Yasamal RİH .....                     Ermənistan üçün sonun başlanğıcı, yoxsa... .....                     Zelenskidən Moskvaya ağır .....                     Medvedevdən İrəvan barədə sensasion bəyanat: .....                     Əvvəl gətirirlər, sonra birdən “yoxa çıxır” .....                     Sankt-Peterburq sakinləri baş vermiş partlayışlardan panikaya düşdü.... .....                     Gənclər və İdman Nazirliyi 55 minlik gül alır .....                     Bakıda məşhur ticarət mərkəzi MÜFLİS OLUB? .....                     Putinlə görüşən “Rusiya Qəhrəmanı” Ukraynada öldürüldü .....                     İran ABŞ ilə danışıqlarda Livanı "sövdələşmə vasitəsi" kimi qəbul etmir .....                     Taleyi o mərasimdə bəlli olacaq: .....                     Paşinyan Rusiyadan seçkilərə gələn kişilərin ölkədən çıxışını qadağan etdi .....                     Şou-biznes ulduzlarının fantastik TOY QİYMƏTLƏRİ .....                     “Seçkilərdən sonra Koçaryan həbs olunmalıdır” .....                     Razi Nurullayev heç yerdə demədiklərindən danışdı .....                     Azərbaycanlı qadınlar avtomobildə GÜLLƏLƏNDİ: biri öldü .....                     NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardım ayıra bilər .....                     "ƏN BÖYÜK MOBİL OPERATORUMUZ" rabitəsini itirib... .....                     Astroloqdan Paşinyanla bağlı PROQNOZ: .....                     Ermənistan Prokurorluğuna "Güclü Ermənistan"ın seçki siyahısındakı .....                     Seçki kampaniyasında qan töküldü .....                     “Paşinyanı həddindən artıq ideallaşdırmadan proseslərə daha realist yanaşmaq lazımdır...” .....                     Moskvadan gələn erməni: .....                     Bakı ilə bağlı müəmma: .....                     ABŞ ordusu İranın radar sistemlərini vurduqdan sonra .....                     13 sahibkarın mülkünə dövlət adından BASQI... .....                     İrəvanın sürpriz layihəsi .....                     Pentaqonda İsrail kəşfiyyatının ABŞ məmurlarına qarşı fəaliyyətindən ehtiyat edirlər .....                     Ermənistan MSK Karapetyanın seçki bloku ilə bağlı qərar verdi .....                     Danielyan Azərbaycanın artan nüfuzundan danışdı: .....                     "Putin mənim tərəfdaşım, Makron və Tramp isə dostumdur..." .....                     Sankt-Peterburqda AKTİV DÖYÜŞLƏR GEDİR .....                     Ermənistanda qanlı qarşıdurma yarana bilər .....                     Kinomuzun inkişafı üçün bu şərtlər vacibdir .....                     On üçüncü əsrin məhkəməsi: .....                     Sabunçuda MÖCÜZƏ KİMİ "MÖCÜZƏ"... .....                     ABŞ-nin axtardığı Raul Kastro Havanada keçirilən tədbirdə iştirak edib .....                     Azərbaycanda “od tutan” təhsil haqları .....                     Sadıq Sadıqovun ölümünün təfərrüatları ortaya çıxır: Dəhşətli məqamlar .....                     Zəngəzurla bağlı MÜJDƏ .....                 

Bəxtiyar Vahabzadənin kürəkənindən Zərdüşt Əlizadəyə sərt cavab - "...atasından danışsın"
Tarix: 16-02-2017, 07:46 | Çap et
Bəxtiyar Vahabzadənin kürəkənindən Zərdüşt Əlizadəyə sərt cavab
Politoloq Zərdüşt Əlizadə lent.az saytına müsahibəsində Azərbaycanın mərhum xalq şairləri Xəlil Rza Ulutürkü və Bəxtiyar Vahabzadəni tənqid edib. O bildirib ki, Bəxtiyar Vahabzadə türkçülük sevgisi ilə yaşamayıb, eşqdən, məhəbbətdən şeirlər yazıb, özü üçün, ailəsi üçün yaşayıb: “Bəxtiyar hələ cavan şair olanda görkəmli ədəbi tənqidçi kimi mənim atam Məmməd Mübariz Əlizadənin yanına gəlirdi. Biz Bəxtiyar Vahabzadə ilə 40 il qonşu olmuşuq. Xalq üçün yaşayan adam Bəxtiyar Vahabzadə kimi təminatlı yaşamazdı. Sadəcə, yaxşı yaşamaq üçün xalqa turançılıqdan, türkçülükdən şeirlər deyirdi. Bu da onun yaxşı çörək yeməyinə kömək eləyirdi. Xalqın hansısa sarı simini dınqıldadıb yaxşı yaşayan şairlərimiz, yazıçılarımız azmı olub?”

Xəlil Rza Ulutürk barəsində isə söyləyib ki, Xəlil Rza Ulutürk milli ədavəti qızışdıran bir adam olub: “Heç vaxt fikirləşmirdi ki, bu xalqın sonu nə olacaq? Çıxıb mitinqlərdə bar-bar bağırırdı ki, biz erməniləri tüpürcəklə boğmalıyıq. Hansı tüpürcəklə? Hansı millətin tüpürcəyi ilə erməniləri qovmaq olardı? Sən görmürsən ki, KQB erməni və Azərbaycan xalqlarını vuruşdurur ki, ortaya bir qarmaq salsın? Xəlil Rza Ulutürk isə KQB-yə xidmət edib qışqırır ki, ermənilərə lənət olsun”.

Z.Əlizadənin bu fikirlərinə “Yeni Müsavat”a açıqlamasında Bəxtiyar Vahabzadənin kürəkəni, 5 saylı Kliniki Xəstəxananın baş həkimi Ziya Əsədov sərt cavab verib. O bildirib ki, Zərdüşt Əlizadə bir politoloq kimi böyük yanlışlıqlara yol verir: “Zərdüşt Əlizadənin söylədiyi fikirləri oxudum, çox təəssüf hissi ilə qeyd edirəm ki, bu adam Bəxtiyar Vahabzadənin, Xəlil Rza Ulutürkün adını ağzına almaqdansa, türk dünyasına nifrətinin səbəbini desin. Zərdüşt Əlizadə türkçülük, azərbaycançılıq ideyasının düşməni olan atasından danışsın. Sovet hökuməti zamanında rus imperiyasının, İran dövləti ilə birlikdə gizli fəaliyyəti nəticəsində yeni nəsil yaranmışdı. Bu nəsli ”Bakinest" adlandırırdılar. Bu qrupa farslar, ermənilər, bəzi rusdilli azərbaycanlılar, kürdlər daxil idi. Həmin adamlar hər zaman türkçülüyün əleyhinə olublar. İndi də bu kimi əməllərindən əl çəkmirlər. MHP sədri Dövlət Bağçalı bu yaxınlarda çıxışı zamanı bildirdi ki, necə Türkiyənin Məhməd Akifi varsa, Azərbaycanın da Bəxtiyar Vahabzadəsi var. Təəssüf ki, bəzi televiziyalar da Zərdüşt Əlizadənin yolunu tutublar. Belə ki, Bəxtiyar Vahabzadənin 90 illik yubileyi ilə əlaqədar hazırlanan verilişlərin çoxunda onu eşq, təbiət şairi kimi qələmə verirlər. Onun millətçiliyindən, dövlətə, dilimizə, dinimizə olan münasibətindən danışmırlar. Bunu arxa plana çəkirlər. Zərdüşt Əlizadə də bütün bunları görərək, bir qədər də irəli gedir. Nə zaman Bəxtiyar Vahabzadə eşq şairi olub? O, ömrü boyu fəlsəfi şair adlanıb. Zərdüşt Əlizadənin atasından xəbəri varmı? Atası məhkəmədə Elçibəyin üzünə duran insanlardan biridir. Ona görə də məsləhət bilirəm ki, kökü kəsilməkdə olan Zərdüşt, Araz Əlizadələrə Azərbaycan xalqı fikir verməsin. Onsuz da bizim qeyrətli, savadlı rəhbərlərimiz, xalqımız belə insanları qəbul etmirlər".

Z. Əsədov bildirib ki, Jirinovskini Moskvada danışdıranlar Azərbaycanda da Zərdüşt Əlizadə kimi şəxslərə müvafiq tapşırıqlar veriblər:

“Jirinoviskini danışdıranlar Zərdüşt Əlizadəyə də tapşırıq veriblər”

“Jirinovski tələb edir ki, SSRİ-ni bərpa etmək lazımdır. Onu qışqırdan adam, bunlara da tapşırıq verir ki, siz də bu istiqamətdə danışın. Bunların arzusu sovet imperiyasını bərpa etməkdir. Deyir ki, rus qoşunları Azərbaycandan çıxmamalı idi. Azərbaycanın müstəqilliyinin ilk saniyəsində rus qoşunları Azərbaycandan çıxıb, rus valyutası ölkədə ləğv olunub. Böyük türk, Mustafa Kamal Atatürk yaxşı deyib ki, ”Türkün, türkdən başqa dostu yoxdur".

Zərdüşt Əlizadə də türk deyil. Ermənidir, farsdır, hər nədirsə bilmirəm, ancaq türk deyil. Zərdüşt Əlizadə Bəxtiyar Vahabzadəni istiqlal şairi kimi qəbul edə bilmədiyi üçün ona bu cür yanaşır. Bəxtiyar Vahabzadəni ona görə türk dünyasının ən önəmli şairlərindən biri hesab edirlər ki, o, türkçülüyü hər zaman qoruyub. Çox sevindirici haldır ki, saxtakar “bakinest”lər artıq tükənirlər. Zərdüşt Əlizadə və onun kimilərini qıcıqlandıran Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması, “Latın dili” şeiri, “Göytürklər” kimi fəlsəfi əsərləridir. Çünki orada həm ruslara, həm də farslara sataşılır.

Zərdüşt Əlizadə isə həm rusun, həm də farsın dili ilə danışır. Əbülfəz Elçibəyə kürd deyirsə, öz türklüyünü boynuna alırmı?

Niyə deyir ki, azərbaycanlıyam? Deyir ki, Bəxtiyar Vahabzadə türkçülük sevgisi ilə yaşamayıb. Ona demək istəyirəm ki, məhz Bəxtiyar Vahabzadənin böyük xidməti nəticəsində indi Azərbaycanda yaşayan bütün türklər özlərinin türk olduqlarını anlayırlar. Bəxtiyar Vahabzadənin türk sevgisi olmasaydı, onun otağında, başının üzərində Mustafa Kamal Atatürkün portreti olmazdı. Bundan əlavə, onun kabinetində bütün türk dövlətlərinin bayrağı var idi. Zərdüşt Əlizadə buna görə də Bəxtiyar Vahabzadəni istəmir. Deyir ki, Əbülfəz Elçibəy ölmüş türk dünyasının siyasi Şeyx Nəsrullahı idi. Bil ki, türk dünyası heç zaman ölməyib. Sən özün ölü kimisən. Sən türkəm deyə bilərsənmi? Türklərin yer üzünün yarısını işğal etdikləri zamanı, tarixi, deyəsən, qəbul edə bilmirsən. Bu gün də Türkiyənin, Azərbaycanın müstəqilliyini gözün götürmür".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yasamal RİH İZAHAT VERDİ
Bu gün, 13:43
Ermənistan üçün sonun başlanğıcı, yoxsa... - AKTUAL
Bu gün, 13:16
Zelenskidən Moskvaya ağır ZƏRBƏ ANONSU
Bu gün, 13:14
Medvedevdən İrəvan barədə sensasion bəyanat: - "Bu rüsvayçılığı heç Vaşinqtonla Brüssel də bağışlamaz"
Bu gün, 12:52
Əvvəl gətirirlər, sonra birdən “yoxa çıxır” – Apteklərdəki “analoji” dərmanların QORXUNC RİSKLƏRİ
Bu gün, 12:44
Sankt-Peterburq sakinləri baş vermiş partlayışlardan panikaya düşdü.... -FOTO
Bu gün, 12:42
Gənclər və İdman Nazirliyi 55 minlik gül alır
Bu gün, 12:39
Bakıda məşhur ticarət mərkəzi MÜFLİS OLUB? - Sahibkarlar ÇƏTİN DURUMDA!
Bu gün, 12:31
Putinlə görüşən “Rusiya Qəhrəmanı” Ukraynada öldürüldü
Bu gün, 12:23
İran ABŞ ilə danışıqlarda Livanı "sövdələşmə vasitəsi" kimi qəbul etmir - Abbas Əraqçi
Bu gün, 12:20
Taleyi o mərasimdə bəlli olacaq: - Oğlu Xameneyinin dəfninə gedəcək?
Bu gün, 12:08
Paşinyan Rusiyadan seçkilərə gələn kişilərin ölkədən çıxışını qadağan etdi - BUNA GÖRƏ...
Bu gün, 11:59
Şou-biznes ulduzlarının fantastik TOY QİYMƏTLƏRİ - SİYAHI
Bu gün, 11:57
“Seçkilərdən sonra Koçaryan həbs olunmalıdır” - “Armenpress”
Bu gün, 11:54
Razi Nurullayev heç yerdə demədiklərindən danışdı - SENSASİON MÜSAHİBƏ
Bu gün, 11:50
Azərbaycanlı qadınlar avtomobildə GÜLLƏLƏNDİ: biri öldü - TƏFƏRRÜAT
Bu gün, 11:27
NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardım ayıra bilər - "Politico"
Bu gün, 11:20
"ƏN BÖYÜK MOBİL OPERATORUMUZ" rabitəsini itirib... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:18
Astroloqdan Paşinyanla bağlı PROQNOZ: - "Çətin olacaq..."
Bu gün, 11:08
Ermənistan Prokurorluğuna "Güclü Ermənistan"ın seçki siyahısındakı 6 üzvünü həbs etmək hüququ verilib
Bu gün, 10:59
Seçki kampaniyasında qan töküldü – Paşinyanın tərəfdarı maşını kütlənin üstünə sürdü
Bu gün, 10:57
“Paşinyanı həddindən artıq ideallaşdırmadan proseslərə daha realist yanaşmaq lazımdır...” - ŞƏRH
Bu gün, 10:55
Moskvadan gələn erməni: - Səs verib geri qayıdacağıq, vəziyyət qarışa bilər
Bu gün, 10:50
Bakı ilə bağlı müəmma: - Moskva “erməni kartı”nı işə saldı, qəribə ismarış göndərdi
Bu gün, 10:45
ABŞ ordusu İranın radar sistemlərini vurduqdan sonra SEPAH Küveyt və Bəhreynə raket zərbələri endirib
Bu gün, 10:42
13 sahibkarın mülkünə dövlət adından BASQI... - NARAZILIQ VAR...
Bu gün, 10:28
İrəvanın sürpriz layihəsi - Ermənistan Türkiyə sərhədinə yol çəkir
Bu gün, 10:17
Pentaqonda İsrail kəşfiyyatının ABŞ məmurlarına qarşı fəaliyyətindən ehtiyat edirlər - "NBC News"
Bu gün, 10:08
Ermənistan MSK Karapetyanın seçki bloku ilə bağlı qərar verdi - KİV
Bu gün, 10:02
Danielyan Azərbaycanın artan nüfuzundan danışdı: - "Vəziyyət son dərəcə təhlükəlidir!"
Bu gün, 10:00
"Putin mənim tərəfdaşım, Makron və Tramp isə dostumdur..." -Paşinyandan seçkiqabağı ilginc açıqlama...
Bu gün, 09:52
Sankt-Peterburqda AKTİV DÖYÜŞLƏR GEDİR - şəhər dronların kütləvi zərbəsinə məruz qalıb
Bu gün, 09:43
Ermənistanda qanlı qarşıdurma yarana bilər - GÖZLƏNTİ
Bu gün, 09:25
Kinomuzun inkişafı üçün bu şərtlər vacibdir - Müstəsna film çəkdiyini iddia edən Azərbaycan rejissoru
Bu gün, 09:23
On üçüncü əsrin məhkəməsi: - 1223-cü il döyüşü Kremli necə dəhşətə gətirdi?
Bu gün, 09:20
Sabunçuda MÖCÜZƏ KİMİ "MÖCÜZƏ"... - NARAZILIQ VAR...
Bu gün, 09:12
ABŞ-nin axtardığı Raul Kastro Havanada keçirilən tədbirdə iştirak edib
Bu gün, 09:03
Azərbaycanda “od tutan” təhsil haqları – ÇAĞIRIŞ
Bu gün, 09:02
Sadıq Sadıqovun ölümünün təfərrüatları ortaya çıxır: Dəhşətli məqamlar - TƏFƏRRÜAT
Bu gün, 09:00
Zəngəzurla bağlı MÜJDƏ – “Tramp yolu” geridönməz status alır!
Bu gün, 08:51
"O dünyaya gəldiyi gün ilk dəfə toya getmişəm"
Bu gün, 08:46
Serbiya Aİ-yə üzv olmaq istəyirsə, Rusiya və Çinlə balans siyasətindən imtina etməlidir - Merz
Bu gün, 08:44
Sülh üçün SON GÜN... - GƏLİŞMƏ
Bu gün, 07:37
Müsavat Partiyası CNN-ə belə reaksiya verdi - AÇIQLAMA
Bu gün, 07:34
Zay məhsul satırlar, hələ üstəlik... - AXI NİYƏ?..
Bu gün, 07:23
Ermənistan AB-yə qoşulsa nələri itirəcək? - Rusiya açıqladı
Bu gün, 07:11
Mustəriyə ancaq stress yaşatmağı bilirlər - GİLEY
Bu gün, 07:10
Şəhid anasının SOSİAL MÜDAFİƏSİ budursa... - ETİRAZ VAR!
Bu gün, 06:54
Körpələr Evində BÖYÜKLƏRİN İŞTAHASI... - İTTİHAM VAR...
Bu gün, 06:37
Evlər niyə sığortasızdır: Qiymət bahadır, yoxsa “kupça” verilmir? - AKTUAL
Bu gün, 06:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru