İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı .....                     AZPROMO sığortaçı seçib .....                     İcra hakimiyyətlərinin “sevimli” şirkətinə məxsus əmlak müsadirə olunaraq hərraca çıxarılıb .....                     Atasını öldürüb meyitini “Bəkdəmir yalı”na aparıbmış .....                     Qazax-Tovuzda alkoqollu içkiyə xərclənən vəsait kəskin artıb .....                     Məşhur məmurun kürəkəni əliqandallı Bakıya gətirildi .....                     “Sabah”ın ÇL-də bu klublardan xal alması mümkünsüzdür” .....                     Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın .....                     İlham Əliyev Putinlə söhbətləşdi .....                     İran bu tarixdə BOMBARDMAN ediləcək .....                     "Vasifin ad günümə aldığı hədiyyəni deməyə utanıram" .....                     Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin .....                     Əməkdar jurnalistin 185 mini ələ keçirildi: Şöbə rəisi olmaq istəyirmiş .....                     Tanınmış şərhçi Nurlan Valehoğluya yeni vəzifə verildi .....                     Parkda tanışlarını döyərək bıçaqladı, cəzası artırıldı, istəyi reallaşmadı .....                     Kremldən Əliyev-Putin görüşü barədə .....                     İrandan sonra İsrailin növbəti hədəfi Türkiyə olacaq .....                     “300 şagirdin oxuduğu məktəbin tavanı çökmək üzrədir..” .....                     Naxçıvan İcra Hakimiyyəti 230 min manata işıq dirəkləri və park oturacaqları alır .....                     “Kişi xeylağıdır, hansısa qadınla istirahətə gedibsə, bu, evlənmək deməkdir?” .....                     Ermənistan dəmir yollarını Rusiyadan alıb Qazaxıstana vermək istəyir .....                     “Express Lombard” 2 dəfə kiçilib .....                     Avropada iş vədi ilə 171 nəfəri aldadıb 217 min manat aldı .....                     Fuad Muradov xüsusi təyinatlı “zon”a köçürülüb .....                     Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu daha da artıb .....                     Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir .....                     Tibb Universiteti nəqliyyat vasitələrinin təmirinə yeddi yüz min manatdan çox vəsait ayırdı .....                     Əmisi qızınızı küçədə öldürmək istəyən şəxs .....                     Turizm şirkətinin rəhbəri Polşada həbs edildi .....                     Vüqar Qurbanovun qohumu işdən çıxarıldı .....                     “Bu olayların yaşanmasında Əli İsa Cabbarovun əli var“ .....                     Estetik cərrahiyyənin iki üzü: Sertifikatı olmadan əməliyyat edənlər kimlərdir? .....                     “Qadın təmiz qalmalıdır; kişi kişidir də, gözü orda-burda ola bilər .....                     Mübahisə etdiyi şəxsin üzərinə qəsdlə maşın sürdü .....                     Məktəbdən NARAZILIQ: “Bəs nazirlik nə işlə məşğuldur?” .....                     Rusiya ordusu Ukrayna ilə Rumıniya arasında sərhəd-keçid məntəqəsini vurub .....                     Paşinyandan Kərki ilə bağlı xüsusi tapşırıq... .....                     “Aqrarkredit” Bakıda 8 əmlakını satışa çıxarır .....                     "Azərbaycan mövcud olmayıb" .....                     "Sədərək gömrüyündə bizimlə düşmən kimi davranırlar..." .....                 

3 il əsirlikdə: "Pəncələrimizə vururdular ki, gəzə bilməyək" - DƏHŞƏTLİ FAKTLAR...
Tarix: 30-09-2025, 02:31 | Çap et

Ukraynanın Xerson şəhərinin keçmiş meri Volodimir Mikolayenko üç il Rusiya əsirliyində qalıb. O, işgəncələrdən, aclıqdan necə sağ çıxdığını nəql edir.

Rusiya qüvvələri Mikolayenkonu 2022-ci ilin aprelində, genişmiqyaslı işğalın ilk həftələrində oğurlayıblar. O, uzun müddət itkin sayılıb. Bu il avqustun 24-də – Ukraynanın Müstəqillik Günündə əsir mübadiləsi çərçivəsində azad olunub.

65 yaşlı Mikolayenko xeyli arıqlayıb, zəif və cüssəsiz görünür. Amma ruhu möhkəmdir və azadlığa alışmağa çalışır.

“İllərlə yalnız barmaqlıqlar və beton gördüm. Azadlığa çıxanda ilk gördüyüm yaşıllıq, çiçəkləyən ağaclarımız oldu. Bu hədiyyəyə görə minnətdaram”, – azadlığa çıxdıqdan bir neçə həftə sonra o, Kiyevdə AzadlıqRadiosunun Krım.Reallii layihəsinə danışıb.

Mikolayenko əsirlikdə 25 kiloqram arıqlayıb.

Amma artıq işləməkdən danışır – ya Xersonun bərpasına, ya da əsirlikdə olan ukraynalıların azad olunması səylərinə kömək etmək istəyir.

Merdən müdafiəçiyə

2022-ci il fevralın 24-də Rusiya genişmiqyaslı işğala başlayanda Volodimir Mikolayenkonun 62 yaşı vardı. O, Xerson şəhər şurasının üzvü, 2014–2020-ci illərdə şəhərin meri olmuşdu. Müharibə başlayınca Könüllü Ərazi Müdafiə qüvvələrinə qoşulur.

Naddnipryanske keçidi, Xersonu Dnepr çayının şərq sahili ilə birləşdirən Antonivski körpüsü yaxınlığında silah əldə etdiyini xatırlayır. Onda Rusiya artilleriyası şəhərə gedən yolları atəşə tuturdu.

Ukrayna qüvvələri cavab zərbələri ilə keçidi dağıtmağa, bəlkə də körpünü sıradan çıxarmağa çalışırdı. “Xerson vilayətində bir dənə də olsun körpünün partladılmadığına təəccübləndim”, – Mykolayenko xatırlayır.

Şərqdə isə istisna baş verdi – 23 yaşlı əsgər Vitali Skakun Heniçesk körpüsünü öz həyatı bahasına partlatdı və Rusiya kolonunun irəliləməsini ləngitdi.

Ukraynalıların müqavimətinə baxmayaraq, Rusiya zirehli texnikası Xersona çox sürətlə yaxınlaşdı.

“Çox tez gəldilər. Elə bil yolları təmizlənmişdi, bircə qırmızı xalça çatışmırdı”, – deyən Mykolayenko bu gün də inanır ki, işğalçıların irəliləməsində yerli satqınların rolu olub.

Az keçməmiş Xerson sakinləri işğalçılara silahsız, kütləvi etirazlarla müqavimət göstərdilər.

2022-ci il martın əvvəlində minlərlə insan silahlı əsgərlərin qarşısına çıxaraq “Slava Ukraini!” (Ukraynaya eşq olsun!) və “Ar olsun!” şüarları səsləndirdi.

Ən böyük mitinq martın 13-də keçirilib.

“Sovet dövründə belə bu qədər adam görməmişdim. Xersonun təslim olmayacağına inanırdım. O izdiham, on min, bəlkə də daha çox idilər, məni heyrətləndirdi”, – Mykolayenko danışır.

“Silahlılar məni baqaja atdı”

Xerson apreldə Rusiya qoşunlarının nəzarətində idi. Mikolayenko “tələ” adlandırdığı bir duruma düşməsindən danışır.

Ərazi Müdafiəsindən olduğunu iddia edən bir şəxs Mikolayenkoya deyib ki, həssas məlumatı Ukrayna hakimiyyətinə çatdırmalıdır. Onlar görüşməyə razılaşıblar:

“Bir maşın sürətlə gəldi. Silahlı kişilər məni baqaja atdı və işgəncə kamerasına çevrilmiş polis bölməsinə apardılar”.

Bundan sonra Mikolayenkonu Rusiyanın işğal etdiyi Krımın Sevastopol şəhərinə, oradan isə Rusiyanın Voronejdəki Borisoqlebsk şəhərinə aparılıb, orada beş ay saxlanılıb.

2022-ci ilin oktyabrında Moskvadan təxminən 200 kilometr şərqdə yerləşən Vladimir bölgəsindəki Pakino cəza koloniyasına göndərilib. Ötən ay azad olunanacan orada qalıb.

Mikolayenko koloniyadakı amansız şəraitdən, gördüyü davamlı fiziki və psixoloji işgəncələrdən söz açır:

“Döyülmə, dindirmələr, alçaldılma 24 saat davam edirdi. Əlini divara qoyub dayanmağa məcbur edirdilər və rezin çubuqla vururdular ki, şişsin. Pəncələrinə vururdular ki, gəzə bilməyəsən”.

Aclıq içində

Mikolayenkonun həbsdə bu qədər çəki itirməsi təəccüblü deyil. Orada dustaqlar daim aclıq çəkiblər.

“Nahara bulanıq şorba verilirdi. Bir dəfə bəxtim gətirdi: mənə yeddi arpa dənəsi düşdü. ‘Çempionsan’, deyə zarafat edirdilər. Qaşığa ehtiyac yox idi, altı-yeddi qurtumla bitirdi. ‘İkinci yemək’ qaynadılmış kartof qabığından ibarət idi. Və bir parça çörək. Bunlar bizi acından ölməyə qoymurdu”, – o danışır.

Beton həyətə çıxmağa icazə veriləndə isə Mikolayenko digər məhbuslarla asfaltın çatlarından çıxan gicitkənləri toplayıblar:

“Vitamin ala bilmək üçün yeyirdik”.

Mikolayenko danışır ki, onu işgəncələr altında Moskvayla əməkdaşlığa məcbur etməyə çalışıblar. Amma bu zorakı təkliflərə müqavimət göstərə bilib.

Digərlərinin isə o qədər də bəxti gətirməyib:

“Bəziləri özünü asmağa, damarlarını, boğazını kəsməyə çalışırdı. Bəziləri döyülməkdən üst-başını batırırdı; dözə bilmirdilər”.

“Ana, səni çox sevirəm”

Mikolayenkonun adı 2022-ci ilin yazında əsir mübadiləsi siyahısında görünsə də, azad olunması üç ildən çox çəkib.

Danışır ki, bir dəfə azadlığa çıxmağına “bircə addım” qalıb, paltarını geyinibmiş, bu zaman gənc, ağır xəstə və ağılını itirmək üzrə olan bir məhbusu görüb.

Mikolayenko getməkdən imtina edib, nəzarətçilərə həmin gəncin buraxılması üçün yalvarıb:

“Ya o, ya mən. Dedim ki, ‘uşağı götürün. Onun sağalmaq şansı var idi”.

Üç ilə yaxın həbsdə olduqdan sonra azadlığa çıxanda ilk zəngini Ukrayna Silahlı Qüvvələrində xidmət edən qızına edib. Anasının hələ sağ olduğunu, bir gün sonra 91 yaşına girəcəyini öyrənir. Onunla danışanda “Ana, səni çox sevirəm” sözlərini dilə gətirir.

“Bu həyatda ailəmizə çox az mehriban sözlər deyirik. Yalnız orada [həbsdə] olarkən nə qədər dəyərli olduqlarını anlayırsan”, – Mikolayenko bildirir.

Doğma şəhəri Xerson 2022-ci ilin noyabrında azad edilib. Amma şəhər dağıntılar içindədir, anasının evi dağılıb, özünün mənzilinə ziyan dəyib.

Ailəsi isə şəhərdən heç çıxmayıbmış. Həbsdə ikən onlarla əlaqəsi olmayıb, sağ qalıb-qalmadıqlarını bilməyib.

Mikolayenko indi də dinc oturmur. Deyir, Xersona qayıdıb şəhərin bərpasına kömək etmək, yaxud digər məhbusların azadlığı üçün çalışmaq istəyir:

“Hər gün özümü narahat hiss edirəm – dostlar oradadır, mən isə azadlıqda. Baş nazir müavini İrina Vereşçuka demişəm ki, könüllü kimi də olsa, kömək etməyə hazıram”.

Pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - GƏLİŞMƏ
Bu gün, 15:37
AZPROMO sığortaçı seçib
Bu gün, 15:20
İcra hakimiyyətlərinin “sevimli” şirkətinə məxsus əmlak müsadirə olunaraq hərraca çıxarılıb - İLGİNC FAKTLAR...
Bu gün, 15:18
Atasını öldürüb meyitini “Bəkdəmir yalı”na aparıbmış - 34 il əvvəl törədilən qətlin TƏFƏRRÜATI
Bu gün, 15:14
Qazax-Tovuzda alkoqollu içkiyə xərclənən vəsait kəskin artıb – Rayonlar üzrə siyahı
Bu gün, 15:09
Məşhur məmurun kürəkəni əliqandallı Bakıya gətirildi – 13 il əvvəl törədilən qətl işi məhkəməyə göndərildi
Bu gün, 15:07
“Sabah”ın ÇL-də bu klublardan xal alması mümkünsüzdür” – Rəşad Ergün
Bu gün, 13:04
Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın həbsinə order verilib
Bu gün, 13:02
İlham Əliyev Putinlə söhbətləşdi - FOTO
Bu gün, 13:01
İran bu tarixdə BOMBARDMAN ediləcək – Azərbaycan üçün RİSKİ…
Bu gün, 12:57
"Vasifin ad günümə aldığı hədiyyəni deməyə utanıram" - Mətanət Əsədova
Bu gün, 12:51
Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR
Bu gün, 12:49
Əməkdar jurnalistin 185 mini ələ keçirildi: Şöbə rəisi olmaq istəyirmiş - TƏFƏRRÜAT
Bu gün, 12:47
Tanınmış şərhçi Nurlan Valehoğluya yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:42
Parkda tanışlarını döyərək bıçaqladı, cəzası artırıldı, istəyi reallaşmadı – QƏRAR
Bu gün, 12:38
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
Bu gün, 12:34
İrandan sonra İsrailin növbəti hədəfi Türkiyə olacaq - Zərdüşt Əlizadə belə deyir...
Bu gün, 12:23
“300 şagirdin oxuduğu məktəbin tavanı çökmək üzrədir..” - Video
Bu gün, 12:20
Naxçıvan İcra Hakimiyyəti 230 min manata işıq dirəkləri və park oturacaqları alır - DETALLAR
Bu gün, 12:12
“Kişi xeylağıdır, hansısa qadınla istirahətə gedibsə, bu, evlənmək deməkdir?” - Polad Bülbüloğlu ilə bağlı AÇIQLAMA
Bu gün, 12:11
Ermənistan dəmir yollarını Rusiyadan alıb Qazaxıstana vermək istəyir - KİV
Bu gün, 11:55
“Express Lombard” 2 dəfə kiçilib - Mənfəəti azalıb
Bu gün, 11:53
Avropada iş vədi ilə 171 nəfəri aldadıb 217 min manat aldı – MƏHKƏMƏ
Bu gün, 11:47
Fuad Muradov xüsusi təyinatlı “zon”a köçürülüb - Keçmiş məmurların yanına...
Bu gün, 11:45
Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu daha da artıb - MƏQALƏ
Bu gün, 11:38
Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir - İsrafil Kərimovun yazısı
Bu gün, 11:36
Tibb Universiteti nəqliyyat vasitələrinin təmirinə yeddi yüz min manatdan çox vəsait ayırdı – Bu pullar hara gedir
Bu gün, 11:33
Əmisi qızınızı küçədə öldürmək istəyən şəxs qərardan şikayətçidir
Bu gün, 11:32
Turizm şirkətinin rəhbəri Polşada həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:30
Vüqar Qurbanovun qohumu işdən çıxarıldı - ƏMR
Bu gün, 11:29
“Bu olayların yaşanmasında Əli İsa Cabbarovun əli var“ - Aydın Kazımzadə
Bu gün, 11:27
Estetik cərrahiyyənin iki üzü: Sertifikatı olmadan əməliyyat edənlər kimlərdir? - SİYAHI
Bu gün, 11:15
“Qadın təmiz qalmalıdır; kişi kişidir də, gözü orda-burda ola bilər - kişi deyilik?”
Bu gün, 11:10
Mübahisə etdiyi şəxsin üzərinə qəsdlə maşın sürdü – MƏHKƏMƏ
Bu gün, 11:08
Məktəbdən NARAZILIQ: “Bəs nazirlik nə işlə məşğuldur?” – Video
Bu gün, 10:58
Rusiya ordusu Ukrayna ilə Rumıniya arasında sərhəd-keçid məntəqəsini vurub
Bu gün, 10:54
Paşinyandan Kərki ilə bağlı xüsusi tapşırıq... - “Oyun çıxarmayın…”
Bu gün, 10:52
“Aqrarkredit” Bakıda 8 əmlakını satışa çıxarır – qiymətlər açıqlandı
Bu gün, 10:49
"Azərbaycan mövcud olmayıb" - Axmaq iddiaya sənədin özü tərəfindən təkzib
Bu gün, 10:48
"Sədərək gömrüyündə bizimlə düşmən kimi davranırlar..." - Türkiyəli sürücülər İMDAD DİLƏYİR
Bu gün, 10:44
Səhiyyə Nazirliyi 96 min manata “Hyundai” alır - TENDER
Bu gün, 10:40
Yasamalda başçını gör... DÜNYANI DAĞIT... - BU DA FAKT...
Bu gün, 10:24
Goranboyun bu kəndi SANKİ 30 İL İŞĞALDA OLUB... - FOTOFAKT
Bu gün, 10:20
“Ermənistan da Azərbaycana məhsul satacaq” - AÇIQLAMA
Bu gün, 10:14
Xəritədə mühüm dəyişiklik: Azərbaycanın 3 şəhərinin adı… – FOTO
Bu gün, 10:10
Nabranın “Palermo” klubunda qiymətlər və depozit biabırçılığı - 35 manata qarpız...
Bu gün, 08:57
Keçmiş bələdiyyə sədri kassasiya şikayəti verdi - DETALLAR
Bu gün, 08:54
Naxçıvan Təhsil Nazirliyi bu özbaşınalığa nə vaxta kimi göz yumacaq? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:50
Sülh artıq kağız üzərindən praktik mərhələyə keçir - GƏLİŞMƏ
Bu gün, 08:39
5 aydır bağlı qalan yolun bəxti açılmır: İndi də yaponlar tədqiq edir - AXI NİYƏ?..
Bu gün, 08:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru