40 millət vəkili Qalibafa qarşı bəyanat imzaladı .....                     Azərbaycanda kredit faizləri artıb .....                     Bakıda kişi ondan pul istəyən sevgilisini döydü .....                     Kreml “qaranlıq tunelə” geri dönür, dünyanı dağıtmaqla qorxudur: .....                     Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib .....                     İkisi həbsdə, ikisi azadlıqda olan İbrahimovların milyondan çox vergi borcu var .....                     Azərbaycanda baxça müdirəsi otağında BIÇAQLANDI: keçmiş əri həbs olundu .....                     Qalibaf İranın azad olunmuş vəsaiti ilə ABŞ məhsulları alacağını təkzib edib .....                     “Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib .....                     Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif edib .....                     Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib .....                     Müdafiə Nazirliyinin 5 hərbçisinə “general-mayor” ali hərbi rütbəsi verilib .....                     Erməni lobbisi AŞPA-da illərdir Azərbaycana qarşı işləyir .....                     İrəvanda “ay aman, azərbaycanlılar gəlir” isterikası .....                     Ən radikal “erməni”nin Bakıya növbəti hücumu .....                     SEPAH İsraili müharibə ilə təhdid etdi .....                     Azərbaycan elektrik enerjisini Gürcüstana 9,8, Rusiyaya isə 8,1 qəpiyə satıb .....                     “Azərbaycan” sözünü təhqir kimi işlətmək forpost təfəkkürüdür .....                     BDU tələbələri PULLARINI TƏLƏB EDİR... .....                     “Elza Seyidcahanın yeri səhv düşüb” .....                     Həvəsinə görə məhkəməlik oldu .....                     "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mənə qadağa qoyub" .....                     "DOST Agentliyi şəhid ailəsinə DOST DEYİL? .....                     Aİ Bakının İrəvana şərtlərini niyə görməzdən gəlir? .....                     Kılıçdaroğlunun CHP-nin başına gətirilməsindən sonra ilk dəfə görüşdülər .....                     Türkiyədə Almaniyaya aid “Patriot” HHM sistemi yerləşdirilib .....                     BU NƏDİ BELƏ: Aşağıda ixtisarlar gedir... Mərkəzi ofisdə daha bir qurum YARADILDI! .....                     Ermənistan hökumətinin tərkibində dəyişiklik olmayacaq .....                     BDU-nun məzun gecəsi son anda ləğv edildi: 46 min manatlıq dələduzluq .....                     Yevlaxda 69 yaşlı kişi həmkəndlisini niyə qətlə yetirib? .....                     Şimal-qərb küləyi əsəcək .....                     Paşinyan Putin, Japarov və Tokayevə: .....                     Gəncə Beynalxalq Hava Limanının direktoru təqaüdə göndərildi .....                     Azərbaycanlı müəllim qapalı məhkəmədən .....                     Paşinyan Aİİ-nin bəyanatını sərt tənqid edib: .....                     "O gecə Eldar Mahmudov da evinə getmir..." .....                     Novxanıda yarğanlar, Buzovnada "şlaqbaum"lar .....                     "Sea Breeze"dəki "Port d’Azur" layihəsini tikən şirkətin hesabına .....                     "14 gündür hər gün yazıram... yola verirlər...." .....                     “Dünyanın heç bir yerində pulsuz təhsil yoxdur" deyən nazirə CAVAB: .....                 

"Gec də olsa Zahid bəyin tərəfindən belə fikirlərin səslənməsi özlüyündə pozitivdir" - Partiya sədri
Tarix: 17-09-2020, 08:34 | Çap et
"Gec də olsa Zahid bəyin tərəfindən belə fikirlərin səslənməsi özlüyündə pozitivdir"
Azərbaycan Sosial Tədqiqatlar Mərkəzinin sədri, Milli Məclisin Komitə sədri Zahid Oruc “İlham Əliyevin yeni xalq hakimiyyəti” adlı yazısında parlamentdə təmsil olunmayan partiyaların da dövlət büdcəsindən maliyyələşməsi məsələsinə toxunub.

Zahid Oruc bildirib: “İndi bütün komandasında gələcək naminə vahidliyi təmin etmək, siyasi sistemin və institusional təsisatların, milli ziyalıların və ictimai rəy liderlərinin dövlət orbitinə qaytarılmasına nail olmaq, müxalif partiyalarla siyasi saziş, ictimai müqavilə ilə konsensus tapmaq və parlamentdən kənar qüvvələrin büdcədən maliyyələşdirilməsinə getməklə onların sosial aqressivliyini, xaricdən asılılığını azaltmaq, həmçinin dövlət şuralarında idarəçilikdə iştiraka cəlb etməklə münasibətləri hüquqi müstəviyə qaytarmaq, dialoq mühitini daimi çalışan və qərarlarla irəliyə gedən bir müstəviyə çevirmək, siyasi mədəniyyəti bərpa edərək destabillik doğuran mənəvi terroru durdurmaq, yeni kommunikasiya inqilabının gətirdiyi çağırışlara hazır olmaq Əliyevin qurduğu ”yeni xalq hakimiyyəti"nin ali məramıdır".

Zahid Orucun bu fikirləri parlament təmsilçiliyi olmayan partiyaların büdcədən maliyyələşməsi üçün hansısa addımların atılacağının anonsu sayıla bilərmi? Parlament təmsilçiliyi olmayan partiyalar bunu istəyirmi?

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, Zahid Oruc neçə illərdir onların da vacib hesab etdiyi və təkliflər verdiyi məsələyə toxunub: “Özündə bu müddəanın da ehtiva olunduğu təkliflər paketini hakimiyyət mənsublarına da təqdim etmişik. Bunun üçün kriteriyaların müəyyənləşməsini və qanunvericilikdə müvafiq düzəlişlərin edilməsinin də fərqindəyik. Çünki ölkədə müxtəlif səviyyəli seçkilərdə iştirak etməyən, yerli strukturlara malik olmayan, ölkə gündəmində bu və ya digər formada iştirak etməyən kifayət sayda partiya var və bu mənada bütün siyasi təşkilatların ucdantutma maliyyələşməsi hesab edirəm ki, doğru olmazdı.

Eyni zamanda bu da reallıqdır ki, bu gün Milli Məclisdə təmsil olunan, lakin nəinki partiya strukturları, hətta özündən və ətrafındakı 1-2 nəfərdən başqa heç bir üzvü olmayan partiyalar da var ki, yalnız parlament təmsilçiliyinin olması səbəbi ilə dövlət büdcəsindən maliyyələşirlər. Əlbəttə ki, bu, oturuşmuş partiya strukturlarına malik olan, seçkilərdə fəal iştirak edən digər siyasi partiyalara münasibətdə ədalət prinsipinin ciddi surətdə pozulmasıdır.

Bu məsələdə ən vacib hesab elədiyimiz məqam isə odur ki, siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi bu məsələdə şəffaflıq prinsipinə əməl olunmaqla, həm də partiyaların mənşəyi məlum olmayan mənbələrdən maliyyələşmə riskini minimuma endirər. Bu baxımdan hörmətli Zahid Orucun məsələyə yanaşmasını doğru hesab edirəm. Eyni zamanda bu fikirlərin Prezidentin sərəncamı ilə Sosial Tədqiqatlar Mərkəzinin idarə heyətinin sədri vəzifəsinə təyin olunan və rəyi qəbul edilən şəxs tərəfindən səsləndirilməsi bizi hakimiyyətin bu vacib məsələni müsbət həll edəcəyinə ümidləndirir".

AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, əslində bu fikirləri və təklifləri artıq illərdir müxtəlif formada müxalifət partiyaları olaraq dəfələrlə səsləndiriblər. Yəni normal hüquqi, demokratik dövlətlərdə belə məsələlər artıq çoxdan öz həllini tapıb və adi norma halına gəlib: “Gec də olsa Zahid bəyin tərəfindən belə fikirlərin səslənməsi özlüyündə pozitivdir və biz də AĞ Partiya olaraq bu yanaşmanı müsbət qarşılayırıq. Bu səsləndirilən fikirlər nə qədər sürətli və effektiv şəkildə icra olunsa Azərbaycana bir o qədər faydalı olar. İstər parlamentdən partiyaların maliyyələşməsi, istər onların dövlət idarəçiliyində təmsilçiliklərinin təmin olunması və çoxpartiyalı sistemin inkişafı istiqamətində deyilən fikirlər çox əhəmiyyətli və icrası labüd məsələlərdir. Zahid Orucun bu yazısının bir çox məqamları dövlət və dövlətçilik üçün faydalı nüanslardır. Ümid etmək istərdik ki, bu yazıda qeyd edilənlər sadəcə kağız üzərində qalmayacaq. Unutmaq lazım deyil ki, hazırda Azərbaycan çox ağır və riskli mərhələdən keçir. Bu mərhələdə siyasi islahatlar yönümündə real və ardıcıl addımlar atılmalıdır ki, dövlətimiz bu mərhələdə ağır durumlarla üzləşməsin”.

ALDP sədri Fuad Əliyev isə bildirdi ki, Zahid Oruc hakimiyyətin görəcək işlər barədə məlumatlı şəxsdir. Bu baxımdan onun yazısında əksini tapan məsələnin nə zamansa reallaşacağına ümid yaranır: “Parlamentdən kənarda olan partiyaların maliyyələşməsi məsələsinin müsbət həllinin vacibliyi barədə biz də zaman-zaman bildirmişik. Çox ölkələrdə belə prosedur var, parlament seçkilərində iştirak edən, amma parlamentə düşməyən partiyalara dövlət tərəfindən maliyyə ayrılır. Biz də bunun üçün bir mexanizm tətbiq olunub həyata keçirilsə yaxşıdır. Bununla bağlı mən PA rəsmisi Ədalət Vəliyevlə keçirdiyim görüşdə fikir mübadiləsi aparmışıq”.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə bildirdi ki, parlamentdə təmsil olmayan partiyalara büdcədən maliyyə veriləcəyinin gözlənildiyini düşünmür: “Gözlənilmirsə onu müzakirəyə çıxartmaq gündəmi dəyişməyə xidmət edir. Siyasi partiyalara lazım olan demokratik seçkilər və bu seçkilərdə onların halal haqlarının tanınmasıdır. Ölkədə islahat üçün birinci şərt demokratik seçkilərdir”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
40 millət vəkili Qalibafa qarşı bəyanat imzaladı
Bu gün, 17:26
Azərbaycanda kredit faizləri artıb - BELƏ HARA GEDİRİK?
Bu gün, 17:15
Bakıda kişi ondan pul istəyən sevgilisini döydü
Bu gün, 17:14
Kreml “qaranlıq tunelə” geri dönür, dünyanı dağıtmaqla qorxudur: - Ukrayna savaşı Rusiyanı artıq daxildən çökdürür
Bu gün, 17:10
Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib
Bu gün, 17:07
İkisi həbsdə, ikisi azadlıqda olan İbrahimovların milyondan çox vergi borcu var - DETALLAR
Bu gün, 17:00
Azərbaycanda baxça müdirəsi otağında BIÇAQLANDI: keçmiş əri həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 16:53
Qalibaf İranın azad olunmuş vəsaiti ilə ABŞ məhsulları alacağını təkzib edib
Bu gün, 16:40
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib - FOTO
Bu gün, 16:37
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif edib - SƏRƏNCAM
Bu gün, 16:35
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib - SİYAHI
Bu gün, 16:33
Müdafiə Nazirliyinin 5 hərbçisinə “general-mayor” ali hərbi rütbəsi verilib - ADLAR
Bu gün, 16:31
Erməni lobbisi AŞPA-da illərdir Azərbaycana qarşı işləyir - ŞƏRH
Bu gün, 16:02
İrəvanda “ay aman, azərbaycanlılar gəlir” isterikası - BAŞLARI QAÇIB...
Bu gün, 16:01
Ən radikal “erməni”nin Bakıya növbəti hücumu – O, nəyə çalışır?
Bu gün, 15:58
SEPAH İsraili müharibə ilə təhdid etdi
Bu gün, 15:56
Azərbaycan elektrik enerjisini Gürcüstana 9,8, Rusiyaya isə 8,1 qəpiyə satıb - SİYAHI
Bu gün, 15:55
“Azərbaycan” sözünü təhqir kimi işlətmək forpost təfəkkürüdür - Paşinyan
Bu gün, 15:53
BDU tələbələri PULLARINI TƏLƏB EDİR... - TƏFƏRRÜAT
Bu gün, 15:50
“Elza Seyidcahanın yeri səhv düşüb” - AYB rəsmisi
Bu gün, 15:45
Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ
Bu gün, 15:43
"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mənə qadağa qoyub" - Seyid Taleh Boradigahi
Bu gün, 15:42
"DOST Agentliyi şəhid ailəsinə DOST DEYİL? - NARAZILIQ VAR...
Bu gün, 15:34
Aİ Bakının İrəvana şərtlərini niyə görməzdən gəlir? - ŞƏRH
Bu gün, 13:31
Kılıçdaroğlunun CHP-nin başına gətirilməsindən sonra ilk dəfə görüşdülər
Bu gün, 13:27
Türkiyədə Almaniyaya aid “Patriot” HHM sistemi yerləşdirilib - MN
Bu gün, 13:24
BU NƏDİ BELƏ: Aşağıda ixtisarlar gedir... Mərkəzi ofisdə daha bir qurum YARADILDI! - DƏLİXANADIR, VALLAH...
Bu gün, 13:20
Ermənistan hökumətinin tərkibində dəyişiklik olmayacaq - Paşinyan
Bu gün, 13:10
BDU-nun məzun gecəsi son anda ləğv edildi: 46 min manatlıq dələduzluq - BU NƏDİ BELƏ?
Bu gün, 13:05
Yevlaxda 69 yaşlı kişi həmkəndlisini niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 13:00
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:54
Paşinyan Putin, Japarov və Tokayevə: - Belə qərar olar?
Bu gün, 12:52
Gəncə Beynalxalq Hava Limanının direktoru təqaüdə göndərildi - ƏMR
Bu gün, 12:52
Azərbaycanlı müəllim qapalı məhkəmədən İMTİNA ETDİ
Bu gün, 12:50
Paşinyan Aİİ-nin bəyanatını sərt tənqid edib: - Cavab verməlidirlər ki, təşkilat mövcuddurmu, yoxsa yox?
Bu gün, 12:49
"O gecə Eldar Mahmudov da evinə getmir..." - Pərviz Həşimli azadlığa çıxan Elçin Quliyevdən yazdı…
Bu gün, 12:44
Novxanıda yarğanlar, Buzovnada "şlaqbaum"lar – çimərliklərdə nə baş verir?
Bu gün, 12:28
"Sea Breeze"dəki "Port d’Azur" layihəsini tikən şirkətin hesabına HƏBS QOYULDU
Bu gün, 12:25
"14 gündür hər gün yazıram... yola verirlər...." - GİLEY
Bu gün, 12:17
“Dünyanın heç bir yerində pulsuz təhsil yoxdur" deyən nazirə CAVAB: - "Nazir dövlətlə vətəndaş arasında UÇURUM YARADIR!"
Bu gün, 12:10
Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxs şikayətini geri götürdü
Bu gün, 12:05
Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
Bu gün, 12:04
Moskvanı Tramp bombaladıb? - “Financial Times”
Bu gün, 12:02
Türkiyə millisi son oyuna çıxır - Baş məşqçi dəstək istədi
Bu gün, 11:56
Belarusdan Azərbaycana 42 ton ətdən hazırlanan un gətirilib
Bu gün, 11:52
İran gələcək münaqişənin toxumunu səpir - Qarqaş
Bu gün, 11:51
SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri hədəf alacağı ilə hədələyir
Bu gün, 11:47
Uğursuz olmağı da bacarmayan Nemət Pənahlı - Saffari yazır...
Bu gün, 11:45
“AFB Bank”ın filial müdiri 12 min “otkat” alıb - TƏFƏRRÜAT
Bu gün, 11:35
İçməli suyun məmur bağlarına və villalara yönləndirilməsi sakinləri susuz qoyub - ETİRAZ VAR...
Bu gün, 11:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru