Paşinyanın seçkidən sonra həbs anonsu .....                     Əsgər yoldaşını xilas etdi, özü həlak oldu .....                     Tapşırıq... qohumbazlıq... HARA QƏDƏR? .....                     Yasamal RİH .....                     Ermənistan üçün sonun başlanğıcı, yoxsa... .....                     Zelenskidən Moskvaya ağır .....                     Medvedevdən İrəvan barədə sensasion bəyanat: .....                     Əvvəl gətirirlər, sonra birdən “yoxa çıxır” .....                     Sankt-Peterburq sakinləri baş vermiş partlayışlardan panikaya düşdü.... .....                     Gənclər və İdman Nazirliyi 55 minlik gül alır .....                     Bakıda məşhur ticarət mərkəzi MÜFLİS OLUB? .....                     Putinlə görüşən “Rusiya Qəhrəmanı” Ukraynada öldürüldü .....                     İran ABŞ ilə danışıqlarda Livanı "sövdələşmə vasitəsi" kimi qəbul etmir .....                     Taleyi o mərasimdə bəlli olacaq: .....                     Paşinyan Rusiyadan seçkilərə gələn kişilərin ölkədən çıxışını qadağan etdi .....                     Şou-biznes ulduzlarının fantastik TOY QİYMƏTLƏRİ .....                     “Seçkilərdən sonra Koçaryan həbs olunmalıdır” .....                     Razi Nurullayev heç yerdə demədiklərindən danışdı .....                     Azərbaycanlı qadınlar avtomobildə GÜLLƏLƏNDİ: biri öldü .....                     NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardım ayıra bilər .....                     "ƏN BÖYÜK MOBİL OPERATORUMUZ" rabitəsini itirib... .....                     Astroloqdan Paşinyanla bağlı PROQNOZ: .....                     Ermənistan Prokurorluğuna "Güclü Ermənistan"ın seçki siyahısındakı .....                     Seçki kampaniyasında qan töküldü .....                     “Paşinyanı həddindən artıq ideallaşdırmadan proseslərə daha realist yanaşmaq lazımdır...” .....                     Moskvadan gələn erməni: .....                     Bakı ilə bağlı müəmma: .....                     ABŞ ordusu İranın radar sistemlərini vurduqdan sonra .....                     13 sahibkarın mülkünə dövlət adından BASQI... .....                     İrəvanın sürpriz layihəsi .....                     Pentaqonda İsrail kəşfiyyatının ABŞ məmurlarına qarşı fəaliyyətindən ehtiyat edirlər .....                     Ermənistan MSK Karapetyanın seçki bloku ilə bağlı qərar verdi .....                     Danielyan Azərbaycanın artan nüfuzundan danışdı: .....                     "Putin mənim tərəfdaşım, Makron və Tramp isə dostumdur..." .....                     Sankt-Peterburqda AKTİV DÖYÜŞLƏR GEDİR .....                     Ermənistanda qanlı qarşıdurma yarana bilər .....                     Kinomuzun inkişafı üçün bu şərtlər vacibdir .....                     On üçüncü əsrin məhkəməsi: .....                     Sabunçuda MÖCÜZƏ KİMİ "MÖCÜZƏ"... .....                     ABŞ-nin axtardığı Raul Kastro Havanada keçirilən tədbirdə iştirak edib .....                 

“Ziya Məmmədovun nazir vəzifəsindən azad olunması YAP-dan da çıxarılması mənasını vermir”
Tarix: 20-02-2017, 09:48 | Çap et
“Ziya Məmmədovun nazir vəzifəsindən azad olunması YAP-dan da çıxarılması mənasını vermir”
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov gündəmdə olan məsələlər ilə bağlı “Ölkə.Az” saytına müsahibə verib

DİA.AZ həmin müsahibəni təqdim edir:

– Siyavuş müəllim, bir neçə gün öncə Prezidentin sərəncamı ilə Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildi. Daha hansı qurumlarda oxşar struktur islahatları gözlənilir?

– Bilirsiz ki, Nəqliyyat Nazirliyinə aid olan bütün strukturlar ayrı-ayrılıqda fəaliyyət göstərirdi. Artıq orada ümumi fəaliyyət göstərə biləcək geniş sahə qalmamışdı. Nəqliyyat Nazirliyində ancaq dövlət siyasətinin həyata keçirilməsi sahəsi qalırdı ki, cənab Prezident də bununla bağlı sərəncam imzaladı.

– Hazırda Ziya Məmmədov YAP-ın üzvü olaraq qalır?

– Əlbəttə ki, o YAP-ın üzvü olaraq qalır. Onun vəzifədən azad olunması YAP-dan da çıxarılması mənasını vermir. Ziya Məmmədova əlavə hər hansı vəzifə verilib-verilməməsi məsələsi isə cənab Prezidentin səlahiyyətlərinə aid olan məsələdir. Biz buna qarışa bilmərik.

– Başqa hansı qurumların birləşdirilməsi və ya yaradılması gözlənilir?

– Bu məsələ də cənab Prezidentin səlahiyyətlərinə aid olan məsələdir. Yəni, cənab Prezident məsləhət bildiyi zaman hər hansı nazirliyi ləğv edə və ya yarada bilər. Bu məsələ bilavasitə ölkə başçısının səlahiyyətlərinə aid olan məsələdir.

– Bu ilin mart ayına qədər Azərbaycanın vitse-prezidentlərinin təyin olunacağı ilə bağlı xəbərlər yayılır. Bütün bunlar nə dərəcədə doğrudur?

– Təbii ki, mən də bu cür məlumatları tez-tez oxuyuram. Hətta, yazırlar ki, guya martda və yaxud da apreldə vitse-prezidentlər təyin olunacaq və s. Ancaq bunu cənab Prezidentdən başqa heç kəs bilmir. Vitse-prezidentlərin nə zaman və bu vəzifəyə kimlərin təyin olunacağını cənab Prezidentdən savayı heç kəs bilə bilməz.

– Azərbaycan hakimiyyəti blogger Aleksandr Lapşini ölkəyə ekstradisiya etməklə daha çox nəyi qazana bildi?

– İlk növbədə Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsi bir daha göstərdi ki, kimliyindən asılı olmayaraq, Azərbaycan əleyhinə hər hansı iş aparan gec-tez öz cəzasını alacaq. Bu il Xocalı soyqırımından 25 il ötür. Xocalı soyqırımının törədilməsində iştirak etmiş bütün şəxslərin siyahısı artıq istintaqa bəllidir. Həmin şəxslərin hamısı gec-tez ədalət mühakiməsinə cəlb olunacaq. Şübhəsiz ki, Ermənistanın indiki rəhbərliyi, o cümlədən Serj Sarkisyan, Robert Koçaryan və digər şəxslər Xocalıda və digər ərazilərimizdə törətdikləri cinayətlərə görə Azərbaycan məhkəməsi qarşısında cavab verəcəklər. Şəxsən Serj Sarkisyan törətdiyi qanlı cinayətlərə görə Azərbaycan xalqı qarşısında cavab verəcək.

– Azərbaycanın bir sıra siyasətçiləri blogger Aleksandr Lapşinin ermənilərin girovluqda saxladığı Dilqəm Əsgərov və Şahbaz Quliyevlə dəyişdirilməsini təklif edir. Bu, mümkün ola bilərmi?

– Bu çox səhv fikirlərdir. Bu fikri kim ortaya atıbsa, onun nə beynəlxalq hüquqdan başı çıxır, nə də Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasının siyasi əhəmiyyətini dərk edir. Aleksandr Lapşin Azərbaycan dövlətinə qarşı cinayət törətmiş şəxsdir. O, beynəlxalq hüququn prinsipləri və dövlətlərarası ikitərəfli əməkdaşlıq müqaviləsi əsasında Azərbaycana ekstradisiya olunub. Biz onu Ermənistan ilə dəyişməklə, artıq Dilqəm Əsgərov və Şahbaz Quliyevin hansısa cinayət törətdiyini təsdiq edə bilərik. Halbuki, Dilqəm Əsgərov və Şahbaz Quliyev heç bir cinayət törətməyib. Onlar Azərbaycan ərazisinə, öz doğma ata-baba yurdlarına gediblər. Onlar öz ərazimizi ziyarət ediblər, onların girovluqda saxlanılması erməni quldurluğudur. Bütün bunlara görə də indi Aleksandr Lapşini Dilqəm Əsgərov və Şahbaz Quliyevlə dəyişsək, o zaman girovluqda saxlanılan soydaşlarımızın cinayət törətdiyini yalandan təsdiq etmiş olarıq. Hesab edirəm ki, bu cür fikirlərə qəti yol vermək olmaz. Bu gün Rusiya ilə Ermənistan arasında ekstradisiya haqqında qanun var. Rusiya istədiyi an öz vətəndaşı olan Dilqəm Əsgərovu öz ərazisinə ekstradisiya edə bilər. Ermənistan da buna heç bir etiraz edə bilməz.

Ona görə də bu məsələni ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan Rusiya, ABŞ və Fransa Ermənistana tələb kimi qaldırmalıdır. Dünyada insan hüquqlarını müdafiə edən bütün beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası, Avropa Məhkəməsi, ATƏT və digər qurumlar bu məsələni gündəmə gətirməlidir. İşğalçı Ermənistan qanunsuz olaraq Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov saxlayır. Axı onlar nə cinayət törədib? Məgər öz torpaqlarını, dədə-baba məzarlarını ziyarət etmək cinayətdir? Beynəlxalq təşkilatlar buna qarşı Ermənistana təzyiq göstərməlidir.

– Yaxın zamanlarda YAP-la digər siyasi partiyalar arasında dialoq gözlənilir?

– Bildiyiniz kimi, siyasi partiyalar bir neçə yerə bölünür. Onlardan bəziləri parlamentdə təmsil olunur, bəziləri isə olunmur. Hazırda Azərbaycanda 100-ə qədər siyasi partiya var. Onlardan 54-ü dövlət qeydiyyatından keçib. Həmin partiyaların isə bir hissəsi bu gün Milli Məclisdə təmsil olunur, müəyyən hissəsi isə ümumiyyətlə fəaliyyət göstərmir. Bu gün elə siyasi partiyalar var ki, ancaq qəzet səhifəsində və ya Bakı ərazisində fəaliyyət göstərir. Çox az sayda partiyaların yerli regional təşkilatları var. Təkcə Yeni Azərbaycan Partiyası (YAP) respublikanın bütün rayon və şəhərlərində fəaliyyət göstərir.

Dialoq nədir? Dialoq odur ki, hər hansı təklif, rəy, fikir olsun, onun ətrafında müzakirələr aparılsın. Misal üçün, YAP-ın partiyalararası əlaqələr və dialoq komissiyası var. Həmin komissiyanın sədri cənab Prezidentin köməkçisi Əli Həsənovdur. Ötən illər ərazində həmin komissiya bir neçə dəfə toplanıb, müxtəlif müzakirələr aparılıb. Biz hər zaman dialoqun tərəfdarı olduğumuzu söyləmişik. Siyasi partiyalarla istənilən məsələni müzakirə etməyə hazırıq.

Bizimlə dialoqda iki siyasi partiya iştirak etmir ki, bunlar da Müsavat partiyası və AXCP-dir.

Ancaq bu gün Müsavat bizim üçün legitim deyil. Çünki bu partiyada qurultay saxtalaşdırılıb, Arif Hacılı da qanunsuz olaraq başqan seçilib. Müsavat Partiyasının son qurultayında seçki bülletenləri saxtalaşdırılıb. Ona görə də biz Arif Hacılının Müsavat partiyasına sədr seçilməsini legitim hesab etmirik. Müsavatda saxta seçkilər keçirildiyi üçün bu gün partiya üç hissəyə parçalanıb. Qurultay ərəfəsində Arif Hacılı öz adamlarını bir araya toplayıb qərargah yaratmışdı. Onları da qurultaya nümayəndə seçmişdilər. Nəticə etibarı ilə də qurultaydan sonra Müsavat parçalanmağa başladı. Vaxtilə bu partiyanın yaranmasında və formalaşmasında rolu olan şəxslər bu gün ayrı tərəfdə dayanıblar. Digər tərəfdə olan insanların isə Müsavata nə zaman gəldiyi bəlli deyil.

O ki qaldı AXCP-yə, bu, partiya deyil. AXCP xarici təşkilatların və erməni lobbisinin Azərbaycana qarşı istifadə etdiyi alətdir. Yəni, xarici təşkilatlar və erməni lobbisi nə zaman hansı tapşırığı verərsə, AXCP də onları yerinə yetirəcək. Misal üçün, onlar AXCP-yə desə ki, gedib dialoqda iştirak edin, hamıdan birinci bunlar gələcəklər. İştirak etmə dedikləri üçün AXCP dialoqda iştirak etmir. Bütün bunlar artıq hər kəsə yaxşı bəllidir.

Mən ötən dəfə də bunu söyləmişəm. Kimsə dialoq aparmaq istəyirsə, bu, mətbuata müsahibə verməklə edilmir. Yazılı və əsaslandırılmış şəkildə hər hansı təklif və ya layihə siyasi partiyalar tərəfindən təqdim olunur, sonra da qrup halında müzakirə olunur. Yenə də deyirəm ki, biz müzakirələrdən qorxmuruq, dialoqa hər zaman hazırıq.

– YAP qarşıdan gələn prezident seçkiləri üçün hazırlığa başlayıbmı?

– Bilirsiniz ki, bu il heç bir seçki yoxdur. Ancaq biz bu ilin yanvar ayından etibarən YAP-ın 84 rayon-şəhər və 8 minə yaxın ilk təşkilatlarında hesabat-seçki yığıncaqları keçiririk. Hesabat-seçki yığıncaqları keçirdikdən sonra isə mərhələ-mərhələ konfranslar keçiriləcək. Biz hər bir seçkiyə ən azı bir il öncədən hazırlaşırıq. Bəzi partiyalar isə seçkilər elan olunana qədər belə namizədlərin kim olacağını bilmir. Bu barədə istənilən avropalıya desən, gülər. Baxın, Fransada gələn il seçkilər olacaq. Ancaq namizəd bir il əvvəldən müəyyən edilir. ABŞ-da da seçkilərə bir il yarım qalmış namizədlər arasında mübarizə getdi. Ancaq Azərbaycanda bəzi siyasi qüvvələr gözləyir ki, seçkilər elan olunsun, sonra namizədləri müəyyən etsinlər. YAP isə seçkilərə bir il öncədən hazırlaşır, öz namizədini müəyyənləşdirir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyanın seçkidən sonra həbs anonsu – İrəvanda gərginlik artır
Bu gün, 15:11
Əsgər yoldaşını xilas etdi, özü həlak oldu - FOTO
Bu gün, 15:07
Tapşırıq... qohumbazlıq... HARA QƏDƏR? - "Biabırçı bir vəziyyətdir!"
Bu gün, 15:04
Yasamal RİH İZAHAT VERDİ
Bu gün, 13:43
Ermənistan üçün sonun başlanğıcı, yoxsa... - AKTUAL
Bu gün, 13:16
Zelenskidən Moskvaya ağır ZƏRBƏ ANONSU
Bu gün, 13:14
Medvedevdən İrəvan barədə sensasion bəyanat: - "Bu rüsvayçılığı heç Vaşinqtonla Brüssel də bağışlamaz"
Bu gün, 12:52
Əvvəl gətirirlər, sonra birdən “yoxa çıxır” – Apteklərdəki “analoji” dərmanların QORXUNC RİSKLƏRİ
Bu gün, 12:44
Sankt-Peterburq sakinləri baş vermiş partlayışlardan panikaya düşdü.... -FOTO
Bu gün, 12:42
Gənclər və İdman Nazirliyi 55 minlik gül alır
Bu gün, 12:39
Bakıda məşhur ticarət mərkəzi MÜFLİS OLUB? - Sahibkarlar ÇƏTİN DURUMDA!
Bu gün, 12:31
Putinlə görüşən “Rusiya Qəhrəmanı” Ukraynada öldürüldü
Bu gün, 12:23
İran ABŞ ilə danışıqlarda Livanı "sövdələşmə vasitəsi" kimi qəbul etmir - Abbas Əraqçi
Bu gün, 12:20
Taleyi o mərasimdə bəlli olacaq: - Oğlu Xameneyinin dəfninə gedəcək?
Bu gün, 12:08
Paşinyan Rusiyadan seçkilərə gələn kişilərin ölkədən çıxışını qadağan etdi - BUNA GÖRƏ...
Bu gün, 11:59
Şou-biznes ulduzlarının fantastik TOY QİYMƏTLƏRİ - SİYAHI
Bu gün, 11:57
“Seçkilərdən sonra Koçaryan həbs olunmalıdır” - “Armenpress”
Bu gün, 11:54
Razi Nurullayev heç yerdə demədiklərindən danışdı - SENSASİON MÜSAHİBƏ
Bu gün, 11:50
Azərbaycanlı qadınlar avtomobildə GÜLLƏLƏNDİ: biri öldü - TƏFƏRRÜAT
Bu gün, 11:27
NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardım ayıra bilər - "Politico"
Bu gün, 11:20
"ƏN BÖYÜK MOBİL OPERATORUMUZ" rabitəsini itirib... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:18
Astroloqdan Paşinyanla bağlı PROQNOZ: - "Çətin olacaq..."
Bu gün, 11:08
Ermənistan Prokurorluğuna "Güclü Ermənistan"ın seçki siyahısındakı 6 üzvünü həbs etmək hüququ verilib
Bu gün, 10:59
Seçki kampaniyasında qan töküldü – Paşinyanın tərəfdarı maşını kütlənin üstünə sürdü
Bu gün, 10:57
“Paşinyanı həddindən artıq ideallaşdırmadan proseslərə daha realist yanaşmaq lazımdır...” - ŞƏRH
Bu gün, 10:55
Moskvadan gələn erməni: - Səs verib geri qayıdacağıq, vəziyyət qarışa bilər
Bu gün, 10:50
Bakı ilə bağlı müəmma: - Moskva “erməni kartı”nı işə saldı, qəribə ismarış göndərdi
Bu gün, 10:45
ABŞ ordusu İranın radar sistemlərini vurduqdan sonra SEPAH Küveyt və Bəhreynə raket zərbələri endirib
Bu gün, 10:42
13 sahibkarın mülkünə dövlət adından BASQI... - NARAZILIQ VAR...
Bu gün, 10:28
İrəvanın sürpriz layihəsi - Ermənistan Türkiyə sərhədinə yol çəkir
Bu gün, 10:17
Pentaqonda İsrail kəşfiyyatının ABŞ məmurlarına qarşı fəaliyyətindən ehtiyat edirlər - "NBC News"
Bu gün, 10:08
Ermənistan MSK Karapetyanın seçki bloku ilə bağlı qərar verdi - KİV
Bu gün, 10:02
Danielyan Azərbaycanın artan nüfuzundan danışdı: - "Vəziyyət son dərəcə təhlükəlidir!"
Bu gün, 10:00
"Putin mənim tərəfdaşım, Makron və Tramp isə dostumdur..." -Paşinyandan seçkiqabağı ilginc açıqlama...
Bu gün, 09:52
Sankt-Peterburqda AKTİV DÖYÜŞLƏR GEDİR - şəhər dronların kütləvi zərbəsinə məruz qalıb
Bu gün, 09:43
Ermənistanda qanlı qarşıdurma yarana bilər - GÖZLƏNTİ
Bu gün, 09:25
Kinomuzun inkişafı üçün bu şərtlər vacibdir - Müstəsna film çəkdiyini iddia edən Azərbaycan rejissoru
Bu gün, 09:23
On üçüncü əsrin məhkəməsi: - 1223-cü il döyüşü Kremli necə dəhşətə gətirdi?
Bu gün, 09:20
Sabunçuda MÖCÜZƏ KİMİ "MÖCÜZƏ"... - NARAZILIQ VAR...
Bu gün, 09:12
ABŞ-nin axtardığı Raul Kastro Havanada keçirilən tədbirdə iştirak edib
Bu gün, 09:03
Azərbaycanda “od tutan” təhsil haqları – ÇAĞIRIŞ
Bu gün, 09:02
Sadıq Sadıqovun ölümünün təfərrüatları ortaya çıxır: Dəhşətli məqamlar - TƏFƏRRÜAT
Bu gün, 09:00
Zəngəzurla bağlı MÜJDƏ – “Tramp yolu” geridönməz status alır!
Bu gün, 08:51
"O dünyaya gəldiyi gün ilk dəfə toya getmişəm"
Bu gün, 08:46
Serbiya Aİ-yə üzv olmaq istəyirsə, Rusiya və Çinlə balans siyasətindən imtina etməlidir - Merz
Bu gün, 08:44
Sülh üçün SON GÜN... - GƏLİŞMƏ
Bu gün, 07:37
Müsavat Partiyası CNN-ə belə reaksiya verdi - AÇIQLAMA
Bu gün, 07:34
Zay məhsul satırlar, hələ üstəlik... - AXI NİYƏ?..
Bu gün, 07:23
Ermənistan AB-yə qoşulsa nələri itirəcək? - Rusiya açıqladı
Bu gün, 07:11
Mustəriyə ancaq stress yaşatmağı bilirlər - GİLEY
Bu gün, 07:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru