UEFA-da AFFA-nın əməkdaşına vəzifə verildi .....                     Uşağı döyən psixoloq haqlı çıxa bilər .....                     Azərbaycanın lombard şirkəti “BQ” ASC .....                     “Aqrarkredit”in balansındakı əmlaklar hərraca çıxarılır .....                     Rektor yeni şöbə müdiri təyin etdi .....                     KTM-in mətbuat katibi vəzifəsindən ayrıldı .....                     "Niyə mən borclanmalıyam?" .....                     "Etiraf et ki, anana vaxtında sevgini tam göstərə bilmədin" .....                     Nazir 7 ay əvvəl direktor təyin etmişdi, öz ərizəsi ilə işdən getdi .....                     Vüsal İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ .....                     Yaponiyaya qarşı təhdidlər sadə bir həqiqəti nümayiş etdirir: .....                     Rövşən Nəcəfdən yeni təyinat: BU DƏFƏ... .....                     Rus ekspertdən sensasiyalı proqnoz: .....                     Eyni Bişkek, fərqli Azərbaycan: .....                     Şəkidə yaşanan qorxulu olay: əhali narahatdır .....                     Qazaxıstanın ən böyük müxalif nəşrlərindən biri fəaliyyətini dayandırır .....                     İki məşhurun davası Faiq Ağayevin toyunda başlayıbmış .....                     Paşinyan tələsməlidir... .....                     Putin Qırğızıstanda Cinpinlə görüşüb .....                     “GoldenPay”ə yeni rəhbər təyin edildi .....                     Hibrid avtomobillər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? .....                     Afət Fərmanqızı Dəniz Əsədovanı məhkəməyə verdi .....                     Əliyevlə Paşinyan Bişkekdəki görüşdə .....                     Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb .....                     Azərbaycana qarşı “üçlü hücum”: .....                     Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma və təhlillər aparır .....                     "Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi yaradılıb .....                     "Özümü 50 yaşında kişi kimi hiss edirəm" .....                     “Cəlilabad Şərab-2” ASC-nin dövlətə olan 1 milyona çatır .....                     Ermənistan müdafiə naziri Hindistan marşalı ilə görüşdü .....                     “Atam məzar daşlarına şeir yazırdı, .....                     BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi .....                     Ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı şikayət geri götürüldü .....                     Hindistan Özbəkistan üzərindən Mərkəzi Asiyada möhkəmlənmək istəyir... .....                     Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? .....                     Bəzi yerlərdə arabir yağış yağacağ gözlənilir .....                     Pezeşkianın müavini: .....                     “Azərşəkər”in kapitalına 5.6 milyon manat əlavə edildi .....                     Aktrisaya HAQSIZLIQ: .....                     “AccessBank”da şirkət əmanətləri .....                 

PREZİDENTİN GÖSTƏRİŞİNİ SATIN ALANLAR
Tarix: 11-04-2012, 12:10 | Çap et
PREZİDENTİN GÖSTƏRİŞİNİ SATIN ALANLAR

HAKİMİYYƏT İÇİNDƏ BU YÖNDƏ CİDDİ MƏMUR ŞƏBƏKƏSİ FORMALAŞIB

DİA.AZ: - Oliqarxlar biznes maraqların Təxminən 1 il əvvəl, 2011-ci il martın 9-da Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə prezident İlham Əliyev paytaxtda В«qanunsuz tikildiyiВ» iddia edilən və buna görə sənədləşdirilməmiş evlərin qeydiyyata alınmasına dair müvafiq qurumlara tapşırıq verdi. Həmin toplantıda prezidentin çıxışından bir hissəni olduğu kimi diqqətinizə çatdırırıq: В«Bakıda evlərin qeydiyyata alınması problemi var. Ancaq biz elə etməliyik ki, bu problem həll olunarkən xoşagəlməz halların qarşısını tam şəkildə ala bilək. O evlər qeydiyyata alınmalıdır. Hacıbala Abutalıbova göstəriş vermişəm, bu məsələnin həlli üçün şəffaf mexanizm işlənilməlidir ki, biz burada korrupsiyanı, rüşvətxorluğu tamamilə aradan götürək. Yoxsa, xoşniyyətli bir təşəbbüs yenə də bəzi adamların tamahkarlığı ucbatından bizə ancaq problemlər gətirə bilər. Ona görə bu mexanizm işlənilməlidir, çox ciddi təftiş aparılmalıdır ki, hansı evlər qeydiyyata alınmalıdır, o evlər necə tikilib? Gələcəkdə də qanunsuz evlərin tikintisinə yol verilməməlidirВ».

Prezident bu çıxışı paytaxt ətrafı qəsəbələrdə yaşayan 100 minlərlə insanı neçə illərdir düşündürən bir problemin teziklə həll olunacağına ümid yaratdı. Ancaq bu tapşırıq bir ildir icra olunmur. Halbuki Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədov və başqaları prezidentin tapşırığını qısa müddətdə icra edəcəklərini bildirirdilər. Müşavirədən cəmi 20 gün sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov bildirmişdi ki, evlərin qeydiyyatı mexanizmi hazırlanır və yaxın vaxtlarda qanun layihəsi də razılaşdırılmaq üçün aidiyyətli qurumlara göndəriləcək.

Maraqlıdır ki, müşavirəyə qədər В«əllərində külüngВ» sökməklə məşğul olanların da, mövqelərində dəyişiklik yaranmışdı. Məsələn, bu gün heç kimə güzəşt edilməyəcəyini deyən Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev müşavirədən sonra qurumun balansındakı ərazilərdə tikilən qanunsuz evləri sökməyə yox, yenilərinin tikilməsinin qarşısını almağa çalışdığını bəyan etmişdi. Amma nə yazıq ki, prezidentin bu vədinin icrası da antikorrupsiya kampaniyası kimi cəmi bir neçə ay sürdü. Sonradan bütün qurumlar sənədin gecikməsinin məsuliyyətini bir-birinin üzərinə atmağa başladı.

BŞİH-dən iddia edilir ki, bu qurum sənədsiz evlərin qeydiyyata alınması mexanizminin hazırlanmasına dair ölkə başçısının tapşırığını yerinə yetirib. Hacıbala Abutalıbovun rəhbərliyi altında paytaxtın 11 rayonunun icra hakimiyyəti başçılarının iştirakı ilə В«qanunsuzВ» evlərin siyahısının hazırlanması ilə bağlı xüsusi müşavirə keçirilib, təkliflər hazırlanıb. Ötən ilin avqustun əvvəlində sənəd razılaşdırılmaq üçün Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə (ƏMDK) təqdim olunub.

DTXK sədri Qərib Məmmədov da rəhbərlik etdiyi qurumun üzərinə düşən vəzifələri yerinə yetirdiyini, qanunsuz tikililərin sənədləsdirilməsi barədə qanun layihəsi hazırlandığını bildirib. Hətta ötən ilin payızında qanun layihəsinin müvafiq qurumlara təqdim olunduğunu və parlamentin müzakirəsinə veriləcəyini deyib.

DİA.AZ bildirir ki, komitə sədri ad çəkməsə də, qanun layihəsinin ƏMDK-da ilişdiyini ehtimal etmək olar. Çünki təkliflərin qanunun tələblərinə uyğunlaşdırılması və yekun sənəd halına gətirilməsi ƏMDK-nə tapşırılıb. Məhz Kərəm Həsənov yekun sənədi hazırlayaraq Prezident Administrasiyasına təqdim eməlidir.

Ancaq müvafiq qurumlar təkliflərini 8 aydır ki, ƏMDK-ya təqdim etsə də yekun sənəd hazırlanmır. Kərəm Həsənov faktiki olaraq prezidentin tapşırığını icra etmir və ya icrasını ləngidir. Səbəbini isə ƏMDK-dan Hacıbala Abutalıbovun quruma göndərdiyi sənədi başdansovdu hazırlaması ilə izah edirlər. Hər halda ƏMDK-nın mətbuat xidmətinin rəhbərinin dediklərindən belə anlaşılır.

Ən acınacaqlısı isə odur ki, vətəndaşlar В«vəd edilən zamanıВ» gözləsə də, dövlət qurumları gözləmək istəmir. Hər halda paytaxtda başlayan söküntü bunu söyləməyə əsas verir.

Maraqlı məqam ondan ibarətdir ki, söküntü işlərində də prezidentin tapşırığına əməl edilmir.

Belə ki, prezident qanunsuz tikilən evlərin günahının vətəndaşlarda olmadığnı, yerli icra hakimiyyətləri tərəfindən buna şərait yaradıldığını bildirərək, sökülən evlərə görə, ədalətli kompensasiya verilməsini tələb etmişdi.

Yeri gəlmişkən elə bir il öncəki toplantıda İlham Əliyevin səsləndirdiyi başqa bir fikri xatırlatmaq yerinə düşər: В«Orada yaşayan insanların yaşayış problemləri həll olunmalıdır. Onlara oradan köçürülərkən lazımi səviyyədə kompensasiya ödənilməlidir ki, orada yaşayanlar razı olsunlar.В» Ancaq yalnız öz maraqlarını güdən məmurlar nə qanunsuz tikililəri sənədləşdirmək, nə də ədalətli kompensasiya ödəməklə sökmək tapşırığını yerinə yetirirlər.

Qeyd edək ki, sənədstiz evlərin tikintisində adıçəkilən məmurların birbaşa iştirakı da istisna deyil. Hər halda qanunsuz tikililər probleminin 2008-ci ildən sonra yada düşməsi təsadüfi saymaq olmaz. Belə ki, 2007-ci il noyabrın 1-dən sonra bələdiyyələrin torpaq satmasına rəsmən qadağa qoyulub. Bu qərar absurd olsa da, həmin vaxta qədər bələdiyyələr paytaxtda bütün əraziləri satıb qurtardığından ekspertlər onun formal xarakter daşıdığını bildirirdilər. Ancaq sonradan məlum oldu ki, bu qərar bələdiyyələr vasitəsilə satılan torpaqları qanunsuz adlandıraraq, yenidən satışa çıxarılmasına hesablanıb.

Belə ki, bələdiyyələr həmin torpağı satarkən də ərazi hansı dövlət qurumuna məxsus olubsa, onun rəhbərinin haqqını çatdırıb. Yəni, sərəncam Neft Şirkətinin balansında olan əraziyə verilirsə, alınan haqda onun da payı nəzərdə tutulur. Bundan əlavə bələdiyyə torpağı verərkən bir neçə orqana da vətəndaşı soymaq üçün imkan yaradır. Qərarda fərdi ev tikintisinin ən azı 4-5 qurumla razılaşdırılması və ya onların xəbərdar edilməsi nəzərdə tutulur. Bu da o deməkdir ki, vətəndaş bələdiyyədən və icra hakimiyyətindən başqa ən azı 4-5 instansiyanı da В«razıВ» salmalıdır. Onların içərisində ərazinin aid olduğu dövlət qurumu da, nə qədər qəribə olsa da, polis də var. Azərbaycan absurdlarından biri də polis orqanlarında rəis müavinlərindən birinin tikinti məsələlərini kurasiya etməsidir. Əgər doğrudan da sərəncam qanunidirsə, deməli, bələdiyyədən bu haqda polis bölməsinə göndərilən sənəd sonuncunun tikintiyə müdaxiləsini istisna etməlidir. Amma əksinə, sərəncamın surətini alan polis vətəndaşın ərazidə tikintiyə başlamasına və divarı qaldırmasına В«dözübВ» birdən ortaya çıxır və təpiklə vurub yenicə hörülmüş divarı uçurur. Və ardınca В«bu tikinti qanunsuzdur, bura Neft ŞirkətinindirВ» və ya В«elektrik xəttinin altındadıВ» deyib vətəndaşı В«xəracВ» ödəməyə məcbur edir. Beləliklə, Azərbaycanda hər fərdi ev tikənə azı 5-6 pulyığan düşür. Və qanunsuz adlandırılan 500 min evin sahibləri də bu ünvanları В«razı salıblarВ».

Sadəcə, satmağa torpaq qalmadığından bu qurumların rəhbərləri həmin əraziləri yenidən satmaq, ya da vətəndaşlardan əlavə pul yığmaq üçün bu metodu düşünüblər.

Eyni zamanda bu planın arxasında vətəndaşların evlərinin köçürülməsi adıyla ayrılan kompensasiyaların məbləği dəfələrlə şişirdilərək dövlətdən külli miqdarda pul alıb mənimsəmək niyyətinin dayanması da istisna deyil. Məsələ ondadır ki, vətəndaşları köçürmək üçün kompensasiya verilməlidir. Ancaq həmin kompensasiyalar ya verilmir, ya da çox cüzi hissəsi verilir. Deməli, sənədləşdirilərək mənimsənilir.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
UEFA-da AFFA-nın əməkdaşına vəzifə verildi
Bu gün, 17:14
Uşağı döyən psixoloq haqlı çıxa bilər – Şok AÇIQLAMA
Bu gün, 17:12
Azərbaycanın lombard şirkəti “BQ” ASC ₼1.4 milyon mənfəət əldə edib
Bu gün, 17:06
“Aqrarkredit”in balansındakı əmlaklar hərraca çıxarılır - QİYMƏTLƏR
Bu gün, 17:05
Rektor yeni şöbə müdiri təyin etdi - ƏMR
Bu gün, 17:00
KTM-in mətbuat katibi vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 16:54
"Niyə mən borclanmalıyam?" - GİLEY
Bu gün, 16:43
"Etiraf et ki, anana vaxtında sevgini tam göstərə bilmədin"
Bu gün, 16:39
Nazir 7 ay əvvəl direktor təyin etmişdi, öz ərizəsi ilə işdən getdi - Yeni təyinat
Bu gün, 16:33
Vüsal İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ - FOTO
Bu gün, 16:28
Yaponiyaya qarşı təhdidlər sadə bir həqiqəti nümayiş etdirir: - ultimatum siyasəti öz effektivliyini tükəndirib
Bu gün, 16:25
Rövşən Nəcəfdən yeni təyinat: BU DƏFƏ... - Tamara Makinskaya...
Bu gün, 16:19
Rus ekspertdən sensasiyalı proqnoz: - “Qafqazda da Nepal faciəsi yaşana bilər”
Bu gün, 16:14
Eyni Bişkek, fərqli Azərbaycan: - 32 il əvvəl Bişkekdə Ermənistan nə istəyirdi?
Bu gün, 16:12
Şəkidə yaşanan qorxulu olay: əhali narahatdır – Proses başlaya bilər
Bu gün, 16:08
Qazaxıstanın ən böyük müxalif nəşrlərindən biri fəaliyyətini dayandırır - KİV
Bu gün, 16:06
İki məşhurun davası Faiq Ağayevin toyunda başlayıbmış – Nazpəri ilk dəfə AÇIQLADI
Bu gün, 15:56
Paşinyan tələsməlidir... - AKTUAL
Bu gün, 15:53
Putin Qırğızıstanda Cinpinlə görüşüb
Bu gün, 15:49
“GoldenPay”ə yeni rəhbər təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:45
Hibrid avtomobillər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI
Bu gün, 15:43
Afət Fərmanqızı Dəniz Əsədovanı məhkəməyə verdi - HƏBSİNİ İSTƏYİR...
Bu gün, 15:39
Əliyevlə Paşinyan Bişkekdəki görüşdə - Nələri müzakirə etdi?
Bu gün, 15:36
Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb
Bu gün, 15:33
Azərbaycana qarşı “üçlü hücum”: - Əli Kərimli, Qarabağ və “siyasi məhbus” gündəliyinin arxasında nə dayanır?
Bu gün, 14:35
Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma və təhlillər aparır - RƏSMİ
Bu gün, 14:31
"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi yaradılıb
Bu gün, 14:29
"Özümü 50 yaşında kişi kimi hiss edirəm" - Xalq artisti
Bu gün, 13:17
“Cəlilabad Şərab-2” ASC-nin dövlətə olan 1 milyona çatır
Bu gün, 13:15
Ermənistan müdafiə naziri Hindistan marşalı ilə görüşdü
Bu gün, 13:11
“Atam məzar daşlarına şeir yazırdı, deyirdi ki, mən öləndən sonra da siz çörək tapacaqsız, amma..”
Bu gün, 12:59
BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
Bu gün, 12:54
Ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı şikayət geri götürüldü - TƏFƏRRÜAT
Bu gün, 12:50
Hindistan Özbəkistan üzərindən Mərkəzi Asiyada möhkəmlənmək istəyir... - İNCƏLƏMƏ
Bu gün, 12:42
Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:34
Bəzi yerlərdə arabir yağış yağacağ gözlənilir - belə deyirlər...
Bu gün, 12:26
Pezeşkianın müavini: - İranın vəziyyəti yaxşı deyil
Bu gün, 12:24
“Azərşəkər”in kapitalına 5.6 milyon manat əlavə edildi
Bu gün, 12:22
Aktrisaya HAQSIZLIQ: - “Niyə qəpik-quruşa çəkilməliyəm axı?”
Bu gün, 12:13
“AccessBank”da şirkət əmanətləri kəskin AZALIB
Bu gün, 12:11
"Qarabağ" Dani Boltla yolları ayırıb
Bu gün, 12:08
Kremldə böyük təşviş: - Putin 400 minlik yeni səfərbərliyə hazırlaşır
Bu gün, 12:02
“Qanunsuzdursa, niyə sənədsiz evlərə kommunal xidmət göstərib pulunu almısınız?!” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:57
Ermənistan susuz qala bilər: - Azərbaycanın tarixi gölü quruyur
Bu gün, 11:51
Klinikanın mühafizəçisi keçmiş kürəkənini döydü: - “Mənə və ailəmə nalayiq ifadələr işlətdi”
Bu gün, 11:48
“Leobank” GİLEY... - ”Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
Bu gün, 11:45
Sərxoş halda evə gələn qardaşını döydü: "Anamın üzərinə hücum çəkdi" - TƏFƏRRÜAT
Bu gün, 11:37
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QRANT İMPERİYASI... - Dövlətin milyonları necə yoxa çıxır?
Bu gün, 11:33
“Azersell”-də 1 saniyənin qiyməti 19 qəpikdir?! - ETİRAZ VAR!
Bu gün, 11:31
Vətəndaş “Expargo”dan şikayət etdi: - 190 manatlıq məhsul geri qaytarılmayıb
Bu gün, 11:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru