Rusiya iki Ukrayna limanına zərbə endirib .....                     Azərbaycanlıların “qara günləri” başladı: SEPAH təhlükəsi .....                     Əməkhaqqı düzgün hesablanmaya bilər .....                     Rusiyanın NATO-ya hücum üçün hələ vaxtı var .....                     - "Bunu etmədən ölmək istəmərəm..." .....                     Evdə yatdığın yerdə də kartından PUL ÇIXIRLAR... .....                     Burda rüşvət artıq METASTAZ VERİR... .....                     Azərbaycanda işsizlik problemi bir az da böyüyəcək: Dünya Bankı xəbərdarlıq edir .....                     İranın son təklifi mətbuata sızıb .....                     Samuxda bu bəhanə ilə PUL YIĞIRLAR .....                     "Sağlamlığımda yaranan problemlərdən dolayı sizinlə görüşə gələ bilmirəm..." .....                     Ölkə banklarında kreditlər niyə "baha"dır? .....                     Ağsuda sosial yardım qalmaqalı .....                     AHİK-in “Kurort”unda yoxlama başlanıb .....                     Zelenski Trampın dəstəyinə ümidini itirib, strategiyanı dəyişir .....                     Daha bir keçmiş mətbuat katibinə AHİK-də vəzifə verildi .....                     Bu da yoldaş Bağırovun tender ortaqları .....                     Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? .....                     Başdan ayağa qərəz püskürən Avropa Parlamenti... .....                     “Azəristiliktəchizat” ASC-nin elan etdiyi açıq tender ləğv edilib .....                     Hakimiyyəti ələ keçirmək üçün əməliyyat keçirilir .....                     Möhbalıyevlərin Azərbaycandan OĞURLADIQLARI... .....                     Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq .....                     Vüqar Hüseynov bu qurumda mətbuat katibi oldu .....                     Naxçıvanda Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub .....                     Xalq artisti Firəngiz Mütəllimova: .....                     ABŞ-dən İrana ŞOK TƏLƏB: .....                     Bazarı bağlanan BƏSTƏKARLAR .....                     “Azər Türk Bank”da yeni təyinat .....                     AYNA-nın Sumqayıt Regional İdarəsinə yeni müdir təyin olundu .....                     "Gömrük və mülkiyyət mübahisələri məhkəməsiz həll edilə bilməz" .....                     Türkiyə hərbi xərclərini kəskin artırıb .....                     Sevgilisinin evinə girib ərinin boğazını kəsdi .....                     Erməni nazirdən SENSASİON ETİRAF .....                     Anar Əsədlinin məhkəməsində zərərçəkən ifadə verib .....                     Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş .....                     Atəşkəs dövründə İranda anti-Azərbaycan təbliğatı .....                     “Azeronline”a yeni Baş müdir təyin edilir .....                     Məsciddə iftar süfrəsi təşkil etdi, keçmiş qayınatasını öldürməyə cəhd göstərdi .....                     Rusiyanın 1700 km dərinliyinə zərbə: .....                 

“Sosial məsafə saxlamaqla, maska taxmaqla dərslərin sayını artırmaq lazımdır” - deputat
Tarix: 22-09-2020, 08:30 | Çap et
“Sosial məsafə saxlamaqla, maska taxmaqla dərslərin sayını artırmaq lazımdır”
“Neçə gündür ki, məktəb açılıb, amma mənim uşaqlarım hələ də onlayn dərslərə qoşula bilməyib. Yalnız həftədə iki dəfə məktəbdə nə öyrədirlərsə, onunla kifayətlənməli oluruq. ”Teams" proqramı telefonuma yüklənmir. Telefonumda artıq nə varsa silmişəm, yenə də alınmır. Bunun üçün daha bahalı mobil telefon lazımdır, almağa imkanımız çatmır".

Övladı 4-cü sinifdə oxuyan Fidan Əliyeva bu sözləri “Yeni Müsavat”a deyib. Onlayn təhsillə bağlı şikayət edən valideyn məktəblərdə əyani təhsilin tam bərpa olunmasını istəyir.

Nəvəsi 3-cü sinifdə oxuyan Səkinə Məmmədova da oxşar problemlə üzləşib: “Dərslər məktəbdə keçirilməlidir. Onlayn dərsə qoşulmaq olmur, internet tez-tez kəsilir. Nənə-bala bilmirik nə edək, necə düzəldək. Müəllim dərsi başa salandan sonra qoşuluruq, onda da gec olur. Zülm çəkirik, belə təhsil olarmı, əsəblərimiz lap korlanıb”.

Sevda Ziyadovanın isə iki övladı ibtidai sinifdə oxuyur və onlar onlayn dərsə qoşularkən problemlə üzləşirlər: “Oğlum 3-cü sinifdə, qızım da 4-cü sinifdə oxuyur. Hər ikisinin dərsi eyni vaxtda başlayır. Bizdə isə bir telefon var. Nə etməliyik, ancaq biri qoşula bilir. Uşağımın biri dərsdən geridə qalır”.

Valideynlər həmçinin onlayn dərslərə bir çox müəllimlərin ciddi yanaşmadığını, bəzilərinin isə yaranmış fürsətdə fərdi hazırlığa meyllənməsi kimi halların olduğunu bildirirlər...

Göründüyü kimi, orta məktəblərdə dərslər açılar-açılmaz narazılıqlar da yaranıb. Bəs görəsən, distant təhsillə bağlı yaranan bu problemi necə həll etmək olar? “Yeni Müsavat” məsələ ilə bağlı ictimai-siyasi xadimlərdən münasibət öyrənib.

“Heç bir təhsil forması əyani təhsilin yerini verə bilməz”

Bizimlə söhbətdə millət vəkili Fazil Mustafa bildirib ki, burada başqa cür tənzimləmə mexanizmini tapmaq çətindir: “Pandemiya dövründə digər ölkələrdə də eyni çətinliklər yaşanır. Sadəcə, orada internet sistemi yaxşı qurulub. Yəni təchizat məsələsi normaldır deyə, belə şikayətlər də olmur. Bizdə insanların yaşayış səviyyəsi aşağı olduğuna görə bir çox hallarda adi internet, telefon şəbəkəsini həyata keçirmək imkanları olmur. Amma bütün hallarda çalışmalıyıq ki, bu vəziyyəti düzəldək. Məncə, daha çox məktəbdə təhlükəsizlik qaydalarına riayət olunmalıdır. Sosial məsafə saxlamaqla, maska taxmaqla dərslərin sayını artırmaq lazımdır. Heç bir təhsil forması əyani təhsilin yerini verə bilməz. Distant təhsildə həm texniki çətinliklər var, həm də əqli, fiziki baxımdan da dərsi mənimsəmək çətindir. Müəllimlər üçün də çox ağırdır, bir neçə yükü üzərlərinə götürürlər. Amma bundan sonra insanlar nə dərəcədə qaydalara əməl edəcəklər, bu özü problemdir. Hamıdan eyni məsuliyyəti gözləyə bilsəydik, dərslərin canlı olması daha faydalı olardı. Amma bunu təmin edə bilmirik. Səmimiliklə söyləyirəm ki, vətəndaşın xeyli hissəsinin buna əməl edəcəyinə bir zəmanət verilmir. Təhsil Nazirliyi tam olaraq əyani təhsilə keçsə, yoluxma sayı artarsa, səbəbkar onlar olacaqlar. Burada valideynlərin əməl etməsi məsələsi çox önəmlidir. Bu məsələdə valideynləri, ümumilikdə insanları məsuliyyətli olmağa cəlb edə bilsəydik, ölkədə virusla bağlı təhlükə də bu qədər olmazdı”.

“Yeni tədris ili ötənilki qaydada başlaya bilməz”

Təhsil Eksperti Kamran Əsədov yeni təhsil ilində köhnə qaydalardan yararlanmağı düzgün saymır: “Pandemiya səbəbindən mart ayından tədris prosesi dayandırıldı. Həmin dövr üçün yeganə alternativ yol onlayn dərslərin keçirilməsi idi. Buna görə də Azərbaycanda qısa müddətdən sonra ”Teledərslər", “Virtual məktəb” layihəsi həyata keçirildi. Ardınca isə şagird və müəllimlərin “Zoom” “Skipe”, “Teams” proqramlarından istifadə etməklə dərsləri keçirildi. Həmin dövr üçün bu yeganə vasitə idi, hansı yolla olursa-olsun şagirdlər dərs almalı idilər. Amma həmin üsul və vasitələr yeni təhsil ilində şagirdlərdə zəruri bilik və bacarıqların formalaşmasına imkan vermir. Ona görə ki, 2019-cu ildə şagirdlər dərslərə ənənəvi qaydada başlamışdılar. Mart ayına qədər çox böyük bir məsafə qət etmişdilər. Lazım olan bilik və bacarıqların böyük əksəriyyətini ənənəvi qaydada öyrənmişdilər. Ona görə də onlara tədris ilinin qalan hissəssini onlayn qaydada keçirilməsi o qədər də itkiyə məruz qoymadı. Amma yeni tədris ili həmin qaydada başlaya bilməz. Ona görə ki, Azərbaycanda təsdiq edilmiş proqramlar 34 həftəlik, yaxud 210 günlükdür. Dərslərin həftədə 2 və ya 3 gün keçirilməsi həmin mövzuların mənimsənilməsinə imkan verməyəcək. Digər tərəfdən, Azərbaycanda hazırda 1.6 milyon şagird təhsil alır, onun 1 milyon 200 min nəfəri regionların payına düşür. Regionlarda isə təhsil alan şagirdlərin interneti, kompüteri, planşeti yoxdur. Eyni zamanda 30 mindən çox ailədə təhsil alan şagirdlərin sayı 2 və daha artıqdır. Onlar eyni saatda, eyni vaxtda dərsə qoşula bilmirlər. Bu zaman dərsdən yayınma, dərsdən geridə qalmaq kimi ciddi problemlər ortaya çıxır".

“Şagirdlər planşetlərlə təmin olunmalıdır”

Təhsil eksperti bir neçə təklif irəli sürüb: “Problemin həllinin bir neçə yolu var, birinci yol dövlət büdcəsinin vəsaiti hesabına şagirdlərin planşetlərlə, internetlə təmin edilməsidir ki, təhsilin əlçatanlığı təmin edilsin. İkinci atılması vacib və zəruri addım ondan ibarətdir ki, mütləq şəkildə dərs cədvəli fərqli olmalıdır. Çünki ailələrdə iki və artıq uşaq eyni vaxtda oxuyursa, onlar eyni vaxtda dərsə qoşula bilməyəcəklər. Çünki maksimum ailədə bir kompüter, bir telefon olur. Bu necə ola bilər? Məsələn, ibtidai siniflər saat 8-də, 2-ci siniflər saat 10-da, 3-cü siniflər saat 12-də onlayn tədrisə qoşulmalıdırlar.

Digəri isə keyfiyyət məsələsidir. Etiraf edək ki, onlayn dərslər ənənəvi dərslər qədər keyfiyyətli deyil. Nəinki şagirdlər, heç müəllimlərin proqramla işləmək imkanları yoxdur. Ona görə də valideynlər haqlıdırlar. Çünki müəllimlər dərs bölgüsündə problem yaşayırlar. Qruplarda artıq şagirdlərin sayı çoxalıb. Və onlara tam şəkildə dərs keçməyə imkan vermir. Yeganə həll yolu isə dövlət büdcəsinin vəsaiti hesabına bütün şagirdləri geri qaytarmaq şərtilə planşetlərlə təmin edilməsi, eyni zamanda ənənəvi dərslərin sayını artırmaq lazımdır. Şagirdlər iki gün deyil, dörd gün məktəbə gedərlərsə, bu problemlər az yaşanacaq".

“Teledərs”ləri nə üçün edirik?!"

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov da məsələyə münasibətini bildirib:

“Bizim teledərslərimiz də yayımlanır. Valideynlərə də tövsiyə etmişik ki, baxsınlar. Teledərslərin baxılmama imkanı yoxdur, çünki həm televiziya vasitəsilə, həm də saytda yerləşdiririk. Bəli, bəzən internetlə bağlı problemlər olur. Bununla bağlı işlər gedir, amma indiki halda bunu dəf etmək mümkün olmur. Bir müddət sonra yəqin ki, mümkün olacaq. Amma bu o demək deyil ki, biz bütünlüklə yalnız onlayn tədrisə önəm verməliyik. Bununla bərabər teledərslər var. Təhsil Nazirliyi bunu təşkil edir, gün ərzində 8 saat olmaqla, Azərbaycanın ən yaxşı müəllimləri səhər saat 10-dan axşam saat 6-ya qədər dərslər verirlər. Bəs biz bunu nə üçün edirik?!”

C.Valehov valideynlərin teledərsləri tənqid etməsinə də münasibət bildirib:

“Baxan var, əsasən bölgələrdə daha çox tələbat var. Biz bu gün ideal dərsdən danışa bilmirik, bütün dünya pandemiya şəraitində dərs keçir. Bu şəraitdə bizə daha uyğun imkanlardan danışırıq. O ki qaldı əyani dərslərin sayının artırılmasına, indiki halda heç nə deyə bilmərəm. Çünki bu qərarı Operativ Qərargah verə bilər. Doğrudan da bu sahədə problem olarsa, bu qurum da hansısa qərarı verə bilər. Amma bu olacaq, olmayacaq, bir söz deyə bilmərəm, çünki bu məsələ mənim səlahiyyətimdə deyil”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya iki Ukrayna limanına zərbə endirib
Bu gün, 08:52
Azərbaycanlıların “qara günləri” başladı: SEPAH təhlükəsi - NƏ ETMƏLİ?
Bu gün, 08:18
Əməkhaqqı düzgün hesablanmaya bilər - DİQQƏT
Bu gün, 08:16
Rusiyanın NATO-ya hücum üçün hələ vaxtı var - General
Bu gün, 08:13
- "Bunu etmədən ölmək istəmərəm..." - Nura Suri
Bu gün, 08:12
Evdə yatdığın yerdə də kartından PUL ÇIXIRLAR... - BU NƏDİ BELƏ?
Bu gün, 07:54
Burda rüşvət artıq METASTAZ VERİR... - FAKT BUDUR!
Bu gün, 07:41
Azərbaycanda işsizlik problemi bir az da böyüyəcək: Dünya Bankı xəbərdarlıq edir - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
İranın son təklifi mətbuata sızıb - DETALLAR
Bu gün, 07:28
Samuxda bu bəhanə ilə PUL YIĞIRLAR - İTTİHAM VAR...
Bu gün, 07:27
"Sağlamlığımda yaranan problemlərdən dolayı sizinlə görüşə gələ bilmirəm..." - Xalq artisti
Bu gün, 07:22
Ölkə banklarında kreditlər niyə "baha"dır? - İqtisadçı Əkrəm Həsənov səbəbləri açıqladı
Bu gün, 07:18
Ağsuda sosial yardım qalmaqalı - NARAZILIQ VAR...
Bu gün, 07:16
AHİK-in “Kurort”unda yoxlama başlanıb - sertfikasiyasız həkim iddiaları...
Bu gün, 07:06
Zelenski Trampın dəstəyinə ümidini itirib, strategiyanı dəyişir - KİV
Bu gün, 07:02
Daha bir keçmiş mətbuat katibinə AHİK-də vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 07:00
Bu da yoldaş Bağırovun tender ortaqları - Siyahıda kimlər var...
Bu gün, 06:55
Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? - ŞƏRH
Bu gün, 06:48
Başdan ayağa qərəz püskürən Avropa Parlamenti... - AKTUAL
Bu gün, 06:45
“Azəristiliktəchizat” ASC-nin elan etdiyi açıq tender ləğv edilib - TƏFƏRRÜAT
Bu gün, 06:42
Hakimiyyəti ələ keçirmək üçün əməliyyat keçirilir - Simonyan
Bu gün, 06:36
Möhbalıyevlərin Azərbaycandan OĞURLADIQLARI... - NƏLƏR VAR... NƏLƏR...
Bu gün, 06:33
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq - "Reuters"
Bu gün, 06:21
Vüqar Hüseynov bu qurumda mətbuat katibi oldu - ƏMR
Dünən, 22:46
Naxçıvanda Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub - BUNDAN SONRA...
Dünən, 22:39
Xalq artisti Firəngiz Mütəllimova: - Şuşaya köçməyi planlaşdırıram
Dünən, 18:07
ABŞ-dən İrana ŞOK TƏLƏB: - Yeni şərtlər məlum oldu
Dünən, 18:04
Bazarı bağlanan BƏSTƏKARLAR - Duyğularımızı donduran SÜNİ MAHNILAR
Dünən, 17:46
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 17:41
AYNA-nın Sumqayıt Regional İdarəsinə yeni müdir təyin olundu - ƏMR
Dünən, 17:37
"Gömrük və mülkiyyət mübahisələri məhkəməsiz həll edilə bilməz" - Natiq Cəfərli
Dünən, 17:36
Türkiyə hərbi xərclərini kəskin artırıb – Qlobal “yarışda” 18-ci yerdədir
Dünən, 17:33
Sevgilisinin evinə girib ərinin boğazını kəsdi - Bakıda yasaq eşq CİNAYƏTİ
Dünən, 17:29
Erməni nazirdən SENSASİON ETİRAF - "Azərbaycan benzini olmasaydı..."
Dünən, 17:26
Anar Əsədlinin məhkəməsində zərərçəkən ifadə verib
Dünən, 17:20
Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 17:17
Atəşkəs dövründə İranda anti-Azərbaycan təbliğatı - VİDEO
Dünən, 17:14
“Azeronline”a yeni Baş müdir təyin edilir - BUNDAN SONRA...
Dünən, 17:11
Məsciddə iftar süfrəsi təşkil etdi, keçmiş qayınatasını öldürməyə cəhd göstərdi – CİNAYƏTİN TƏFƏRRÜATI
Dünən, 17:03
Rusiyanın 1700 km dərinliyinə zərbə: - Qırıcılar məhv edildi
Dünən, 16:56
Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat olub - FOTO
Dünən, 16:53
“Aqrar İnnovasiya və Təchizat Şirkəti”nə yeni direktor müavini təyin edilib - ƏMR
Dünən, 16:51
Naxçıvanda yolların təmirinə 13,5 milyon manatın sərf olunacağı proqnozlaşdırılıb
Dünən, 16:49
Ərdoğan İrəvana getməzsə, bu Bakı ilə tam həmrəylik mesajı olacaq - Hasan Oktaydan ŞƏRH
Dünən, 16:42
Tofiq Əsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU - ƏMR
Dünən, 16:40
Ermənistanın “yeraltı savaşı” bitmir - sülhə mina basılıb...
Dünən, 16:35
Vahid Ələkbərov 4 ayda 887 milyon dollar qazandı - SİYAHI
Dünən, 16:18
Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu - TƏFƏRRÜAT
Dünən, 16:16
“İrşad BOKT”yə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:01
İsrail vətəndaşları kütləvi şəkildə Tiflisdən ev alırlar – Statistika
Dünən, 15:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru