Paşinyanın seçkidən sonra həbs anonsu .....                     Əsgər yoldaşını xilas etdi, özü həlak oldu .....                     Tapşırıq... qohumbazlıq... HARA QƏDƏR? .....                     Yasamal RİH .....                     Ermənistan üçün sonun başlanğıcı, yoxsa... .....                     Zelenskidən Moskvaya ağır .....                     Medvedevdən İrəvan barədə sensasion bəyanat: .....                     Əvvəl gətirirlər, sonra birdən “yoxa çıxır” .....                     Sankt-Peterburq sakinləri baş vermiş partlayışlardan panikaya düşdü.... .....                     Gənclər və İdman Nazirliyi 55 minlik gül alır .....                     Bakıda məşhur ticarət mərkəzi MÜFLİS OLUB? .....                     Putinlə görüşən “Rusiya Qəhrəmanı” Ukraynada öldürüldü .....                     İran ABŞ ilə danışıqlarda Livanı "sövdələşmə vasitəsi" kimi qəbul etmir .....                     Taleyi o mərasimdə bəlli olacaq: .....                     Paşinyan Rusiyadan seçkilərə gələn kişilərin ölkədən çıxışını qadağan etdi .....                     Şou-biznes ulduzlarının fantastik TOY QİYMƏTLƏRİ .....                     “Seçkilərdən sonra Koçaryan həbs olunmalıdır” .....                     Razi Nurullayev heç yerdə demədiklərindən danışdı .....                     Azərbaycanlı qadınlar avtomobildə GÜLLƏLƏNDİ: biri öldü .....                     NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardım ayıra bilər .....                     "ƏN BÖYÜK MOBİL OPERATORUMUZ" rabitəsini itirib... .....                     Astroloqdan Paşinyanla bağlı PROQNOZ: .....                     Ermənistan Prokurorluğuna "Güclü Ermənistan"ın seçki siyahısındakı .....                     Seçki kampaniyasında qan töküldü .....                     “Paşinyanı həddindən artıq ideallaşdırmadan proseslərə daha realist yanaşmaq lazımdır...” .....                     Moskvadan gələn erməni: .....                     Bakı ilə bağlı müəmma: .....                     ABŞ ordusu İranın radar sistemlərini vurduqdan sonra .....                     13 sahibkarın mülkünə dövlət adından BASQI... .....                     İrəvanın sürpriz layihəsi .....                     Pentaqonda İsrail kəşfiyyatının ABŞ məmurlarına qarşı fəaliyyətindən ehtiyat edirlər .....                     Ermənistan MSK Karapetyanın seçki bloku ilə bağlı qərar verdi .....                     Danielyan Azərbaycanın artan nüfuzundan danışdı: .....                     "Putin mənim tərəfdaşım, Makron və Tramp isə dostumdur..." .....                     Sankt-Peterburqda AKTİV DÖYÜŞLƏR GEDİR .....                     Ermənistanda qanlı qarşıdurma yarana bilər .....                     Kinomuzun inkişafı üçün bu şərtlər vacibdir .....                     On üçüncü əsrin məhkəməsi: .....                     Sabunçuda MÖCÜZƏ KİMİ "MÖCÜZƏ"... .....                     ABŞ-nin axtardığı Raul Kastro Havanada keçirilən tədbirdə iştirak edib .....                 

“Birinci vitse-prezident təyinatı Azərbaycan xalqının rəyidir, arzusudur, istəyidir” - deputat
Tarix: 23-02-2017, 07:42 | Çap et
“Birinci vitse-prezident təyinatı Azərbaycan xalqının rəyidir, arzusudur, istəyidir”
Azərbaycan prezidenti İlham Əliyevin ölkənin birinci xanımı Mehriban Əliyevanı birinci vitse-prezident təyin etməsinə hakimiyyət düşərgəsindən ancaq müsbət mövqelər ifadə olunmaqdadır. Buna baxmayaraq, sosial şəbəkədə və bəzi saytlarda müxalifyönlü şəxslər müxtəlif iddialar irəli sürməkdədirlər.

İddiaların birində deyilir ki, bu təyinat hakimiyyət daxilindəki iki nəhəng qrupun gələcəkdə qarşıdurmasına səbəb ola bilər. Daha bir iddiaya görə isə Novruz bayramına qədər vitse-prezidentlərin də təyinatı barədə sərəncam olacaq və bundan sonra Nazirlər Kabinetinə ehtiyac qalmayacaq. Bunun ardınca da Nazirlər Kabineti ya ləğv ediləcək, ya da səlahiyyətləri daha da azaldılaraq kiçik bir struktura çevriləcək.

Sosial şəbəkələrdə və bəzi saytlarda irəli sürülən bu iddialarla bağlı YAP icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov “Yeni Müsavat”a açıqlama verib. Siyavuş Novruzov bildirdi ki, kimlərinsə bu cür fikirləri, iddiaları irəli sürməsi əsassızdır. Azərbaycanda demokratik idarəçilikdir və hakimiyyət seçki ilə, xalqın rəyi ilə formalaşır: “Azərbaycan xalqı keçən il referendumda yekdilliklə konstitusiya dəyişikliyinə səs verdi. İndi həmin dəyişiklikdə nəzərdə tutulan konstitusiya tələbinə görə addımlar atılır. Keçənilki referendumda xalq dövlət strukturunda müvafiq dəyişikliklərin olunması ilə əlaqədar yeniliklərə səs verdi. Həmin qərar ondan ibarətdir ki, dövlətin idarəetmə strukturunda 1-ci vitse-prezidentlik və vitse-prezidentlik institutu yaradıldı. Ölkə ərazisində hər hansı bir seçki və ya referendum keçirəndə, hansısa təyinat olanda ancaq Azərbaycan xalqının maraqları nəzərə alınır. Biz hansısa bir cırtdan dövlət deyilik ki, hansısa ölkə və ya ölkələrlə bu cür məsələləri razılaşdıraq, onların rəyini dinləyək.

“Bu çox primitiv bir düşüncənin məhsuludur ki, kiminsə təyinatı hansısa ölkələrlə razılaşdırılmalıdır”

Bu baxımdan, birinci vitse-prezident təyinatı da Azərbaycan xalqının rəyidir, arzusudur, istəyidir. Buna uyğun olaraq da cənab prezident öz səlahiyyətindən istifadə edib qərar verib. Prezident istənilən şəxsi istənilən vəzifəyə təyin edə bilər. Burada başqa hansısa məqamlar, kənar rəylərin olduğunu iddia eləməyə heç bir əsas yoxdur. Bilirsiniz, bu, çox primitiv bir düşüncənin məhsuludur ki, kiminsə təyinatı hansısa ölkələrlə razılaşdırılmalıdır. Hansısa ölkə bizim üçün dövlətçilik baxımından hansısa rol oynayır ki, biz onlarla nəyisə razılaşdıraq və ya onların rəyini alaq? Guya onların rəyini almasaq nə olacaq? Avropada seçkilər keçirilir və yaxud müvafiq insanlar təyin olunur, onlar məgər bizdən soruşurlar. Soruşmağa da borclu deyillər. Hansısa təyinatlarla bağlı hansısa xarici ölkələrin rəyini, razılığını almaq iddiaları gülüş doğurur. Bu cür fikirlər 1992-ci ildə Xalq Cəbhəsi yeni hakimiyyətə gələn zaman Ali Sovetdə işlədilmişdi. Çıxıb edib demişdilər ki, 8 ölkə ilə razılaşmışıq. Belə razılaşmaların axırının necə qurtardığı göz qabağındadır. İndi isə Azərbaycanda hər hansı bir təyinat, seçki, atılan addım ancaq Azərbaycan xalqının maraqları ilə bağlı olur, Azərbaycan xalqının istəyinə uyğun edilir.

Qeyd olunan digər iddialar da tamamilə əsassızdır. Yeni Azərbaycan Partiyasının 700 minə yaxın üzvü var, Mehriban xanım Əliyeva bu partiyanın sədr müavinidir və onun 1-ci vitse-prezident olması bütün Yeni Azərbaycan Partiyası üzvlərinin, həmçinin Azərbaycan xalqının arzusundan irəli gələn məsələdir. Cənab prezident də bu istəyi nəzərə alaraq belə bir təyinatla bağlı sərəncam imzaladı".

S.Novruzov konstitusiyanın tələbinə görə, vitse-prezidentlərin də təyin olunacağını söylədi. Lakin qeyd etdi ki, bu təyinatların dəqiq vaxtını ölkə prezidenti bilir: “Bəziləri deyirdi ki, birinci vitse-prezident və vitse-prezidentlər martda təyin olunacaq, bəziləri adlar da çəkirdilər. Mən dəfələrlə demişəm ki, bu məsələlər birbaşa cənab prezidentin səlahiyyətinə aiddir. Prezident bilir ki, kim və nə vaxt təyin olunacaq”.

“Nazirlər Kabinetinin istər ləğvi, istərsə də səlahiyyətlərinin azaldılması üçün gərək referendum keçirilə”

1-ci vitse-prezidentin təyin olunmasından sonra Nazirlər Kabinetinə, baş nazirə ehtiyac qalmadığı, Nazirlər Kabinetinin buraxılacağı barədə deyilənlərə gəldikdə, S.Novruzov bəyan etdi ki, bu cür fikirləri irəli sürənlərin konstitusiyadan xəbəri yoxdur: “Keçən il konstitusiyaya edilən düzəlişlərə görə ölkənin ikinci şəxsi baş nazir yox, 1-ci vitse-prezidentdir. Nazirlər Kabinetinin səlahiyyətləri isə tamam başqa şeydir. Tez-tez mediada oxuyuram ki, konstitusiyadan məlumatlı olmayan insanlar iddia edirlər ki, Nazirlər Kabineti ləğv olunacaq. Nazirlər Kabineti konstitusion strukturdur. Nazirlər Kabinetinin səlahiyyətləri də konstitusiya ilə təsbit olunur. Nazirlər Kabinetinin istər ləğvi, istərsə də səlahiyyətlərinin azaldılması üçün gərək referendum keçirilə. Yalnız referenduma çıxarıldıqdan və xalqın səsverməsindən sonra bu baş verə bilər”.

Qeyd edək ki, 1-ci vitse-prezident təyinatından sonra belə məlumatlar da yayılıb ki, baş nazir Artur Rasi-zadə vəzifədən təntənəli surətdə yola salınır. 1-ci vitse-prezident təyinatı baş nazirlik funksiyalarını arxa plana keçirir.

Hətta mümkündür ki, baş nazirin müavinləri postu ləğv edilsin. Vitse-prezidentlik təsisatı tam formalaşdıqdan sonra Nazirlər Kabinetinin indiki statusunun da dəyişdiriləcəyi qeyd edilir. Bu formatda baş nazirin müavini postlarının ləğv ediləcəyi, onların funksiyalarının vitse-prezidentlərə ötürüləcəyi, yalnız baş nazir və onun köməkçiləri ştatlarının saxlanılacağı da yayılan xəbərlər sırasındadır. Bundan başqa, bir neçə nazirlik və dövlət komitəsinin yenidən təşkili və birləşdirilməsinin də nəzərdə tutulduğu deyilir.
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyanın seçkidən sonra həbs anonsu – İrəvanda gərginlik artır
Bu gün, 15:11
Əsgər yoldaşını xilas etdi, özü həlak oldu - FOTO
Bu gün, 15:07
Tapşırıq... qohumbazlıq... HARA QƏDƏR? - "Biabırçı bir vəziyyətdir!"
Bu gün, 15:04
Yasamal RİH İZAHAT VERDİ
Bu gün, 13:43
Ermənistan üçün sonun başlanğıcı, yoxsa... - AKTUAL
Bu gün, 13:16
Zelenskidən Moskvaya ağır ZƏRBƏ ANONSU
Bu gün, 13:14
Medvedevdən İrəvan barədə sensasion bəyanat: - "Bu rüsvayçılığı heç Vaşinqtonla Brüssel də bağışlamaz"
Bu gün, 12:52
Əvvəl gətirirlər, sonra birdən “yoxa çıxır” – Apteklərdəki “analoji” dərmanların QORXUNC RİSKLƏRİ
Bu gün, 12:44
Sankt-Peterburq sakinləri baş vermiş partlayışlardan panikaya düşdü.... -FOTO
Bu gün, 12:42
Gənclər və İdman Nazirliyi 55 minlik gül alır
Bu gün, 12:39
Bakıda məşhur ticarət mərkəzi MÜFLİS OLUB? - Sahibkarlar ÇƏTİN DURUMDA!
Bu gün, 12:31
Putinlə görüşən “Rusiya Qəhrəmanı” Ukraynada öldürüldü
Bu gün, 12:23
İran ABŞ ilə danışıqlarda Livanı "sövdələşmə vasitəsi" kimi qəbul etmir - Abbas Əraqçi
Bu gün, 12:20
Taleyi o mərasimdə bəlli olacaq: - Oğlu Xameneyinin dəfninə gedəcək?
Bu gün, 12:08
Paşinyan Rusiyadan seçkilərə gələn kişilərin ölkədən çıxışını qadağan etdi - BUNA GÖRƏ...
Bu gün, 11:59
Şou-biznes ulduzlarının fantastik TOY QİYMƏTLƏRİ - SİYAHI
Bu gün, 11:57
“Seçkilərdən sonra Koçaryan həbs olunmalıdır” - “Armenpress”
Bu gün, 11:54
Razi Nurullayev heç yerdə demədiklərindən danışdı - SENSASİON MÜSAHİBƏ
Bu gün, 11:50
Azərbaycanlı qadınlar avtomobildə GÜLLƏLƏNDİ: biri öldü - TƏFƏRRÜAT
Bu gün, 11:27
NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardım ayıra bilər - "Politico"
Bu gün, 11:20
"ƏN BÖYÜK MOBİL OPERATORUMUZ" rabitəsini itirib... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:18
Astroloqdan Paşinyanla bağlı PROQNOZ: - "Çətin olacaq..."
Bu gün, 11:08
Ermənistan Prokurorluğuna "Güclü Ermənistan"ın seçki siyahısındakı 6 üzvünü həbs etmək hüququ verilib
Bu gün, 10:59
Seçki kampaniyasında qan töküldü – Paşinyanın tərəfdarı maşını kütlənin üstünə sürdü
Bu gün, 10:57
“Paşinyanı həddindən artıq ideallaşdırmadan proseslərə daha realist yanaşmaq lazımdır...” - ŞƏRH
Bu gün, 10:55
Moskvadan gələn erməni: - Səs verib geri qayıdacağıq, vəziyyət qarışa bilər
Bu gün, 10:50
Bakı ilə bağlı müəmma: - Moskva “erməni kartı”nı işə saldı, qəribə ismarış göndərdi
Bu gün, 10:45
ABŞ ordusu İranın radar sistemlərini vurduqdan sonra SEPAH Küveyt və Bəhreynə raket zərbələri endirib
Bu gün, 10:42
13 sahibkarın mülkünə dövlət adından BASQI... - NARAZILIQ VAR...
Bu gün, 10:28
İrəvanın sürpriz layihəsi - Ermənistan Türkiyə sərhədinə yol çəkir
Bu gün, 10:17
Pentaqonda İsrail kəşfiyyatının ABŞ məmurlarına qarşı fəaliyyətindən ehtiyat edirlər - "NBC News"
Bu gün, 10:08
Ermənistan MSK Karapetyanın seçki bloku ilə bağlı qərar verdi - KİV
Bu gün, 10:02
Danielyan Azərbaycanın artan nüfuzundan danışdı: - "Vəziyyət son dərəcə təhlükəlidir!"
Bu gün, 10:00
"Putin mənim tərəfdaşım, Makron və Tramp isə dostumdur..." -Paşinyandan seçkiqabağı ilginc açıqlama...
Bu gün, 09:52
Sankt-Peterburqda AKTİV DÖYÜŞLƏR GEDİR - şəhər dronların kütləvi zərbəsinə məruz qalıb
Bu gün, 09:43
Ermənistanda qanlı qarşıdurma yarana bilər - GÖZLƏNTİ
Bu gün, 09:25
Kinomuzun inkişafı üçün bu şərtlər vacibdir - Müstəsna film çəkdiyini iddia edən Azərbaycan rejissoru
Bu gün, 09:23
On üçüncü əsrin məhkəməsi: - 1223-cü il döyüşü Kremli necə dəhşətə gətirdi?
Bu gün, 09:20
Sabunçuda MÖCÜZƏ KİMİ "MÖCÜZƏ"... - NARAZILIQ VAR...
Bu gün, 09:12
ABŞ-nin axtardığı Raul Kastro Havanada keçirilən tədbirdə iştirak edib
Bu gün, 09:03
Azərbaycanda “od tutan” təhsil haqları – ÇAĞIRIŞ
Bu gün, 09:02
Sadıq Sadıqovun ölümünün təfərrüatları ortaya çıxır: Dəhşətli məqamlar - TƏFƏRRÜAT
Bu gün, 09:00
Zəngəzurla bağlı MÜJDƏ – “Tramp yolu” geridönməz status alır!
Bu gün, 08:51
"O dünyaya gəldiyi gün ilk dəfə toya getmişəm"
Bu gün, 08:46
Serbiya Aİ-yə üzv olmaq istəyirsə, Rusiya və Çinlə balans siyasətindən imtina etməlidir - Merz
Bu gün, 08:44
Sülh üçün SON GÜN... - GƏLİŞMƏ
Bu gün, 07:37
Müsavat Partiyası CNN-ə belə reaksiya verdi - AÇIQLAMA
Bu gün, 07:34
Zay məhsul satırlar, hələ üstəlik... - AXI NİYƏ?..
Bu gün, 07:23
Ermənistan AB-yə qoşulsa nələri itirəcək? - Rusiya açıqladı
Bu gün, 07:11
Mustəriyə ancaq stress yaşatmağı bilirlər - GİLEY
Bu gün, 07:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru