"Azaqrotexnika" MMC-nin dövlətə 86 min manatdan çox .....                     Tehrandan Rusiya və Gürcüstana uzanan layihə: Ermənistan əsas halqaya çevrilir .....                     Rumıniya Rusiyanın daha bir PUA-sını vurdu .....                     Müharibə Qırmızı dənizə və Xəzərə yayılır, .....                     MİLYONLARIN SEVİMLİSİ... .....                     Yaylaq Festivalında biabırçı mənzərə .....                     Naxçıvan gözləməməlidir: İnsanların səbri deyil, problemlər tükənməlidir! .....                     Ləğv olunan banklarla bağlı məhkəmədə .....                     Dənizdə batan Ümid müstəntiq işləyirmiş .....                     Azərbaycanlıların olduğu gəmiyə dron hücumu: 2 dənizçi itkin düşüb .....                     İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir .....                     Qazaxda Federasiya Kuboku yarışı keçirilib .....                     Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir .....                     İcra hakimiyyəti Qarabağ qazisinə qarşı! .....                     Bərdədə səhiyyə sistemi iflic durumda! .....                     Şəki xəstəxanasında ÖZBAŞINALIQ .....                     "Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." .....                     “Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” .....                     Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR .....                     Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı .....                     SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü .....                     Şəhid anası ACINACAQLI DURUMDA... .....                     Rövşən Nəcəf SOCAR-da nələrin baş verdiyini bilirmi? .....                     Uşaqlarınızı ölümə göndərməyin! .....                     AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... .....                     Naxçıvanda CƏLİLOVŞİNA .....                     Gürcüstanda ELEKTROŞOK .....                     ƏSL JURNALİSTİKA... .....                     "Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... .....                     "Xeyli insanı işsiz qoyublar..." .....                     "Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." .....                     Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... .....                     Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi .....                     Okeanın bu tayından okeanın o tayına iradlar... .....                     Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi .....                     Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? .....                     "SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" .....                     Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi .....                     İran və Ermənistan birgə işçi qrupu yaradır .....                     Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı .....                 

Müharibənin üçüncü qaynar fazası başlayacaq - Partiya sədri
Tarix: 19-02-2021, 08:39 | Çap et
Müharibənin üçüncü qaynar fazası başlayacaq
Regionun geosiyasi vəziyyəti özünün gərginliyi ilə müşahidə olunur. Hərbi qələbədən sonra cərəyan edən proseslər çox ciddi və nizamlı diplomatik gedişlər tələb edir. Paralel şəkildə ölkədə tam uğurun əldə olunması bütün təsirlərə rəğmən xalq, hökumət, siyasi təşkilatların birliyinin qorunması ilə əlaqələndirilir.

Bu və digər məsələlərlə bağlı “Həftə içi”nə müsahibə verən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev maraqlı məqamlara diqqət çəkib.

-Əli bəy, 44 günlük Vətən müharibəsindən sonra Qarabağdakı vəziyyət gərginliyi ilə diqqət çəkir. Müharibədə qazanılan zəfər ikinci mərhələdə diplomatik müstəvidə aparılan mübarizədə qazanılmalıdır və prosesdə Azərbaycana təsir edən güclərin olması istisna edilmir. Burada “5-ci kolon”un rolunun oduğu da deyilir. Bu barədə nə deyərdiniz?

- Rusiya Azərbaycandakı vəziyyətdən narazıdır. O, faktiki olaraq ərazilərimizi işğal edib, torpaqlarımıza qoşun yerləşdirib. İndi də Rusiyanın yeni imperiya siyasəti üçün təzyiqlər təşkil edir. “5-ci kolon”un fəallaşması sadəcə budur. Necə ki, Ermənistanda Paşinyan hökumətinə qarşı Köçəryan, Sərkisyan ittifaqından istifadə olunur, Azərbaycanda da bunabənzər proseslər gedir. Rusiya Prezident İlham Əliyevi Moskva layihəsinə qoşulmağa vadar etmək istəyir. Azərbaycanda yerləşdirdiyi qoşunları baza statusuna qaldırmaq istəyir. Azərbaycanı tam olaraq işğal altında saxlamaq niyyətini güdür.

- Rusiya sülhməramlıları ilə bağlı belə bir mövqe ortaya qoydunuz. Bu məqamın üzərində dayanaq. Mətbuata müsahibə verən rusiyalı politoloq deyir: çoxları qorxur ki, “Putin gəlib buraları alacaq...” və sair. Jurnalist Rusiya sühməramlıları ilə bağlı Azərbaycanda narahatlıq doğuran məqamların liberal və qərbyönümlü qruplar tərəfindən səsləndiyini irəli sürüb. Bu cür yanaşma nəyə yönəlikdir?

- Liberal siyasi mövqeyə çox pis baxıram və qərbyönümlü yox, Azərbaycan yönümlüyəm, bir millətçiyəm. Rusiya politoloqu razı olardımı ki, Azərbaycan ictimaiyyətində Rusiya qoşunlarının işğalçı qüvvələr olduğu fikri yaransın? Ona görə də Rusiya politoloqunun bu fikri normal qarşılanmalıdır. Rus politoloqlarının hamısı millətçidir və rus imperiyasının dinc təzahürdə meydana çıxmasının tərəfdarıdır. Sadəcə olaraq, niyə bunlar Azərbaycana gəlməliydilər ki, biz də onların ölkədən çıxarılmasına, yaxud bu cür etiketlərin yapışdırılmasına təşəbbüs göstərək? Bir nəfər azərbaycanlını Qarabağ ərazisinə köçürüblərmi? “Sülhməramlı” tezisinin rus ordusunun qarşısında yapışdırılması nə dərəcədə doğrudur?

Sülhməramlı dediyiniz qoşun hissələri 1990-cı ilin yanvarında Bakını qana boyadılar, 1992-ci ildə Xocalı soyqırımını törətdilər. Beynəlxalq qanunvericiliyə görə sülhməramlı statusu yalnız BMT tərəfindən verilən mandat əsasında müəyyən edilə bilər. Ruslar bu mandatı BMT-dən alıblar? Xeyr. Digər məsələ, sülhməramlı ev tikir? Sülhməramlı yol çəkir? Sülhməramlı məktəb açır, xəstəxana açır? Rus qoşunları bunlarla məşğul olur. Prezident Əliyev də bunu ifadə edib. Sülhməramlılar 50 min əhalini o tərəfdən gətirib Qarabağa, niyə bu tərəfdən bir nəfəri belə aparmamalıdır? Siz görmüsünüzmü ki, nə vaxtsa Rusiya ilə Ermənistan arasında münaqişə olsun? İki yüz ilə yaxındır ki, rus-erməni hərbi birləşmələri Azərbaycan xalqının qanını tökür. İstəy Gəncədə, istər Bakıda, Şəkidə, Naxçıvanda, Lənkəranda, Kürdəmirdə olsun... 31 Martı biz soyqırımı kimi qeyd edirik, kim törədib onu? Bu qırğını 1918-ci ildə rus-bolşevik, daşnak qüvvələri törətmişdi. Ona görə də 200 il ərzində bu xalqın qoşununa işğalçı adından başqa ad vermək mümkün deyil.

- İndi də separatçıların başçısı Qarabağda “rəsmi dilin rus dili olması” barədə qərar verib. Rusiya bu qərarı müsbət qarşılayıb. Bu nəyə yönəlikdir?

- Azərbaycan ərazisində separatçı qurumun terrorist nümayəndələrinin bu cür planı Azərbaycanda təəccüb doğurmamalıdır. Bir müddət sonra həmin separatçı qurum, ruslar, ermənilər tərəfindən işğal olunan Azərbaycan ərazilərinin keçmiş Dağlıq Qarabağ ərazilərinin ya Ermənistana, nə Rusiyaya birləşdirilməsi ilə bağlı sorğuya şahidlik edəcəyik. Bir müddət sonra Minsk Qrupunun əraziyə status verilməsi ilə bağlı danışıqların aparılmasına şahidlik edəcəyik. Bu danışıqların birinci mərhələsi başlayıb.

- Bir sıra ekspertlər, siyasilər deyirlər ki, 28-30 illik işğalı 44 gün ərzində necə həll elədiksə, zamanla bu problemlərin də öhtəsindən gələcəyik...

- O sözü deyənlər nə münəccimdirlər, nə də ki falabaxan. Rusiya Mərkəzi Afrika ölkəsində müharibə aparır. Dünən 10-a yaxın insan qətlə yetirilib, Heydər Camalın oğlunun öldürüldüyü yerdə. Rusiya Krımın inzibati vahidlərini - Donetsk, Luqansk vilayətlərinin işğalında iştirak edib. Gürcüstanın iki subyektini işğal edib. Moldovanın ərazisində bir subyekti işğal edib, qoşunlarını qanunsuz olaraq orda yerləşdib. Qazaxıstanda ərazi iddiasını ifadə edir. Mən burada münəccimlərin sözlərinə inanmalıyam, yoxsa gördüklərimə? Kim zəmanət verir ki, Rusiya qoşunları Azərbaycandan çıxacaq? Kim zəmanət verir ki, Rusiya Azərbaycanın milli maraqlarına uyğun olan mövqe nümayiş etdirəcək?!

- Əli bəy, bizdə bir ümid yaranmışdı ki, Türkiyənin bölgəyə gəlişindən sonra Azərbaycana qarşı hər hansı istilaçı mövqelərin inkişafına imkan verilməyəcək. Monitorinq qrupu da yarandı. Bu, bizə qarşı təhdidlərin qarşısının alınması üçün hansı təsirə malik olacaq?

- Rusiya özü üçün keçmiş SSRİ respublikalarından ibarət təhlükəsizlik qurşağı yaradıb. Məni bir sual narahat edir: axı əlimdə olan qələbəni niyə kiməsə verməliyəm? Nəyə görə təbii müttəfiqimdən imtina eləməliyəm? Niyə Ermənistanın hərbi qoşunları hələ də Qarabağda meydan sulayır? Niyə məğlub kimi davranmır, orada qərarlar verir?! Kapitulyasiya aktı olmayana qədər bizim gələcəkdə Haaqa Məhkəməsinə iddialarla bağlı çıxış edəcəyimizlə bağlı verilən bəyanatlar da yanlışdır. Ermənistan məğlub olduğunu və müharibədə törətdiyi cinayətləri etiraf etməyənə qədər, kapitulyasiya aktını imzalamayana qədər, heç bir Haaqa Məhkəməsinə müraciət etmək hüququna malik deyilik.

- Göründüyü kimi Qarabağda vəziyyət gərgindir. Sərhədlər bütövləşsə də, nəzarətimizdə olmayan ərazilər var. Həmin yerlərdə məskunlaşma ilə bağlı hansı fikirləriniz var?

- Məni əhalinin öz yerlərinə köçürülməsi narahat edir. Çox böyük ehtimalla, müharibənin üçüncü qaynar fazası başlayacaq. Biz bunu gözləyirik. Hər halda düşünürəm ki, müharibə qaçılmazdır. Bu, Ermənistan tərəfinin verdiyi bəyanatlardan bu görünür. Məni narahat edən məsələ işğal altında qalan ərazilərimizdir. Onların müqəddəratı və taleyidir. Nəyə görə Azərbaycan xalqının qanı bahasına aldığı torpaqları biz rusların, ermənilərin nəzarətində buraxmalıyıq?

- Əli bəy, artıq bu proses baş verdi. İndiki gərgin şəraitdən çıxmaq üçün nə etməliyik, siz nə təklif edirsiniz?

- İqtidar siyasi müxalifətlə bir araya gəlməlidir. Bizi qarşıda gözləyən fazaya hazırlaşmalıyıq. Azərbaycanı qarşıda “status” məsələsinin qaldırılması gözləyir. Azərbaycanı həmin ərazidə məskunlaşmış separatçı ermənilərin hər hansı bir “səsvermə” keçirməsi gözləyir. İndiki sülhməramlıların bölgəmizdə olduğu bir şəraitdə, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində onun yurisdiksiyasının qəbul olunmasından söhbət gedə bilməz. Arutunyan kimi terrorçular orada hələ ki, oturub at oynadacaqlar. Bunu nəzərə alıb ölkə daxilində konsolidasiyaya nail olmalıyıq.

- Sühməramlıların bölgəyə daxil olması və özbaşına hərəkətlərindən narahatlıq ifadə edən bəzi siyasilər ölkədə 3-cü Milli İstiqlaliyyət Hərəkatının olmasını da dilə gətirib. Bu nə dərəcədə gözləniləndir?

- Mən hazırkı vəziyyətdə ölkənin daxilində ciddi siyasi proseslərin gedişatını gözləmirəm və arzulamıram. Bu 44 gün ərazində bizim ən böyük avantajımız xalqın daxilində yaranan milli birlik məsələsi olub. Milli birlik hər hansı səbəbdən dəyişərsə, pozularsa, uğursuzluğumuza gətirib çıxara bilər. Bəli, ölkədə hakimiyyətin dəyişməsində maraqlı olan çevrələr var. Onların heç biri Azərbaycanda Milli Azadlıq Hərəkatı deyil, hakimiyyəti dəyişmək üçün başqa dövlətlərin əlində alət olan qüvvələrdir. Bu baxımdan Milli Azadlıq Hərəkatı üçün zəmin görmürəm.

- Ekspertlər bu fikirdədir ki, Vətən müharibəsində qazandığımız milli birliyin dağıdılmasını və siyasi partiyaların iqtidarla siyasi əməkdaşlığını məhdudlaşdırmaq istəyən qüvvələr var. Təsadüfi deyil ki, bu qüvvələr öz niyyətlərini “5-ci kolon”un əli ilə gerçəkləşdirməyə çalışıblar. Bu məsələni necə dəyərləndirərdiniz?

- Kənar qüvvələr, təbii ki, Azərbaycanı çökdürmək və onu öz təsir dairəsinə salmaq istəyəcək. Bu aydındır. Azərbaycan münbit geosiyasi mövqeyi, kommunikasiya xətləri, böyük qaz və neft kəmərləri var və müstəqil siyasət aparmaq istəyindədir. Maraqlı güclər Azərbaycanı öz təsirinə salmaq üçün əlindən gələni edəcək. Buna qarşı bizim dirənişimiz necə olmalıdır? Düşünürəm ki, bu istiqamətdə cavabını gözləyən xeyli sual var ki, Azərbaycan öz daxili gücünə və birliyinə güvənərək bunlara cavab verə bilər.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Azaqrotexnika" MMC-nin dövlətə 86 min manatdan çox BORCU VAR
Bu gün, 15:30
Tehrandan Rusiya və Gürcüstana uzanan layihə: Ermənistan əsas halqaya çevrilir - DETALLAR
Bu gün, 15:27
Rumıniya Rusiyanın daha bir PUA-sını vurdu
Bu gün, 15:25
Müharibə Qırmızı dənizə və Xəzərə yayılır, ABŞ zərbələri dayandırıb, yeni cəbhələr açılır
Bu gün, 15:23
MİLYONLARIN SEVİMLİSİ... - REPLİKA
Bu gün, 12:38
Yaylaq Festivalında biabırçı mənzərə - AXI NİYƏ?..
Bu gün, 12:34
Naxçıvan gözləməməlidir: İnsanların səbri deyil, problemlər tükənməlidir! - Ariz Cəfərov yazır...
Bu gün, 12:28
Ləğv olunan banklarla bağlı məhkəmədə - 1 800 İŞ VAR
Bu gün, 11:50
Dənizdə batan Ümid müstəntiq işləyirmiş - FOTO
Bu gün, 11:37
Azərbaycanlıların olduğu gəmiyə dron hücumu: 2 dənizçi itkin düşüb - TƏFƏRRÜAT
Bu gün, 11:31
İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir
Bu gün, 11:28
Qazaxda Federasiya Kuboku yarışı keçirilib
Bu gün, 09:37
Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir - Bərdə xəstəxanasında can bazarı...
Bu gün, 09:32
İcra hakimiyyəti Qarabağ qazisinə qarşı! - MÜRACİƏT
Bu gün, 09:28
Bərdədə səhiyyə sistemi iflic durumda! - NARAZILIQ VAR...
Bu gün, 09:24
Şəki xəstəxanasında ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 09:19
"Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." - Çingiz Əhmədov onların yalanını ifşa etdi
Bu gün, 09:13
“Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11
Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR - FOTO
Bu gün, 09:05
Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı - "Biz razı olmasaq da..."
Bu gün, 08:56
SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü - IRNA
Bu gün, 08:53
Şəhid anası ACINACAQLI DURUMDA... - özü də GÜLLƏ YARASI ALIB...
Bu gün, 08:35
Rövşən Nəcəf SOCAR-da nələrin baş verdiyini bilirmi? - Əgər bilirsə, BU NƏDİ BELƏ?
Bu gün, 08:22
Uşaqlarınızı ölümə göndərməyin! - ÇAĞIRIŞ
Bu gün, 08:10
AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... - GİLEY
Bu gün, 08:06
Naxçıvanda CƏLİLOVŞİNA - Əmi də öz çömçəsi ilə gəlib...
Bu gün, 07:56
Gürcüstanda ELEKTROŞOK - NƏ BAŞ VERİR?
Bu gün, 07:37
ƏSL JURNALİSTİKA... - REPLİKA
Bu gün, 07:26
"Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... - FAKT BUDUR!
Bu gün, 07:13
"Xeyli insanı işsiz qoyublar..." - ETİRAZ VAR!
Bu gün, 07:00
"Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." - FAKT BUDUR!
Bu gün, 06:51
Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... - YAZIQSINIZ!
Bu gün, 06:47
Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi - KİV
Bu gün, 06:32
Okeanın bu tayından okeanın o tayına iradlar... - Çempionata sözardı...
Bu gün, 06:26
Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:01
Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? - AKTUAL
Dünən, 16:56
"SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" - ŞƏRH
Dünən, 16:53
Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi
Dünən, 16:49
İran və Ermənistan birgə işçi qrupu yaradır - “Mehr”
Dünən, 16:45
Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı
Dünən, 16:35
"Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:28
Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” – Terrorçulara işgəncə verilir?
Dünən, 16:19
Gürcüstanda enerji böhranı: - Bakı-Tbilisi qatarı da yolda qaldı
Dünən, 16:17
Bakı şəhəri yenə yuyuldu - FOTO
Dünən, 13:31
Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Dünən, 13:05
Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Dünən, 13:04
"Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Dünən, 12:45
SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Dünən, 12:35
Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Dünən, 12:32
Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Dünən, 12:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru