Hakimiyyəti ələ keçirmək üçün əməliyyat keçirilir .....                     Möhbalıyevlərin Azərbaycandan OĞURLADIQLARI... .....                     Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq .....                     Vüqar Hüseynov bu qurumda mətbuat katibi oldu .....                     Naxçıvanda Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub .....                     Xalq artisti Firəngiz Mütəllimova: .....                     ABŞ-dən İrana ŞOK TƏLƏB: .....                     Bazarı bağlanan BƏSTƏKARLAR .....                     “Azər Türk Bank”da yeni təyinat .....                     AYNA-nın Sumqayıt Regional İdarəsinə yeni müdir təyin olundu .....                     "Gömrük və mülkiyyət mübahisələri məhkəməsiz həll edilə bilməz" .....                     Türkiyə hərbi xərclərini kəskin artırıb .....                     Sevgilisinin evinə girib ərinin boğazını kəsdi .....                     Erməni nazirdən SENSASİON ETİRAF .....                     Anar Əsədlinin məhkəməsində zərərçəkən ifadə verib .....                     Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş .....                     Atəşkəs dövründə İranda anti-Azərbaycan təbliğatı .....                     “Azeronline”a yeni Baş müdir təyin edilir .....                     Məsciddə iftar süfrəsi təşkil etdi, keçmiş qayınatasını öldürməyə cəhd göstərdi .....                     Rusiyanın 1700 km dərinliyinə zərbə: .....                     Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat olub .....                     “Aqrar İnnovasiya və Təchizat Şirkəti”nə yeni direktor müavini təyin edilib .....                     Naxçıvanda yolların təmirinə 13,5 milyon manatın sərf olunacağı proqnozlaşdırılıb .....                     Ərdoğan İrəvana getməzsə, bu Bakı ilə tam həmrəylik mesajı olacaq .....                     Tofiq Əsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU .....                     Ermənistanın “yeraltı savaşı” bitmir .....                     Vahid Ələkbərov 4 ayda 887 milyon dollar qazandı .....                     Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu .....                     “İrşad BOKT”yə yeni rəhbər təyin edilib .....                     İsrail vətəndaşları kütləvi şəkildə Tiflisdən ev alırlar .....                     “Bir aya 6 min qazanmışam...” .....                     Böyrək transplantasiyası xəstələri dərmansız qalıb .....                     Bəsti Bəkirovadan aparıcılara SƏRT İTTİHAM .....                     Mayda əfv olmayacaq, ilin sonunda mümkündür .....                     “Gala Olives” MMC fəaliyyətinə xitam verir: .....                     Azərbaycanda ər və arvadı izlətmək üçün detektiv tutmaq olar? .....                     Daha dörd nəfər Ermənistan baş nazirliyinə namizəd oldu .....                     “Yelo Bank”da yeni təyinat olub .....                     Şahin... Şagen... və BİZ! .....                     Müharibə vaxtı əyləncə üçün Azərbaycana gələn iranlıların sayı açıqlandı .....                 

Siyasilər atəşkəsin əleyhinədir: - “Danışıqlar daha da qəlizə düşəcək”
Tarix: 12-10-2020, 08:19 | Çap et
Siyasilər atəşkəsin əleyhinədir:
Azərbaycanın işğal olunmuş ərazilərini azad etmək uğrunda apardığı müharibəyə beynəlxalq reaksiyalar müxtəlifdir. Bəzi beynəlxalq təşkilatlar, o cümlədən konfliktin sülh yolu ilə həllinə çalışdığını iddia edən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri – Rusiya, ABŞ və Fransadan rəsmi Bakıya atəşin dayandırılması, sülh danışıqlarının bərpa olunması haqqında çağırışlar edilir.

Azərbaycan tərəfi isə qeyd-şərtsiz danışıqların bərpasının tərəfdarı olmadığını, işğalda olan ərazilərdən erməni qəsbkarlarının çıxarılmasını tələb edir. 30 ilə yaxındır danışıqların heç bir nəticə verməməsi rəsmi Bakını rəsmən bezdirib.

Bununla yanaşı, oktyabrın 9-10-da Moskvada Azərbaycan, Rusiya və Ermənistan Xarici İşlər nazirləri arasında görüş keçirildi. 10 saatdan çox davam edən görüşün nəticəsi olaraq bəyanat qəbul edildi. Əldə olunmuş üçtərəfli razılığa əsasən, aşağıdakı addımların atılması razılaşdırıldı:

1. 2020-ci ilin 10 oktyabr tarixi, saat 12:00 dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur;

2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;

3. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;

4. Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər.

Bu müvəqqəti atəşkəs cəmiyyətdə birmənalı qarşılanmır. Eyni zamanda, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar da ərazilərimiz işğaldan azad edilənədək, hərbi əməliyyatların davam etməli olduğu qənaətindədir. Təşkilatlarda hesab edirlər ki, indiki mərhələdə hərbi əməliyyatlar dayandırılsa, danışıqlar masasına əyləşilsə, yenidən nəticəsizlik, uzun-uzadı müzakirələr başlayacaq.

AYNA mövzuya dair bir neçə müxalifət partiyalarının rəhbərlərinin mövqeyini öyrənib.

Müsavat Partiyasının başqanı Arif Hacılı hesab edir ki, atəşkəsə, davamlı sülhə nail olmaq üçün problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması zəruridir: “Azərbaycan dövləti və xalqı müharibə tərəfdarı deyil və bu müharibəni biz başlatmamışıq. Müharibə Azərbaycan ərazilərində gedir. İlk növbədə işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda demilitarizasiya olmalıdır, erməni silahlı birləşmələri Azərbaycan ərazilərini tərk etməlidir. Münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”.

“Konflikti indi həll edə bilməsək, bu, gələcək nəsillərin boynunda qalacaq. 1994-cü ildə, atəşkəs imzalananda mənim oğlum körpə uşaq idi. İndi o, hərbi xidmətdədir. Problem həll edilməsə, gələcəkdə onun oğlu, yəni, nəvəm gedəcək. Ona görə də məsələ birdəfəlik həll olunmalıdır”, - deyə Müsavat başqanı bildirib.

Hacılının qənaətincə, Qarabağ probleminin həllinin aydın izahı ondan ibarətdir ki, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradıla bilməz: “Azərbaycan buna heç vaxt razılıq verməyəcək. Beynəlxalq hüquq normalarına uyğun olaraq münaqişə ərazi bütövlüyümüzün bərpa edilməsi yekunlaşmalıdır. Sülh istəyən, atəşkəsə çağırış edən qüvvələr anlamalıdır ki, Azərbaycanın əraziləri işğalçılardan təmizlənməlidir, BMT-nin qətnamələri icra edilməlidir. Əlbəttə, atəşkəsə nail olmaq mümkündür. Bu gün atəşkəs bərpa olunacaqsa, münaqişə dondurulacaqsa, bir müddət sonra yenidən gərginlik başlayacaq. O zaman atəşkəsə nə ehtiyac var? Atəş o zaman dayanmalıdır ki, Ermənistan tərəfi işğal etdiyi ərazilərdən çıxdığını birmənalı olaraq açıqlasın və buna ciddi şəkildə əməl etsin”.

Dağlıq Qarabağın erməni əhalisinə gəldikdə, Müsavat başqanı deyib ki, Azərbaycan Ermənistandan fərqli olaraq monoetnik deyil: “Ölkəmizdə müxtəlif xalqların nümayəndələri, eləcə də ermənilər yaşayır. Onsuz da Azərbaycan Dağlıq Qarabağın yerli erməni əhalisinə, başqa ölkələrdən və Ermənistandan gətirilənlər yox, sırf yerli ermənilərə orada yaşamaq hüququnu tanıdığını elan edib. Konstitusiyamıza və qanunlarımıza uyğun olaraq yerli ermənilərin Dağlıq Qarabağda yaşaması mümkündür. Azərbaycan tərəfi istər Elçibəy hakimiyyəti dönəmində, istərsə də ondan sonrakı dövrdə mövqeyini bəyan edib, bildirilib ki, bizim müharibəmiz erməni xalqına qarşı deyil. Məqsədimiz Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsidir. Məh hesab edirəm ki, atəş dayanmamalıdır. Nə zaman ki, real olaraq erməni silahlıları Qarabağı boşaldacaq, o zaman sülhdən danışmaq olar”.

Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadə də birmənalı olaraq Azərbaycanın dövlət sərhədlərinin və suverenliyinin bərpa edilməli olduğu düşüncəsindədir: “İstər İranla, istərsə də Ermənistanla dövlət sərhədinin bərpası mütləqdir. Atəşkəs bundan sonra mümkündür. Daha sonra isə danışıqlar masasına əyləşilməlidir. Yox, dövlət sərhədimiz bərpa edilmədən atəşkəs bərpa edilirsə, yenə də status-kvo Azərbaycanın ziyanına olacaq”.

“Bütün hallarda, atəşkəsin bizim xeyirimizə heç bir yanı yoxdur. Ona görə də müharibəni dayandırmamalıyıq. Bizim üçün bunun hüquqi əsasları var. BMT-nin məlum 4 qətnaməsi əlimizdədir, BMT-nin 2 mart 1992-ci ildə Azərbaycanın sərhədləri ilə bağlı qəbul etdiyi qərarları var. Münaqişənin həlli ilə bağlı ayrı-ayrı dövrlərdə qəbul olunan baza prinsipləri var ki, orada da Azərbaycan ərazilərinin işğaldan azad edilməsi əsas şərt kimi qoyulub”, - deyə Ağazadə vurğulayıb.

Partiya rəhbərinin qənaətincə, beynəlxalq təşkilatların, xarici dövlətlərin çağırışlarının, bəyanatlarının hüquqi cəhətdən heç bir əsası yoxdur: “Müharibə aparıb, ərazilərini işğaldan azad etməsinə, terrorçuları zərərsizləşdirməsinə görə Azərbaycana heç kim heç nə deyə bilməz. Bu bəyantlar, çağırışlar olmalıdır. Onların da missiyası bəyanat vermək, çağırış etməkdir. ATƏT-in Minsk Qrupunun missiyası konfliktin dinc yolla həllinə nail olmaqdır, BMT-nin missiyası münaqişələri dayandırmaqdır, millətlərarası münasibətləri tənzimləməkdir. Lakin fakt budur ki, keçən 27 il ərzində bu qurumlar missiyasını yerinə yetirə bilməyib. Azərbaycan da 27 ildir ki, gözləyib, sülh tərəfdarı olduğunu ortaya qoyub. Düşmən yola gəlmirsə, Azərbaycanın haqqı var ki, silah yolu ilə ərazilərini işğaldan azad etsin”.

“Azərbaycana kimsə deyə bilməz ki, Kəlbəcəri, Laçını, Xankəndini, Şuşanı, Ağdamı, Ağdərəni, Qubadlını, Zəngilanı, Xocavəndi və digər işğalda olan ərazilərini alma. Ərazilərimizi işğaldan azad etdikdən sonra da kimsə nəsə deyə bilməz. Proses davam etdirilməlidir, hərbi əməliyyatlar ərazilərimizin tam olaraq işğaldan azad edilməsi ilə sonuclanmalıdır. Yarımçıq şəkildə sülh danışıqları bərpa olunca, əvvəlki vəziyyətdən fərqli heç nə olmayacaq”, - deyə sabiq deputat fikrini yekunlaşdırıb.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev də mövcud durumda atəşkəsə qarşıdır: “Bu gün Azərbaycan öz ərazilərində terrorizmə qarşı mübarizə aparır. Dünyanın hər yerində terrorçuluğa qarşı mübarizə silahla aparılır. Necə ki, Avropanın bir çox ölkələrində terrorçuları, separatçıları həbs edirlər, müqavimət göstərəndə öldürürlər, Azərbaycan da separatizmin kökünü kəsmək üçün bu yoldan istifadə edir. Məsələn, İspaniyanın Kataloniya bölgəsinin əhalisinə edilənlərə baxın. Sadəcə, Barselona əhalisi dinc yolla separatçılıq edir, ona görə İspaniya hökuməti silah işlətmir. Lazım gələndə isə Madriddən aparılan polis nəfərləri silah tətbiq edirlər”.

“Bu, eyni məsələdir. Azərbaycanın ərazisində separatçılar baş qaldırıblar, onlara havadarlıq edən Ermənistan işğalçılıq siyasəti aparır, Azərbaycan da separatizmi yatırır, ərazilərini işğaldan azad edir. Separatçılar, terrorçular silahdan istifadə edirsə, biz onların başını sığallamalıyıq? Bizi sülhə, danışıqlara səsləyən dövlətlər dönüb özlərinə baxsın. 27 ildir ki, münaqişənin sülh yolu ilə həllini Minsk Qrupunun öhdəsinə buraxmışıq. Bu illər ərzində isə həmsədrlər heç bir iş görə bilmədilər”, - VİP sədri qeyd edib.

Əliyev xatırladıb ki, hərbi əməliyyatlar Azərbaycanın hüququdur: “Heç kəs ölkəmizin suverenliyinə müdaxilə edə bilməz. Bu gün Azərbaycanı atəşkəsin bərpasına çağıran beynəlxalq təşkilatlar, dövlətlər suverenliyimizə müdaxilə edirlər. Azərbaycan öz ərazilərində separatizmə qarşı mübarizə aparır. Dünyanın hansı yerində separatizmə xoş münasibət var? Göstərsinlər, biz də deyək ki, bəlkə dünya dəyişib?! Necə yəni, mənim ərazim işğaldadır, terrorçular orada yuva salıblar, mən dayanıb baxım?! Elə şey yoxdur!”.

“İndiki şəraitdə uzunmüddətli atəşkəs bərpa edilərsə, sülh danışıqları əvvəlkindən də bərbad olacaq. Sülhə çağırışdır, bəyanatdır – etsinlər, versinlər. Bundan niyə narahat oluruq? Bunlara əhəmiyyət vermədən əməliyyatlar son qarış ərazimiz işğaldan azad olunanadək davam etməlidir. Ermənistanın Baş Naziri Nikol Paşinyan demirdi ki, “gəlin, torpaqlarınızı alın, qorxaq olmayın?!”. Biz də Paşinyanın “xahişini” yerinə yetirib, ərazilərimizi işğaldan azad edirik”, - deyə siyasətçi bildirib.

Ə.Əliyev əlavə edib ki, biz Ermənistanın ərazisinə girmirik, başqa dövlətin ərazisinə təcavüz etmirik: “Öz ərazilərimizin azadlığı uğrunda müharibə aparırıq. Bu hüququ kimsə bizim əlimizdən ala bilməz. Ortaya atırlar ki, xalqların öz müqəddəratını həll etmək prinsipi var. Ermənilər öz müqəddəratını həll ediblər, ərazilərimizdə bir əsr əvvəl dövlət yaradıblar. Bir xalqa neçə dəfə müqəddəratını təyin etmək hüququ verilir?! Sabah Kaliforniya, Marsel, Krasnodar erməniləri məsələ qaldırsalar ki, “öz müqəddəratımızı həll etmək istəyirik”, bu hüququ ABŞ, Fransa, Rusiya tanıyacaq? Əlbəttə, tanımayacaqlar, məhv edəcəklər, ermənilərin kökünü kəsəcəklər. Yenə də deyirəm, Azərbaycan hərbi əməliyyatları ərazi bütövlüyü bərpa olunanadək davam etdirməlidir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hakimiyyəti ələ keçirmək üçün əməliyyat keçirilir - Simonyan
Bu gün, 06:36
Möhbalıyevlərin Azərbaycandan OĞURLADIQLARI... - NƏLƏR VAR... NƏLƏR...
Bu gün, 06:33
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq - "Reuters"
Bu gün, 06:21
Vüqar Hüseynov bu qurumda mətbuat katibi oldu - ƏMR
Dünən, 22:46
Naxçıvanda Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub - BUNDAN SONRA...
Dünən, 22:39
Xalq artisti Firəngiz Mütəllimova: - Şuşaya köçməyi planlaşdırıram
Dünən, 18:07
ABŞ-dən İrana ŞOK TƏLƏB: - Yeni şərtlər məlum oldu
Dünən, 18:04
Bazarı bağlanan BƏSTƏKARLAR - Duyğularımızı donduran SÜNİ MAHNILAR
Dünən, 17:46
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 17:41
AYNA-nın Sumqayıt Regional İdarəsinə yeni müdir təyin olundu - ƏMR
Dünən, 17:37
"Gömrük və mülkiyyət mübahisələri məhkəməsiz həll edilə bilməz" - Natiq Cəfərli
Dünən, 17:36
Türkiyə hərbi xərclərini kəskin artırıb – Qlobal “yarışda” 18-ci yerdədir
Dünən, 17:33
Sevgilisinin evinə girib ərinin boğazını kəsdi - Bakıda yasaq eşq CİNAYƏTİ
Dünən, 17:29
Erməni nazirdən SENSASİON ETİRAF - "Azərbaycan benzini olmasaydı..."
Dünən, 17:26
Anar Əsədlinin məhkəməsində zərərçəkən ifadə verib
Dünən, 17:20
Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 17:17
Atəşkəs dövründə İranda anti-Azərbaycan təbliğatı - VİDEO
Dünən, 17:14
“Azeronline”a yeni Baş müdir təyin edilir - BUNDAN SONRA...
Dünən, 17:11
Məsciddə iftar süfrəsi təşkil etdi, keçmiş qayınatasını öldürməyə cəhd göstərdi – CİNAYƏTİN TƏFƏRRÜATI
Dünən, 17:03
Rusiyanın 1700 km dərinliyinə zərbə: - Qırıcılar məhv edildi
Dünən, 16:56
Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat olub - FOTO
Dünən, 16:53
“Aqrar İnnovasiya və Təchizat Şirkəti”nə yeni direktor müavini təyin edilib - ƏMR
Dünən, 16:51
Naxçıvanda yolların təmirinə 13,5 milyon manatın sərf olunacağı proqnozlaşdırılıb
Dünən, 16:49
Ərdoğan İrəvana getməzsə, bu Bakı ilə tam həmrəylik mesajı olacaq - Hasan Oktaydan ŞƏRH
Dünən, 16:42
Tofiq Əsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU - ƏMR
Dünən, 16:40
Ermənistanın “yeraltı savaşı” bitmir - sülhə mina basılıb...
Dünən, 16:35
Vahid Ələkbərov 4 ayda 887 milyon dollar qazandı - SİYAHI
Dünən, 16:18
Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu - TƏFƏRRÜAT
Dünən, 16:16
“İrşad BOKT”yə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:01
İsrail vətəndaşları kütləvi şəkildə Tiflisdən ev alırlar – Statistika
Dünən, 15:58
“Bir aya 6 min qazanmışam...” - “Lotos”dakı qalmaqalın İÇ ÜZÜ
Dünən, 15:48
Böyrək transplantasiyası xəstələri dərmansız qalıb - 1 aydır ala bilmirlər
Dünən, 15:39
Bəsti Bəkirovadan aparıcılara SƏRT İTTİHAM - “Səviyyəsizlər daha çoxdur…”
Dünən, 15:28
Mayda əfv olmayacaq, ilin sonunda mümkündür - Komitə sədri
Dünən, 15:25
“Gala Olives” MMC fəaliyyətinə xitam verir: - “Grand-Agro”ya qoşulur
Dünən, 15:23
Azərbaycanda ər və arvadı izlətmək üçün detektiv tutmaq olar? - AÇIQLAMA
Dünən, 15:22
Daha dörd nəfər Ermənistan baş nazirliyinə namizəd oldu - KİV
Dünən, 15:20
“Yelo Bank”da yeni təyinat olub - ƏMR
Dünən, 15:17
Şahin... Şagen... və BİZ! - AKTUAL
Dünən, 15:15
Müharibə vaxtı əyləncə üçün Azərbaycana gələn iranlıların sayı açıqlandı
Dünən, 15:11
Rusiyanın səbri tükəndi, Kreml “düymə”yə basdı - Ermənistana qarşı "iqtisadi müharibə" başlayır
Dünən, 15:04
Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları: Avropada ilk sıralardayıq - BELƏ HARA GEDİRİK?
Dünən, 14:26
Saleh Məmmədov pul ayırmır: Aylardır maaşsız qalıblar - NARAZILIQ VAR...
Dünən, 14:19
Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər həbs olundu - TƏFƏRRÜAT
Dünən, 14:16
İnterpolun Türkiyədən gətirdiyi müəllim, ekspertin 400 minlik “eksperimenti” – ŞOK dələduzluq dosyeləri
Dünən, 14:07
Erməni nazir Rusiyada “Cermuk” mineral suyu ilə bağlı yaranmış məsələnin həllinə şübhə etmir
Dünən, 14:04
Taliban Əfqanıstana NƏ VERDİ... - NƏ VERİR?
Dünən, 14:01
Avropa Beynəlxalq Hospitalı qanunvericiliyi pozdu, onkoloq şikayətçi oldu - QƏRAR
Dünən, 13:05
BSU-da təmir işləri aparılacaq – 1,4 milyon manat ayrıldı
Dünən, 13:02
Yay turpaketləri niyə bahalaşdı? – 65 dollarlıq artımın səbəbləri
Dünən, 12:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru