Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı .....                     Milli Azərbaycan mətbuatının yaranması və inkişafı .....                     Azərbaycan yeni hərbi-sənaye ittifaqı qurur .....                     Tıxaclar şairimizi də yorub... .....                     "Artıq ikinci dəfədir ki.." .....                     Bizim əlimiz çoxdan QƏLƏM TUTUR... .....                     Argentinanın qarşısına “Tiki-Taka” çıxacaq, YOXSA... .....                     Husilər İranın xahişinə "HƏ" dedilər .....                     "Dərsdənkənar məşğələlərin adı var, özü yoxdur..." .....                     Qida təhlükəsizliyimiz BU ADAMA ƏMANƏTDİR... .....                     Maşın almaq istəyənlər oxusun: Bu avtomobillər bahalaşacaq .....                     Babək Hüseynov gələcəyin RUZİSİNİ DƏ YEYİR .....                     Feyziyevin aşıb-daşan sərvəti... .....                     Bölmək... bölünmək o qədər asandır ki... .....                     "Qarabağ" son nöqtəni də gözəl qoydu... .....                     “İmişli”nin loqosu plagiatdır? .....                     6.7 milyondan çox borcu olan “Azfert” MMC kimindir? .....                     Başçı Şabranı zibilxanaya çevirib .....                     ABŞ-İran qarşıdurması genişmiqyaslı müharibəyə çevrilə bilər? .....                     Rusiya və İranın TRİP marşrutuna strateji təhdid olması gözlənilmir .....                     Doğrudanmı, Rusiya heç dəyişmək istəmir?! .....                     Trampın iştirakı Güney Qafqazdakı sülh üçün MÜHÜMDÜR .....                     İsrail saxta erməni soyqırımını tanısa, o zaman yəhudi soyqırımını da şübhə altına alacaq... .....                     Putinlə bağlı proqnoz Rusiyanı heyrətə gətirdi: İki tarix verilib .....                     "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC qanunları BELƏ POZUR .....                     Azərbaycanlı iş adamı ilə bağlı ABŞ məhkəməsi .....                     Ermənistan Naxçıvanla bağlı bu qərarı gözləyir .....                     “Azərbaycan Sənaye Bankı”nın nağd vəsaitləri 28%-dən çox azalıb .....                     Çarukyanın nələri varmış?! .....                     Asiya İnkişaf Bankına yeni vitse-prezident .....                     “Ölünü siyasi məqsədlərlə saxlamaq İslamda qəbuledilməzdir” .....                     Özgür Özəlin quracağı yeni partiyanın adı nə olacaq? .....                     Sosial şəbəkələr televiziya və radionu geridə qoyurmu? .....                     Qaqauzlar Türkiyədən dəstək istədi: .....                     Xarici silahlı birləşmədə iştirak edən azərbaycanlı məhkum oldu: Aylıq 300-400 dollar alıb .....                     AQTA bələdiyyə sədrinin müavinindən 36 min manatlıq mebel alır .....                     Naxçıvan Səhiyyə Nazirliyi 5 milyonluq işi “Azəri Med”ə verdi .....                     "Villa Inn" otelində sevgilisini döydü .....                     “İzahatı çağırmağa gedəndə kostyumla çaya düşdüm” .....                     İran hücum olacağı təqdirdə, husilərə strateji boğazı bağlamağı tapşırıb .....                 

“Aqroservis” ASC-nin təmirinə ayırdığı vəsaitlə yeni nə qədər hasar çəkmək olar? - İLGİNC FAKTLAR
Tarix: 23-01-2023, 09:48 | Çap et
“Aqroservis” ASC-nin təmirinə ayırdığı vəsaitlə yeni nə qədər hasar çəkmək olar?
Kənd Təsərrüfatı Nazirliyi, ona tabeli qurumlar, xüsusilə də nazir İnam Kərimov və komandası son vaxtlar medianın gündəmindən düşmür. Məlum olur ki, aqrar sektorun inkişaf etdirilməsi adı altında İnam Kərimov və komandası bir çox oliqarx məmurlara məxsus torpaq sahələrində bizneslərinə daxil olan xərcləri dövlət hesabına həyata keçirirlər. Dövlətin aztəminatlı ailələrə, fermerlərə verdiyi dəstəkdən isə bu gün daha çox yararlananlar nazirin “islahatçı” kadrlarıdır desək, yanılmarıq. Aqrar sektorun inkişaf etdirilməsi məqsədi ilə fermərlərə güzəştli şərtlər adı altında baha satılan gübrələr, yanacaq, vaxtlı-vaxtında verilməyən subsidiyalar və texnikalar gözdən pərdə asmaqdan başqa bir şey deyildir. Əslində isə son illər kənd təsərrüfatının inkişaf etdirilməsinə daha çox büdcə vəsaiti ayrılır. Bundan şəffaf və səmərəli istifadə etmək qalır İnam Kərimovun komandasının insafına.

İnam Kərimov və komandası isə əksinə, bunları fürsət bilib özlərinə məxsus təchizatçı şirkətlərlə işbirliyi qururlar. Aqrar sektorda islahatlar həyata keçirmək adı altında kənd təsərrüfatı texnikalarının və damazlıq heyvanların alışına şişirdilmiş rəqəmlərlə yüz milyonlarla manat vəsait xərcləyirlər. Hansı ki, aqrar sahəyə çəkilən belə izafi xərclər Kənd Təsərrüfatı Nazirliyinin bir çox maliyyə əməliyatlarında özünü açıq şəkildə biruzə verir. Aşağıdakı məlumatlarda olduğu kimi.

“Aqroservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Ucar Təchizat Bazasının hasarının təmiri işlərinin satın alınması üzrə keçirilmiş açıq tenderin nəticələri açıqlanıb. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumata görə satınalma müqaviləsi 16.01.2023-cü il tarixdə bağlanıb. “Aqroservis” ASC qalib seçdiyi “OMAR NN GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinə qeyd etdiyimiz işlərin görülməsi üçün 326 536.16 manat dövlət vəsaiti ödəyəcək.

Qeyd edək ki, tenderin şərtlər toplusunda görüləcək təmir işlərinin həcmi göstərilməyib. Buradan da maraqlı suallar meydana çıxır. Ucar Təchizat Bazasının hasarının uzunluğu və hündürlüyü nə qədərdi, cəmi neçə kvadratmetrdir ki, buranın təmirinə, tikintisinə yox, yalnız təmirinə üç yüz min manatdan çox vəsait ayrılıb. Bu vəsaitlə yeni nə qədər hasar çəkmək olar? Elə bu sual ətrafında araşdırmalar apardıq. Məlum oldu ki, “OMAR NN GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti arasında işbirliyi çoxdan var. Belə ki, “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti 24.05.2022-ci il tarixdə Gəncə Təchizat Bazasının hasarının təmiri işləri üzrə də “OMAR NN GROUP” MMC ilə 103 840 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Məlum olduğu kimi “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Prezident İlham Əliyevin 2020-ci il 17 avqust tarixli Fərmanına əsasən Cəmiyyətin adı dəyişdirilərək “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Yəni hazırki “Aqroservis” ASC 2020-ci ilə qədər “Aqrolizinq” ASC kimi fəaliyyət göstərmişdir.

Bir az dərin araşdırdıqda məlum oldu ki, “Aqrolizinq” ASC-nin Tovuz rayon bölməsinin hasarının yenidənqurulması işlərinin satınalınması üzrə 54 574.33 manat məbləğində bir müqavilə də 04.03.2020-ci il tarixdə “İNŞAAT-İ.” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlayıb. Hansı ki, bu MMC-yə məxsus VÖEN (1100157541) həm də “OMAR NN GROUP” MMC-yə aid olduğu göstərilir.

“Aqrolizinq” ASC-nin hasar təmiri əməliyatları bununla da bitmir. Belə ki, ASC Kürdəmir rayon bölməsinin uçmuş hasarının yenidənqurulması işlərinin satınalınması üzrə keçirdiyi kotirovka sorğusunda da qalib “İNŞAAT-İ.” MMC olub və tərəflər arasında 20 164.94 manat dəyəri olan satınalma müqaviləsi 27.12.2019-cu il tarixdə bağlanılıb.

Qeyd edək ki, “OMAR NN GROUP” MMC -yə aid olduğu göstərilən VÖEN-lə (1100157541) 2021-ci ilə qədər “İNŞAAT-İ.” MMC kimi bir sıra tenderlərin qalibi olub. 2022-ci ildə isə “İNŞAAT-İ.” MMC dönüb olub “OMAR NN GROUP” MMC. Bu adla isə 2022-ci ildə MMC yol çəkilişindən tutmuş təmir bərpa işləri üzrə bir neçə tenderin qalib olub.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “OMAR NN GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 21.02.2005-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ SABUNÇU RAYONU, BAKIXANOV ŞTQ, 4090\94 MƏH., ev 2/7, m. 118, qanuni təmsilçisinin isə Ömərov Namiq Nüsrət oğlu olduğu göstərilir.

MMC haqqında açıq mənbələrdə olan məlumatlar bu qədərdir. Görsənən odur ki, “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti ilə MMC-lərin qanuni təmsilçisi kimi göstərilən Namiq Ömərov arasında ancaq hasarların təmiri üzrə anlaşma olub. Hansı ki, heç bir tenderin şərtlər toplusunda görüləcək təmir işlərinin həcmi göstərilməyib. Elə Ucar Təchizat Bazasının hasarının neçə kvadratmetr olduğunu öyrənmək cəhdlərimiz də boşa çıxdı. Bu əməliyyatın nələrə hesablandığını da elə buradan təxmin etmək olar. Əsas məqsəd bazanın hasarının təmiri deyil, bu əməliyyatdan daha çox bəhrələnməkdir.

Qeyd edək ki, “Aqroservis” ASC-nin rəhbəri Elmin Rəhmanovdur. O, sözügedən quruma 2019-cu ildə rəhbər təyin olunduqdan qısa müddət sonra özünə 298 min manata “Lexus” avtomobili alması ilə gündəmə gəlmişdi. Elə 2019-cu ildən də Elmin Rəhmanov Səhmdar Cəmiyyətin rayonlarda yerləşən bazalarına hasar təmiri əməliyatlarına başlayıb.

Aktualinfo.org








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı - İsrafil Kərimovun yazısı
Bu gün, 08:15
Milli Azərbaycan mətbuatının yaranması və inkişafı - MƏQALƏ
Bu gün, 08:14
Azərbaycan yeni hərbi-sənaye ittifaqı qurur - GƏLİŞMƏ
Bu gün, 08:08
Tıxaclar şairimizi də yorub... - FOTO
Bu gün, 08:05
"Artıq ikinci dəfədir ki.." - GİLEY
Bu gün, 07:52
Bizim əlimiz çoxdan QƏLƏM TUTUR... - BU BİZİK...
Bu gün, 07:41
Argentinanın qarşısına “Tiki-Taka” çıxacaq, YOXSA... “Furia Roja"?
Bu gün, 07:36
Husilər İranın xahişinə "HƏ" dedilər - "Reuters"
Bu gün, 07:26
"Dərsdənkənar məşğələlərin adı var, özü yoxdur..." - BURA ƏSL BAZARDIR!
Bu gün, 07:22
Qida təhlükəsizliyimiz BU ADAMA ƏMANƏTDİR... - MALƏSƏF...
Bu gün, 07:15
Maşın almaq istəyənlər oxusun: Bu avtomobillər bahalaşacaq - ARAŞDIRMA
Bu gün, 07:09
Babək Hüseynov gələcəyin RUZİSİNİ DƏ YEYİR - Ayağımızda milyardlıq borclar var...
Bu gün, 07:07
Feyziyevin aşıb-daşan sərvəti... - BU HƏLƏ HARASIDIR Kİ...
Bu gün, 06:56
Bölmək... bölünmək o qədər asandır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:47
"Qarabağ" son nöqtəni də gözəl qoydu... - Ardı gəlsin!
Bu gün, 06:42
“İmişli”nin loqosu plagiatdır? - FOTO
Bu gün, 06:36
6.7 milyondan çox borcu olan “Azfert” MMC kimindir? - FOTO
Bu gün, 06:29
Başçı Şabranı zibilxanaya çevirib - Asif Hüseynov hansı günə o kürsünü məşğul edir ki...
Bu gün, 06:25
ABŞ-İran qarşıdurması genişmiqyaslı müharibəyə çevrilə bilər? - Partiya sədrindən PROQNOZ
Bu gün, 06:19
Rusiya və İranın TRİP marşrutuna strateji təhdid olması gözlənilmir - ŞƏRH
Bu gün, 06:15
Doğrudanmı, Rusiya heç dəyişmək istəmir?! - AKTUAL
Bu gün, 06:13
Trampın iştirakı Güney Qafqazdakı sülh üçün MÜHÜMDÜR - ÇÜNKİ...
Bu gün, 06:11
İsrail saxta erməni soyqırımını tanısa, o zaman yəhudi soyqırımını da şübhə altına alacaq... - Knesset Netanyahu kimi CIRTQOZ DEYİL
Bu gün, 06:08
Putinlə bağlı proqnoz Rusiyanı heyrətə gətirdi: İki tarix verilib – Kimin planıdır?
Bu gün, 06:03
"Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC qanunları BELƏ POZUR - FOTOFAKT
Bu gün, 06:02
Azərbaycanlı iş adamı ilə bağlı ABŞ məhkəməsi QƏRAR VERƏCƏK
Dünən, 18:02
Ermənistan Naxçıvanla bağlı bu qərarı gözləyir - KİV
Dünən, 17:58
“Azərbaycan Sənaye Bankı”nın nağd vəsaitləri 28%-dən çox azalıb - DETALLAR
Dünən, 17:56
Çarukyanın nələri varmış?! – Milyardları müsadirə edilir
Dünən, 17:42
Asiya İnkişaf Bankına yeni vitse-prezident TƏYİN EDİLİB
Dünən, 17:37
“Ölünü siyasi məqsədlərlə saxlamaq İslamda qəbuledilməzdir” - Tural İrfan
Dünən, 17:31
Özgür Özəlin quracağı yeni partiyanın adı nə olacaq? – Bəzi detallar açıqlanıb
Dünən, 17:23
Sosial şəbəkələr televiziya və radionu geridə qoyurmu? - ARAŞDIRMA
Dünən, 17:19
Qaqauzlar Türkiyədən dəstək istədi: - Ankara nə edəcək?
Dünən, 17:08
Xarici silahlı birləşmədə iştirak edən azərbaycanlı məhkum oldu: Aylıq 300-400 dollar alıb - TƏFƏRRÜAT
Dünən, 17:04
AQTA bələdiyyə sədrinin müavinindən 36 min manatlıq mebel alır - BAZAR OLSUN...
Dünən, 17:03
Naxçıvan Səhiyyə Nazirliyi 5 milyonluq işi “Azəri Med”ə verdi - DETALLAR
Dünən, 17:01
"Villa Inn" otelində sevgilisini döydü - Məhkəmədə bağışlandı
Dünən, 17:01
“İzahatı çağırmağa gedəndə kostyumla çaya düşdüm” - “Qarabağ bülbülləri”nin solisti doğum günündə XATIRLANDI
Dünən, 16:49
İran hücum olacağı təqdirdə, husilərə strateji boğazı bağlamağı tapşırıb - “Reuters”
Dünən, 16:45
“ATF” MMC-nin həbs olunan icra başçısı ilə nə əlaqəsi var? - ARAŞDIRMA
Dünən, 16:29
“Rosatom”u Argentinadan qovdular - Yeni Prezident ABŞ-ni seçib
Dünən, 16:22
Zəngəzur dəhlizində işlərin başlanacağı TARİX
Dünən, 16:15
Ermənistanda partiya sədrinə məxsus əmlak İrəvan bələdiyyəsinə verilib
Dünən, 16:09
Körfəzdə dava düşür, amma turist sayı təkcə Azərbaycanda azalır: NİYƏ? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:04
Əməkdar jurnalist komaya düşdü - Vəziyyəti ağırdır
Dünən, 15:59
Paşinyandan ermənilərə “Nənə-baba” zərbəsi - News.am
Dünən, 15:47
Tether ABŞ sanksiyalarından sonra İranın 131 mln. dollarlıq kriptoaktivlərini dondurub
Dünən, 15:46
"3+3" formatı artıq Minsk Qrupuna çevrilməkdədir - ŞƏRH
Dünən, 15:28
Tovuz bələdiyyəsinin xərcləri proqnozu aşdı – 22 min manat "LUKOIL"a xərcləndi
Dünən, 15:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru