"Vurulan pilot" .....                     BVF-yə ən çox borcu olan ölkələr .....                     Küçədə baxmaq üstündə tanımadığı şəxsi bıçaqladı, 3 il cəza aldı .....                     Azərbaycanı İrəvanda o təmsil edəcək .....                     Okampo çirkli təbliğat kampaniyasının fəal iştirakçısı idi .....                     Azərbaycanda hamı qaza görə növbədədir .....                     Bağlandığı iddia olunan verilişin yayımı bərpa edildi .....                     Bakı Slavyan Universitetində binalarının təmirinə .....                     Xaricdə qanunsuz silahlı birləşməyə qoşulmaqda təqsirləndirilən şəxsə hökm oxunub .....                     Bakıda klassik musiqi konserti .....                     Kiyev Türkiyəyə görə Afinaya “yox” dedi: .....                     "Niyə insanların şikayətlərinə baxmırsınız?!" .....                     Türkiyənin vitse-prezidenti İrəvandadır .....                     Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edəcək .....                     “İrşad BOKT”yə yeni rəhbər təyin edilib .....                     "Demokratiyanın dəfn mərasiminə xoş gəlmisiniz" .....                     ETSN-nin ŞÜBHƏLİ ORTAQLIĞI... .....                     FHN Şin çayında bəndatma işlərini niyə dayandırdı .....                     Daha bir SAXTA HƏKİM İŞ BAŞINDA... .....                     ŞOK: Makron “qırmızı xətti” keçmək istəyir .....                     Qordon Azərbaycana və İlham Əliyevə heyranlığını açıqladı: .....                     11-ci sinifdən kollec və peşə məktəblərinə qəbul olanlara hərbi möhlət VERİLSİN .....                     “İnternet adamı biyabır edir, qocayam, neynirəm belə ad gününü?” .....                     Polkovnikin oğlunu qətlə yetirən şəxs: .....                     Keçmiş nazir və universitet rəhbəri cərimələndi .....                     Rusiya Ermənistan-Aİ yaxınlaşmasından qıcıqlanıb .....                     “Kontakt Home” veteran anasına hədə-qorxu gəlib? .....                     İlham Əliyev bu gün İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq .....                     Həmkəndlisini bacısına görə xüsusi amansızlıqla öldürmək istəyənə .....                     Vasif Talıbovun qohumu keçmiş sədrin YOLUNU GEDİR... .....                     Su var, bəs ədalətli bölgü olacaqmı? .....                     Hazırkı enerji böhranı pandemiyanın nəticələrini üstələyir .....                     Anasına 13 bıçaq zərbəsi vuran şəxs: .....                     Avropa sürətlə Rusiya ilə qarşıdurmaya hazırlaşır .....                     Azərbaycanda maaşlar bu qayda ilə veriləcək .....                     "Bunlar bizim bazar üçün alışılan göstəricilər deyil" .....                     ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüzdə konvoy müşayiəti həyata keçirməyəcək .....                     Putinin reytinqi düşür, Kreml narahatdır! .....                     Dövlətin qayınata ilə bağlı qoyduğu qəribə qayda .....                     SOCAR-ın bu idarəsi TƏHLÜKƏ ALTINDADIR .....                 

Düşmən çörəyinə yağ sürtən milli naxələflər: - xalqa yaxşılığınız dəymir, barı pisliyiniz keçməsin!
Tarix: 1-07-2020, 08:56 | Çap et
Düşmən çörəyinə yağ sürtən milli naxələflər:
Azərbaycan prezidenti İlham Əliyevin iyunun 25-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında etdiyi çıxış haqda geniş məlumat verilib. Ölkə başçısı çıxışında “müstəqillik” qazanandan sonra Ermənistana rəhbərlik edənlər haqda da sərt fikirlər səsləndirmişdi.

Sitat: “Ermənistanın müstəqillik tarixi rüsvayçılıq tarixidir. Çünki indiki iqtidar artıq dəfələrlə bəyan və sübut edib ki, 1998-ci ildən 2018-ci ilə qədər Ermənistana rəhbərlik etmiş şəxslər cinayətkardır, oğrudur, quldurdur. Onların bir çoxu həbs edilib. Məlum olub ki, onların generalları oğrudur, əsgər tuşonkasını oğurlayıb, sonra bazarlarda satdırırdılar. Onların qəhrəmanları cinayətkardır, prezidentləri rüşvətxordur. İndiki hakimiyyət bunları açıb-tökdü. Onsuz da biz bunu bilirdik, indi bütün dünya bunu bilir. Yəni belə çıxır ki, 20 il ərzində bu “müstəqil” ölkəyə quldur, rüşvətxor və cinayətkarlar rəhbərlik edib. Bu ölkəyə nə ad vermək olar?”

Prezident habelə Nikol Paşinyanın iki illik hakimiyyət dövrünü xarakterizə edərək demişdi: “2018-ci ildən bu yana nə baş verib? Guya orada demokratik inqilab olub. Hamısı yalandır. O pullar oraya haradan axıdılıb, biz bunu bilirik, yəqin ki, erməni xalqı da bilir. İndiki hakimiyyət hansı xarici dairələrdən idarə olunur, bunu hər kəs bilir. Sadəcə olaraq, indiki rəhbərlərin tərcümeyi-halına baxın, görün bunlar hansı fondlarda işləyiblər, kimdən pul alıblar. Postsovet məkanında həmin “inqilabları”, əslində qanlı çevrilişləri təşkil edənlər indiki Ermənistan rəhbərlərinin himayədarlarıdır. Onları idarə ediblər və əlbəttə ki, xalqda o çirkin kriminal, xunta rejiminə nifrət böyük idi. Ondan istifadə edib hakimiyyəti zəbt ediblər. Ondan sonra nə baş verir? Ondan sonra hazırda Ermənistanda artıq diktatura hökm sürür... Son hadisələr nəyi göstərir? Siyasi opponentlər təqib edilir, həbs olunur, konstitusiyaya qanunsuz dəyişikliklər edilir. Halbuki bu dəyişikliklər ancaq referendumda edilə bilər.

Gördülər ki, referendumda keçməyib, parlamentdə dəyişikliklər etdilər. Deməli, hakimiyyət bölgüsü tamamilə pozulub. Qanunvericilik hakimiyyəti, icra hakimiyyəti, məhkəmə-hüquq sahəsi artıq bir adamın əlindədir, bir alətdir və bu diktatura möhkəmlənir. Eyni zamanda Ermənistanda korrupsiya, talançılıq, rüşvətxorluq, qohumbazlıq kütləvi xarakter alıb. İndi bunu artıq üzə çıxardırlar. Sən demə, qaçaqmalçılıqla baş nazirin özü və onun ailəsi məşğuldur. Siqaret qaçaqmalçılığının başında baş nazir, onun ailəsi, yaxınları dayanır”.

***

Xəbər verdiyimiz kimi, Prezidentin çıxışındakı bu hissələr düşmən ölkədə əsl rezonans doğurub. Korrupsioner-kriminal Sərkisyan rejiminin öz xalqına qarşı cinayətləri erməni mediası tərəfindən yenidən yada salınıb, tənqid hədəfi olub. Bu, həmin Serj Sərkisyandır ki, 2008-ci il martın 1-də, saxta prezident seçkilərindən sonra onu qalib elan edib erməni xalqına qondarma prezident kimi sırımaq üçün İrəvanda 10 dinc erməni nümayişçisi güllələnərək öldürülmüşdü. Yaxşı deyiblər, “Kələklə gələn küləklə gedər”. Düz on il sonra – 2018-ci ilin aprelində S.Sərkisyan konstitusiyanı dəyişib bu dəfə baş nazir qismində hakimiyyətinin ömrünü uzatmaq istəyərkən ondan bezmiş narazı kütlə tərəfindən devrildi – hansı məqama ki, Azərbaycan prezidenti də ümumi şəkildə diqqət çəkib.

Lakin nə qədər qəribə görünsə də, İlham Əliyevin Ermənistan və onun rəhbərləri haqda sərt tənqidi fikirləri “sapı özümüzdən olan baltalar”ın çevrəsində də narahatlıq yaradıb. Onlar az qala, ermənidən də böyük şövqlə qabağa düşərək, “yaxa cırmağa” başlayıblar. Bu xüsusda Milli Şura adlanan qurumun rəhbərləri və xaricdə yaşayan bəzi fəallar məxsusi fərqlənir, müəyyən iddialarla çıxış edirlər. Bildirirlər ki, Ermənistan hakimiyyəti haqqına prezidentin irəli sürdüyü fikirlər elə Azərbaycan hakimiyyətinin özünə aiddir.

***
Amma gəlin görək Azərbaycan prezidenti nəyi səhv deyib?

Məgər Ermənistan işğalçı siyasətə görə düşdüyü təcrid səbəbindən illərdir iqtisadi tənəzzül içində deyil ki? Ölkə boşalmaqda davam eləmir? Əhalinin güzəranı ildən-ilə pisləşmir? Əsgər tuşonkasını oğurlayıb sonra da bazarlarda satdıran erməni generalı – erməni milli qəhrəmanı barədə deyilənlər də yalanmı? Qətiyyən. Bu – general Manvel Qriqoryandır, Ermənistan müdafiə nazirinin sabiq müavini, az öncə xəstəliyinə görə həbsdən buraxılıb.

“Qarabağ ixtilafı olmasaydı, Azərbaycan şübhəsiz ki, ləçər və dilənçi Ermənistana da yardım əli uzadacaqdı”
Və yaxud İlham Əliyev deyəndə ki, “Ermənistan özü-özünü saxlaya bilmir, öz sərhədlərini qoruya bilmir, xarici ölkələrin əsgər və zabitləri onların sərhədlərini qoruyur, öz hərbi gücünü təmin edə bilmir, xarici dövlət orada hərbi baza saxlayır, silahlar ala bilmir, xarici dövlət onlara pulsuz silah-sursat verir, iqtisadiyyatı düz qura bilmir, ancaq yalvara-yalvara, dilənə-dilənə kreditlər hesabına yaşayır, ondan-bundan pul dilənir” yanlışmı söyləyir? Ya bəlkə onun “bu ölkədə demoqrafik böhran yaşanır, insanlar bu ölkəni tərk edir və təbii azalma gedir, indi Ermənistanın real əhalisi 2 milyon nəfərdən azdır” sözləri gerçəyi əks etdirmir?

Bütün bunları, o cümlədən Ermənistanın Rusiyadan vassal asılılığında olduğunu ermənilərin özləri, onların ekspertləri, iqtisadçıları, siyasətçiləri, bankirləri neçə vaxtdır açıq deyir, etiraf edirlər. Bu və digər faktlar barədə bizdən qabaq erməni mediası yazıb və yazır. Həm də illərdir.

Paşinyan ailəsinin siqaret qaçaqmalçılığı, digər korrupsiya ittihamlarına gəlincə, bunu da biz yox, öncəliklə işğalçı Ermənistanın Vatikandakı keçmiş səfiri Mikayel Minasyan konkret faktlarla dilə gətirib. “Demokrat” Paşinyanın artıq ölkə konstitusiyasını istədiyi şəkildə dəyişərək, avtoritar hakimiyyətini qurmaq yönündə səyləri, onu tənqid edən siyasi fəalları və opponentlərə qarşı təqib kampaniyası aparması da danılmaz faktlardır. Bu barədə artıq Qərb mediası da yazmağa, beynəlxalq insan haqları təşkilatları, Venesiya Komissiyası vəziyyətdən narahat olmağa başlayıb.

***

Sonra. Baxın, pandemiya səbəbindən işğalçı ölkə hansı fəlakətli, çıxılmaz duruma düşüb. Orada vəziyyət postsovet məkanında ən ağır hesab edilir. Hər milyon nəfərə düşən yoluxma sayına görə isə Ermənistan dünyada liderlik edir! Karantin rejimi tətbiq ediləndən N.Paşinyan hökuməti dünyadan, Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) pul dilənir, hətta COVİD-19 yayılan xırda ölkələrdən də utanmadan yardımlar qəbul edir, həkimlər dəvət edir. Biz hələ hökumətin ac-yalavac, işsiz əhalisinə ciddi maddi yardım göstərə bilməməsini demirik. Erməni baş nazirin özünün etiraf elədiyi kimi, ölkəsi artıq əsl cəhənnəmdə yaşayır.

Azərbaycanda isə tam əksidir. Azərbaycan dövləti nə qədər çətin vəziyyətdə olsa da, əksinə, onlarla ölkəyə, hətta ÜST-ə pandemiya ilə bağlı maddi yardım edib. Əhalinin sosial durumunun yaxşılaşdırılmasına yönəlik milyardlar, iqtisadiyyatın, biznesin dayanıqlığının təmin edilməsi üçün atılan addımlar da öz yerində.

Nəyin hesabına? Onun hesabına ki, baş tutmayan, xaricdən güclü asılılıqda olan, müstəqil siyasət yürütmək qabiliyyətini itirmiş kasıb Ermənistandan fərqli olaraq, Azərbaycan – imkanlı, sərbəst ayaq üstdə duran, iqtisadi cəhətcə bölgənin gerçəkdən də müstəqil və lider dövlətidir. Heç şübhəsiz, Qarabağ ixtilafı olmasaydı, varlı Azərbaycan ləçər və dilənçi Ermənistana da kömək əlini uzadacaqdı.

***

Qayıdaq, “sapı özümüzdən olan baltalar”a. Belə görünür ki, MŞ rəhbəri Cəmil Həsənli, bu qurumda təmsil olunan digər fəallar, habelə keçmiş səfir Arif Məmmədov kimi xaricdə yaşayan bəzi şəxslər milli hissləri tam itiriblər.

Yoxsa bilərəkdən, ya bilməyərəkdən artıq hakimiyyətə qarşı yox, dövlətimizə qarşı mübarizə aparmazdılar, “Azərbaycanın vəziyyəti nə qədər pisdirsə, Azərbaycan nefti nə qədər ucuzlaşırsa, bizim üçün bir o qədər yaxşıdır” xəstə təfəkkürü ilə yaşamazdılar. Öz iddialarını gerçəkləşdirmək üçün hətta işğalçı Ermənistanı təbliğ etmək, vətənlərini isə ləkələmək kimi satqınçı yol tutmazdılar. Bu ölkəyə və xalqa yaxşılığınız dəymir, heç olmasa, pisliyiniz keçməsin!

Şübhə yox ki, Milli Şuranın, AXCP-nin, xarici ölkələrdə yaşayan bəzi fəalların Ermənistan mediasının irəli sürdüyü iddialarla sinxron çıxış etməsinin arxasında onların Qərbin bəzi ermənipərəst dairələri tərəfindən maliyyələşdirilməsi faktoru da dayanır. “Pulu kim verirsə, musiqini də o sifariş edir” yəni. Milli Şuranın son videokonfransından yayılan görüntülərdə də açıq şəkildə bildirilir ki, bu qurumun əsas vəzifəsi Azərbaycan hakimiyyətini şərləməkdir. Bu etiraf onların əsl simasını və xislətini aydın nümayiş etdirir.

Hətta Azərbaycana münasibətdə ən radikal mövqedə duran erməni mediası da İlham Əliyevin Sərkisyan və Paşinyan rejimləri haqda sərt tənqidi fikirlərini haradasa bölüşdüyü halda, “azərbaycanlılar”dan ibarət bu bədnam “anti-Azərbaycan kolonu” daha uzağa gedir, Azərbaycanı erməni millətçi-daşnaklarından da betər şəkildə hədəf alır, hər fürsətdə dövlətimizin dünyada gözdən-nüfuzdan düşməsinə çalışır, bundan sanki həzz alırlar.

Əlbəttə ki, Azərbaycanda hər şey ideal, hakimiyyət isə qüsursuz deyil. Bizdə də effektli idarəçilik, korrupsiya-rüşvətxorluqla bağlı problemlər var. Ancaq insafən, bu problemləri yoluna qoymaq üçün siyasi iradə də var. Bu haqda xüsusən son illər ən yüksək səviyyədə deyilir, etiraflar səslənir, media yazır. Lakin “evin qüsurları”nı əldə bayraq edib xain düşmənə tutarqa vermək, ən betəri, ermənilərə bağlı dairələrin əlində Azərbaycan əleyhinə maşaya çevrilmək - öz millətinə sevginin, rəğbətin yox, xəyanətin təzahürüdür. Hətta bəzən heç erməni də bizə belə pisliyi eləmir. Bu da isti nümunə.

Armenianreport.com erməni portalında iyunun 29-da getmiş, Azərbaycan prezidentinin məlum çıxışına həsr olunan məqalədə deyilir: “Təəssüf ki, bizim indiki hökumətimizin (Paşinyan hökumətinin – “YM”) də tənqid ediləsi cəhətləri var. Əvvəlki rejimdən danışmağa isə heç dəyməz: əvvəlki (Sərkisyan-Köçəryan – “YM”) rejiminin qiymətləndirilməsi məsələsində mən İlham Əliyevlə razıyam, hazırkı hökumətin qiymətləndirməsində isə - əksərən xeyr. Paşinyan ailəsi qaçaqmalçılıq və ya başqa hansısa qaranlıq işlərlə məşğuldurmu? Hələlik söyləmək çətindir. Hakimiyyət dəyişsə, onda situasiya aydınlaşar. Yəni günahsızlıq prezumpsiyası”.

Doğrudur, bir qayda olaraq, erməni KİV-ləri mənsub olduqları siyasi çevrələrin sifarişi əsasında Azərbaycan hakimiyyəti haqqında əndazəni aşan sözlər, ağızlarına gələn hədyanlar yazır, çox vaxt situasiyanı malalamağa çalışırlar. Guya ki, 2018-ci ilin “məxməri inqilab"ından sonra Ermənistan demokratik inkişaf yoluna çıxmağa başlayıb. Ancaq bəllidir ki, “demokratiya paytaxtları”, ümumən Qərb dünyası bu erməni yalanını ciddi qəbul eləmir. Paşinyan hökumətinin artıq üçüncü ildir “qapı arxasında” saxlanması, ona heç bir sanballı siyasi-maddi dəstəyin verilməməsi buna bariz sübutdur.

İkinci yandan, bu, erməni mediasıdır – müharibə vəziyyətində olduğumuz bir ölkənin təbliğat maşınıdır. Bu mənada hansı ad altında olur-olsun, düşmən ölkənin Azərbaycan əleyhinə işləyən təbliğat dəyirmanına su tökmək, onun “çörəyinin üstünə yağ sürtmək” Azərbaycan xalqına xəyanətdir, ona nankorluqdur, nəhayət, yediyin qaba tüpürməkdir.
Başqa, daha ağır ad da var...“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Vurulan pilot" - Köçəryan "səmaya" qayıda biləcəkmi?
Bu gün, 11:31
BVF-yə ən çox borcu olan ölkələr - SİYAHI
Bu gün, 11:29
Küçədə baxmaq üstündə tanımadığı şəxsi bıçaqladı, 3 il cəza aldı - MƏHKƏMƏ
Bu gün, 11:21
Azərbaycanı İrəvanda o təmsil edəcək - KİV
Bu gün, 11:17
Okampo çirkli təbliğat kampaniyasının fəal iştirakçısı idi - ŞƏRH
Bu gün, 11:14
Azərbaycanda hamı qaza görə növbədədir - Babiş
Bu gün, 11:12
Bağlandığı iddia olunan verilişin yayımı bərpa edildi - FOTO
Bu gün, 11:11
Bakı Slavyan Universitetində binalarının təmirinə 1.4 milyon manat xərclənəcək
Bu gün, 11:09
Xaricdə qanunsuz silahlı birləşməyə qoşulmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 11:07
Bakıda klassik musiqi konserti - FOTO
Bu gün, 11:05
Kiyev Türkiyəyə görə Afinaya “yox” dedi: - Plan iflasa uğradı
Bu gün, 10:56
"Niyə insanların şikayətlərinə baxmırsınız?!" - NARAZILIQ VAR...
Bu gün, 10:46
Türkiyənin vitse-prezidenti İrəvandadır
Bu gün, 10:37
Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edəcək - “Azatutyun”
Bu gün, 10:36
“İrşad BOKT”yə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:34
"Demokratiyanın dəfn mərasiminə xoş gəlmisiniz" - İrəvanda etiraz
Bu gün, 10:32
ETSN-nin ŞÜBHƏLİ ORTAQLIĞI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:23
FHN Şin çayında bəndatma işlərini niyə dayandırdı – ADSEA niyə tədbir görmür
Bu gün, 10:21
Daha bir SAXTA HƏKİM İŞ BAŞINDA... - DİQQƏT... təhlükə VAR!
Bu gün, 10:17
ŞOK: Makron “qırmızı xətti” keçmək istəyir – Bakıdan sərt cavab gözlənilir
Bu gün, 10:14
Qordon Azərbaycana və İlham Əliyevə heyranlığını açıqladı: - "Onlar bizə nümunədir"
Bu gün, 10:09
11-ci sinifdən kollec və peşə məktəblərinə qəbul olanlara hərbi möhlət VERİLSİN – Deputatlardan TƏKLİF
Bu gün, 10:04
“İnternet adamı biyabır edir, qocayam, neynirəm belə ad gününü?” - Xalq artistinin 95 yaşlı qızı
Bu gün, 10:01
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - “Əvvəl onun dizinə zərbə vuraraq uzaqlaşdırmaq istədim...”
Bu gün, 09:59
Keçmiş nazir və universitet rəhbəri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 09:54
Rusiya Ermənistan-Aİ yaxınlaşmasından qıcıqlanıb - BBC
Bu gün, 09:52
“Kontakt Home” veteran anasına hədə-qorxu gəlib? - ÖZBAŞINALIQ!
Bu gün, 09:41
İlham Əliyev bu gün İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq
Bu gün, 09:38
Həmkəndlisini bacısına görə xüsusi amansızlıqla öldürmək istəyənə AĞIR CƏZA
Bu gün, 09:34
Vasif Talıbovun qohumu keçmiş sədrin YOLUNU GEDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 09:22
Su var, bəs ədalətli bölgü olacaqmı? - Naxçıvanda fermerlər narahatdır...
Bu gün, 09:12
Hazırkı enerji böhranı pandemiyanın nəticələrini üstələyir - ADB prezidenti
Bu gün, 09:08
Anasına 13 bıçaq zərbəsi vuran şəxs: - “Onun tək yaşamasını qəbul etmirdim, davranışları xoşuma gəlmirdi”
Bu gün, 08:10
Avropa sürətlə Rusiya ilə qarşıdurmaya hazırlaşır
Bu gün, 08:07
Azərbaycanda maaşlar bu qayda ilə veriləcək – Yeni risk var
Bu gün, 08:06
"Bunlar bizim bazar üçün alışılan göstəricilər deyil" - rea
Bu gün, 07:48
ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüzdə konvoy müşayiəti həyata keçirməyəcək
Bu gün, 07:18
Putinin reytinqi düşür, Kreml narahatdır! - TƏFƏRRÜAT
Bu gün, 07:17
Dövlətin qayınata ilə bağlı qoyduğu qəribə qayda – İlk dəfə üzə çıxdı
Bu gün, 07:15
SOCAR-ın bu idarəsi TƏHLÜKƏ ALTINDADIR - MÜRACİƏT
Bu gün, 07:13
Məzuniyyət bitsə də, ödəniş verilməyib - GİLEY
Bu gün, 06:53
Günün fotosu: - "Biri bu qapını açsaydı..."
Bu gün, 06:44
İrəvandakı seçki öncəsi basırıqda "Kamança" havası... - "İnşallah, 1-2 ilə biz də gedərik..."
Bu gün, 06:35
"Bu bankdan kredit götürərkən diqqətli olun" - NARAZILIQ VAR...
Bu gün, 06:31
"Bəzi yüksək vəzifəli məmurlar mənə təzyiq edirdi ki, bu qurumu qapadım" - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:19
Merts ABŞ qoşunlarının Almaniyadan çıxarılması qərarına təəccüblənməyib
Bu gün, 06:04
Mingəçevirdə üzr istəyəsi bir nəfər varsa... - ETİRAZ
Bu gün, 06:02
Azərbaycanın Avropadakı rolu... - ŞƏRH
Bu gün, 05:46
Neft sürətlə ucuzlaşdı - KİV
Bu gün, 05:44
“Prime Cotton”un Baş icraçı direktoru İŞDƏN AZAD EDİLİB - BUNDAN SONRA...
Bu gün, 05:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru