“Qiymət artımı bazar prinsiplərinə tam uyğundur” .....                     “Toylarımızı vəhşilik elementlərindən xilas etməliyik” .....                     İttifaq sədrindən keçmiş katibin iddialarına CAVAB: .....                     Paşinyan seçkinin favoriti hesab edilsə də, parlament çoxluğu şübhə altındadır .....                     Naxçıvan hökumətinin "iməcliksevərliyi" bir ailənin faciəsi ilə nəticələndi .....                     Qızılda böyük sıçrayış: Qiymət kəskin artacaq? .....                     Prezidentin medal verdiyi FHN əməkdaşından acı xəbər .....                     Rusiya iki Ukrayna limanına zərbə endirib .....                     Azərbaycanlıların “qara günləri” başladı: SEPAH təhlükəsi .....                     Əməkhaqqı düzgün hesablanmaya bilər .....                     Rusiyanın NATO-ya hücum üçün hələ vaxtı var .....                     - "Bunu etmədən ölmək istəmərəm..." .....                     Evdə yatdığın yerdə də kartından PUL ÇIXIRLAR... .....                     Burda rüşvət artıq METASTAZ VERİR... .....                     Azərbaycanda işsizlik problemi bir az da böyüyəcək: Dünya Bankı xəbərdarlıq edir .....                     İranın son təklifi mətbuata sızıb .....                     Samuxda bu bəhanə ilə PUL YIĞIRLAR .....                     "Sağlamlığımda yaranan problemlərdən dolayı sizinlə görüşə gələ bilmirəm..." .....                     Ölkə banklarında kreditlər niyə "baha"dır? .....                     Ağsuda sosial yardım qalmaqalı .....                     AHİK-in “Kurort”unda yoxlama başlanıb .....                     Zelenski Trampın dəstəyinə ümidini itirib, strategiyanı dəyişir .....                     Daha bir keçmiş mətbuat katibinə AHİK-də vəzifə verildi .....                     Bu da yoldaş Bağırovun tender ortaqları .....                     Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? .....                     Başdan ayağa qərəz püskürən Avropa Parlamenti... .....                     “Azəristiliktəchizat” ASC-nin elan etdiyi açıq tender ləğv edilib .....                     Hakimiyyəti ələ keçirmək üçün əməliyyat keçirilir .....                     Möhbalıyevlərin Azərbaycandan OĞURLADIQLARI... .....                     Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq .....                     Vüqar Hüseynov bu qurumda mətbuat katibi oldu .....                     Naxçıvanda Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub .....                     Xalq artisti Firəngiz Mütəllimova: .....                     ABŞ-dən İrana ŞOK TƏLƏB: .....                     Bazarı bağlanan BƏSTƏKARLAR .....                     “Azər Türk Bank”da yeni təyinat .....                     AYNA-nın Sumqayıt Regional İdarəsinə yeni müdir təyin olundu .....                     "Gömrük və mülkiyyət mübahisələri məhkəməsiz həll edilə bilməz" .....                     Türkiyə hərbi xərclərini kəskin artırıb .....                     Sevgilisinin evinə girib ərinin boğazını kəsdi .....                 

“İnsanlara real qəhrəmanlar lazımdır” - deputat
Tarix: 1-09-2020, 08:44 | Çap et
“İnsanlara real qəhrəmanlar lazımdır”
Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəmanlarımızın döyüş yolunun, şücaətlərinin dərsliklərə salınması barədə təkliflər var. Qeyd olunur ki, birinci Qarabağ savaşı zamanı qəhrəmanlıq göstərənlərin, habelə atəşkəs dövründəki erməni təxribatlarını dəf edərkən şəhid olan Mübariz İbrahimov, Polad Həşimov, Raquf Orucov, polkovnik İlqar Mirzəyev kimi şəhid hərbiçilərimizin dərsliklərdə geniş təbliğatına ehtiyac var.

Bu günə qədər dərsliklərdə Koroğlu, Qaçaq Nəbi, Babək haqqında yetərincə şeirlər, dastanlar öz əksini tapıb. Lakin bəzən bu qəhrəmanlar çox şişirdilmiş, bəzən nağılvari şəkildə tərənnüm olunur. Polad Həşimov, Raquf Orucov, İlqar Mirzəyev kimi şəhid hərbiçilərimiz isə real və gerçək qəhrəmanlardır.

Xatırladaq ki, bir müddət bundan əvvəl “Qanun” nəşrlər evi “Məktəblillər üçün liderlik dərsləri” adlı seriyasında şəhid general-mayor Polad Həşimovdan bəhs edən kitab çap etmişdi. Polad Həşimovun təhsil aldığı məktəb, məktəbdə onunla bağlı olan xatirələr, daha sonra əsgər və generalların, ailəsinin xatirələri toplandığı “Polad generalımız” adlı kitab 2000 tirajla çap olunaraq, məktəbli uşaqlara pulsuz paylanılmışdı. “Qanun” nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu “Yeni Müsavat”a açıqlamasında bu cür generalın həyatı haqda məlumatların məktəb dərsliklərinə salınmasını təklif etmişdi.

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Musa Qasımlı qeyd edib ki, hazırkı dövrdə şagirdlərə daha çox qəhrəmanlıq, müstəqil dövlətçilik hissləri aşılayan biliklər verilməlidir:

“Dövlətimizin təhsil strategiyasının tərkib hissələrindən biri olan dərslik siyasəti müstəqillik illərində böyük bir yol keçib. Tarix dərsliklərində müstəqil dövlətçilik, vətən, torpaq, millət sevgisi aşılayan mövzular, tarixi şəxsiyyətlərimiz və dövlət xadimlərimiz haqqında məlumatlar vardır. Bütün keçmiş minilliklər tariximizi bilməyimiz vacibdir. Orada bizim milli və dövlətçilik köklərimiz yatır.

Bununla yanaşı, hesab edirəm ki, biz şagirdlərimizə qəhrəmanlıq, müstəqil dövlətçilik hissləri aşılayan bilikləri daha çox verməliyik. Ona görə də dərsliklərdə general-mayor Polad Həşimov haqqında məlumatların verilməsi yaxşı olardı. Şagirdlərimiz ondan vətəni sevməkdə, qorumaqda və düşmənə sinə gərməkdə örnək alardılar. Tarix dərslikləri quru, bəzən də heç bir məna daşımayan statistik, xronoloji məlumatlardan təmizlənməli, başlıca olaraq vətən, torpaq, dövlət, millət sevgisi aşılamalı, yaxşı vətəndaş yetişdirilməsində başlıca rol oynamalıdır".

Məsələ ilə bağlı millət vəkili Fazil Mustafa bildirib ki, ən böyük qəhrəmanlarımızdan biri də Nuru Paşadır: “Lakin onun adı mücərrəd qəhrəmanlar, Azərbaycana dəxli olmayan, fəaliyyəti müstəqilliyimiz üçün əhəmiyyət kəsb etməyən şəxslərlə müqayisədə çox arxa planda qalır. Eyni zamanda son dövrlərin qəhrəmanlarından olan Mübariz İbrahimov, Polad Həşimov, Raquf Orucov və digər dəyərli şəhid zabit və əsgərlərimizin obrazlarını təqdim etməyə tələsmirik. Əslində isə insanlara real qəhrəmanlar lazımdır. Bir məsələni də diqqətə çatdırmaq istərdim. Bu gün çox valideyn qız övladına Natəvan adını verir. Məlum olduğu kimi, zamanında Xan qızı Xurşudbani övladı vəfat etdikdən sonra Natəvan təxəllüsünü özünə götürüb. Natəvan ”yazıq, miskin insan" deməkdir. Bu gün də adın fərqinə varmadan bu adı övlada qoyurlar. Bu isə mahiyyətcə doğru deyil. Eləcə də qəhrəmanların mahiyyətinə baxışımız kökündən yanlışdır, təhrif olunmuşdur. Bu səbəbdən real qəhrəmanlara qayıtmalıyıq. Məsələn, əgər Qarabağda qalib gəlmək istəyiriksə, bizim obrazımız Koroğlu, Babək ola bilməz. Obrazımız Nuru Paşa olmalıdır, hansı ki, Bakını işğalçılardan azad edib. Yəni bu obrazı daha dərindən anlasaq, bilərik ki, qalib gəlmək mümkündür. Və yaxud vətən üçün şəhid olmaq obrazı deyəndə Mübariz İbrahimovu, Polad Həşimovu, Raquf Orucovu göstərmək kifayət edər.

Bizə real qəhrəman ona görə lazımdır ki, biz görək ki, bizdən biri olan, bizimlə eyni yeməyi yeyən şəxs gəlib Bakını azad edə bildi. Necə ola bilər ki, Azərbaycan zabiti özünü bu ruhda hazırlamasın və Qarabağı azad etmək haqda düşünməsin. Amma bir daha qeyd edirəm, bunu koroğluçuluqla təbliğ etmək çox çətin olacaq".

Təhsil eksperti Kamran Əsədov isə qeyd edib: “Azərbaycan Respublikasının dərslik siyasətinə görə dərsliklər şəxsiyyət yetişdirməlidir. Xüsusən də son dövrdə Azərbaycanda Qarabağ müharibəsində baş verən proseslər dərsliklərdə insanları qələbəyə olan inamı artırmalıdır. Ona görə də dərsliklər gənc nəslin milli-vətənpərvər ruhunda yetişməsinə, eyni zamanda bu hisslərin oyadılmasına müsbət təsir etməlidir.

Birmənalı şəkildə istər 2016-cı ildə baş verən Aprel döyüşləri, istərsə də 2020-ci ildə Tovuz istiqamətində baş verən döyüşlər zamanı qəhrəmanlıq göstərən zabit və əsgərlərimiz haqqında məlumatlar mütləq şəkildə dərsliklərə salınmalıdır. Çünki bu hadisələr həm Azərbaycan, həm də dünya əhəmiyyətli hadisələrdir.

Etiraf edək ki, son dövrlərdə ölkədə gənclərin vətənpərvərlik ruhunda böyüməsi üçün müsbət milli qəhrəman obrazlarında çatışmazlıqlar var. Məhz Polad Həşimovun, İlqar Mirzəyevin və digərlərin adları, onların haqqında məlumatların dərsliklərə gətirilməsi bu boşluqları aradan qaldıra bilər.

Çox təəssüf ki, hazırda dərsliklərimizdə, xüsusən də tarix, ədəbiyyat fənlərində bu tipli məlumatlar azlıq təşkil edir. Bu səbəbdən bir daha qeyd edirəm ki, bu boşluqları bərpa etmək üçün yeni dərsliklər çap ediləndə yeni dövrümüzün qəhrəmanları haqqında geniş məlumatlar verilməli və bu ən zəruri addım olmalıdır".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Qiymət artımı bazar prinsiplərinə tam uyğundur” - Bakıda “xruşşovka” ajiotajı
Bu gün, 11:02
“Toylarımızı vəhşilik elementlərindən xilas etməliyik” - deputat
Bu gün, 10:55
İttifaq sədrindən keçmiş katibin iddialarına CAVAB: - “Gözümün içinə baxıb desin ki, Firəngiz Əlizadəyə 5 manat pul vermişəm”
Bu gün, 10:51
Paşinyan seçkinin favoriti hesab edilsə də, parlament çoxluğu şübhə altındadır - İNCƏLƏMƏ
Bu gün, 10:34
Naxçıvan hökumətinin "iməcliksevərliyi" bir ailənin faciəsi ilə nəticələndi - MALƏSƏF...
Bu gün, 10:27
Qızılda böyük sıçrayış: Qiymət kəskin artacaq? - AKTUAL
Bu gün, 10:15
Prezidentin medal verdiyi FHN əməkdaşından acı xəbər
Bu gün, 10:11
Rusiya iki Ukrayna limanına zərbə endirib
Bu gün, 08:52
Azərbaycanlıların “qara günləri” başladı: SEPAH təhlükəsi - NƏ ETMƏLİ?
Bu gün, 08:18
Əməkhaqqı düzgün hesablanmaya bilər - DİQQƏT
Bu gün, 08:16
Rusiyanın NATO-ya hücum üçün hələ vaxtı var - General
Bu gün, 08:13
- "Bunu etmədən ölmək istəmərəm..." - Nura Suri
Bu gün, 08:12
Evdə yatdığın yerdə də kartından PUL ÇIXIRLAR... - BU NƏDİ BELƏ?
Bu gün, 07:54
Burda rüşvət artıq METASTAZ VERİR... - FAKT BUDUR!
Bu gün, 07:41
Azərbaycanda işsizlik problemi bir az da böyüyəcək: Dünya Bankı xəbərdarlıq edir - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
İranın son təklifi mətbuata sızıb - DETALLAR
Bu gün, 07:28
Samuxda bu bəhanə ilə PUL YIĞIRLAR - İTTİHAM VAR...
Bu gün, 07:27
"Sağlamlığımda yaranan problemlərdən dolayı sizinlə görüşə gələ bilmirəm..." - Xalq artisti
Bu gün, 07:22
Ölkə banklarında kreditlər niyə "baha"dır? - İqtisadçı Əkrəm Həsənov səbəbləri açıqladı
Bu gün, 07:18
Ağsuda sosial yardım qalmaqalı - NARAZILIQ VAR...
Bu gün, 07:16
AHİK-in “Kurort”unda yoxlama başlanıb - sertfikasiyasız həkim iddiaları...
Bu gün, 07:06
Zelenski Trampın dəstəyinə ümidini itirib, strategiyanı dəyişir - KİV
Bu gün, 07:02
Daha bir keçmiş mətbuat katibinə AHİK-də vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 07:00
Bu da yoldaş Bağırovun tender ortaqları - Siyahıda kimlər var...
Bu gün, 06:55
Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? - ŞƏRH
Bu gün, 06:48
Başdan ayağa qərəz püskürən Avropa Parlamenti... - AKTUAL
Bu gün, 06:45
“Azəristiliktəchizat” ASC-nin elan etdiyi açıq tender ləğv edilib - TƏFƏRRÜAT
Bu gün, 06:42
Hakimiyyəti ələ keçirmək üçün əməliyyat keçirilir - Simonyan
Bu gün, 06:36
Möhbalıyevlərin Azərbaycandan OĞURLADIQLARI... - NƏLƏR VAR... NƏLƏR...
Bu gün, 06:33
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq - "Reuters"
Bu gün, 06:21
Vüqar Hüseynov bu qurumda mətbuat katibi oldu - ƏMR
Dünən, 22:46
Naxçıvanda Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub - BUNDAN SONRA...
Dünən, 22:39
Xalq artisti Firəngiz Mütəllimova: - Şuşaya köçməyi planlaşdırıram
Dünən, 18:07
ABŞ-dən İrana ŞOK TƏLƏB: - Yeni şərtlər məlum oldu
Dünən, 18:04
Bazarı bağlanan BƏSTƏKARLAR - Duyğularımızı donduran SÜNİ MAHNILAR
Dünən, 17:46
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 17:41
AYNA-nın Sumqayıt Regional İdarəsinə yeni müdir təyin olundu - ƏMR
Dünən, 17:37
"Gömrük və mülkiyyət mübahisələri məhkəməsiz həll edilə bilməz" - Natiq Cəfərli
Dünən, 17:36
Türkiyə hərbi xərclərini kəskin artırıb – Qlobal “yarışda” 18-ci yerdədir
Dünən, 17:33
Sevgilisinin evinə girib ərinin boğazını kəsdi - Bakıda yasaq eşq CİNAYƏTİ
Dünən, 17:29
Erməni nazirdən SENSASİON ETİRAF - "Azərbaycan benzini olmasaydı..."
Dünən, 17:26
Anar Əsədlinin məhkəməsində zərərçəkən ifadə verib
Dünən, 17:20
Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 17:17
Atəşkəs dövründə İranda anti-Azərbaycan təbliğatı - VİDEO
Dünən, 17:14
“Azeronline”a yeni Baş müdir təyin edilir - BUNDAN SONRA...
Dünən, 17:11
Məsciddə iftar süfrəsi təşkil etdi, keçmiş qayınatasını öldürməyə cəhd göstərdi – CİNAYƏTİN TƏFƏRRÜATI
Dünən, 17:03
Rusiyanın 1700 km dərinliyinə zərbə: - Qırıcılar məhv edildi
Dünən, 16:56
Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat olub - FOTO
Dünən, 16:53
“Aqrar İnnovasiya və Təchizat Şirkəti”nə yeni direktor müavini təyin edilib - ƏMR
Dünən, 16:51
Naxçıvanda yolların təmirinə 13,5 milyon manatın sərf olunacağı proqnozlaşdırılıb
Dünən, 16:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru