"Molla rejimi deyir ki, niyə Süveyşdən, Panamadan keçid üçün haqq ödənir? Biz də Hörmüzdən keçid üçün alaq..." "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə tanınmış jurnalist Dünya Sakit çıxış edib.
O daha sonra fikrini belə davam etdirir: "Panama da, Süveyş də təbii keçid deyil, özəl şirkətlər tərəfindən yaradılmış kanallardır. Onların keçid üçün uyğyn vəziyyətdə saxlanması xərc tələb edir.
Molla rejimi isə Allahın verdiyi yoldan keçid üçün haqq tələb etmək fikrinə düşüb. İnşallah ki, ürəyində qalacaq arzusu. Hörmüzün əhəmiyyəti dünyaya bir daha çatdı. Bundan sonra Hörmüzdə İranın at oynatmasına böyük güclər heç bir halda imkan verməyəcəklər. Ha xoşluqla, ha zorla. Molla-terrorçu rejimi İrana qarşı olmayan ölkələri də hərəkətə gətirməklə ilk növbədə özünə ziyan edir..."










