Sərvəti ölkə büdcələri ilə müqayisə olunan .....                     Pekin Vaşinqtonun Çin şirkətlərinə qarşı addımlarını pisləyib .....                     Böyük Britaniyada iqtisadi artım azalıb .....                     BƏƏ raket hücumlarını dayandırmaq üçün İrana .....                     Əməkdar artistdən şok açıqlama: .....                     İmişli təhsilində SAXTA DİPLOM QALMAQALI... .....                     Rusiya Ermənistan seçkilərinin nəticələrini tanımasa, nə baş verəcək?.. .....                     “Paşinyanın ciddiliyini yoxlamaq istəyiriksə, 2 məsələyə fikir vermək lazımdır... ” .....                     Türkiyə Ermənistanla sərhədi açdı .....                     İcra başçısı "Ana-bala" parkını SATDI: sakinlər narazıdır... .....                     Putin Paşinyana “yox” dedi: Təbrik olmayacaq .....                     AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub .....                     “Bizdə dünya ulduzu yoxdur, toy ulduzları var” .....                     Qaz məngənəsindəki İrəvan: Qurtuluşu Azərbaycandadır .....                     Dörd mindən çox əcnəbi Peterburqdan ÇIXARILDI: .....                     Budaqova qarşı CƏBHƏ AÇANLAR kimlərdir?.. .....                     Azərbaycan nefti 6 dollardan çox ucuzlaşıb .....                     İranın üç dodağı .....                     Rusiya Ermənistandakı seçkilərin nəticəsini tanımaya bilər .....                     "Embawood"un vergi borcu .....                     Bakıda reabilitasiya mərkəzində qadınlar kişilərə işgəncə verirmiş .....                     "Ceylan MMC" fırıldağının pərdəarxası: Günay Rzayevanın şikayəti nələri üzə çıxardı? .....                     Hacıbaba Babayev bu tikintiyə icazə verib? .....                     İrəvandan Zəngəzur “həmləsi” .....                     “Tren de Aragua” lideri öldürüldü .....                     Rus generaldan Bakıya SENSASİON xəbərdarlıq .....                     Rusiyada səssiz hakimiyyət dəyişikliyi baş verir .....                     " Hər bir halda, bu məsələ aktuallığını qoruyur..." .....                     Pentaqon üçüncü dəfə məxfilikdən çıxarılan UNO materiallarını yayımlayıb .....                     Kürdəmirdə kəndlilər SUSUZ QALIB .....                     Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlüklə bağlı danışıqlara başlayır .....                     Qazaxda “Heydər Əliyev ideyalarının işığında” adlı tədbir keçirilib .....                     Səhiyyə Nazirliyinə qarşı məhkəmə işi .....                     Ramiz Mehdiyevin bankı RƏSMƏN LƏĞV OLUNDU .....                     Daha bir Qazimizin əlilliyi ləğv olundu .....                     Putinin hesablamaları iflasa uğrayıb .....                     ABŞ Hörmüzə doğru gedən bir neçə İran PUA-sını vurub .....                     Təcili Tibbi Yardım Mərkəzində sistemli yoxlama .....                     Nazirin açıqlaması müzakirə yaratdı: 3 ildən sonra nə dəyişəcək? .....                     Qərb mediası: Paşinyanın zəif qələbəsi sülh sazişini sual altına qoyur .....                 

"İranda uşaqlara heç Türk adı qoymağa icazə vermirlər" - FAKT BUDUR!
Tarix: 17-10-2022, 08:59 | Çap et
"İranda uşaqlara heç Türk adı qoymağa icazə vermirlər"
“Dilini itirən xalq, dilini qorumuyan xalq ən sonda görür ki, özünə aid heç nəyi qorumAyub. Çünki, hər şey ona bağlıdır. Bu prosesin qarşısını xalq özü almalıdır. Bir neçə illərdir bu işin içindəyəm, bunun müşahidəsini aparıram. Analiz edirəm. Cənubda bir qrup adam var ki, bunlar deyirlər ki, "İran bizimdir, ona görə də İran bölünməzdir. İran da sadəcə şəkil dəyişib demokratik olmalıdır". Digərləri deyir ki, "İran federallaşmalıdır". Bəzi şahçılar da deyirlər ki, "İran monarxiya olmalıdır". Çox az bir hissə deyir ki, "Güney Azərbaycan azad olmalıdır. Səttarxan dövründə, Pişəvəri dövründə olduğu kimi Güney Azərbaycan azad olmalıdır. Bu, ayrı bir xalqdır. Ayrı bir xalq öz qəlbində, öz coğrafiyasında özünün dövlətini qurmalıdır. Sonra Şimalla birləşər özü bilər, birləşməz özü bilər". Bəziləri də deyir ki, "bu yolun hamısını getmək lazımdır". Birinci bir insan cəmi 1 yolla gedə bilər. Bir xalqı da bir yolla apramaq lazımdır. Xalqı sən eyni vaxtda 3 yolla apara bilməzsən. Bu, yanlış bir şeydi. Və xalqın başını qarışdırır”.
DİA.AZ-ın məlumatına görə, bu barədə Bizimyol.info xəbər portalına politoloq Xaləddin İbrahimli danışıb. O, qeyd edib ki, heç kim beynəlxalq şərait yetişəcək deyib, gözləməməlidir.

“Güney Azərbaycan üçün heç vaxt beynəlxalq şərait yetişməyəcək. Çünki, nə Amerika, nə Avropa, nə Rusiya, nə Çin, heç birisi İranın bütövlüyünün pozulmasını istəmir. İkinci də, İranda demokratik siyasi rejimin formalaşmasını istəmirlər. Əgər İran demokratikləşərsə, o zaman farsların hakimiyyəti təbii ki, sona yetəcək. Təbii ki, İran federallaşacaq və ya İran bölünəcək. Bunu isə nə Amerika istəyir, nə Avropa. Heç bir dövlət istəmir. Bu səbəbdən beynəlxalq şərait yetişməyəcək. Şəraiti xalq özü yetişdirir”- deyə politoloq qeyd edib.

Xaləddin İbrahimli bildirib ki, xalq öz varlığınına sahib olmadıqca, öz dilinə sahib ola bilməyəcək.

“İran fars rejimi məktəb açsın, qəzet açsın. Bunlar əhəmiyyətsiz işlərdi. Ola bilsin, hardasa bir məktəb açsınlar və ya hardasa Azərbaycan dilində qəzet açsınlar. Bunu bilirsiniz kimə edə bilərlər? Tatlara, ləzgilərə, talışlara edə bilərlər. Çünki, mütləq azlıqdadırlar. Bir qəzet və ya radio açdılar. Bir məktəb açdılar. Bununla da xalqı sakitləşdirirlər. Bu, yetərli olmaz. Xalq əgər öz dilinə sahib olmaq istəyirsə, öz varlığına sahib olmaq istəyirsə və öz mədəniyyətinə də sahib olmaq istəyirsə xalq özünün siyasi hakimiyyətini qurmalıdır. Dövlət ondan ötrü qurulur ki, sənin kimliyini, mədəniyyətini və dilini qorusun, ona sahib çıxsın. İndi orada uşaqlara heç Türk adı qoymağa icazə vermirlər. Ayxan, Tuncay, Səncər adı qoymaq olmaz. Həsən, Hüseyn, Əli adları verilməlidir. Vəziyyət belədir” - deyə siyasi şərhçi qeyd edir. Onun sözlərinə görə, bir çox mütəxəssislər bu fikirdədirlər ki, böyük və güclü xalqların dilləri ölüb getməz. Amma bu heç də belə deyil. İstənilən dil bəlli bir səbəblərə görə müəyyən qanunların çərçivəsində ortadan qalxa bilər və o dildə danışan, heç kimsə qalmaz.

“Latın dili, şotland dili kimi. Bu gün şotlandlar var, amma, şotland dilində danışan kimsə qalmayıb. Tarix də öz yerləri olan, öz dilləri olan xalqlar idi. Latın dili elm dili hesab olunurdu və tibbdə olan sözlərin çoxu latıncadır. Eləcə də şotlandlar. Təəssüf ki, bu gün şotland dilində danışan yoxdur. Bu gün cənubdakı bir çox mütəxəssislərimiz, Güney Azərbaycandan olan mütəxəssislər, istər ölkənin içində, istər kənarda yaşayanlar çox arxayınçılıqla deyirlər ki, dilimiz ölən deyil. Qətiyyən belə deyil. İstənilən dili məhv etmək mümkündür. Hansı ki, bu gün Güney Azərbaycanda bu proses gedir. Güney Azərbaycandakı bu prosesin getməsi Pəhləvi dönəmindən başlayır. Amma, indiki siyasət daha ağıllı, daha təsirli, daha ardıcıl siyasət olduğundan Azərbaycanda dili daha çox zədələnir. Belə getsə, yaxın 30-40 ildə orda Azərbaycan dilində bəlkə, kəndlərdə danışan olar. Bu proses necə baş verir? Təbii ki, ilk gözə görünən Azərbaycan dilində məktəblərin açılmamasıdır. İran İslam Respublikası qurulandan, 1979-dan İranda Azərbaycan dili məktəblər bağlandı. Universitetlərdə Azərbaycan dilinin tədrisi dayandırıldı. Əlbəttə ki, ən böyük zərbə budur. Bu, Azərbaycan dilinin məhv edilməsinə dair bir siyasət idi. Bu siyasət öz bəhrəsini verir. Tehran rejiminin ikinci addımı Azərbaycan dilini təkcə məişət dili səviyyəsinə endirməkdir. Birinci siyasət məktəblərin bağlanması, ona xidmət edir ki, bu siyasi səhnədən, mədəni sahədən tamamən dil uzaqlaşsın və məişət səviyyəsinə ensin. İkinci mərhələdə məqsəd təkcə dili məişət səviyyəsinə endirmək deyil. Artıq məqsəd dilin içərisinə müdaxilə etməkdir. Məqsəd dilin içində olan öztürkçə olan kəlmələrin sayını Fars kəlmələrinin hesabına azaltmaqdır. Bu proses 30 ildir gedir. Taxtlıq dönəmində artıq bu proses getmirdi. Taxtlıq dönəmindən fərqli olaraq İslam Respublikası dönəmində artıq dilin içində əməliyyat aparırlar. Türkçədə olan sözləri yavaş-yavaş fars sözləri ilə əvəz edilir. Artıq demək olar ki, İranın çox yerində 30-40 il əvvəlki Türklərin danışdığı dil, 30-40 il əvvəlki danışılan dil deyil. Xeyli sözlər ortadan qalxıb yerinə fars sözləri gəlib” - deyə Xaləddin İbrahimli bildirib. Onun sözlərinə görə, İran bunu dini məktəblərin, dini ayinlərin, mədrəsələrin və məscidlərin vasitəsilə edir. Çünki, insanlar məktəblərə gedib fars dilində təhsil alırlar, eyni zamanda dini kurslara gedirlər. Bunlar dini təbliğat vasitəsilə fars, ərəb kəlmələrini Türk kəlmələrinin yerinə insanların lüğətinə daxil etməyə çalışırlar. Propaqanda bu istiqamətdə aparılır. Buna görə də kəlmələrin sayının azalması ona gətirib çıxarır ki, bu gün bir Güney Azərbaycanlı olan biri cümlə qurursa da, o cümlədə 10 kəlimə varsa da, o 10 kəlmənin 5-i fars kəlməsidir, 2-i ərəb kəlməsidir, geridə qalan 3-də Türk kəlməsidir. Yəni dildə istifadə olunan öz Türkçə kəlmələrin sayı azalır. Bu, yeni bir siyasətdir və ən təhlükəli siyasətdir. Azərbaycan dilində məktəblərin qadağa olunması və insanların ana dilində deyil, fars dilində təhsil alması qədər təsirli üsuldur.

“Birinci, dil zədələnir, Türkçə kəlmələrin sayı azalır. İkinci, Türkçə kəlmələrin sayı azaldıqca, insanların o dildə xəyal gücü də azalır. Hər bir insan kəlmə dağarcığının ona verdiyi qədər xəyal gücünə sahibdir. Əgər sən 100 kəlimə üzərindən düşünürsənsə də, 100 kəlməlik xəyal gücünə sahibsən. 1000 kəlimə üzərindən düşünürsənsə də, 1000 kəlməlik xəyal qurma gücünə sahibsən. Ona görə də xalq olaraq, Güney Azərbaycan xalqının yaradıcı potensialı get-gedə zəifləyir.X alqın yaradıcılıq potensialı zəifləyir. Beləliklə də yavaş-yavaş dil ortadan qalxdıqca, xalqın varlığı da ortadan qalxır. Bəzən deyirlər ki, dil ortadan qalxsa belə, İrandakı 35 milyon Türklər Türkdü. Qətiyyən elə deyil. Hər bir xalq öz dilində danışanda öz mədəniyyətinə töhvə verir. Hər bir insan danışdığı dilə xidmət edir. Əgər sən öz dilində danışa bilmirsənsə də, sən o xalqın xəzinəsinə töhvə verə bilməzsən və o xalqdan deyilsən. Bir sonrakı nəsildə artıq özünü fars kimliyi ilə tanıyır. Necə ki, bu gün Güney Azərbaycanda olanların çoxusu özünü İran kimliyi ilə tanıyır. Kim olduğunu soruşanda, mən İranlıyam deyir. Mən insanlar tanıyıram ki, Tehranda yaşayır, mən ondan türk olduğunu ala bilməmişəm. Bir yerdə işlədiyimiz ziyalı olubdur. Universitetdə müəllim olub. Soruşmuşam ki, sən kimsən. Cavab olaraq, mən Tehranlıyam deyib. Tehranda hər kəs yaşayır. Fars, Puştin, Türk yaşaya bilər. Axı sən kimsən, sənin millətin nədir. Hansı sualı, hansı şəkilə saldımsa da, adam deyir ki, mən Tehranlıyam. Sadəcə mən Tehranlıyam düşüncəsində olan var. Bu dilin assimilyasiyasının nəticəsində, belə kimlik düşüncəsi kimi tanımlanması ortaya çıxır. İstər Quzeydə, Güneydə, xaricdə olan bizim mütəxəssislərimiz, bizim alimlərimiz çox rahat danışırlar ki, orada hər şey qaydasındadır. Ədəbiyyatda var, elmdə var. Hər kəs öz dilində danışır. Qətiyyən elə deyil. Milləti dil, dili ədəbi dil formalaşdırır. Ədəbi dil yoxdusa da, Ərdəbilli Ərdəbil ləhcəsi ilə danışacaq, Təbrizli Təbriz, Muğanlı Muğan ləhcəsində danışacaq. Ədəbi dil bu bölgələri iplə bir-birinə bağlayır. Vahid bir millət şəklinə salır. İranda ədəbi dil yoxdur. Ədəbi dili yaradan, roman, hekayə dilidir. Əgər Azərbaycan Türkcəsində roman yaranmırsa, Güney Azərbaycanda ədəbi dil yoxdur.

Ədəbi dil yoxdusada, elmi dil yoxdu. Çünki, elmi dil ədəbi dildən qaynaqlanır. Oradan bəhrələnir. Necə ağac havadan, sudan öz ehtiyatlarını alıb bəhrələnir, elmi dildə elə ədəbiyyatdan bəhrələnir. Onların heç biri yoxdur. Bunların ikisi də yoxdusada, məişət dili var. Məişət dilində dediyimiz kimi sağdan-soldan məhv edilir. Dilin içərisində əməliyyat aparmaqla dili məhv edirlər” - deyə mütəxəssis qeyd edir. Onun sözlərinə görə, "vahid İran xalqı" anlayışı ilə 35-40 milyonluq xalq məhv edilir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sərvəti ölkə büdcələri ilə müqayisə olunan AZƏRBAYCANLI
Bu gün, 11:51
Pekin Vaşinqtonun Çin şirkətlərinə qarşı addımlarını pisləyib
Bu gün, 11:49
Böyük Britaniyada iqtisadi artım azalıb
Bu gün, 11:47
BƏƏ raket hücumlarını dayandırmaq üçün İrana 20 milyard dollar verəcək?
Bu gün, 11:44
Əməkdar artistdən şok açıqlama: - "Ən yaxın rəfiqələrim sirlərimi saytlara ötürmüşdü"
Bu gün, 11:36
İmişli təhsilində SAXTA DİPLOM QALMAQALI... - İTTİHAM VAR...
Bu gün, 11:16
Rusiya Ermənistan seçkilərinin nəticələrini tanımasa, nə baş verəcək?.. - Hərbi müdaxilə?..
Bu gün, 11:07
“Paşinyanın ciddiliyini yoxlamaq istəyiriksə, 2 məsələyə fikir vermək lazımdır... ” - ŞƏRH
Bu gün, 11:03
Türkiyə Ermənistanla sərhədi açdı - KİV
Bu gün, 10:53
İcra başçısı "Ana-bala" parkını SATDI: sakinlər narazıdır... - FOTOLAR
Bu gün, 10:49
Putin Paşinyana “yox” dedi: Təbrik olmayacaq - GƏRGİNLİK DAVAM EDİR...
Bu gün, 10:41
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub - DİQQƏT!
Bu gün, 10:31
“Bizdə dünya ulduzu yoxdur, toy ulduzları var” – Tolikdən sərt açıqlama
Bu gün, 10:27
Qaz məngənəsindəki İrəvan: Qurtuluşu Azərbaycandadır - GƏLİŞMƏ
Bu gün, 10:20
Dörd mindən çox əcnəbi Peterburqdan ÇIXARILDI: - azərbaycanlılar da var
Bu gün, 10:16
Budaqova qarşı CƏBHƏ AÇANLAR kimlərdir?.. - İLGİNC İDDİALAR...
Bu gün, 10:06
Azərbaycan nefti 6 dollardan çox ucuzlaşıb
Bu gün, 10:04
İranın üç dodağı - AKTUAL
Bu gün, 10:02
Rusiya Ermənistandakı seçkilərin nəticəsini tanımaya bilər - “Hraparak”
Bu gün, 09:35
"Embawood"un vergi borcu 1.6 milyonu ötdü
Bu gün, 09:29
Bakıda reabilitasiya mərkəzində qadınlar kişilərə işgəncə verirmiş - Şok faktlar
Bu gün, 09:27
"Ceylan MMC" fırıldağının pərdəarxası: Günay Rzayevanın şikayəti nələri üzə çıxardı? -İDDİA (VİDEO)
Bu gün, 09:11
Hacıbaba Babayev bu tikintiyə icazə verib? - VİDEO
Bu gün, 09:03
İrəvandan Zəngəzur “həmləsi” - Nə BAŞ verir?
Bu gün, 08:59
“Tren de Aragua” lideri öldürüldü - Tramp
Bu gün, 08:57
Rus generaldan Bakıya SENSASİON xəbərdarlıq - NƏ BAŞ VERİR?
Bu gün, 08:05
Rusiyada səssiz hakimiyyət dəyişikliyi baş verir - FT
Bu gün, 08:04
" Hər bir halda, bu məsələ aktuallığını qoruyur..." - deputat
Bu gün, 08:02
Pentaqon üçüncü dəfə məxfilikdən çıxarılan UNO materiallarını yayımlayıb - DETALLAR
Bu gün, 08:00
Kürdəmirdə kəndlilər SUSUZ QALIB - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:59
Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlüklə bağlı danışıqlara başlayır - AÇIQLAMA
Bu gün, 07:54
Qazaxda “Heydər Əliyev ideyalarının işığında” adlı tədbir keçirilib - ANIM
Bu gün, 07:45
Səhiyyə Nazirliyinə qarşı məhkəmə işi - Rəşad Babayev Prezidentə müraciətinin səbəbini açıqladı
Bu gün, 07:39
Ramiz Mehdiyevin bankı RƏSMƏN LƏĞV OLUNDU - BU DA SON!
Bu gün, 07:29
Daha bir Qazimizin əlilliyi ləğv olundu - "Etməyin belə!"
Bu gün, 07:21
Putinin hesablamaları iflasa uğrayıb - Mur
Bu gün, 07:05
ABŞ Hörmüzə doğru gedən bir neçə İran PUA-sını vurub - Reuters
Bu gün, 07:00
Təcili Tibbi Yardım Mərkəzində sistemli yoxlama -Mirələm Cəlalovu nə gözləyir?
Bu gün, 06:58
Nazirin açıqlaması müzakirə yaratdı: 3 ildən sonra nə dəyişəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:49
Qərb mediası: Paşinyanın zəif qələbəsi sülh sazişini sual altına qoyur - Görünəni odur ki...
Bu gün, 06:42
"Kəndsiz" şəhərlilərə çağırış və ya yeni milli ideya haqqında bir neçə söz - Bahəddin Həzi yazır...
Bu gün, 06:40
"Heç görün deyirlərmi yeni filmlər niyə çəkilmir?" - QALMAQAL
Bu gün, 06:37
Pulumuz boldur, bəs iqtisadiyyat niyə tənəzzül edir? - Nazirin açıqlaması və keçmiş nazirin şərhi
Bu gün, 06:33
Gəncədə “Su-Kanal” idarəsi NARAZILIQ YARADIR - Başçı isə...
Bu gün, 06:29
Tovuz İcra Hakimiyyəti 139 min manat xərcləyəcək – Siyahıda "smart" qol saatlar da var
Bu gün, 06:22
Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 06:20
Tramp Tren de Araqua dəstəsinin liderinin zərərsizləşdirilməsi barədə göstəriş verib
Bu gün, 06:18
İrəvan Kremllə dil tapmağa çalışır - GƏLİŞMƏ
Bu gün, 06:16
İsrail İrana qarşı hərəkət azadlığını qorumaq niyyətindədir - Müdafiə naziri
Bu gün, 06:13
Dünya Bankı region ölkələri üçün iqtisadi artım proqnozunu açıqladı - SİYAHI
Dünən, 17:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru