"Azaqrotexnika" MMC-nin dövlətə 86 min manatdan çox .....                     Tehrandan Rusiya və Gürcüstana uzanan layihə: Ermənistan əsas halqaya çevrilir .....                     Rumıniya Rusiyanın daha bir PUA-sını vurdu .....                     Müharibə Qırmızı dənizə və Xəzərə yayılır, .....                     MİLYONLARIN SEVİMLİSİ... .....                     Yaylaq Festivalında biabırçı mənzərə .....                     Naxçıvan gözləməməlidir: İnsanların səbri deyil, problemlər tükənməlidir! .....                     Ləğv olunan banklarla bağlı məhkəmədə .....                     Dənizdə batan Ümid müstəntiq işləyirmiş .....                     Azərbaycanlıların olduğu gəmiyə dron hücumu: 2 dənizçi itkin düşüb .....                     İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir .....                     Qazaxda Federasiya Kuboku yarışı keçirilib .....                     Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir .....                     İcra hakimiyyəti Qarabağ qazisinə qarşı! .....                     Bərdədə səhiyyə sistemi iflic durumda! .....                     Şəki xəstəxanasında ÖZBAŞINALIQ .....                     "Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." .....                     “Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” .....                     Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR .....                     Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı .....                     SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü .....                     Şəhid anası ACINACAQLI DURUMDA... .....                     Rövşən Nəcəf SOCAR-da nələrin baş verdiyini bilirmi? .....                     Uşaqlarınızı ölümə göndərməyin! .....                     AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... .....                     Naxçıvanda CƏLİLOVŞİNA .....                     Gürcüstanda ELEKTROŞOK .....                     ƏSL JURNALİSTİKA... .....                     "Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... .....                     "Xeyli insanı işsiz qoyublar..." .....                     "Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." .....                     Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... .....                     Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi .....                     Okeanın bu tayından okeanın o tayına iradlar... .....                     Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi .....                     Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? .....                     "SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" .....                     Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi .....                     İran və Ermənistan birgə işçi qrupu yaradır .....                     Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı .....                 

Zərdüşt Əlizadənin sensasion Xankəndi iddiaları: - hər şeyə görə Azərbaycan müxalifətini suçladı...
Tarix: 24-02-2021, 11:11 | Çap et
Zərdüşt Əlizadənin sensasion Xankəndi iddiaları:
Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri, Sosial Demokrat Partiyasının sabiq lideri, politoloq Zərdüşt Əlizadə Meydan TV-nin müxalif internet nəşrində dərc olunan məqaləsində sensasion iddialarla çıxış edib. “Yeni Müsavat” bildirir ki, Z.Əlizadə iqtidarın Qarabağ siyasətini tənqid edən müxalifətçiləri eyni yanlış siyasətlə torpaqlarımızın işğalına və 20 Yanvar qırğınına səbəbkar göstərib. O, “İlham Əliyevin indiki Qarabağ siyasəti düzgündür və xalqımızı addım-addım tam qələbəyə aparır” deyib.

Politoloq Xankəndinə Azərbaycan Ordusunun daxil olacağı halda, mümkün ssenarini belə təhlil edir: “Azərbaycan Ordusunun Xankəndinə daxil olması, dünya mediasının ”yeni erməni soyqırımı" şivəni qoparması, Rusiyanın bu “soyqırımın” qarşısını almaq üçün Gümrü bazasındakı qoşunlarını Qarabağa yeritməsi və təbii ki, rus ordusu ilə Azərbaycan Ordusu arasında döyüşlərin başlaması, bu zaman Türkiyənin məcbur olaraq hərbi münaqişəyə qarışması və Azərbaycan ərazisində genişmiqyaslı regional müharibənin qızışması kifayət idi".

Sülhməramlıların Qarabağdan çıxarılması haqda müxalifətin təkliflərin tənqid edən Z.Əlizadə вЂ?’Əgər bu bisavad və məsuliyyətsiz şəxslərin təklifləri həyata keçərsə, Azərbaycanın başına gələcək müsibətləri təssəvür etmək bir o qədər çətin deyil". Z.Əlizadənin sözlərinə görə, fərz edək ki, Azərbaycan rus sülhməramlılarının Qarabağdan çıxmasını rəsmi tələb edir: “Rusiya deyir ki, göz üstə, qoşunların bölgəyə gəlməsi üçün təxminən bir ay lazım oldu, burada əməlli-başlı yerləşiblər, çıxmaları üçün də bir ay möhlət verin. Azərbaycan, təbii ki, razı olmalıdır. Azərbaycanın bu tələbindən bir gün sonra Minsk Qrupunun üç həmsədri - Fransa, Rusiya və ABŞ BMT-nin Təhlükəsizlik Şurasına bir qətnamə layihəsi təqdim edirlər. Layihədə yazılır ki, Dağlıq Qarabağın erməni əhalisinin Azərbaycan tərəfindən soyqırıma məruz qalması təhlükəsinin qarşısını almaq məqsədilə:

Azərbaycana xəbərdarlıq edilir ki, zora əl atarsa, BMT TŞ-nın qərarı ilə onun cəzalandırılması missiyası tapşırılacaq Minsk Qrupunun həmsədri olan ölkələrə. Bəli, qətnamə layihəsinə beş daimi üzvdən dördü səs verəcək, Çin bitərəf qalacaq. Bundan sonra birinci Fransa, ardınca Rusiya, sonra isə ABŞ və təxminən Kosovonu tanıyan sayda dövlət “artsax”ın müstəqilliyini tanıyacaq..."

Z.Əlizadənin fikirlərində kifayət qədər ciddi arqumentlər və həqiqət payı var. Azərbaycan Ordusunun Xankəndinin bir addımlığından geri dönməsi məhz diplomatik gediş idi. Azərbaycanın üstünə bu qüvvələr “genosid” ittihamı ilə gəlsəydilər, altından çıxmaq çətin olacaqdı. Onsuz da 44 gündə xristian təəssübkeşliyini, bir sıra Qərb mediası və siyasətçilərinin Azərbaycana münasibətini yaxından izlədik, onların Şuşadakı kilsənin bir kərpicinin düşməsinə görə qopardığı haray-həşiri gördük. İndi təsəvvür edək ki, Xankəndi Ordumuzun nəzarətinə götürülür, bu zaman oradakı araikin terrorçu dəstələri təxribat törədir, sonra mülki ermənilərin cəsədlərinin fotolarını dünyaya yayaraq çar çəkir ki, Azərbaycan soyqırımı törədir. Və ədalətsiz, riyakar dünya təşkilatları ermənilərin yanında olacaqsa, ikinci dəfə “erməni soyqırımı” bu, türk dünyasının başına bəla olacaqdı. O baxımdan Azərbaycan tərəfi yerdə qalan ərazilərdə suverenliyin təmin olunmasını diplomatik yolla həll etməyi hədəfləyib. Lakin bəzi korafəhm və səbatsız siyasi müxalifət o dövrdə olduğu kimi yenə məsələlərə bəsit, sadəlövhcəsinə maksimalist, adi yanaşır.

Politoloq Tofiq Abbasovun “Yeni Müsavat”a bildirdiyinə görə, müharibənin gedişində həqiqətən o təhlükələr üzərimizdə var idi: “Faktiki Xankəndində idik, şəhərə girmişdik. Təbii ki, öz ərazimizdir, buna şübhə yoxdur. Amma geosiyasi amillər var, bunu gözardı etmək olmaz. Baxın, həmin vaxt beynəlxalq qüvvələr necə təlaşlı idilər, o güclər Azərbaycana qarşı yönəlmişdilər. Onlar istəyirdilər ki, bizi ittiham etsinlər, soyqırım iddiasını yürütsünlər. Məsələn, I Qarabağ müharibəsində Martakertə girəndə beynəlxalq meydanlar Azərbaycana qarşı qalxmışdılar. Təsəvvrür edin ki, indi hansı reaksiyalar ola bilərdi”.

Ekspert hesab edir ki, savaş meydanında möhtəşəm qələbə əldə etmişik, ola bilsin nəticə nöqtə sayıla bilməz: “Heç sayılmır da. Azərbaycan bu işi məntiqi sonluğa çatdırmalıdır. Bunu hamı, eləcə də ölkənin siyasi rəhbərliyi anlayır. Azərbaycana qarşı qüvvələr revanş arzusunu yaşadırlar, ermənilərə ruh verirlər, bizi ittiham edirlər ki, ermənilərin öz müqəddəratını həll etməyə imkan vermirsiniz. Bunları görmək lazımdır. Ona görə Zərdüşt Əlizadənin fikirləri ilə razıyam, həmin məqaləni oxumuşam, çox ağıllı təhlil yazıb”.

Analitikin fikrincə, müharibədə ikinci zəfərimiz milli konsensus idi: “Burada iqtidar və ya müxalifət yanaşması olmamalıdır. Bəzi dairələr elə bilirdilər ki, müharibə vaxtı Azərbaycanın daxilində çaxnaşma olacaq. Ümumiyyətlə, bir çox millətlər bu cür testlərdən keçir. Bu müharibə göstərdi ki, bizdə ictimai birliklər, vətəndaş cəmiyyəti necə yetkindir, səylərini necə birləşdirirlər. O baxımdan müharibədə ikinci zəfər milli konsensus idi”.

T.Abbasov sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı Z.Əlizadənin fikirlərini və proqnozlarını da bölüşdü: “Kosova variantı ola bilər. Bu yanaşma çox aktualdır. Biz özümüzü arxayın etməli deyilik ki, müharibə meydanında məsələni həll etmişik, siyasi cəhətdən hər şey təminatlı hala gəlib çıxıb. Əsla, baxın, Minsk Qrupu nə baş verdi ki, yenə əl-ayağa düşüb? Onların maraqlar, məkrləri var. Onların istəyi Azərbaycanın güclənməməsidir. Yadınızdadırsa, amerikalı həmsədri Ceyms Uorlik bizə necə etinasız idi, ermənilərlə ağız-ağıza öpüşürdü. Amerikadan Gürcüstana mesaj gəlmişdi ki, ruslara qarşı başlayın, kömək edəcəyik, nə dəstək verdilər? Ona görə Azərbaycan müdrik siyasət aparır, heç kəsdən heç nə ummuruq, bir Türkiyədən bizə təmənnasız qardaş köməyi var. Biz yeni tərəfdaşlıq, dostluq nümunəsi yaratmışıq, dünyada ikinci belə nümunə olmayacaq. Bu, bizim və qardaş Türkiyənin qazancıdır. Odur ki, Zərdüşt Əlizadənin toxunduğu nüanslar əbəs deyil, ehtimalı yüksəkdir, bu reallıqla hesablaşmaq lazımdır. Məsələn, Təhlükəsizlik Şurasında İngiltərənin dəstəyi olmasaydı, çox pis vəziyyətə düşərdik. Bunları nəzərə almalıyıq, arxayınlaşmaq olmaz, müharibə bitsə də, siyasi mübarizə davam edir”.
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Azaqrotexnika" MMC-nin dövlətə 86 min manatdan çox BORCU VAR
Bu gün, 15:30
Tehrandan Rusiya və Gürcüstana uzanan layihə: Ermənistan əsas halqaya çevrilir - DETALLAR
Bu gün, 15:27
Rumıniya Rusiyanın daha bir PUA-sını vurdu
Bu gün, 15:25
Müharibə Qırmızı dənizə və Xəzərə yayılır, ABŞ zərbələri dayandırıb, yeni cəbhələr açılır
Bu gün, 15:23
MİLYONLARIN SEVİMLİSİ... - REPLİKA
Bu gün, 12:38
Yaylaq Festivalında biabırçı mənzərə - AXI NİYƏ?..
Bu gün, 12:34
Naxçıvan gözləməməlidir: İnsanların səbri deyil, problemlər tükənməlidir! - Ariz Cəfərov yazır...
Bu gün, 12:28
Ləğv olunan banklarla bağlı məhkəmədə - 1 800 İŞ VAR
Bu gün, 11:50
Dənizdə batan Ümid müstəntiq işləyirmiş - FOTO
Bu gün, 11:37
Azərbaycanlıların olduğu gəmiyə dron hücumu: 2 dənizçi itkin düşüb - TƏFƏRRÜAT
Bu gün, 11:31
İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir
Bu gün, 11:28
Qazaxda Federasiya Kuboku yarışı keçirilib
Bu gün, 09:37
Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir - Bərdə xəstəxanasında can bazarı...
Bu gün, 09:32
İcra hakimiyyəti Qarabağ qazisinə qarşı! - MÜRACİƏT
Bu gün, 09:28
Bərdədə səhiyyə sistemi iflic durumda! - NARAZILIQ VAR...
Bu gün, 09:24
Şəki xəstəxanasında ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 09:19
"Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." - Çingiz Əhmədov onların yalanını ifşa etdi
Bu gün, 09:13
“Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11
Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR - FOTO
Bu gün, 09:05
Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı - "Biz razı olmasaq da..."
Bu gün, 08:56
SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü - IRNA
Bu gün, 08:53
Şəhid anası ACINACAQLI DURUMDA... - özü də GÜLLƏ YARASI ALIB...
Bu gün, 08:35
Rövşən Nəcəf SOCAR-da nələrin baş verdiyini bilirmi? - Əgər bilirsə, BU NƏDİ BELƏ?
Bu gün, 08:22
Uşaqlarınızı ölümə göndərməyin! - ÇAĞIRIŞ
Bu gün, 08:10
AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... - GİLEY
Bu gün, 08:06
Naxçıvanda CƏLİLOVŞİNA - Əmi də öz çömçəsi ilə gəlib...
Bu gün, 07:56
Gürcüstanda ELEKTROŞOK - NƏ BAŞ VERİR?
Bu gün, 07:37
ƏSL JURNALİSTİKA... - REPLİKA
Bu gün, 07:26
"Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... - FAKT BUDUR!
Bu gün, 07:13
"Xeyli insanı işsiz qoyublar..." - ETİRAZ VAR!
Bu gün, 07:00
"Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." - FAKT BUDUR!
Bu gün, 06:51
Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... - YAZIQSINIZ!
Bu gün, 06:47
Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi - KİV
Bu gün, 06:32
Okeanın bu tayından okeanın o tayına iradlar... - Çempionata sözardı...
Bu gün, 06:26
Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:01
Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? - AKTUAL
Dünən, 16:56
"SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" - ŞƏRH
Dünən, 16:53
Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi
Dünən, 16:49
İran və Ermənistan birgə işçi qrupu yaradır - “Mehr”
Dünən, 16:45
Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı
Dünən, 16:35
"Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:28
Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” – Terrorçulara işgəncə verilir?
Dünən, 16:19
Gürcüstanda enerji böhranı: - Bakı-Tbilisi qatarı da yolda qaldı
Dünən, 16:17
Bakı şəhəri yenə yuyuldu - FOTO
Dünən, 13:31
Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Dünən, 13:05
Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Dünən, 13:04
"Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Dünən, 12:45
SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Dünən, 12:35
Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Dünən, 12:32
Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Dünən, 12:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru