"Şikayətim "Birmarket"lə bağlıdı..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Valeh Dünyamalıyev adlı istifadəçi yazır.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Deməli, qabyuyan sifariş etmişdim.. Təxmini çatdırılmanı qeyd etdilər ki, 04.06.26..o tarixdə də kuryer zəng etdi ki, 30-35 dəqiyə Masallıdayam, gələrsiniz "Kontakt home"un yanına sifarişi təhvil alarsınız.. Mən də işdəyəm dedim, çıxa bilmirəm dediyiniz vaxtda.. Kuryer dedi ki, yaxşı... sifarişi ertəsi günə qeyd edirəm, yəni 05.06.26 tarixinə.. Mən də dedim ki, yaxşı... saat 13-14-ə qeyd edin ki rahat götürə bilim... razılaşdıq.. Bu gün, yəni 05.06.26 işlərimi vaxtımı planlaşdırmışam ki 13:00-da işdən çıxım gedim malı götürüm o saata kimi kuryerdən səs soraq yox idi.. Girdim sayta çatdırılma yazılmışdı 14:58-ə... yenə də dedim cəhənnəmə ki, işimi o vaxta planlaşdırdım biraz keçdi gördüm saytda qeyd olunub 15:48-ə çatdırılma, bir az da keçdi qeyd olundu 16:35-ə... Mənim də işim vardı... Lənkərana getdim.. Kuryer zəng etdi ki, məhsulu gətiririk... dedim, mən rayonda deyiləm, sizi nə qədər gözləmişəm.. Nə isə razılaşdıq ki, yəni özü dedi ki, müəllim sabaha qeyd edirəm rahat götürərsiz.. yəni 06.06.26...bu gün isə yəni 05.06.26 da saat 20:10 mesaj gəlib ki mənə sifarişiniz ləğv olundu.. Səbəb də guya sifarişi təhvil almamışam.. Zəng edirəm "Bir market"ə, mənə nağıl danışırlar.. Deyirəm kuryeriniz mənə belə deyir sizsə sifarişi ləğv edirsiz.. Millətin əsəbləri ilə niyə oynayırsınız.. Deyir, kuryerlə bağlı şikayətinizi qeyd edirəm, nə bilim nə.. Yenə nağıllar..."








