"Azaqrotexnika" MMC-nin dövlətə 86 min manatdan çox .....                     Tehrandan Rusiya və Gürcüstana uzanan layihə: Ermənistan əsas halqaya çevrilir .....                     Rumıniya Rusiyanın daha bir PUA-sını vurdu .....                     Müharibə Qırmızı dənizə və Xəzərə yayılır, .....                     MİLYONLARIN SEVİMLİSİ... .....                     Yaylaq Festivalında biabırçı mənzərə .....                     Naxçıvan gözləməməlidir: İnsanların səbri deyil, problemlər tükənməlidir! .....                     Ləğv olunan banklarla bağlı məhkəmədə .....                     Dənizdə batan Ümid müstəntiq işləyirmiş .....                     Azərbaycanlıların olduğu gəmiyə dron hücumu: 2 dənizçi itkin düşüb .....                     İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir .....                     Qazaxda Federasiya Kuboku yarışı keçirilib .....                     Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir .....                     İcra hakimiyyəti Qarabağ qazisinə qarşı! .....                     Bərdədə səhiyyə sistemi iflic durumda! .....                     Şəki xəstəxanasında ÖZBAŞINALIQ .....                     "Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." .....                     “Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” .....                     Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR .....                     Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı .....                     SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü .....                     Şəhid anası ACINACAQLI DURUMDA... .....                     Rövşən Nəcəf SOCAR-da nələrin baş verdiyini bilirmi? .....                     Uşaqlarınızı ölümə göndərməyin! .....                     AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... .....                     Naxçıvanda CƏLİLOVŞİNA .....                     Gürcüstanda ELEKTROŞOK .....                     ƏSL JURNALİSTİKA... .....                     "Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... .....                     "Xeyli insanı işsiz qoyublar..." .....                     "Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." .....                     Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... .....                     Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi .....                     Okeanın bu tayından okeanın o tayına iradlar... .....                     Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi .....                     Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? .....                     "SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" .....                     Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi .....                     İran və Ermənistan birgə işçi qrupu yaradır .....                     Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı .....                 

"Ermənilər bu addımı çox uzaqgörənliklə atıblar" - Maksim Musayev
Tarix: 5-02-2021, 08:30 | Çap et
"Ermənilər bu addımı çox uzaqgörənliklə atıblar"
Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın şanlı ordusunun 44 günlük müzəffər yürüşündən sonra imzalanmış 10 Noyabr razılaşmasına əsasən noyabrın 25-də Kəlbəcər rayonu da işğaldan azad edildi. Ermənistan Söyüdlü (Zod) yatağının Azərbaycanın həmin rayonunun ərazisinə düşən hissəsini təhvil verməkdən imtina etməyə başladı. Bir müddət sonra Azərbaycan Ordusunun müdaxiləsi ilə məsələ həllini tapdı... Bugünədək hələ də Ermənistanın bəzi müxalif siyasi dairələri guya sovet dövründən qızıl yatağının Kəlbəcərdəki hissəsinin daha çoxunun ermənilərə məxsus olduğunu iddia edirlər.

Atası Talıb Musayev 1920-1930-cu illərdən bəri Qərbi Azərbaycanda, o cümlədən Göyçə mahalında, Basarkeçərdə müxtəlif vəzifələrdə çalışmış, Ermənistan SSR Ali Sovetinin sədr müavini postunadək yüksəlmiş sabiq deputat Maksim Musayev “Həftə içi”nə müsahibəsində Zod qızıl yatağının aşkar edilməsi, istismarı və s. haqda maraqlı faktlar danışıb.

- Maksim müəllim, özünüz indi Ermənistan adlanan Qərbi Azərbaycanda doğulmusuz, gənclik illərindən o torpaqlarda müxtəlif işlərdə çalşmısız, atanız Talıb Musayev də 1920-1950-cu illərdə Qərbi Azərbaycanda, o cümlədən Göyçə mahalında, Basarkeçərdə müxtəlif vəzifələrdə çalışıb, Ermənistan SSR Ali Sovetinin sədr müavini postunadək yüksəlib. Yəqin ki, bir hissəsi hələ sovet dövründən bir hissəsi Ermənistan ərazisində qalmış Zod(Söyüdlü) qızıl yatağının kəşf edilməsi ilə bağlı məlumatlara malik olub?

- Bəli, Zod qızıl yatağı barədə mən də hələ gənclik illərində atama suallar verirdim. O deyirdi ki, VII-VIII əsrlərdə oğuzlar həmin mədənlərdən qızıl çıxarırmışlar. Çar Rusiyası və sovet dövründə isə biz bilməsək də, rus və erməni geoloqların burada qızıl mədənlərinin olması barədə məlumatları olub. Atam bu haqda özünün 2008-ci ildə nəşr olunmuş “Ermənilər və faciələrimiz” adlı kitabında ətraflı yazıb. Əslində, sovet hökuməti Zod qızıl mədənini yarıya bölüb qərb hissəsinin ermənilərə bəxş edib və xalqımızın haqlı etirazlarına həmişəki kimi məhəl qoyan olmayıb... Halbuki, həmin torpaqlardakı nəinki qızıl yataqları, bütövlükdə Zəngəzur, Göyçə və s. tarixən Azərbaycanın olub...

İlk məlumat 1950-ci ildə əldə edilib

- Bəs bu proses necə baş verib? Kəlbəcər ərazisində qızıl yatağının olması haqda ilk dəfə rəsmi məlumat nə vaxt meydana çıxıb?

- Atam deyirdi ki, bu haqda ilk məlumat ona 1950-ci il sentyabrın sonlarında bəlli olub. Bəhs etdiyim kitabında bu barədə belə yazıb: “O vaxt mən Basarkeçər partiya komitəsinin 1-ci katibi idim. Gecə saat 2 radələrində tanımadığım Sahakyan familiyalı bir erməni zəng vurub Tiflisdəki Zaqafqaziya axtarış briqadasından olduğunu bildirdi və ciddi-cəhdlə xahiş etdi ki, onları qəbul edim. Mən onları yalnız səhər qəbul edəcəyimi bildirib dəstəyi yerə qoydum. Dərhal təkrar zəng vurub gec də olsa, onları qəbul etməyimdə israr etdilər...”.

Mənba Dəvədamı təpəsi idi

Atam həmin gecə onlarla kabinetdə görüşüb. Ermənilər öz vəsiqələrini təqdim edərək deyiblər ki, hələ 5 il əvvəl Mirbəşir(indiki Tərtər-S.L.) rayonunun Tərtər çayında qum içərisində qızıl nişanələri tapmışıq. Bu 5 ildə Mirbəşirdən başlayaraq İstisuya qədər dərə, təpə, bulaq və çaylarda axtarışlar aparmışıq. Lakin istənilən nəticəni əldə edə bilmirdik. Bu il isə yenidən işə girişdik. Mirbəşirdə, Kəlbəcərdə, İstisuda, Çaykənddə axtarışlar apardıq, yenə əliboş qaldıq. Ümidimiz qalmadığından qısa yolla İstisudan Basarkeçərə keçib oradan da Tiflisə getməyi qərarlaşdırdıq. Yolda Söyüdlü yaylağı adalarına yurd yerində oturub çörək yeyən zaman bulaq suyunun axdığı hamar daş üzərindəki xırda-xırda çatlar içərisində qızıl qırıntıları götürdük. Həmin daşlardan 6 ədəd qızıl qırıntısı çıxardıq. Təxminən müəyyən etdik ki, qızılın mənbəyi həmin bulağın çıxdığı Dəvədamı adlanan təpədədir... Xülasə, atamdan xahiş ediblər ki, səhər onlara fəhlə, nəqliyyat və digər lazım olan əşyalar versin...

- Yəqin ki, o dövrün idarəçilik tələblərinə görə atanız geoloqların erməni olmasına baxmayaraq, onların xahişlərini yerinə yetirməyə məcbur olub?

- Əlbəttə. Axı o illərdə SSRİ-də artıq rəsmən milli ayrı-seçkiliyə imkan verilmirdi. Atam erməni olmalarına görə onları rədd etsəydi. Dərhal işdən azad edər, hətta barəsində cinayət işi qaldırardılar. Odur ki, geoloqların tələbləri səhər tezdən ödənilib. 4 gün qazıntı işləri aparılıb. Nəticədə aydın olub ki, təxminən 7-8 əsr əvvəl buradan qızıl çıxarmışlar. Qazıntı zamanı 2,5-3 metr dərinlikdə kirkirə, taxıl və yaxud qum üyütmək üçün əl dəyirmanı, kirəmit qızıl parıltıları ilə zəngin olan daş parçaları tapılıb. Atamın kitabda özünün yazdığını oxuyuram:

“4-cü gün mən özüm də oraya getdim. Axtarış gücləndirildi və bu barədə Ermənistan hökumətinə məlumat verildi. Hökumətin sədri Sahak Karapetyan, onun müavini, ixtisasca geoloq Suren Movsesyan və başqaları təcili olaraq Basarkeçərə gəldilər. Qazıntı olan yerlərə getdik. Onlar tam əmin oldular ki, burada böyük perspektivi olan qızıl mədənləri mövcuddur. Özlərinin görəcəkləri tədbirlərdən danışdılar. Mənə də müvafuq tapşırıqlar verdilər. Lakin istər qazıntı aparılan yer, istərsə də qızıl çıxmasına güman gələn yerlərin çox hissəsi Azərbaycan ərazisinə düşürdü. Mən bu barədə Karapetyana məlumat verdim. O isə belə cavab verdi:

“Birincisi, qızıl məsələsi yalnız Moskvanın səlahiyyətinə aiddir. İkincusi də Teymur Quliyevlə (Azərbaycan SSR Nazirlər Şurasının sədri (1946-1953; 1953-1954)-S.L.) özüm danışaram. Anastas Mikoyanla da məsləhətləşərəm və ondan xahiş edərəm ki, mədənin istismara verilməsində bizə yaxından köməklik etsin. Sən rayondan asılı işlərlə ciddi məşğul ol. Fəhlə qüvvəsi, nəqliyyat,ərzaq və digər təxirəsalınmaz məsələləri həll et...”

Axtarış işləri gündən-günə genişləndirildi. İki respublikanın tam sərhədində yeməkxana, anbar, yataqxana tikintisinə başlanıldı...

Qızıl yataqlarının çox hissəsinin Azərbaycanın Kəlbəcər rayonunun ərazisində yerləşdirilməsinə baxmayaraq onları istismara vermək üçün fəhlə qəsəbəsi, mədənin ətrafında əsaslı tikintilər də Zod kəndində inşa edilməyə başlandı...”.

Ermənilərin oyunu – Bakının susqunluğu

- Bəs bütün bunlara Azərbaycan rəhbərliyi necə reaksiya verib?

- Təəssüf ki, yəqin, dediyim səbəblərdən heç bir reaksiya olmayıb. Amma, sözsüz ki, Azərbaycan torpağında qazıntı işlərinin aparılması onun rəhbərlərinə bəlli olub. Atam danışırdı ki, 1951-ci ildə Kirovakan vilayət partiya komitəsinin konfransındakı çıxışımda bu məsələyə toxunub mədənin əsasən Azərbaycan torpağında olduğunu xatırlatdım. Ermənistan KPMK-nın o vaxtkı katibi Arutyunov dərhal yerindən qabarıb cavab verdi ki, Karapetyan bu barədə Teymur Quliyevə danışıb...

Bundan sonra ərazidən böyük sürətlə tikinti işləri aparılıb. Sonralar atama məlum olub ki, A.Mikoyan SSRİ Dövlət Plan Komitəsində və nazirliklərdə məsələni saxtakarlıqla Ermənistanın xeyrinə həll etdirib. Bu nadir və qiymətli sərvətə sahibləndikləri üçün ermənilər şənlik keçirib, rəhbərlik isə dövlət səviyyəsində banketlər verib...

Atam və Qərbi Azərbaycandakı digər ziyalılarımız ermənilərin bu uğuruna həddindən artıq qəzəblənib. Dediyim kimi, sovet dövrünün mənəvi-ideoloji qandalları onlara əl-qol açmağa, düşmənlərin planlarına müqavimət göstərməyə imkan vermirdi. Atam bu haqda kitabında ürək ağrısı ilə yazır:

“Biz, əlbəttə, o dövrdə ermənilərin bütün hiylələrini görürdük, bəzən bu və ya digər yolla etirazımızı da bildirirdik. Elə bir sistemdə yaşayırdıq ki, bizim haqq səsimizi eşidən belə yox idi. Bəzən də daxili əzabımızı, nifrətimizi biruzə verməklə özümüzü məhv etmiş olurduq. Belə işlər Ermənistanda yaşayan azərbaycanlılara, xüsusən də partiya-dövlət işçilərinə baha başa gəlirdi. Ermənilər bizi millətçilikdə təqsirləndirib ağır cəzalar belə, verməkdən çəkinmirdilər...”.

Qızıl zavodu niyə Araza yaxın tikilib?

- Bəs ermənilər qızıl zavodunu niyə elə Zodda, mədənin yaxınlığında yox, bildiyimizə görə, yüzlərlə kilometr uzaqda ovaxtkı Vedi, indiki Ararat rayonunda tikib? Burada nə məqsəd güdülürdü?

- Talıb müəllim deyirdi ki, Zod qızıl yataqlarının böyük hissəsinin ermənilərin əlinə keçməsində xaricdəki ermənilər də az rol oynamayıblar. Məhz onların təkidi və Ermənistan Elmlər Akademiyasının prezidenti, Basarkeçərdə doğulmuş Viktor Ambarsumyanın təşəbbüsü ilə sonralar qızıl emalı zavodu və fəhlə qəsəbəsi Zodda tikilməyib. Qəsəbə Basarkeçər kəndində salınıb, zavod isə Vedi rayonunun Dəvəli kəndində tikildi və həmin kənd Ararat qəsəbəsi, zavod isə Ararat qızılsaflaşdırma zavodu adlandırılıb. Ermənilər bu addımı çox uzaqgörənliklə atıblar. Əvvəla, başdan-başa azərbaycanlılar yaşayan rayonda qiymətli metal müəssisəsi yaratmaq istəməyiblər. Çünki fəhlələr Basarkeçər və Kəlbəcər rayonlarının əhalisindən, yəni azərbaycanlılardan olacaqdı. İkincisi isə, belə bir zavodun Azərbaycan sərhədi zonasında salınması onları vahiməyə salırdı ki, Azərbaycan sabah öz qızılına sahib ola bilər. Bu da Ermənistanı yox şəklinə salar. Beləliklə, zavod mədəndən 280 km uzaqda, Araz çayının 8-10 km-liyində tikilib. Bu isə ermənilər üçün çox əlverişli idi. Çünki onlar Araz çayının sularından o məsafədə istifadə etmirlər. Odur ki, çayın çirklənməsi onları qətiyyən maraqlandırmırdı. Əksinə, Azərbaycana gəlib çıxan çayın zəhərli və zərərli kimyəvi maddələr daşıması xalqımızın sağlamlığına ziyan vurmaq baxımından onlara sərf edirdi...

- Yəqin ki, Sovetlər İttifaqı dağıldıqdan sonra Ermənistanın digər torpaqları kimi Kəlbəcəri də işğal etməsi və nəticədə Zod qızıl yatağının bütövlükdə ermənilərin əlinə keçməsi Talıb müəllimi daha çox sarsıtdı?

- Bəli, təəssüf ki, belə oldu. Torpaqlarımızın, Qarabağın da işğalı atamı çox ağrıdırdı. Buna rəğmən gec-tez torpaqlarımızın azad ediləcəyinə böyük ümidi vardı. Və ömrünün sonunadək bu ümidlə yaşadı – sanki torpaqlarımızın azad ediləcək bu günləri görürdü. Elə “Ermənilər və faciələrimiz” kitabının Zod yatağından bəhs edən hissəsini də bu ümid və Azərbaycan gənclərinə tövsiyə ilə bitirmişdi:

“O vaxtlar Azərbaycanın müstəqil olması ürəyimizdən keçsə də, bizə xəyal kimi görünürdü. Yəqin ki, müstəqil olsaydı, respublika öz halal sərvətini- Kəlbəcər qızılını ermənilərə güzəştə getməzdi. Mən bu fikirləri məhz on görə yazıram ki, yeni nəsil gənclərimiz çətinliklə əldə etdiyimiz müstəqilliyimizi göz bəbəyi kimi qorusunlar, onun yolunda canlarını belə, əsirgəməsinlər. Cavanlardan xahişim budur ki, Vətəni sevsinlər. Onu əldə etmək nə qədər çətindirsə, əldə saxlamaq da bir o qədər çətindir. Torpaqlarımızın bir qarışını da heç kimə güzəştə getmək olmaz. Tariximizdə müharibələr, qələbələr, məğlubiyyətlər çox olub... Əminəm ki, bu gün ermənilərin minbir fırıldaqla müvəqqəti işğal etdikləri ərazilərimiz qaytarılacaq və ildə 6-7 ton qızıl verən qızıl yataqlarımız da öz həqiqi sahibinə, özümüzə çatdırılacaqdır...

Bir daha yadda saxlayın ki, qızıl çıxan torpaqlar Azərbaycanın olub. Azərbaycanın da olmalıdır. Bunu gələcək nəsillər yaxşı bilməli və torpaqlarımızın azad olunması uğrunda əllərindən gələni əsirgəməməlidirlər. Yaxşı olardı ki, Kəlbəcər tərəfdən qızıl çıxarılmaşı işinə dərhal başlansın. Kəlbəcər işğaldan azad edilən kimi bu işə başlansa, xeyli iş yeri açılar və Ermənistanla sərhəddimiz daha möhkəm olar...”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Azaqrotexnika" MMC-nin dövlətə 86 min manatdan çox BORCU VAR
Bu gün, 15:30
Tehrandan Rusiya və Gürcüstana uzanan layihə: Ermənistan əsas halqaya çevrilir - DETALLAR
Bu gün, 15:27
Rumıniya Rusiyanın daha bir PUA-sını vurdu
Bu gün, 15:25
Müharibə Qırmızı dənizə və Xəzərə yayılır, ABŞ zərbələri dayandırıb, yeni cəbhələr açılır
Bu gün, 15:23
MİLYONLARIN SEVİMLİSİ... - REPLİKA
Bu gün, 12:38
Yaylaq Festivalında biabırçı mənzərə - AXI NİYƏ?..
Bu gün, 12:34
Naxçıvan gözləməməlidir: İnsanların səbri deyil, problemlər tükənməlidir! - Ariz Cəfərov yazır...
Bu gün, 12:28
Ləğv olunan banklarla bağlı məhkəmədə - 1 800 İŞ VAR
Bu gün, 11:50
Dənizdə batan Ümid müstəntiq işləyirmiş - FOTO
Bu gün, 11:37
Azərbaycanlıların olduğu gəmiyə dron hücumu: 2 dənizçi itkin düşüb - TƏFƏRRÜAT
Bu gün, 11:31
İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir
Bu gün, 11:28
Qazaxda Federasiya Kuboku yarışı keçirilib
Bu gün, 09:37
Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir - Bərdə xəstəxanasında can bazarı...
Bu gün, 09:32
İcra hakimiyyəti Qarabağ qazisinə qarşı! - MÜRACİƏT
Bu gün, 09:28
Bərdədə səhiyyə sistemi iflic durumda! - NARAZILIQ VAR...
Bu gün, 09:24
Şəki xəstəxanasında ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 09:19
"Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." - Çingiz Əhmədov onların yalanını ifşa etdi
Bu gün, 09:13
“Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11
Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR - FOTO
Bu gün, 09:05
Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı - "Biz razı olmasaq da..."
Bu gün, 08:56
SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü - IRNA
Bu gün, 08:53
Şəhid anası ACINACAQLI DURUMDA... - özü də GÜLLƏ YARASI ALIB...
Bu gün, 08:35
Rövşən Nəcəf SOCAR-da nələrin baş verdiyini bilirmi? - Əgər bilirsə, BU NƏDİ BELƏ?
Bu gün, 08:22
Uşaqlarınızı ölümə göndərməyin! - ÇAĞIRIŞ
Bu gün, 08:10
AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... - GİLEY
Bu gün, 08:06
Naxçıvanda CƏLİLOVŞİNA - Əmi də öz çömçəsi ilə gəlib...
Bu gün, 07:56
Gürcüstanda ELEKTROŞOK - NƏ BAŞ VERİR?
Bu gün, 07:37
ƏSL JURNALİSTİKA... - REPLİKA
Bu gün, 07:26
"Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... - FAKT BUDUR!
Bu gün, 07:13
"Xeyli insanı işsiz qoyublar..." - ETİRAZ VAR!
Bu gün, 07:00
"Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." - FAKT BUDUR!
Bu gün, 06:51
Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... - YAZIQSINIZ!
Bu gün, 06:47
Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi - KİV
Bu gün, 06:32
Okeanın bu tayından okeanın o tayına iradlar... - Çempionata sözardı...
Bu gün, 06:26
Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:01
Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? - AKTUAL
Dünən, 16:56
"SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" - ŞƏRH
Dünən, 16:53
Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi
Dünən, 16:49
İran və Ermənistan birgə işçi qrupu yaradır - “Mehr”
Dünən, 16:45
Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı
Dünən, 16:35
"Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:28
Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” – Terrorçulara işgəncə verilir?
Dünən, 16:19
Gürcüstanda enerji böhranı: - Bakı-Tbilisi qatarı da yolda qaldı
Dünən, 16:17
Bakı şəhəri yenə yuyuldu - FOTO
Dünən, 13:31
Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Dünən, 13:05
Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Dünən, 13:04
"Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Dünən, 12:45
SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Dünən, 12:35
Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Dünən, 12:32
Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Dünən, 12:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru