"Siyasi partiya kimi bütün hadisələrdə məsuliyyəti bölüşdüyümü bəyan edirəm" - Partiya sədri
Tarix: 30-09-2020, 16:17 | Çap et
 “Müharibənin dayandırılması üçün beynəlxalq təşkilatlar, Ermənistanın hərbi-siyasi rəhbərliyinin yanında dayanmağı seçən dövlətlər yekə-yekə bəyanatlar verir. Azərbaycandan atəşi dayandırmağı tələb edir”.
Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev deyib. R.Nurullayev qeyd edib ki, Vətən müharibəsi dayanmamalıdır:
“Qarabağı işğalçı ermənilərin şeytan ruhundan xilas etmək üçün şəhidlər veririk. Dayanmaq ölümə bərabərdir. Bişərəf yaşamaqdansa, şərəflə ölməyi seçirik. Qarabağ namus və qeyrətdir. Qarabağ ana və bacımızdir. Mənasız, məntiqsiz, söz yığınından ibarət bəyanat verən dövlət və hökumət başçıları, beynəlxalq təşkilatlar niyə indiyə kimi susurdu?
Qondarma rejim qondarma andiçmə mərasimini qədim şəhərimiz Şuşada keçirəndə, ikiüzlü Paşinyan "Yallı" gedəndə, niyə səsiniz çıxmırdı? Niyə demirdiniz ki, Azərbaycan sizin də tanıdığınız öz ərazisində vuruşur? Bəlkə bir milyona yaxın qaçqın və köçkünə sahib çıxmısınız? Heçmi vicdanınız yoxdur? Qoy, böyük danışıb, haqsız tələblər irəli sürən ölkələr öz ərazilərində bizə-azərbaycanlılara torpaq ayırsınlar və biz onların torpaqlarında ikinci Azərbaycan dövləti yaradıb qaçqın və köçkünlərimizi ora köçürək. Siz bunu etməyincə, biz də mənfur erməni işğalçılarına ərazimizdə ikinci erməni dövləti yaratmağa imkan verməyəcəyik.
Elə buradan Ali Baş Komandana müraciət edirəm. Caxt itirmədən Dağlıq Qarabağda yaşayan mülki vətəndaşlara müraciət edək və ərazini tərk etmələri üçün bir gün zaman verək. Ərazimizə keçmək üçün də təhlükəsizlik koridoru yaradaq.
Vaxt bitdiyində bütün hərbi gücümüz ilə işğalçı ordunun başına bomba yağdıraq, onları yerlə-yeksan edək. Tərk etməyən şəxsin məsuliyyəti erməni işğalçılarının üzərində qalacaq. Qarabağı yenidən daha gözəl bərpa edərik. Uca Allah bizə yardımçı olsun".
Deeputat islam ölkələrinə də müraciət edib:
"Ya bu gün Azərbaycanın haqq işinə əməldə islam həmrəyliyi göstərəcəksiniz, ya da islam həmrəyliyi birdəfəlik məhv olacaq. Mən və təmsil etdiyim partiya islam həmrəyliyindən birdəfəlik imtina edəcək, həmrəyliyi başqa xalqlarda və ölkələrdə axtaracaq. Bu gün nələrsə etməsəniz, islam həmrəyliyi silinib gedəcək. Qoy, həmişə olduğu kimi islam ölkələri digər güclü ölkələrin əlində oyuncağa və qardaşının ürəyinə xəncər saplayan Adəm oğluna çevrilsin. Mən qardaş Türkiyə və Pakistana, Ukrayna, Bosniya və Hersoqovina dövlətlərinə təşəkkür edirəm. Azərbaycanın haqq işinə dəstək verən bütün xalqlara və dövlətlərə təşəkkür edirəm”.
Millət vəkili bildirib ki, 50 siyasi partiya milli birlik, Dağlıq Qarabağın işğaldan azad edilməsi üçün gedən döyüşlərdə Ali Baş Komandana dəstək bəyanatı imzalayıb:
“Bu bəyanata siyasi həyatda rolu olan iki partiya-“Müsavat” və AXCP qoşulmadı. Bilirsiniz niyə? Niyəsini bilmək üçün bu bəyanatın mənim üçün nə ehtiva etdiyini sizə deməliyəm. Bu, mənim üçün Qarabağda zəfər çalanda, bu zəfərdə bizim də payımızın olduğu anlamıdır. Dünya gücləri Azərbaycanı hərbi əməliyyatları zor gücü ilə dayandırmağa vadar etsələr, o zaman bunun məsuliyyətini bölüşməkdir. Tam məsuliyyət Ali Baş Komandanın üzərində qalarsa, sağlam qərar verməkdə, qətiyyətli olmaqda tərəddüd təhlükəsi yarana bilər. Onun üçün də Ali Baş Komandan bilməlidir ki, bizlər bərabər məsuliyyət daşıyırıq, mən siyasi partiya kimi baş verən bütün hadisələrdə məsuliyyəti bölüşdüyümü bəyan edirəm. Bəs siz niyə imza atmadınız?
Hər şeydə fərqlənmək, özünü sığortalamaq istəyi güc gəlir? Bəs xalq, bəs Qarabağ, bəs şəhidlərimiz? Sabah da deyəsəksiniz ki, biz inanmırdıq deyə imzalamadıq, məsuliyyəti bölüşmürük. Özünüzü sudan duru çıxarmağa çalışacaqsınız. Bu, xəyanətə bərabərdir. Zəfərimizdə isə deyəsəksiniz ki, biz imzalamasaq da, dəstək verdik, siyasi fəaliyyətimizi məhdudlaşdırdıq. Bu, ikili oyundur və bunu xalqımız qəbul etmir. Bunu biləsiniz! Azərbaycan haqlıdır, onu müdafiə edən hər bir ölkə haqqın, qarşı çıxanlar isə şərin tərəfindədir. Xalqımız bunu belə yadda saxlayacaq!”


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • 40 millət vəkili Qalibafa qarşı bəyanat imzaladı
Bu gün, 17:26 |
|
|
|
| • Azərbaycanda kredit faizləri artıb - BELƏ HARA GEDİRİK?
Bu gün, 17:15 |
|
|
|
| • Bakıda kişi ondan pul istəyən sevgilisini döydü
Bu gün, 17:14 |
|
|
|
| • Kreml “qaranlıq tunelə” geri dönür, dünyanı dağıtmaqla qorxudur: - Ukrayna savaşı Rusiyanı artıq daxildən çökdürür
Bu gün, 17:10 |
|
|
|
| • Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib
Bu gün, 17:07 |
|
|
|
| • İkisi həbsdə, ikisi azadlıqda olan İbrahimovların milyondan çox vergi borcu var - DETALLAR
Bu gün, 17:00 |
|
|
|
| • Azərbaycanda baxça müdirəsi otağında BIÇAQLANDI: keçmiş əri həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 16:53 |
|
|
|
| • Qalibaf İranın azad olunmuş vəsaiti ilə ABŞ məhsulları alacağını təkzib edib
Bu gün, 16:40 |
|
|
|
| • “Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib - FOTO
Bu gün, 16:37 |
|
|
|
| • Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif edib - SƏRƏNCAM
Bu gün, 16:35 |
|
|
|
| • Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib - SİYAHI
Bu gün, 16:33 |
|
|
|
| • Müdafiə Nazirliyinin 5 hərbçisinə “general-mayor” ali hərbi rütbəsi verilib - ADLAR
Bu gün, 16:31 |
|
|
|
| • Erməni lobbisi AŞPA-da illərdir Azərbaycana qarşı işləyir - ŞƏRH
Bu gün, 16:02 |
|
|
|
| • İrəvanda “ay aman, azərbaycanlılar gəlir” isterikası - BAŞLARI QAÇIB...
Bu gün, 16:01 |
|
|
|
| • Ən radikal “erməni”nin Bakıya növbəti hücumu – O, nəyə çalışır?
Bu gün, 15:58 |
|
|
|
| • SEPAH İsraili müharibə ilə təhdid etdi
Bu gün, 15:56 |
|
|
|
| • Azərbaycan elektrik enerjisini Gürcüstana 9,8, Rusiyaya isə 8,1 qəpiyə satıb - SİYAHI
Bu gün, 15:55 |
|
|
|
| • “Azərbaycan” sözünü təhqir kimi işlətmək forpost təfəkkürüdür - Paşinyan
Bu gün, 15:53 |
|
|
|
| • BDU tələbələri PULLARINI TƏLƏB EDİR... - TƏFƏRRÜAT
Bu gün, 15:50 |
|
|
|
| • “Elza Seyidcahanın yeri səhv düşüb” - AYB rəsmisi
Bu gün, 15:45 |
|
|
|
| • Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ
Bu gün, 15:43 |
|
|
|
| • "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mənə qadağa qoyub" - Seyid Taleh Boradigahi
Bu gün, 15:42 |
|
|
|
| • "DOST Agentliyi şəhid ailəsinə DOST DEYİL? - NARAZILIQ VAR...
Bu gün, 15:34 |
|
|
|
| • Aİ Bakının İrəvana şərtlərini niyə görməzdən gəlir? - ŞƏRH
Bu gün, 13:31 |
|
|
|
| • Kılıçdaroğlunun CHP-nin başına gətirilməsindən sonra ilk dəfə görüşdülər
Bu gün, 13:27 |
|
|
|
| • Türkiyədə Almaniyaya aid “Patriot” HHM sistemi yerləşdirilib - MN
Bu gün, 13:24 |
|
|
|
| • BU NƏDİ BELƏ: Aşağıda ixtisarlar gedir... Mərkəzi ofisdə daha bir qurum YARADILDI! - DƏLİXANADIR, VALLAH...
Bu gün, 13:20 |
|
|
|
| • Ermənistan hökumətinin tərkibində dəyişiklik olmayacaq - Paşinyan
Bu gün, 13:10 |
|
|
|
| • BDU-nun məzun gecəsi son anda ləğv edildi: 46 min manatlıq dələduzluq - BU NƏDİ BELƏ?
Bu gün, 13:05 |
|
|
|
| • Yevlaxda 69 yaşlı kişi həmkəndlisini niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 13:00 |
|
|
|
| • Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:54 |
|
|
|
| • Paşinyan Putin, Japarov və Tokayevə: - Belə qərar olar?
Bu gün, 12:52 |
|
|
|
| • Gəncə Beynalxalq Hava Limanının direktoru təqaüdə göndərildi - ƏMR
Bu gün, 12:52 |
|
|
|
| • Azərbaycanlı müəllim qapalı məhkəmədən İMTİNA ETDİ
Bu gün, 12:50 |
|
|
|
| • Paşinyan Aİİ-nin bəyanatını sərt tənqid edib: - Cavab verməlidirlər ki, təşkilat mövcuddurmu, yoxsa yox?
Bu gün, 12:49 |
|
|
|
| • "O gecə Eldar Mahmudov da evinə getmir..." - Pərviz Həşimli azadlığa çıxan Elçin Quliyevdən yazdı…
Bu gün, 12:44 |
|
|
|
| • Novxanıda yarğanlar, Buzovnada "şlaqbaum"lar – çimərliklərdə nə baş verir?
Bu gün, 12:28 |
|
|
|
| • "Sea Breeze"dəki "Port d’Azur" layihəsini tikən şirkətin hesabına HƏBS QOYULDU
Bu gün, 12:25 |
|
|
|
| • "14 gündür hər gün yazıram... yola verirlər...." - GİLEY
Bu gün, 12:17 |
|
|
|
| • “Dünyanın heç bir yerində pulsuz təhsil yoxdur" deyən nazirə CAVAB: - "Nazir dövlətlə vətəndaş arasında UÇURUM YARADIR!"
Bu gün, 12:10 |
|
|
|
| • Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxs şikayətini geri götürdü
Bu gün, 12:05 |
|
|
|
| • Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
Bu gün, 12:04 |
|
|
|
| • Moskvanı Tramp bombaladıb? - “Financial Times”
Bu gün, 12:02 |
|
|
|
| • Türkiyə millisi son oyuna çıxır - Baş məşqçi dəstək istədi
Bu gün, 11:56 |
|
|
|
| • Belarusdan Azərbaycana 42 ton ətdən hazırlanan un gətirilib
Bu gün, 11:52 |
|
|
|
| • İran gələcək münaqişənin toxumunu səpir - Qarqaş
Bu gün, 11:51 |
|
|
|
| • SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri hədəf alacağı ilə hədələyir
Bu gün, 11:47 |
|
|
|
| • Uğursuz olmağı da bacarmayan Nemət Pənahlı - Saffari yazır...
Bu gün, 11:45 |
|
|
|
| • “AFB Bank”ın filial müdiri 12 min “otkat” alıb - TƏFƏRRÜAT
Bu gün, 11:35 |
|
|
|
| • İçməli suyun məmur bağlarına və villalara yönləndirilməsi sakinləri susuz qoyub - ETİRAZ VAR...
Bu gün, 11:27 |
|
|
|
|