"Azaqrotexnika" MMC-nin dövlətə 86 min manatdan çox .....                     Tehrandan Rusiya və Gürcüstana uzanan layihə: Ermənistan əsas halqaya çevrilir .....                     Rumıniya Rusiyanın daha bir PUA-sını vurdu .....                     Müharibə Qırmızı dənizə və Xəzərə yayılır, .....                     MİLYONLARIN SEVİMLİSİ... .....                     Yaylaq Festivalında biabırçı mənzərə .....                     Naxçıvan gözləməməlidir: İnsanların səbri deyil, problemlər tükənməlidir! .....                     Ləğv olunan banklarla bağlı məhkəmədə .....                     Dənizdə batan Ümid müstəntiq işləyirmiş .....                     Azərbaycanlıların olduğu gəmiyə dron hücumu: 2 dənizçi itkin düşüb .....                     İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir .....                     Qazaxda Federasiya Kuboku yarışı keçirilib .....                     Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir .....                     İcra hakimiyyəti Qarabağ qazisinə qarşı! .....                     Bərdədə səhiyyə sistemi iflic durumda! .....                     Şəki xəstəxanasında ÖZBAŞINALIQ .....                     "Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." .....                     “Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” .....                     Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR .....                     Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı .....                     SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü .....                     Şəhid anası ACINACAQLI DURUMDA... .....                     Rövşən Nəcəf SOCAR-da nələrin baş verdiyini bilirmi? .....                     Uşaqlarınızı ölümə göndərməyin! .....                     AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... .....                     Naxçıvanda CƏLİLOVŞİNA .....                     Gürcüstanda ELEKTROŞOK .....                     ƏSL JURNALİSTİKA... .....                     "Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... .....                     "Xeyli insanı işsiz qoyublar..." .....                     "Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." .....                     Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... .....                     Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi .....                     Okeanın bu tayından okeanın o tayına iradlar... .....                     Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi .....                     Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? .....                     "SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" .....                     Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi .....                     İran və Ermənistan birgə işçi qrupu yaradır .....                     Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı .....                 

“40 ildir evliyəm, həyat yoldaşıma bir şillə də vurmamışam” - Partiya sədri
Tarix: 12-03-2021, 10:08 | Çap et
“40 ildir evliyəm, həyat yoldaşıma bir şillə də vurmamışam”
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı hesabata görə, dünyada hər üç qadından biri həyatlarının hansısa dönəmində ya fiziki, ya da cinsi zorakılıqla qarşılaşır. ÜST yaydığı hesabatda koronavirus pandemiyası zamanı qadınlara qarşı şiddətin artmasına da diqqət çəkib.

ÜST-in məlumatına görə, qadına qarşı zorakılıq halları daha çox Cənubi Asiya və Afrika ölkələrində müşahidə olunur. Bu bölgələrdə qadınlara qarşı şiddət nisbəti 50 faizdən çoxdur. Bu nisbət Avropada, Orta və Şərqi Asiya ölkələrində təxminən 20 faizdir.

Azərbaycanda da qadına qarşı zorakılıq, hüquq pozuntularının olması ilə bağlı müəyyən statistikalar, çoxsaylı müzakirələr var. Bəs bu statistika nə dərəcədə şişirdilir? Axtardığımız qadın haqlarını harada tapaq?

Mövzu ilə bağlı ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a danışıb. Partiya sədri hesab edir ki, Azərbaycanda, ümumilikdə türk dövlətlərində qadınlara qarşı daha az zorakılıq var: “Çünki bizim adət-ənənələrimizdə qadına yüksək hörmət var. İkinci bir tərəfdən, Azərbaycan Konstitusiyasında hüquqlar cinslərə görə ayrılmır. Qadın və kişilərin hüquqları bərabərdir, üstəlik, zərif cins olduqları üçün qadınlara bəzi güzəştlər də edilir. Məsələn, əsgəri xidmətə çağırılmır və yaxud cəza verilərkən onun qadın olması nəzərə alınır. Və yaxud boşanma ilə bağlı məhkəmələrdə ilk növbədə ovladığın qəyyumluğu anaya verilir. Amma bəzi ölkələrdə bu əksinə olur. Eləcə də boşanmadan sonra qadınların yaşama hüququ tanınır. Bu həm də dini kitabımız olan Qurani-Kərimdə də əmr olunub.

Bu gün sanki belə görünür ki, qadınlar kişilərdən daha üstün hüquqa yiyələnmək, bununla da kişilərin hüquqlarını pozmaq istəyirlər. Və yaxud ailədə qadınların öz kişilərinə tabe olmamaq məsələsini hüquqi azadlıq kimi qəbul edirlər. Mütəxəssislər də bildirir ki, iki şəxs arasında mütləq biri tabe olan, digəri isə tabe edən olmalıdır. Ailədə də ər-arvaddan biri tabe, biri də tabe edən olmalıdır. Bir qayda olaraq ailənin bütün yükünü kişi öz üzərinə götürüb, ailəni idarə etdiyinə görə kişi idarə edən, qadın isə idarə olunan rolunda çıxış edir. Bu o demək deyil ki, qadının heç bir hüququ yoxdur, əksinə, evin idarə olunmasında qadın müstəsna hüquqa malikdir, qadının idarə olunması hüququ isə kişiyə malikdir. Bəzilərinin qadın azadlığı haqqında düşündükləri qadın özbaşınalığı, qadınların istədiyini etmə azadlığı kimi başa düşür. Təbii ki, zorakılığın bütün formaları, yəni qadına, uşaqlara, eləcə də kişilərə qarşı zorakılıq pislənilməlidir.

Hesab edirəm ki, bu gün cəmiyyətimizdə qadınlara qarşı zorakılıqların baş verməsinin çox ciddi sosial-iqtisadi səbəbləri var. Belə ki, hazırda ölkədə ciddi rəqəmlərlə hesablanan işsizlik, kasıbçılıq var. Bəzi qadınlar kişilərdən artıq qazanc tələb edəndə ailə konliktlərinə gətirib çıxarır ki, nəticədə kişi qadına qarşı şiddət tətbiq edir. Qanunvericilikdə yoxdur ki, qadın kişidən artıq qazanc tələb edəndə, ona tabe olmaq istəməyəndə ona qarşı nə cür davranılsın. Bu olmadığına görə bəzi kişilərin özləri qadınlarını mühakimə edir və cəzalandırır. Qurani-Kərimdə belə bir ayə var ki “Əgər qadınlar sizin sözünüzdən çıxarlarsa, siz onları döyün”. Burada döymək şiddət deyil, yəni qadınları yumşaltmaq mənasını verir".

Sərdar Cəlaloğlunun sözlərinə görə, qadınlarımızın qadın azadlığını düzgün dərk etməməsi ilk növbədə Azərbaycanda ailə institutunun sarsılmasına gətirib çıxarır, ailə institutu böhrana düşdüyünə görə isə dövlət də böhrana düşür: “Qadının kişiyə tabe olmaması vətəndaşların, eləcə də məmurların qanunlara tabe olmamasından heç də fərqlənmir. Mən 40 ildir ki, evliyəm, bu günə qədər həyat yoldaşıma bir şillə vurmamışam. Eləcə də valideynlərim 50 il evli olublar, amma mən bir dəfə də olsun, atamın anama əl qaldırdığını görməmişəm. Yaxınlarımda, qohum-qonşularımda da belə bir zorakılıq görməmişəm. İndi sual olunur ki, qadına qarşı zorakılıq var deyirlər, bəs bu zorakılıq haralarda olur, görəsən? Bizim çox gözəl bir atalar sözümüz var: ”Yüyürən at özünə qamçı vurdurmaz". Yəni qadın o zaman zorakılığa məruz qalır ki, dedi-qodu edir, kişinin ləyaqətinin alçaldır və sairə".

“Gündəlik Teleqraf” MMC-nin direktoru Aynur Camalqızı isə qeyd etdi ki, dinimizdə qadınlara qarşı şiddət məsələsi yoxdur: “Tez-tez mən də o ifadələrə rast gəlirəm ki, Qurani-Kərimdə buyurulur ki, qadın sizə tabe olmursa, onu döyün. Lakin araşdırsaq görərik ki, müqəddəs kitabımızda belə bir şey yoxdur. Bunlar birmənalı şəkildə uydurmadır. Əksinə, Qurani-Kərimdə qadına qarşı daha yüksək münasibət, hörmət var. Məsələn, Peyğəmbərimiz hər zaman buyurub ki, qız övladlarınızı oğlan övladlarınızdan daha çox sevin. Və yaxud bildirilib ki ”Cənnət anaların ayağı altındadır". Yəni İslam dinində qadının kişidən daha aşağı səviyyədə durması, hüquqsuz göstərilməsi barədə deyilənlərin hamısı cəfəngiyyatdır".

Aynur Camalqızı qeyd edib ki, dünyanın ən inkişaf etmiş ölkələrində belə qadın ölümləri baş verir, lakin bunun sırf qadın məsələsi ilə bağlanılması doğru deyil: “Bu, cinayət hadisəsidir. Məgər ABŞ-da, Avropa ölkələrində kişilər öldürülmür? Nədənsə kişilərin öldürülməsi ilə bağlı statistika hesablanmır və yaxud kişi hüquqları qabardılmır, kişi hüquqları ilə bağlı hərəkat yoxdur. Bu cür bölücülüyün, cinsi ayrı-seçkiliyin əleyhinəyəm.

Qeyd etdiyim kimi, qadınlarla bağlı bütün ölkələrdə problemlər var. Məsələn, bugünlərdə belə bir statistika ilə tanış oldum ki, Avropa İttifaqına daxil olan ölkələrdə əksər iş yerlərində kişilərə daha çox üstünlük verilir, nəinki qadınlara. Hətta onların maaşları qadınların maaşlarından 14 faiz daha artıqdır. Yəni dünyanın ən inkişaf etmiş ölkələrində belə bu cür cinsi ayrı-seçkiliklər var. Təbii ki, buna qarşı mübarizə aparmaq lazımdır. Lakin bunu radikal, cinsi ayrı-seçkilik etmədən həyata keçirmək lazımdır. Əlbəttə ki, qadınlar zərif məxluqdur. Ola bilər ki, fiziki baxımından kişilərdən zəif ola bilərlər. Lakin qadınlar qətiyyən gücsüz deyillər, əksinə, kifayət qədər güclüdürlər. Yeri gəldikdə orduda da xidmət edə, döyüşə də bilərlər".

Aynur Camalqızı bu mövzu ilə bağlı ölkəmizdə ciddi maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu vurğulayıb: “Çox təəssüf ki, bizim bəzi bölgələrimizdə qızlarla bağlı hələ də problemlər var. O cümlədən mentalitetimizdə oğlan övladlarının qız övladlarından daha üstün tutulması məsələsi var. Hətta ana bətnində ikən qız uşaqlarının öldürülməsi halları yenə də mövcuddur. Yəni bu cür problemlər var. Amma düşünmürəm ki, bu problemləri hansısa radikal addımlarla həll etmək lazımdır. Hesab edirəm ki, bu məsələ çox ciddi şəkildə müzakirə edilməli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu işdə davamlı olaraq çalışmalıdır. Cəmiyyətimizdə nümunə, örnək qadın obrazları var, onlar nümunə olaraq çəkilməlidir, valideynlərə aşılanmalıdır ki, qız uşaqlarını təhsildən ayırmasınlar, onları yetkinlik yaşına çatmamış nikaha məcbur etməsinlər. Bu problemlər var, lakin onları yalnız maarifləndirmə yolu ilə həll etmək lazımdır. Ötən gün mətbuatdan belə bir məlumat oxudum ki, bir qadın ərini balta ilə öldürüb. Bəs indi bunu necə təqdim edək? Bu hadisə kişi hüquqlarının pozulmasıdır? Əlbəttə ki, xeyr, bu, cinayətdir. Və yaxud qadının öldürülməsi cinayətdir, bu qadın hüquqlarının pozulması məsələsi deyil. Qadın hüquqlarının pozulması daha çox təhsildə baş verir. Onların təhsil hüquqlarının məhdudlaşdırılması, yetkinlik yaşa çatmadan nikaha məcbur edilməsidir və sairə. Bütün bunlar da mentalitetdən irəli gələn problemlərdir ki, diqqəti də məhz bu problemlərə yönəltmək lazımdır”.
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Azaqrotexnika" MMC-nin dövlətə 86 min manatdan çox BORCU VAR
Bu gün, 15:30
Tehrandan Rusiya və Gürcüstana uzanan layihə: Ermənistan əsas halqaya çevrilir - DETALLAR
Bu gün, 15:27
Rumıniya Rusiyanın daha bir PUA-sını vurdu
Bu gün, 15:25
Müharibə Qırmızı dənizə və Xəzərə yayılır, ABŞ zərbələri dayandırıb, yeni cəbhələr açılır
Bu gün, 15:23
MİLYONLARIN SEVİMLİSİ... - REPLİKA
Bu gün, 12:38
Yaylaq Festivalında biabırçı mənzərə - AXI NİYƏ?..
Bu gün, 12:34
Naxçıvan gözləməməlidir: İnsanların səbri deyil, problemlər tükənməlidir! - Ariz Cəfərov yazır...
Bu gün, 12:28
Ləğv olunan banklarla bağlı məhkəmədə - 1 800 İŞ VAR
Bu gün, 11:50
Dənizdə batan Ümid müstəntiq işləyirmiş - FOTO
Bu gün, 11:37
Azərbaycanlıların olduğu gəmiyə dron hücumu: 2 dənizçi itkin düşüb - TƏFƏRRÜAT
Bu gün, 11:31
İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir
Bu gün, 11:28
Qazaxda Federasiya Kuboku yarışı keçirilib
Bu gün, 09:37
Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir - Bərdə xəstəxanasında can bazarı...
Bu gün, 09:32
İcra hakimiyyəti Qarabağ qazisinə qarşı! - MÜRACİƏT
Bu gün, 09:28
Bərdədə səhiyyə sistemi iflic durumda! - NARAZILIQ VAR...
Bu gün, 09:24
Şəki xəstəxanasında ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 09:19
"Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." - Çingiz Əhmədov onların yalanını ifşa etdi
Bu gün, 09:13
“Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11
Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR - FOTO
Bu gün, 09:05
Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı - "Biz razı olmasaq da..."
Bu gün, 08:56
SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü - IRNA
Bu gün, 08:53
Şəhid anası ACINACAQLI DURUMDA... - özü də GÜLLƏ YARASI ALIB...
Bu gün, 08:35
Rövşən Nəcəf SOCAR-da nələrin baş verdiyini bilirmi? - Əgər bilirsə, BU NƏDİ BELƏ?
Bu gün, 08:22
Uşaqlarınızı ölümə göndərməyin! - ÇAĞIRIŞ
Bu gün, 08:10
AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... - GİLEY
Bu gün, 08:06
Naxçıvanda CƏLİLOVŞİNA - Əmi də öz çömçəsi ilə gəlib...
Bu gün, 07:56
Gürcüstanda ELEKTROŞOK - NƏ BAŞ VERİR?
Bu gün, 07:37
ƏSL JURNALİSTİKA... - REPLİKA
Bu gün, 07:26
"Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... - FAKT BUDUR!
Bu gün, 07:13
"Xeyli insanı işsiz qoyublar..." - ETİRAZ VAR!
Bu gün, 07:00
"Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." - FAKT BUDUR!
Bu gün, 06:51
Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... - YAZIQSINIZ!
Bu gün, 06:47
Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi - KİV
Bu gün, 06:32
Okeanın bu tayından okeanın o tayına iradlar... - Çempionata sözardı...
Bu gün, 06:26
Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:01
Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? - AKTUAL
Dünən, 16:56
"SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" - ŞƏRH
Dünən, 16:53
Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi
Dünən, 16:49
İran və Ermənistan birgə işçi qrupu yaradır - “Mehr”
Dünən, 16:45
Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı
Dünən, 16:35
"Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:28
Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” – Terrorçulara işgəncə verilir?
Dünən, 16:19
Gürcüstanda enerji böhranı: - Bakı-Tbilisi qatarı da yolda qaldı
Dünən, 16:17
Bakı şəhəri yenə yuyuldu - FOTO
Dünən, 13:31
Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Dünən, 13:05
Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Dünən, 13:04
"Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Dünən, 12:45
SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Dünən, 12:35
Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Dünən, 12:32
Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Dünən, 12:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru