Zəhər dolu, partlamağa hazır "saatlı bombalar" .....                     Azərbaycan və Ermənistan arasında razılaşma Avropada sülh tarixidir .....                     Ermənistanda 7 İYUN xofu .....                     Azərbaycanlı tursitlərin getdikləri bütün ölkələrdə öz evləri var .....                     Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultay keçiriləcək .....                     ABŞ Dövlət Departamenti Pekinin Tayvanla bağlı açıqlamalarına reaksiya vermir .....                     Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir .....                     Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək .....                     Bakıda klinikadan 5000 manat oğurlamaqda şübhəli bilinən kassir saxlanılıb .....                     EYNİ müəssisə ətrafında YENİ suallar: Niyə baxan yoxdur? .....                     Kaya Kallas Azərbaycana səfər edəcək .....                     Səsləndirdiyi şeirlərdən qəribə səslər gələn aktyor və qiraətçimiz .....                     Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı qərar verəcək .....                     "Vurulan pilot" .....                     BVF-yə ən çox borcu olan ölkələr .....                     Küçədə baxmaq üstündə tanımadığı şəxsi bıçaqladı, 3 il cəza aldı .....                     Azərbaycanı İrəvanda o təmsil edəcək .....                     Okampo çirkli təbliğat kampaniyasının fəal iştirakçısı idi .....                     Azərbaycanda hamı qaza görə növbədədir .....                     Bağlandığı iddia olunan verilişin yayımı bərpa edildi .....                     Bakı Slavyan Universitetində binalarının təmirinə .....                     Xaricdə qanunsuz silahlı birləşməyə qoşulmaqda təqsirləndirilən şəxsə hökm oxunub .....                     Bakıda klassik musiqi konserti .....                     Kiyev Türkiyəyə görə Afinaya “yox” dedi: .....                     "Niyə insanların şikayətlərinə baxmırsınız?!" .....                     Türkiyənin vitse-prezidenti İrəvandadır .....                     Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edəcək .....                     “İrşad BOKT”yə yeni rəhbər təyin edilib .....                     "Demokratiyanın dəfn mərasiminə xoş gəlmisiniz" .....                     ETSN-nin ŞÜBHƏLİ ORTAQLIĞI... .....                     FHN Şin çayında bəndatma işlərini niyə dayandırdı .....                     Daha bir SAXTA HƏKİM İŞ BAŞINDA... .....                     ŞOK: Makron “qırmızı xətti” keçmək istəyir .....                     Qordon Azərbaycana və İlham Əliyevə heyranlığını açıqladı: .....                     11-ci sinifdən kollec və peşə məktəblərinə qəbul olanlara hərbi möhlət VERİLSİN .....                     “İnternet adamı biyabır edir, qocayam, neynirəm belə ad gününü?” .....                     Polkovnikin oğlunu qətlə yetirən şəxs: .....                     Keçmiş nazir və universitet rəhbəri cərimələndi .....                     Rusiya Ermənistan-Aİ yaxınlaşmasından qıcıqlanıb .....                     “Kontakt Home” veteran anasına hədə-qorxu gəlib? .....                 

“1993-cü ilin iyununda dediklərimi İsa Qəmbər və Pənah Hüseyn 25 il sonra etiraf etdi...” - Etibar Məmmədov
Tarix: 24-06-2020, 08:07 | Çap et
“1993-cü ilin iyununda dediklərimi İsa Qəmbər və Pənah Hüseyn 25 il sonra etiraf etdi...”
Srağagün – iyunun 22-də tanınmış Amerika araşdırmaçı jurnalisti Tomas Qoltsun Azərbaycanın yaxın tarixində baş vermiş olaylar barədəki qeyd və xatirələrindən ibarət "Azərbaycan gündəliyi" adlı kitabından təqdim etdiyimiz növbəti epizodda(bax:https://www.moderator.az/news/331157.html ) o vaxt AXC hakimiyyətinə müxalifətdə olan AMİP lideri, deputat Etibar Məmmədov 1993-cü ilin iyununun “ən acınacaqlı fiquru” adlandırılıb. Aydınlıq üçün həmin parçanı bir daha nəzərinizə çatdırırıq:

“...Obrazlar qalareyası geniş idi. Lakin ən acınacaqlı fiqur Etibar Məmmədov idi – Azərbaycanın 1980-ci illərin axırı üçün bəlkə də ən məşhur dissidenti... 1992-ci ilin mayında Elçibəyin Xalq Cəbhəsi ilə arası dəyəndən sonra o, “müxalifət lideri” rolunu elə məmnuniyyətlə oynamağa başladı ki, onu məsuliyyətsiz adlandırmaq olardı. Qiyamdan qabaq buna saysız-hesabsız misallar vardı, lakin “qiyam + işin gətirməsi” hər şeyi kəskinliklə diqqət mərkəzinə gətirdi. Və 1993-cü il iyunun 9-da Etibar yenidən baş tutmayan demokratiyanın təbilini döyməyə başlayaraq hər şeyə səbəbkar kimi İsa Qəmbəri günahlandırdı...

Etibar özünə xas diksiyası ilə səsləri burnu ilə tələffüz edərək dedi ki, “İsa cinayətkardır” və bu səbəbdən də səlahiyyəti çatmadığına görə onun özü ilə sıx bağlı olan Gəncə hadisələrinin gedişini “idarə edə bilməz”. Sonra isə əsassız olaraq belə bir ideyanı ortalığa atdı ki, “Gəncə məsələsi bütünlüklə hökumətin düzüb qoşduğu qiyam “planı” imiş(özünə qarşı mən belə güman edirəm). İsa isə çalışdı ki, zaldakılara bunun səbəbləri ilə bağlı izahat versin...”

Moderator.az-a açıqlamasında AMİP lideri, sabiq parlament üzvü Etibar Məmmədov amerikalı jurnalistin barəsində söylədiklərinə belə münasibət bildirib:

“Əvvəla, hiss olunur ki, Tomas Qoltsun kitabının tərcüməsində qüsurlar var. Bu, özünü bəzi ifadələrdə də göstərir. İkincisi isə o, bir Amerika jurnalisti kimi hadisələrə öz düşüncə tərzi ilə yanaşaraq münasibətini bildirib. Bu da onun jurnalist olaraq haqqıdır...

Üçüncüsü də, hələ səhv etmirəmsə, ötən il saytınıza verdiyim açıqlamada da dediyim kimi, mənim o iclasda söylədiyim fikirlər 25 il sonra olsa da, öz təsdiqini tapdı. Yəni mən həmin iclasda deyirdim ki, Gəncə əməliyyatının hazırlanmasında İsa Qəmbər və Pənah Hüseynov bilavasitə iştirak ediblər. Onlar isə bunu boyunlarından atırdılar və etiraf etmək istəmirdilər. Və o iclasda mənim tələbim də çox qanuni bir tələb idi. Bu, bütün dünyada etik bir məsələdir. Bir adamın özünə aid ittihamlar olanda həmin adam o iclası apara bilməz. Burada təəccüblü bir şey yox idi. İsa Qəmbərdən tələb edilən yalnız o idi ki, iclası onun müavinlərindən biri aparsın. Çünki o, bəhs edilən əməliyyata görə tərəfimdən ittiham olunurdu... Ancaq onlar imtina edirdilər ki, biz DİN-də olmamışıq, əməliyyatın hazırlanmasından xəbərimiz olmayıb. Və ümumiyyətlə, guya heç belə bir əməliyyat keçirilməyib. Nəhayət, üzərindən 25 il ötəndən sonra onlar hər şeyi etiraf etdilər. Həmin Pənah Hüseyn o vaxtkı təhlükəsizlik şurasının iclasının stenoqramını ortalığa çıxarıb dərc elətdirdi. Və orada aydın şəkildə göstərilir ki, 1993-cü il mayın 25-də təhlükəsizlik şurasının iclası olub. Və o iclasda Gəncədə keçiriləcək əməliyyat hazırlanıb, Prezident Elçibəy konkret tapşırıqlar verib. Ondan sonrakı dövrdə digər hadisə iştirakçıları və AXC komandasının keçmiş üzvləri də etiraf etdilər ki, həqiqətən əməliyyat günü – iyunun 4-də İsa Qəmbər, Pənah Hüseyn və digərləri Daxili İşlər nazirinin kabinetində olublar və bilavasitə oradan göstərişlər veriblər...”

Etibar Məmmədov 1993-cü il Gəncə olaylarını tədqiq etmiş deputat-istintaq komissiyasının materiallarını da xatırladıb.

“Hətta bu etiraflar olmasa belə, 1993-cü ilin iyulunda Mətləb Mütəllimlinin sədrlik etdiyi deputat-istintaq komissiyasının yekun rəyində də konkret olaraq göstərilib ki, Gəncə əməliyyatına Daxili İşlər nazirinin kabinetindən rəhbərlik olunub. Və hətta orada Pənah Hüseynə qarşı belə bir ittiham da var: həmin vaxt Baş qərargah rəisi olan Nurəddin Sadıqov izahatında bildirir ki, Pənah Hüseyn təkidlə Gəncədəki hərbi hissənin aviasiya ilə vurulmasını tələb edib...

Yəni Tomas Qolts 1993-cü ilin iyununda – hadisələrin hələ isti vaxtında bütün bu baş verənlərdən, Bakıda Gəncə ilə bağlı verilən əmrlərdən xəbərsiz olaraq olaylar və mənim çıxışlarım barədə öz mühakimələrini yürüdüb. Eləcə də onun təsvir etdiyi 9 iyun iclasında iştirak edənlərin çoxu da deyilənlərdən xəbərsiz olub. Ancaq dediyim kimi, 25 il sonra İsa Qəmbər də, Pənah Hüseyn də, digərləri də deyilənlərin hamısını etiraf edir. Bu da bir daha təsdiqləyir ki, mənim bəhs edilən iclasdakı çıxışlarım tamamilə əsaslandırılmış olub. Və AXC hakimiyyətindəkilər öz uğursuz əməliyyatları sayəsində yıxılıblarsa, kimi iittiham etməlidirlər. İlk növbədə özlərini...”- deyə AMİP lideri fikrini tamamlayıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zəhər dolu, partlamağa hazır "saatlı bombalar" – Azərbaycanlılar niyə ölür?
Bu gün, 13:00
Azərbaycan və Ermənistan arasında razılaşma Avropada sülh tarixidir - Aİ lideri
Bu gün, 12:57
Ermənistanda 7 İYUN xofu – Ter-Petrosyan Paşinyana görə NARAHATDIR?
Bu gün, 12:28
Azərbaycanlı tursitlərin getdikləri bütün ölkələrdə öz evləri var - SİYAHI
Bu gün, 12:25
Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultay keçiriləcək - AÇIQLAMA
Bu gün, 12:16
ABŞ Dövlət Departamenti Pekinin Tayvanla bağlı açıqlamalarına reaksiya vermir - ÇÜNKİ...
Bu gün, 12:09
Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir
Bu gün, 12:06
Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək - MƏHKƏMƏ
Bu gün, 12:05
Bakıda klinikadan 5000 manat oğurlamaqda şübhəli bilinən kassir saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 11:59
EYNİ müəssisə ətrafında YENİ suallar: Niyə baxan yoxdur? - Görünəni odur ki...
Bu gün, 11:58
Kaya Kallas Azərbaycana səfər edəcək
Bu gün, 11:51
Səsləndirdiyi şeirlərdən qəribə səslər gələn aktyor və qiraətçimiz - Orxan Saffari yazır...
Bu gün, 11:49
Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı qərar verəcək
Bu gün, 11:44
"Vurulan pilot" - Köçəryan "səmaya" qayıda biləcəkmi?
Bu gün, 11:31
BVF-yə ən çox borcu olan ölkələr - SİYAHI
Bu gün, 11:29
Küçədə baxmaq üstündə tanımadığı şəxsi bıçaqladı, 3 il cəza aldı - MƏHKƏMƏ
Bu gün, 11:21
Azərbaycanı İrəvanda o təmsil edəcək - KİV
Bu gün, 11:17
Okampo çirkli təbliğat kampaniyasının fəal iştirakçısı idi - ŞƏRH
Bu gün, 11:14
Azərbaycanda hamı qaza görə növbədədir - Babiş
Bu gün, 11:12
Bağlandığı iddia olunan verilişin yayımı bərpa edildi - FOTO
Bu gün, 11:11
Bakı Slavyan Universitetində binalarının təmirinə 1.4 milyon manat xərclənəcək
Bu gün, 11:09
Xaricdə qanunsuz silahlı birləşməyə qoşulmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 11:07
Bakıda klassik musiqi konserti - FOTO
Bu gün, 11:05
Kiyev Türkiyəyə görə Afinaya “yox” dedi: - Plan iflasa uğradı
Bu gün, 10:56
"Niyə insanların şikayətlərinə baxmırsınız?!" - NARAZILIQ VAR...
Bu gün, 10:46
Türkiyənin vitse-prezidenti İrəvandadır
Bu gün, 10:37
Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edəcək - “Azatutyun”
Bu gün, 10:36
“İrşad BOKT”yə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:34
"Demokratiyanın dəfn mərasiminə xoş gəlmisiniz" - İrəvanda etiraz
Bu gün, 10:32
ETSN-nin ŞÜBHƏLİ ORTAQLIĞI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:23
FHN Şin çayında bəndatma işlərini niyə dayandırdı – ADSEA niyə tədbir görmür
Bu gün, 10:21
Daha bir SAXTA HƏKİM İŞ BAŞINDA... - DİQQƏT... təhlükə VAR!
Bu gün, 10:17
ŞOK: Makron “qırmızı xətti” keçmək istəyir – Bakıdan sərt cavab gözlənilir
Bu gün, 10:14
Qordon Azərbaycana və İlham Əliyevə heyranlığını açıqladı: - "Onlar bizə nümunədir"
Bu gün, 10:09
11-ci sinifdən kollec və peşə məktəblərinə qəbul olanlara hərbi möhlət VERİLSİN – Deputatlardan TƏKLİF
Bu gün, 10:04
“İnternet adamı biyabır edir, qocayam, neynirəm belə ad gününü?” - Xalq artistinin 95 yaşlı qızı
Bu gün, 10:01
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - “Əvvəl onun dizinə zərbə vuraraq uzaqlaşdırmaq istədim...”
Bu gün, 09:59
Keçmiş nazir və universitet rəhbəri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 09:54
Rusiya Ermənistan-Aİ yaxınlaşmasından qıcıqlanıb - BBC
Bu gün, 09:52
“Kontakt Home” veteran anasına hədə-qorxu gəlib? - ÖZBAŞINALIQ!
Bu gün, 09:41
İlham Əliyev bu gün İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq
Bu gün, 09:38
Həmkəndlisini bacısına görə xüsusi amansızlıqla öldürmək istəyənə AĞIR CƏZA
Bu gün, 09:34
Vasif Talıbovun qohumu keçmiş sədrin YOLUNU GEDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 09:22
Su var, bəs ədalətli bölgü olacaqmı? - Naxçıvanda fermerlər narahatdır...
Bu gün, 09:12
Hazırkı enerji böhranı pandemiyanın nəticələrini üstələyir - ADB prezidenti
Bu gün, 09:08
Anasına 13 bıçaq zərbəsi vuran şəxs: - “Onun tək yaşamasını qəbul etmirdim, davranışları xoşuma gəlmirdi”
Bu gün, 08:10
Avropa sürətlə Rusiya ilə qarşıdurmaya hazırlaşır
Bu gün, 08:07
Azərbaycanda maaşlar bu qayda ilə veriləcək – Yeni risk var
Bu gün, 08:06
"Bunlar bizim bazar üçün alışılan göstəricilər deyil" - rea
Bu gün, 07:48
ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüzdə konvoy müşayiəti həyata keçirməyəcək
Bu gün, 07:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru