"İndi də cənab prezident İlham Əliyev elə bir siyasi xətt yürüdür ki..." - deputat
Tarix: 5-05-2017, 08:33 | Çap et
 Son vaxtlar Rusiyanın Sergey Markov, Oleq Kuznetsov, Aleksandr Duqin kimi məşhur politoloqlarının Azərbaycana səfərləri intensivləşib. Cəmiyyətdə maraqla qarşılanan bu səfərlərdə sözügedən politoloqlar Azərbaycan reallıqları ilə bilavasitə tanış olurlar və Qarabağ məsələsinin həllinin yolları ilə bağlı fikirlərini ifadə edirlər. Öz ölkələrində şərhləri, təklifləri ilə ictimai rəyə təsir edən politoloqların Rusiya hakimiyyətinin də mövqeyinə təsir edib-etməyəcəyi maraq doğurur.
YAP-çı deputat Bəxtiyar Sadıqov “Yeni Müsavat”a bildirdi ki, Qarabağ münaqişəsi yeni başladığı dövrlərdə dünya bu münaqişədən xəbərsiz idi. O dövrdə dünyaya çıxış ancaq SSRİ-nin informasiya agentlikləri, mətbuatı, televiziyası vasitəsilə mümkün idi. Onlar isə ermənilərin nəzarətində idi . Ona görə də dünyada belə bir ictimai rəy var idi ki, “zavallı məzlum ermənilərə” “vəhşi, qaniçən azərbaycanlılar” zülm edir, onlara Azərbaycanda yaşamağa imkan vermir: “Məqsədyönlü şəkildə bu cür təbliğat aparılırdı. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan ətrafındakı informasiya blokadasının aradan qaldırılması istiqamətində çox ciddi iş başlatdı. Heydər Əliyev özü bu işin önündə gedirdi. Hətta xatirimizdədir ki, müxtəlif ölkələrə səfər edəndə Azərbaycan xəritəsini asırdı divardan, əlinə çubuq götürüb Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu, hətta Ermənistanla sərhəddə yerləşmədiyini, Dağlıq Qarabağa daxil olmayan 7 rayonumuzun da işğal olunduğunu əyani şəkildə göstərirdi. Tədricən informasiya blokadası dağıdıldı. Dünyada, həmçinin Rusiyada erməni lobbisi çalışır ki, Azərbaycanın haqq işinə kölgə salsınlar, Azərbaycan haqqında mənfi rəy formalaşdırsınlar. İndi də cənab prezident İlham Əliyev elə bir siyasi xətt yürüdür ki, ermənilərin təbliğatı alt-üst olur və Azərbaycan həqiqətləri dünyaya çatdırılır. Rusiyanın tanınmış politoloqlarının kifayət qədər ciddi auditoriyaları var, həmin politoloqların fikirləri ictimai rəy formalaşmasında rol oynayır. Bu cür politoloqlar Qarabağ məsələsi ilə bağlı həqiqətləri söyləyirsə, bu, Azərbaycanın xeyirinədir. Biz onlardan istifadə etməliyik, əməkdaşlıq etməliyik. Onların şərhləri, təhlil və təklifləri şübhəsiz ki, Rusiyanın hakimiyyət dairələri tərəfindən də dinlənilir, onların mövqeyinə təsirsiz ötüşmür. Ermənistanın işğalçı olduğunu, Azərbaycanın işğala məruz qaldığını, müharibə başlanacağı halda Ermənistanın uduzacağını məhz rusiyalı politoloqların dilə gətirməsinin təsiri daha çoxdur, nəinki yerli siyasi ekspertlərin. Biz bütün tribunalardan, nüfuzlu adamlardan, xüsusən əcnəbilərin dilindən səslənən həqiqətlərdən istifadə etməliyik”.
Deputat vurğuladı ki, rus politoloqların gəlib həqiqətləri görməsinin artıq təsirləri də ortadadır. Oleq Kuznetsov Rusiya Dövlət Dumasında Xocalı soyqırımı ilə bağlı qətnamənin qəbulu üçün petisiya hazırlayaraq Dövlət Dumasına göndərib. Petisiyanın qəbulu üçün 200 min səs tələb olunur. Petisiyanın müddəti 6 aydır, artıq iki ay keçib və 16.400 səs toplanıb. Ona görə bu işi sürətləndirmək lazımdır: “Fürsətdən istifadə edib sizin oxuculara, gənclərə müraciət edirəm ki, o petisiyanın bəyənilməsi üçün fəallıq göstərsinlər, lazım olan səsin toplanması üçün hərəkətə keçsinlər. Oleq Kuznetsova kömək olmalıdır ki, petisiya vaxtında hazır olsun”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Onların fəaliyyəti “donuz kimi hərəkət edib, bəy kimi üzr istəyir” məsəlini xatırladır” - REAKSİYA
Bu gün, 17:23 |
|
|
|
| • Sülh sazişi dekabrda imzalanacaq - ƏGƏR...
Bu gün, 17:21 |
|
|
|
| • Anar Rzayevi nələr gözləyir? - AYNA-da yoxlama...
Bu gün, 17:16 |
|
|
|
| • Müdafiə Sənayesi Nazirliyində yeni təyinat olub - ƏMR
Bu gün, 17:11 |
|
|
|
| • Paşinyanın “dili açıldı”: - Nikol bizi nəylə təhdid edir?
Bu gün, 17:05 |
|
|
|
| • Kölgədə aparılan müharibə: - Azərbaycana qarşı kimlər hibrid hücum təşkil edir?
Bu gün, 17:03 |
|
|
|
| • Paşinyan DÖYÜŞƏ TƏK GEDİR... - NƏ BAŞ VERİR?
Bu gün, 17:00 |
|
|
|
| • Paşinyan alternativi olmadığına görə qələbə qazanacaq - ŞƏRH
Bu gün, 16:57 |
|
|
|
| • ASCO-nun törəmə şirkətinin rəhbərliyinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
Bu gün, 16:51 |
|
|
|
| • Jak Şirakın həyat yoldaşı vəfat edib
Bu gün, 16:49 |
|
|
|
| • Süni intellekt planetin resurslarını səssizcə “udur” – Bu, başlanğıcdır
Bu gün, 16:47 |
|
|
|
| • “Mən barışmaq istədim, o, kobud cavablandırdı” – Qubada baş verən hadisənin təfərrüatı
Bu gün, 16:46 |
|
|
|
| • Paşinyan "sükut günü"nü belə dəyərləndirir - VİDEO
Bu gün, 16:38 |
|
|
|
| • ABŞ və Qərbin gizli oyunu "sülh masası"nı dağıdır: - Kreml ''görüş qapısı"nı qapadır, savaşın ssenarisi yenə dəyişir
Bu gün, 16:35 |
|
|
|
| • Tramp Maskla barışıb
Bu gün, 16:29 |
|
|
|
| • Paşinyanın seçkidən sonra həbs anonsu – İrəvanda gərginlik artır
Bu gün, 15:11 |
|
|
|
| • Əsgər yoldaşını xilas etdi, özü həlak oldu - FOTO
Bu gün, 15:07 |
|
|
|
| • Tapşırıq... qohumbazlıq... HARA QƏDƏR? - "Biabırçı bir vəziyyətdir!"
Bu gün, 15:04 |
|
|
|
| • Yasamal RİH İZAHAT VERDİ
Bu gün, 13:43 |
|
|
|
| • Ermənistan üçün sonun başlanğıcı, yoxsa... - AKTUAL
Bu gün, 13:16 |
|
|
|
| • Zelenskidən Moskvaya ağır ZƏRBƏ ANONSU
Bu gün, 13:14 |
|
|
|
| • Medvedevdən İrəvan barədə sensasion bəyanat: - "Bu rüsvayçılığı heç Vaşinqtonla Brüssel də bağışlamaz"
Bu gün, 12:52 |
|
|
|
| • Əvvəl gətirirlər, sonra birdən “yoxa çıxır” – Apteklərdəki “analoji” dərmanların QORXUNC RİSKLƏRİ
Bu gün, 12:44 |
|
|
|
| • Sankt-Peterburq sakinləri baş vermiş partlayışlardan panikaya düşdü.... -FOTO
Bu gün, 12:42 |
|
|
|
| • Gənclər və İdman Nazirliyi 55 minlik gül alır
Bu gün, 12:39 |
|
|
|
| • Bakıda məşhur ticarət mərkəzi MÜFLİS OLUB? - Sahibkarlar ÇƏTİN DURUMDA!
Bu gün, 12:31 |
|
|
|
| • Putinlə görüşən “Rusiya Qəhrəmanı” Ukraynada öldürüldü
Bu gün, 12:23 |
|
|
|
| • İran ABŞ ilə danışıqlarda Livanı "sövdələşmə vasitəsi" kimi qəbul etmir - Abbas Əraqçi
Bu gün, 12:20 |
|
|
|
| • Taleyi o mərasimdə bəlli olacaq: - Oğlu Xameneyinin dəfninə gedəcək?
Bu gün, 12:08 |
|
|
|
| • Paşinyan Rusiyadan seçkilərə gələn kişilərin ölkədən çıxışını qadağan etdi - BUNA GÖRƏ...
Bu gün, 11:59 |
|
|
|
| • Şou-biznes ulduzlarının fantastik TOY QİYMƏTLƏRİ - SİYAHI
Bu gün, 11:57 |
|
|
|
| • “Seçkilərdən sonra Koçaryan həbs olunmalıdır” - “Armenpress”
Bu gün, 11:54 |
|
|
|
| • Razi Nurullayev heç yerdə demədiklərindən danışdı - SENSASİON MÜSAHİBƏ
Bu gün, 11:50 |
|
|
|
| • Azərbaycanlı qadınlar avtomobildə GÜLLƏLƏNDİ: biri öldü - TƏFƏRRÜAT
Bu gün, 11:27 |
|
|
|
| • NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardım ayıra bilər - "Politico"
Bu gün, 11:20 |
|
|
|
| • "ƏN BÖYÜK MOBİL OPERATORUMUZ" rabitəsini itirib... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:18 |
|
|
|
| • Astroloqdan Paşinyanla bağlı PROQNOZ: - "Çətin olacaq..."
Bu gün, 11:08 |
|
|
|
| • Ermənistan Prokurorluğuna "Güclü Ermənistan"ın seçki siyahısındakı 6 üzvünü həbs etmək hüququ verilib
Bu gün, 10:59 |
|
|
|
| • Seçki kampaniyasında qan töküldü – Paşinyanın tərəfdarı maşını kütlənin üstünə sürdü
Bu gün, 10:57 |
|
|
|
| • “Paşinyanı həddindən artıq ideallaşdırmadan proseslərə daha realist yanaşmaq lazımdır...” - ŞƏRH
Bu gün, 10:55 |
|
|
|
| • Moskvadan gələn erməni: - Səs verib geri qayıdacağıq, vəziyyət qarışa bilər
Bu gün, 10:50 |
|
|
|
| • Bakı ilə bağlı müəmma: - Moskva “erməni kartı”nı işə saldı, qəribə ismarış göndərdi
Bu gün, 10:45 |
|
|
|
| • ABŞ ordusu İranın radar sistemlərini vurduqdan sonra SEPAH Küveyt və Bəhreynə raket zərbələri endirib
Bu gün, 10:42 |
|
|
|
| • 13 sahibkarın mülkünə dövlət adından BASQI... - NARAZILIQ VAR...
Bu gün, 10:28 |
|
|
|
| • İrəvanın sürpriz layihəsi - Ermənistan Türkiyə sərhədinə yol çəkir
Bu gün, 10:17 |
|
|
|
| • Pentaqonda İsrail kəşfiyyatının ABŞ məmurlarına qarşı fəaliyyətindən ehtiyat edirlər - "NBC News"
Bu gün, 10:08 |
|
|
|
| • Ermənistan MSK Karapetyanın seçki bloku ilə bağlı qərar verdi - KİV
Bu gün, 10:02 |
|
|
|
| • Danielyan Azərbaycanın artan nüfuzundan danışdı: - "Vəziyyət son dərəcə təhlükəlidir!"
Bu gün, 10:00 |
|
|
|
| • "Putin mənim tərəfdaşım, Makron və Tramp isə dostumdur..." -Paşinyandan seçkiqabağı ilginc açıqlama...
Bu gün, 09:52 |
|
|
|
| • Sankt-Peterburqda AKTİV DÖYÜŞLƏR GEDİR - şəhər dronların kütləvi zərbəsinə məruz qalıb
Bu gün, 09:43 |
|
|
|
|