DSMF Aydın Abbasovdan yenə ofis icarəyə götürdü: 540 min manata .....                     Azərbaycanlıların apardığı ət və süd məhsulları məhv edildi .....                     Təhsildə BAĞIROVŞİNA... .....                     Təqaüd üstündə başlayan mübahisə qanla bitdi: 86 yaşlı ata oğlunu bıçaqladı .....                     Ramiz Mehdiyevin 9 aylıq ev dustaqlığından nə doğuldu?.. .....                     "Rock and Steel Construction" MMC fəaliyyətini DAYANDIRDI: Külli miqdarda borcu qaldı .....                     Neft qiymətləri 1 həftə əvvəlki səviyyədə: .....                     Moskva yaxınlığında Su-57-ni Ukrayna vurub? .....                     Xəzərdən bu qiymətli məhsul oğurlanıb, hara daşınır? .....                     Nazirlikdəki əmilər bu məktəb direktoru ilə bacara bilmirlər? .....                     Agentlikdə sənəd qəbulu problemi .....                     Yardım üçün açılan bank hesabları niyə bloklanır? .....                     Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır? .....                     Təcili yardım cavab vermədi, xəstəyə “Baralgin”i aptekdən almağı tapşırdılar .....                     Bilik artıq defisit deyil: bəs təhsilin məqsədi nədir? .....                     "Həkim Baba Sağlamlıq Mərkəzi" fəaliyyətini DAYANDIRDI: Borcla... .....                     Moskvanın Qarabağ açıqlaması İrəvanı ayağa qaldırdı .....                     Pentaqon pilotsuz aparat istehsalını artırmaqda çətinlik yaşadığını etiraf edib .....                     Banklardakı sığortalı əmanətlərlə bağlı vacib qərar: faiz limitləri dəyişir? .....                     Kəndləri boşaldan səbəb: Məktəblərin bağlanması doğru qərardır? .....                     Fermerlər geri çəkilir, heyvan sayı azalır: Ət yenə bahalaşacaq? .....                     Bu şirkət ancaq Elm və Təhsil Nazirliyindən tender udur... .....                     Bölgələrdə xəstəxanalar boşdur: Pul yoxdur, yoxsa həkim? .....                     ""Xalq Sığorta"dan CANINIZI QURTARIN!" .....                     Kapital Bank müştərisinə ÇİLƏ YAŞADIR .....                     Hər həftə qırxılmış üzünün fotosunu polislərə yollayır .....                     "Deməli, həmin effekti yarada bilmirik..." .....                     Xəzər dənizinə savaşı RUSLAR GƏTİRİB .....                     Bu sistem yaşatmır... ÖLDÜRÜR! .....                     Hərbi-ruhani rejim UÇURUMA GEDİR... .....                     Gün ərzində 20 özəl xəbəri doğacaq qədər BÖYÜK DEYİLİK... .....                     MEDİA agentliyi ekspertlərə də qadağa qoymalıdır .....                     Bu addım çoxdan atılmalı idi... .....                     Türkiyəli sənətçi həm də belə qazanacaq... .....                     Abşeronda qadın ərini dişləyərək ona xəsarət yetirdi .....                     Korovinin iddialarına cavab gecikmədi .....                     Dövlət qurumu 3,4 milyon manatlıq tenderə bir həftə vaxt verdi .....                     “Boğazınızdan kəsib uşaqları üzgüçülüyə göndərin” .....                     Arayik Harutyunyan və digərlərinin apellyasiya məhkəməsi prokurorların çıxışları ilə davam etdirilib .....                     Qadınlar üçün ən yaxşı ölkələr açıqlandı .....                 

NN ŞEFİ ÜZƏRİNDƏ В«DÖVLƏT ÇEVRİLİŞİВ» PLANI
Tarix: 2-03-2012, 14:58 | Çap et
NN ŞEFİ ÜZƏRİNDƏ В«DÖVLƏT ÇEVRİLİŞİВ» PLANI

TAKSİ SÜRÜCÜLƏRİNİN QIYAMI, ARDINDAN DA QUBA ÜSYANI: TƏSADÜF DEYİL!

DİA.AZ: - Quba rayonunda baş verən son olaylar mətbuatın gündəmində hələ uzun müddət müzakirə ediləcək. Hadisələrin necə baş verməsi, bu olayların təşkil edilib-edilməməsi, həmçinin də təşkilatçıların kimlər olması barədə suallara axtarılan cavablar hələ çox vaxt aparacaq. Hələliksə, ortada görünən o idi ki, hadisələrin başlandığı ilk anlardan ölkənin nəqliyyat naziri Ziya Məmmədovun adı daha çox hallanmağa başladı.

Hadisələrin başlandığı anlardan da biz daha çox nəqliyyat nazirinin Qubaya səfər etdiyi barədə məlumat aldıq. İlk öncə ağıla gələn sual bu oldu ki, baş vermiş hadisələr əslində işğtişaş idi. Qubada hansısa taksi problemi, avtobus nasasızlığı və ya yol tikintisi və ya təmiri olayı baş verməmişdi. O zaman niyə Ziya Məmmədovu Qubaya yolladılar? Heç Z.Məmmədov əslən qubalı da deyil. Normalda bu hadisələr baş verən zaman Qubaya daxili işlər naziri, baş prokuror və ya Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsi, o cümlədən PA-nın hüquq-mühafizə orqanları ilə iş şöbəsindən səfər edilməliydi. Amma Ziya Məmmədov yollandı. Səbəb kifayət qədər sadədir. Axı nəqliyyat naziri bu rayona görə cavabdehdir və istefası tələb edilən icra başçısı Rauf Həbibov da Z.Məmmədovun qohumudur. İcra başçısı ilə naziri təkcə qohumluq əlaqələri deyil, eyni zamanda böyük biznes ortaqlığı da bağlayır. R.Həbibov uzun illər Ziya Məmmədovun bina tikinitisi, şəxsi və kommersiya xarakterli bütün iri projelərində icraçı kimi işləyib. Məhz onun icra başçısı təyin edilməsində də səbəb nəqliyyat naziri olub. Təqdimatı prezidentə verən Z.Məmmədov olub. İndi isə ötən ilin noyabrın 22-də keçirilən bir müşavirənin video yazısı ortaya çıxıb və gözlənilmədən də ciddi təşkilatlanmış bir mitinq baş verib. PA-dan da ilk olaraq Ziya Məmmədova tapşırıq verilib ki, Qubaya getsin. Əslində bu göstəriş, nəqliyyat nazirinin Qubaya yollanması, hakimiyyətin yerli ərazi idaəretmə prinsiplərinin biabırçı bir durumda olduğunun açığı idi. Z.Məmmədovu açıq hədəfə çevirmək məsələsi bir yana (bu barədə aşağıda ətraflı yazacayıq red.) bu həm də hakimiyyətin idarəetmə prinsiplərinin mülkiyyət, sərvət, rayonların fərdi qruplar arasında bölüşdürülməsinin bir formasının etirafı idi. Rəsmən etiraf olunurdu ki, əslində Azərbaycanda hakimiyyət məhz bu formada idarə edilir. Bununla belə Z.Məmmədovun hədəfə alınması arqumenti günü-gündən möhkəmlənir.

Daha çox kim ziyan çəkdi?

Əslində bəziləri hesab edirlər ki, Quba olaylarını təşkil etmək iqtidarın işinə yaramır və belə president gələcəkdə təkrarlana bilər. Başqa bir arqumentə görə isə hakimiyyət daxilində elə bir qruplaşma ola bilməz ki, məhz digər qruplaşmaya qarşı bu şəkildə etiraz forması və ya sıradan çıxarma metodu tətbiq edərək vəziyyəti öz xeyrinə istifadə edə bilsin. Əlbəttə ki, bu arqumentlər özlüyündə kifayət qədər tutarlı hesab oluna bilər. Amma ortada olan cavabsız suallar uzun müzakirələrə və nəticədə hakimiyyətin müstəqil mətbuat üçün daim hədəf olan Ziya Məmmədovu göstərməsi də təsadüfi deyil. Cəmi bir neçə ay əvvələ qayıdaq: Bakıda köhnə taksilərin yığışdırılmasıyla bağlı kütləvi narazılıqlar başlandı. O zaman da etirazlarla bağlı daha çox hədəfə alınan Ziya Məmmədov oldu. Nəticə etibarilə də Z.Məmmədov kütlənin etirazları qarşısında geri çəkilərək tətbiq edilən qaydaları xeyli yumşaltmalı oldu. Əslində bunların heç biri səbəbsiz deyildi. Daha sonra isə rəsmi dövlət qəzetlərində yeni Ziya Məmmədov açıq hədfə alındı və sərt tənqid olundu. Fevral ayında yağan qarın Bakı küçələrindən təmizlənməsi işlərinin yetərli səviyyədə aparılmamasına görə, yolların dağılaraq yararsız hala düşməsinə görə rəsmi dövlət qəzetləri Ziya Məmmədovu el dili ilə desək В«yıxdı-sürüdüВ». Nəhayət Qubada baş verən bu olaylar…

Deməli təsadüf yoxdur. Qubada baş verən olaylardan daha çox əziyyət çəkən məhz icra başçısı və Ziya Məmmədov oldu desək yanılmarıq. Hakimiyyət nəqliyyat nazirinin timsalında bir qədər yumşaq, hummanist mövqe sərgiləməklə özünə bu iğtişaşlardan xal qazanmaq taktikasına üstünlük verdi. Amma pozitiv olaraq itirən ilk növbədə Ziya Məmmədov idi. İlk növbədə sərvətlərin dağıdılması, icra başçısının postunu itirməsi, Ziya Məmmədovun əsas kassirlərindən birini, bəlkə də birincisini sıradan çıxardılar. Təbii ki, bütün bunların acısını nəqliyyat naziri çəkəcək. Bu prosses daha sonra nəqliyyat nazirinin nəzarətində olan, onun qohumları olan rayonların icra başçıları ilə də davam edə bilər. Əgər ardı gələcəksə və fərqli formalarda yenə də onun adamlarının icra başçısı postundan atılması, müxtəlif yollarla vurulması prossesi aparılacaqsa, o zaman ortada təsadüf yox, əslində 2005-ci ilin kiçik modeli olan Fərhad Əliyev düzəltmək, şou təşkil etmək və hakimiyyəti möhkəmləndirmək taktikasının ola biləcəyi daha çox inandırıcı görünür. Deməli, Z.Məmmədov kimi nəhəng bir oliqarxın tək olmadığı, onun ətrafında ən azı Əli İnsanov, Fərhad Əliyev qədər böyük ətrafı olan bir neçə məmur da tapmaq çətin olmayacaq. Məntiqlə bu baş verənlərdə Ziya Məmmədovun vurulması çox inandırıcı görünür.

Bir sözlə ifadə etsək Quba olayları nəqliyyat naziri Ziya Məmmədovu bitirə bilər. Nəqliyyat naziri Şimal bölgəsinin de-fakto qubernatoru idi və regionu onun təqdimat verdiyi kadrlar idarə edirdi. Şimal bölgəsinin mərkəzi olan Quba rayonunun icra hakimiyyətinin başçısı postuna isə Z. Məmmədov ən çox etibar etdiyi Rauf Həbibovu yerləşdirmişdi. Onun sarsaqlaması Ziya Məmmədovun hakimiyyətdəki mövqeyinə birbaşa sarsıdıcı zərbə vurub.

Yenidən baş verən hadisələrə diqqətlə nəzər salaq: Qubalıların əsas tələbi Rauf Həbibovun vəzifəsindən uzaqlaşdırılması idi. Hadisələrin gedişatı da göstərir ki, bu məsələdə hakimiyyət daxili bəzi qruplar da fəallıq nümayiş etdirdilər.

Birincisi, Quba prokuroru, ardınca isə rayona göndərilən nazir Məmmədov yeni Azərbaycan tarixində ilk dəfə olaraq icra başçısının hərəkətlərinə görə xalqdan üzr istədi və onun cəzalandırılacağını dedilər. İkincisi, mətbuatın diqqətindən yayınmayan bir məsələdir ki, adətən bu tip informasiyaları ya verməyən, ya da qərəzli şəkildə verən hakimiyyətin inhisarında olan KİV-lər bu dəfə obyektiv informasiyalar yaydılar. Araşdırma zamanı bəlli oldu ki, Quba olayları haqda obyektiv informasiya yayan KİV-lər məhz Z.Məmmədova rəqib olan oliqarxların nəzarətindədir (etik mülahizələrə görə həmin KİV-lərin adlarını çəkmirik - red.).

Üçüncüsü, Yeni Azərbaycan Partiyasının üzvü, Milli Məclisin Qubadan seçilən deputatı Yevda Abramov qubalıların etiraz hüququnun olduğunu, lakin əndazəni aşmağa ehtiyac olmadığını dedi. Bu da az saylı presedentlərdən biridir ki, YAP-çı deputat vətəndaşların etiraz hüququna normal yanaşır.

Bütün bunlar göstərir ki, icra başçısının sarsaqlamasından hakimiyyətdaxili qruplar faydalanmaq istəyir. Burada əsas məqsəd Şimal bölgəsinin Z. Məmmədovun inhisarından çıxarılmasıdır. Böyük ehtimalla, bu hadisələrdən sonra Şimal bölgəsi Z. Məmmədovun nəzarətindən çıxacaq və başqa oliqarxın nəzarətinə keçəcək.

Onu da qeyd edək ki, Qubada maraqları toqquşan xeyli oliqarx var. Bu sırada fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, müdafiə naziri Səfər Əbiyevin (nazir əslən qubalıdır - red.), eləcə də Moskvada fəaliyyət göstərən yəhudi oliqarxların adlarını çəkmək olar. Adıçəkilən oliqarxların Z.Məmmədovla ciddi konfliktinin olması barədə də KİV-də məlumatlar dolaşır. Məsələn, S.Əbiyevin şəxsi münaqişə zəminində işdən çıxardığı ölkənin sabiq hərbi komissarı Əlağa Hüseynov Z.Məmmədovun qudasıdır. Güman ki, oliqarxlar arasında şəxsi münaqişələrin alovlanması Qubadakı xalq üsyanına da bu və ya başqa şəkildə yansıyıb.

Yuxarıda qeyd etdiyimiz kimi əslində nəqliyyat nazirinin ətrafında olan bəzi məmurların, o cümlədən də hakimiyyətin siyasi elitasında olan insanların da əksəriyyəti artıq səksəkə içindədir. Hakimiyyətdəki mənbələrdən daxil olan məlumatlara görə, nazirin ən yaxın ətrafı sayılan yeni Qudası Hesablama Palatasının sədri Heydər Əsədovun da durumu heç də yaxşı deyil. Məlumat verilir ki, palata sədri artıq PA-dan ciddi şəkildə təzyiqlərlə üzləşmək məcburiyyətində qalıb. Bundan başqa Ucar rayonunun icra başçısı ilə bağlı da kifayət qədər sərt informasiyalar yayılmaqdadır. Bu informasiyaların da böyük əksəriyyəti demək olar ki, hansısa qruplaşmaların yaradılması, hansısa silahlı qanunsuz birləşmələrin formalaşması və rayonda kriminogen durumun ağırlaşması ilə bağldı olur. Həmçinin də rayonun sosial həyatında da əhali arasında ciddi təşviqat işləri aparılır. Hətta rayonda narkotik, qadın alveri kimi ağır cinayət tərkibli işlərlə yüksək səviyyədə təşkilatçılıq edənlərin olduğu söylənilir. Daha dəhşətli məlumatlar isə əxlaqsız qadınlara uşaq dünyaya gətirmək və bu uşaqları satmaq kimi vəhşi biznesin təşkil edildiyi söylənilir. Təbii ki, bütün bunları böyük planın tirkib hissəsi hesab etmək olar. Məsələ burasındadır ki, bu böyük planın həyata keçirilməsi işində yenə də PA pərdəarxasından görünür. Amma görünür.

Ən azından Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin hadisələrlə bağlı açıqladığı ilkin rəsmi məlumatlardan da görünür ki, əslində evlərin, avtomobillərin yandırılması, dövlət idarələrinin dağıdılması, pəncərə və qapılarının sındırılması cinayət deyilmiş. Hüquq-mühafizə orqanlarının rəsmi açıqlamasında belə yazılırdı: «…insanlar dövlətçiliyi müdafiə etmək üçün etirazlara başlayıblarВ». Bu hadisələrdə dövlətçilik üçün hansı təhlükə var idi? Bir icra başçısı insanları təhqir etmişdi, onlar da buna etiraz edirdilər. Hətta dövlət obyektlərini də dağıtdılar. Amma rəsmi açıqlamalarda dövlətçiliyin müdafiəsi kimi təqdim olunan bu olaylar əslində kifayət qədər qaranlıq məqamlardan xəbər verir. Biz burada hakimiyyətin daha çox ehtiyat etdiyini, sanki kimlərdənsə bir mesaj aldığını müşahidə edirik. Deməli, bu məsələ ilə bağlı olaraq hələ çox mühim məsələlər ortaya çıxacaq. Qubada baş verənlər əslində inqilab idi. İnqilab isə ixtişaşlarla, dağıtmaqla, yandırmaqla məhz belə baş tutur. Amma nədənsə, В«Cinayət MəcəlləsiВ»nin 221-ci maddəsi Qubada işləmədi. NİYƏ? Artıq bu suala cavab almaq üçün yeni iş günlərinin və veriləcəyi gözlənilən rəsmi açıqlamaları gözləmək lazım gəlir.

DİA.AZ – Ekspert Qrupu








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
DSMF Aydın Abbasovdan yenə ofis icarəyə götürdü: 540 min manata - DETALLAR
Bu gün, 10:16
Azərbaycanlıların apardığı ət və süd məhsulları məhv edildi
Bu gün, 10:12
Təhsildə BAĞIROVŞİNA... - Eşqi müəllimi bir təftiş edən olsa...
Bu gün, 09:59
Təqaüd üstündə başlayan mübahisə qanla bitdi: 86 yaşlı ata oğlunu bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 08:59
Ramiz Mehdiyevin 9 aylıq ev dustaqlığından nə doğuldu?.. - REPLİKA
Bu gün, 08:49
"Rock and Steel Construction" MMC fəaliyyətini DAYANDIRDI: Külli miqdarda borcu qaldı - FOTO
Bu gün, 08:46
Neft qiymətləri 1 həftə əvvəlki səviyyədə: - Nə qədər davam edəcək?
Bu gün, 08:44
Moskva yaxınlığında Su-57-ni Ukrayna vurub?
Bu gün, 08:42
Xəzərdən bu qiymətli məhsul oğurlanıb, hara daşınır? - AXI NİYƏ?..
Bu gün, 08:07
Nazirlikdəki əmilər bu məktəb direktoru ilə bacara bilmirlər? - İTTİHAM VAR...
Bu gün, 08:04
Agentlikdə sənəd qəbulu problemi – Sənədlər "qaralama"da, namizədlərə cavab gəlmir...
Bu gün, 07:55
Yardım üçün açılan bank hesabları niyə bloklanır? – Əkrəm Həsənov səbəbləri açıqladı
Bu gün, 07:50
Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:27
Təcili yardım cavab vermədi, xəstəyə “Baralgin”i aptekdən almağı tapşırdılar – TƏBİB-dən şikayət
Bu gün, 07:21
Bilik artıq defisit deyil: bəs təhsilin məqsədi nədir? - AKTUAL
Bu gün, 07:15
"Həkim Baba Sağlamlıq Mərkəzi" fəaliyyətini DAYANDIRDI: Borcla... - TƏFƏRRÜAT
Bu gün, 07:13
Moskvanın Qarabağ açıqlaması İrəvanı ayağa qaldırdı – yeni siyasi qalmaqal
Bu gün, 07:10
Pentaqon pilotsuz aparat istehsalını artırmaqda çətinlik yaşadığını etiraf edib - "Reuters"
Bu gün, 07:07
Banklardakı sığortalı əmanətlərlə bağlı vacib qərar: faiz limitləri dəyişir? - Görünəni odur ki...
Bu gün, 07:05
Kəndləri boşaldan səbəb: Məktəblərin bağlanması doğru qərardır? - AKTUAL
Bu gün, 07:04
Fermerlər geri çəkilir, heyvan sayı azalır: Ət yenə bahalaşacaq? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:02
Bu şirkət ancaq Elm və Təhsil Nazirliyindən tender udur... - HOQQABAZLIQ!
Bu gün, 06:43
Bölgələrdə xəstəxanalar boşdur: Pul yoxdur, yoxsa həkim? - AÇIQLAMA
Bu gün, 06:37
""Xalq Sığorta"dan CANINIZI QURTARIN!" - MÜRACİƏT
Bu gün, 06:24
Kapital Bank müştərisinə ÇİLƏ YAŞADIR - GİLEY
Bu gün, 06:19
Hər həftə qırxılmış üzünün fotosunu polislərə yollayır
Bu gün, 06:12
"Deməli, həmin effekti yarada bilmirik..." - partiya sədri
Bu gün, 06:08
Xəzər dənizinə savaşı RUSLAR GƏTİRİB - ONA GÖRƏ DƏ...
Bu gün, 06:02
Bu sistem yaşatmır... ÖLDÜRÜR! - MALƏSƏF...
Bu gün, 05:52
Hərbi-ruhani rejim UÇURUMA GEDİR... - FAKT BUDUR!
Bu gün, 05:45
Gün ərzində 20 özəl xəbəri doğacaq qədər BÖYÜK DEYİLİK... - MEDİA ABSURDU
Bu gün, 05:12
MEDİA agentliyi ekspertlərə də qadağa qoymalıdır - ÇAĞIRIŞ
Bu gün, 05:05
Bu addım çoxdan atılmalı idi... - ÇARŞABIN ALTINDAN PÜLƏNƏN ÇİRKAB...
Bu gün, 04:55
Türkiyəli sənətçi həm də belə qazanacaq...
Bu gün, 04:43
Abşeronda qadın ərini dişləyərək ona xəsarət yetirdi
Dünən, 19:05
Korovinin iddialarına cavab gecikmədi - Müşfiq Hətəmovun nümayəndəsi danışdı
Dünən, 18:59
Dövlət qurumu 3,4 milyon manatlıq tenderə bir həftə vaxt verdi – LƏĞV EDİLDİ
Dünən, 18:40
“Boğazınızdan kəsib uşaqları üzgüçülüyə göndərin” - Fərhad Mehdiyev
Dünən, 18:36
Arayik Harutyunyan və digərlərinin apellyasiya məhkəməsi prokurorların çıxışları ilə davam etdirilib
Dünən, 18:30
Qadınlar üçün ən yaxşı ölkələr açıqlandı – Azərbaycan 111-ci sırada…
Dünən, 17:40
İki müharibə Azərbaycanın bir addımlığına çatdı – bizi nə gözləyir?
Dünən, 17:38
Şəmsi Səmədzadə həbsdən AZAD OLDU - AÇIQLAMA
Dünən, 17:36
"Toplum TV" işi üzrə təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 17:31
"Tibb bacıları xalama su vermədilər ki, onsuz da ölürsən" – "Semaşko"dan şikayət
Dünən, 17:27
Azərbaycanda botoks vurduranlar iflic olur? – Həkim prosedurları dayandırdığını deyir
Dünən, 17:24
Ukraynanın Xəzər dənizində gəmiləri vurması son dərəcə təhlükəlidir - Peskov
Dünən, 17:22
“AzSığorta” ikinci rübdə zərər etdiyini açıqladı - DETALLAR
Dünən, 17:16
Toy qiymətimi iki dəfə artıracağam - Vüqar Muradov
Dünən, 17:10
Deputatlar bu yay harada dincələcək? - SORĞU
Dünən, 17:09
Matevosyan Paşinyanı İTTİHAM ETDİ
Dünən, 17:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru