“Sən demə, Türkiyədə müalicə aldığına da həsəd aparan var...” .....                     “Lənkəranski” barədə xoşagəlməz ifadələr işlədəni oğurlayan şəxs yenidən .....                     “Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” .....                     UEFA-da AFFA-nın əməkdaşına vəzifə verildi .....                     Uşağı döyən psixoloq haqlı çıxa bilər .....                     Azərbaycanın lombard şirkəti “BQ” ASC .....                     “Aqrarkredit”in balansındakı əmlaklar hərraca çıxarılır .....                     Rektor yeni şöbə müdiri təyin etdi .....                     KTM-in mətbuat katibi vəzifəsindən ayrıldı .....                     "Niyə mən borclanmalıyam?" .....                     "Etiraf et ki, anana vaxtında sevgini tam göstərə bilmədin" .....                     Nazir 7 ay əvvəl direktor təyin etmişdi, öz ərizəsi ilə işdən getdi .....                     Vüsal İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ .....                     Yaponiyaya qarşı təhdidlər sadə bir həqiqəti nümayiş etdirir: .....                     Rövşən Nəcəfdən yeni təyinat: BU DƏFƏ... .....                     Rus ekspertdən sensasiyalı proqnoz: .....                     Eyni Bişkek, fərqli Azərbaycan: .....                     Şəkidə yaşanan qorxulu olay: əhali narahatdır .....                     Qazaxıstanın ən böyük müxalif nəşrlərindən biri fəaliyyətini dayandırır .....                     İki məşhurun davası Faiq Ağayevin toyunda başlayıbmış .....                     Paşinyan tələsməlidir... .....                     Putin Qırğızıstanda Cinpinlə görüşüb .....                     “GoldenPay”ə yeni rəhbər təyin edildi .....                     Hibrid avtomobillər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? .....                     Afət Fərmanqızı Dəniz Əsədovanı məhkəməyə verdi .....                     Əliyevlə Paşinyan Bişkekdəki görüşdə .....                     Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb .....                     Azərbaycana qarşı “üçlü hücum”: .....                     Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma və təhlillər aparır .....                     "Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi yaradılıb .....                     "Özümü 50 yaşında kişi kimi hiss edirəm" .....                     “Cəlilabad Şərab-2” ASC-nin dövlətə olan 1 milyona çatır .....                     Ermənistan müdafiə naziri Hindistan marşalı ilə görüşdü .....                     “Atam məzar daşlarına şeir yazırdı, .....                     BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi .....                     Ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı şikayət geri götürüldü .....                     Hindistan Özbəkistan üzərindən Mərkəzi Asiyada möhkəmlənmək istəyir... .....                     Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? .....                     Bəzi yerlərdə arabir yağış yağacağ gözlənilir .....                     Pezeşkianın müavini: .....                 

ARTUR RƏSİZADƏDƏN ABUTALIBOVADƏK...
Tarix: 22-03-2012, 15:49 | Çap et
ARTUR RƏSİZADƏDƏN ABUTALIBOVADƏK...

HAKİM DÜŞƏRGƏ "BÖYÜK ƏLƏMƏ" KAMPANİYASINA TƏDARÜK GÖRÜR

DİA.AZ: - Son günlər ölkədə aparılan antikorrupsiya tədbirləri çərçivəsində irili-xırdalı bir sıra məmurların cəzalandırılması, işdən azad olunması müşahidə olunur. Bütün bunlara baxmayaraq, antikorrupsiya tədbirlərinə münasibət cəmiyyətdə birmənalı deyil. Məsələn, bəziləri zənn edirlər ki, bu tip tədbirlər rüşvətxorluğun tam olaraq aradan qaldırılmasına yardımçı olmayacaq. Bəziləri isə hesab edirlər ki, antikorrupsiya tədbiri uzunömürlü deyil, sadəcə olaraq, bəzi beynəlxalq donor təşkilatların layihəsidir.

Hələ ötən ildən ekspertlər Azərbaycanda prezident seçkiləri öncəsi dövrü şərh edərək, maraqlı mülahizələr irəli sürmüşdülər. O zaman bildirilirdi ki, 2012-ci ilin ortalarından etibarən bir çox məmurlar yol verdikləri ciddi nöqsanlara görə tutduqları vəzifələrindən kənarlaşdırıla bilərlər. Hakimiyyətdaxilində son baş verənlərin təhlili deyilənlərin həqiqət olduğunu göstərir. Odur ki, bugünkü mövcud situasiyanı nəzərə alaraq, yaxın vaxtlarda iqtidarın hansı məmurlarla vidalaşa biləcəyini təhlil etmək və bununla bağlı əldə etdiyimiz məlumatlar daha çox maraq doğurur.

DİA.AZ bildirir ki, bu sırada ilk diqqəti çəkən isə ölkənin ikinci şəxsi olan Baş Nazirdir. Təqaüd yaşı çoxdan keçmiş Artur Rəsizadənin son günlər ölkədə aparılan antikorrupsiya tədbirlərinin yekununda istirahətə göndəriləcəyi şübhə doğurmur. Onun hələ bir müddət əvvəl dəyişiləcəyi iddia olunurdu. Lakin son anda göstərdiyi xidmətlər nəzərə alınaraq, Artur Rəsizadənin daha bir müddət ölkənin ikinci şəxsi postunda qalmasına imkan yaradıldı. Artıq baş nazir olmağa iddialıların artdığını və onların Artur Rəsizadədən çox güclü olduqlarını nəzərə alsaq, "kadr islahatı" tədbirlərinin sonunda yeni baş nazir təyinatının olacağı şübhə doğurmaz.

Ekspertlərin mülahizələrinə görə, yeni baş nazirin də Rəsizadə kimi heç bir siyasi çəkisi olmayan, ciddi iddialara düşməyən şəxs olacağı gözləniləndir. Bu baxımdan, bu yerə iddialılar arasında daha çox iqtisadi inkişaf naziri Şahin Mustafayev və maliyyə naziri Samir Şərifov şanslı görünür. Onların siyasi çəkilərinin o qədər də böyük olmaması və sürətli yüksəlişlərini təmin edən dayaqlarının mövcudluğu belə deməyə əsas verir. Bununla belə, yeni baş nazirin tamamilə gözlənilməz şəxsin olması da mümkündür.

Bu arada, baş nazirin müavinlərində dəyişiklik olacağı az ehtimal edilir. Odur ki, yeni baş nazirin kimin təyin olunmasından asılı olmayaraq, birinci müavin Yaqub Eyyubovun, müavinlər Abid Şərifov və Elçin Əfəndiyevin əvəzlənəcəyi gözlənilmir. Müavinlərdən yalnız Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun dəyişiləcəyilə bağlı son vaxtlar müxtəlif məlumatlar səsləndirilir.

Hakimiyyətin yeni komandasında yeri görünməyən nazirlərdən biri də səhiyyə naziri Oqtay Şirəliyevdir. Bununla bağlı məlumat verən mənbənin sözlərinə görə, səhiyyə sistemində son dövrlər cərəyan edən proseslər sonda nazir Oqtay Şirəliyevin istefaya göndərilməsinə səbəb ola bilər. Hələ ötən ilin dekabr ayında bununla bağlı mətbuatda müxtəlif səpkili xəbərlər yayılmışdı. Bildirilirdi ki, Oqtay Şirəliyev səhiyyə sektorunda baş alıb gedən rüşvət və korrupsiya burulğanına görə ölkə başçısının qəzəbinə tuş gəlib.

Dəyişdiriləcəyi gözlənilən məmurlar sırasında uzun müddətdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısı postunda əyləşən Hacıbala Abutalıbovun da adı hallanır. Bu günədək ayrı-ayrı vaxtlarda merin mövqelərinin bir neçə dəfə ciddi surətdə laxladığı çoxlarına məlumdur. O da bəllidir ki, bir neçə il əvvəl "mən boğaza qədər rüşvət adlı çirkaba bulaşmışam" etirafında bulunan Bakı meri bağışlanmasının mükafatı olaraq bu gün də öz postundadır. İndi isə artıq limitlərin bitdiyi nöqtədir. Ehtimal olunur ki, "Eurovision-2012"-dən sonra Abutalıbovla hakimiyyətin yolları ayrılsın. Hər halda, bütün bunların sonda nə ilə nəticələnəcəyini daha dəqiq bilməkdən ötrü bir qədər gözləmək və hadisələrin gedişatını izləməklə yanaşı, onları məntiqlə şərh etmək gərəkdir...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Sən demə, Türkiyədə müalicə aldığına da həsəd aparan var...”
Dünən, 17:27
“Lənkəranski” barədə xoşagəlməz ifadələr işlədəni oğurlayan şəxs yenidən MƏHKƏMƏ QARŞISINDA
Dünən, 17:23
“Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” - Keçmiş iş yoldaşından rektora sərt ittihamlar
Dünən, 17:19
UEFA-da AFFA-nın əməkdaşına vəzifə verildi
Dünən, 17:14
Uşağı döyən psixoloq haqlı çıxa bilər – Şok AÇIQLAMA
Dünən, 17:12
Azərbaycanın lombard şirkəti “BQ” ASC ₼1.4 milyon mənfəət əldə edib
Dünən, 17:06
“Aqrarkredit”in balansındakı əmlaklar hərraca çıxarılır - QİYMƏTLƏR
Dünən, 17:05
Rektor yeni şöbə müdiri təyin etdi - ƏMR
Dünən, 17:00
KTM-in mətbuat katibi vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Dünən, 16:54
"Niyə mən borclanmalıyam?" - GİLEY
Dünən, 16:43
"Etiraf et ki, anana vaxtında sevgini tam göstərə bilmədin"
Dünən, 16:39
Nazir 7 ay əvvəl direktor təyin etmişdi, öz ərizəsi ilə işdən getdi - Yeni təyinat
Dünən, 16:33
Vüsal İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ - FOTO
Dünən, 16:28
Yaponiyaya qarşı təhdidlər sadə bir həqiqəti nümayiş etdirir: - ultimatum siyasəti öz effektivliyini tükəndirib
Dünən, 16:25
Rövşən Nəcəfdən yeni təyinat: BU DƏFƏ... - Tamara Makinskaya...
Dünən, 16:19
Rus ekspertdən sensasiyalı proqnoz: - “Qafqazda da Nepal faciəsi yaşana bilər”
Dünən, 16:14
Eyni Bişkek, fərqli Azərbaycan: - 32 il əvvəl Bişkekdə Ermənistan nə istəyirdi?
Dünən, 16:12
Şəkidə yaşanan qorxulu olay: əhali narahatdır – Proses başlaya bilər
Dünən, 16:08
Qazaxıstanın ən böyük müxalif nəşrlərindən biri fəaliyyətini dayandırır - KİV
Dünən, 16:06
İki məşhurun davası Faiq Ağayevin toyunda başlayıbmış – Nazpəri ilk dəfə AÇIQLADI
Dünən, 15:56
Paşinyan tələsməlidir... - AKTUAL
Dünən, 15:53
Putin Qırğızıstanda Cinpinlə görüşüb
Dünən, 15:49
“GoldenPay”ə yeni rəhbər təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:45
Hibrid avtomobillər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI
Dünən, 15:43
Afət Fərmanqızı Dəniz Əsədovanı məhkəməyə verdi - HƏBSİNİ İSTƏYİR...
Dünən, 15:39
Əliyevlə Paşinyan Bişkekdəki görüşdə - Nələri müzakirə etdi?
Dünən, 15:36
Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb
Dünən, 15:33
Azərbaycana qarşı “üçlü hücum”: - Əli Kərimli, Qarabağ və “siyasi məhbus” gündəliyinin arxasında nə dayanır?
Dünən, 14:35
Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma və təhlillər aparır - RƏSMİ
Dünən, 14:31
"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi yaradılıb
Dünən, 14:29
"Özümü 50 yaşında kişi kimi hiss edirəm" - Xalq artisti
Dünən, 13:17
“Cəlilabad Şərab-2” ASC-nin dövlətə olan 1 milyona çatır
Dünən, 13:15
Ermənistan müdafiə naziri Hindistan marşalı ilə görüşdü
Dünən, 13:11
“Atam məzar daşlarına şeir yazırdı, deyirdi ki, mən öləndən sonra da siz çörək tapacaqsız, amma..”
Dünən, 12:59
BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
Dünən, 12:54
Ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı şikayət geri götürüldü - TƏFƏRRÜAT
Dünən, 12:50
Hindistan Özbəkistan üzərindən Mərkəzi Asiyada möhkəmlənmək istəyir... - İNCƏLƏMƏ
Dünən, 12:42
Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:34
Bəzi yerlərdə arabir yağış yağacağ gözlənilir - belə deyirlər...
Dünən, 12:26
Pezeşkianın müavini: - İranın vəziyyəti yaxşı deyil
Dünən, 12:24
“Azərşəkər”in kapitalına 5.6 milyon manat əlavə edildi
Dünən, 12:22
Aktrisaya HAQSIZLIQ: - “Niyə qəpik-quruşa çəkilməliyəm axı?”
Dünən, 12:13
“AccessBank”da şirkət əmanətləri kəskin AZALIB
Dünən, 12:11
"Qarabağ" Dani Boltla yolları ayırıb
Dünən, 12:08
Kremldə böyük təşviş: - Putin 400 minlik yeni səfərbərliyə hazırlaşır
Dünən, 12:02
“Qanunsuzdursa, niyə sənədsiz evlərə kommunal xidmət göstərib pulunu almısınız?!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:57
Ermənistan susuz qala bilər: - Azərbaycanın tarixi gölü quruyur
Dünən, 11:51
Klinikanın mühafizəçisi keçmiş kürəkənini döydü: - “Mənə və ailəmə nalayiq ifadələr işlətdi”
Dünən, 11:48
“Leobank” GİLEY... - ”Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
Dünən, 11:45
Sərxoş halda evə gələn qardaşını döydü: "Anamın üzərinə hücum çəkdi" - TƏFƏRRÜAT
Dünən, 11:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru