Avropaya gerçək sülh yox... onların istədiyi SAXTA SÜLH lazım imiş... .....                     Bakıda ŞOK OLAY: 24 yaşlı qız atasını talayıb gözəllik salonu açdı, sevgilisinə xərclədi .....                     “Qiymət artımı bazar prinsiplərinə tam uyğundur” .....                     “Toylarımızı vəhşilik elementlərindən xilas etməliyik” .....                     İttifaq sədrindən keçmiş katibin iddialarına CAVAB: .....                     Paşinyan seçkinin favoriti hesab edilsə də, parlament çoxluğu şübhə altındadır .....                     Naxçıvan hökumətinin "iməcliksevərliyi" bir ailənin faciəsi ilə nəticələndi .....                     Qızılda böyük sıçrayış: Qiymət kəskin artacaq? .....                     Prezidentin medal verdiyi FHN əməkdaşından acı xəbər .....                     Rusiya iki Ukrayna limanına zərbə endirib .....                     Azərbaycanlıların “qara günləri” başladı: SEPAH təhlükəsi .....                     Əməkhaqqı düzgün hesablanmaya bilər .....                     Rusiyanın NATO-ya hücum üçün hələ vaxtı var .....                     - "Bunu etmədən ölmək istəmərəm..." .....                     Evdə yatdığın yerdə də kartından PUL ÇIXIRLAR... .....                     Burda rüşvət artıq METASTAZ VERİR... .....                     Azərbaycanda işsizlik problemi bir az da böyüyəcək: Dünya Bankı xəbərdarlıq edir .....                     İranın son təklifi mətbuata sızıb .....                     Samuxda bu bəhanə ilə PUL YIĞIRLAR .....                     "Sağlamlığımda yaranan problemlərdən dolayı sizinlə görüşə gələ bilmirəm..." .....                     Ölkə banklarında kreditlər niyə "baha"dır? .....                     Ağsuda sosial yardım qalmaqalı .....                     AHİK-in “Kurort”unda yoxlama başlanıb .....                     Zelenski Trampın dəstəyinə ümidini itirib, strategiyanı dəyişir .....                     Daha bir keçmiş mətbuat katibinə AHİK-də vəzifə verildi .....                     Bu da yoldaş Bağırovun tender ortaqları .....                     Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? .....                     Başdan ayağa qərəz püskürən Avropa Parlamenti... .....                     “Azəristiliktəchizat” ASC-nin elan etdiyi açıq tender ləğv edilib .....                     Hakimiyyəti ələ keçirmək üçün əməliyyat keçirilir .....                     Möhbalıyevlərin Azərbaycandan OĞURLADIQLARI... .....                     Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq .....                     Vüqar Hüseynov bu qurumda mətbuat katibi oldu .....                     Naxçıvanda Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub .....                     Xalq artisti Firəngiz Mütəllimova: .....                     ABŞ-dən İrana ŞOK TƏLƏB: .....                     Bazarı bağlanan BƏSTƏKARLAR .....                     “Azər Türk Bank”da yeni təyinat .....                     AYNA-nın Sumqayıt Regional İdarəsinə yeni müdir təyin olundu .....                     "Gömrük və mülkiyyət mübahisələri məhkəməsiz həll edilə bilməz" .....                 

“Sağlamlıq baxımından da risklər böyükdür, amma məktəbi də dayandırmaq olmaz, bir yolunu tapmalıyıq” - deputat
Tarix: 20-08-2020, 08:13 | Çap et
“Sağlamlıq baxımından da risklər böyükdür, amma məktəbi də dayandırmaq olmaz, bir yolunu tapmalıyıq”
Son günlər Azərbaycanda koronavirusla bağlı yoluxma sayı aşağı düşsə də, payızda virusun yeni dalğasının olacağı iddiaları var. Mütəxəssislər qış aylarında COVID- 19-la bərabər ənənəvi qrip viruslarının da yayılmasının işləri çətinləşdirdiyini bildirirlər.

Tədris ilinin başlamasına isə az vaxt qalıb. Yenə də bu mövzu ətrafında müxtəlif fikirlər səsləndirilir. Kimi təhsilin məktəblərdə davam etdirilməsini vacib sayır, kimisi distant tədrisi təklif edir.

Millət vəkili Fazil Mustafa bildirib ki, məktəblərin pandemiya şəraitinə hazır olmadığı qənaətindədir: “Bizdə məktəb infrastrukturunun sosial məsafəni saxlamağa, virusun yayılmasının qarşısının alınmasına yetərli olacağını düşünmürəm. Siniflərdə, auditoriyalarda sıxlıq, qələbəlik, toplanma halları buna imkan verməyəcək. Əlbəttə, bu da ciddi fəsadlara gətirib çıxara bilər. Amma məktəbin fəaliyyətinin dayandırılması özü də ayrıca bir faciədir. Çox böyük ziyan dəyib, bu nəslin də bilik səviyyəsinin aşağı düşməsinə səbəb olub. Ona görə də bunun optimal yolu olmalıdır. Ən azı məsafələr qurularaq məktəbə yollanması vacib olan şəxslərin dərsə getməsi vacibdir. Birinci sinif şagirdini onlayn dərsə cəlb edə bilmərik axı! Mütləq o, hansısa formada müəllimlə təmasda olmalıdır. Nəzərə alaq ki, distant təhsildə də çox ciddi irəliləyiş əldə olunmayıb.

Eyni zamanda, rabitə sistemimiz də bərbad vəziyyətdədir. İnternetin sürətində problemlər var. Burda keyfiyyətli tənzimləmə mexanizmləri məhduddur. Bu mexanizmi də biz yüksək səviyyədə qura bilməmişik. Ona görə də, açığı, təhlükəsizlik, sağlamlıq baxımından da risklər böyükdür. Amma məktəbi də dayandırmaq olmaz. Bütün hallarda məktəblərin, hətta özəl tədris müəssisələrinin də açılmasının tərəfdarıyam. İnsanların müəyyən dərəcədə gəlirdən məhrum olmasının özü bir sıxıntılar yaradır. Bu baxımdan da məktəblər açılmalıdır, amma o sosial məsafəyə, məhdudlaşdırıcı müəyyən davranışlara mütləq ciddi nəzarət olmalıdır”.

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, payız-qış mövsümündə yoluxucu xəstəliklər həmişə olub: “Sadəcə, koronavirus da bunun üzərinə gəldiyindən insanlarda daha çox narahatlıq yaranır. Əgər statistik məlumatlara baxsaq, görərik ki, payız mövsümündə şagirdlər arasında nə qədər yoluxma halları, qrip və buna yaxın digər xəstəliklər olub. Birmənalı şəkildə, ölkə Prezidentinin də dediyi kimi, birinci insanların sağlamlığıdır. Bu müzakirə predmeti deyil. Amma düşünürəm ki, müəyyən qaydalara riayət etməklə tədris prosesinin başlanması mümkündür. Yəni söhbət ondan gedir ki, qoruyucu maskalar, dezinfeksiya işləri aparılarsa, təbii ki rahatlıqla dərsləri bərpa etmək olar. Bizim alternativ təhsil alma formamız yeganə onlayn dərslərdir. Onlayn dərsləri isə həm əlçatan deyil, həm də effektiv deyil. Əgər effektiv dərs istəyiriksə, o zaman birinci dərsliklər dəyişdirilməlidir. Hazırkı informasiya yükü çox olan dərsliklər onlayn qaydada şagirdlərə zəruri bilik və bacarıqları aşılamağa imkan vermir. Misal üçün, ibtidai sinif şagirdinə əlindən qələm tutub necə yazmağı öyrədəcəksiniz.
Bu uşaqlar mütləq məktəbə getməlidir, amma kütləvi şəkildə yox. Təbii ki, şagirdlərin kütləviliyi azalmalıdır. Xüsusilə, Bakı və Bakıətrafı məktəblər var ki, məsələn, 105 məktəbdə şagird sayı 2000-dən çoxdur. Elə məktəblər var ki, şagird sayı 4500-dən çoxdur. Təbii ki, bunların hamısını məktəbə yığmaq olmaz. İkincisi, məktəblərin girişində şagirdlərin hərarətini ölçə bilən cihaz qoyulmalı və şagirdlər məktəbin inzibati binasına daxil olanda, onda yüksək temperatur olarsa, hər hansı görünən xəstəliklərin əlamətləri olarsa, təbii ki, xəstə uşaqları tədris prosesinə cəlb etməyib, əvəzində isə digər uşaqları bərpa etmək olar. Bilirsiz, məsələ təkcə şagirdlərin dərsə başlaması ilə bağlı məsələ deyil, həm də müəllimlər arasında risk yaş qrupunun olması da var. Söhbət 55-60 yaş arası olanlardan gedir ki, onların müəyyən qədər potensial yoluxma predmetinə çevrilməsi mümkündür”.

K.Əsədov onu da əlavə edib ki, daha bir risk dərsliklərlə bağlıdır: “Avqust ayında - ölkədə yoluxmanın pik həddə olduğu vaxtda şagirdlərdən dərslikləri yığıblar. Həmin dərslikləri şagirdlərə qaytarsalar, virus o dərsliklərin üzərində müəyyən müddət qala bilər. Hesab edirəm ki, həmin dərslikləri dezinfeksiya etmədən istifadəyə vermək olmaz. Bundan başqa, məktəbli forması ilə bağlı dəyişiklik etmək lazımdır. Mütləq könüllülük olmalıdır. Yəni valideynlər məktəbli forması almağa gedəndə geyinilmiş, istifadə edilmiş, kimlərsə tərəfindən əvvəlcədən yoxlamaq üçün geyindirilmiş paltarlar ola bilər. Bu da yoluxma riskinə gətirib çıxara bilər. Bütün hallarda hesab edirəm ki, biz ənənəvi formada dərslərə başlamalıyıq, çünki onlayn dərslər həm əlçatan deyil, həm də şagirdlərə fiziki, mənəvi, psixoloji çox ciddi fəsadlar törədir”.

Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü isə hesab edir ki, vəziyyət mart, aprel, may aylarındakı kimi olsa, əlbəttə, biz köhnə sistemlə tədrisi davam etdirməliyik: “Yoluxma sayı azalarsa, uşaqlar məktəbə getməlidir. Verilən proqnozlar da müxtəlifdir. Yoluxmanın artacağını proqnozlaşdırmaq qeyri-mümkündür. Ümumiyyətlə isə məktəblər buna hazır olmalıdır. Dezinfeksiya olunmamış məktəblər dərsəmi başlayacaq?! Məktəbləri texniki avadanlıqlarla təmin etmək lazımdır.

Bizim əksər məktəblərdə tualet - sanitar qovşaq bərbad vəziyyətdədir. Yoluxma sayı az olarsa, dərslər məktəbdə başlamalıdır, əks halda onlayn dərslər aparılacaq, evlər sinif otağı olacaq, dərs məkanı olacaq, elektron onlayn dərslər əvvəlki qaydada aparılacaq. Ancaq onlayn dərslə bağlı hazırlıq da lazımdır. Axı biz keçənilki təcrübədən gördük ki, çoxlu sayda şagirdlərimiz dərslərdə iştirak edə bilmədi. Kimisi telefonu olmadığı, bəzilərinin kompüteri, əksər evlərdə internetin olmadığı bildirildi. Rayonlarda, Bakıətrafı kəndlərdə internetin zəif olması ucbatından şagirdlər dərslərdən kənarda qaldı. Deməli, iki variantda hazırlıqlı olmalıyıq, həm məktəblərdə, həm də onlayn dərslərə hazır olmalıyıq”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Avropaya gerçək sülh yox... onların istədiyi SAXTA SÜLH lazım imiş... - FAKT BUDUR
Bu gün, 11:08
Bakıda ŞOK OLAY: 24 yaşlı qız atasını talayıb gözəllik salonu açdı, sevgilisinə xərclədi - TƏFƏRRÜAT
Bu gün, 11:06
“Qiymət artımı bazar prinsiplərinə tam uyğundur” - Bakıda “xruşşovka” ajiotajı
Bu gün, 11:02
“Toylarımızı vəhşilik elementlərindən xilas etməliyik” - deputat
Bu gün, 10:55
İttifaq sədrindən keçmiş katibin iddialarına CAVAB: - “Gözümün içinə baxıb desin ki, Firəngiz Əlizadəyə 5 manat pul vermişəm”
Bu gün, 10:51
Paşinyan seçkinin favoriti hesab edilsə də, parlament çoxluğu şübhə altındadır - İNCƏLƏMƏ
Bu gün, 10:34
Naxçıvan hökumətinin "iməcliksevərliyi" bir ailənin faciəsi ilə nəticələndi - MALƏSƏF...
Bu gün, 10:27
Qızılda böyük sıçrayış: Qiymət kəskin artacaq? - AKTUAL
Bu gün, 10:15
Prezidentin medal verdiyi FHN əməkdaşından acı xəbər
Bu gün, 10:11
Rusiya iki Ukrayna limanına zərbə endirib
Bu gün, 08:52
Azərbaycanlıların “qara günləri” başladı: SEPAH təhlükəsi - NƏ ETMƏLİ?
Bu gün, 08:18
Əməkhaqqı düzgün hesablanmaya bilər - DİQQƏT
Bu gün, 08:16
Rusiyanın NATO-ya hücum üçün hələ vaxtı var - General
Bu gün, 08:13
- "Bunu etmədən ölmək istəmərəm..." - Nura Suri
Bu gün, 08:12
Evdə yatdığın yerdə də kartından PUL ÇIXIRLAR... - BU NƏDİ BELƏ?
Bu gün, 07:54
Burda rüşvət artıq METASTAZ VERİR... - FAKT BUDUR!
Bu gün, 07:41
Azərbaycanda işsizlik problemi bir az da böyüyəcək: Dünya Bankı xəbərdarlıq edir - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
İranın son təklifi mətbuata sızıb - DETALLAR
Bu gün, 07:28
Samuxda bu bəhanə ilə PUL YIĞIRLAR - İTTİHAM VAR...
Bu gün, 07:27
"Sağlamlığımda yaranan problemlərdən dolayı sizinlə görüşə gələ bilmirəm..." - Xalq artisti
Bu gün, 07:22
Ölkə banklarında kreditlər niyə "baha"dır? - İqtisadçı Əkrəm Həsənov səbəbləri açıqladı
Bu gün, 07:18
Ağsuda sosial yardım qalmaqalı - NARAZILIQ VAR...
Bu gün, 07:16
AHİK-in “Kurort”unda yoxlama başlanıb - sertfikasiyasız həkim iddiaları...
Bu gün, 07:06
Zelenski Trampın dəstəyinə ümidini itirib, strategiyanı dəyişir - KİV
Bu gün, 07:02
Daha bir keçmiş mətbuat katibinə AHİK-də vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 07:00
Bu da yoldaş Bağırovun tender ortaqları - Siyahıda kimlər var...
Bu gün, 06:55
Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? - ŞƏRH
Bu gün, 06:48
Başdan ayağa qərəz püskürən Avropa Parlamenti... - AKTUAL
Bu gün, 06:45
“Azəristiliktəchizat” ASC-nin elan etdiyi açıq tender ləğv edilib - TƏFƏRRÜAT
Bu gün, 06:42
Hakimiyyəti ələ keçirmək üçün əməliyyat keçirilir - Simonyan
Bu gün, 06:36
Möhbalıyevlərin Azərbaycandan OĞURLADIQLARI... - NƏLƏR VAR... NƏLƏR...
Bu gün, 06:33
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq - "Reuters"
Bu gün, 06:21
Vüqar Hüseynov bu qurumda mətbuat katibi oldu - ƏMR
Dünən, 22:46
Naxçıvanda Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub - BUNDAN SONRA...
Dünən, 22:39
Xalq artisti Firəngiz Mütəllimova: - Şuşaya köçməyi planlaşdırıram
Dünən, 18:07
ABŞ-dən İrana ŞOK TƏLƏB: - Yeni şərtlər məlum oldu
Dünən, 18:04
Bazarı bağlanan BƏSTƏKARLAR - Duyğularımızı donduran SÜNİ MAHNILAR
Dünən, 17:46
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 17:41
AYNA-nın Sumqayıt Regional İdarəsinə yeni müdir təyin olundu - ƏMR
Dünən, 17:37
"Gömrük və mülkiyyət mübahisələri məhkəməsiz həll edilə bilməz" - Natiq Cəfərli
Dünən, 17:36
Türkiyə hərbi xərclərini kəskin artırıb – Qlobal “yarışda” 18-ci yerdədir
Dünən, 17:33
Sevgilisinin evinə girib ərinin boğazını kəsdi - Bakıda yasaq eşq CİNAYƏTİ
Dünən, 17:29
Erməni nazirdən SENSASİON ETİRAF - "Azərbaycan benzini olmasaydı..."
Dünən, 17:26
Anar Əsədlinin məhkəməsində zərərçəkən ifadə verib
Dünən, 17:20
Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 17:17
Atəşkəs dövründə İranda anti-Azərbaycan təbliğatı - VİDEO
Dünən, 17:14
“Azeronline”a yeni Baş müdir təyin edilir - BUNDAN SONRA...
Dünən, 17:11
Məsciddə iftar süfrəsi təşkil etdi, keçmiş qayınatasını öldürməyə cəhd göstərdi – CİNAYƏTİN TƏFƏRRÜATI
Dünən, 17:03
Rusiyanın 1700 km dərinliyinə zərbə: - Qırıcılar məhv edildi
Dünən, 16:56
Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat olub - FOTO
Dünən, 16:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru