Ermənistan üçün sonun başlanğıcı, yoxsa... .....                     Zelenskidən Moskvaya ağır .....                     Medvedevdən İrəvan barədə sensasion bəyanat: .....                     Əvvəl gətirirlər, sonra birdən “yoxa çıxır” .....                     Sankt-Peterburq sakinləri baş vermiş partlayışlardan panikaya düşdü.... .....                     Gənclər və İdman Nazirliyi 55 minlik gül alır .....                     Bakıda məşhur ticarət mərkəzi MÜFLİS OLUB? .....                     Putinlə görüşən “Rusiya Qəhrəmanı” Ukraynada öldürüldü .....                     İran ABŞ ilə danışıqlarda Livanı "sövdələşmə vasitəsi" kimi qəbul etmir .....                     Taleyi o mərasimdə bəlli olacaq: .....                     Paşinyan Rusiyadan seçkilərə gələn kişilərin ölkədən çıxışını qadağan etdi .....                     Şou-biznes ulduzlarının fantastik TOY QİYMƏTLƏRİ .....                     “Seçkilərdən sonra Koçaryan həbs olunmalıdır” .....                     Razi Nurullayev heç yerdə demədiklərindən danışdı .....                     Azərbaycanlı qadınlar avtomobildə GÜLLƏLƏNDİ: biri öldü .....                     NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardım ayıra bilər .....                     "ƏN BÖYÜK MOBİL OPERATORUMUZ" rabitəsini itirib... .....                     Astroloqdan Paşinyanla bağlı PROQNOZ: .....                     Ermənistan Prokurorluğuna "Güclü Ermənistan"ın seçki siyahısındakı .....                     Seçki kampaniyasında qan töküldü .....                     “Paşinyanı həddindən artıq ideallaşdırmadan proseslərə daha realist yanaşmaq lazımdır...” .....                     Moskvadan gələn erməni: .....                     Bakı ilə bağlı müəmma: .....                     ABŞ ordusu İranın radar sistemlərini vurduqdan sonra .....                     13 sahibkarın mülkünə dövlət adından BASQI... .....                     İrəvanın sürpriz layihəsi .....                     Pentaqonda İsrail kəşfiyyatının ABŞ məmurlarına qarşı fəaliyyətindən ehtiyat edirlər .....                     Ermənistan MSK Karapetyanın seçki bloku ilə bağlı qərar verdi .....                     Danielyan Azərbaycanın artan nüfuzundan danışdı: .....                     "Putin mənim tərəfdaşım, Makron və Tramp isə dostumdur..." .....                     Sankt-Peterburqda AKTİV DÖYÜŞLƏR GEDİR .....                     Ermənistanda qanlı qarşıdurma yarana bilər .....                     Kinomuzun inkişafı üçün bu şərtlər vacibdir .....                     On üçüncü əsrin məhkəməsi: .....                     Sabunçuda MÖCÜZƏ KİMİ "MÖCÜZƏ"... .....                     ABŞ-nin axtardığı Raul Kastro Havanada keçirilən tədbirdə iştirak edib .....                     Azərbaycanda “od tutan” təhsil haqları .....                     Sadıq Sadıqovun ölümünün təfərrüatları ortaya çıxır: Dəhşətli məqamlar .....                     Zəngəzurla bağlı MÜJDƏ .....                     "O dünyaya gəldiyi gün ilk dəfə toya getmişəm" .....                 

“Nuru paşa Gəncədə oturmuşdu, qızıl tələb edirdi” - Araz Əlizadədən qalmaqallı açıqlama
Tarix: 2-02-2017, 10:20 | Çap et
“Nuru paşa Gəncədə oturmuşdu, qızıl tələb edirdi”
Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə Modern.az saytının suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.

-Araz müəllim, necəsiniz? Deputatlıq fəaliyyətindən sonra işləriniz çoxaldığınızdan özünüzü gərgin hiss etmirsiniz?

-Əsla. İş nə qədər çox olsa, o qədər yaxşıdır. Hər şey normaldır.

-Şübhəsiz ki, maddi durumunuz da düzəlib.

-Maddi durumum işsiz vaxtlarıma nisbətən yaxşılaşıb. Şikayətim yoxdur.

-Partiyanızın isə maliyyə vəziyyəti isə yaxşı deyil, eləmi?

-Yox, yaxşıdır.

-Hiss edirsinizmi, deputat olmazdan qabaq partiyanızın maddi vəziyyətindən şikayət edirdiniz.

-Bəli, indi etmirəm. Çünki artıq dövlətdən parlamentdə təmsil olunan partiyalara vəsait ayrılır.

-Onu bilirəm. Amma bu vəsait inanırsınız ki, partiyanızın maliyyə mənzərəsini yaxşılaşdırıb? Bilirsiniz, niyə bu sualı verdim. Çünki elə parlamentdə təmsil olunan bəzi partiya sədrləri dövlət tərəfindən ayrılan maliyyənin azlığından şikayətlənir.

-Ola bilər, mən isə şikayətlənmirəm. Şikayətlənən insanlar bir şeyi başa düşməlidir ki, indi iqtisadi böhrandır. İqtisadi böhran vəziyyətində ola bilməz ki, deputat yaxşı yaşasın, xalq pis. Deputat özü də xalqın içindən çıxıb axı! Necə ola bilər ki, insanlar ailələrini dolandıra bilməsin, amma partiya yaxşı yaşasın. Deputat həmkarım Siyavuş Novruzov qeyd etdi ki, bəzi partiya sədrləri heç bir yerdə işləmir, amma onların bahalı maşınları, cangüdənləri var. Uşaqları da xaricdə tüğyan edir. Bütün bunlar nə ilə olur?

-Konkret ad çəkin.

-Sağ müxalifət partiyaların liderlərinin əksəriyyəti. Çoxu bu siyahıya aiddir.

-Sizin övladınız xaricdə təhsil almayıb?

-Xeyr, mənim övladım Azərbaycanda təhsil alıb.

-Milli Məclisin iclasında da Mərkəzi Bankın pul siyasətini tənqid etdiniz. Tək siz deyilsiniz, çox adam, yaranmış vəziyyətə Mərkəzi Bankın sədrini Elman Rüstəmovu tənqid edir...

-Bir dəqiqə. Deyirsiniz tənqid etməyək?! Mənim Elman Rüstəmovla nə tanışlığm var, nə də düşmənçiliyim. Devalvasiya olanda, dollar 1 manat 5 qəpikdən, 1 manat 55 qəpiyə qalxanda, bütün banklarla razılaşdırıldı ki, krediti olanlar borcunu əvvəlki məzənnə ilə ödəsinlər. Amma Elman Rüstəmov iki ayağını bir başmağa dirədi ki, bu, banks sistemini dağıdacaq. Elman Rüstəmovu başa sala bilmədik ki, bu, əksinə, bank sisteminin inkişafına kömık edəcək. Başa sala bilmədik ki, 78 qəpikdən satılan pulun əvəzini 1 manat 80 qəpikdən ödəməyi tələb edəndə bank sistemi çökəcək. Mən də Milli Məclisin iclasında dedim ki, “Moody’s” Azərbaycanın kredit reytinqini aşağı salıb. Görün nə ediblər?! Heç sovet dönəmində Azərbaycanda quldur reketlər yox idi. Bizdə quldur reketləri yalnız Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə olub. Ayrı zamanlar isə olmayıb. İndi də həmin kollektor təşkilatlarını yaradırlar. Bunlar da quldur reketlərdir.

-AXC hökumətini niyə bu şəkildə ittiham edirsiniz? Əlinizdə fakt varmı?

-Quldur reketlər var idi. Hər bəyin quldur dəstəsi var idi. Gəlirdilər, toylardan pulları götürüb gedirdilər. Gəlib mağazalardan mal götürürdülər. Ad da olurdu ki, hamısı Qarabağa gedir.


-Özünüz şahidi olmusunuz?

-Bəli, hər bir sözümün də arxasında dururam. Gəlirdilər, restorana girirdilər, yeyib-içirdilər, pul verməyib gedirdilər. Hələ avtomatla tavana güllə də atırdılar.

-Elman Rüstəmov zaman-zaman Milli Məclisə gəlir. İndi dediyiniz fikirləri onun özünə də deyə bilərsiniz?

-Mənim daha sərt formada kiminləsə danışmaq fikrim yoxdur. Dediyim budur ki, Azərbaycanda bank sistemi dağılıb. Və kredit borclarını möhtəkircəsinə geri almaq boş və mənasızdır. Sənin əgər 10 manatın varsa, səndən 15 manat almaq ədalətsizlikdir. Bu, həm də insafsızlıqdır. Kredit nədir? Bank satır, sən də o krediti alırsan. Təsəvvür edin ki, Elman Rüstəmov 5 manata bir kilo ət alıb. İndi isə ətin qiyməti 14 manatdır. Qəssab gəlir Elman Rüstəmovun qapısını döyür və “qardaş əlavə 9 manat da verəcəksən” deyir. Elman Rüstəmov da sual edir: “Niyə?”. Qəssab da deyir ki, mənə nə.
İndi, hörmətli Elman Rüstəmov, sən dolları 78 qəpikdən satmısan. Bəs niyə o qiymətlə də geri almırsan?! Ya da 1 manat 5 qəpikdən satmısansa, o qiymətə də geri al da. Qazaxıstanda, Çində bunu etdilər. Ölkə iqtisadiyyatı dağıldımı? Xeyr.
Sizə ayrı misal çəkim. Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina neçə ildir ki, dünyada bir nömrəli bankir hesab olunur. Rusiya iqtisadiyyatı da neftə köklənib, Azərbaycanın da. Amma neftin qiymətləri artandan sonra Rusiyada rublun qiyməti bahalaşır.
Bizdə büdəcədə neftin qiyməti 40 dollardan götürülüb. İndi isə “Azeri Light” neftinin qiyməti təxminən 55-56 dollardır. Əgər büdcədə 40 dollardan götürülübsə, biz hər bareldən təxminən 10 dollardan artıq pul götürürük. Bəs necə olur ki, manatın məzənnəsi aşağı düşür? Bunu mənə iqtisadi cəhətdən başa sala bilərmi?! Mən iqtisadçılardan bu barədə soruşuram. Cavab isə maraqlıdır: “Bilmirik”.
Mən başa düşürəm ki, Çin, Yaponiya, indi də Donald Tramp istəyir ki, süni surətdə ölkələrinin valyutalarının qiymətini qaldırsın. Onlar istəyir ki, ixracatdan gələn gəlirlər artsın. Amma Azərbaycanın neftdən başqa ixracatı demək olar ki, yoxdur axı.

-Trampdan söz düşmüşkən. Onun yürütdüyü siyasət Yaxın Şərqin siyasi tablosunu dəyişə biləcəkmi?

-Trampı Yaxın Şərq maraqlandırmır. Onu, yalnız ABŞ maraqlandırır. Bu da düzgün siyasətdir.Yaxın Şərqi bədbəxt vəziyyətə indiki ABŞ administrasiyası salmayıb. Buna görə də, oranın mənzərəsi çətin dəyişə. Məsələn, Liviyanın normal bir dövlət olması üçün yenə də Qəddafi kimi güclü şəxsiyyət ortaya çıxmalıdır. Yəqin ki, Yaxın Şərqin düzəlməsi üçün 50 il vaxt lazım olacaq.

-Yəni, demək istəyirsiniz ki, Trampın 7 müsəlman ölkəsinə qarşı imzaladığı fərman düzgündür?

-Bu, müsəlman ölkələrinə qarşı deyil. Bu, terrorçulara qarşıdır. Tramp demir ki, onları ölkəyə buraxmıram, deyir ki, sadəcə yoxlayıb buraxacağam. Azərbaycan vətəndaşlarını da yoxlayıb buraxırdılar. Məgər, bu, bizim hüquqlarımızı tapdalayırdı?! Suriyalıları, iranlıları yoxlayıb buraxmaq qəbahətdir ki?!

-Deputat həmkarınız Yaqub Mahmudov belə təklif irəli sürdü ki, Azərbaycan İrəvan üzərində varislik hüququnu bərpa etməlidir. İndiki geosiyasi şəraitdə bu necə mümkün ola bilər?

-Yaqub müəllim, gözəl alim, gözəl tarixçidir. Batumi sazişini də o ortaya çıxarıb. Biz deyirik ki, öz sərhədlərimiz çərçivəsində BMT-yə daxil olmuşuq və Qarabağ bizimdir. Tamamilə haqlıyıq. Amma Ermənistan da öz sərhədləri çərçivəsində BMT-yə üzv olub. Heç kim icazə verməz ki, biz İrəvanı geri alaq. Burada ayrı bir məsələ var. Biz bunu mütləq dərsliklərə salmalıyıq. Uşaqlarımız, gənclərimiz bilsinlər ki, erməni qara yarasını Azərbaycanın bədəninə Osmanlı imperatorluğu salıb. Türkiyə isə Osmanlı imperiyasının cinayətlərinə görə, cavab vermək fikrində deyil.
Biz desək ki, Osmanlının sayəsində Azərbaycan ərazisində Ermənistan dövləti yaranıb, çıxıb deyəcəklər ki, bunu ingilislər təkid edirdilər. 1915-ci ildən sonra Osmanlılar öz paxırlarını ört-basdır etmək üçün Azərbaycan ərazilərində Ermənistan dövlətinin yaranmasına şərait yaratdı. Halbuki, Azərbaycan o zaman bütün ümidlərini Osmanlıya bağlamışdı. Amma Osmanlı imperiyası Azərbaycanın acizliyini görüb, ingilislərin xoşuna gəlmək üçün 9 min kvadrat kilometr ərazini Ermənistana verdi. Sazişdə yazılmışdı ki, daha ermənilər bir qarış torpağa da iddia etməyəcəklər.
İndi cənab prezident İlham Əliyev bəyan edir ki, Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaranmasına imkan verilməyəcək.

-Dediyinizdən belə anladım ki, Osmanlılar erməniləri himayə edirdilər. Ancaq Azərbaycanı erməni qırğınından qoruyan da Qafqaz İslam Ordusu idi.

-Elə deyil. Erməniləri bizim üstümüzə salan elə Osmanlı idi. Sonradan isə xilas etdilər. Bu faktı unutmayın. Nuru paşa Gəncədə oturmuşdu və ona qızıl gələnə qədər yerindən tərpənmirdi.

-İstinad etdiyiniz mənbə hansıdır?

-Fazil Mustafanın bu haqda elmi məqaləsi var. Nuru paşa oturmuşdu və tələb edirdi ki, ona qızıl gəlməlidir, əks halda ermənilərə qarşı hücuma keçməyəcək. Hacı Zeynalabdin Tağıyev Nuru paşaya faytonla qızılı çatdırandan sonra o, Gəncədən Bakıya doğru hərəkət etdi.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan üçün sonun başlanğıcı, yoxsa... - AKTUAL
Bu gün, 13:16
Zelenskidən Moskvaya ağır ZƏRBƏ ANONSU
Bu gün, 13:14
Medvedevdən İrəvan barədə sensasion bəyanat: - "Bu rüsvayçılığı heç Vaşinqtonla Brüssel də bağışlamaz"
Bu gün, 12:52
Əvvəl gətirirlər, sonra birdən “yoxa çıxır” – Apteklərdəki “analoji” dərmanların QORXUNC RİSKLƏRİ
Bu gün, 12:44
Sankt-Peterburq sakinləri baş vermiş partlayışlardan panikaya düşdü.... -FOTO
Bu gün, 12:42
Gənclər və İdman Nazirliyi 55 minlik gül alır
Bu gün, 12:39
Bakıda məşhur ticarət mərkəzi MÜFLİS OLUB? - Sahibkarlar ÇƏTİN DURUMDA!
Bu gün, 12:31
Putinlə görüşən “Rusiya Qəhrəmanı” Ukraynada öldürüldü
Bu gün, 12:23
İran ABŞ ilə danışıqlarda Livanı "sövdələşmə vasitəsi" kimi qəbul etmir - Abbas Əraqçi
Bu gün, 12:20
Taleyi o mərasimdə bəlli olacaq: - Oğlu Xameneyinin dəfninə gedəcək?
Bu gün, 12:08
Paşinyan Rusiyadan seçkilərə gələn kişilərin ölkədən çıxışını qadağan etdi - BUNA GÖRƏ...
Bu gün, 11:59
Şou-biznes ulduzlarının fantastik TOY QİYMƏTLƏRİ - SİYAHI
Bu gün, 11:57
“Seçkilərdən sonra Koçaryan həbs olunmalıdır” - “Armenpress”
Bu gün, 11:54
Razi Nurullayev heç yerdə demədiklərindən danışdı - SENSASİON MÜSAHİBƏ
Bu gün, 11:50
Azərbaycanlı qadınlar avtomobildə GÜLLƏLƏNDİ: biri öldü - TƏFƏRRÜAT
Bu gün, 11:27
NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardım ayıra bilər - "Politico"
Bu gün, 11:20
"ƏN BÖYÜK MOBİL OPERATORUMUZ" rabitəsini itirib... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:18
Astroloqdan Paşinyanla bağlı PROQNOZ: - "Çətin olacaq..."
Bu gün, 11:08
Ermənistan Prokurorluğuna "Güclü Ermənistan"ın seçki siyahısındakı 6 üzvünü həbs etmək hüququ verilib
Bu gün, 10:59
Seçki kampaniyasında qan töküldü – Paşinyanın tərəfdarı maşını kütlənin üstünə sürdü
Bu gün, 10:57
“Paşinyanı həddindən artıq ideallaşdırmadan proseslərə daha realist yanaşmaq lazımdır...” - ŞƏRH
Bu gün, 10:55
Moskvadan gələn erməni: - Səs verib geri qayıdacağıq, vəziyyət qarışa bilər
Bu gün, 10:50
Bakı ilə bağlı müəmma: - Moskva “erməni kartı”nı işə saldı, qəribə ismarış göndərdi
Bu gün, 10:45
ABŞ ordusu İranın radar sistemlərini vurduqdan sonra SEPAH Küveyt və Bəhreynə raket zərbələri endirib
Bu gün, 10:42
13 sahibkarın mülkünə dövlət adından BASQI... - NARAZILIQ VAR...
Bu gün, 10:28
İrəvanın sürpriz layihəsi - Ermənistan Türkiyə sərhədinə yol çəkir
Bu gün, 10:17
Pentaqonda İsrail kəşfiyyatının ABŞ məmurlarına qarşı fəaliyyətindən ehtiyat edirlər - "NBC News"
Bu gün, 10:08
Ermənistan MSK Karapetyanın seçki bloku ilə bağlı qərar verdi - KİV
Bu gün, 10:02
Danielyan Azərbaycanın artan nüfuzundan danışdı: - "Vəziyyət son dərəcə təhlükəlidir!"
Bu gün, 10:00
"Putin mənim tərəfdaşım, Makron və Tramp isə dostumdur..." -Paşinyandan seçkiqabağı ilginc açıqlama...
Bu gün, 09:52
Sankt-Peterburqda AKTİV DÖYÜŞLƏR GEDİR - şəhər dronların kütləvi zərbəsinə məruz qalıb
Bu gün, 09:43
Ermənistanda qanlı qarşıdurma yarana bilər - GÖZLƏNTİ
Bu gün, 09:25
Kinomuzun inkişafı üçün bu şərtlər vacibdir - Müstəsna film çəkdiyini iddia edən Azərbaycan rejissoru
Bu gün, 09:23
On üçüncü əsrin məhkəməsi: - 1223-cü il döyüşü Kremli necə dəhşətə gətirdi?
Bu gün, 09:20
Sabunçuda MÖCÜZƏ KİMİ "MÖCÜZƏ"... - NARAZILIQ VAR...
Bu gün, 09:12
ABŞ-nin axtardığı Raul Kastro Havanada keçirilən tədbirdə iştirak edib
Bu gün, 09:03
Azərbaycanda “od tutan” təhsil haqları – ÇAĞIRIŞ
Bu gün, 09:02
Sadıq Sadıqovun ölümünün təfərrüatları ortaya çıxır: Dəhşətli məqamlar - TƏFƏRRÜAT
Bu gün, 09:00
Zəngəzurla bağlı MÜJDƏ – “Tramp yolu” geridönməz status alır!
Bu gün, 08:51
"O dünyaya gəldiyi gün ilk dəfə toya getmişəm"
Bu gün, 08:46
Serbiya Aİ-yə üzv olmaq istəyirsə, Rusiya və Çinlə balans siyasətindən imtina etməlidir - Merz
Bu gün, 08:44
Sülh üçün SON GÜN... - GƏLİŞMƏ
Bu gün, 07:37
Müsavat Partiyası CNN-ə belə reaksiya verdi - AÇIQLAMA
Bu gün, 07:34
Zay məhsul satırlar, hələ üstəlik... - AXI NİYƏ?..
Bu gün, 07:23
Ermənistan AB-yə qoşulsa nələri itirəcək? - Rusiya açıqladı
Bu gün, 07:11
Mustəriyə ancaq stress yaşatmağı bilirlər - GİLEY
Bu gün, 07:10
Şəhid anasının SOSİAL MÜDAFİƏSİ budursa... - ETİRAZ VAR!
Bu gün, 06:54
Körpələr Evində BÖYÜKLƏRİN İŞTAHASI... - İTTİHAM VAR...
Bu gün, 06:37
Evlər niyə sığortasızdır: Qiymət bahadır, yoxsa “kupça” verilmir? - AKTUAL
Bu gün, 06:30
AGENTLİK SƏDRİ, QUDALARI VƏ ÇEVRƏSİ: Onlar niyə təltif olunmadı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru