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 12:18
Ermənistan Rusiyanı istismar edir - Volodin belə deyir...
Bu gün, 12:17
ÇOX OLMADI Kİ: “Məzun günü” tədbiri üçün 156 min manat... - DETALLAR...
Bu gün, 12:12
ABŞ şirkətinin Azərbaycandakı törəməsi kapitalını 4.5 milyon dollar azaldıb
Bu gün, 12:07
Azərbaycanda əmlakın qiymətləndirilməsi qaydası dəyişir - Narazılıq var
Bu gün, 12:03
“Əsgər yanına gedirik, bəlkə benzininiz olar?” – Yeni DƏLƏDUZLUQ
Bu gün, 11:57
Ermənistan üçün Rusiya asılılığı bitir? -Aİ görünməmiş iqtisadi güzəştlərin düyməsinə basdı
Bu gün, 11:50
"Prior Leasing"in səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 11:49
"60 manatın cəmi 25 manatını qaytardılar..." - GİLEY
Bu gün, 11:47
Süleyman Mikayılovun müavini və digərlərinin işi yüngülləşdi - TƏFƏRRÜAT
Bu gün, 11:41
Məşhur biznesmen həbsdən yayındı, yoxsa qanunun tələbi elə budur? – Qalmaqallı məhkəmə hökmünün hüquqi tərəfləri
Bu gün, 11:36
Anar Bayramov daha 2 rəhbər şəxsi vəzifədən uzaqlaşdırdı - BUNDAN SONRA...
Bu gün, 11:35
Kremlin ilginc Güney Qafqaz PLANI – Azərbaycan da...
Bu gün, 11:34
İsi Mustafayev yüksək vəzifəyə təyin edildi - ƏMR
Bu gün, 11:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru