Putin İrəvandan əl çəkənə oxşamır... .....                     Qusarın təzə başçısı da köhnə başçının YOLUNU GEDİR... .....                     AZERCELL abunəçiləri rəsmən BOĞAZA YIĞILIB .....                     Tramp neftin qiymətinin yaxın vaxtlarda kəskin ucuzlaşacağını gözləyir .....                     Başçının yaman günə qoyduğu GORANBOY .....                     Qoşqar Təhməzliyə güvənib yesəydik... .....                     ABB sanki bir kor quyudur... .....                     Banklarda nə baş verir? .....                     "Sağ olsun, həmin gecədə mənim yanımda oldu və..." .....                     "Vip Logistics Company" fəaliyyətini dayandırdı: On minlərlə manatlıq vergi borcu ilə .....                     Lukaşenkonun Bakıya dəstəyi və "300 min Qərbi azərbaycanlı" qorxusu .....                     Trampın kompensasiya fondu Konqresdəki etirazlardan sonra dayandırılıb .....                     Erməni spiker Bakıya gələcək... .....                     Azərbaycanda yeni vəziyyət: uşaqpulu bu formada verilə bilər .....                     Yerli maliyyə idarələri ləğv edildi .....                     DOST Agentliyində yeni təyinatlar .....                     İrana qarşı yeni plan: .....                     Xalq artistindən həmkarlarına: .....                     Sürücü onu binaya buraxmayan mühafizəçini döydü .....                     Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək olub .....                     Rubio köməkçisini Azərbaycana niyə göndərib? .....                     Antikorrupsiya Komitəsi Ermənistanda seçkiqabağı rüşvət işi üzrə .....                     Rusiyanın Ermənistandakı səfiri ilə məsləhətləşmələr aparılır .....                     Paşinyan Putinin qarşısından geri çəkildi .....                     Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması hansı nəticələri verə bilər? .....                     Paşinyan axırda Avropaya qaçacaq .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Dövlət tapşırığı”... .....                     Rusiya müharibəni dayandırmaq istəyir, Putin əmr verdi .....                     "Azəristiliktəchizat" auditor seçib .....                     "Hüquq-mühafizə orqanlarına məlumat versinlər" .....                     "Biz ABŞ və ya başqa ölkələrlə bənzər saziş imzalamamışıq" .....                     Ermənistana dəstəyi davam etdirəcəyik .....                     Orta məktəblərdə dərs deyən 30 min müəllimin ali təhsili yoxdur .....                     ATB digər bankdakı iştirak payını dayandırıb .....                     Səsləndirdiyi fikirlərə görə linç edilən Bəkirqızı DANIŞDI .....                     Paşinyan nə qədər səs toplayacaq? .....                     Neftin qiyməti yenidən yüksəldi .....                     Ağsunun Bico kəndi boşalır: .....                     Sabah BTQ dəmir yolu modernləşdirilmədən sonra istifadəyə veriləcək .....                     Direktor sosial şəbəkədəki paylaşımlarına görə işdən çıxarılıb? .....                 

“80 manatla yaşamaq olmaz” - deputat
Tarix: 24-06-2024, 15:14 | Çap et
“80 manatla yaşamaq olmaz”
Lent.az-ın “Rəsmilərlə qeyri rəsmi” rubrikasında növbəti müsahibi, “Şöhrət” ordenli deputat Arzu Nağıyevdir

- Arzu müəllim, mən sizi əslən tovuzlu bilirdim, amma haqqınızdakı məlumatlarda doğum yeriniz Oğuz rayonu yazılıb.

- Tovuzluyam. Anamla atam təyinatla Oğuzda həkim işləyiblər, orda doğulmuşam deyə sənədimdə elə yazılıb.Tovuzun Bozalqanlı kəndində böyüyüb məktəbi də orada bitirmişəm.

- Öncələr inşaat mühəndisi, sonra Dövlət Təhlükəsizlik Komitəsinin Əməkdaşı, Media orqanında rəhbər, Yazıçılar Birliyinin üzvü, şair və deputat. Bütün bu fərqli sahələr sizin həyatınızda necə birləşib?

- Orta məktəbi bitirdikdən sonra Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən xaricdə təhsil proqramı çərçivəsində 1985-ci ildə Moskva İdarəetmə İnstitutunun Tikinti və şəhər təsərrüfatının idarə edilməsinin təşkili bölməsindən məzun oldum. 1985–1987-ci illərdə Azərbaycan Sənaye-Tikinti Nazirliyinin 4 saylı trestində iqtisadçı və baş iqtisadçı vəzifələrində, 1987–1989-cu illərdə komsomolun Nərimanov rayon Komitəsinin təlimatçısı və şöbə müdiri işləyirdim. O zaman belə bir təklif gəldi, razılaşdım. 2 il oxuduqdan sonra 1991–2011-ci illərdə Dövlət Təhlükəsizliyi Komitəsində, daha sonra isə Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmətdə oldum. 30 il əməliyyat müvəkkili -şöbə rəisi vəzifələrində çalışmışam.

- Adətən deyirlər, bu peşədə işləyənlərin ailələrinin belə onların nə iş görməsindən xəbəri olmur...

- Orda bir tam məxfi qrup var, bir də məxfi. Mənim ətrafımdakılar harada işlədiyimi bilirdilər, amma nə iş gördüyümü bilmirdilər. Bunu ancaq iş yoldaşlarım və rəislərim bilirdi.

- Hələ də gizlətdiyiniz sirlər var?

- Var və yəqin ki, mənimlə məzara gedəcəklər. Ümumiyyətlə, bu peşə çox maraqlı, maraqlı olduğu qədər də məsuliyyətlidir. Hər bir əməliyyat işçisinin ikili həyatı var, onu heç vaxt açıqlamaq olmaz.

- Deputat olduqdan sonra həyatınızda, ətrafınızda çox şey dəyişdi?

- Yox. Bəzi məqamlar oldu ki, onları mən özüm bir az çərçivəyə salmalı oldum.

- Köhnə peşə vərdişi olaraq insanlarla tanışlıq, yoldaşlıq edərkən, onların kimliyini araşdırıb, ələdiyiniz olur?

- Olur. Hətta sosial şəbəkədə dostluq təklifləri göndəriləndə belə, araşdırıram, o adamın yaşam tərzini, həyata baxışını nəzərdən keçirirəm.

- Dostlarınız çoxdur?

- Var. Amma çox deyil. Hər oturub çörək yediyin adama da dost deyilməz. Dost ailənin içinə buraxdığın, evinin açarını verib, “biz evdə yoxuq, evimizə bax” deyə biləcəyin qədər güvəndiyin adamdır.

- Səhvlərinə görə uzun illər yol getdiyiniz dostlarla yolunuzu ayırmısınız ?

- Olub. Bir zamanlar çox şirin dostluq olub. Sonra müəyyən fikir ayrılıqlarına görə uzaqlaşmışıq. Mənim məramıma, düşüncələrimə, əqidəmə zidd olanda uzaqlaşıram. Mənim məramım dövlətdir, dövlətçilikdir. Həmişə fəxr eləmişəm ki, çiyinlərimdə, alnımda dövlətin gerbini gəzdirmişəm.

- Özünüzü hansı yaşda hiss edirsiniz?

- Vallah sənədə baxmayınca inanmıram ki, mənim 61 yaşım var. Deyirlər kişilər hiss etdikləri, qadınlar isə göstərdikləri yaşdadırlar. Necə deyərlər, dəyərəm yüz cavana. Özümü hardasa 40 yaşımda hiss edirəm.

- Bürclərə inanırsınız?

- Şir bürcüyəm. Çox inanmasam da, bu bürcün xüsusiyyətlərinin məndə olduğunu görürəm. Liderlik qabiliyyəti, çətinliklərdən qorxmamaq, öz dəmir prinsipləri olmaq və s.

- Hobbiniz var?

- Rəsm qabiliyyətim yaxşıdır. Köhnə mebellləri restavrasiya etmək, piano çalmaq hobbimdir. Yaxşı çalıram pianoda. Hətta bir neçə bəstələrim də var. Gənclikdə ov eləməyi sevirdim. Yaxşı ov köpəklərim və ov silahlarım var idi.

- Heç yalan danışmısınız?

- Bir dəfə atamdan soruşdum ki, yalan demək olar, ya yox. O dedi ki, bəzən acı həqiqətdənsə şirin yalan yaxşıdır. Bir insana ümid vermək, həyata bağlamaq üçün. Belə baxıram, yalanım olubsa da az olub, elə bu məqsədlə olub. Yalandan sözlər verib, böyük-böyük danışmamışam. Əslində mənim peşəmlə yalan danışmaq heç mümkün də deyildi.

- Borc verməyi xoşlayırsınız?

- Vallah o qədər borc verdim, sonra qaytarmadılar ki, indi biri min manat borc istəyəndə deyirəm, al bu 200 manatı, olanım budur, geri istəmirəm, məndən borc istəmə. Əlimlə verib, ayağımla axtarmaqdan xoşum gəlmir.

- Siz həm də I Qarabağ müharibəsi iştirakçısınız. Bildiyimə görə uzun illər başınızda qəlpə ilə gəzmisiniz.

- Hə əridimi, çürüdümü bilmirəm, yoxa çıxdı o qəlpə. Amma heç vaxt onun varlığı məni narahat eləməmişdi. Qarabağ müharibəsinə 1990-cı ilin aprel ayında getmişəm. Onda DTK da kapitan idim, amma adi döyüşçü kimi iştirak eləmişik. Allah rəhmət eləsin, bu yaxınlarda Milli Qəhrəman Riad Əhmədovun nəşi tapılıb dəfn edildi, mən də dəfndə iştirak elədim. O bizim xüsusi təyinatlı dəstələrin komandiri idi. Çaykənd əməliyyatı ilə döyüşlərə başlamışıq. Bu ermənilərin ən qorxduğu əməliyyat olub, hələ də “operasiya kolso” (üzük əməliyyatı) deyə xatırlayırlar onu. 131 gün döyüş bölgələrində olmuşam. Vətən qarşısında borcumu yerinə yetirməyimlə fəxr eləyirəm. Bir də fəxrlə veteran pulu alıram, ayda 80 manat. O pulu xərcləmirəm, kartda toplayıram.

- Sizcə 80 manat az deyil?

- Azdır, 80 manatla yaşamaq olmaz və bu barədə dəfələrlə Milli Məclisdə məsələ qaldırmışam.

- Ölüm qorxusu yaşamısınız?

- Döyüş zamanı bir dəfə hiss elədim ki, snayper başımı nişan alıb. Avtomatı alnıma tutdum, atəş açıldı, avtomatın dəstəyi alnımı parçaladı. Qan axa-axa ailəmi düşünürdüm ki, uşaqlar balacadır, çətin dövrdür. Ölümü o qədər yaxından bir tək onda düşündüm. Vəssalam. İşimlə bağlı həmişə əldə silah, cinayətkar dəstələrin üstünə getmişəm. Narkotiklər və insan alveri şöbələrində çalışmışam. Ota Asiyada əməliyyatlarda olmuşam. Təhlükə hər an bir addımlığımda olub. Atamın zarafatla bir sözü var. Deyir “birdən adi ölümlə, urvatsız ölüb bizi biabır edərsən. Motosiklet zad vurar səni rüsvay olarıq. Öləndə kişi kimi ölmək lazımdır, ucuz ölümlə ölmə”. Mənə adi ölümü yaraşdırmır atam.

- Ovçuluğa həvəsli adam çöl adamı olur. Yemək hazırlamaqla aranız necədir?

- Lazım gəlsə özüm və yanımdakıları ac qoymaram. Yaxşı çölçüyəm.

- Yenidən deputat seçilmək arzunuz var?

- Vəziyyətə baxacam. Əsas odur deputat işlədiyim bu müddətdə seçicilərimi özümdən narazı salmadım. Bir şeyi heç vaxt unutmuram. Tovuzda mənim anamın məzarı var və 62 il bu rayonda həkim işləmiş atam yaşayır. Elə işləməliyəm ki, ora gedəndə üzüm ağ olsun.

- Özünüzə ən yaxın bildiyiniz deputata kimdir?

- Heç kimlə münasibətlərim pis deyil. Milli Məclisin sədri Sahibə xanımdan rahatlıqla bilmədiyim sahələr üzrə məlumat alıram, iqtisadçı deputatlardan iqtisadiyyata dair suallar verirəm, hərbi və təhlükəsizlik məsələlərini isə məndən soruşurlar.

- Həmişə qızıl orta prinsipini qoruyursunuz. Həyatda da bu belədir? Özünüzə kənardan qiymət versəniz, pis cəhətiniz nədir?

- Unuda bilməmək. Mənə edilmiş heç bir əməli unutmuram. Bu kin saxlamaq da deyil. Xalq olaraq başımıza hər şey unutmaq üzündən gəldi. Nə unutqanam, nə tələskən. Ola bilər cavanlıqda çılğınlıqlarım olub. İndi yaxşını, pisi analiz edirəm, hər şeyin yerli-yerində olmasına cəhd göstərirəm.

- Gözəl sevgi şeirləriniz var. Sizə görə, sevgi nədir?

- Sevgi cismani və ruhani istəyin vəhdət tapdığı nöqtədir.

- Şeirlərinizi həsr etdiyiniz o gizli qəhrəman kimdir?

- Bir-iki dəfə evdə də bu sualı veriblər, demişəm hər şeirin öz qəhrəmanı var.

- O dərəcədə?

- (Gülür). Buna başqa nə cavab verəsən? Şeirlər ruh halı ilə, ilhamla yaranır, xəyali qəhrəmanlara həsr olunur.

- Xanımınızı sevib ailə qurmuşdunuz?

- Ailələrimiz yaxın idilər, biz bir- birimizi 6-7 ay tanıyıb sonra evləndik. Əsas odur sevgisiz deyildik. Baxdım ki, ziyalı qızdır. İndi İqtisad Universitetində dərs deyir. Eşq olsun ona ki, 30 il orqanda işləmiş əməliyyatçının həyat yoldaşı olaraq çox çətinliklərə dözüb. Hara təyinat almışam addım-addım mənimlə gedib, rayonlarda, hərbi şəhərciklərdə yaşayıb.

- Övladlarınızın karyerasında öz satusunuzdan istifadə eləmisiniz?

- Onların təhsilinə həddən çox diqqət göstərmişəm. Bir oğlum xaricdə təhsil alıb, NATO qüvvələrində çalışır, ikinci oğlumun da iki ali təhsili var. Təhsil bizim ailədə atamdan gəlmə bir şərt, tələb olub.

- Uşaqlıq dostlarınızla görüşürsünüz?

- Bəzən hə. Görüşəndə elə bilirik heç yaşlanmamışıq, elə həmin uşaqlarıq.

- Mən sizdə bahalı əşyalara, markalara bir maraq hiss eləmişəm. Ən qiymətli əşyanız nədir?

- Ən bahalı əşyam atamla anamın nişan üzüyüdür. O mənim talismanımdır və həmişə üzərimdə gəzdirirəm. Üzüyün içində atam Nəsibin adı yazılıb. Anam ölməzdən öncə onu mənə hədiyyə elədi. Dedi gəlininə verərsən. Mən nəvəm Nəsibin xanımına verəcəm qismət olsa. Nəvəm Nəsiblə atam Nəsibin arasında düz 84 il yaş fərqi var. Allah ikisinə də can sağlığı versin.

- Ömrün bircə gününə geri qayıtmaq şansı verilsəydi, hansı günü seçərdiniz, hansı günə geri qayıdardınız?

- Bircə dəfə anamın sağ olduğu günlərə qayıdıb onunla dərdləşmək istəyərdim. Deyərdim ki, sənin arzularının çoxusunu yerinə yetirmişəm.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin İrəvandan əl çəkənə oxşamır... - FAKT BUDUR!
Bu gün, 07:42
Qusarın təzə başçısı da köhnə başçının YOLUNU GEDİR... - DƏRS ÇIXARMAYIB...
Bu gün, 07:38
AZERCELL abunəçiləri rəsmən BOĞAZA YIĞILIB - TƏRK EDİRLƏR...
Bu gün, 07:25
Tramp neftin qiymətinin yaxın vaxtlarda kəskin ucuzlaşacağını gözləyir - CNBC telekanalı
Bu gün, 07:06
Başçının yaman günə qoyduğu GORANBOY - BU NƏDİ BELƏ?
Bu gün, 06:59
Qoşqar Təhməzliyə güvənib yesəydik... - İndi çoxdan ölmüşdük...
Bu gün, 06:48
ABB sanki bir kor quyudur... - GİLEY
Bu gün, 06:43
Banklarda nə baş verir? - “Biznesin pulu azalır”
Bu gün, 06:35
"Sağ olsun, həmin gecədə mənim yanımda oldu və..." - VİDEO
Bu gün, 06:32
"Vip Logistics Company" fəaliyyətini dayandırdı: On minlərlə manatlıq vergi borcu ilə - TƏFƏRRÜAT
Bu gün, 06:27
Lukaşenkonun Bakıya dəstəyi və "300 min Qərbi azərbaycanlı" qorxusu - Erməni kanalında qarşıdurma
Bu gün, 06:25
Trampın kompensasiya fondu Konqresdəki etirazlardan sonra dayandırılıb - "Reuters"
Bu gün, 06:22
Erməni spiker Bakıya gələcək... - "Amma təəssüf ki..."
Bu gün, 06:20
Azərbaycanda yeni vəziyyət: uşaqpulu bu formada verilə bilər – DETALLAR
Bu gün, 06:18
Yerli maliyyə idarələri ləğv edildi - Yeni qurum yaradıldı
Dünən, 20:06
DOST Agentliyində yeni təyinatlar - İki nəfərə vəzifə verildi
Dünən, 18:37
İrana qarşı yeni plan: - “Müasir müharibələrdə qələbənin təmin edilməsi...”
Dünən, 18:29
Xalq artistindən həmkarlarına: - “Özünü aparmağı da bacarmalısan”
Dünən, 18:19
Sürücü onu binaya buraxmayan mühafizəçini döydü – MƏHKƏMƏ
Dünən, 18:06
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək olub
Dünən, 18:04
Rubio köməkçisini Azərbaycana niyə göndərib? - AKTUAL
Dünən, 17:49
Antikorrupsiya Komitəsi Ermənistanda seçkiqabağı rüşvət işi üzrə daha 8 nəfəri saxlayıb
Dünən, 17:45
Rusiyanın Ermənistandakı səfiri ilə məsləhətləşmələr aparılır - TASS
Dünən, 17:29
Paşinyan Putinin qarşısından geri çəkildi - Müvəqqəti plan
Dünən, 17:28
Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması hansı nəticələri verə bilər? - İNCƏLƏMƏ
Dünən, 17:26
Paşinyan axırda Avropaya qaçacaq - Medvedev
Dünən, 17:23
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Dövlət tapşırığı”... - Dövlət tədbiri adı ilə saxtakarlıq?!
Dünən, 17:20
Rusiya müharibəni dayandırmaq istəyir, Putin əmr verdi - “Reuters”
Dünən, 17:16
"Azəristiliktəchizat" auditor seçib
Dünən, 17:12
"Hüquq-mühafizə orqanlarına məlumat versinlər" - Bu tip təkliflər olarsa...
Dünən, 17:11
"Biz ABŞ və ya başqa ölkələrlə bənzər saziş imzalamamışıq" - ŞƏRH
Dünən, 17:07
Ermənistana dəstəyi davam etdirəcəyik - AB
Dünən, 17:04
Orta məktəblərdə dərs deyən 30 min müəllimin ali təhsili yoxdur - DETALLAR
Dünən, 17:01
ATB digər bankdakı iştirak payını dayandırıb
Dünən, 16:59
Səsləndirdiyi fikirlərə görə linç edilən Bəkirqızı DANIŞDI - Uşaqpulu istəyən kişilər...
Dünən, 16:55
Paşinyan nə qədər səs toplayacaq? - Azərbaycanlı politoloqların PROQNOZLARI
Dünən, 16:52
Neftin qiyməti yenidən yüksəldi - TƏFƏRRÜAT
Dünən, 16:47
Ağsunun Bico kəndi boşalır: - Sakinlər şəhərlərə köçür
Dünən, 16:45
Sabah BTQ dəmir yolu modernləşdirilmədən sonra istifadəyə veriləcək - FOTO
Dünən, 16:42
Direktor sosial şəbəkədəki paylaşımlarına görə işdən çıxarılıb? - Rəsmi açıqlama
Dünən, 16:40
“Batka” ən qorxunc ssenarini anons etdi: Ermənistan Qafqazı da dərin hərbi xaosa çəkir - Görünəni odur ki...
Dünən, 16:37
İrəvanın "Bir addım irəli, iki addım geri" siyasəti - erməni mediası
Dünən, 15:59
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib - FOTO
Dünən, 15:58
Azərbaycanda daha 184 dərman vasitəsinin qiyməti tənzimlənib - SİYAHI
Dünən, 15:56
Azərbaycanda Norveç kapitallı “Viator” BOKT-nin xalis mənfəəti azalıb
Dünən, 15:06
Qubanın üç kəndinin adı dəyişdirilib
Dünən, 15:04
Ermənistanda "1 mart işi" üzrə 4 ordu korpusunun keçmiş komandirləri barəsində cinayət təqibi başladılıb
Dünən, 14:59
MTN generalı vəfat etdi - 71 yaşında...
Dünən, 14:52
Azərbaycanın verdiyi kritik enerji avadanlıqları qışı keçirməyə kömək etdi - Denis Şmıqal
Dünən, 14:45
"Bu pul yığmaq mərkəzi Arif Qaraşova məxsusdur..." - Keçmiş deputat deyir ki...
Dünən, 14:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru