“Quska”nın istintaqa verdiyi qara siyahı - sensasion adlar
Tarix: 2-05-2018, 08:57 | Çap et
 Türkiyədə həbs olunaraq Azərbaycana gətirilən sabiq deputat, “Quska” ləqəbli Hüseyn Abdullayevin cinayət işi üzrə istintaq davam edir.
“Yeni Müsavat”a daxil olan məlumata görə, yeni vergi cinayəti ittihamları H.Abdullayev üçün gözlənilməz olub.
Yada salaq ki, ümumilikdə 1 milyon 810 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmaqda və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə, razılıq almadan tikinti-quraşdırma işlərini həyata keçirərək 966 min manat məbləğində gəlir əldə etməsinə əsaslı şübhələr olduğundan H.Abdullayevə qarşı Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci maddələri ilə yenidən ittiham elan edilib. Bu ittihamlarla 12 il azadlıqdan məhrum edilməsini gözə alan H.Abdullayevin artıq istintaqla “əməkdaşlığa razılaşdığı” barədə ilginc xəbərlər var. Onun həbsdə çox qalmamaq üçün hər şeyə hazır olduğu deyilir.
Bildirilir ki, H.Abdullayev Avropadakı “söyüş müxalifəti”nin həm xaricdəki, həm də Azərbaycandakı “kurator”ları barədə bildiklərini danışmağa razılaşıb. Bu kuratorlardan birinin Azərbaycanın baş nazirinin sabiq müavini Abbas Abbasov olduğu deyilir. Bu barədə yerli mediada yazılıb. Hətta H.Abdullayevin hazırda əsasən Türkiyədə yaşayan A.Abbasovla əlaqələrinin de-şifrə olduğu iddia olunur. Onların bir neçə dəfə görüşdüyü isə tutarlı dəlillərlə sübut edilib. Güman etmək olar ki, mənbəmiz “tutarlı sübutlar” dedikdə videolar və telefon danışıqlarını nəzərdə tutur. A.Abbasovun bir vaxtlar üzvü olduğu iqtidara dönüklüyü məlum faktdır, amma onun “söyüş müxalifətinə” sponsorluq etməsi və mühacirləri hakimiyyət mənsubları üzərinə yönəltməsi rəsmi Bakını daha da qəzəbləndirib.
Maraqlıdır ki, H.Abdullayevin həbsindən bir neçə gün əvvəl A.Abbasov qəfil Türkiyəni tərk edib və Moskvaya gedib. Yəni Azərbaycan hüquq-mühafizə orqanları türkiyəli həmkarları ilə əməliyyat hazırlıqlarında olarkən A.Abbasov qəfil ortadan yoxa çıxıb. Bu isə H.Abdullayevin əlaqələrindən xəbərdar olan yaxın çevrəsində “satqınlıq” kimi qiymətləndirilib. İttihamlar da məhz bu səbəbdən indi əsasən H.Abdullayevi “qızışdıran” sabiq vitse-primyerə yönəlib. Güman edilir ki, “Quska” A.Abbasov və digər “iqtidar süfrəsindən qovulmuşları” qorumaq fikrində deyil. Çünki H.Abdullayevin uzun həbsxana həyatına dözəcək iradəsi yoxdur.
H.Abdullayevin mühacirətdə rahat yaşamaq istədiyini, amma “məni hakimiyyətlə onlar düşmən etdilər” deyib, bəzi adlar çəkdiyi söylənilir. Qeyd edək ki, iqtidara dönüklər sırasında Avropa ölkələrindən birində səfir vəzifəsində çalışan tanınmış simanın da adı hallanır ki, istintaqda bu istiqamətdə də müəyyən araşdırmalar davam edir. H.Abdullayevin üzərindən həyata keçirilən bu sirli çevrəni müəyyən etmək üçün ciddi istintaq hərəkətləri aparır.
Bildirilir ki, H.Abdullayevin cinayət işini qeyr-rəsmi olaraq iki qrup aparır. Birincilər onun siyasi fəaliyyətini, bəzi müxalifət liderləri ilə təmaslarını və Bakıdakı uzantılarını, digər istintaqçılar isə vergi cinayətlərini araşdırır.
Məlumatı “Yeni Müsavat”a verən mənbə onu da yada salıb ki, “Quska” əvvəllər ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyindəki generalitetlə yaxınlığı da istintaqın maraq dairəsindədir. H.Abdullayevin Eldar Mahmudovun MTN-ə rəhbərliyi dövründə xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi yeni xəbər deyil. Amma belə güman etmək olar ki, indi istintaqı H.Abdullayevin ovaxtkı keçmişi deyil, MTN çetesi dağıdılandan sonrakı mərhələdəki “əməkdaşlıq çevrəsi” araşdırılır. Əgər iddialar doğrudursa, yəni iqtidara qarşı “sabiqlərin xain ittifaqı” yaranıbsa və onlar hər cür rəzilliyə qol qoyublarsa, bu təkcə H.Abdullayevin həbsi ilə yekunlaşmayacaq. H.Abdullayev bu xain çeteni çökdürmək üçün açar fiqur rolunu oynayır və qarşıdakı günlərdə sensasion həbslər gerçəkləşə bilər.
Redaksiyamıza daxil olan bilgilər sırasında bir maraqlı detal da diqqətimizi çəkdi. Mənbə bildirir ki, “Quska”nın qara siyahısında vaxtilə maliyyə-bank sektorunda at oynadan, sonradan vurularaq sıradan çıxarılan, buna görə də intiqam hissi ilə alışıb-yanan bəzi avantüristlər də var. Hansı ki, onların adları zaman-zaman radikal müxalifətin əsas simaları ilə gizli iş birliyində hallanıb.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 13:05 |
|
|
|
| • Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu
Bu gün, 13:02 |
|
|
|
| • Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi
Bu gün, 12:49 |
|
|
|
| • İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... - İNCƏLƏMƏ
Bu gün, 12:47 |
|
|
|
| • Günel Natiq Rüfətdən yazdı: - İntihar edəcəyini deyirdi...
Bu gün, 12:44 |
|
|
|
| • Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... - artıq Azərbaycanın vizit kartına çevrilib!
Bu gün, 12:38 |
|
|
|
| • GL Group ABŞ üzrə biznesinə yeni rəhbər TƏYİN ETDİ
Bu gün, 12:28 |
|
|
|
| • Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib - KİV
Bu gün, 12:26 |
|
|
|
| • İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? - GƏLİŞMƏ
Bu gün, 12:24 |
|
|
|
| • Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 12:18 |
|
|
|
| • Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:11 |
|
|
|
| • «Yasamal Residence» MTK – LƏĞV EDİLİR
Bu gün, 12:07 |
|
|
|
| • GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti TƏYİN EDİB - FOTO
Bu gün, 12:05 |
|
|
|
| • SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ - Reaksiya
Bu gün, 11:56 |
|
|
|
| • Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi - MƏQALƏ
Bu gün, 11:53 |
|
|
|
| • Fon der Lyayen Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarını açıqlayıb
Bu gün, 11:52 |
|
|
|
| • ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər - “The Washington Post”
Bu gün, 11:50 |
|
|
|
| • Hövsan sakinləri boğaza yığılıblar: - "Su yoxdur, gələndə də çirkli olur"
Bu gün, 11:49 |
|
|
|
| • “Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi” - Hacı İsmayılov
Bu gün, 11:47 |
|
|
|
| • İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi - MƏHKƏMƏ
Bu gün, 11:35 |
|
|
|
| • Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər - Yasamalda yeni fırıldaq
Bu gün, 11:29 |
|
|
|
| • AQTA-nın işçisi Qarabağ Qazisini 20 min manat ZİYANA SALDI... - ETİRAZ!
Bu gün, 11:20 |
|
|
|
| • Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi - MƏHKƏMƏ
Bu gün, 11:13 |
|
|
|
| • “Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 11:12 |
|
|
|
| • Səki var, amma keçmək mümkün deyil – Aylardır problem niyə həll olunmur?
Bu gün, 11:10 |
|
|
|
| • “Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” - Tahir Kərimli
Bu gün, 11:06 |
|
|
|
| • Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... – Söhbət “MİNT SERVİCES” MMC-dən gedir
Bu gün, 10:53 |
|
|
|
| • Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? - DOSYE
Bu gün, 10:46 |
|
|
|
| • Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:41 |
|
|
|
| • Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub - DOSYE
Bu gün, 10:32 |
|
|
|
| • “Prime Cotton” mühüm təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:31 |
|
|
|
| • Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir - AKTUAL
Bu gün, 10:21 |
|
|
|
| • Hüquqşünas alimə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 10:18 |
|
|
|
| • Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir – SƏBƏB
Bu gün, 10:12 |
|
|
|
| • Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib
Bu gün, 10:10 |
|
|
|
| • ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi
Bu gün, 10:07 |
|
|
|
| • Həmid Herisçi kimə və nəyin minnətini vurur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52 |
|
|
|
| • "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək -UEFA Konfrans Liqası
Bu gün, 09:46 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
Bu gün, 09:45 |
|
|
|
| • GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub - Tarixi nailiyyət
Bu gün, 09:10 |
|
|
|
| • Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? – REAKSİYA
Bu gün, 08:59 |
|
|
|
| • Lavrov və Rubio arasında görüş başlayıb
Bu gün, 08:57 |
|
|
|
| • Neftin qiyməti 96 dolları ötüb
Bu gün, 08:56 |
|
|
|
| • İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... - "Yüngül çəkili intellektuallar..."
Bu gün, 08:16 |
|
|
|
| • Camaat qaz vurub qazan doldurur.... - BİZ İSƏ...
Bu gün, 08:10 |
|
|
|
| • Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR - BUNDAN SONRA...
Bu gün, 08:04 |
|
|
|
| • O andan sonra heç nə əvvəlki kimi olmur... - Günel Musa yazır...
Bu gün, 07:47 |
|
|
|
| • Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? - Biz deyirik İŞ DALINCA... Onlar deyir AŞ DALINCA!
Bu gün, 07:43 |
|
|
|
| • Qarşılayın: Karen Vardaryan... - REPLİKA
Bu gün, 07:36 |
|
|
|
| • Saleh Məmmədovun oğurladığı PULLAR Almaniyada ÜZƏ ÇIXDI
Bu gün, 07:21 |
|
|
|
|