Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Rusiyanın sənaye və ticarət naziri Anton Əlixanova məktub yazaraq, ona iyulun 6-7-də Yekaterinburqda keçiriləcək ticari-iqtisadi forumda iştirak etmək imkanı yaradılmasını xahiş edib.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Nazirlikdən nəşrə bildirilib, Papoyan rusiyalı həmkarı ilə Rusiyanın Ermənistandan ixraca qoyduğu məhdudiyyətləri müzakirə etmək üçün Yekaterinburqa getmək istəyir. Amma hələlik məktuba cavab yoxdur.
Nəşr qeyd edib ki, Rusiyada erməni nazirin müraciətinin rədd edilməsi, yoxsa qəbul olunaraq forum zamanı onun alçaldılması məsələsi müzakirə olunur.
“Əslində, hökumət Ermənistan-Rusiya münasibətlərini normallaşdırmaq üçün səylər göstərir”, - mənbə əlavə edib.








