"Ermənistanda seçilər finiş xəttinə çatdı, son zamanlar Ermənistan mətbutını izləmək üçün daha çox zaman ayırıram, çünki, bu seçkilərin regionumuza təsirləri olacaq..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Paşinyan və komadasının 3 əsas rusiyapərəst partiyasının ritorikası keçmişdə ilişib qalmaqla yanaşı, adi mənti ardıcıllığı da itiriblər.
Paşinyan gələcəkdən, onlar keçmişdən danışır, amma, məntiqsizlik insanı gülümsədir – məsələn, hər 3 partiya israr edirlər ki, Azərbaycan və Türkiyə Paşinyanı dəstəkləyir, onun seçilməsini istəyirlər. Ardıncə hər 3 partiya deyir ki, Azərbaycan sülh istəmir, Türkiyə ilə birlikdə müharibəyə hazırlaşırlar. Yaxşı, Paşinyan sülhdən, bu 3 urus partiyası revanşdan, müharibədən danışırlar, Azərbaycan müharibə istəsəydi, tam tərsinə, Nikolun deyil də, o 3 partiyanın hakimiyyətə gəlməsində maraqlı olardı – məntiq bunu deyir də, o 3 partiya müharibə istəyir, biz də istəyiriksə, hazırlaşırıqsa, onların gəlməsini istərdik ki, müharibə olsun. Bir daha başları əzilsin, elə deyil?! Adi məntiqdir axı, Nikol sülh istəyirsə, biz isə müharibə istəyiriksə, niyə Paşinyanı dəstəkləyək ki?!"








