Ramiz Mehdiyevin “simalı müxalifət”i və Milli Şuranın susqunluğu: - Deyiləcək söz yoxdur, yoxsa deyilməsi üçün icazə?
Tarix: 2-09-2020, 09:28 | Çap et
 “Akademik toy”un sədası hələ qulaqlardan çəkilməyib.
AMEA prezidenti Ramiz Mehdiyevin karantin qaydalarını ayaq altına alaraq nəvəsi üçün keçirilən dəbdəbəli toy mərasimi özü ilə həm müzakirələr, həm cəzalar gətirib.
Ancaq görünən odur ki, bu toy sadəcə şadyanalıq mərasimi olmayıb, həm də bəzi qüvvələrin güc nümayişi cəhdi olub. Belə olmasaydı, ölkə əhalisi aylardır karantində yaşadığı, bütün mərasimlərin təxirə salındığı, qanunu pozanların cəzalandırıldığı bu şəraitdə Ramiz Mehdiyev və ətrafı da qanunu pozduqlarını qəbullanaraq üzr istəmək və cəzalarına razı olmaqla məsələyə nöqtə qoyulmasına çalışardılar.
İndiki halda Mehdiyev “cəbhəsi” susqun görünsə də, akademin özü bir-birinin ardınca artıq 4 yazı ilə mövqeyini ortaya qoyub.
Açıqlamalardan birində "Mən kecМ§mişimdən və bu günümdən arxayınam. Dünənimlə üzləşməyə həmişə hazıram, bu günüm isə hər kəsin gÖzü qarşısındadır.ünvanıma ittihamlar səsləndirənlərin cМ§oxundan fərqli olaraq Ömrüm boyu ancaq bir əqidəyə qulluq etmişəm və bununla da qürur duyuram! Bundan sonra da hecМ§ kəs məni tutduğum yoldan dÖndərə bilməz! Bəs gÖrəsən, məni ittiham edənlərdə necə, eyni arxayınlıq varmı? Onlar dünən dediklərinə bu gün və sabah eyni əminliklə imza ata biləcəklərmi? Bu qarayaxma kampaniyası gÖstərdi ki, həqiqi müxalifətin bir siması olduğu halda, Özünü iqtidara loyal gÖstərən bəzi millət vəkillərinin, kecМ§miş məmurların, jurnalistlərin lazım gəldikdə bir necМ§ə siması ola bilirmiş",- deyən akademikin pası kimə və kimlərə ötürdüyü əslində bəllidir.
Bu, o şəxsdir ki, illərdir müxalifətin bütün mübarizəsinin qarşısına elə iqtidarın özü qədər daş yuvarlayıb, siyasi cameədə bütün fikir ayrılıqlarını az qala düşmənçilik səviyyəsinə qaldırmağa çalışıb, aldığı təlimatları “qüsursuz” icra etməklə müxalifət-xalq birliyini sarsıtmağa müvəffəq olub. İndi Ramiz Mehdiyevin dediyi o “simalı müxalifət” əgər doğrudan da simaya malikdirsə, bu qədər olaylara niyə susur? Halbuki onlar neftin qiymətinin düşməsinə belə sevincək olub bundan iqtidara qarşı mübarizə metodu kimi istifadəyə cəhd edənlərdir. Yaxud karantin rejiminin uzadılmasını siyasi divident qazanmaq şansı kimi dəyərləndirənlər indi niyə qınına çəkilib? Harda qaldı Ramiz Mehdiyevin öydüyü sima? Mehdiyevin təkcə bir bəyanatında dedikləri əslində bizim illərdir yazdıqlarımızın bir cümləlik isbatı idi. “Həqiqi müxalifətin bir siması olduğu halda, Özünü iqtidara loyal gÖstərən bəzi millət vəkillərinin, kecМ§miş məmurların, jurnalistlərin lazım gəldikdə bir necМ§ə siması ola bilirmiş" cümləsi əslində siyasətdə indiyə qədər bağlı qalan (əslində isə siyasi cameədə əksəriyyətin oxuduğu) kartların açıq-aydın aşkara çıxarılması idi. Bu, sadəcə cümlə deyildi, həm də illərin siyasi “mübarizəsinin” əslində kimə və nəyə xidmət etdiyinin sözlü sübutu idi. Ramiz Mehdiyev öz açıqlaması ilə Milli Şuranın və Əli Kərimlinin əlinə verdiyi kartları beləcə özü açmış oldu. Kimin əlinin kimin cibində olduğunu ortaya qoydu, illərlə deyilənlərə, yazılanlara “yaşıl işıq” yandırdı.
“Simalı müxalifət” ya Mehdiyevin bu açıqlamasını gözləmədiyindən, ya da deyiləcək söz tapa bilmədiyindən hələlik sadəcə susur. Halbuki susmamaq üçün çox sadə bir səbəb var- Ramiz Mehdiyev və ətrafı ölkənin qanunlarını pozub, hər kəsin gözü qarşısında qaydaları ayaqlar altına alıb, hətta buna “başqaları da edir” kimi bəsit don geyindirməyə çalışıb. Bu ki, iddia deyil, ortada dlil-sübut var, hakim YAP belə öz üzvünü (Siyavuş Novuzovu) buna görə cəzalandırdığı bir zamanda hər kiçik bəhanədən iqtidara qarşı “səlib yürüşünə”başlayan qüvvələri susmağa vadar edən nədir? Biz ki, iddialardan danışmırıq, Mehdiyevi tənqid edənlər ki, onu sadəcə qanunları pozduğuna görə tənqid edir. Ortada bu boyda “tutacaq” olduğu halda, Əli Kərimli və Milli Şura nə əcəb “susmaq qızıldır” prinsipini seçib? Sizcə də qəribə deyilmi? Bu, o qüvvədir ki, qarışqanı belə filə çevirib iqtidara qarşı piar kampaniyası başlatmaq üçün təlimat verir, indi bu boyda səbəb öz ayağı ilə gəlub çıxdığı halda onu görməzdən gəlmək kimə və nəyə xidmət edir?
Bir anlıq təsəvvür edək ki, Ramiz Mehdiyevin yerində hökumətdə təmsil olunan başqa bir şəxs olaydı, Milli Şuranın bəyanatları, “Zoom” iclasları, açıqlamalarının ardı-arası kəsilməzdi. Bəs indi niyə sükuta dalıb? Deyiləcək sözü yoxdur, yoxsa deyilməsi üçün icazə? Cebhe.info


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • 40 millət vəkili Qalibafa qarşı bəyanat imzaladı
Bu gün, 17:26 |
|
|
|
| • Azərbaycanda kredit faizləri artıb - BELƏ HARA GEDİRİK?
Bu gün, 17:15 |
|
|
|
| • Bakıda kişi ondan pul istəyən sevgilisini döydü
Bu gün, 17:14 |
|
|
|
| • Kreml “qaranlıq tunelə” geri dönür, dünyanı dağıtmaqla qorxudur: - Ukrayna savaşı Rusiyanı artıq daxildən çökdürür
Bu gün, 17:10 |
|
|
|
| • Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib
Bu gün, 17:07 |
|
|
|
| • İkisi həbsdə, ikisi azadlıqda olan İbrahimovların milyondan çox vergi borcu var - DETALLAR
Bu gün, 17:00 |
|
|
|
| • Azərbaycanda baxça müdirəsi otağında BIÇAQLANDI: keçmiş əri həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 16:53 |
|
|
|
| • Qalibaf İranın azad olunmuş vəsaiti ilə ABŞ məhsulları alacağını təkzib edib
Bu gün, 16:40 |
|
|
|
| • “Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib - FOTO
Bu gün, 16:37 |
|
|
|
| • Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif edib - SƏRƏNCAM
Bu gün, 16:35 |
|
|
|
| • Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib - SİYAHI
Bu gün, 16:33 |
|
|
|
| • Müdafiə Nazirliyinin 5 hərbçisinə “general-mayor” ali hərbi rütbəsi verilib - ADLAR
Bu gün, 16:31 |
|
|
|
| • Erməni lobbisi AŞPA-da illərdir Azərbaycana qarşı işləyir - ŞƏRH
Bu gün, 16:02 |
|
|
|
| • İrəvanda “ay aman, azərbaycanlılar gəlir” isterikası - BAŞLARI QAÇIB...
Bu gün, 16:01 |
|
|
|
| • Ən radikal “erməni”nin Bakıya növbəti hücumu – O, nəyə çalışır?
Bu gün, 15:58 |
|
|
|
| • SEPAH İsraili müharibə ilə təhdid etdi
Bu gün, 15:56 |
|
|
|
| • Azərbaycan elektrik enerjisini Gürcüstana 9,8, Rusiyaya isə 8,1 qəpiyə satıb - SİYAHI
Bu gün, 15:55 |
|
|
|
| • “Azərbaycan” sözünü təhqir kimi işlətmək forpost təfəkkürüdür - Paşinyan
Bu gün, 15:53 |
|
|
|
| • BDU tələbələri PULLARINI TƏLƏB EDİR... - TƏFƏRRÜAT
Bu gün, 15:50 |
|
|
|
| • “Elza Seyidcahanın yeri səhv düşüb” - AYB rəsmisi
Bu gün, 15:45 |
|
|
|
| • Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ
Bu gün, 15:43 |
|
|
|
| • "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mənə qadağa qoyub" - Seyid Taleh Boradigahi
Bu gün, 15:42 |
|
|
|
| • "DOST Agentliyi şəhid ailəsinə DOST DEYİL? - NARAZILIQ VAR...
Bu gün, 15:34 |
|
|
|
| • Aİ Bakının İrəvana şərtlərini niyə görməzdən gəlir? - ŞƏRH
Bu gün, 13:31 |
|
|
|
| • Kılıçdaroğlunun CHP-nin başına gətirilməsindən sonra ilk dəfə görüşdülər
Bu gün, 13:27 |
|
|
|
| • Türkiyədə Almaniyaya aid “Patriot” HHM sistemi yerləşdirilib - MN
Bu gün, 13:24 |
|
|
|
| • BU NƏDİ BELƏ: Aşağıda ixtisarlar gedir... Mərkəzi ofisdə daha bir qurum YARADILDI! - DƏLİXANADIR, VALLAH...
Bu gün, 13:20 |
|
|
|
| • Ermənistan hökumətinin tərkibində dəyişiklik olmayacaq - Paşinyan
Bu gün, 13:10 |
|
|
|
| • BDU-nun məzun gecəsi son anda ləğv edildi: 46 min manatlıq dələduzluq - BU NƏDİ BELƏ?
Bu gün, 13:05 |
|
|
|
| • Yevlaxda 69 yaşlı kişi həmkəndlisini niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 13:00 |
|
|
|
| • Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:54 |
|
|
|
| • Paşinyan Putin, Japarov və Tokayevə: - Belə qərar olar?
Bu gün, 12:52 |
|
|
|
| • Gəncə Beynalxalq Hava Limanının direktoru təqaüdə göndərildi - ƏMR
Bu gün, 12:52 |
|
|
|
| • Azərbaycanlı müəllim qapalı məhkəmədən İMTİNA ETDİ
Bu gün, 12:50 |
|
|
|
| • Paşinyan Aİİ-nin bəyanatını sərt tənqid edib: - Cavab verməlidirlər ki, təşkilat mövcuddurmu, yoxsa yox?
Bu gün, 12:49 |
|
|
|
| • "O gecə Eldar Mahmudov da evinə getmir..." - Pərviz Həşimli azadlığa çıxan Elçin Quliyevdən yazdı…
Bu gün, 12:44 |
|
|
|
| • Novxanıda yarğanlar, Buzovnada "şlaqbaum"lar – çimərliklərdə nə baş verir?
Bu gün, 12:28 |
|
|
|
| • "Sea Breeze"dəki "Port d’Azur" layihəsini tikən şirkətin hesabına HƏBS QOYULDU
Bu gün, 12:25 |
|
|
|
| • "14 gündür hər gün yazıram... yola verirlər...." - GİLEY
Bu gün, 12:17 |
|
|
|
| • “Dünyanın heç bir yerində pulsuz təhsil yoxdur" deyən nazirə CAVAB: - "Nazir dövlətlə vətəndaş arasında UÇURUM YARADIR!"
Bu gün, 12:10 |
|
|
|
| • Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxs şikayətini geri götürdü
Bu gün, 12:05 |
|
|
|
| • Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
Bu gün, 12:04 |
|
|
|
| • Moskvanı Tramp bombaladıb? - “Financial Times”
Bu gün, 12:02 |
|
|
|
| • Türkiyə millisi son oyuna çıxır - Baş məşqçi dəstək istədi
Bu gün, 11:56 |
|
|
|
| • Belarusdan Azərbaycana 42 ton ətdən hazırlanan un gətirilib
Bu gün, 11:52 |
|
|
|
| • İran gələcək münaqişənin toxumunu səpir - Qarqaş
Bu gün, 11:51 |
|
|
|
| • SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri hədəf alacağı ilə hədələyir
Bu gün, 11:47 |
|
|
|
| • Uğursuz olmağı da bacarmayan Nemət Pənahlı - Saffari yazır...
Bu gün, 11:45 |
|
|
|
| • “AFB Bank”ın filial müdiri 12 min “otkat” alıb - TƏFƏRRÜAT
Bu gün, 11:35 |
|
|
|
| • İçməli suyun məmur bağlarına və villalara yönləndirilməsi sakinləri susuz qoyub - ETİRAZ VAR...
Bu gün, 11:27 |
|
|
|
|