SOCAR-da rəhbər şəxslər niyə imtahana cəlb olunmur? .....                     Paşinyan İsrail üçün MALZƏME olmaq istəmədi... .....                     TƏBİB-dəki budama: Sahil Babayev ab-havası... .....                     Rafiq Ədilov kimə belə güvənir ki... .....                     ABB yenə də problem yaradır... .....                     Həmişəki Yaponiyadır... .....                     Azərbaycanın güləş üzrə çempionu körpə qızını və arvadını İŞİD-ə qurban verdi .....                     İrəvan üçün NƏFƏSLİK... .....                     Rəsmi Bakının hələ ümidi var... .....                     Qaluzinin dilindən çıxan HƏDƏLƏR... .....                     İsrail bundan sonra Bakıya ümid edə bilərmi?.. .....                     KAPİTAL BANK-ın BİRMARKET tələsi... .....                     "Bizim ölkədə belə hadisələr olmur, ola bilməz!" .....                     TENDER ÜÇÜN ƏLYERİ... .....                     "Əhali onsuz da çətinlik çəkir..." .....                     Putin Pekinin sözünü yerə salmağa cürət edəcəkmi? .....                     Əmrullayevin əmrindəki QORXU REJİMİ .....                     İrandan hücumlar üç dəfə artıb .....                     Sülh imzalanacaq, amma... .....                     "Emin Ağalarov ev hədiyyə etsə, "yox" demərəm" .....                     STP Şirkətlər Qrupuna daxil olan şirkətin direktoru dəyişib .....                     Lavrovun müavini İrəvanın Aİ və Aİİ arasında seçimindən danışıb: .....                     “Bəzi məmurlar hələ də özlərini xalqın xidmətçisi saymırlar” .....                     Brüsselin şizofreniyası: indi Qarabağ separatçıları ukraynalılara atəş açır .....                     Əmrullayevin ŞÜBHƏLİ TENDER ORTAĞI... .....                     Azər Mursaqulov rəisi vəzifəsindən azad etdi .....                     4 yaşlı uşaq 5-ci mərtəbədən yıxılıb öldü .....                     Bakının dəstəklədiyi layihə Hörmüz boğazında “ilişib” .....                     Dövlət rüsumu 50, "Kristal"ın qiyməti 500 manat! .....                     Azercell ilə korporativ əməkdaşlığın acı təcrübəsi... .....                     Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını bağlamağı düşünmür .....                     Deputat ailəsinin Qubadakı qanunsuz obyektləri .....                     Nəsimidə HAKİMİ-MÜTLƏQ... .....                     Bakı Musiqi Kollecinə yeni direktor təyin olunub .....                     Oqtay Şirəliyevin xəstəxanasına yeni baş həkim təyin olundu .....                     Moskva və Bakı AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün məsələləri həll edib .....                     Rövşən Nəcəfin qohumu olduğunu deyib, SOCAR-a aid torpağı satmaq istədi .....                     Azərbaycan ictimaiyyəti müharibə cinayətkarlarının müdafiəsi ilə bağlı süni kampaniyanı rədd edib .....                     Azərbaycan Ukraynanın bərpasında iştirak edəcək .....                     Rusiya Zaporojyeyə son sutkada 1000-ə yaxın zərbə endirib: .....                 

“Siyasi proseslər inqilablarla deyil, təkamül yolu ilə, fərqli fikirləri ortaya atmaqla idarə olunur” - deputat
Tarix: 24-10-2017, 09:27 | Çap et
“Siyasi proseslər inqilablarla deyil, təkamül yolu ilə, fərqli fikirləri ortaya atmaqla idarə olunur”
Seçkilərdə qalib gəlmiş Avstriyanın Xalq Partiyasının gənc lideri Sebastian Kurz sensasion bəyanat verib. Hazırda bu bəyanat dünya mediasının əsas xəbərləri sırasındadır.

Musavat.com xəbər verir ki, 31 yaşlı gənc və qalib lider milyarder iş adamı Corc Sorosa Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun (Soros Fondu) fəaliyyətini Avstriya ərazisində 28 gün ərzində dayandırmaq barədə ultimatum verib. Əks təqdirdə, hüquqi yola əl atacağına dair xəbərdarlıq edib. Musavat.com yournewsire.com saytına istinadən xəbər verir ki, S.Kurz fondun Avstriyadakı fəaliyyətini dayandırmadığı təqdirdə “Millətin demokratiyasına hücum” maddəsi ilə hüquqi işlər başladacağını qeyd edib. Sayt yazır ki, gənc lider C.Sorosun 24 milyardlıq sərvətinin 18 milyardını fonda bağışladıqdan sonra dərhal fəaliyyətə keçməyin vacib olduğunu bildirib. S.Kurz “Vəziyyət kritikləşib. Soros qlobal idarəetməni əldə saxlamaq üçün bütün fürsətləri ortaya qoyur. Yanlış məlumat və medianın manipulyasiyası bir gecədə daha da artdı. Biz narahatıq”, deyə vurğulayıb.

“Açıq Cəmiyyət İnstitutunu nə üçün qadağan etmək istəyirsiz?" sualına Kurz belə cavab verib: “Çünki 2017-ci ildir. Soros əlindəki pulu siyasətçiləri, jurnalistləri, ictimai sektoru ələ almaq və dünyada özünə imic yaratmaq üçün istifadə edir”.

Kurz dünyanın və Avstriyanın ən gənc siyasi lideri sayılır. Məlumatda deyilir ki, bir zamanlar media onun haqqında “Avstriyanın dahi çocuğu” deyə yazırdı. Hazırda 31 yaşı olan Avstriyanın yeni lideri 27 yaşında ölkəsinin xarici işlər naziri olub. Onun C. Sorosla baş-başa gəlməsi olduqca ilginc hadisədir.

Diqqətçəkən odur ki, bu hadisə dünyanın demokratik ölkələrindən birində baş verir. Belə görünür ki, demokratik, yaxud qeyri-demokratik olmasına baxmayaraq, dünyanın istənilən ölkəsində “rəngli inqilablar ixracatçısı” kimi tanınan Soros Fondunun mövcudluğu arzuedilən hesab olunmur.

“Soros” İdarəetmə Fondunun sədri və Açıq Cəmiyyət İnstitutunun rəhbəri olan 87 yaşını adlamış yəhudi əsilli, Macarıstan doğumlu Corc Soros Amerikanın məşhur maliyyəçisi, investoru və iş adamıdır. “Açıq cəmiyyət” nəzəriyyəsinin tanınmış təmsilçisi, eyni adlı institutun qurucusu və bazar fundamentalizmi nəzəriyyəsinin düşmənidir. Maliyyə möhtəkiri kimi də ad çıxaran Corcun ləqəbi “İngiltərə bankını dağıdan şəxs”dir. Nüfuzlu “Forbes” jurnalının tərtib etdiyi dünyanın ən zəngin şəxsləri arasında onun adı 29-cu sırada göstərilib. C.Sorosun sərvəti 29 milyard dollar məbləğində qiymətləndirilir. Tanınmış filantrop 1979-cu ildən indiyə qədər xeyriyyə işlərinə 6 milyard dollar xərcləyib. C.Soros həmçinin ABŞ-ın Xarici Əlaqələr Komissiyasının Direktorlar Şurasının keçmiş üzvüdür. Digər tərəfdən, C.Soros Amerika İnkişaf Mərkəzinin üç qurucusundan biridir.

Vaxtaşırı dünya mediasında dərc olunan materiallarda Corc Sorosun “siyasi fəaliyyət” göstərdiyi də iddia edilir. Belə ki, bir sıra qurumların və ölkələrin daxili işlərinə müdaxilə etməkdə günahlandırılır. Hesab olunur ki, bunun ən bariz nümunəsi isə Gürcüstanda Eduard Şevardnadzenin devrilməsi ilə bağlı proseslərdir. Məhz onun gürcü müxalifətinə ayırdığı pulların sayəsində Gürcüstanda narıncı inqilab baş vermiş və prezident E.Şevardnadze hakimiyyətdən uzaqlaşdırılmışdı. Əvvəllər C.Soros bunu inkar etsə də, daha sonra başqa bir ölkənin daxili işlərinə müdaxilə etdiyini etiraf etmişdi. Ehtimallara görə, o, bu məqsədlə gürcü müxalifətinə 2,5-3 milyon dollar məbləğində köməklik göstərmişdi.

“Avstriyada yeni hökumətə rəhbərliyə sağ qüvvələr gəlib. Seçki mübarizəsi zamanı sol qüvvələri ənənəvi olaraq Soros Fondu dəstəkləyib. Mənə elə gəlir ki, bu qərarda əsas məqsəd qalib gəlmiş tərəfin öz rəqiblərinin maliyyə dəstəyinə zərbə endirməkdir”.

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə bu fikirləri “Yeni Müsavat”a açıqlaması zamanı bildirdi. O qeyd etdi ki, Soros Fondu Avropanın bir sıra ölkələrində, hətta ABŞ-da öz siyasi baxışlarından, iqtisadi maraqlarından irəli gələrək addımlar atır: “Bu da təbii ki, rəqiblərdə qıcıq yaradır. Mənə elə gəlir ki, bu, Avstriyadakı siyasi mübarizədə qaliblərin rəqiblərə endirdiyi yeni zərbəsidir”.

Azərbaycana gəldikdə, A.Mollazadə Sorosun Azərbaycandakı hansısa çevrələrlə əlaqələrinin olub-olmadığı barədə konkret fikir bildirə bilməyəcəyini vurğuladı: “Sadəcə olaraq, bilirəm ki, proqramlar dayandırılıb və bu, hansısa təzyiqlər, yaxud Azərbaycan hökumətinin istəyi əsasında olmayıb, Soros Fondunun özünün qərarıdır”.

A.Mollazadə bildirdi ki, artıq dünyanın bir çox yerlərində inqilablar real siyasi mübarizədə ənənəvi olmayan siyasi qüvvələrin qələbələri ilə yekunlaşır: “Yəni proseslər artıq inqilablar deyil, məhz təkamül yolu ilə fərqli fikirləri ortaya atmaqla idarə olunur. Bu, ABŞ-da da baş verdi - ənənəvi siyasətçi deyil, qeyri-ənənəvi, ancaq öz xalqının dəstəyini qazanan siyasətçi hakimiyyətə gəldi. Avstriyada da bu baş verdi. Digər ölkələrdə həm sağdan, həm soldan yeni qüvvələr siyasi meydana çıxır. Mənə elə gəlir ki, xalqda ideologiyalara inamın müəyyən qədər itməsi də ənənəvi siyasi qüvvələri meydandan çıxarır”.

Soros Fondunun “inqilablar ixrac edən” qurum kimi tanınmasına və Azərbaycanla bağlı hansısa planının olub-olmamasına gəldikdə, deputat bunları bildirdi: “Hansısa qüvvələrin arxasında Azərbaycanın müstəqilliyini istəməyən qüvvələr dayana bilər və bu, ola bilər ki, ənənəvi inqilabi formada olmasın. Amma digər formalarda mən bunu istisna etmirəm. ”Rəngli inqilabları" ixrac etmək istəyən, imperiyanın yenidən bərpasında Azərbaycana yer tapmağa çalışan qüvvələr var. İstisna deyil ki, onların fəaliyyəti bu istiqamətdə Azərbaycanda da “beşinci kolon” yaratmaq istəyi ola bilər və onlar belə qüvvələri dəstəkləyib öz məqsədləri üçün istifadə edə bilərlər".

Yeri gəlmişkən, bir neçə il əvvəl Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu (Soros Fondu) Azərbaycanda fəaliyyətini rəsmən dayandırdığını bəyan edib. Rəsmi açıqlamada deyilirdi ki, qrantların verilməsi vasitəsilə Azərbaycanda 15 il demokratik islahatlar və vətəndaş cəmiyyətinin inkişafına çalışan Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu (ACİYF-Azərbaycan) 2012-ci ildən etibarən qrantların verilməsi fəaliyyətini dayandırır və əməliyyat və struktur yenilənməsi prosesinə başlayır. “Fondda baş verən bu dəyişikliklə əlaqədar, ACİYF-nin tərkib hissəsi olduğu Açıq Cəmiyyət Fondları Azərbaycanda açıq cəmiyyət səylərinin dəstəklənməsini ölkədən kənar həyata keçirəcək” - deyə rəsmi açıqlamada vurğulanırdı. Sonrakı dönəmlərdə Sorosun hansısa yollarla ölkədəki müəyyən qüvvələrə maliyyə dəstəyi verdiyi barədə məlumatlar da tirajlanıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
SOCAR-da rəhbər şəxslər niyə imtahana cəlb olunmur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:32
Paşinyan İsrail üçün MALZƏME olmaq istəmədi... - İt əl çəkib, motal əl çəkmir...
Bu gün, 07:25
TƏBİB-dəki budama: Sahil Babayev ab-havası... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 07:21
Rafiq Ədilov kimə belə güvənir ki... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 07:15
ABB yenə də problem yaradır... - dünya bank sisteminə çıxışımız burdandırsa...
Bu gün, 07:02
Həmişəki Yaponiyadır... - Bir də Vinisius...
Bu gün, 06:53
Azərbaycanın güləş üzrə çempionu körpə qızını və arvadını İŞİD-ə qurban verdi - İsmayıllıdakı güləşçi Suriyada cəllada çevrildi
Bu gün, 06:50
İrəvan üçün NƏFƏSLİK... - İNCƏLƏMƏ
Bu gün, 06:45
Rəsmi Bakının hələ ümidi var... - GƏLİŞMƏ
Bu gün, 06:41
Qaluzinin dilindən çıxan HƏDƏLƏR... - NƏ ETMƏLİ?
Bu gün, 06:37
İsrail bundan sonra Bakıya ümid edə bilərmi?.. - ŞƏRH
Bu gün, 06:34
KAPİTAL BANK-ın BİRMARKET tələsi... - BU NƏDİ BELƏ?
Bu gün, 06:28
"Bizim ölkədə belə hadisələr olmur, ola bilməz!" - Xeyrəddin Qoca
Bu gün, 06:19
TENDER ÜÇÜN ƏLYERİ... - "...təhsilimiz fışqıracaq!"
Bu gün, 06:16
"Əhali onsuz da çətinlik çəkir..." - ETİRAZ VAR!
Bu gün, 06:09
Putin Pekinin sözünü yerə salmağa cürət edəcəkmi? - AKTUAL
Bu gün, 06:01
Əmrullayevin əmrindəki QORXU REJİMİ - "Necə hədə-qorxu gəlmişdilərsə..."
Bu gün, 05:59
İrandan hücumlar üç dəfə artıb - İsrail
Dünən, 18:03
Sülh imzalanacaq, amma... - AKTUAL
Dünən, 17:36
"Emin Ağalarov ev hədiyyə etsə, "yox" demərəm" - Tahir Abdullayevlə müsahibə
Dünən, 17:33
STP Şirkətlər Qrupuna daxil olan şirkətin direktoru dəyişib - BUNDAN SONRA...
Dünən, 17:31
Lavrovun müavini İrəvanın Aİ və Aİİ arasında seçimindən danışıb: - Ermənistanı başa düşmürük...
Dünən, 17:29
“Bəzi məmurlar hələ də özlərini xalqın xidmətçisi saymırlar” - Novella Cəfəroğlu
Dünən, 17:25
Brüsselin şizofreniyası: indi Qarabağ separatçıları ukraynalılara atəş açır - Görünəni odur ki...
Dünən, 17:23
Əmrullayevin ŞÜBHƏLİ TENDER ORTAĞI... - O nazir təyin olunandan bəri...
Dünən, 17:17
Azər Mursaqulov rəisi vəzifəsindən azad etdi - ƏMR
Dünən, 17:13
4 yaşlı uşaq 5-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Dünən, 17:11
Bakının dəstəklədiyi layihə Hörmüz boğazında “ilişib” - ARAŞDIRMA
Dünən, 17:09
Dövlət rüsumu 50, "Kristal"ın qiyməti 500 manat! – şirkət “kupça” satır?
Dünən, 16:55
Azercell ilə korporativ əməkdaşlığın acı təcrübəsi... - "Biznesimizin 10 günlük iflici..."
Dünən, 16:52
Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını bağlamağı düşünmür - Rəsmi Moskva
Dünən, 16:49
Deputat ailəsinin Qubadakı qanunsuz obyektləri - İLGİNC FAKTLAR...
Dünən, 16:45
Nəsimidə HAKİMİ-MÜTLƏQ... - az qala ƏNƏLHƏQQ...
Dünən, 16:39
Bakı Musiqi Kollecinə yeni direktor təyin olunub - FOTO
Dünən, 16:30
Oqtay Şirəliyevin xəstəxanasına yeni baş həkim təyin olundu - BUNDAN SONRA...
Dünən, 16:27
Moskva və Bakı AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün məsələləri həll edib - Qaluzin BELƏ DEYİR...
Dünən, 16:22
Rövşən Nəcəfin qohumu olduğunu deyib, SOCAR-a aid torpağı satmaq istədi - TƏFƏRRÜAT
Dünən, 16:16
Azərbaycan ictimaiyyəti müharibə cinayətkarlarının müdafiəsi ilə bağlı süni kampaniyanı rədd edib
Dünən, 16:08
Azərbaycan Ukraynanın bərpasında iştirak edəcək - AKTUAL
Dünən, 16:03
Rusiya Zaporojyeyə son sutkada 1000-ə yaxın zərbə endirib: - 4 nəfər ölüb, 28 yaralı var
Dünən, 10:28
Aqşin Yeniseydən dinlə bağlı qalmaqallı sözlər: - “Diplomlu neandertallar...”
Dünən, 10:25
"Vətəndaşa hörmət qoymursuzsa, çörək qədər dəyərli suya hörmət qoyun" - ETİRAZ VAR...
Dünən, 10:19
Qoşqar Təhməzli “VATA” MMC-ni qalib seçərkən nələrə göz yumub - İLGİNC FAKTLAR
Dünən, 10:10
Ögey qardaşını öldürən şəxs: “İtin hücumu nəticəsində bıçaq yerə düşdü və mən...” – TƏFƏRRÜAT
Dünən, 09:59
“Körfəzdə ‘3+3’ formatına bənzər platforma Yaxın Şərqin taleyini dəyişə bilər” - ŞƏRH
Dünən, 09:56
Ukraynadan Rusiyaya irimiqyaslı hücum: - Moskva və daha yeddi vilayət bombrdman edildi
Dünən, 09:53
Sənəd təsdiqlənsə də... - Proses Moldovanın özünün mövqeyinə zidd gedəcək
Dünən, 09:52
Putin Ukraynanın zərbələrinə görə yaranan yanacaq çatışmazlığını etiraf etdi - KİV
Dünən, 09:49
Naxçvanda nə haqq var, nə ədalət: Vasif Talıbovun kəsdiyi baş... - Sahibkar illərdir ki...
Dünən, 09:21
Məhkəmə həmyerlisini döyən şəxsin cəzasını ağırlaşdırdı - QƏRAR
Dünən, 08:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru