Özünə ikinci dəfə toy çaldıran baş həkim və... - İLGİNC FAKTLAR
Tarix: 23-06-2023, 13:03 | Çap et
 В«TəzadlarВ»a ötən sayında tanınmış araşdırmaçı-alim Cabbar Məmmədovun TƏBİB-in fəaliyyətindəki görünən və görünməyən problemlər barədə ciddi araşdırma məqaləsi çap olunmuşdur.
C.Məmmədovun bu məqaləsindən sonra 5 saylı Klinik Xəstəxana barədə redaksiyamıza olduqca ciddi material daxil olmuşdur. В«Media haqqındaВ» Qanunun tələblərinə uyğun olaraq xəstəxananın baş həkimi Fazil Alməmmədovla əlaqə saxlamaq istədik. Bildirildi ki, baş həkimin başı bərk qarışıqdır: В«Toyu olacaq, başı qarışıqdır, toydan sonra zəng edin…».
В«Bəs toy nə vaxtdır?В» sualımıza isə В«Heç kim dəqiq bilmirВ» müəmmalı cavabdan sonra düşündük ki, 42 yaşında özünə yenidən toy edən baş həkim Fazil Alməmmədovdan elə toydan sonra da mövqe soruşarıq…
Toydan sonra… qalmaqal…
Toy dedik, yadımıza Fazil Alməmmədovun yaxın dostu və onun vəzifəyə gəlməsinə can qoymuş (Fazil Alməmmədov səhiyyə naziri Oqtay Şirəliyevin 2017-ci ilin oktyabrın 10-da imzaladığı əmrlə 5 saylı Klinik Xəstəxanasına baş həkim təyin edilib) TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanovun qızına etdiyi möhtəşəm, həm də qalmaqallı toy mərasimi düşdü. Və V.Qurbanovun qızı Aygül Qurbanovanın toy mərasimi Bakıda dəbdəbəli restoranlardan birində baş tutub. Məclisə qonaq qismində nazirlər, deputatlar, komitə sədrləri, bir sıra ictimai-siyasi xadimlər və yüksək vəzifəli şəxslər qatılıblar. Toyda müğənni Zamiq, Xalq artistləri Röya Ayxan, Aygün Kazımova və çoxsaylı (təxminən 25 ) sənətçilər, rəqs qrupları iştirak ediblər. Reklam olmasın deyə, adını çəkmədiyimiz həmin şadlıq sarayında menyu 300 manatdan başlayır…
Azərbaycanın müvafiq dövlət qurumunun araşdırdığı toy…
Onu da deyək ki, belə dəbdəbəli toy 44 günlük Zəfər müharibəsində canını Vətən yolunda qurban vermiş 3 mindən çox şəhidimizin (hələ də şəhid verməkdəyik) yas ağrıları soyumamış, qazilərimizin yaralarının qaysaqlanmadığı bir vaxtda yüksək vəzifəli şəxsin dəbdəbəli toy etməsi başadüşülən deyil. Yeridir deyək, media yazdı ki, Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin bu yaxınlarda toyu oldu. Olduqca sadə və səs-küysüz. Başqa vaxtı kabinetində-başının üstündə portretini asıb В«Biz Prezidentin əsgəriyik, ölkə başçısından nümunə götürürük, tövsiyyələrinə can-başla əməl edirik!В», - deyən bu məmurlar nədən belə incə mətləblərdə Prezidentdən nümunə götürmürlər??? Və aldığımız məlumata görə, belə dəbdəbəli və ictimai qınağa səbəb olmuş təntənəli toy mərasiminə görə TƏBİB rəhbərini adını çəkmək istəmədiyimiz yüksək Dövlət orqanına dəvət edib yol verdiyi günahını В«başa salıblarВ». İndi onu tövsiyyəsini yerinə yetirmədiyi Prezident İlham Əliyevin Sərəncamlı cəzası gözləyir!!!
Dostundan qalma dala…
Nəhayət, redaksiyamızın elektron poçtuna daxil olan materialda o da vurğulanır ki, 5 saylı Xəstəxananın baş həkimi Fazil Alməmmədov da 42 yaşında özünə ikinci dəfə toy edir. Toy yaxşı əlamətdir. Amma bu xəstəxanadan öyrəndik ki, baş həkim təyin ediləndən bu təyinatı ilə xəstəxananın da başına toy tutmaqdadır. Xəstəxanadan bizə onu da bildirdilər ki, Fazil Alməmmədov xəstəxanada çalışan Aygün Qulamqızı (Alməmmədova) ilə ailə həyatı qurur.
Allah xoşbəxt eləsin!
***
Qısa arayış: F.Alməmmədov ikinci dəfədir özünə toy edir. Onun birinci həyat yoldaşı ilə boşanması isə qalmaqallarla müşahidə olunub. Belə ki, əslən Tovuzdan olan F.Alməmmədov keçmiş qayınatasından mülk və bahalı avtomobil hədiyyə alıbmış. Boşanmadan sonra hədiyyə geri tələb edilib, baş həkim vermədikdə isə qayınata avtomobili tibb mərkəzinin parkinqindən evakuatorla aparıb.
F.Alməmmədov bundan öncə Səhiyyə Nazirliyində çalışıb… Amma bu vəzifəyə gələndən Tovuzda və Bakıda qohum-əqraba qoymayıb, hamısını ixtisası və peşəsi uyğun gəldi-gəlmədi, vəzifələrə təyin edib (Siyahı təqdim olunacaq).
Amma elə bu cür qohum-əqraba təyinatına görədir ki, xəstəxananın həkimi, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ev 83, mənzil 22-də yaşayan Nəbiyeva Hökümə Vəli qızı F.Alməmmədovun qanunsuz hərəkətindən Prezidentə şikayət etməli olub (Bu barədə də növbəti yazıda). Hətta F.Alməmmədov qohumu olan sürücüsünə-Alməmmədov Laçın Talıb oğluna Səhiyyə Nazirliyinin В«Səhiyyə əlaçısıВ» döş nişanı da verdirib.
Gülməlidir, deyilmi??!
Bu azmış kimi, o, 2011-ci ildə В«SemaşkoВ» xəstəxanasında dializ şöbəsinin müdiri işləyib… Və ta 2013-ə kimi. Orada şöbənin Mirvari adlı tibb bacısı ilə olan qalmaqallı əməlinə görə xəstəxanadan uzaqlaşdırılıb…
-Bəs Fazil Alməmmədov 5 saylı Xəstəxanaya necə baş həkim göndərilib?
(Davamı var)
В«TəzadlarВ»ın Araşdırma Qrupu

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Ermənilərin 2 sentyabr TƏDARÜKÜ...
Bu gün, 17:54 |
|
|
|
| • Abxazlar gürcülərə nifrət edirlər, bu məsələnin həlli yoxdur - Saakaşvili
Bu gün, 17:52 |
|
|
|
| • Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? – ƏCAİB QİYMƏTLƏR
Bu gün, 17:37 |
|
|
|
| • Milyonlarla manat vergi borcu var, mülklər hərraca çıxarılıb - "Pakdad"da nə baş verir?
Bu gün, 17:25 |
|
|
|
| • İşdən çıxarılan direktor ayaqyolu avadanlıqlarını EVİNƏ APARDI - BU NƏDİ BELƏ?
Bu gün, 17:13 |
|
|
|
| • “VNT-Azərbaycan Logistik” şirkəti kapitalını kəskin azaltdı
Bu gün, 17:05 |
|
|
|
| • Yevlaxda 657 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 17:04 |
|
|
|
| • “Azərbaycan Sənaye Bankı”nın sədri vəzifəsindən ayrılır - BUNDAN SONRA...
Bu gün, 16:57 |
|
|
|
| • Niyaməddin Musayev sosial şəbəkələrdə yayılan görüntülərinə aydınlıq gətirdi - AÇIQLAMA
Bu gün, 16:52 |
|
|
|
| • Bu il Azərbaycanda ən çox ucuzlaşan avtomobillərin siyahısı açıqlandı – Son qiymətlər
Bu gün, 16:50 |
|
|
|
| • SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO
Bu gün, 16:44 |
|
|
|
| • Putin və Pezeşkian Tehran və Vaşinqton münasibətlərindəki problemləri müzakirə ediblər - "İnterfaks"
Bu gün, 16:41 |
|
|
|
| • Lamiyyə Ələkbərovaya yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 16:33 |
|
|
|
| • "Xadimə və satıcı eyni adamdır" - "Bravo"dan şikayət
Bu gün, 16:24 |
|
|
|
| • Müharibə iştirakçıları veteranlıq statusu tələb edir: - Ziddiyyətlər aradan qaldırılmalıldır
Bu gün, 16:15 |
|
|
|
| • Mübahisə etdiyi şəxsin üzərinə qəsdlə maşın sürdü – MƏHKƏMƏ
Bu gün, 16:08 |
|
|
|
| • Tanınmış aparıcı “Azərcell”dən ŞİKAYƏTÇİDİR - “Buna görə məndən etibarnamə tələb edirlər”
Bu gün, 16:04 |
|
|
|
| • Qadın güləşi üzrə Azərbaycan millisinin məşqçisi Həsrət Məmmədyarov vəfat edib
Bu gün, 16:00 |
|
|
|
| • Revanşistlərin “separatçı sevgisi” -Parisdə sərgi, AHİM-ə şikayət, Zonabendin səfər istəyi
Bu gün, 15:58 |
|
|
|
| • Suvarma suyu pullu oldu: Kəndlini nə gözləyir? - ARAŞDIRMA
Bu gün, 15:57 |
|
|
|
| • Ermənistan müdafiə naziri ordunun mövqelərini yoxladı - nəyin TƏDARÜKÜDÜR?
Bu gün, 15:54 |
|
|
|
| • Putinlə görüşdə bunları müzakirə edəcəyik - Paşinyan
Bu gün, 15:52 |
|
|
|
| • Qarşıdurmadan dialoqa: - Ermənistan Dünya Köçəri Oyunlarında
Bu gün, 15:50 |
|
|
|
| • “Prior Leasing” şirkətinin dövlətə 230 min manata yaxın vergi borcu yaranıb - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 15:48 |
|
|
|
| • İRİA-nın şöbə müdiri işdən çıxdı - ƏMR
Bu gün, 15:46 |
|
|
|
| • Bu qurumda yeni təyinatlar oldu - ADLAR
Bu gün, 15:44 |
|
|
|
| • "Məni ad gününə, toylarınıza da çağırmayın" - Xalq artisti
Bu gün, 15:42 |
|
|
|
| • İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - GƏLİŞMƏ
Bu gün, 15:37 |
|
|
|
| • AZPROMO sığortaçı seçib
Bu gün, 15:20 |
|
|
|
| • İcra hakimiyyətlərinin “sevimli” şirkətinə məxsus əmlak müsadirə olunaraq hərraca çıxarılıb - İLGİNC FAKTLAR...
Bu gün, 15:18 |
|
|
|
| • Atasını öldürüb meyitini “Bəkdəmir yalı”na aparıbmış - 34 il əvvəl törədilən qətlin TƏFƏRRÜATI
Bu gün, 15:14 |
|
|
|
| • Qazax-Tovuzda alkoqollu içkiyə xərclənən vəsait kəskin artıb – Rayonlar üzrə siyahı
Bu gün, 15:09 |
|
|
|
| • Məşhur məmurun kürəkəni əliqandallı Bakıya gətirildi – 13 il əvvəl törədilən qətl işi məhkəməyə göndərildi
Bu gün, 15:07 |
|
|
|
| • “Sabah”ın ÇL-də bu klublardan xal alması mümkünsüzdür” – Rəşad Ergün
Bu gün, 13:04 |
|
|
|
| • Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın həbsinə order verilib
Bu gün, 13:02 |
|
|
|
| • İlham Əliyev Putinlə söhbətləşdi - FOTO
Bu gün, 13:01 |
|
|
|
| • İran bu tarixdə BOMBARDMAN ediləcək – Azərbaycan üçün RİSKİ…
Bu gün, 12:57 |
|
|
|
| • "Vasifin ad günümə aldığı hədiyyəni deməyə utanıram" - Mətanət Əsədova
Bu gün, 12:51 |
|
|
|
| • Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR
Bu gün, 12:49 |
|
|
|
| • Əməkdar jurnalistin 185 mini ələ keçirildi: Şöbə rəisi olmaq istəyirmiş - TƏFƏRRÜAT
Bu gün, 12:47 |
|
|
|
| • Tanınmış şərhçi Nurlan Valehoğluya yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:42 |
|
|
|
| • Parkda tanışlarını döyərək bıçaqladı, cəzası artırıldı, istəyi reallaşmadı – QƏRAR
Bu gün, 12:38 |
|
|
|
| • Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
Bu gün, 12:34 |
|
|
|
| • İrandan sonra İsrailin növbəti hədəfi Türkiyə olacaq - Zərdüşt Əlizadə belə deyir...
Bu gün, 12:23 |
|
|
|
| • “300 şagirdin oxuduğu məktəbin tavanı çökmək üzrədir..” - Video
Bu gün, 12:20 |
|
|
|
| • Naxçıvan İcra Hakimiyyəti 230 min manata işıq dirəkləri və park oturacaqları alır - DETALLAR
Bu gün, 12:12 |
|
|
|
| • “Kişi xeylağıdır, hansısa qadınla istirahətə gedibsə, bu, evlənmək deməkdir?” - Polad Bülbüloğlu ilə bağlı AÇIQLAMA
Bu gün, 12:11 |
|
|
|
| • Ermənistan dəmir yollarını Rusiyadan alıb Qazaxıstana vermək istəyir - KİV
Bu gün, 11:55 |
|
|
|
| • “Express Lombard” 2 dəfə kiçilib - Mənfəəti azalıb
Bu gün, 11:53 |
|
|
|
| • Avropada iş vədi ilə 171 nəfəri aldadıb 217 min manat aldı – MƏHKƏMƏ
Bu gün, 11:47 |
|
|
|
|