“AzerGold”da iki nəfərə vəzifə verildi, bir nəfər işdən çıxdı .....                     Vardanyan Kiriyenkodan helikopter gözləyirdi, amma... .....                     Bank of Baku-da rəhbər vəzifəyə TƏYİNAT OLUB .....                     Türkiyədə gəmi qəzasında saxlanılan azərbaycanlı antiterror əməliyyatı iştirakçısı imiş .....                     Bakıda məşhur istirahət mərkəzi müsadirə olunaraq hərraca çıxarıldı .....                     Protez saç FIRILDAĞI: Bakıda taksi sürücüsü belə ALDANDI .....                     Paşinyandan kritik təyinat .....                     Ermənistan Azərbaycana nə ixrac edə bilər? .....                     Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı .....                     TƏBİB maaşları artırır, bəs Səhiyyə Nazirliyi? .....                     “Atam əməliyyata öz ayaqları ilə getdi, indi yeriyə bilmir” .....                     Ukrayna Soçi limanında Rusiya gəmisini vurdu .....                     Rusiya ordusu bir gündə 4 kəndi işğal etdi .....                     Kövsər Dadaşovaya bu akademiyada yüksək vəzifə verildi .....                     “Həyat bir kinodur, ən maraqlı yerində bitir” .....                     “Ermənistandan Azərbaycana ilk ixrac həyata keçirilib” .....                     Sədrin köməkçisi idi, şöbə müdiri təyin edildi .....                     Bu agentlikdə yeni departamentlər yaradıldı .....                     Dövlət Neft Fondunun səhm investisiyalarından gəliri .....                     Əhməd Davudoğlu barəsində araşdırma başlanılıb .....                     Ronaldo ayaqlarını, Carey səsini SIĞORTALAYIR .....                     75 yaşlı qadını çəkic və linglə qətlə yetirib quyuya atan şəxslərlə bağlı .....                     “Qarabağ məsələsini xaricdə qaldırırıq, amma bizə ciddi baxmırlar” .....                     Alen Simonyan Azərbaycana gələcək .....                     Məşğulluq Agentliyi İlqar Əmirova ofisin icarəsi üçün 42 min manat ödəyəcək .....                     Rusiya bazası bizim üçün vacib deyil, çıxarmaq istəsələr, etiraz etməyəcəyik .....                     “BOA Agency” dividend verəcək .....                     “Azərpoçt”un departament direktoru vəzifəsindən ayrıldı .....                     Ermənistan vətəndaşı həbs edildi .....                     Su Meliorasiya Xidmətinin tenderində maraqlı tarix: Qalib elandan iki gün əvvəl işə başlayıb? .....                     YAP-ın altı ay gecikən qurultayı .....                     Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına hökm oxundu .....                     Erməni məhsulları Azərbaycan bazarına daxil olarsa... .....                     Şəmkirdə Türkmənistan vətəndaşını bıçaqlayan şəxsə cəza verildi .....                     Tiflisə biletləri tur firmalar satır? .....                     Tanınmış yazıçıdan sərt QINAQ: .....                     Ramiz Mehdiyevlə Köçəryanı .....                     "İşgüzar Kredit İttifaqı"nın lisenziyası ləğv olunub .....                     Azərbaycanda BOKT-un sahibi oğlunu özünə şərik etdi .....                     Azərbaycanda eyni sahədə çalışan daha 11 ŞİRKƏT LƏĞV EDİLDİ .....                 

Milli Məclisin yeni heyətində ONLARI ÇƏTİN GÖRƏK... - SİYAHI
Tarix: 24-06-2024, 08:23 | Çap et
Milli Məclisin yeni heyətində ONLARI ÇƏTİN GÖRƏK...
Qarşıdan parlament seçkiləri gəlir.

Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvləri parlament sədrinə müraciət edib. Bildirilib ki, BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının və digər mötəbər beynəlxalq tədbirlərin keçiriləcəyi vaxtda - 2024-cü ilin noyabr ayında Azərbaycan Respublikası Konstitusiyasının 981 maddəsinin II hissəsinə əsasən Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər keçirilməlidir. Həm seçkilərin, həm də qeyd olunan tədbirlərin yüksək səviyyədə təşkili mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, həmin dövrdə ölkə parlamentinin tam fəaliyyətdə olmasının məqsədəmüvafiqliyi də nəzərə alınmalıdır. Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi fəaliyyət dövrü ərzində dövlətin daxili və xarici siyasətini qanunvericilik səviyyəsində dəstəkləmək, dövlət idarəetməsinin təşkili və daha da təkmilləşdirilməsi fəaliyyətində yaxından iştirak etmək, yerlərdə seçicilərlə müntəzəm iş aparmaq, həmçinin parlament diplomatiyasının verdiyi imkanlardan səmərəli istifadə olunması sayəsində milli maraqları beynəlxalq məkanda təəssübkeşliklə təmsil etməklə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışıb. Hesab edirik ki, indiki şəraitdə də Milli Məclis dövlət maraqlarını üstün tutaraq Milli Məclisin buraxılması və seçkilərin daha erkən keçirilməsi təşəbbüsü ilə çıxış etməlidir.

YAP-ın müraciəti Milli Məclisdə digər partiyaları təmsil edən deputatlar, habelə bitərəf deputatlar tərəfindən dəstəklənib.

Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə müraciət edilib. Yaxın günlərdə növbədənkənar parlament seçkilərinin elan olunacağı gözlənilir.

Artıq siyasi partiyalar, öz təşəbbüsü ilə nazmizədliyini irəli sürəcək şəxslər parlament seçilərinə hazırlaşırlar.

TNS xatırladır ki, hazırkı parlamentin üzvlərindən 7 nəfər birinci çağırışdan Milli Məclisin deputatıdır. Maraqlıdır, görəsən, bu deputatlar yenidən namizədliyini irəli sürəcəkmi?

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbov 1 saylı Şərur-Sədərək Seçki Dairəsindən birinci, ikinci, üçüncü, dördündü, beşinci və altıncı çağırış Milli Məclisin deputatı seçilib.

Talıbov bu dövr ərzində heç vaxt Milli Məclisin iclaslarında mütəmadi iştirak etməyib. Parlamentin son bir neçə çağırışında isə ümumiyyətlə iclasların heç birinə qatılmayıb.

Milli Məclisin Daxili Nizamnaməsinin 1-ci maddəsində göstərilir ki, deputatların Milli Məclisin iclaslarında iştirakı məcburidir.

Vasif Talıbov yeganə deputatdır ki, Milli Məclisin heç bir komitəsinin üzvü deyil. Halbuki, bəzi deputatlar bir neçə komitənin üzvüdür. O, Milli Məclisdə yalnız Azərbaycan-İran parlamentlərarası işçi qrupunun rəhbəridir. Vasif Talıbov digər parlamentlərarası işçi qruplarında təmsil olunmur.

Vasif Talıbov deputat olduğu dövrdə parlamentdə bir dəfə də olsun çıxış etməyib. Əgər o, Milli Məclisin iclaslarına qatılmayıbsa, deməli, qəbul olunan qanunlara da səs verməyib. Yəni Vasif Talıbov deputat kimi heç bir iş görməyib. Milli Məclisin iclaslarına gəlməyən, qanunların qəbulunda heç bir əməyi olmayan, ümumiyyətlə, parlamentin işində yaxından iştirak etməyən birinin yenidən deputat olmağa mənəvi haqqı çatmır.

Yəqin ki, Vasif Talıbov həm Naxçıvanda və bütövlükdə ölkədə itirilmiş nüfuzuna, həm də səhhətinə görə yenidən deputatlığa namizədliyini irəli sürməyəcək.

Altı çağırış millət vəkili olanlardan biri də Naxçıvan Şəhər Seçki Dairəsindən deputat seçilən Eldar İbrahimovdur.

Eldar ibrahimov on birinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Sovetinin, on ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, birinci, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

O, Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü, İntizam komissiyasının sədridir. Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstriya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Çexiya, Çin, İran, İtaliya, Moldova, Pakistan, Serbiya, Sloveniya, Türkiyə, Türkmənistan, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyanın üzvüdür.

Etibarlı mənbələrdən aldığımız məlumata görə, Eldar İbrahimov növbəti parlament seçkilərində iştirak etməyəcək. Millət vəkilinin səhhəti buna imkan vermir.

Ana Vətən Partiyasının sədri Fəzail Ağmalı da 6 çağırışdır deputatdır. O, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, İntizam komissiyası sədrinin müavinidir. Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Bolqarıstan, İsrail, İsveç, Rusiya, Sloveniya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

Partiya sədri növbəti parlament seçikərində iştirak edib-etməyəcəyi ilə bağlı TNS-in sualını belə cavablandırıb:

“Bu barədə partiyamızda ilkin müzakirələr aparılıb. Biz seçkinin keçirilməsi ilə bağlı qərarın qəbul edilməsini gözləyirdik. Ana Vətən Partiyasının Ali Məclisi çağırılacaq, bu məsələ geniş müzakirə olunacaq. Ali Məclisdə biz seçkilərdə neçə namizdlə iştirak edəcəyimizə dair qərar qəbul edəcəyik. Mənim namizədliyim də gündəlikdədir. İlkin müzakirələrdə Ana Vətən Partiyasının sədri kimi mənim seçkilərdə iştirakım vacib hesab edilib. Təbii ki, mən partiya üzvlərinin fikri ilə razılaşmışam, bu seçkilərdə iştirak etmək niyyətindəyəm”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bu dövr ərzində yalnız 6-cı çağırış Milli Məclıisin deputatı olmayıb. O, 5 çağırış deputat seçilib.

Sabir Rüstəmxanlı Milli Məclisin Mədəniyyət komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Milli Məclis yanında Toponimiya komissiyasının üzvüdür. Almaniya, Hindistan, Koreya, Qazaxıstan, Meksika, Özbəkistan, Pakistan, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

Sabir Rüstəmxanlı TNS-ə açıqlamasında növbədənkənar parlament seçkilərinə qatılacağını bildirib: “Yəqin ki, parlament seçklərində iştirak edəcəyəm. Amma bu, tək məndən asılı deyil. Məsələ partiya daxilində müzakirə olunacaq və verilən qərara uyğun olaraq addım atılacaq”.

Milli Məclisə 6 çağırış deputat seçilənlər sırasında Ziyafət Əsgərov da var.

Ziyafət Əsgərov 2000-ci il noyabrın 24-dən 2005-ci il dekabrın 2-dək Milli Məclis Sədrinin müavini, 2005-ci il dekabrın 2-dən 2020-ci il martın 10-dək Milli Məclis Sədrinin birinci müavini vəzifələrində çalışıb.
2000-ci il noyabrın 24-dən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədri olub, 2015-ci il noyabrın 24-dən Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədridir. Çin və Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.

Ziyafət Əsgərov növbəti parlament seçikilərində iştirak edib-etməyəcəyini hələ ki açıqlamayıb.

İmamverdi İsmayılov və Mixail Zabelin də 6 çağırışdır deputatdır.

İmamverdi İsmayılov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür. Azərbaycan-Mərakeş parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstraliya və Yeni Zelandiya, Braziliya, İsveçrə, Kolumbiya, Koreya, Qətər, Səudiyyə Ərəbistanı, Slovakiya, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.

Mixail Zabelin isə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Mədəniyyət komitəsinin üzvü, Hesablayıcı komissiyasının katibidir. Azərbaycan-Uruqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, İrlandiya, Litva, Mavritaniya, Polşa, Rusiya, Yunanıstan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.

O, MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyanın üzvüdür.

Onların da növbəti parlament seçkilərində iştirak edib-etməyəcəkləri açıqlanmayıb.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“AzerGold”da iki nəfərə vəzifə verildi, bir nəfər işdən çıxdı - ADLAR
Bu gün, 17:18
Vardanyan Kiriyenkodan helikopter gözləyirdi, amma... - Baş tutmayan qaçış
Bu gün, 17:16
Bank of Baku-da rəhbər vəzifəyə TƏYİNAT OLUB - ƏMR
Bu gün, 17:14
Türkiyədə gəmi qəzasında saxlanılan azərbaycanlı antiterror əməliyyatı iştirakçısı imiş – Atası nələri danışdı?
Bu gün, 17:10
Bakıda məşhur istirahət mərkəzi müsadirə olunaraq hərraca çıxarıldı – 5 milyon manata
Bu gün, 17:01
Protez saç FIRILDAĞI: Bakıda taksi sürücüsü belə ALDANDI - TƏFƏRRÜAT
Bu gün, 16:58
Paşinyandan kritik təyinat – İrəvanın məhkəmə iddiaları nə olacaq?
Bu gün, 16:53
Ermənistan Azərbaycana nə ixrac edə bilər? - Ekspertlər proqnozları açıqladı
Bu gün, 16:47
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı —məsələ hüquq-mühafizə orqanlarında araşdırılır
Bu gün, 16:46
TƏBİB maaşları artırır, bəs Səhiyyə Nazirliyi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:24
“Atam əməliyyata öz ayaqları ilə getdi, indi yeriyə bilmir” - NARAZILIQ VAR...
Bu gün, 16:22
Ukrayna Soçi limanında Rusiya gəmisini vurdu
Bu gün, 16:19
Rusiya ordusu bir gündə 4 kəndi işğal etdi - KİV
Bu gün, 16:18
Kövsər Dadaşovaya bu akademiyada yüksək vəzifə verildi
Bu gün, 15:58
“Həyat bir kinodur, ən maraqlı yerində bitir” - ANIM
Bu gün, 15:56
“Ermənistandan Azərbaycana ilk ixrac həyata keçirilib” - Paşinyan AÇIQLADI
Bu gün, 15:40
Sədrin köməkçisi idi, şöbə müdiri təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:35
Bu agentlikdə yeni departamentlər yaradıldı - Təyinatlar oldu
Bu gün, 15:33
Dövlət Neft Fondunun səhm investisiyalarından gəliri 11 mlrd. dollara yaxınlaşıb
Bu gün, 15:30
Əhməd Davudoğlu barəsində araşdırma başlanılıb
Bu gün, 15:28
Ronaldo ayaqlarını, Carey səsini SIĞORTALAYIR - Azərbaycanda bədən üzvlərini sığortalayan varmı?
Bu gün, 13:09
75 yaşlı qadını çəkic və linglə qətlə yetirib quyuya atan şəxslərlə bağlı QƏRAR
Bu gün, 13:06
“Qarabağ məsələsini xaricdə qaldırırıq, amma bizə ciddi baxmırlar”
Bu gün, 13:03
Alen Simonyan Azərbaycana gələcək
Bu gün, 13:00
Məşğulluq Agentliyi İlqar Əmirova ofisin icarəsi üçün 42 min manat ödəyəcək - DETALLAR
Bu gün, 12:59
Rusiya bazası bizim üçün vacib deyil, çıxarmaq istəsələr, etiraz etməyəcəyik - Paşinyan
Bu gün, 12:56
“BOA Agency” dividend verəcək – səhmdarları iclasa çağırdı
Bu gün, 12:54
“Azərpoçt”un departament direktoru vəzifəsindən ayrıldı - “AzerGold”da işə başladı
Bu gün, 12:50
Ermənistan vətəndaşı həbs edildi - Rusiyaya işləyirmiş
Bu gün, 12:44
Su Meliorasiya Xidmətinin tenderində maraqlı tarix: Qalib elandan iki gün əvvəl işə başlayıb? - BU NƏDİ BELƏ?
Bu gün, 12:29
YAP-ın altı ay gecikən qurultayı - payız SON tarix...
Bu gün, 12:24
Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına hökm oxundu - Həbs olundu
Bu gün, 12:22
Erməni məhsulları Azərbaycan bazarına daxil olarsa... — İqtisadçı mümkün nəticələri açıqladı
Bu gün, 12:20
Şəmkirdə Türkmənistan vətəndaşını bıçaqlayan şəxsə cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 12:18
Tiflisə biletləri tur firmalar satır? – Vətəndaşlar narazıdır
Bu gün, 12:09
Tanınmış yazıçıdan sərt QINAQ: - “Burun, dodaq oxşar, sanki eyni sexdən çıxıblar”
Bu gün, 12:07
Ramiz Mehdiyevlə Köçəryanı NƏ BAĞLAYIR?
Bu gün, 12:03
"İşgüzar Kredit İttifaqı"nın lisenziyası ləğv olunub
Bu gün, 11:58
Azərbaycanda BOKT-un sahibi oğlunu özünə şərik etdi – Yeni payçı gəlib
Bu gün, 11:53
Azərbaycanda eyni sahədə çalışan daha 11 ŞİRKƏT LƏĞV EDİLDİ - SİYAHI
Bu gün, 11:51
“Din qoruyuculuğu adı ilə vəhşiliyə yol vermək olmaz” - deputat
Bu gün, 11:46
Torpaq uğrunda canını qıyana BİR QARIŞ TORPAĞI DA QIYMIRLAR... - GİLEY
Bu gün, 11:39
“Ya bəhanədir, ya da həqiqətən...” – Yaşar Nurinin xanımından ETİRAZ
Bu gün, 11:31
Bəraət alan gömrükçüyə 5 min manat təzminat kəsildi - Amma işinə qaytarılmadı
Bu gün, 11:23
İdxal olunmuş radikallıq – məqsəd məqsədləri susdurmaq olmamalıdır
Bu gün, 11:21
Ermənistan Rusiya vətəndaşlarından viza tələb edəcək? – Zaxarovadan reaksiya
Bu gün, 11:12
ABŞ-ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var - İran Səhiyyə Nazirliyi
Bu gün, 11:11
“Azəridmanservis” üç ay ərzində “ÇANAQÇI” MMC-yə 6 tender verdi – Nəyə, yaxud da, kimə görə…
Bu gün, 10:59
Masazır və Xırdalandakı “şəhərcik”lərə niyə çıxarış verilmir? - AÇIQLAMA
Bu gün, 10:57
Bacısından ayrıldığına görə xalası oğlunu ov tüfəngi ilə güllələyən şəxslə bağlı QƏRAR
Bu gün, 10:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru